Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-95/2022 12.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X12, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi – Nümayəndə, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx.xx.2001-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 188.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayının ortalarında Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsinin balansında olmaqla Xaçmaz şəhrəi, Dağıstan küçəsi, 16 nömrəli evin qarşısında yerləşən kənd təsərrüfatı təyinatlı olmayan 4 m2 yerləşən torpaq sahəsində qanunsuz olaraq əkdiyi tərkibində narkotik maddələr olan 1025.0 qram çəkidə külli miqdar təşkil edən 24 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə(kannabis) bitkilərinə 23 iyun 2021-ci il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə becərmiş, yəni qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 237.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o təxminən bir ildir ki, az-az narkotik vasitə olan marixuanadan istiafdə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmamışdan 15 gün öncə o qonşunun həyətində bağı təmizlədiyi zaman çətənə kollarına rast gəlmiş və həmin bitkilərin üst hissəsini qırmış və qırdığı kollardan istifadə etmişdir. O həmin bağ sahəsinə heç bir çətənə kolu əkməmiş, çətənə kollarına qulluq göstərməmişdir. Polis əməkdaşları onu 22 iyun saat 21.00-da işdən evə qayıtdığı zaman saxlamışlar, onun qollarına qandal vurmuş və onu bölməyə aparmışlar. Ona polis əməkdaşları tərəfindən zor tətbiq edilmişdir. Onun alın və sol çiyin hissəsində xəsarətlər olmuşdur. Polis əməkdaşları çəkiliş aparılarkən onun üzərində olan xəsarətlər videogörüntülərdə görünmür. Onu 23 iyun saat 16.00-da hadisə yerinə aparmışlar. Çətənə kolu aşkar etdiyi bağda heç kəs yaşamamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edərək göstərmişdir ki, o, valideyinləri ilə birlikdə Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev 32, mənzil 2-də yaşamışdır. Təxminən bir il olarkı o, narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkmişdir. 2021ci ilin mart ayının axırları olardı o, yaşadığı Dağıstan küçəsi ilə gedərkən yerdə bir ədəd siqaret qutusu olduğunu görüb əlinə götürmüş və açıb baxanda görmüşdür ki, qutunun içərisində bir ədəd sellofan büküm var. Sellofan bükümü açanda içərisində çətənə bitkisi toxumları olduğunu görmüş və o, tapdığı çətənə bitkisi toxumlarını atmayaraq cibinə qoyub saxlamışdır. 2021-ci ilin aprel ayının əvvəllərində qərara gəlmişdir ki, özündə olan çətənə bitkisi toxumlarını əkib yetişdirsin və gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. 2021-ci ilin aprel ayının ortalarında o, özündə olan çətənə bitkisi toxumlarını əkməsi üçün münasib yer axtarmış və qərara gəlmişdir ki, özündə olan çətənə bitkisi toxumlarını ünvan 2 evin qarşısında olan qarağat kolları ilə əhatə olunmuş torpaq sahəsində əksin. Həmin torpaq sahəsi 16 nömrəli ev tərəfdən daş hasarla, sağ, sol və arxa tərəfdən isə tor hasarda əhatə olunmuşdur, giriş qapısı isə bir laylı dəmir qapıdır. Əvvəllər həmin torpaq sahəsini Dağıstan küçəsi, 16 nömrəli evdə yaşayan sakinlər istifadə etmişlər, sonradan isə həmin torpaq sahəsindən heç kim istifadə etmədiyinə görə baxımsız qalmış və demək olarkı bütünlüklə sıx kollarla əhatə olunmuşdur. Bildiyinə görə Xaçmaz şəhəri, Dağıstan küçəsində olan evlər və çətənə bitkilərini əkdiyi yer Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin balansındadır. Çətənə toxumlarını həmin yerdə əkməsinə səbəb o idi ki, yaşadığı evə yaxın olsun və o, vaxtı-vaxtında gəlib onlara qulluq göstərə bilsin. O, Xaçmaz şəhəri, Dağıstan küçəsi 16 nömrəli evin yaxınlığında olan qarağat kolları ilə əhatə olunmuş yerə gəlmiş və həmin yerdə 2x2 metr ölçüdə sahəni otlardan və kollardan təmizlədikdən sonra özündə olan 24 ədəd çətənə toxumlarını həmin yerdə sıra ilə əkib suladıqdan sonra qayıdıb yaşadığı evə gəlmişdir. Həmin gün və sonrakı günlərdə əkdiyi çətənə toxumlarına su tökərək qulluq göstərmişdir. Təxminən 7-8 gün keçdikdən sonra gedib baxanda görmüşdür ki, əkdiyi çətənə toxumları cücərib. O, həmin çətənə bitkilərini yetişdirmək məqsədi ilə qulluq göstərərək diblərinə su tökmüşdür. Əkdiyi çətənə bitkilərinə qulluq etməkdə məqsədi o idi ki, yetişdirdikdən sonra həmin bitkilərin yarpaqlarını yığıb qurudaraq gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Sonrakı günlərdə əkdiyi çətənə bitkiləri böyüyərək təxminin 30-70 sm hündürlükdə olmuşlar. 23 iyun 2021-ci il tarixdə təxminən saat 15:30 radələrində o, evdən çıxıb çətənə bitkilərini əkdiyi yerə gəlmişdir ki, əkdiyi çətənə bitkilərinin diblərinə su töksün. Təxminən saat 16 radələrində çətənə bitkilərini əkdiyi yerdə olarkən həmin yerə polis əməkdaşları gəlib özlərini təqdim edərək kim olduğunu soruşmuşlar, o, da polis əməkdaşlarına özünü təqdim etdikdən sonra etiraf edib bildirmişdir ki, həmin yerdə çətənə bitkiləri əkib-yetişdirmişdir. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə çətənə bitkilərini əkdiyi yerə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər və o, kolların arası ilə onları bir qədər irəli aparıb əkibyetişdirdiyi çətənə bitkilərini göstərmişdir. Baxışda iştirak edib özünü aqronom kimi təqdim edən şəxs onun əkdiyi bitkiləri nəzərdən keçirdikdən sonra narkotik xassəli çətənə bitkisi olduğunu və bitkinin torpağının alaqdan təmizlənərək yumşaldıldığını, diblərinə su tökülərək qulluq göstərildiyini demiş, o, da aqronomun dediklərini təsdiq edərək bildirmişdir ki, həmin bitkilər narkotik xassəli çətənə bitkiləridir, çətənə toxumlarını həmin yerdə o, özü əkimşdir ki, gələcəkdə yığıb qurudaraq özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Onun iştirakı ilə əkib-yetişdirdiyi 24 ədəd çətənə bitkiləri aqronom tərəfindən tək-tək kökündən çıxarıldıqdan sonra çətənə bitkiləri bir ədəd ağ rəngli sintetik torbada qablaşdırılmış, o, da içərisində çətənə bitkiləri olan torbanın üzərinə yapışdırılmış kağızın üzərinə imza etmişdir. Sonra müstəntiq tərəfindən protokol tərtib edilmiş, o, da protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola imza etmişdir. Bundan sonra isə izahatının alınması üçün Xaçmaz RPŞ-nə dəvət olunmuş, o, da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Etdiyi hərəkətlərdən peşimandır. (iş vərəqə 153-154) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı tam, məhkəmə istintaqı zamanı qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, Gülüstan küçəsi, ev 19-da yaşayır. Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsinin hüquqşünası vəzifəsində işləyir. ünvan 2 ünvanda yerləşən iki mərtəbəli yaşayış evi və həmin evin qarşısında olan torpaq sahəsi Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsininin balansındadır. ünvan 2 evin qarşısında olan torpaq sahəsi ünvan 2 evdə yaşayan sakinlər tərəfindən istifadə olunsada sonradan illərlə istifadəsiz qalmış və demək olarkı bütünlüklə sıx kollarla əhatə olunduğundan, həmin torpaq sahəsinə idarənin əməkdaşları tərəfindən nəzarət etmək olduqca çətin olmuş, mütəmadi olaraq həmin yerə idarənin əməkdaşları tərəfindən nəzarət edilməsi mümkün olmamışdır. Xaçmaz RPŞ-dən daxil olmuş 16 sentyabr 2021-ci il tarixli məktub əsasında Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsininin əməkdaşları tərəfindən narkotik tərkibli çətənə bitkilərinin əkildiyi ünvan 2 evin qarşısında olan torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsinin Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsininin balansında olması ilə bağlı Xaçmaz RPŞ-nə rəsmi məlumat verilmiş, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsinin balansında olmaqla ünvan 2 evin qarşısında yerləşən torpaq sahəsində narkotik tərkibli çətənə bitkilərini qanunsuz olaraq əkib-becərmiş, həmin torpaq sahəsi onun istifadəsinə və ya ona icarəyə verilməmişdir. Təqsirləndirilən şəxs Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsinin balansında olmaqla ünvan 2 evin qarşısında yerləşən torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi ilə bağlı Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsinə heç bir maddi ziyan dəyməmiş və bununla bağlı mülki iddiaları yoxdur. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz şəhəri, Dağıstan küçəsi, ev 32, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs ünvan 2 evin qarşısında olan kollarla əhatə olunmuş torpaq sahəsində narkotik tərkibli bitkilər əkibbecərməsi barədə Xaçmaz RPŞ-nin NMQ-na məlumat daxil olmuşdur. Xaçmaz RPŞ-nin NMQ-na daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 23 iyun 2021-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, CAB-nin əməliyyat müvəkkili, Səxavət Abbasovun, PPXB-nün komandiri, polis kapitanı Firdovsi Məmmədovun, Xaçmaz RPŞ-nin PPXB-nün komandir müavini, polis mayoru Şahid3, Xaçmaz RPŞ-nin PPXB-nün manqa komandiri, polis serjantı Şahid4 və Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid5 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis leytenantı Mətləb İsmayılova həvalə olunmuşdur. ünvan 2 evin qarşısında olan kollarla əhatə olunmuş torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin aqronomu Şahid7 mütəxəssis qismində dəvət edildikdən sonra həmin gün təxminən saat 16 radələrində onlar birlikdə ünvan 2 evin qarşısında olan kollarla əhatə olunmuş torpaq sahəsinə gəlmişlər. Açıq qapıdan həmin torpaq sahəsinə daxil olduqda onlar Təqsirləndirilən şəxs orada olduğunu görmüşlər. Onlar yaxınlaşıb Təqsirləndirilən şəxs özlərini təqdim edərək orada nə etdiyini soruşmuşlar, Təqsirləndirilən şəxs etiraf edib bildirmişdir ki, o, özü həmin yerdə çətənə bitkiləri əkib-yetişdirmişdir. X1qları yerə videoçəkilişlə baxış keçiriləcəyini bildirərək əvvəlcə özünü təqdim etmiş, sonra isə baxışda iştirk edən şəxslərə özlərini təqdim etmələrini təklif etmişdir. Baxışda iştirak edən şəxslər sıra ilə özlərini təqdim etdikdən sonra X8 Təqsirləndirilən şəxs hal-hazırda əkdiyi yerdə çətənə bitkiləri olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs bir qədər qabaqda çətənə bitkiləri əkib-yetişdirdiyini bildirmişdir. Onlar kolların arası ilə bir qədər irəliləmişlər və sıx kollarla əhatə olunmuş 2x2 metr ölçüdə sahənin təmizlənərək çətənə bitkilərinə oxşar müxtəlif hündürlükdə yaşıl bitkilərin əkildiyini görmüşlər. X8 həmin yerdə əkilmiş çətənə bitkilərinə oxşar bitkiləri Təqsirləndirilən şəxs göstərib nə olduğunu, onun əkdiyini soruşmuş, Təqsirləndirilən şəxs çətənə kolu olduğunu, 2021-ci ilin aprel ayında çətənə toxumlarını əkib-yetişdirdiyini bildirmişdir. Bundan sonra X8 Şahid7 həmin yerdə əkilmiş bitkilərin nə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq olunub-olunmadığını soruşmuş, Şahid7 bitkilərə baxdıqdan sonra həmin bitkilərin narkotik xassəli çətənə bitkiləri olduğunu, diblərinin yumşaldıldığını, qulluq olunaraq suvarıldığını deyərək tək-tək sayıb 24 ədəd olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs aqronomun dediklərini təsdiq edərək bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, gələcəkdə istifadə etməsi məqsədi ilə özü əkib-yetişdirmişdir. Aqronom Şahid7 çətənə bitkilərini tək-tək kökündən çıxararaq bir daha 24 ədəd olduğunu bildirmiş və həmin bitkilər bir ədəd sintetik torbada qablaşdırılıb möhürləndikdən sonra iştirakçılar bitkilərin qablaşdırıldığı sintetik torbanın üzərinə yapışdırlımış kağızın üzərinə imza etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları X4, Şahid3, Şahid5 və Şahid6 da həmin məzmunda ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təstiq etmişlər. Şahidlər Xaçmaz RPŞ-nin əməkdaşları X5 və Şahid4 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadələrindən görünür ki, sonuncular məhkəmədə ifadələri alınmış polis əməkdaşları ilə oxşar məzmunlu ifadələr verərək onların göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o, Xaçmaz şəhəri, 28 May küçəsi, ev 46-da qeydiyyatda olsada ailəsi ilə birlikdə Xaçmaz şəhəri, A.Babayev küçəsi, ev 7-də yaşayır. Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsində aqronom işləyir. 23 iyun 2021-ci il tarixdə o, Xaçmaz RPŞ-nə dəvət olunmuş və Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Mətləb İsmayılov tərəfindən qəbul edilmiş mütəxəssis təyin olunmasına dair qərarla tanış olduqdan sonra ona hüqüq və vəzifələri izah olunmuşdur. X2 ünvan 2 evin qarşısında olan kollarla əhatə olunmuş torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkilib-yetişdirilməsi barədə məlumat daxil olduğunu və həmin torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirib onunda mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmiş və həmin gün saat 16 radələrində o, X8, Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1, CABnin əməliyyat müvəkkili Şahid2, PPXB-nün komandiri Firdovsi Məmmədov, PPXB-nün komandir müavini Şahid3, PPXB-nün manqa komandiri Şahid4, PPXB-nün polis nəfəri Şahid5 və KTQ-nun baş inspektor-kriminalisti Şahid6 birlikdə ünvan 2 evin qarşısında olan kollarla əhatə olunmuş torpaq sahəsinə gəlmişlər. Həmin torpaq sahəsi 16 nömrəli ev tərəfdən daş hasarla, digər tərəflərdən isə tor hasarla əhatə olunmuşdur, giriş qapısı isə bir laylı dəmir idi. Açıq qapıdan həmin torpaq sahəsinə daxil olduqda onlar bir nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs orada olduğunu görmüşlər. Polis əməkdaşları yaxınlaşıb Təqsirləndirilən şəxs özlərini təqdim edərək orada nə etdiyini soruşmuşlar, Təqsirləndirilən şəxs etiraf edib bildirmişdir ki, o, özü həmin yerdə çətənə bitkiləri əkib-yetişdirmişdir. X1qları yerə videoçəkilişlə baxış keçiriləcəyini bildirərək əvvəlcə özünü təqdim etmiş, sonra isə bxışda iştirk edən şəxslərə özlərini təqdim etmələrini təklif etmişdir. Baxışda iştirak edən şəxslər sıra ilə özlərini təqdim etdikdən sonra X8 Təqsirləndirilən şəxs halhazırda əkdiyi yerdə çətənə bitkiləri olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs bir qədər qabaqda çətənə bitkiləri əkib-yetişdirdiyini bildirmişdir. Onlar kolların arası ilə bir qədər irəliləmişlər, ağaclarla və sıx kollarla əhatə olunmuş 2x2 metr ölçüdə sahənin təmizlənərək çətənə bitkilərinə oxşar müxtəlif hündürlükdə yaşıl bitkilərin əkildiyini görmüşlər. X8 həmin yerdə əkilmiş çətənə bitkilərinə oxşar bitkiləri Təqsirləndirilən şəxs göstərib nə olduğunu, onun əkdiyini soruşmuş, Təqsirləndirilən şəxs çətənə kolu olduğunu, 2021-ci ilin aprel ayında çətənə toxumlarını əkib-yetişdirdiyini bildirmişdir. Bundan sonra X8 ondan həmin yerdə əkilmiş bitkilərin nə bitkiləri olduğunu, onlara aqrotexniki qaydada qulluq olunub-olunmadığını soruşmuş, o, da həmin bitkiləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, aqrotexniki qaydada qulluq olunub dibləri yumşaldılaraq suvarılmışdır. Bu barədə polis əməkdaşlarına bildirdikdən sonra çətənə bitkilərini tək-tək saymış və həmin yerdə 24 ədəd çətənə bitkilərinin əkildiyi məlum olmuşdur. Təqsirləndirilən şəxs onun dediklərini təsdiq edərək bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, gələcəkdə istifadə etməsi məqsədi ilə özü əkib-yetişdirmişdir. O, çətənə bitkilərini tək-tək kökündən çıxarmış və həmin bitkilər bir ədəd sintetik torbada qablaşdırılıb möhürlənmiş, iştirakçılarda bitkilərin qablaşdırıldığı sintetik torbanın üzərinə yapışdırlımış kağızın üzərinə imza etmişlər. Sonra bu barədə protokol tərtib edilmiş, o, da protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola imza etmişdir. Bundan sonra o, ünvan 2 evin qarşısında olan kollarla əhatə olunmuş torpaq sahəsində aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-yetişdirilməsi barədə rəy yazaraq müstəntiqə təqdim etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 23 iyun 2021-ci il tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyası ilə məşğul olması barədə Xaçmaz RPŞ-nin NMQ-na əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Xaçmaz rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərarı ilə Xaçmaz rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Səxavət Abbasovun “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 23 iyun 2021-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 1, vərəqə 4-5, 84) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 23 iyun 2021-ci il tarixli protokoldan görünür ki, ünvan 2 evin qarşısında olan kollarla əhatə olunmuş torpaq sahəsinə baxış keçirilərkən kollardan təmizlənmiş 2x2 metr sahədə əkilmiş 24 ədəd çətənə bitkiləri aşkar edilərək götürülmüşdür.(iş vərəqə 14-16) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 2 evin qarşısında olan kollarla əhatə olunmuş torpaq sahəsinə baxış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd «CD» formatlı diskə köçürülərək cinayət işinə əlavə edilmişdir. Həmin diskə baxış keçirilərkən ünvan 2 evin qarşısında olan kollarla əhatə olunmuş torpaq sahəsinə baxış keçirilməsinin və kollardan təmizlənmiş sahədə 24 ədəd çətənə (kannabis) bitkilərinin əkilməsinin görüntüləri əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. (iş vərəqə 17,85-86) Diskə baxış keçirilməsi barədə protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsinin 05 oktyabr 2021-ci il tarixli 110 nömrəli məktubundan görünür ki, Xaçmaz şəhəri, Dağıstan küçəsi, 16 ünvanında yerləşən yaşayış evi və qarşısındakı torpaq sahəsi Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinin balasındadır və kənd təsərrüfatı təyinatlı torpaqlara aid deyildir.(iş vərəqə 119) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bioloji ekspertizalar şöbəsinin 24 iyun 2021-ci il tarixli 7/593 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs….» yazıları və imzalar olan ağ rəngli sintetik torbada sayı 24 (iyirmi dörd) ədəd yaş vəziyyətdə ümumi çəkisi-1025 qram (1kq25qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. (iş vərəqə 42-44) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X17 Şəxsin 16 sentyabr 2021-ci il tarixli 3466 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 130-131) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “ifadənin yerində yoxlanması haqqında” 02 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları ifadəsi yerində yoxlanılarkən çətinlik çəkmədən göstərmiş və bu barədə protokol tərtib edilmişdir. (iş vərəqə 116-118) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 114-115) Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi və fiziki zorakılığa məruz qalması faktı öz təsdiqini tapmadığından 25 mart 2022-ci il tarixli qərarla cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xaçmaz Mənzil Kommunal Təsərrüfatı idarəsindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, subaydır, ünvan 4 ünvanda yaşamışdır.(iş vərəqə 19,108) Məhkəmə, Təqsirləndirilən şəxs çətənə bitkisi əkməməsi və həmin bitkilərə qulluq göstərməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ARCM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 237.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, 2021-ci ilin aprel ayının ortalarında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsinin balansında olmaqla ünvan 2 evin qarşısında yerləşən kənd təsərrüfatı təyinatlı olmayan 4 m2 torpaq sahəsini özbaşına tutmaqla həmin sahədə qanunsuz olaraq əkdiyi tərkibində narkotik maddələr olan 1025,0 qram çəkidə külli miqdar təşkil edən 24 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) b0itkilərinə 23 iyun 2021-ci il tarixədək aqrotexniki qaydada qulluq göstərməklə becərmiş, yəni qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına becərmiş və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində CM-in 188.1-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisini külli miqdarda kultivasiya etməklə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun 1-ci maddəsində göstərilmişdir ki, narkotik xassəli bitkilərin qanunsuz kultivasiyası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik xassəli bitkilərin əkilməsi, becərilməsi və ya yetişdirilməsidir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, narkotik xassəli bitkilərin hasil edilməsinə və narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hər hansı digər hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 19-cu bəndində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Çətənə (kannabis) bitkisi Azərbaycan Respublikasının 2005-ci ilin 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikası ərazisində “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” siyahısına aiddir ( siyahı İİİ ). Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxs X6 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, 23 iyun 2021-ci il tarixdə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı X7 tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 25 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuş, Xaçmaz rayon məhkəməsinin hakimi İlkin Xəlilov tərəfindən 25 iyun 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində, əvvəli 23 iyun 2021-ci il tarixdən hesablanmaqla 23 oktyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 23 iyun 2021ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir;cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Xaçmaz rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1024,52 qram olan 24 ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməli, hadisə yerinə baxışın videogörüntülərini özündə əks etdirən bir ədəd disk daşıyıcı cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat 82 (səksən iki) qəpik manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 23 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq cinayət işində saxlanılan 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın, Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1024,52 qram olan 24 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilsin. Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat 82 (səksən iki)qəpik manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-95/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-95/2022
12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver