Məhkəmə qərarları › İş №1(124)-93/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-93/2022

07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-93/2022 07.07.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X6 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Şahid1 iştirakları ilə, xx xxxxx 2006-cı il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta məktəb şagirdi, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2020-ci il tarixdə saat 12:30 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən 31 saylı binanın qarşısında Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs1 bir yerdə gəzdiyini görüb onlara yaxınlaşaraq Zərərçəkmiş şəxs2 onun ünvanına mobil telefonda “Whatsapp” sosial şəbəkəsində nalayiq ifadələr yazaraq təhqir etməsini və ondan üzr istəmədiyini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə, üzərində gəzdirdiyi ülgücü və küpü olan yastı tiyə tipli iti-kəsici deşici xassəyə malik olan bıçaqla Zərərçəkmiş şəxs2 sol sağrı nahiyəsinə vurub sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər yetirəndən sonra, Quluzadə X3 Amin Rəvan oğlu ilə birlikdə yaşadığı göstərilən 31 saylı binanın blokuna daxil olmuş, o da sonuncuların arxasınca həmin bloka daxil olub, qanunazidd əməllərini davam etdirərək əlindəki bıçaqla Zərərçəkmiş şəxs2 təkrar vurmaq istədikdə, ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs1 onun əlindən tutub, bıçaqla növbəti zərbəni vurmağa imkan vermədiyinə görə, eyni zamanda öz şəxsiyyətini ətrafdakı şəxslərin və zərərçəkmiş Zərərçəkmiş şəxs1 şəxsiyyətinin fövqündə qoyub istənilən məsələni zor gücünə həll etmək iqtidarında olduğunu və onun hərəkətlərini qarşısını heç kimin ala bilməyəcəyini nümayiş etdirib xuliqanlıq niyyəti ilə bıçaqla qəsdən Zərərçəkmiş şəxs1 sağ bel nahiyəsinə bir dəfə vuraraq bel nahiyəsinin sağ hissəsinin qarın-arxa yan divarının periton boşluğuna nüfuz edərək qara ciyəri yaralayan və daxili qanaxma törədən deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 2020-ci ilin iyun ayında atası ilə bir yerdə Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində kirayədə yaşamışdırlar. Orada kirayədə qaldıqları müddətdə Zərərçəkmiş şəxs2la tanış olmuş, aralarında dost münasibətləri yaranmış, Nihadla telefonla əlaqə saxlayıb, Whatsap sosial şəbəkəsi vasitəsilə danışmışlar. Ağcabədi rayonunda olanda Nihad telefonda Whatsap sosial şəbəkəsində ona söyüş yazıb təhqir etmişdir. Sonra bibisi Vüsalə ilə Bakıya gəlmişdir. 2020-ci ilin oktyabr ayının 31-də “Qurtuluş 93” yaşayış kompleksində Nihadın yaşadığı binanın qarşısında Nihad və Aminlə rastlaşmış, Nihada telefonda yazdığı söyüşü üzünə söyləməsini demişdir. Nihad da həmin söyüşü təkrarlamışdır. Bundan sonra o, cibindən çıxardığı qara saplı bıçaqla Nihadın arxa yan hissəsinə vurmuşdur. Sonra Nihad yaşadıqları binaya qaçan zaman Nihadın arxasınca qaçıb binanın blokunda Nihaddan bu hərəkətlərinin səbəbi və nəticələri barədə maraqlandıqda baş vermiş hadisənin psixoloji təsiri altında əl və qolla danışanda arxadan gələn Amin onun Nihadı yenidən vuracağını zənn edib qolunu burduğu zaman bıçaq Aminin arxa sağ bel nahiyəsinə batmışdır. O, Nihadın yanında əlavə uşaqlar ola biləcəyini düşündüyü üçün özünü müdafiə məqsədilə üzərində bıçaq götürdüyünü bildirmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2020-ci il oktyabr ayının 30-da günorta saatlarında anası ilə birlikdə Abşeron rayonu, “Qurtuluş 93” yaşayış kompleksində yaşayan nənəsigilə qonaq getmişlər. 2020-ci il oktyabr ayının 31-də günorta saatlarında həyətə Nihadla görüşməyə çıxmışdır. Nihadın yanında Ramal da olmuşdur. O, Nihadla Ramala yaxınlaşıb salamlaşmış və telefonu götürmək üçün Nihadla birlikdə binanın blokuna daxil olan zaman Ramal arxadan gələrək əlində olan bıçaqla birinci Nihadı vurmuş, Nihadın yarasına baxanda isə arxadan onu da vurmuşdur. O, Nihadın Ramala telefonda söyüş yazdığını, mübahisə zamanı onları ayıran zaman Ramalın onu da vurduğunu bildirmişdir. Hazırda Ramal ilə barışmış, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanımışdır. Ramal onunla qonşuluqda yaşayan ögey anasının yanına gəlib-getmişdir. Zərərçəkmiş şəxs1 isə onun dostudur. 2020-ci il oktyabr ayının 30-da saat 12-də Aminlə birlikdə həyətə düşən zaman Ramal da həmin vaxt həyətdə olmuşdur. Telefonunu götürmək üçün Aminlə evə doğru gedərkən Ramal arxadan gəlib bıçaqla onları vurmuşdur. O qeyd etmişdir ki, Ramal tez-tez “Qurtuluş 93” yaşayış kompleksinə gəlib-getmiş və onlar bir-birinə telefon nörmələrini vermişlər. Ramal Ağcabədidə olanda onunla telefon vasitəsilə danışmışlar. Aralarında mübahisə olmamış, lakin sosial şəbəkədə bir-birlərini söydükləri üçün Ramal ondan üzr istəməyi tələb etmiş və o, üzr istəmədiyi üçün isə Ramal onu bıçaqla vurmuşdur. Hazırda Ramal ilə barışmış, şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 anası və qanuni nümayəndəsi Şahid1 ifadəsində göstərdi ki, 2020-ci il oktyabr ayının 30-da günorta saatlarında oğlu Aminlə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsi “Qrtuluş 93” yaşayış kompleksində yaşayan rəfiqəsi Bahargilə qonaq getmişlər, saat 12:30 radələrində oğlu Amin orada qonşuluqda yaşayan Nihadla birlikdə həyətə düşmüş, təxminən yarım saat sonra Amin evə gəlib, bel nahiyəsinə mismar batdığını demişdir. Amini dərhal Abşeron rayonu, Xırdalan şəhər xəstəxanasına aparmışdır. Xəstəxanada həkim Aminin bıçaq xəsarəti aldığı bildirmiş, bundan sonra Amin Ramal adlı uşağın onu və Nihadı bıçaqla vurduğunu demişdir. O, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs2 anası və qanuni nümayəndəsi Şahid2 ifadəsində göstərdi ki, Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş 93” y/k-i, bina 31, mənzil 28-də ailəm ilə birlikdə yaşayır. Oğlu Zərərçəkmiş şəxs2 2020-ci il oktyabr ayının 30-da saat 12 radələrində evdən çıxıb həyətə düşmüş, evdən çıxdıqdan 5 dəqiqə sonra Aminlə birlikdə evə qayıtmışdır. Evə gələndə Nihadın arxa yan hissəsi, Aminin isə arxa sağ bel hissəsi qan içində olmuş, Nihadla Amindən nə baş verdiyini soruşanda Nihad həyətdə uşaqlarla oynayan zaman dəmirə dəyib xəsarət aldığını bildirmişdir. Onların yarasını sarıyandan sonra Amin çıxıb getmiş, təxminən yarım saat sonra Aminin anası zəng edib X8 bıçaqla vurduğunu demişdir. O, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid3 ifadəsindən görünür ki, o, Abşeron rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. 31 oktyabr 2020-ci il tarixdə işdə növbədə olduğu zaman saat 15 radələrində Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən 31 saylı binanın qarşısında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 naməlum şəxs tərəfindən bıçaqlanaraq Bakı şəhəri, X7 müraciət etmələri ilə bağlı növbətçi hissəyə məlumat daxil olmuşdur. Həmin məlumat idarə rəhbərliyinə məruzə olunmuş rəhbərliyin göstərişi ilə əməliyyat qrupu yaranmış və o da həmin əməliyyat qrupunda hadisə yerinə getmişlər. Hadisə yerinə müstəntiq tərəfindən baxış keçirilən zaman müəyyən olundu ki, Ramal adlı şəxs Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən 31 saylı binanın qarşısında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə mübahisə etmiş sonra bıçaqla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmuşdur. Tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ramal adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilib saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs etiraf edərək 31 oktyabr 2020-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi, “Qurtuluş 93” yaşayış kompleksində yerləşən 31 saylı binanın qarşısında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 bıçaqla vurmasını bildirmişdir. Sonra o, raportla idarə rəisinə müraciət etmiş və rəisin göstərişi ilə Təqsirləndirilən şəxs istintaq orqanına təhvil verilmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının 10 dekabr 2020-ci il tarixli, 2378 saylı rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar olunan xəsarətlər bel nahiyəsinin sağ hissəsinin qarın-arxa yan divarının periton boşluğuna nüfuz edərək qara ciyəri yaralayan və daxili qanaxma törədən deşilmiş-kəsilmiş yarası-iti kəsici-deşici alətin təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş zamanı bıçaqla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. (Cild 1, iş vərəqləri 150-152) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 2354 saylı rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunan xəsarətlər sol sarğı nahiyəsinin deşilmiş-kəsilmiş yarası, iti kəsici-deşici alətin təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş zamanı bıçaqla vurulması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (Cild 1, iş vərəqi 134) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2224 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 2, iş vərəqləri 143-145) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2232 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 psixi xəstəlkdən əziyyət çəkmir, Zərərçəkmiş şəxs1 qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs1 baş vermiş hadisə ilə bağlı özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmadı. (Cild 2, iş vərəqləri 146-148) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən komisyon ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 2233 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 psixi xəstəlkdən əziyyət çəkmir, Zərərçəkmiş şəxs2 qarşı törədilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Zərərçəkmiş şəxs2 baş vermiş hadisə ilə bağlı özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmadı. (Cild 2, iş vərəqləri 149-151) İş üzrə hadisə yerindən götürülmüş Zərərçəkmiş şəxs2 məxsus geyim əşyaları olan bir ədəd göy rəngli alt paltarı və bir ədəd qara rəngli idman şalvarı ekspertizadan sonra maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Abşeron rayon Pİ-nin saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 236-246) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 199-200) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlləri qəsdən törətmiş, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlləri törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə cəza təyin edilməlidir. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 qarşı Təqsirləndirilən şəxs sağlamlığa yüngül dərəcəli bədən xəsarəti yetirmə əməlini 14 yaşında törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 20.1 və 20.2-ci maddələrinə əsasən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyəti 16 yaşından yaranır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmədiyindən və həmin maddə ilə aparılan cinayət təqibinə istintaq orqanının 28 sentyabr 2021-ci il tarixli qərarı ilə xitam verildiyindən Zərərçəkmiş şəxs2 hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs hesab oluna bilməz. (Cild 2, iş vərəqləri 166) “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Zərərçəkmiş şəxsin qanuni nümayəndələri Şahid1 tərəfindən məhkəməyə təqdim edilən ərizədən, onun və Zərərçəkmiş şəxs1 məhkəməyə verdikləri ifadələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış, dəymiş ziyan tamamilə ödənilmiş, hər hansı tələbləri və şikayətləri yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayəti törədən vaxt yetkinlik yaşına çatmaması, həmçinin zərərçəkmiş şəxslə barışıq əldə etməsi və onun valideyni tərəfindən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və aradan qaldırılması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, valideyn himayəsində olması, ona qarşı heç bir şikayət və tələbin olmaması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X2rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri seçilmiş, məhkəmə icraatı zamanı da həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Abşeron rayon Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs2 məxsus geyim əşyaları olan bir ədəd göy rəngli alt paltarı və bir ədəd qara rəngli idman şalvarı yarasız olduğundan məhv edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etmiş və bu müdafiəçi tərəfindən məhkəmə istintaqı başa çatdırılanadək onun hüquqları müdafiə olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2 və 126.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərində sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Ağcabədi rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin icrasının əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan Zərərçəkmiş şəxs2 məxsus geyim əşyaları olan bir ədəd göy rəngli alt paltarı və bir ədəd qara rəngli idman şalvarı yarasız olduğundan məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar