Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-93/2024 30.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Masallı rayonu Türkoba ə/d, Şatıroba kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 13 A-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı Yavər adlı şəxslə və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda ümumi təmiz çəkisi 9,932 qram psixotrop maddə metamfetamini, külli miqdarda ümumi təmiz çəkisi 10,304 qram narkotik vasitə heroini, şəxsi istehlak miqdarından artıq miqdarda 14 ədəd təsir maddəsinin ümumi miqdarı 0,56 qram narkotik vasitə metadon həblərini, şəxsi istehlak miqdarından artıq miqdarda 3 (üç) bükümdə ümumi təmiz çəkisi 71,602 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18də yerləşən 13A saylı otağına aid sanitar qovşağına gətirib satış məqsədilə metamfetamini, heroini və qurudulmuş marixuananı elektron tərəzi vasitəsilə hissələrə böldükdən sonra 14 ədəd metadon həbləri ilə birlikdə sanitar qovşağında şkafın üzərində olan şüşə balonu, plastik və kağız qablara qoyaraq saxlamış, bükümlərə böldüyü psixotrop maddə metamfetamindən 2 büküm ayıraraq üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 16:25-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, 41-ci məhəllə, 18 saylı yataqxananın qarşısında saxlanılıb Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra, bölmədə xidməti otaqlarının birində üzərində şəxsi axtarış keçirilən zaman, əynində olan şalvarının sağ yan cibin üzərindəki kiçik cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 2 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0,579 qram və 0,106 qram ümumi təmiz çəkisi 0,685 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan sonra əməliyyataxtarış tədbirlərinin davamı olaraq həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, 13A saylı otağın sanitar qovşağında özünün iştirakı ilə baxış keçirilən zaman şkafın üzərində olan şüşə balonun içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 11,528 qram, 60,0 qram və şkafın üzərindəki plastik qabın içərisindən 1 (bir) bükümdə təmiz çəkisi 0,074 qram, ümumi təmiz çəkisi 71,602 qram narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 2 (iki) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,332 qram və 8,915 qram, ümumi təmiz çəkisi 9,247 qram psixotrop maddə metamfetamin, külli miqdarda 3 (üç) bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,656 qram, 2,947 qram, 2,701 qram, ümumi təmiz çəkisi 10,304 qram narkotik vasitə heroin, şkafın üzərindəki kağız qabın içərisindən 14 ədəd təsir maddəsinin ümumi miqdarı 0,56 qram narkotik vasitə metadon həbləri və 01 (bir) ədəd gümüşü rəngli, üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, marixuananı 1 həftə qabaq almış, “kakos” və metametafemini “Şamaxinka”dan götürmüş, səhərə kimi onlardan təqribən 1 qram istifadə etmişdir. Qalan narkotik vasitə də qabda yanında olmuşdur. O, yaşadığı mənzilin sanitar qovşağında narkotiklərdən istifadə etdiyi anda polis əməkdaşları içəri daxil olmuş, ona qarşı fiziki zor işlədərək evdən çıxartmışdırlar. Cibində də 500 manat pulu olmuşdur. Anasından 1000 manat borc pul almışdır. Onun 500 manatı pul qabında qalmışdır. Ondan 1 ay qabaq da tutulmuşdur. 1 nəfər onunla narkotiki ona satmağı üçün dava-dalaş etmişdir. Məzahir ona demişdir ki, iki nəfər imkanlı adam müqabilində ona ayda 500 manat pul verəcəkdir. O bu təkliflə razılaşmamışdır. Məzahir ona demişdir ki, dediklərini etməsə onu bir aya tutduracaq. Elə də olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, 2 ildir ki narkotik vasitə olan “şüşə”, “kakos” və marixuanadan istifadə edir. Narkotik vasitəni tərgitmək üçün metadon adlı həbdən istifadə etmiş, onu istifadə etdikdən sonra bədəni ağrımağa başlamışdır. Həmin həbi telefon vasitəsilə Yavər adlı şəxsdən sifariş vermişdir. Yavər adlı şəxsdən həmin həbləri 3-4 dəfə almışdır. Həmin həblərdən hərəsindən 5 qram sifariş etmişdir. 500 azn pulu terminal vasitəsilə göndərmişdir. Gündə 0,1 və 1 qram narkotik vasitə istifadə etmişdir. İttiham aktında qeyd olunan 71 qram marixuananı hadisədən 1 həftə qabaq istifadə etmişdir. Yavər adlı şəxs bildiyi qədəri ilə Əhmədli ərazisində yaşamışdır. Telefonunda da adını Yavər olaraq qeyd etmişdir. Tanımadığı şəxs ona telefonuna mesaj vasitəsilə narkotik vasitələrin alqı-satqısı ilə bağlı mesaj yazmış, amma ona cavab verməmişdir. Dəqiq nə yazdığı yadında deyildir. İranlı Yavər adlı şəxsə səsli mesaj göndərməmişdir. Ancaq telefon vasitə ilə danışmışdır. “Kakos”un hərəsi 1 büküm olmuşdur. Digərlərindən təqribi olaraq 4 qram qalmışdır. Polis əməkdaşlarının onu tutduğu vaxt onda büküm olmamışdır. Evdə şkafın içində tərəzisi olmuşdur. Tərəzidən ona görə istifadə etmişdir ki, İranlı Yavər onu aldatmasın. Malı aldıqdan sonra onun tərəzidə çəkisini yoxlamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o, saat 1-2 radələrində evdə sanitar qovşağında tutulmuşdur. Onu Məzahir tutmuşdur. Məzahir 3-cü polis bölmənin əməkdaşıdır. Məzahiri əvvəldən tanımışdır. Mehman adlı şəxslə bir ay qabaq yaşadıqları məhəllədə dalaşmışdırlar. Qaynanası da 102-yə zəng etmişdir. Əməliyyat tədbirini aparan şəxslər mülki geyimdə olmuş və 3 maşında gəlmişdirlər. Qonşular bu hadisəni görmüşdürlər. Məzahirin onun döyməsi ilə bağlı müstəntiqə şikayət etmişdir. Məzahir onu döydükdən sonra qonşularını təhdid edərək kiminsə Təqsirləndirilən şəxs barəsində izahat verəcəyi təqdirdə həmin şəxsi də narkotik istifadəçisi kimi tutduracağı ilə hədələmişdir. Buna görə də qonşulardan heç kim gəlməmişdir. Polis bölməsinə aparılanda onun üzərində heç nə olmamışdır. Polis bölməsində axtarış keçirilmiş və iki ədəd narkotik vasitəni onun cibinə qoymuşdurlar. Sonradan onun iştirakı ilə yaşadığı ünvanda baxış keçirilmişdir. Evdən götürdükləri malı yenidən baxış keçirilən zamanı evə gətirmişdirlər ki, guya onu dəhlizdə tutmuşdurlar. O bu barədə prokurorluğa demiş və 4 ay ərzində sənədi imzalamamışdır. Onu evdə sanitar qovşağında tutduqları zamanı üzərində narkotik vasitə olmamışdır. Onu narkotik vasitəni çəkdiyi yerdə tutmuşdurlar. Onun olduğu yerə 2 nəfər daxil olmuş və 1 nəfər də qapının yanında dayanmışdır. Həmin polis əməkdaşlarından Məzahir adlı şəxsi və birini də tanımış, lakin onun adı yadından çıxmışdır. 1-ci dəfə onu tutan Məzahir olmuşdur. Məzahir onu təpiklə vurmuşdur. Ailə üzvlərindən həyat yoldaşı X3, oğlu X8 oğlu, qaynanası Sevda Heydərova və qardaşı qızı onu polis əməkdaşları sanitar qovşağından aparanda görmüşdürlər. Yavər adlı şəxsin İran vətəndaşı olduğunu bilməmişdir. Onu üzbəüz görməmişdir. Yavər adlı şəxsdən narkotik vasitəni 3-4 dəfə almışdır. Yavər adlı şəxs ondan aldığı narkotik vasitəni özü istifadə etdiyini bilmiş, satışla bağlı məlumatı olmamışdır. Narkotik vasitənin qeyriqanuni dövriyyəsi və ya satışı ilə məşğul olmamışdır. Ona narkotik vasitənin satışı ilə bağlı mesajlar göndərən şəxsi tanımamış və kim olduqlarını bilməmişdir. Bu barədə ona göndərilən mesajların heç birinə cavab verməmişdir. Ailə üzvləri onun narkotik vasitə istifadə etdiyini bilmişdirlər. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, onu ailəsi ilə təhdid etmişdirlər. O, ittiham aktında göstərilən ifadəni təzyiq altında vermişdir. 4 ay ərzində o, heç bir sənədi imzalamamış, özünü müdafiə etmək məqsədi ilə onun haqqında deyilənlərin yanlış yazıldığını və narkotik vasitənin çəkisinin artıq qeyd edildiyini demişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yalnız özünün qəbul etdiyini bildirərək göstərmişdir ki, Masallı rayonu Türkoba ə/d, Şatıroba kəndində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 13A-da yaşayır. Heç yerdə işləmir. Təxminən 2 ilə yaxındır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Təxminən 6 ay bundan əvvəl “İnstaqram” sosial şəbəkəsində özünü Yavər adı ilə təqdim edən İran vətəndaşı ilə tanış olmuş, Yavərə narkotik vasitə və psixotrop maddələr istifadə etdiyini bildirmiş, Yavər ondan Whatsapp mobil nömrəni istədikdə, o, istifadəsində olan ***-***-**-** Whatsapp nömrəsini vermiş, Yavər də onunla +**********89 nömrəsi ilə əlaqə saxlamışdır. Yavərlə əlaqə saxlayan zaman ona ucuz narkotik maddələr və psixotrop maddələr təşkil edə biləcəyini və həmin maddələri Bakı şəhərində dediyi yerlərdən götürə biləcəyini bildirmiş, o, Yavərlə razılaşmışdır. Yavərdən təxminən 10 dəfəyə yaxın narkotik vasitə və psixotrop maddə almışdır. Yavər ona zəng edərək narkotik vasitə və psixotrop maddələri Bakı şəhərində qoydurduğu ünvanların fotoşəkillərini göndərmiş, o, da Yavərin ona göndərdiyi kart nömrə hesablarına müxtəlif məbləğlərdə pul göndərib, dediyi yerlərdən narkotik vasitə və psixotrop maddələri götürmüş, Yavərin ona göndərdiyi psixotrop maddə metamfetamini, narkotik vasitə heroin və metadon həblərini özü qəbul edirmiş, narkotik vasitə qurudulumuş marixuananı isə özündə olan elektron tərəzi ilə xırda bükümlərə bölüb Yavərdən növbəti dəfə narkotik vasitə və psixotrop maddə əldə etmək üçün müxtəlif şəxslərə hər bükümünü 10 manata satmışdır. Narkotik vasitə və psixotrop maddələri yaşadığı yataqxanada otağına aid sanitar qovşağında saxlamışdır. Belə ki, tutulmazdan 5-6 gün əvvəl Yavərin ona fotoşəklini göndərdiyi kağız parçasında yazdığı kart nömrə hesabına Sumqayıt şəhəri 3-cü mkr ərazisində yerləşən "Army" marketdə Milliön ödəmə terminalı vasitəsilə 900 manat pul göndərmiş, həmin pul müqabilində Yavər Bakı şəhəri Əhmədli qəsəbəsi ərazisində qoydurduğu yerdə narkotik vasitə və psixotrop maddələr götürməyini bildirərək həmin yerin fotoşəklini ona göndərmişdir. O, da həmin yerdən narkotik vasitə heroin, qurudulmuş marixuana, metadon həbləri və psixotrop maddə metamfetamini götürmüş, evə aparıb istifadə edəndə həmin maddələrin təsirin zəif olduğunu görmüş və bu barədə Yavərə zəng edib deyərək, növbəti dəfə ona daha yaşxı narkotik və psixotrop maddələr təşkil etməsini demişdir. Təxminən 2-3 gündən sonra Yavərlə danışıb ona fotoşəklini göndərdiyi kağız parçasında yazdığı kart nömrə hesabına Sumqayıt şəhəri 3-cü mkr ərazisində yerləşən "Army" marketdə Milliön ödəmə terminalı vasitəsilə 500 manat pul göndərmiş, Yavər ona təşkil etdiyi narkotik və psixotrop maddələri Bakı şəhəri "Şamaxinka" deyilən ərazidə binaların yaxınlığında qarajlın yanında qoydurduğunu bildirərək həmin yerin fotoşəklini ona göndərmiş, o, da xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində həmin yerə gedib Yavərin ona təşkil etdiyi narkotik və psixotrop maddələri götürüb evə aparmış və sanitar qovşağında heroin və metamfetamini özünə qəbul etmək üçün xırda bükümlərə bölmüş, qurudulmuş marixuananı da isə satmaq məqsədilə bükümlərə bölmüş, 14 ədəd metadon həblərlə birlikdə qablara qoyub saxlamışdır. Özünə də 2 bükümdə metamfetamini istifadə etmək üçün əynində olan şalvarının sağ yan kiçik cibinə qoyub saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 16:25 radələrində yaşadığı yataqxananın qarşısında olduğu zaman 3 nəfər mülki geyimində şəxslər yaxınlaşıb onu saxlamışlar, özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin polis əməkdaşları olduqlarını bildirmişlər və onun qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində, ünvanında saxlamaqda şübhəli olduğu üçün saxlanıldığını bildirərək bölməyə dəvət etmişlər, o,da etiraz etməmiş və birlikdə bölməyə gəlmişlər. 3-cü PB-də xidməti otaqda şübhəli şəxs qismində tutulmağı, bunula əlaqədar ona hüquq və vəzifələri və tutulmağının səbəbi izah edilmiş, ona vəkillərin siyahısı təqdim edilmişdir. Siyahıdan özünə X1 müdafiəçi qismində seçmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra üzərində iştirakçıların iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulan zaman o, əynindəki mavi rəngli cins şalvarının sağ yan cibinin kiçik cibindən 2 bükümdə olan metamfetamini çıxarıb təqdim etmiş, həmin bükümlərin içərisinə baxılanda metamfetamin aşkar olunmuşdur. Ona verilən şifahi suallara cavab olaraq üzərindən aşkar olunmuş 02 bükümün içərisində metamfetamin olduğunu bildirmişdir. Daha sonra şalvarının arxa sağ cibindən Samsung markalı, üzərində 050 *** ** ** və 055 *** ** ** mobil nömrələri olan telefonunu, şalvarının sağ yan cibindən 2 manat 65 qəpik, şalvarının sol yan cibindən 2 ədəd 5 manat pulu, sol cibindən qırıq vəziyyətdə olan alışqanı, 2 ədəd dirol saqqızı çıxardaraq təqdim etmişdir. Bundan sonra üzərində keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli əşya, predmet aşkar olunmamışdır. Ona verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş metamfetamini haradan əldə etdiyini, bundan başqa da yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddə saxladığını, bununla bağlı yaşadığı ünvana polis işçiləri tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş ümumilikdə 12 manat 65 qəpik pul, qırıq vəziyyətdə olan alışqan, 2 ədəd dirol saqqız özünə qaytarılmış, mobil telefonu isə təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd bükümdə metamfetamin elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,00 qram olmuşdur. Həmin maddə ekspertizaya göndərilməsi üçün kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində müvafiq qeydlər aparılmış və tərəflərindən imzalanmışdır. Ondan evinə baxış keçirilməsinə etirazı olmaması barədə müdafiəçinin iştirakı ilə ərizə alındıqdan sonra yaşadığı ünvana getmişlər. Yaşadığı yataqxanada otağına aid sanitar qovşağına onun iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı o, sanitar qovşağın içərisində olan şkafın üzərində olan 01 ədəd elektron tərəzini, 01 ədəd şüşə balonu və 01 ədəd panten sözü yazılmış plastik krem qabını, 01 ədəd su içmək üçün nəzərdə tutulmuş kağız qabı polislərə təqdim edərək ona məxsus olduğunu, şüşə balonda narkotik vasitə qurudulmuş marixuana, plastik qabda isə narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin, kağız qabın içərisində isə metodon həbləri saxladığını bildirmişdir. Bundan sonra baxış zamanı şkafın üzərində olan şüşə balonun içərisində 2 bükümdə və şkafın üzərindəki plastik qabın içərisindən 1 bükümdə qurudulmuş marixuana, 1 bükümdə metamfetamin, 3 bükümdə heroin, üzərində narkotik vasitələrin qalıqları olan 1 sellofan büküm, 1 bükümdə çətənə toxumları, şkafın üzərindəki kağız stəkanın içərisindən, 14 ədəd metadon həbi və şkafın üzərindən 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, şüşə balonundan aşkar olunmuş 2 ədəd sellofanda olan qurudulmuş marixuanalar 75,66 qram və 28,35 qram, plastik qabdan aşkar olunmuş 1 bükümdə qurudulmuş marixuana 0,15 qram, 1 bükümdə çətənə toxumları 0,29 qram, 1 bükümdə metamfetamin 9,42 qram, 03 ədəd bükümdə heroinlər 3,37 qram, 5,40 qram, 4,30 qram və üzərində narkotik vasitələrin qalıqları olan 1 sellofan büküm 0,84 qram olması müəyyən olundu. Həmin maddələr, 1 ədəd elektron tərəzi və panten sözü yazılmış plastik krem qabı ekspertizaya göndərilməsi üçün 01 ədəd sellofan torbaya qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş metamfetamini, yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroini, qurudulmuş marixuananı və metadonu, metamfetaminin bir qismini tutulmazdan 5-6 gün əvvəl Bakı şəhəri Əhmədli qəsəbəsi ərazisində və qalanını isə xx.xx.2022-ci il tarixdə İran İslam Respublikası vətəndaşı Yavər adlı şəxsin Bakı şəhəri, "Şamaxinka" deyilən ərazidə öncədən razılaşdıqları kimi qoydurduğu yerlərdən götürüb əldə etmişdir. Elektron tərəzini isə çoxdandır ki, almışdır və həmin elektron tərəzini özü üçün narkotik vasitə və ya psixotrop vasitələri ölçüb daha sonra hissə-hissə qəbul etməkdən, həmçinin qurudulmuş marixuananı bölüb satmaq üçün saxlamışdır. Yavər adlı şəxsdən əvvəllər də narkotik vasitə və psixotrop maddə əldə etmiş, X14 Respublikasının vətəndaşıdır, onunla +**********89 saylı İran mobil nömrəsi ilə əlaqə saxlayırmış, Yavərin harada yaşaması barədə məlumatı yoxdur. Yavər adlı şəxsin narkotik vasitələri və psixotrop maddələri haradan əldə etməsi barədə məlumatı yoxdur və bu barədə Yavərdən heçnə soruşmamışdır. Yavərə narkotik vasitələri və psixotrop maddələri istifadə etmək üçün aldığını bildirmişdir. Əldə etdiyi narkotik və psixotrop maddələrdən yalnız qurudulmuş marixuananı bükümlərə bölüb satırmış ki, əldə etdiyi pulla növbəti dəfə Yavərdən psixotrop maddə və narkotik vasitə alsın. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etməyi barədə ailə üzvlərinin məlumatı olmamışdır, sanitar qovşağında həmin maddələri örtülü və gizlin saxlayıb gizlətməyi barədə heç kimin məlumatı olmamışdır. Həmçinin o, heç vaxt evdə narkotik vasitə və ya psixotrop maddə qəbul etməmişdir. Polis əməkdaşları tərəfindən ona heç zor tətbiq edilməmiş, onu heç kim döyməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin, 3-cü Pİ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda çoxdan məlumat olmuşdur. xx.xx.2022-ci ildə ona məlumat daxil olmuş, həmin tarixdə 3 nəfərdən ibarət qrup yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, olmuşdur. Daxil olmuş məlumata əsasən məlumatı yoxlamaq üçün 41-ci məhəllə, 18 saylı yataqxananın qarşısında getmişdirlər. Təqribi olaraq saat 16:30 radələrində Azər adlı şəxs yataqxananın qarşısında görünmüşdür. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu etiraf etdi. Dərhal onlar Təqsirləndirilən şəxs polis bölməsinə dəvət etmişdirlər. Polis bölməsində kriminalist, təhqiqatçı və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Təqsirləndirilən şəxs iki büküm metamfetamini təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs bildirdi ki, yaşadığı mənzildə də narkotik vasitə var. Təqsirləndirilən şəxs yaşadığı mənzilin sanitar qovşağında marixunana, heroin, metamfetamin, metadon aşkar olundu. Narkotik vasitəni İran vətəndaşından aldığını bildirmişdir. Həmin İran vətəndaşına 400 manat və 900 manat pul göndərdiyini də qeyd etdi. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir fiziki güc və zor tətbiq olunmamışdır. Əvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məktub daxil olmuşdur. Təqsirləndirilən şəxs yataqxananın qarşısında saxlamışdırlar. Ona yaxınlaşanda özlərini təqdim etmişdirlər. Təqsirləndirilən şəxsi yaxalayana qədər Təqsirləndirilən şəxs yaşadığı ünvanda olmamışdır. Məlumat ona məxfi yerdən daxil olduğu üçün onun haqqında heç kimə məlumat verə bilməz. Məktub ona Baş Narkotiklər İdarəsindən göndərilmişdir. 4 ildir ki, həmin ərazidə xidmət edir. 4 il müddətində ona Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şifahi məlumat daxil olmuşdur, sadəcə olaraq məlumatı dəqiqləşdirə bilməmişdir. Həmin məktubda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və istifadəsi ilə bağlı formada göndərilmişdir. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər 3-cü polis bölməsinə onun narkotik vasitələrin qanunsuz dövriyyəsində iştirak etməsi, həmçinin satışı, üzərində və yaşadığı mənzildə saxlaması barədə məlumat daxil olmuşdur. Bununla bağlı olaraq keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində şəxsin olduğu yer müəyyən edilmiş, əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o, Şahid1 və Şahid2 iştirak etmişdir. xx.xx.2022-ci il tarxində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 41-ci məhəllə, 18-ci yataqxanada olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişdirlər. Üzərində şəxsi axtarış həyata keçirə bilmədikləri üçü onu polis bölməsinə dəvət etmişdirlər. Polis Bölməsində şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuş, həmin narkotik vasitəni haradan aldığını soruşmuşdurlar. Təqsirləndirilən şəxs narkotik vasitəni İran vətəndaşından aldığını bildirmiş, yaşadığı yataqxanada digər narkotik vasitələrin olduğunu bildirmişdir. Yataqxanaya da baxış keçirilən zaman orada daha fərqli və daha çox narkotik vasitələr aşkar olunmuşdur. Narkotik vasitələrin arasında heroin, metamfetamin və həblər də olmuşdur. Təqsirləndirilən şəxsin məhkəmə zalında dedikləri səhvdir. Təqsirləndirilən şəxs onların xidməti ərazisində deyil, bölmənin inzibati ərazisində yaşayır. Azərin narkotik vasitə satışı ilə məşğul olmağı barədə məlumat olmuş, amma dəqiq yadında deyil ki, məlumat daxil olduğu müddətdən nə qədər müddət sonra əməliyyat axtarış tədbirini həyata keçirilmişdir. Əməliyyat tədbirinə Şahid1 rəhbərlik etmişdir. Şahid1 xidməti ərazisi olmuşdur. Onlara daxil olan məlumat ümumiyyətlə, məxfi olmuşdur. Təqsirləndirilən şəxs 18 saylı yataqxananın qarşısında mülki geyimdə saat 16:25-də saxlamışdırlar. Sumqayıt şəhəri 3-cü polis bölməsindən Azərin yaşadığı yataqxana 5 dəqiqəlik məsafədir. Onlar onu bölməyə aparanda üzərindən 1 qram metamfetamin aşkar olundu. Aşkar olunan narkotik vasitə büküm formasında olmaqla iki ədəd idi. Təqsirləndirilən şəxs bölməyə aparanda özü etiraf etmişdir ki, narkotik vasitəni İran vətəndaşından alıb və yaşadığı mənzildə də olduğunu demişdir. Narkotik vasitənin Azərin yaşadığı mənzilin sanitar qovşağından aşkar etmişdirlər. Azərin yaşadığı mənzildə elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması faktını təsdiq edən telefon danışıqları var. Şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, bölmənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 icraatına Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 13A-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələr əldə etməsi, qəbul etməsi, üzərində gəzdirməsi, yaşadığı yataqxanada saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna o və bölmənin Caüzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 da daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi bölmənin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 20 iyun 2022-ci il tarixdə onun ola biləcəyi yerlər tərəfimizdən müşahidəyə götürülmüş, saat 16:25 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə, 18 saylı yataqxananın qarşısında olmasını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar, ona qanunsuz olaraq narkotik maddələrin dövriyyəsində şübhəli olduğuna görə üzərində şəxsi axtarış keçirilməsini bildirmişlər və həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onu bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək Sumqayıt 1 saylı Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş. Təqsirləndirilən şəxs siyahıdan özünə vəkil X1 müdafiəçi kimi seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Videoçəkilişi Sumqayıt ŞPİ-nin KTB-nin baş ekspert-kriminalisti, polis mayoru Rasim Paşayev çəkmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki mavi rəngli cins şalvarının sağ yan cibinin kiçik cibindən 2 ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümlərin içərisində metamfetamin olduğunu bildirmiş, daha sonra şalvarının arxa sağ cibindən Samsung A 10 markalı, üzərində 050 *** ** ** və 055 *** ** ** mobil nömrələri olan mobil telefonu, şalvarının sağ yan cibindən 2 manat 65 qəpik, şalvarının sol yan cibindən 2 ədəd 5 manat pulu, sol cibindən qırıq vəziyyətdə olan alışqanı, 2 ədəd dirol saqqızı çıxardaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən başqa cinayət xarakterli əşya, predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 bükümün içərisinə baxılanda psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunmuşdur. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 bükümdə metamfetamini xx.xx.2022-ci il tarixdə İran vətəndaşı vasitəsilə Bakı şəhəri "şamaxinka" deyilən ərazidə qoydurduğu yerdən götürdüyünü. İran vətəndaşının ona heroin, qurudulmuş marixuana və narkotik tərkibli həblər də qoydurduğunu, buna görə İran vətəndaşının ona göndərdiyi kart hesabına 900 və 400 manat yüklədiyini, həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, həmin maddələri hazırda yaşadığı yataqxanada otağına aid sanitar qovşağı-mətbəxdə saxladığını və həmin yerə polis işçiləri tərəfindən baxış keçirilməsinə etirazı olmadığı bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükümdə olan metamfetaminə bənzər maddələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,00 qram olmuşdur. Həmin maddələr ekspertizaya göndərilinəsi üçün, kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumilikdə 12 manat 65 qəpik pul, qırıq vəziyyətdə olan alışqan, 2 ədəd dirol saqqız özünə qaytarılmış, mobil telefonu isə götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi ilə bağlı tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanın sanitar qovşağına baxış keçirilməsinə etirazı olmaması barədə müdafiəçinin iştirakı ilə ərizə alındıqdan sonra həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs, müdafiəçisi və iştirakçılarla birlikdə onun yaşadığı yataqxananın 1-ci mərtəbəsində yerləşən otağına aid sanitar qovşağına baxış zamanı Təqsirləndirilən şəxs sanitar qovşağın içərisində şkafın üzərində olan 01 ədəd elektron tərəzini, 01 ədəd şüşə balonu, 01 ədəd panten sözü yazılmış plastik krem qabını, 01 ədəd su içmək üçün nəzərdə tutulmuş kağız qabı təqdim edərək ona məxsus olduğunu, şüşə balonda narkotik vasitə qurudulmuş marixuana, plastik qabda isə narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin, kağız qabın içərisində isə metadon həbləri saxladığını bildirmişdir. Bundan sonra baxış zamanı şkafın üzərində olan şüşə balonun içərisindən 2 bükümdə qurudulmuş marixuana, şkafın üzərindəki plastik qabın içərisindən 1 bükümdə qurudulmuş marixuana, 1 bükümdə çətənə toxumları, 1 bükümdə metamfetamin, metamfetamin qalıqları, 3 bükümdə heroin, üzərində narkotik maddələrin qalıqları olan 1 selofan büküm, şkafın üzərindəki kağız stəkanın içərisindən 14 ədəd metadon həbi və şkafın üzərindən 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunmuşdur. Bundan sonra aşkar olunmuş maddələr elektron tərəzidə çəkilmiş, şüşə balonundan aşkar olunmuş 2 ədəd selofanda olan qurudulmuş marixuanalar 75,66 qram və 28.35 qram, plastik qabdan aşkar olunmuş 1 bükümdə qurudulmuş marixuana 0,15 qram, 1 bükümdə çətənə toxumları 0.29 qram, 1 bükümdə metamfetamin 9,42 qram, 03 ədəd bükümdə heroinlər -3,37 qram. -5,40 qram, -4,30 qram və üzərində narkotik vasitələrin qalıqları olan İ selofan büküm 0,84 qram olması müəyyən olunmuşdur. Həmin maddələr, 1 ədəd elektron tərəzi və panten sözü yazılmış plastik krem qabı ekspertizaya göndərilməsi üçün 01 ədəd selofan torbaya qoyularaq qablaşdırılmış və möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış və imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs yadadığı otağına aid sanitar qovşağına baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2022-ci il tarixli “əməliyyat tədbirinin keçirilməsi barədə” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 41-ci məhəllə, 18 saylı yataqxanada narkotik vasitə saxlaması, üzərində gəzdirməsi, istifadə etməsi, satışı barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 2 bükümü çıxardaraq təqdim edir, həmin bükümlərin içərisində metamfetamin olduğunu bildirir. Daha sonra şalvarının arxa cibindən “Samsung A 10” markalı telefonu təqdim edir. Ona verilən şifahi suallara cavab olaraq üzərindən aşkar olunmuş 2 bükümdə metamfetamini xx.xx.2022-ci il tarixdə İran vətəndaşı vasitəsilə Bakı şəhəri "Şamaxinka" deyilən ərazidən götürdüyünü, İran vətəndaşının ona heroin, qurudulmuş marixuana və narkotik tərkibli həblər də qoydurduğunu, buna görə İran vətəndaşının ona göndərdiyi kart hesabına 900 və 400 manat yüklədiyini, həmin maddələri şəxsi istifadəsi üçün əldə etdiyini, həmin maddələri hazırda yaşadığı yataqxanada otağına aid sanitar qovşağında saxladığını və həmin yerə polis işçiləri tərəfindən baxış keçirilməsinə etirazı olmadığı bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş digər əşyalar özünə qaytarılır, mobil telefonu isə təhqiqatçı tərəfindən götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Təqsirləndirilən şəxs tərəfində yazılmış 20 iyun 2022-ci il tarixli ərizədən görünür ki, yaşadığı ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokol və qeyd olunan tədbirin video görüntülərini əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq olunarkən müəyyən olunur ki, baxış zamanı Təqsirləndirilən şəxs sanitar qovşağın içərisində şkafın üzərində olan 01 ədəd elektron tərəzini, 01 ədəd şüşə balonu, 01 ədəd “panten” sözü yazılmış plastik krem qabını, 01 ədəd plastik stəkanı təqdim edərək ona məxsus olduğunu, şüşə balonda narkotik vasitə qurudulmuş marixuana, plastik qabda isə narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin, kağız qabın içərisində isə metadon həbləri saxladığını bildirdiyi, bundan sonra baxış zamanı şkafın üzərində olan şüşə balonun içərisindən 2 bükümdə qurudulmuş marixuana, şkafın üzərindəki plastik qabın içərisindən 1 bükümdə qurudulmuş marixuana, 1 bükümdə çətənə toxumları, 1 bükümdə metamfetamin, metamfetamin qalıqları, 3 bükümdə heroin, üzərində narkotik maddələrin qalıqları olan 1 selofan büküm, şkafın üzərindəki kağız stəkanın içərisindən 14 ədəd metadon həbi və şkafın üzərindən 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar olunduğu, bundan sonra aşkar olunmuş həmin maddələr elektron tərəzidə çəkilərək həmin maddələr 1 ədəd elektron tərəzi və “panten” sözü yazılmış plastik krem qabı ekspertizaya göndərilməsi üçün 01 ədəd sellofan torbaya qoyularaq qablaşdırılaraq möhürləndi. Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus və ondan ilkin sənədləşmə zamanı götürülmüş "Samsung A10" markalı mobil telefona baxış zamanı "Qalereya" bölümünə baxdıqda orada kamera bölümündə 28 may 2022 02:22 tarixli videoçəkilişdə qapalı məkanda bir nəfər kişi cinsli şəxsin şəffaf lentə bükülmüş qara rəngli sellofan torbanı elektron tərəzi üzərinə qoyub, çəkisinin 106,42 qram olmasını göstərir, sonra da bıçaqla həmin bükülünü açaraq sellofandan ayırır və həmin bükülünün içərisindən götürdüyü yaşıl rəngli bitki mənşəli maddəni elektron tərəzidə çəkir və çəkisi 99,07 olduğu müəyyən olunaraq" bir qram çatmır ki 100 qram olsun, halal xoşun, indi baxım görüm ki, bu özü nətərdir" ifadəsi ilə bitir. 30 may 2022 10:11 tarixli videoçəkilişdə qapalı məkanda bir nəfər kişi cinsli şəxsin qara rəngli sellofan torbada olan yaşıl rəngli bitki mənşəli maddəni videoya çəkərək "yavər qardaş, bax mən bundan deyirdim, soruşdum ki, var, dedin hə, bax bundan istəyirdim" ifadəsini işlədir və yanaşı olan digər şəffaf sellofan torbada olan yaşıl rəngli bitki mənşəli maddəni göstərərək "bu nədir, başına dönüm bu ondan deyil, Allah haqqı ondan deyil" ifadəsini işlədərək torbalarda olan maddələrin fərqli olduğunu izah edir, "qatışdırıb başqa şey verib, başına dönərəm, özüdə iyində də qeyri bir fərqi var, indi yoxlayacam, xahiş edirəm əgər pisdirsə bu malı mən istəmirəm, pulumu qaytarsınlar, malı götürsünlər" ifadəsi ilə bitir. 30 may 2022 10:23 tarixli videoçəkilişdə qapalı məkanda bir nəfər kişi cinsli şəxsin əlinin ovucunda yaşıl rəngli bitki mənşəli maddəni videoya çəkərək "yavər qardaş bax qalovka yerindən götürmüşəm, ən yaxşı yerindən, eşim qoşum görüm nədir, bax bu qədər götürmüşəm, bundan artıq əlimi də vuran deyiləm, yaxşı olmasa elə də qayıdacaq, bu qədər cəmi götürmüşəm onun özünü tək biləcəm, görüm nə göstərir." ifadəsi ilə bitir. 24 may 2022 09:17 tarixli videoçəkilişdə qapalı məkanda bir nəfər kişi cinsli şəxsin əlindəki şəffaf sellofanda olan kristal formalı yaş halda olan maddəni göstərərək" ay yavər qardaş, sən bidənə bunu görürsən, buna bax, Qurana and olsun hamısı sulanıb bu vəziyyətə qalıb, başına dönüm bunu elə bir yerə qoymuşam ki, qurusun, bu niyə belədir" ifadəsi ilə bitir. 24 may 2022 09:24 tarixli videoçəkilişdə qapalı məkanda bir nəfər kişi cinsli şəxsin əlindəki şəffaf sellofanda və qarşısındaki ağ rəngli boşqabda olan kristal formalı yaş halda olan maddəni göstərərək" bax bu nə vəziyyətdədir, suyuna bax, 20 qramdıye bu, 20 qramdan bu vəziyyətə düşdü, əlimin yağına bax, bu nədir başına dönüm, səni and verirəm Allaha özün fikirləş 20 qram bu vəziyyətə düşüb, baxda gör mən nə qədər ziyana gedirəm, bunlar nə edirlər, nə fikirləşirlər" ifadəsi ilə bitir. "Qalereya" bölümündə qeyd olunanlardan başqa iş üzrə əhəmiyyət kəsb edən heç bir foto və ya video müəyyən olunmamışdır. Baxış zamanı mobil telefonun "Telefon" bölümündə və olan kontaktlara baxdıqda orada "Y" bölümündə "Yaver" adı ilə qeyd olunmuş +**********89 saylı nömrənin eynilə Whatsapp bölümündə kontaktlarda olması müəyyən olunmuşdur. Bundan başqa baxış zamanı mobil telefonun Telefon, SMS, Whatsapp, İnstagram, Facebook, Telegram və Mesenger bölümündə iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat, yazışma, fotoşəkil müəyyən olunmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, mobil telefonunda videogörüntüdə olan danışan şəxs özüdür, həmçinin yaşadığı yataqxanada otağına aid olan sanitar qovşağı-mətbəxdədir, mobil telefonunda kontaktlara +**********89 mobil nömrəsini qeyd etdiyi Yavər adlı şəxsin onunla Whatsapp-la əlaqə saxlayaraq göndərmiş olduğu narkotik vasitə qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin yaxşı olmadığını videoya çəkib Yavərə göndərərək növbəti dəfə ona daha yaxşı narkotik və psixotrop maddə göndərməsi mövzüsünda danışdığını və Yavərlə aralarında olan yazışmanın qalmadığını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefondan aşkar olunmuş yuxarıda qeyd olunan 5 ədəd videogörüntülər iş üzrə əhəmiyyət kəsb etdiyindən diskə köçürülmüş və Whatsapp bölümündə kontaktlarda "Yaver" adı ilə qeyd olunmuş +**********89 saylı nömrənin fotoşəkli çıxarılaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 10919/22 saylı məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə dair məlumatları əks etdirən elektron məlumat daşıyıçısına baxış keçirilməsi haqqında 27 oktyabr 2022-ci il tarixli protokol məhkəmə istintaqı zamanı tədqiq edilərkən xx.xx.2022-xx.xx.2022-ci il tarixli aralıqda aşağıdakı məzmunda SMS-lər aşkar olunmuşdur: xx-xx-2022 21:47:56 **********78 - **********74 MEN GEDİREM EVE ACMİRSAN DAHA TELEFONU SAQOL ALLAH KÖMEYİN OLSUN xx-xx-2022 21:48:00 **********78 - **********74 GOZLEDİM SENİ NE TELEFON ACİRSAN NE DE BİR ŞEY YARİM SAAT DEYİRSE xx-xx-2022 21:48:04 **********78 - **********74 8 SAAT GÖZDEDİRDEN SORADA TELEFON SONDURSEN NEYSE SAQOL BU NOMREY xx-xx-2022 21:48:07 **********78 - **********74 E YAZMA xx-xx-2022 21:08:07 **********10 - **********74 Olmadie qardawcani saatdie burdayam birsoz denende ayda ilde 1defe dincelmey istiyir adam onuda burnmnan getirirsen birkelme he yox denende bayaqdan goz xx-xx-2022 04:13:10 **********67 - **********74 Qepe kimi senen niye uzaq duraq sen guye bilmir ki neyne mesqulsa xx-xx-2022 04:24:29 **********67 - **********74 Sen narkotiq satmsaki azer birde iki yadmsam sen clx cole xx-xx-2022 04:38:46 **********67 **********74 Sen ki mene bele elediki icme mene nakotiq satsan da azer sen yadlmya qepedi xx-xx-2022 03:54:59 **********34 - **********74 Spartivni walvarin cibine gore kawlok goturmemiwdim gelmiwem burda baxiramki 2 dene manat gotumuwem 2 2o manatin yerine qayitmiwam tezden pulu goturmeycun xx-xx-2022 03:55:04 **********34 - **********74 burdayam uje cix xx-xx-2022 14:30:14 **********10 - **********74 Menem behruz noldun xx-xx-2022 08:19:53 **********10 - **********74 menem behruz xx-xx-2022 20:08:54 **********10- **********74 Burdayam ay qaqa xx-xx-2022 20:49:15 **********10 - **********74 Burdayam ay qaqa Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 14235 saylı məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə dair məlumatları əks etdirən elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 12 noyabr 2022-ci il tarixli protokola baxış keçirərkən xx.xx.2022-xx.xx.2022-ci il tarixli aralıqda olan aşağıdakı məzmunda SMS-lər aşkar olunmuşdur: xx/xx/2022,19:46:18,**********09,**********74,Bowluqdu padeZde xx/xx/2022,10:54:00,**********09,**********74,Qardawimsan sulu eleme onu dunenki lap biyabirciydi xx/xx/2022,23:43:01,**********23,**********74,Ab8 menem behruz acda teli xx/xx/2022,19:12:18,**********15,**********74,burdayam xx/xx/2022,20:49:23,**********10,**********74,Ay qaqa menem Behruz noldu 2saatdie buralarda gozledirsen xx/xx/2022,16:37:21,**********15,**********74,gelde yetim eeee xx/xx/2022,20:20:50,**********96,**********74,Menm behruz xx/xx/2022,20:34:48,**********96,**********74,Ay qaqa menem behruz hardasan ceber ele dermanlari goturumde xx/xx/2022,13:15:50,**********10,**********74,Kecen defekinkimi ele bidene yari 3denede derman xx/xx/2022,14:32:25,**********10,**********74,Menem behruz acda ta noldune. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2022-ci il tarixli 6/3453 nömrəli rəyindən görünür ki: tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən..." sözləri, imzalar qeyd edilmiş zərfin içərisidə 02 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,579 qram, 0,106 qram ümumi təmiz çəkisi 0,685 qram olan ağ rəngli, kristalşəkilli maddə və üzərində "Təqsirləndirilən şəxs yataqxana mətbəxindən götürülmüş..." sözləri, imzalar qeyd edilmiş bağlamanın içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 8,915 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir; - üzərində "Təqsirləndirilən şəxs yataqxana mətbəxindən götürülmüş..." sözləri, imzalar qeyd edilmiş bağlamanın içərisində 03 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,656 qram, 2,947 qram, 2,701 qram ümumi təmiz çəkisi 10,304 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eynilik təşkil edir, bir ədəd bükümdə narkotik vasitə olan heroinin izləri vardır və heroin iz şəklində olduğu üçün digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparılması və təmiz çəkisinin müəyyən edilməsi mümkün deyildir;- üzərində "Təqsirləndirilən şəxs yataqxana mətbəxindən götürülmüş...” sözləri, imzalar qeyd edilmiş bağlamanın içərisində konvalyut kəsiklərində olan ümumilikdə 14 ədəd dairəvi formalı, qəhvəyi rəngli həblər narkotik vasitə - metadondur, həblər xarici görünüş əlamətlərinə və kimyəvi komponent terkibinə görə birbiri ilə eynilik təşkil edir və 14 ədəd metadonun təsir maddəsinin ümumi miqdarı 0,56 qram (üzərindəki göstəricilərə əsasən bir həbdə 0,04qram) təşkil edir; - üzərində "Təqsirləndirilən şəxs yataqxana mətbəxindən götürulmüş...” sözləri, imzalar qeyd edilmiş bağlamada olan bir ədəd gümüşü rəngli elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün digər bükümlərdə olan heroinlərlə müqayisəli tədqiqat aparılması və təmiz çəkisinin müəyyən edilməsi mümkün deyildir; bir ədəd plastik qabın içərisində təmiz çəkisi 0,332 qram olan qəhvəyi rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və digər bükümlərdə olan metamfetaminlərlə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"-in siyahısına (Siyahı İİ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 21 iyun 2022-ci il tarixli 7/664 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs mətbəxindən götürülmüş..." yazı və imzalar olan bağlamada 2 ədəd sellofan bağlamada və 1 ədəd gümüşü-ağ rəngli kağız kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 11,528 qram, 60,0 qram və 0,074 qram olmaqla, ümumi çəkisi 71,602 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 1 ədəd kağız kəsiyi bükümündə və 1 ədəd palstik qabda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,077 qram və 0,01 qram olmaqla, ümumi çəkisi 0,087 qram bitki toxumları əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar narkotik vasitələrin siyahısına daxil deyildir. Təqdim olunan bitki toxumların tərkibində narkotik komponentlər olmadığı üçün onlarla müqayisəli tədqiqat aparılmadı. Tədqiqata təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş elektron tərəzinin səthində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X13" tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4099 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi, cinayət əməllərinin hüquqi tövsifi və cinayət içinin materiallardan başqa cinayət işinin ayrılması haqqında ” 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və ünvanına aid sanitar qovşağından aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 9,732 qram psixotrop maddə metamfetamin, 10,154 qram narkotik vasitə heroin, 10 ədəd metadon həbləri, 71,452 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, ümumi çəkisi 0,087 qram çətənə bitkisinin toxumları, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd büküm, 1 ədəd plastik qab maddi sübut kimi tanınması və saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın və yaşadığı ünvana aid sanitar qovşağında keçirilən baxışın video təsvirlərini əks etdirən 1 ədəd DVD disk, "xxxx" MMC-dən 10919/22 saylı məktubla, "xxxx"xxxx"Azercell MMC-dən 15472 saylı məktubla daxil olmuş CD disklər və mobil telefonda olan videogörüntüləri əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş “Samsung A10” markalı mobil telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Sumqayıt şəhər icra hakimiyyəti Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı mənzil komunl sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 13 A-da qeydiyyatsız yaşamış, qonşularla heç bir münaqişəsi olmamışdır. Onun barəsində 12 saylı MKS heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs övladları xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2019-cu il təvəllüdlü X5 azyaşlı, xx.xx.2008-ci il təvəllüdlü Fəttayev Xanəli Azər oğlu isə yetkinlik yaşına çatmayandır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə ittiham verilmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzib edilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması, narkotik vasitə və psixatrop maddəni yalnız öz şəxsi istifadəsi məqsədilə əldə etməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X9 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, qurudulmuş marixuana və metadon «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in siyahısına daxildir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinin, bir yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 20 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 20 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvana aid sanitar qovşağından aşkar olunaraq götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 9,732 qram psixotrop maddə metamfetamin, 10,154 qram narkotik vasitə heroin, 10 ədəd metadon həbləri, 71,452 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 0,087 qram çətənə bitkisinin toxumları, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd büküm, 1 ədəd plastik qab məhv edilməlidir. Təqsirləndirilən şəxs götürülmüş “Samsung A10” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. 2 ədəd DVD disk, 3 ədəd CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 143 (bir yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 20 iyun 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan ekspert tədqiqatından sonra qalıq qalmış 9,732 qram psixotrop maddə metamfetamin, 10,154 qram narkotik vasitə heroin, 10 ədəd metadon həbləri, 71,452 qram narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 0,087 qram çətənə bitkisinin toxumları, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd büküm, 1 ədəd plastik qab məhv edilsin, 01 ədəd elektron tərəzi müsadirə olunsun. Təqsirləndirilən şəxs götürülmüş “Samsung A10” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. 2 ədəd DVD disk və 3 ədəd CD disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 143 (bir yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-93/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-93/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver