Məhkəmə qərarları › İş №1(124)-93/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-93/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-93/2023 21.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, "Yusif Allahverdiyev və partnyorları" Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, eləcə də təqsirləndirilən şəxslərin iştirakları ilə,

1. xx xxxxxx 1990-cı ildə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, orta təhsilli, subay, Astara rayonunun Pensər kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 32.5, 206.3.2, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə,

2. xx xxxx 1991-ci ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, fərdi əməklə məşğul olmuş, orta təhsilli, subay, Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Quba şəhəri, T.Əhmədov küçəsi, ev 30-da qeydiyyatda olmaqla, ünvan 3-də faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin Azərbaycan Respublikasına keçirilməsindən sonra, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan “Yaşar” adlı şəxslə və qeyriləri ilə, həmçinin tanışı Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs2 cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvü İran İslam Respublikasının vətəndaşı olan “Yaşar” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilərək satışını təşkil edərək birgə qazanc əldə etmək məqsədi ilə onlara göndərdiyi və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə naməlum şəxs vasitəsi ilə onlara çatdırdığı kustar üsulla hazırlanmış 1,945 qram təmiz çəkidə narkotik vasitə heroini və kustar üsulla hazırlanmış 1,158 qram təmiz çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə edib üzərilərində saxlamaqla daşıyaraq həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 17 iyul 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Şahid13 300 manat pul müqabilində birgə satmışlar. Bundan başqa, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama, daşıma və göndərmə barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan “Yaşar” adlı şəxslə və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvü İran İslam Respublikasının vətəndaşı olan “Yaşar” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilərək satışını təşkil edərək birgə qazanc əldə etmək məqsədi ilə onlara göndərdiyi və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə naməlum şəxs vasitəsi ilə onlara çatdırdığı kustar üsulla hazırlanmış külli miqdarda ümumilikdə 4,9 qram təmiz çəkidə narkotik vasitə heroini təkrarən satış məqsədi ilə qanunsuz əldə edib üzərində daşıyaraq özünün kirayədə yaşadığı ünvan 1 ünvanında gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs1 14 avqust 2021-ci il tarixdə saat 13:17-də yaşadığı həmin ünvanda saxlanıldıqdan sonra həmin gün saat 13:29-dan etibarən onun razılığı və öz iştirakı ilə yaşadığı həmin ünvanına baxış keçirilərkən qeyd edilən narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 mənzilin yataq otağındakı paltar şkafının içərisində gizlədib saxladığı və çıxarıb təqdim etdiyi 01 ədəd ağ rəngli karton qutunun içərisindən ayrıayrılıqda təmiz çəkiləri 1,263 qram, 1,196 qram, 1,269 qram və 1,172 qram olmaqla 04 ədəd şəffaf polietilerı bükümlərdə üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd gümüşi rəngli elektron tərəzi və gümüşi kağız parçası ilə, həmçinin içərisində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd silindrik formalı şüşə vasitə İlə birgə aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin Azərbaycan Respublikasına keçirilməsindən sonra, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etmə, saxlama, daşıma, göndərmə və satma barədə şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olan “Yaşar” adlı şəxslə və qeyriləri ilə, həmçinin tanışı Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 cinayətkar qrupun şəxsiyyəti istintaqa məlum olmayan üzvü İran İslam Respublikasının vətəndaşı olan “Yaşar” adlı şəxsin qeyriləri vasitəsi ilə naməlum tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilərək satışını təşkil edərək birgə qazanc əldə etmək məqsədi ilə onlara göndərdiyi və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə naməlum şəxs vasitəsi ilə onlara çatdırdığı kustar üsulla hazırlanmış 1,945 qram təmiz çəkidə narkotik vasitə heroini və kustar üsulla hazırlanmış 1,158 qram təmiz çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə edib üzərilərində saxlamaqla daşıyaraq həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 17 iyul 2021 -ci il tarixdə gecə saatlarında Bakı şəhəri Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Şahid13 300 manat pul müqabilində birgə satmışlar. Bundan başqa, o, təkrarən satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən naməlum tarixdə, vaxtda və şəraitdə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumilikdə 7,904 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı, kustar üsulla hazırlanmış ümumilikdə 1,436 qram təmiz çəkidə narkotik vasitə heroini və kustar üsulla hazırlanmış ümumilikdə 0,124 qram təmiz çəkidə psixotrop maddə metamfetamini əldə edib daşıyaraq hissələrə bölməklə öz yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi evdə gizlətməklə saxlamış, Təqsirləndirilən şəxs2 qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı, Təqsirləndirilən şəxs2 08 dekabr 2021-ci il tarixdə saat 16:00-da yaşadığı həmin ünvanda saxlanıldıqdan sonra, həmin gün saat 16:15-dən etibarən onun razılığı və öz iştirakı ilə yaşadığı ünvan 3 ünvanına baxış keçirilərkən qeyd edilən narkotik vasitə qurudulmuş marixuananın 0,540 qram təmiz çəkidə olan hissəsi evin birinci otağındakı masa üzərində olan bir ədəd kağız bükümün içərisindən, qeyd edilən narkotik vasitə qurudulmuş marixuananın 3,818 qram təmiz çəkidə olan hissəsi həmin masa üzərində olan bir ədəd kibrit qutusunun içərisindən, qeyd edilən narkotik vasitə qurudulmuş marixuananın 3,546 qram təmiz çəkidə olan hissəsi evin yaşayış olmayan digər otağının taxçasından bir ədəd kibrit qutusunun içərisindən, qeyd edilən psixotrop maddə metamfetamin ayrı-ayrılıqda təmiz çəkiləri 0,101 qram və 0,023 qram olmaqla evin birinci otağındakı masa üzərində olan iki ədəd kağız bükümlərin içərisindən, qeyd edilən narkotik vasitə heroinin 0,352 qram təmiz çəkidə olan hissəsi evin birinci otağındakı masa üzərində olan bir ədəd kağız bükümün içərisindən, qeyd edilən narkotik vasitə heroinin ayrı-ayrılıqda 0,670 qram və 0,414 qram təmiz çəkilərdə olan hissəsi isə evin yaşayış olmayan digər otağının taxçasından bir ədəd gümüşi rəngli kağıza bükülmüş halda iki ədəd sellofan bükümlərin içərisindən aşkar edilmiş və baxış zamanı evin birinci otağındakı masa üzərində aşkar edilən, üzərilərində narkotik vasitə heroinin izləri olan, içərisinə 1 manatlıq kağız pul əskinası keçirilmiş 01 ədəd kiçik lampa ilə birlikdə polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittihamlar üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən 14 avqust 2021-ci il tarixdə tutulmuşdur. Bundan 2 il əvvəl narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. Həmin narkotik vasitəni çəkmə yolu ilə istifadə etmişdir. Narkotik vasitəni tanıdığı başqa şəxslərdən almışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə vermiş, lakin ona narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs2 2 dəfə metamfetamin və heroin vermişdir. 1-ci dəfə 2 qram miqdarında, 2-ci dəfə təxminən 3-4 qram miqdarında heroin, sonra metamfetamin vermişdir. Hilala narkotiki satmamışdır. Lakin Hilal ona “hörmət edərək” xatırlamadığı məbləğdə pul vermişdir. Hilal 2 dəfə maşınla gəlmiş, lakin maşında kimin olmasını o, xatırlamamışdır. Daha sonra, o, qeyd etmişdir ki, 14 avqust 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən tutularaq evinə baxış keçirilmiş və bu zaman evində 4 bükümdə 4 qrama yaxın narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdiyindən onun məhkəmə elan olunaraq tədqiq edilən ifadəsindən görünür ki, o, Bakı şəhərində özünü Maarif adı ilə təqdim etmiş şəxslə tanış olmuş, aralarındakı söhbətlər zamanı X5 Respublikasının vətəndaşı olan hansısa Yaşar adlı şəxslə mobil telefon danışıqları apardığını müşahidə etmiş, soruşub maraqlandıqda Maarif ona bildirmişdir ki, İranlı Yaşar özünün tanışıdır, İrandan narkotik maddələr göndərib satdırmaqla məşğul olur, bu işdə yaxşı pul qazancı olur. Maarif ona bildirmişdir ki, istəyirsə onu telefonda Yaşarla tanış etsin, Yaşara bu işdə kömək etsin və pul qazansın, özü də etiraz etməmiş, çünki pula ehtiyacı olmuşdur. Maarif ona həmin İranlı Yaşarın mobil nömrəsini təqdim edib vermişdir. Həmin mobil nömrə İran mobil operatoruna aid +**********42 nömrəsi olmuşdur, özü də bu şəkildə İranlı Yaşarla telefonda tanış olmuş, yəni onunla mobil telefonda “Vatsap” proqramı vasitəsi ilə danışıqlar aparmağa başlamışdır. Aralarındakı danışıqlara əsasən Yaşarın deməsinə görə bilmişdir ki, Yaşar İrandan Azərbaycana Bakı şəhərinə müxtəlif narkotik və psixotrop maddələr göndərir və satdırır. Danışıqları zamanı Yaşar ona təklif etmişdir ki, onun Bakı şəhərinə göndərdiyi həmin narkotik və psixotrop maddələrin satılmasında ona köməklik göstərsin, bunun müqabilində isə ona pul verəcəkdir. 14 avqust 2021-ci il tarixdə saat təxminən 13 radələrində özü kirayə yaşadığı ünvan 1 ünvanında olarkən polislər gəlmişlər və onun razılığı ilə evinə baxış keçirmişdirlər. Buna etiraz etməmiş və polis əməkdaşları baxış prosesini videoçəkilişlə etməyə başlamışdır. Polis əməkdaşları baxış prosesi zamanı ona təklif etmişlər ki, üzərində, mənzildə hər hansı narkotik vasitə, psixotrop maddə varsa təqdim etsin, özü də bildirmişdir ki, üzərində bu kimi maddə yoxdur, lakin mənzildə “kokos", yəni heroin var. özü polis əməkdaşlarını mənzilin yataq otağına dəvət etmiş, orada giriş qapısından sağ tərəfdə yerləşən paltar şkafının sağ qapısını açıb orada saxladığı bir ədəd ağ rəngli karton qutunu götürmüş və həmin qutunun içində əvvəldən saxladığı 04 ədəd kiçik sellofan bükümlərdə olan heroini, 01 ədəd elektron tərəzini və metamfetamin çəkəndə özü istifadə etdiyi 01 ədəd silindr formalı şüşə qabı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin 04 ədəd sellofan bükümləri açıb baxmış, içində narkotik maddə heroini aşkar etmişlər. Bundan sonra, baxış keçirərkən polis əməkdaşları yataq otağındakı masanın üstündə olan, onun heroin çəkib qəbul edərkən istifadə etdiyi 01 ədəd gümüşi rəngli kağız kəsiyini də aşkar edib götürmüşlər. Polis əməkdaşları aşkar etdikləri həmin heroin bükümlərini, elektron tərəzini, şüşə qabı və gümüşi kağız kəsiyini götürüb zərfə qoyaraq möhürləmişlər. Həmçinin baxış zamanı ona məxsus, yataq otağındakı kiçik masanın üzərində olan bir ədəd “Huavei” markalı mobil telefonunu da iş üzrə əhəmiyyətli olduğunu bildirərək götürmüşlər. Sorğu sual zamanı özü həmin narkotik maddə heroin bükümlərinin bir müddət əvvəl İranlı Yaşar adlı şəxs vasitəsi ilə əldə etdiyi heroindən yerdə qalan maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstrəmişdir ki, narkotik və ya psixotrop maddələri özünün əlbəəl təqdim etdiyi şəxslər də müxtəlif adamlar olmuş, məsələn bu kimi maddələri son vaxtlarda verdiyi şəxslərdən Quba rayon sakinləri kimi tanıdığı Hilal adlı şəxsi və narkotik maddə almaq üçün onun yanında bir dəfə gəlmiş Rauf adlı orta yaşlı kişini tanıyır. Rauf adlı həmin kişinin adını özü mənzildə videoçəkilişlə baxış keçirilərkən səhvən Fuad kimi qeyd etmiş, bunu qəsdən etməmiş, sadəcə səhvən Fuad kimi qeyd etmiş, sonradan xatırlamışdır ki, adı Fuad yox, Rauf olmuşdur. Hilal adlı həmin oğlanla özünü İranlı Yaşar telefonda tanış etmiş, Yaşar ona bildirmişdir ki, Hilal onun həm müştərisidir, həm də narkotik və ya psixotrop maddələrini Quba rayonunda satdıran adamıdır və lazım olanda Hilal onun adından gəlib ondan bu kimi maddələrdən götürüb aparacaqdır. İranlı Yaşarın sözü ilə özü həmin Qubalı Hilal adlı oğlana metamfetaminin hər bir qramını 30 manatdan, heroinin hər bir qramını isə 25 manatdan verirmiş. 2021-ci ilin iyul ayından etibarən Hilal gəlib ondan əlbəəl 3 dəfə heroin və metamfetamin almışdır. Hilalın mobil nömrəsini də bilir, ***-***-**-** mobil nömrəsidir. Özü Rauf adlı həmin kişini cəmi bir dəfə Hilalla gəlib ondan heroin və metamfetamin alanda görmüşdür. Rauf təxminən 50 yaşlarında, arıq, hündürboylu, saçı bir qədər yarı ağarmış, gur saçlı kişi olmuşdur, Rauf da, Hilal da Quba rayon ləhcəsində danışmışlar. Belə ki, Hilal özü elə ilk dəfə onun yanına gələndə Raufla gəlmişdir, özü onların hər ikisini ilk dəfə həmin vaxt görmüşdür. Dəqiq tarixi yadında deyil, 2021-ci ilin iyul ayının ortalarında onlar axşam saatlarında Bakıxanov qəsəbəsinə onun hazırda kirayədə yaşadığı binanın yanına “Azsamand” markalı avtomobillə gəlmişlər. Belə ki, İranlı Yaşar ona bildirmişdir ki, özünün tanıdığı Hilal adlı oğlan heroin və metamfetamin almağa gəlir, onlara həmin maddələri verib pulunu alsın, özü də həmin gün Yaşarın sözü ilə Sumqayıt qəsəbəsi Corat qəsəbəsinə gedib orada hazırda xatılamadığı bir məhəllədə Yaşarın qoydurduğu heroin və metamfetamin bağlamasını götürüb evə gəlmiş, sonra isə Yaşarın sözü ilə evdən çıxıb özü ilə götürdüyü həmin maddələri Hilala təhvil vermək üçün onun gəldiyi həmin “Azsamand” markalı avtomobilə yaxınlaşmış, Hilal həmin avtomobildə qabaqda sürücü İftixar adlı oğlanın yanında oturmuş, salonda arxada isə Rauf adlı kişi oturmuşdur, özü onlarla ilk dəfə orada görüşmüş, həmin vaxt özü cəmi 800 manat dəyərində olan, çəkisini hazırda xatırlamadığı miqdarda heroin və metamfetamini ayrı-ayrı sellofan bükümlərdə Raufa təqdim edib vermiş, Rauf da həmin bükümləri qabaqda oturan Hilala vermiş, Hilal da həmin maddələrin pulunu arxada onun yanında oturan Raufa uzadıb vermiş, Rauf da sayıb cəmi 800 manat pulu ona təqdim etmiş, özü də pulu götürüb avtomobildən düşərək onlardan ayrılmışdır. Onlar da həmin avtomobillə çıxıb getmişlər, özü isə aldığı pulun 700 manatını bir neçə dəqiqə ərzində yaxında olan marketdəki “Milliön" ödəmə terminalından Yaşarın sözü ilə onun bildirdiyi kart hesabına göndərmiş, 100 manatı isə özünə qazanc kimi götürmüşdür. Bildiyinə görə İftixar Hilalı və ya Raufu sürücü kimi Bakıya gətirən şəxs olmuş, onu sadəcə taksi sürücüsü kimi bilmiş, Hilal onu öz xalası oğlu və taksi sürücüsü kimi təqdim etmişdir. Nə də İftixarın narkotik və ya psixotrop maddələr çəkib qəbul etdiyini özü görməmiş, Hilal isə bir dəfə onun evinə gələndə özü bir qədər metamfetamin çəkib qəbul etmişdir. (Cild 2, iş vərəqləri 60-66,88-95) Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittihamlar üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmuşdur. “Tutu” ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs1 2 dəfə narkotik almışdır. 1-ci dəfə 3 qram miqdarında, 2ci dəfə isə təxminən 2-3 qram miqdarında narkotik almışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid14 avtomobili ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsinə gedərək Təqsirləndirilən şəxs1 narkotik vasitə almışdır. Həmin vaxt Rauf Abbasov onlarla birlikdə maşınla getmişdir. Rauf Abbasova narkotik satmaq məqsədi olmamış, sadəcə narkotikləri Təqsirləndirilən şəxs1 götürərək Rauf Abbasova vermişdir. Narkotikin pulunu Təqsirləndirilən şəxs1 özü vermişdir. Təqsirləndirilən şəxs1 narkotik alarkən metamfetamini özü götürmüş, heroini isə Rauf Abbasova vermişdir. Bundan başqa o, göstərmişdir ki, İran İslam Respublikasının vətəndaşı olan Yaşar adlı şəxsi “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanımış, həmin şəxs isə onu, Təqsirləndirilən şəxs1 ilə tanış etmişdir. Həmçinin polis əməkdaşları tərəfindən yaşadığı ünvandan təxminən 3 qram miqdarında marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdiyindən onun məhkəmə elan olunaraq tədqiq edilən ifadəsindən görünür ki, 2021-ci ilin iyul ayının ortalarında qohumu Rauf ona bildirmişdir ki, özünə bir qədər narkotik maddə heroin və psixotrop maddə «şüşə», yəni metamfetamin lazımdır. Rauf ondan xahiş etmişdir ki, onun üçün həmin maddələrdən tapmağa kömək etsin. Özü isə etiraz etməmişdir. Belə ki, əvvəldən internet üzərindən «İnstaqram» sosial şəbəkəsində tanış olduğu, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı Yaşar adlı şəxslə mobil telefonda Vatsap proqramı vasitəsi ilə danışmış, ondan bir qədər heroin və metamfeatamin almaq lazım olduğunu bildirmiş, Yaşar da ona «get Bakı şəhərinə, orda bir nəfər qız var, adı Tutudur, Bakıda səninlə əlaqə saxlayacaqdır, onunla görüşüb ondan həmin maddələri alarsan» deyə bildirmişdir, özü də bu barədə Raufa bildirmişdir ki, Bakı şəhərinə getmək lazımdır. Bundan sonra özü və Rauf uzaq qohumu İftixardan xahiş etmişlər ki, özünün «Assamand» markalı taksi avtomobili ilə onları Bakı şəhərinə aparsın. Bakıya çatanda İranlı Yaşar ona «Tutu» adlı həmin qadının İran mobil nömrəsini Vatsapla göndərmiş, özü ***-***-**-** mobil nömrəsindən həmin nömrəni yığmış, mesaj yazmış, lakin cavab gəlməmişdir. Həmin Tutu adı ilə çağırılan qadının həqiqi adı sonradan bildiyinə görə Həmidədir. Bir qədər sonra Tutu özü hansısa sim nömrə ilə ona zəng etmiş, İranlı Yaşarın göndərdiyi şəxs olduğunu bildiyi üçün onu Bakı şəhəri Bakıxanov qəsəbəsinə, Asan Xidmət mərkəzinə yaxın «24 saat» marketinin yanına çağırmış, demişdir ki orada gözləyin gələcəm, özü də Tutuya olduqları avtomobilin markasını və nömrəsini bildirmiş, həmçinin demişdir ki, yaxınlaşıb avtomobilin salonunda arxa sağ tərəfdə otursun. Saat təxminən 23 radələrində özü və Rauf İftixarın taksi avtomobilində həmin yerdə Tutunu, yəni Həmidəni gözləməli olmuş, bir neçə dəqiqə ərzində Tutu gəlib yaxınlaşaraq avtomobilə salonda arxa sağ tərəfdə Raufun yanında əyləşmişdir, özü isə qabaqda sürücü İftixarın yanında oturmuşdur. Həmin vaxt Tutu avtomobilin salonunda arxada Raufa səhv etmirsə 15-20 qram çəkidə heroin, təxminən 3-5 qram çəkidə isə metamfetamin vermişdir, özü isə həmin maddələrə görə Raufun ona əvvəldən verdiyi 400 manat pulu arxaya Raufun özünə uzadıb vermiş, Rauf da həmin pulu Tutuya vermişdir. Həmin maddələrə görə özü Raufdan 400 manat pulu əvvəldən almış, çünki özü həmin pulu Yaşarın sözü ilə onun Tutuda olan bank kart hesabına ödəmək niyyətində olmuş, ona görə pulu Raufdan götürmüşdür. Lakin sonradan Tutu telefonda pulu əlbəəl alacağını demişdir. Rauf heroin və metamfetamin bükümlərini götürüb pulunu Tutuya verəndən sonra Tutu avtomobildən düşüb getmişdir, özü və Rauf isə İftixarın taksi avtomobili ilə Quba şəhərinə qayıtmışlar. Yolda qayıdarkən Qubaya qədər avtomobili özü idarə etmiş, Rauf və İftixar isə avtomobilin salonunda arxada həmin heroindən və metamfetamindən çəkib qəbul etmişlər. Quba şəhərinə çatanda Rauf həmin metamfetamindən bir qədər çəkmək üçün ona da vermiş, sonra sağollaşıb bir-birindən ayrılmışlar. Sonra özü həmin metamfetamini çəkib qəbul etmişdir. 05 avqust 2021-ci il tarixdə isə özü yaşadığı evdə öz istifadəsi üçün narakotik vasitə qurudulmuş marixuana saxladığı üçün polis əməkdaşları tərəfindən tutulmuş, hazırda Quba rayon Polis Şöbəsində barəsindəki cinayət işi üzrə polisin nəzarəti altına verilmişdir. (Cild 1, iş vərəqləri 170-174 ; Cild 2, iş vərəqləri 68-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edilməsindən ötrü tədqiq edərək qiymətləndirir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin BNMİ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 14 avqust 2021-ci il tarixdə saat 13:14 radələrində Təqsirləndirilən şəxs1 başqa şəxslərlə qabaqcadan əlbir olub külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməsi, satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qanunsuz əldə edib üzərində və yaşadığı ünvanda saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Əməliyyat qrupunun üzvləri Şahid4, Şahid2 və Şahid3 olmuşlar. Əməliyyat qrupunun üzvləri və təhqiqatçı ilə Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı mənzilə getmiişlər. Qapını Təqsirləndirilən şəxs1 özü açmış və özlərini təqdim etdikdən sonra ona barəsində daxil olmuş əməliyyat məlumatı barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs1 səmimi olaraq üzərində olmasa da, yaşadığı mənzildə heroin növündə narkotik vasitənin olduğunu bildirmişdir. Özünün icazəsi və dəvəti əsasında mənzilə baxış keçirilmişdir. Baxış zamanı yataq otağında 4 bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 soruşduqda narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı olan Yaşar adlı şəxsdən əldə etdiyi bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus mobil telefon, mənzilə baxış zamanı aşkar edilmiş narkotik vasitələr və falqa qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs1 narkotik vasitələri Hilal və Rauf adlı şəxsələrə də verdiyini bildirmişdir. Məhkəmədə və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin BNMİ-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 da Şahid1la oxşar məzmunlu ifadələr verməklə onun ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərdi ki, 08 dekabr 2021-ci il tarixdə Quba şəhər sakini Təqsirləndirilən şəxs2 barəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mə.ğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna onunla yanaşı, əməliyyat müvəkkilləri Şahid12, Şahid9 və baş inpektor kriminalist Fuad İslamov daxil olmuşlar. Təhqiqatçı kimi Şahid11 və vəkil iştirak etmişdir. Təqsirləndirilən şəxs2 Quba şəhərində yaşadığı evdə saxlanılmış, saxlanılarkən ona saxlanılması əsaslazı izah edilmiş, üzərində şəxsi axtarış və mənzilə baxış keçirilməsi barədə razılıq alınmış, hüquq və vəzifələri izah edilmişdir. Mənzilə baxış keçirilməsi zamanı Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən içərisində narkotik vasitələr olan 2 ədəd kibrit qutusu və bir neçə bükümdən ibarət narkotik vasitələr aşkar edilmişdir. Evdə Təqsirləndirilən şəxs2 başqa digər şəxslər olmamışdır. Məhkəmədə və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Quba RPŞ-nin əməkdaşları Şahid5, Şahid7, Şahid8, Şahid9, Şahid11 və Şahid12 da Şahid6lə oxşar məzmunlu ifadələr verməklə onun ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, o, Quba şəhərində Təqsirləndirilən şəxs2 ilə eyni məhəllədə yaşayır. Təqsirləndirilən şəxs1 adlı qadını isə Təqsirləndirilən şəxs2 vasitəsilə tanımışdır. O, narkotik vasitə istifadəçisi olmuş, lakin, Təqsirləndirilən şəxs2 və ya Təqsirləndirilən şəxs1 narkotik vasitə almamışdır. Təqribən 3 il əvvəl taksi sürücüsü kimi fəaliyyət göstərdiyindən Rauf Abbasov və Təqsirləndirilən şəxs2 ilə birlikdə öz avtomobili ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsinə getmişdir. Buna görə Rauf Abbasov ona 50 manat pul vermişdir. Getdikləri ünvanda Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 görüşmüşdür. Rauf Abbasov həmin qadınla görüşməmiş və qadının “Tutu” ləqəbi onun yanında hallandırılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş digər iş üzrə məhkum olunaraq cəza çəkən X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 Quba sakini kimi tanımışdır. Ondan narkotik vasitə almamış, “Tutu” ləqəbli qadını, o cümlədən Təqsirləndirilən şəxs1 tanımamış, Şahid10 narkotik vasitə satmamışdır. Məhkəmədə elan olunaraq tədqiq olunan Rauf Abbasovun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Bakı şəhəri Bakıxanov qəsəbəsində tanışı Təqsirləndirilən şəxs2 vasitəsi ilə özünə qeyd edilən narkotik və psixotrop maddələri satmış “Tutu” adı ilə çağırılan Həmidə adlı həmin qadını özü heç vaxt əvvələr tanımamış, onunla heç bir münasibəti, tanışlığı olmamış, nə də özü ondan təklikdə, Hilalın iştirakı olmadan narkotik və psixotrop maddələr almamışdır, özü Həmidə adlı həmin qadını Hilala görə görüb tanımış, Həmidə Hilalla birlikdə özünə yuxarıda qeyd etdiyi narkotik və psixotrop maddələri satmışdır. Birinci dəfə Tutudan, yəni Həmidədən özü heroini alarkən, ikinci dəfə də heroini və metamfetamini ondan alarkən özü bu maddələrə görə pulunu tanışı Hilala vermişdir. Birinci dəfə heroinə görə Hilala 200 manat pul vermiş, o da pulu alıb Tutuya vermişdir, ikinci dəfə heroini və metamfetamini almaq üçün isə Hilal ondan 300 manat pul götürmüş, həmin pulu isə Bakıya gedəndə Hilal yolda haradasa, xatırlamadığı ərazidə hansısa mağazadakı ödəmə terminalından kiminsə kart hesabına köçürmüşdür. Tutu adı ilə çağırılan Həmidə adlı həmin qadından qeyd edilən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini almaq üçün Hilal heç bir pul xərcləməmiş, bəlkə də özünün verdiyi həmin puldan Hilal da pul qazanmışdır. Çünki Həmidə adlı qadınla Hilalın əvvəldən tanışlığı və alış-verişi olmuşdur. Hilal onu Həmidə adlı həmin qadına müştəri kimi aparmışdır. Heroinə və metamfetaminə görə hər iki dəfəsində də özü Hilala pul vermişdir. Hilal həm də onun aldığı heroindən yolda bir qədər çəkməklə də qazanmışdır. (Cild 2, iş vərəqləri 254-259) Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Quba şəhərinin sakini kimi tanımış, narkotik vasitə istifadəçisi olsa da Təqsirləndirilən şəxs2 narkotik almamış, bir neçə dəfə Rauf Abbasov adlı şəxsdən 10 manat dəyərində narkotik vasitə almışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 14 avqust 2021-ci il tarixli protokola əsasən həmin tarixdə saat 13:17-də Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 ünvanında saxlanıldıqdan sonra, onun razılığı və öz iştirakı ilə yaşadığı evə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 mənzilin yataq otağındakı paltar şkafının içərisində gizlədib saxladığı və çıxarıb təqdim etdiyi 01 ədəd ağ rəngli karton qutunun içərisindən hər birinin içərisində narkotik vasitə heroinə bənzər kütlələr olan 04 ədəd şəffaf polietilen bükümlər, 01 ədəd elektron tərəzi, 01 ədəd silindr formalı şüşə qab, həmçinin mənzildə yataq otağındakı kiçik masanın üzərindən 01 ədəd gümüşi rəngli kağız kəsiyi aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. (Cild 2, iş vərəqləri 14-18) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 08 dekabr 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs2 həmin gün saat 16:00-da yaşadığı uba şəhəri, General Əsədov küçəsi, ev 15 ünvanda saxlanılmış, onun razılığı ilə yaşadığı evə baxış keçirilərkən evin birinci otağındakı masa üzərində olan bir ədəd kağız bükümün içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, həmin masa üzərində olan bir ədəd kibrit qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, evin yaşayış olmayan digər otağının taxçasından bir ədəd kibrit qutusunun içərisindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, evin birinci otağındakı masa üzərində olan iki ədəd kağız bükümlərin içərisindən psixotrop maddə metamfetaminə bənzər kütlələr, evin birinci otağındakı masa üzərində olan bir ədəd kağız bükümün içərisindən narkotik vasitəyə bənzər kütlə, evin yaşayış olmayan digər otağının taxçasından bir ədəd gümüşi rəngli kağıza bükülmüş halda iki ədəd sellofan bükümlərin içərisindən narkotik vasitə heroinə bənzər kütlələr, evin birinci otağındakı masa üzərindən içərisinə 1 manatlıq kağız pul əskinası keçirilmiş 01 ədəd kiçik lampa polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. (Cild 3, iş vərəqləri 32-35) Yaşayış yerlərinə baxış keçirilməsinə dair 14 avqust 2021-ci il tarixli və 08 dekabr 2021-ci il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı disklər cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu diskə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı və mənzilə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/3506 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs1 yaşadığı... ünvandan aşkar edilmiş...” yazısı olan paketdəki kiçik ölçülü şəffaf polietilen paketlərdə 4 ədəd şəffaf polietilen bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,263 qram, 1,196 qram, 1,269 qram və 1,172 qram - ümumi təmiz çəkisi 4,900 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin paketdə olan bir ədəd gümuşi rəngli elektron tərəzinin, gümüşi kağız parçasının üzərində heroinin, silindrik formalı şüşə vasitənin içərisində isə metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin, metamfetaminin çəkisini və bükümdəki heroinlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. (Cild 2, iş vərəqləri 46-52) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/5425 nömrəli ekspert rəyinə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in Arayışlar üçün №67” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş 4 ədəd zərfdə olan : 3 №-li üzərində “xx.xx.2021-ci il tarixdə Quba şəhəri ... Təqsirləndirilən şəxs2 yaşadığı...” sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,352 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 4 №-li üzərində "xx.xx.2021-ci il tarixdə Quba şəhəri ... Təqsirləndirilən şəxs2 yaşadığı.,.’' sözləri, soyad və imzalar qeyd edilmiş zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,101 qram, 0,023 qram - ümumi təmiz çəkisi 0,124 qram olan kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir; 7 №-li üzərində “xx.xx.2021-ci il tarixdə Quba şəhəri ... Təqsirləndirilən şəxs2 yaşadığı...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 0,670 qram, 0,414 qram - ümumi təmiz çəkisi 1,084 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 5 №-li üzərində “xx.xx.2021-ci il tarixdə Quba şəhəri ... Təqsirləndirilən şəxs2 yaşadığı...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd kiçik lampa və bir ədəd bir manatlıq əskinasda heroin izləri aşkar edilmişdir. Heroin iz şəklində olduğu üçün çəkisi müəyyən edilməmişdir. Təqdim edilmiş 2 ədəd bükümdə təmiz çəkisi 0,670 qram və 0,414 qram olan heroinlər ilə təmiz çəkisi 0,352 qram olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə fərqlidirlər. (Cild 3, iş vərəqləri 43-48) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 7/1264 nömrəli ekspert rəyinə əsasən, tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən masa üzərində kağızın içərisində narkotik vasitə marixuanaya oxşar kütlə” yazılar və imzalar olan 1 №-li zərfdə bir ədəd kağız bükümdə qarışıq kütlədə təmiz çəkisi - 0,540 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı mənzildən masa üzərində kibrit qutusunun içərisinə yığılmış narkotik vasitə olan marixuanaya oxşar kütlə" yazılar və imzalar olan 2 №-li zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi - 3,818 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim olunmuş 1 №-li və 2 №-li zərflərdə olan marixuanalar tərkiblərinə görə eynidir. Həmin marixuanaların ümumi çəkisi 4,358 qramdır. Tədqiqata təqdim olunmuş üzərində “xx.xx.2021-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı evin yaşayış olmayan otağın taxçasından aşkar olunmuş bir ədəd kibrit qutusunun içərisinə yığılmış marixuanaya oxşar kütlə” yazılar və imzalar olan 6 №-li zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi - 3,546 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 6 №-li zərfdə bir ədəd kibrit qutusunda olan marixuana 1 №-li və 2 №-li zərflərdə olan marixuanalardan fərqlənir. (Cild 3, iş vərəqləri 49-53) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2021-ci il tarixli, 4291 nömrəli ekspert rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixotrop maddə olan metamfetaminin bir qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 222-223) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2022-ci il tarixli, 1068 nömrəli ekspert rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 3, iş vərəqləri 132-133) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefona gələn və gedən “SMS” mətnləri, elecə də onun istifadəsində olmuş “Huawei” markalı mobil telefona baxış keşirilərkən ayrı-ayrı şəxslərlə narkotik vasitələrin alış-verişi ilə bağlı yazışmaların və şəkillərin olması müəyyən edilmişdir. (Cild 3, iş vərəqləri 147-157, 167-207) Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ və İİ siyahılarının müvafiq olaraq 5 və 67-ci bəndinlərində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin əldə edərək saxladığı və daşıdığı narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan dəfələrlə artıq olması onların məqsədinin satışla bağlı olduğunun aşkar göstəricisidir. Həmçinin onların narkotik vasitələrin satışı ilə məğğul olmaları, şahid ifadələri və digər sübutlarla yanaşı, telefon danışıqlarına dair “SMS” məlumatları və digər sənədlərlə də öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələr daha ətraflı və işin hallarına uyğun olduğundan həmin ifadələr iş üzrə mötəbər sübutlar kimi qəbul edilməlidir. Həmçinin məhkəmə digər iş üzrə məhkum olunan şəxs X3 məhkəmədə verdiyi ifadəsini hazırki iş üzrə təqsirləndirilən şəxslərin mənafeyinə uyğun verdiyi ifadə kimi qiymətləndirir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə də ittiham verilmişdir ondan ötrü ki, onlar, külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ondan gizli keçirmişlər. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 barəsində isə həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən verilmiş ittihamlardan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1 və 32.5, 206.3.2-ci maddələri ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin barələrində həmin maddələrlə ilə aparılan cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə həmin Məcəllənin 234.4.1 və 234.4.2-ci maddələri ilə tövsif edilməli və onlar həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 234.4.1 və 234.4.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi qəbul olunmalıdır. Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Nərimanov rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənildiyindən o, hazırki iş üzrə məhkum olunmamış şəxs kimi tanınmalıdır. Həmçinin Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, hazırki hökm üzrə təyin edilmiş cəza cinayətlərin məcmusu üzrə Quba rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəza ilə tam toplanılmalı və təqsirləndirilən şəxs həmin iş üzrə cəzasını çəkildiyindən tam çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarına əsasən, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 14 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 avqust 2021-ci il tarixdə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs2 08 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 10 dekabr 2021-ci il tarixdə barəsində azadlıqdan məhrum etmə ilə bağlı məhkəmə hökmü olduğundan qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 08 dekabr 2021-ci il tarixdən fasiləsiz həbsdə saxlanıldığından və ona Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edildiyindən onun cəzaçəkmə müddətinin əvvəli 08 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun tutulduğu 14 avqust 2021-ci il tarixdən, Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli isə 08 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur, onların məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər barələrində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı, onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub DİNnin BMCMİ-nin maddi sübutların saxlanılma yerində saxlanılan ümumi qalıq çəkisi 7,546 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 7,844 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi qalıq çəkisi 1,212 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd gümüşü rəngli kağız parçası, 01 ədəd silindrik formalı şüşə vasitə (qab), 01 ədəd kiçik lampa və yararsız halda olan 1 manatlıq pul əskinası məhv edilməlidir. 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. 01 ədəd “Huawei” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına verilməlidir. İş materiallarında olan 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 114 manat, Təqsirləndirilən şəxs2 isə 131 manat 46 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Hazırki iş üzrə təqsirləndirilən şəxslərə aid olmayan ekspertiza xərcləri isə onlardan tutulmamalıdır. Təqsirləndirilən şəxs1 qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Təqsirləndirilən şəxs2nən müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.1, 32.5, 206.3.2-ci maddələri ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 14 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Quba rayon məhkəməsinin 08 dekabr 2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası, hazırki hökmlə təyin edilmiş cəza ilə tam toplanılıb cəzası çəkdiyindən çıxılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 08 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 114 manat, Təqsirləndirilən şəxs2 131 manat 46 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut olub DİN-nin BMCMİ-nin maddi sübutların saxlanılma yerində saxlanılan ümumi qalıq çəkisi 7,546 qram olan narkotik vasitə heroin, ümumi qalıq çəkisi 7,844 qram olan narkotik vasitə qurudulmuş marixuana, ümumi qalıq çəkisi 1,212 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd gümüşü rəngli kağız parçası, 01 ədəd silindrik formalı şüşə vasitə (qab), 01 ədəd kiçik lampa və yararsız halda olan 1 manatlıq pul əskinası məhv edilsin. 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın. 01 ədəd “Huawei” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarına verilsin. İş materiallarında olan 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar