Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-94/2025 12.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 2005-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2aşayış kompleksi, bina 5, mənzil 37 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cli il tarixdə saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən “Şok” marketin qarşısında Şahid3 Şahid6 skuterini idarə etməsi üçün istədikdə sonuncunun imtina etməsi səbəbindən tərəflər arasında yaranmış dava-dalaş zamanı oraya gələn Şahid6 dayısı Zərərçəkmiş şəxs dava-dalaşın iştirakçısı olmasını bəhanə edib faktiki səbəb olmadan Şahid3 ilə bir qrup şəxs halında özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə üstün qoymaqla, ictimai və şəxsi mənafeyə əhəmiyyətli zərər vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək ictimai yerdə insanların gözü qarşısında Zərərçəkmiş şəxs və digərlərinin ünvanına yüksək səslə nalayiq ifadələr işlədərək üzərində gəzdirdiyi istintaqla müəyyən olunmamış silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib xuliqanlıq niyyəti ilə sonuncunun bir dəfə döş qəfəsindən vuraraq ona döş qəfəsinin sol yarısının daxilə keçərək sol plevra boşluğuna nüfuz edən və hempnevmotoraksa (döş boşluğuna hava və qanın yığılması) səbəb olan bir ədəd kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurduqdan sonra Təqsirləndirilən şəxs hadisə yerinə qayıdan Şahid3 ilə bir qrup şəxs halında əməllərini qarşılıqlı uzlaşdırmış, bu zaman ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən xuliqanlıq hərəkətlərini davam etdirərək Şahid3 Zərərçəkmiş şəxs ünvanına yüksək səslə nalayiq ifadələr deyib üzərində gəzdirdiyi istintaqla müəyyən olunmamış silah qismində istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs üzərində zor tətbiq edib sonuncunun bir dəfə qarın nahiyəsindən vurmaqla ona qarnın ön divarının sağ yan səthinin daxilə keçməyən l(bir) ədəd kəsilmiş-deşilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarət yetirdikdən sonra Şahid3 bu hərəkətlərinə Şahid1 və X2 irad bildirib ictimai qaydanın pozulmasının qarşısını alan zaman əvvəlcə istintaqla müəyyən olunmamış silah qismində istifadə etdiyi dəmir alət ilə bir dəfə Şahid1 sol baldır nahiyəsindən vurub yerə yıxmış, yerdə isə təpiklə başından və sifətindən vuraraq ona sol alt və üst göz qapaqlarının şişkinliyi halında qançırı, sol gözün ağlı qişasına qansızına, sol baldırın aşağı 1/3-nin tış səthinin qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid, Ceyhun Məmmədliyevin isə sol baldır nahiyəsindən bir dəfə təpiklə, bir neçə dəfə də yumruqla başından vuraraq ona sol alt və üst göz qapaqlarının qançırı, sol gözün ağlı qişasına qansızına, sağ qulaq arxası nahiyəsinin hematoması, sol baldırının yuxarı 1/3-nin arxa səthinin qançırı kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilmiş bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs vurmamışdır. Hadisə baş verdiyi yer onun yaşadığı məhəllədir. Hadisə axşam 20:00-21:00 radələrində baş vermişdi. Məhəllədə xeyli adam var idi və o, nə baş verdiyini öyrənmək üçün çölə çıxmışdır. Çölə çıxdıqda, orada mübahisə baş verdiyini görmüşdür. O, heç kimi vurmamışdır. Kiminsə əlində bıçaq görməmişdir. Onun özündə də bıçaq olmamışdır. Sadəcə orada olduğu üçün polis əməkdaşları onu tutmuşdular. Onun Zərərçəkmiş şəxsla mübahisəsi olmamışdır. Şahid3 tanıyırdı, onunla eyni məhəllədə yaşayırdılar. Şahid3 Şahid6 ilə mübahisəsi düşmüş ola bilər. Məhkəməyədək icraat zamanı verdiyi ifadəni müstəntiq yazmışdır. O, şifahi olaraq demiş, o da yazmışdır. Sonradan ifadəni oxumuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində ona Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində küçədə ilə piyada yaşadığı ev istiqamətində getmişdir. Mehdiabad qəsəbəsində olan “Şok" marketin qarşısından keçən zaman siqareti olmadığından siqaret almaq üçün mağazaya daxil olmaq istəmişdir. Mağazanın qarşısına çatdıqda orada çoxsayda şəxslərin toplaşdığını görmüşdür. Nə baş verməsini bilmək üçün həmin şəxslərə yaxınlaşmışdır. Həmin şəxslərdən X9 və Şahid3 tanımışdır. Digər şəxslər isə tanımamışdır. Lakin sonradan öyrənmişdir ki, həmin şəxslər Zərərçəkmiş şəxs, Şahid1 və Ceyhun adlı şəxsdir. Həmin şəxslər qarşılıqlı olaraq biri-biriləri ilə sözlə mübahisə etmişlər. Onlar bir neçə dəqiqə sözlə mübahisə etdikdən sonra dava başlamışdır. Belə ki, qarşılıqlı olaraq əlbəyaxa olmuşlar. Hadisəyə müdaxilə etməyərək bir neçə dəqiqə onları seyr etdikdən sonra dava-dalaş bitmiş və oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində daha sonra göstərmişdir ki, həmin hadisə zamanı orada yalnız Nihadı və Sərxanı tanımışdır. Sonradan isə orada öyrənmişdir ki, digər şəxslər Nicat, Nahid və Ceyhundur. Onu heç kim vurmamış və ümumiyyətlə hadisəyə müdaxilə etməmişdir. Üzərində bıçaq olmamış, Nicatı və yaxud orada olan başqa şəxsi yumruq, təpik və yaxud bıçaqla vurmamışdır. X12, X14 tanımamış və görməmişdir. Nihat Nəcəfov və qardaşı Yəhya Nəcəfovu ötəri olaraq tanımış, onlarla heç bir münasibəti olmamışdır. 24 aprel 2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi“ yaşayış kompleksində istər Yəhyanı, istərsədə qardaşı Nihatı vurmamış və döyməmişdir. Həmin hadisə zamanı orda olmuş, Yəhya və Nihat özlərindən yaşca kiçik cavan oğlanlar ilə mübahisə etmiş, yalnız onlara bildirmişdir ki, özlərindən kiçik oğlanlar ilə nə üçün mübahisə edirlər və cavan oğlanların üzərinə hər hansı bir əşya çıxarır. Bundan sonra Yəhya onu kəllə ilə vurmaq istədikdə yalnız sonuncunu kənara itələmiş və Yəhya xəsarət almamışdır. Bundan sonra isə oradan çıxıb getmişdir. Yəhya və Nihat ifadəsində düzgün göstərməmiş, onların həmin vaxt döyülməsini görməmiş, Yəhya Nəcəfovu başı ilə vurmamış, yalnız sonuncunu itələmişdir. Onların göstərdikləri ilə razı deyil, Yəhya və qardaşı Nihatın kim tərəfindən döyülməsini bilməmişdir. Yəhya və Nihatda aşkar edilmiş xəsarətləri o, yetirməmişdir. Onlar da aşkar edilmiş xəsarətləri harada və hansı şəraitdə almasını bilməmişdir. Zərərçəkmiş şəxs bıçaqla vurmamış və sonuncu ilə mübahisə etməmişdir. Nicatı kimin bıçaqla vurmasını görməmiş və bilməmişdir. Sərxanın da Nicatı vurub-vurmasını bilməmiş və görməmişdir. Hadisə qaranlıqda olduğu üçün hadisəni tam dəqiq görə bilməmişdir. Buna görədə konkret olaraq kimin-kimə xəsarət yetirməsini bilməmişdir. X1 tanımamış və hadisə yerində görməmişdir. Şahid2, Şahid5 və Şahid1 əvvəllərdən tanımamış, sonradan bilmişdir ki, hadisə yerində olan şəxslərin birinin adı Nahid, digərinin adı isə Ceyhundur. Fərqanəni isə hadisə yerində olub-olmamasını qaranlıq olduğundan görməmişdir. Şahid1, Şahid4, Şahid2 və Şahid6 ifadələrində barəsində düzgün göstərməmiş, Zərərçəkmiş şəxs bıçaqla vurmamış və hadisəyə qarışmamışdır. (Cild 2, iş vərəqləri 102-105) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi tədqiq edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə 13 oktyabr 2023-cü il tarixdə baş vermişdir. Həyat yoldaşının doğum günü münasibətilə anasıgildə toplanmışlar. Süfrə açılmışdı. Dükandan nəsə almaq lazım olduğu üçün bacısı oğlu Şahid6 dükana göndərmişlər. Şahid6 də yeni skuter almışlar və hər yerə onunla gedirdi. Evdən dükana gedib-gəlmək üçün təxminən 15 dəqiqə kifayət idi. 5 dəqiqə də mağazada növbə olduğu fərz edilsə, Şahid6 20 dəqiqəyə gəlməli idi. Yarım saat keçmiş və hələ də Şahid6 gəlməmişdi. Həmin vaxt xalası oğlu Şahid5 də mağazada olmuşdur. Şahid5 dediyinə görə, mağazadan çıxdıqda Şahid6 skuterini əlindən almaq istəmələrini görmüş, yaxınlaşıb nə olduğunu soruşmuşdur. Bu vaxt həmin şəxslər bir qədər geri addım atmışlar. Şahid5 Şahid6 nə olduğunu soruşduqda, Şahid6 heç nə olmadığını bildirmişdir. Şahid5 həmin şəxslərlə söhbət etdiyi zaman Şahid6 anasına zəng edərək, Şahid5 dalaşdığını bildirmişdir. Şahid1 ilə o, dərhal evdən çıxıb getmişlər. Hadisə yerinə çatıb Şahid5 nə olduğunu soruşduqda, heç nə baş vermədiyini bildirmişdir. Bir qədər sonra bir nəfər gəlmişdir. Həmin şəxs Təqsirləndirilən şəxs deyildi. O, mübahisə yaratmaq məqsədilə danışığını həyata keçirirdi. Xalası oğlu Şahid1 həmin şəxslə danışmağa başlamışdır. O da onları sakitləşdirməyə çalışdır. O, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində işləyir. Mübahisənin böyüməməsi üçün onlara işlədiyi yeri, problem olmasını istəmədiyini bildirmişdir. Bu vaxt kənardan bir nəfər onun rütbəsini təhqir etmişdir. Bundan sonra dava başlamışdır. Şahid1 üzbəüz söhbət etdiyi şəxsə kəllə vurmuşdur. Onlar təxminən 15-20 nəfər idilər. Bəzilərinin əlində taxta da var idi. Təqsirləndirilən şəxs də hadisə yerinə sonradan gəlmişdi. Təqsirləndirilən şəxs ilə o, yumruq-yumruğa dalaşmışdır. Təqsirləndirilən şəxs onu bıçaqla vurduğunu görmüşdür. Onu bıçaqla vurduğunu görüb kimsə onu dərhal aradan çıxarmışdır. Həmin vaxtdan 2 ay müddətində Təqsirləndirilən şəxs yoxa çıxmış və onu tapmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan gün onun anası, bacısı və digər qohumları onlara barışıq və üzr istəmək üçün gəlmişlər. Təqsirləndirilən şəxs atası hadisə baş verdiyi gün onun yerləşdirildiyi xəstəxanaya gizli şəkildə gəlib onun vəziyyətini öyrəndiklərini, ölmədiyini dəqiqləşdirdiklərini bildirmişdir. “Şok” marketin kameralarına baş verən dava tam olaraq düşmüşdür.Elşadın əynində qara gödəkcə olmuşdur. Lakin kameralar keyfiyyətsiz olduğu üçün üzüm dəqiqliklə tanınmırdı. Təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə 13 oktyabr 2023-cü il tarixdə baş vermişdir. Həmin gün qaynanasıgildə onun doğum gününə görə yığışmışlar. Qaynanasıgil Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yaşayırlar. Şahid6 mağazaya göndərmişlər. Şahid6 bir qədər sonra zəng edib “Şok” marketin qarşısında dava olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs, Şahid1, Şahid5 dərhal oraya getmişlər. Onlardan sonra o və Şahid2 da getmişlər. Onlar oraya getdikdə dava baş vermişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqlanmışdır. Hətta, onun köynəyində qan ləkələri var idi. Onlar əvvəlcə, onun bıçaqlandığını başa düşmüşlər, daha sonra Zərərçəkmiş şəxs bıçaqlandığını bilmişlər. Bıçaq açılıb-bağlanan bıçaq idi. Təqsirləndirilən şəxs qaçdığını görmüşdür. Şahid1 də xəsarət almışdı. Təqsirləndirilən şəxs bıçaqla vurduğunu yox, bıçağı bağlıyıb qaçanda görmüşdür. Təqsirləndirilən şəxs əynində qara rəngli gödəkçə olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Şok” marketə siqaret almaq üçün girmişdir. Çölə çıxdıqda Şahid6 də skuteri ilə orada idi. Orada başqa şəxslər də olmuşdur. O da Şahid6 skuterini kimlərinsə onun əlindən almaq istədiyini bilirdi. Şahid6 yaxınlaşıb ona həmin şəxsin kim olduğu barədə sual vermişdir. Şahid6 həmin şəxsin orada olmadığını bildirmişdir. O da həmin şəxs barədə təhqiredici ifadələr işlətmişdir. Daha sonra bir neçə nəfər şəxs yaxınlaşıb məsələ barədə soruşmuşdur. O, onlarla normal qaydada söhbət edirdi. Bu vaxt Şahid6 anasına zəng edib onu döydüklərini demişdir. Az sonra Zərərçəkmiş şəxs və Şahid1 gəlmişlər. Onlara heç nə olmadığını demişdir. Bu vaxt ara qarışmış və dava başlamışdır. İlk olaraq kimin kimi vurmasını dəqiq bilməmişdir. Yadında qaldığı qədərilə birinci Şahid1 vurmuşlar. Lakin, onu kimin vurduğunu bilməmişdir. Hətta o, özü huşunu itirmişdir. Ayıldıqda, mübahisə sakitləşmişdir. O, Təqsirləndirilən şəxs hadisə vaxtı mağazanın qarşısında görmüşdür. Onun əlində bıçaq görməmişdir. Şahid3 tanıyır, o da orada idi. Şahid3 onu vurmamış, onunla sadəcə skuterlə bağlı söhbət etmişlər. Şahid5 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, evlidir və bir azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs xalası oğludur. 13 oktyabr 2023-cü il tarixdə xalası evinə getmişdir. Belə ki, xalası oğlu Nicatın arvadı Milkonun doğum günü olmuşdur. Bu münasibətlə yaxın qohumları orada yığışmışlar. Məclisdə bir qədər spirtli içki pivə içmişlər. Axşam saatlarında evdən çıxaraq siqaret almaq üçün yaxınlıqda olan “Şok" marketin qarşısına gəlmişdir. Marketin qarşısında xalasının nəvəsi Zöhrabı görmüşdür. Zöhrab yanma gəlib bildirmişdir ki, skuterini əlindən almaq istəyirlər. Zöhrabdan kimin almaq istəməsini soruşmuş, sonuncu da xatırlamadığını demişdir. Bundan sonra bir qədər yüksəklə Zöhrabın əlindən skuterini almaq istəyənə söyüş söymüşdür. Həmin vaxt ətrafdan tanımadığı şəxslər gəlib-getmişlər. Bir qədər aralıda 2-3 nəfər cavan oğlanlar dayanmışdır. Həmin şəxslərə yaxınlaşıb soruşmuşdur ki, Zöhrabın əlindən skuteri kim almaq istəyir. Onlar isə heç kimi tanımadığını və görmədiklərini bildirmişlər. Həmin vaxt xalam oğlu, arxasınca isə Nicatın acısı Fərqanə, arvadı Milko və dostu Şahid1 gəlmişdir. Ani bir anda görmüşdür ki, çoxsayda şəxslər toplaşmışlar və dava-dalaş baş vermişdir. Orada olan tanımadığı cavan oğlanlar üzərinə hücum edərək yumruq və təpiklə vurmuşlar. Zərbələrin təsirindən yerə yıxılmışdır. Qaranlıq olduğundan heç kimi dəqiq görə bilməmişdir. Ancaq qışqırıb səslərindən eşitmişdir ki, Elşad və Sərxan adlı şəxslər bıçaqla Nicatı vurmuşlar. Nicatı gördükdə sonuncunun paltarı qanlı olmuşdur. Orada olan tanımadığım şəxslər onu döyən şəxsləri tutub sakitləşdirmişlər. Nicat ciddi xəsarət aldığından sonuncuya kömək edərək oradan kənarlaşdırmışlar. Nicatın səhətti pisləşdiyi üçün təcili tibbi yardıma zəng olunmuş və təcili tibbi yardım gəlib Nicatı xəstəxanaya aparmışdır. O da xəsarət aldığı üçün xəstəxanaya getmiş və ilkin tibbi yardım göstərilmişdir. Daha sonra göstərmişdir ki, həmin hadisə zamanı orada tanımadığı 10-15 nəfər şəxs olmuşdur. Tanıdığı şəxslər Şahid1, Şahid6, Zərərçəkmiş şəxs, bacısı Fərqanə və Milko olmuşdur. Başqa heç kimi tanımamışdır. Onu 7-8 nəfər şəxs gözündən, qulağımdan, başından və bud nahiyəsindən yumruq-təpiklə vurmuşlar. O da həmin şəxslərdən kimlərisə vurmuşdur. X3 tanımamış, lakin ola bilsin ki, həmin şəxs dava-dalaşda iştirak edən, yəni onu döyən şəxslərdən biridir, onu 7-8 nəfər şəxs vurduğu üçün o da onlardan kimlərisə vurmuşdur. X6 anasıdır, Gülnarəni o, vurmamış və xəsarət yetirməmişdir. Gülnarə hadisə yerinə sonradan gəlmiş və sonuncunu kiminsə vurmsım görməmişdir. Qaranlıq olduğu üçün Zərərçəkmiş şəxs bıçaqla kimin vurmasını görə bilməmiş, ancaq qışqırıq səslərindən eşitmişdir ki. Nicatı bıçaqla vurmuşlar. Onu 7-8 nəfər vurmuş, lakin onların içərisində Sərxan və yaxud Elşad olmasını xatırlamamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə 13 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Şok” marketin qarşısında baş vermişdir. Şahid6 anasına zəng edib Şahid5 döyüldüyünü bildirmişdi. O və Zərərçəkmiş şəxs dərhal oraya qaçmışlar. Onlardan sonra Şahid2 və Şahid4 da gəlmişlər. Hadisə yerinə çatdıqda, Təqsirləndirilən şəxs orada yox idi. Təqsirləndirilən şəxs sonradan gəlmişdir. İlk zərbə endirilməzdən əvvəl söhbət zamanı Nicat Dadaçova söyüş söyülmüşdür. Bu vaxt o Nihad adlı şəxsə kəllə vurmuş, sonra Şahid3 onu vurmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu görməmişdir. Lakin, onun əlində bıçaq görmüşdür. O, onun bıçağı bağlayıb qaçdığını görmüşdür. Onun əlindəki bıçaq qara rəngli idi. Təqsirləndirilən şəxs əynində qara köynək və qara gödəkçə var idi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəldən tanımışdır. Onlar ailəvi dost olmuşlar. Hadisə “Şok” marketin qabağında olmuşdur. Marketin qarşısında olarkən Ceyhun adlı şəxs ona sataşmışdır. Bu zaman o, arxaya dönmüş və ona doğru gəlmişdir. Halından görmüşdür ki, sərxoş vəziyyətdədir. İçkili olduğu üçün xoşagəlməz ifadələr işlədirdi. O isə ona qarşılıq verməmişdir. Öz nömrəsini vermişdir ki, sonra onunla əlaqə saxlasın. Daha sonra aralaşmışdır. Baş verən hadisə ilə heç bir əlaqəsi olmamışdır. Şahid3 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində valideyinlərinin yaşadıqları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qareyev küçəsində yerləşən evlərinə gəlmişdir. Həmin vaxtı tanışı X13 yanında olmuşdur. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qareyev küçəsində yerləşən “Şok” marketə gəlmişdir. Marketdən çıxdıqdan sonra piyada hərəkətdə olan zaman, arxadan kiminsə ucadan qışqırdığını eşitmişdir. Lakin səsə məhəl qoymamış, Nihadla hərəkətlərini davam etdirmişlər. Bir neçə saniyə sonra yenidən kiminsə ucadan qışqırdığını eşitmiş və arxaya çevrilmiş, bu zaman əvvələr tanımadığı daha sonra adını öyrəndiyi Ceyhun adlı şəxsin əli ilə işarə edərək yanına çağırdığını görmüşdür. Həmin vaxtı Ceyhunun yanında əvvələr tanımadığı daha sonra adını öyrəndiyi Zöhrab adlı uşaq olmuşdur. Ceyhunun hansı səbəbdən çağırdığını müəyyən etmək məqsədi ilə Nihadla onlara yaxınlaşmışlar. Ceyhun adlı şəxs kinayəli şəkildə “niyə salam vermirsiz” sözlərini işlətmişdir. Nə baş verdiyini başa düşmək üçün ilkin olaraq Ceyhuna salam vermişdir. Ceyhun harada yaşadığını soruşmuş, sonuncuya yaxınlıqda yaşadığını bildirmişdir. Ceyhun yenidən kinayəli şəkildə qonağı olmalarını demişdir. Ceyhuna “təşəkür edirəm işimiz vardır” ifadələrini işlətmişdir. Həmin vaxtı Ceyhundan gələn iyidən hiss etmişdir ki, sərxoşdur, buna görədə sözlərinə məhəl qoymamışdır. Ceyhun yenidən “məni yola verirsən, sən bilirsən mən kiməm” ifadələrini işlətmişdir. Bu zaman əlini Ceyhunun çiyninə qoyaraq normal şəkildə qonşuyuq mübahisə etmək istəmir demiş və öz avtomobili ilə yaşadığı evə aparmağı təklif etmişdir. Həmin vaxt Zöhrab “yox özümüz gedəcəyik evə sizin köməyiniz lazım deyil” ifadələrini işlətmişdir. Yenidən Ceyhuna qonşuluda yaşadığını və sərxoş olduğu üçün sabah danışmağı təklif etmişdir. Ceyhun ünvanına nəlayiq ifadələr işlətmiş və sərxoş olmadığını, söhbət etmək istədiyini bildirmişdir. Bir qədər danışdıqdan sonra Ceyhuna özünə məxsus mobil nömrəni vermiş və səhəri günü danışmağı təklif etmişdir. Daha sonra özünə məxsus “Chevrolet Cruze” markalı avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Nihad Kərimlini yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan “Qarant” yaşayış massivinə aparmışdır. Nihadı düşürtdükdən sonra valideyinlərinin yaşadığı məhələyə qayıtmışdır. Evin qarşısında avtomobilini saxlamış və avtomobildən düşərək anasının gəlməsini gözləməyə başlamışdır. Həmin vaxtı yaşadığı evin yaxınlığında olan “Şok” marketin istiqamətində mübahisə səslərinin gəldiyini eşitmişdir. Bu səbəbdən “Şok” market istiqamətində getməyə başlamışdır. Marketin qarşısına çatanda bir neçə dəqiqə əvvəl mübahisə edən Ceyhun adlı şəxs və yanında əvvələr tanımadığı, daha sonra Ceyhunun qohumları olduğunu öyrəndiyi şəxslərin, başqa tanımadığı şəxslərlə aralarında dava-dalaş olduğunu görmüşdür. Oradan uzaqlaşmaq qərarına gəlmiş, bu zaman Ceyhun onu görüb ucadan ünvanına nəlayiq ifadələr işlədərək “mənə lazım olan budu” ifadələrini işlətmiş və qaçaraq üzərinə gəlməyə başlamışdır. Ceyhunun qohumlarıda onun arxasınca gəlmişlər. Həmin şəxslər ona yaxınlaşmışlar, onlar arasında qadınlar da olmuş, ona “sən bilirsən kim bıcaqlayıb” ifadələrini işlətmişlər. Nə baş verdiyini başa düşməmişdir. Orada olan şəxslərlə bir qədər itələşmişlər, xanımların üzərinə cumduqlarını görüb onlarla mübahisə etmək istəmədiyi üçün qaçaraq oradan uzaqlaşmışdır. Bir neçə dəqiqədən sonra mobil telefonuna zəng gəlmiş və telefonda əvvələr tanımadığı, daha sonra Ceyhunun qohumu olduğunu başa düşdüyü qadın ünvanına nəlayiq ifadələr işlədərək, “sənin evinə giririk hardasan gəl bura” ifadələrini işlətmişdir. Həmin vaxtı yaşadığı evin yaxınlığında olduğundan qaçaraq evlərinin qarşısına gəlmiş və həmin şəxslərin anası Gülnarə Abdullayevanın üzərinə hücum çəkərək onunla mübahisə etdiklərini görmüşdür. Bu səbəbdən qaçaraq anasının yanma gəlmiş, çox çətinliklə anasının həmin şəxslərin əlindən alaraq avtomobilinə əyləşdirib oradan uzaqlaşmışdır. Daha sonra göstərmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qareyev küçəsində yerləşən “Şok” marketin qarşısında Ceyhun, qohumu Zöhrab və tanışı Nihad olmuş, həmin vaxtı sözlə mübahisə ümumilikdə 10 dəqiqə davam etmişdir. Orada Ceyhun və qohumlarının kiminlə mübahisə etdiklərini bilməmiş, orada üzərinə Ceyhunun qohumlarının hücum çəkdikdən sonra onlarla aralarında mübahisə ümumilikdə 5 dəqiqə davam etmişdir. Həmin vaxtı orada qardaşı Vüsal, anası Gülnarə, Ceyhun və qohumları olmuşdur. Zərərçəkmiş şəxs bıçaqlanması zamanı orada olmamış, sonuncunun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığım bilməmişdir. Məmmədəliyev- Ceyhun Cahangir oğlu və qohumu Şahid1 yaşadığı evin qarşısında mübahisə edən şəxslərdir, onlarla əlbəyaxa olmuş, səbəbidə onların evinə hücum çəkməkləri olmuş, onlar üzərinə hücum çəkmişlər, özünü müdafiə etmək üçün onları itələmişdir. (Cild 1, iş vərəqləri 47-51) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmə tədqiq olunan ifadəsində Şahid6 göstərmişdir ki, Şahid2 anasıdır, atası ölmüşdür və Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 5 nömrəli tam orta məktəbin İX sinif şagirdidir. Zərərçəkmiş şəxs dayısıdır. 13 oktyabr 2023-cü il tarixdə nənəsi evində olmuşlar. Belə ki, dayısı Nicatın arvadı Milkonun doğum günü olmuşdur. Bu münasibətlə yaxın qohumları orada yığışmışlar. Həmin günü bir-iki dəfə özünə məxsus skuter ilə tək yaxınlıqda olan “Şok marketin qarşısına gələrək lazimi əşyaları alaraq nənəsi evinə geri qayıtmışdır. Mağazadan geri qayıdan zaman küçədə 2-3 nəfər şəxs yaxınlaşıb skuterini istəmiş, o isə verməyərək etiraz etmişdir. Belə ki, həmin şəxslərin danışıqlarından hiss etmişdir ki, onlar skuterini almaq istəyirlər. Evə gəlib bu barədə heç kimə bildirməmişdir. Axşam saatlarında yenidən skuteri ilə təkcə marketin qarşısına gəlmişdir. Deyilmiş əşyaları alaraq mağazadan çıxdıqda qohumu Şahid5 görmüşdür. Ceyhun ilə söhbət edərək gedən zaman sonuncuya skuterini əlindən almaq istədiklərini bildirmişdir. Ceyhun kimin almaq istəməsini soruşmuş, xatırlamadığını bildirmişdir. Sonra isə görmüşdür ki, onlardan kənarda adlarını sonradan öyrəndiyi Sərxan və Nihad adlı şəxslər dayanmışlar. Ceyhuna onları göstərib skuterimi almaq istəyən şəxslər olmasını bildirmişdir. Ceyhun onlara işarə edərək yanma çağırmışdır. Sərxan və Nihad Ceyhunun yanma gəlmişdir. Ceyhun onlara bildirmişdir ki, “uşağın skuterini nə üçün almaq istəmisiniz”. Sərxan aqressiv hərəkət edib Ceyhuna demişdir ki, “bu dəqiqə sənin çənəni sındı racam”. Nihad isə Ceyhuna sərxoş olmasını və sonra söhbət etməyin lazım olmasını bildirmişdir. Sərxan Ceyhundan telefon nömrəsini istəyib telefonunda qeyd etmişdir. Bundan sonra Sərxan və Nihad getmişdir. Həmin vaxt anası Fərqanə zəng etmiş və anasına demişdir ki, dava-dalaş baş vermiş, Ceyhunu təkləyirlər və gəlin. Nənəsi evinə tərəf gəlmək istəyən zaman dayısı Nicat və qohumu Şahid1 onların yanma gəlmişdir. Onlar gəldikdən sonra Nihad geri qayıtmışdır. Nihad Şahid1 üzərinə gəlib yumruq atmaq istədikdə sonuncu geri çəkilmiş, bu zaman Şahid1 başı ilə bir dəfə Nihadın sifətindən vurmuşdur. Bundan sonra Nihad getmişdir. 3-4 dəqiqə keçdikdən sonra Sərxan. Nihad və Sərxanın adını bilmədiyi qardaşı gəlmişdir. Onlar Şahid1 üzərinə hücum etmişdir. Həmin vaxt anası Fərqanə və dayısı arvadı Milko gəlmişdir. Adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs bir nəfər yaşlı kişi və bir nəfər cavan oğlan ilə onlara yaxınlaşmışdır. Qoca kişi ilə Elşad dayısı Nicatı tutub kənara çəkmişdir. Həmin vaxt Şahid1 ilə Sərxan əlbəyaxa olmuşlar. Belə ki, qarşılıqlı olaraq biribirilərini yumruqla vurmuşlar. Elşad ilə gələn tanımadığı həmin cavan oğlan Sərxana kömək etmək üçün Nihad Cəfərlinin üzərinə hücum etmişdir. Həmin şəxsin qarşısına keçib tutub saxlamışdır. Həmin şəxsi saxlayan zaman sonuncu yerə yıxılmış və ayağa qalxaraq çıxıb getmişdir. Ətrafa baxdıqda dayısı Nicatın olmadığını. Sərxan və Şahid1 dalaşmaqda davam etmişdir. Dayısı Nicat, Elşad və yaşlı kişinin getdiyi istiqamət tərəfə getməyə başlamışdır. Uzaqdan görmüşdür ki, dayısı yaşlı kişi və Elşad ilə qarşı-qarşı dayanıb söhbət etmişlər. Həmin vaxt Elşad şalvarının bel nahiyəsindən bıçaq çıxarıb Nicatın döş qəfəsindən bir dəfə vurmuşdur. Qışqırıb Elşada nə etməsini soruşmuşdur. Dayısı isə arvadı Milkonun yanma gəlmişdir. Elşad işıq olan yerə yaxınlaşıb bıçağa baxmış və qan olmasını görmüşdür. Elşad bıçağı bağlayıb yaşlı kişi ilə qaçmışdır. Dayısının yanma gəldikdə paltarlarında qan olmasını görmüşdür. Şahid1 ilə Sərxan mübahisə etmişlər. Dayısı onlara yaxınlaşdıqda Şahid1 bir dəfə təpiklə Sərxanı vurmuşdur. Həmin vaxt Sərxanın əlində bıçaq olmasını görmüşdür. Dayım onlara yaxınlaşıb aralarına keçib araladıqda Sərxan bıçaqla dayısı Nicatın qarın nahiyəsinin sağ yan tərəfindən bir dəfə vurmuşdur. Bundan sonra Sərxan qaçaraq oradan uzaqlaşmışdır. Dayısı arvadı Milko Nicata kömək edib evə aparmışdır. O. Ceyhun, anası Fərqanə və Şahid1 orada qalmışlar. Orada olan kafedən su gətirib evə qayıdan zaman Sərxan və anası Gülnarə gəlmişdir. Həmin vaxt Sərxanın əlində dəmir boru olmuşdur. Sərxanın anası Gülnarə səs-küy edərək anası Fərqanənin üzərinə hücum etmişdir. Sərxan isə anasının qarşısına gəlib dəmir ilə anasını vurduqda Sərxanın qarşısına keçmişdir. Bu zaman Sərxan dayanmışdır. Şahid1 yanma gəldikdə Sərxan bir dəfə dəmir ilə Şahid1 vurmuşdur. Şahid1 yerə yıxılmışdır. Sərxan və tanımadığı 4-5 nəfər şəxs Şahid1 ətrafına toplaşmışlar. Həmin şəxslər Sərxan ilə Şahid1 ayağından vurmuşlar. Bundan sonra isə Sərxan, digər şəxslər və anası Gülnarə oradan uzaqlaşıb getmişdir. Onlardan oradan nənəsi evinə gəlmişlər. Şahid6 ifadəsində daha sonra göstərmişdir ki, həmin hadisə zamanı orada anası Fərqanə, dayısı Nicat, dayısı arvadı Milko, Şahid5, Şahid1, Sərxan, sonuncunun dostu Nihad. Sərxanın adını bilmədiyi qardaşı, Sərxanın anası Gülnarə, Sərxan ilə gələn təxminən 4-5 nəfər cavan oğlan, Elşad, Elşad ilə gələn yaşlı kişi və cavan oğlan olmuşdur. Onu heç kimi vurmamış, o da heç kim vurmamışdır. X19 Cəfərli vurmuşdur. Belə ki, Nihad Şahid1 yumruq atdıqda sonuncu bir dəfə başı ilə Nihadın sifətindən vurmuşdur. Ceyhun ilə Şahid1 yalnız söhbət etmişlər. Onların dalaşdıqlarını görməmişdir. Ceyhunu Sərxan vurmuşdur. X6 anasıdır. Gülnarəni nə anası Fərqanə, nə də ki. Ceyhun vurmamışdır. Gülnarə hadisə yerinə sonradan gəlmişdir. Gülnarəni kiminsə vurmsım görməmişdir. Təqsirləndirilən şəxs və Şahid3 ifadələrində özlərini müdafiə etmişlər ki, məsuliyyətdən yayınsımlar, belə ki, dayısı bıçaqla Elşad bir dəfə Nicatın döş qəfəsindən, Sərxan isə bir dəfə bıçaqla dayısının qarın nahiyəsinin sağ yan hissəsindən vurmuşdur. Ceyhuna xəsarəti Sərxan dəmir alət və təpiklə vuraraq yetirmiş, Şahid1 də xəsarəti Sərxan yumruqla vuraraq yetirmişdir. Anasına xəsarəti də Sərxan bıçaqla əlindən vuraraq yetirmişdir. (Cild 2, iş vərəqləri 20-24) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmə tədqiq olunan ifadəsində Şahid2 ifadəsində göstərmişdir ki, 13 oktyabr 2023-cü il tarixdə saat 22 radələrində oğlu Şahid6 anasının yaşadığı evin yaxınlığında olan “Şok“ marketə bazarlıq etmək üçün getmişdir. Bir müddətdən sonra Zöhrab gəlmədiyinə görə telefon vasitəsi ilə əlaqə saxlamış və harada olduğunu soruşmuşdur. Zöhrab ağlaya-ağlaya qohumları Ceyhun ilə birlikdə olduğunu və tanımadığı şəxslərin Ceyhunu döymək istədiklərini bildirmişdir. Eşitdiklərindən qorxmuş və qaçaraq evdən çıxmaq istəmiş, bu zaman qardaşı Zərərçəkmiş şəxs onu saxlamış və nə baş verdiyini soruşmuşdur. Nicata Ceyhunun tanımadığı şəxslərlə “Şok“ marketin qarşılığında mübahisə etdiklərini demişdir. Nicat və həmin vaxtı evdə olan qohumları Şahid1 evdə çıxıb getmişlər. Onlar getdikdən 5 dəqiqə sonra narahat olduğuna görə qardaşı Nicatın arvadı Şahid4 ilə birgə “Şok“ marketin qarşısına getmişlər. Ora çatdıqda mağazanın qarşısında çox sayda şəxsin arasında davadalaş olduğunu, belə ki, qardaşı Nicat, Ceyhun və Nahidin orada olan şəxslər tərəfindən döyüldüyünü görmüşlər. Onları aralaşdırmaq üçün yaxınlaşmış, qardaşına tərəf gedən zaman əvvələr tanımadığı daha sonra adını öyrəndiyi Elşad adlı şəxs əlində qara tutaçağı olan açılıb-bağlanan bıçaqla Nicatı vurmaq istəyən zaman əli ilə Elşadın əlini tutmaq istəmişdir. Elşadın əlində olan bıçaq sağ əlinin barmağına dəymişdir. Zərbədən ağrı hiss etmiş və digər əli ilə həmin əlini tutmuş, həmin vaxtı Eldaş ikinci dəfə əlində olan bıçaqla qardaşının döş qəfəsindən bir dəfə vurmuş və qardaşının ünvanına nəlayiq ifadələr işlətmişdir. Həmin vaxtı orta yaşlı kişi Elşadı qolundan tutaraq oradan uzaqlaşdırmışdır. Qardaşı və qohumlarını orada olan şəxslərin əlindən almağa çalışsalarda mümkün olmamış, həmin şəxslər qardaşı və qohumlarını yumruq təpik zərbələri ilə vurmuşlar. Çox çətinliklə qardaşı Nicatı onların əlindən almışlar. Qohumu Nahid əvvələr tanımadığı daha sonra adını öyrəndiyi Nihad adlı şəxslə əlbəyaxa olmuşlar. Qardaşı Nicat onları aralaşdırmaq üçün yaxınlaşan zaman Sərxan adlı şəxs belində olan kiçik həcimli bıçağı çıxarmış və bıçaqla Nahid vurmaq istəyən zaman, qardaşı onların arasına girmiş və bu zaman Sərxan əlində olan bıçaqla qardaşının qarın nahiyəsindən bir dəfə vurmuşdur. Dava-dalaş 12 dəqiqə davam etmiş, daha sonra Sərxan və orada olan şəxslər qaçaraq hadisə yerindən uzaqlaşmışlar. Oğlu Zöhrab narahat olmamağını Sərxan dava-dalaşdan əvvəl özünə məxsus mobil nömrəni qohumları Ceyhuna verdiyini bildirmişdir. Bu səbəbdən də Ceyhundan nömrəni götürmüş və Sərxana zəng etmişdir. Qardaşını bıçaqla vurub hara qaçdığını və hadisə yerinə gəlməsini tələb etmişdir. Həmin vaxtı əsəbi olduğuna görə Sərxanın ünvanına nəlayiq ifadələr işlətmişdir. Bir neçə dəqiqədən sonra Sərxan ağ rəngli “Chevrolet" markalı avtomobil ilə həmin ünvana gəlmişdir. Həmin vaxtı Sərxanın yanın əvvələr tanımadığı bir neçə şəxs də olmuşdur. Onların əlində taxta və dəmir borular olmasını görmüşdür. Sərxan əlində olan dəmir boru ilə üzərinə hücum çəkərək, “az sənin idin mənim ünvanıma nəlayiq ifadələr işlədən” ifadələrini işlətmişdir. Sərxan yaxınlaşıb əlində olan dəmir boru ilə vurmaq istəyən zaman qohumu Nahid qorumaq üçün qarşısına keçmişdir. Həmin vaxtı Sərxan, yanında olan şəxslər əllərində olan dəmir boru və taxta parçaları ilə Nahidi vuraraq yerə yıxmışlar. Nahid yerdə çarəsiz vəziyyətdə olan zaman əllərində olan boru və taxta parçaları ilə bədənin müxtəlif hissələrinə vurmağa başlamışlar. X4rın əlindən almaq istəyən zaman Ceyhunuda vuraraq yerə yıxmışlar. Daha sonra Sərxan, yanında olan şəxslər və anası ilə birlikdə “Chevrolet” markalı avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. O, həmçinin ifadəsində göstərmişdir ki, 13 oktyabr 2023cü il tarixdə baş vermiş həmin hadisə zamanı orada o, qardaşı Nicat, qardaşının arvadı Milko, Şahid5, Şahid1, Sərxan, sonuncunun dostu Nihad, Sərxanın adını bilmədiyi qardaşı. Sərxanın anası Gülnarə, Sərxan ilə gələn 4-5 nəfər cavan oğlan, Elşad, Elşad ilə gələn yaşlı kişi və cavan oğlan olmuşdur. Əlindən bıçaqla bir dəfə Sərxan vurmuş, belə ki. Sərxan onu təpiklə vurub yerə yıxmış, lakin həmin vaxt xəsarət almamış, bundan sonra sonuncu Şahid1 ilə mübahisə edən zaman qışqırmışdır ki, əlində bıçaq vardır, bu zaman Sərxan Nahidi bıçaqla vurmaq istədikdə araya keçdikdə bıçaq sol dırnağından dəymişdir. Orada olan şəxslərdən heç kimi vurmamışdır. X19 Cəfərli vurmuşdur. Belə ki, Nihad Şahid1 yumruq atdıqda sonuncu bir dəfə başı ilə Nihadm sifətindən vurmuşdur. Ceyhun ilə Şahid1 yalnız söhbət etmişlər. Onların dalaşdıqlarını görməmişdir. Ceyhunu Sərxan vurmuşdur. X6 anasıdır, Gülnarəni nə o, nə də ki, Ceyhun vurmamışdır. Gülnarə hadisə yerinə sonradan gəlmişdir. Gülnarəni kiminsə vurmsını görməmişdir. Gülnarə özü-özünə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs və Şahid3 ifadələrində düzgün göstərməmişlər. Belə ki, həmin şəxslər məsuliyyətdən yayınmaq məqsədilə özlərini müdafiə etmişlər. Qardaşı Nicatın döş qəfəsindən bir dəfə Elşad bıçaqla, bir dəfə isə Sərxan bıçaqla Nicatın qarın nahiyəsinin sağ yan hissəsindən vurmuşdur. Belə ki, Nicat Sərxan ilə Nahidin arasına keçdikdə Sərxan bıçaqla Nicatı vurmuşdur. Ceyhuna xəsarəti Sərxan dəmir alət və təpiklə vuraraq yetirmiş, Şahid1 də xəsarəti Sərxan yumruqla vuraraq yetirmişdir. (Cild 1, iş vərəqləri 39-42, Cild 2, iş vərəqləri 11-14) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən15 oktyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, cinayət hadisəsi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Q.Qarayev küçəsində yerləşən “Şok" marketin qarşısında baş vermiş və marketin müşahidə kameralarında qeydə alınmış görüntülər bir ədəd DVD diskə köçürülərək götürülmüşdür. Hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. (Cild 1, iş vərəqləri 12-16, Cild 2, iş vərəq 9) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən ambulator məhkəmə psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" X20 verdiyi 27 may 2023-cü il tarixli 1549 saylı rəydən məlum olur ki, hal-hazırda Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müəvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdr. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqləri 47-50) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA” birliyi X20 verdiyi 17 oktyabr 2023-cü il tarixli 2273 saylı rəydən məlum olur ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-döş qəfəsinin sol yarısının daxilə keçərək sol plevra boşluğuna nüfuz edən və hempnevmotoraksa (döş boşluğuna hava və qanın yığılması) səbəb olan l(bir) ədəd, qarnın ön divarının sağ yan səthinin daxilə keçməyən l(bir) ədəd, ümumilikdə 2(iki) ədəd kəsilmiş-deşilmiş yaraları iti kəsicideşici xarakterə malik əşyanın (alətin) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və zərərçəkənin göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə qeyd olunan nahiyələrə kənar şəxs(lər) tərəfindən bıçaqla vurulma nəticəsində yarana bilərdilər. Qeyd olunan xəsarətlərdən döş qəfəsinin sol yarısının daxilə keçərək sol plevra boşluğuna nüfuz edən və hempnevmotoraksa (döş boşluğuna hava və qanın yığılması) səbəb olan bir ədəd kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Qarnın ön divarının sağ yan səthnin daxilə keçməyən l(bir) ədəd kəsilmiş-deşilmiş yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (Cild 1, iş vərəqləri 33-35) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq ağır və az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərini rəhbər tutaraq qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabı ilə Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müyyən olunur. (Cild 1 iş vərəq 195) Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizə ilə, həmçinin məhkəmə iclasında verdiyi ifadəsi ilə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışıq əldə etməklə ona vurulmuş ziyanı tam ödəmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması və ona vurulmuş ziyanı tam ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, ona qarşı heç bir şikayət və tələbin olmaması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə də islah olunmasını mümkün hesab edir. Təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq baş verdiyi və cinayət nəticəsində hər hansı bir bərpa oluna bilməyən nəticələr baş vermədiyi bir halda, cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq da çəkməsi ilə cəzanın məqsədinə nail olması və sosial ədalətin bərpa edilməsi mümkündür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət törədərkən onun 18 yaşı təzə tamam olmuşdur. O, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllər cinayət olmaqla yanaşı , onun hərəkətlərini yetinkinlik yaşına təzə çatmış bir gəncin həyat təcrübəsinin az olmasından irəli gələn, öz yaşına görə törətdiyi əməlin həm özü, həm də ailəsi üçün hansı ictimai təhlükəli nəticələrə gətirib çıxaracağını, bunun nəticəsində onu hansı cəza gözləyə biləcəyini tam dərk edə bilməməsindən irəli gələn bir səhv kimi də qiymətləndirmək olar. Məhkəmə, gənc təqsirləndirilən şəxsin yaşını, şəxsiyyətini və davranışını nəzərə alaraq onun gələcəyini cinayətkar olaraq görməməklə yanaşı, bu gəncin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna bilməsini mümkün hesab edərək xüsusi qeyd edir ki, gənclərin həyatlarında ilk dəfə yol verdikləri səhvləri bağışlanmalı, onlara ən azı bir dəfə şans verməklə təhsil almalarına, işlə təmin olunmalarına, cəmiyyətə və dövlətə faydalı vətəndaş ola bilmələrini sübut etmələrinə fürsət yaradılmalıdır. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının 09 aprel 2002-ci il tarixli Qanununun 1.0.2-ci maddəsinə əsasən yaşı 14-dən 29-dək olan şəxslər gənc hesab olunurlar. Həmin Qanunun 3.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında gənclər siyasətinin əsas məqsədi gənclərin fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, onların imkan və bacarıqlarının reallaşdırılmasına, sosial və iqtisadi problemlərinin həllinə və hüquqlarının müdafiəsinin təmin olunmasına kömək etməkdir. Cinayət törətmiş şəxs barəsində şərti məhkum etmənin tətbiqi məsələsi həll olunarkən, cinayət qanununun yalnız bu instituta həsr olunmuş normaları deyil, cinayət cəzasının təyin edilməsi ilə bağlı qanunda nəzərdə tutulmuş bütün uyğun normaların tələbləri nəzərə alınmalıdır. O cümlədən, təqsirə görə məsuliyyət (maddə 7), ədalət (maddə 8), humanizm (maddə 9) prinsipləri gözlənilməli, cəzanın məqsədləri və cəzanın təyin edilməsinin ümumi əsasları haqqında Cinayət Məcəlləsinin müvafiq olaraq 41.2 və 58-ci maddələrinin göstərişlərinə riayət olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Təsvir edilən normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmə institutunun tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilən bütün halların məcmusundan, o cümlədən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qərara alınmışdır ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Bu məqsədlə Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 08 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayəthüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi də qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X5rşı, § 26). Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin ictimai təhlükəli olmadığını və azadlıqdan məhrum etmə növündə cəzanı şərti olaraq çəkməklə islah oluna biləcəyini mümkün hesab edir. Məhkəmə həmçinin qeyd edir ki, şərti məhkum etmə təyin edilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 16 dekabr 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 23 fevral 2024-cü il tarixli və 18 may 2024-cü il tarixli qərarları ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 134-136, 206-209, 245-249) Beləliklə hazırki dövrədək Təqsirləndirilən şəxs 1 il 4 ay 27 gün müddətdə həbsdə olmuşdur. Təqsirləndirilən şəxsə barəsində şərti məhkum edilməklə ittiham hökmü çıxarıldığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 357.0.3-cü maddəsinin tələblərinə əsasən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Bundan başqa, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Onun sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin müvafiq şöbəsi tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut olan 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-94/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-94/2025
12.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver