Məhkəmə qərarları › İş №1(124)-95/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-95/2023

15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-95/2023 15.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 , Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X3 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1979-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan Sumqayıt şəhəri 17-ci mikrorayon ev 51 mənzil 14-də qeydiyyatda olan, Sumqayıt şəhəri Yaşıl dərə yaşayış massivi fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Abi adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında sonuncunun göndərdiyi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda xarici görünüş əlamətlərinə və kimyəvi komponentlərinə görə eynilik təşkil edən 13 ədəd bükümdə ümumi təmiz çəkisi 29,104 qram narkotik vasitə heroini, xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən külli miqdarda 02 ədəd bükümdə ümumi təmiz çəkisi 2,881 qram psixotrop maddə olan metamfetamini, görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ümumi təmiz çəkisi 0,693 qram narkotik vasitə olan tiryəki xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri «MERO» adlanan ərazidə əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə saat 17:10-da Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən «Simurq» restoranının qarşısında yolun kənarında Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan tünd göy rəngli pencəyin sağ iç cibində olan sarı rəngli dairəvi formalı plastik qutudan 10 ədəd şəffaf rəngli sellofan bükümdə külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 0,384 qram, 0,369 qram, 0,375 qram, 0,771 qram, 0,393 qram, 0,395 qram, 0,368 qram, 0,393 qram, 0,393 qram, 0,391 qram ümumi təmiz çəkisi 4,232 qram narkotik vasitə olan heroin, 01 ədəd şəffaf rəngli sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,387 qram psixotrop maddə olan metamfetamin, xx.xx.2022-ci il tarixdə saat 19:08-dən 19:29-dək olan müddət ərzində onun yaşadığı Sumqayıt şəhəri Yaşıl dərə yaşayış massivi fərdi evinə keçirilmiş baxış zamanı evin yataq otağının çarpayısının alt hissəsində saxlamış olduğu 01 ədəd ağ-yaşıl rəngli, üzərində «Defakto» sözləri yazılmış sellofan torbanın içərisində olan plastik qutudan külli miqdarda 03 ədəd şəffaf rəngli sellofana bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 23,721 qram, 1,046 qram, 0,105 qram ümumi təmiz çəkisi 24,872 qram narkotik vasitə olan heroin, külli miqdarda 01 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2,494 qram psixotrop maddə metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd şəffaf rəngli sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,600 qram, 0,093 qram ümumi təmiz çəkisi 0,693 qram narkotik vasitə olan tiryək, üzərində narkotik vasitə heroinin izləri olan 02 ədəd tərəzi, bir ədəd sellofan, bir ədəd qaşıq, içərisində 1 ml həcmində narkotik vasitə heroin məhlulu və 0,006 qram çəkidə heroinin quru maddəsi olan 01 ədəd 2,5 ml həcmli şpris aşkar olunaraq, götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisidir. Narkotik vasitələri şəxsi istifadəsi məqsədi ilə İran vətəndaşından əldə etmişdir. Narkotik vasitə istifadə edib taksi idarə etmişdir. Əvvəllər də marixuana istifadə etdiyinə görə həbs edilmişdir. Heroin və metamfetamin istifadə etmiş, narkotik vasitələri “Mero” adlanan ərazinın yanından almışdır. İttihamda qeyd edilən narkotik vasitələr və psixotrop maddələr ona məxsus olmuş, o, həmin vasitələri şəxsi istifadsi üçün almışdır. Onun satış məqsədi olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 17:10 radələrində Sumqayıt şəhəri S.Vurğun küçəsi, Simurq restoranının qarşısında yolun kənarında Cambulad ilə birlikdə olduğu zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onların hər ikisini polis idarəsinə dəvət etmişlər, Pİ-də olan zaman üzərimə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsini təklif etmişlər. Həmin vaxt özü əynində olan tüng göy rəngli pencəyin sağ iç cibindən sarı rəngli dairəvi formalı plastik qutunu təqdim etmişdir. Həmin plastik qutu açılan zaman içərisində 11 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş büküm aşkar edilmiş, həmin bükümlərin on ədədinin içərisində qəhvəyi rəngli toz halında maddənin, bir ədədinin içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddələrin narkotik vasitə olan “kakos” olduğunu, həmin narkotik vasitələri srağagün yəni xx.xx.2022-ci il tarixdə telefon vasitəsilə əlaqə saxladığı “Abi” adlı İran vətəndaşından şəxsi istifadəsi üçün aldığını, belə ki, həmin İran vətəndaşının narkotik vasitəsiləri Sumqayıt şəhəri “Mero” adlanan ərazidə yerə atdıdığını, oraya gedərək narkotik vasitələri götürdüyümü, həmin narkotik vasitələrə görə İran vətəndaşına hələki pul ödəmədiyini, lakin 500 manat borclu olduğunu, almış olduğu narkotik vasitələrin 1 qramını 20 manat satmaqla həmin narkotik vasitələrin pulunu əldə edərək borcunu ödəyəcəyini, bundan başqa həmin narkotik vasitələrdən bir qismini də yaşadığı ünvanda saxladığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 10 ədəd şəffaf rəngli sellofana bükülmüş on büküm içərisindəki qəhvəyi rəngli toz halında maddə ilə birlikdə ayri-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman hər birinin çəkisinin 0,41 qram, 0,40 qram, 0,41 qram, 0,42 qram, 0,80 qram, 0,40 qram, 0,38 qram, 0,42 qram, 0,43 qram, 0, 41 qram, həmin 10 ədəd bükümlər birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 4,43 qram olduğu, aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəkisinin 0,41 qram olduğu müəyyən olunmuşdur. Onun üzərindən aşkar olunmuş on ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz halında maddə və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada zərfə qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Onun üzərindən aşkar olunmuş «Samsung» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən xüsusi qaydada zərfə qablaşdırılaraq möhürlənmiş, aşkar edilmiş qara rəngli pul qabı, sürücülük vəsiqəsi, Kapital Bank kartı, Petrol-100 kartı, yara lenti, 22 ədəd 5 manatlıq, 3 ədəd 10 manatlıq, 1 ədəd 20 manatlıq pul əskinasları, ev və avtomobil açarları xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra üzərinə axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onun yaşadığı ünvana baxış keçirtmişlər. Yaşadığı ünvanda olan zaman yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edildikdə, özünün yataq otağına daxil olaraq çarpayının alt hissəsində saxlamış olduğu 1 ədəd ağ-yaşıl rəngli üzərində “defacto” yazıları olan sellofan torbanı çıxardıb, həmin torbada olan ağ rəngli plastik qutunu təqdim edərək, qapağını açmışdır. Həmin plastik qutunun içərisinə baxış zamanı plastik qutunun içərisində 7 ədəd ayrı-ayrılıqda olan şəffaf rəngli sellofan bükümlərin, biri parça pul qabına bükülmüş, digəri isə açıq vəziyyətdə olan 2 ədəd elektron tərəzinin, 1 ədəd metaldan hazırlanmış kiçik ölçülü qaşıq formalı alətin, 1 ədəd 2,5 ml. həcmdə içərisində şəffaf rəngli maye olan tibbi şprisin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş 7 ədəd ayrı-ayrılıqda olan şəffaf rəngli sellofan bükümlərin 4 ədədinin içərisində qəhvəyi rəngli toz halında maddənin, bir ədədinin içərisində ağ rəngli kristal şəkilli maddənin, 2 ədədinin içərisində qara rəngli maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddələrin narkotik vasitə olan “kakos” olduğunu, həmin narkotik vasitələri srağagün yəni xx.xx.2022-ci il tarixdə telefon vasitəsilə əlaqə saxladığı “Abi” adlı İran vətəndaşından şəxsi istifadəsi üçün 500 manata aldığını, belə ki, həmin İran vətəndaşının narkotik vasitəsiləri Sumqayıt şəhəri “Mero” adlanan ərazidə yerə atdığını oraya gedərək narkotik vasitələri götürdüyünü, bildirmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş şəffaf rəngli sellofana bükülmüş 4 büküm içərisindəki qəhvəyi rəngli toz halında maddə ilə birlikdə ayri-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman hər birinin çəkisinin 25,68 qram, 1,35 qram, 0,33 qram, 0,28 qram həmin 4 ədəd bükümlər birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 27,27 qram olduğu, aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 2,92 qram, aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofana bükülmüş 2 büküm içərisindəki qara rəngli maddə ilə birlikdə ayri-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman hər birinin çəkisinin 0,67 qram, 0,13 qram olduğu müəyyən olunmuşdur. Onun yaşadığı ünvandan aşlar edilmiş həmin maddələr, 1 ədəd metaldan hazırlanmış kiçik ölçülü qaşıq formalı alət, 1 ədəd 2,5 ml həcmdə içərisində şəffaf rəngli maye olan tibbi şpris Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada zərfə qablaşdırılaraq Azərbaycan Respublikasının DİNnin 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra yaşadığı ünvana baxış keçirilən zaman yaşadığı ünvandan qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Bədən nahiyyəsində hər hansı xəsarət və xəsarət izləri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Pİ-nə gətirilərkən, habelə Pİ-də olan zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmiş, barəsində aparılan araşdırma ilə bağlı heç bir şikayət və tələbi yoxdur. Narkotik vasitəni aldığı şəxs İran İslam Respublikasının vətəndaşı olan «Abi» adlı şəxsi olsa da, onun digər anket məlumatlarını bilməmiş, mobil telefon nömrəsini xatırlamamışdır. Həmin narkotik vasitəni almaqda ona kömək edən olmamışdır, bunu tək etmişdir. Evindən aşkar edilmiş 02 ədəd tərəzi ilə əldə etdiyi narkotik vasitələrin çəkisini müəyyən etməkdən ötrü saxlamış, kiçik qaşıq vasitəsi ilə heroini istifadə edib şprisə yığmaqla damarına vurmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Namiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 17:10-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs və onun yanında olan X2 ilə birlikdə Sumqayıt şəhəri S.Vurğun küçəsi “Simurq” restoranının qarşısında yolun kənarında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmişlər. Orada xidməti otaqların birində videokamera ilə əvvəlcə Cambulad Musayevin üzərinə şəxsi axtarış keçirilmiş Cambulad Musayevin üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Bundan sonra Sumqayıt ŞPİ-də xidməti otaqların birində videokamera ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Namiq də özü əynində olan tüng göy rəngli pencəyin sağ iç cibindən sarı rəngli dairəvi formalı plastik qutunu çıxarıb təqdim etmişdir. Həmin plastik qutu açılan zaman içərisində 11 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş on bir büküm aşkar edilmiş, həmin bükümlərin on ədədinin içərisində qəhvəyi rəngli toz halında maddənin, bir ədədinin içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu aşkar edilmişdir. Sorğu zamanı Namiq təqdim etdiyi maddələrin narkotik vasitə olan heroin (kakos) olduğunu, həmin narkotik vasitələri xx.xx.2022-ci il tarixdə telefon vasitəsilə əlaqə saxladığı “Abi” adlı İran vətəndaşından şəxsi istifadəsi üçün aldığını, belə ki, həmin İran vətəndaşının narkotik vasitəsiləri Sumqayıt şəhəri “Mero” adlanan ərazidə yerə atdıdığını, oraya gedərək narkotik vasitələri götürdüyünü, həmin narkotik vasitələrə görə İran vətəndaşına hələki pul ödəmədiyini, lakin 500 manat borclu olduğunu, almış olduğu narkotik vasitələrin 1 qramını 20 manat satmaqla həmin narkotik vasitələrin pulunu əldə edərək borcunu ödəyəcəyini, bundan başqa həmin narkotik vasitələrdən bir qismini də yaşadığı ünvanda saxladığını bildirmişdir. Həmin vaxt Namiqin üzərindən aşkar olunmuş 10 ədəd şəffaf rəngli sellofana bükülmüş on büküm içərisindəki qəhvəyi rəngli toz halında maddə ilə birlikdə ayri-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman hər birinin çəkisinin 0,41 qram, 0,40 qram, 0,41 qram, 0,42 qram, 0,80 qram, 0,40 qram, 0,38 qram, 0,42 qram, 0,43 qram, 0, 41 qram, həmin 10 ədəd bükümlər birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 4,43 qram olduğu, aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin şəkisinin 0,41 qram olduğu müəyyən olunmuşdur. Namiqin üzərindən aşkar olunmuş on ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz halında maddə və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada zərfə qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa Namiqin üzərinə axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilməmişdir. Daha sonra videoçəkiliş dayandırılmış və onlar Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yerləşən fərdi evinin qarşısına getmişlər. Onlar Namiqin evinə çatdıqdan sonra orada yenidən videoçəkiliş davam etdirilmiş, Namiq yaşadığı ünvanın dəmir qapısını açmış və onlar onun fərdi evinin həyətinə daxil olmuşlar. Daha sonra evin həyətində tikilmiş 01 mərtəbəli fərdi evə yaxınlaşmışlar və Namiq evin qapısını açmış, onlar içəriyə daxil olmuşlar. Namiqə yaşadığı ünvanda baxış keçiriləcəyini bildirərək, yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edildikdə, Namiq özünün yataq otağına daxil olaraq orada çarpayının alt hissəsində saxlamış olduğu 1 ədəd ağ-yaşıl rəngli üzərində “Defacto” yazıları olan sellofan torbanı çıxardıb, həmin torbada olan ağ rəngli plastik qutunu təqdim edərək, qapağını açmışdır. Həmin plastik qutunun içərisinə baxış zamanı 7 ədəd ayrı-ayrılıqda olan şəffaf rəngli sellofan bükümlərin, biri parça pul qabına bükülmüş, digəri isə açıq vəziyyətdə olan 2 ədəd elektron tərəzinin, 1 ədəd metaldan hazırlanmış kiçik ölçülü qaşıq formalı alətin, 1 ədəd 5 ml. həcmdə içərisində şəffaf rəngli maye olan tibbi şprisin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş 7 ədəd ayrı-ayrılıqda olan şəffaf rəngli sellofan bükümlərin 4 ədədinin içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinin, bir ədədinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminin, 2 ədədinin içərisində qara rəngli narkotik vasitə olan tiryəkin olduğu aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələri xx.xx.2022-ci il tarixdə telefon vasitəsilə əlaqə saxladığı “Abi” adlı İran vətəndaşından şəxsi istifadəsi üçün 500 manata aldığını, belə ki, həmin İran vətəndaşının narkotik vasitəsiləri Sumqayıt şəhəri “Mero” adlanan ərazidə yerə atdığını oraya gedərək narkotik vasitələri götürdüyünü, aşkar edilmiş tibbi şprisin içərisində olan mayenin su olduğunu qeyd etmişdir. Həmin vaxt Namiqin yaşadığı ünvandan aşkar olunmuş 4 ədəd şəffaf rəngli sellofana bükülmüş 4 büküm içərisindəki qəhvəyi rəngli toz halında maddə ilə birlikdə ayri-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman hər birinin çəkisinin 25,68 qram, 1,35 qram, 0,33 qram, 0,28 qram həmin 4 ədəd bükümlər birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 27,27 qram olduğu, aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 2,92 qram, aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofana bükülmüş 2 büküm içərisindəki qara rəngli maddə ilə birlikdə ayri-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman hər birinin çəkisinin 0,67 qram, 0,13 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs və Cambulad Musayevə qarşı polis əməkdaşları tərəfindən təziq göstərilməmiş, Təqsirləndirilən şəxs könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs və Cambulad Musayev saxlanılarkən heç bir müqavimət göstərməmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, məhkəmədə ifadəsi alınmış Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Sumqayıt ŞPİ-nin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. (cild 1, iş vərəqə 147-151, 158-167) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 08 fevral 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq müxtəlif növ narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi. satması və külli miqdarda müxtəlif növ narkotik vasitələri yaşadığı ünvanda saxlaması barədə Sumqayıt ŞPİ-nin NMB-nə daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 12 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat axtarış tədbirləri barədə Sumqayıt ŞPİnin NMB-nin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 xx.xx.2022-ci il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. (cild 7, vərəqə123 ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə, evə baxış və şəxsi axtarış keçirilməsi haqqında protokollardan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Namiq adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 17:10-da Sumqayıt şəhəri S.Vurğun küçəsi “Simurq” restoranının qarşısında yolun kənarında saxlanılmış, sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs və onun yanında olan X2 ilə birlikdə Sumqayıt ŞPİ-yə gətirilmiş və orada xidməti otaqların birində videokamera işə salınaraq əvvəlcə Cambulad Musayevin üzərinə şəxsi axtarış keçirilməyə başlanılarkən, Cambulad Musayevin üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edir. Bundan sonra təhqiqatçı Zaur Cəfərov tərəfindən ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. Cambulad Musayev özü əynində olan qara rəngli paltonun ciblərində saxlamış olduğu “Vinçester” markalı siqaretləri, 06 ədəd 3 qəpiklik, 01 ədəd 5 qəpiklik xırda qəpik pulları, 01 ədəd alışqanı, 02 ədəd kağız biletləri, 01 ədəd cib dəsmalını və 01 ədəd “Nokia” markalı telefonu təqdim edir. Sorğu zamanı Cambulad Musayev özünün narkotik vasitələrin istifadəçisi olmadığını, saxlanılan zaman Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasından, həmçinin onun narkotik vasitələrin istifadəçisi olmasından məlumatsız olduğunu bildirir. Bundan sonra Cambulad Musayevin üzərindən aşkar olunmuş “Vinçester” markalı siqaretlər, 06 ədəd 3 qəpiklik, 01 ədəd 5 qəpiklik xırda qəpik pullar, 01 ədəd alışqan, 02 ədəd kağız biletləri, 01 ədəd cib dəsmalı və 01 ədəd “Nokia” markalı telefon xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılır. Bundan başqa Cambulad Musayevin üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirməsi qadağan olunmuş əşya və maddə aşkar edilmir. Bundan sonra Sumqayıt ŞPİ-də xidməti otaqların birində tərəfimdən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanır. Belə ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl bölmənin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş edir, o da özünü təqdim edir. Polis əməkdaşları da özlərini təqdim edir. Bundan sonra təhqiqatçı Zaur Cəfərov tərəfindən ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunur. Namiq də özü əynində olan tüng göy rəngli pencəyin sağ iç cibindən sarı rəngli dairəvi formalı plastik qutunu çıxarıb təqdim edir. Həmin plastik qutu açılan zaman içərisində 11 ədəd hər biri şəffaf rəngli sellofana bükülmüş on bir büküm aşkar edilir, həmin bükümlərin on ədədinin içərisində qəhvəyi rəngli toz halında maddənin, bir ədədinin içərisində ağ rəngli kristal şəkilli maddənin olduğu aşkar edilir. Sorğu zamanı Namiq təqdim etdiyi maddələrin narkotik vasitə olan heroin (kakos) olduğunu, həmin narkotik vasitələri srağagün yəni xx.xx.2022-ci il tarixdə telefon vasitəsilə əlaqə saxladığı “Abi” adlı İran vətəndaşından şəxsi istifadəsi üçün aldığını, belə ki, həmin İran vətəndaşının narkotik vasitəsiləri Sumqayıt şəhəri “Mero” adlanan ərazidə yerə atdıdığını, oraya gedərək narkotik vasitələri götürdüyünü, həmin narkotik vasitələrə görə İran vətəndaşına hələki pul ödəmədiyini, lakin 500 manat borclu olduğunu, almış olduğu narkotik vasitələrin 1 qramını 20 manat satmaqla həmin narkotik vasitələrin pulunu əldə edərək borcunu ödəyəcəyini, bundan başqa həmin narkotik vasitələrdən bir qismini də yaşadığı ünvanda saxladığını bildirir. Həmin vaxt Namiqin üzərindən aşkar olunmuş 10 ədəd şəffaf rəngli sellofana bükülmüş on büküm içərisindəki qəhvəyi rəngli toz halında maddə ilə birlikdə ayri-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman hər birinin çəkisinin 0,41 qram, 0,40 qram, 0,41 qram, 0,42 qram, 0,80 qram, 0,40 qram, 0,38 qram, 0,42 qram, 0,43 qram, 0, 41 qram, həmin 10 ədəd bükümlər birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 4,43 qram olduğu, aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,41 qram olduğu müəyyən olunur. Namiqin üzərindən aşkar olunmuş on ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz halında maddə və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada zərfə qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Namiqin üzərindən aşkar olunmuş «Samsung» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən xüsusi qaydada zərfə qablaşdırılır və möhürlənir, aşkar edilmiş qara rəngli pul qabı, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, Kapital Bank kartı, Petrol-100 kartı, yara lenti, 22 ədəd 5 manatlıq, 3 ədəd 10 manatlıq, 1 ədəd 20 manatlıq pul əskinasları, ev və avtomobil açarları xüsusi əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılır. Bundan başqa Namiqin üzərinə axtarış keçirilən zaman üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmir. Daha sonra videoçəkiliş dayandırılır və onlar Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində yerləşən fərdi evinin qarşısına gəlirlər. Onlar Namiqin evinə çatdıqdan sonra orada yenidən videoçəkiliş davam etdirilir, Namiq yaşadığı ünvanın dəmir qapısını açır və biz onun fərdi evinin həyətinə daxil oldular. Daha sonra evin həyətində tikilmiş 01 mərtəbəli fərdi evə yaxınlaşdılar və Namiq evin qapısını açır, onlar içəriyə daxil olurlar. Orada təhqiqatçı X8 yaşadığı ünvanda baxış keçiriləcəyini bildirərək, yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif edildikdə, Namiq özünün yataq otağına daxil olaraq orada çarpayının alt hissəsində saxlamış olduğu 1 ədəd ağ-yaşıl rəngli üzərində “Defacto” yazıları olan sellofan torbanı çıxardıb, həmin torbada olan ağ rəngli plastik qutunu təqdim edərək, qapağını açır. Həmin plastik qutunun içərisinə baxış zamanı 7 ədəd ayrı-ayrılıqda olan şəffaf rəngli sellofan bükümlərin, biri parça pul qabına bükülmüş, digəri isə açıq vəziyyətdə olan 2 ədəd elektron tərəzinin, 1 ədəd metaldan hazırlanmış kiçik ölçülü qaşıq formalı alətin, 1 ədəd 5 ml. həcmdə içərisində şəffaf rəngli maye olan tibbi şprisin olduğu müəyyən edilir. Aşkar edilmiş 7 ədəd ayrı-ayrılıqda olan şəffaf rəngli sellofan bükümlərin 4 ədədinin içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə olan heroinin, bir ədədinin içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminin, 2 ədədinin içərisində qara rəngli narkotik vasitə olan tiryəkin olduğu aşkar edilil. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddələri srağagün yəni xx.xx.2022-ci il tarixdə telefon vasitəsilə əlaqə saxladığı “Abi” adlı İran vətəndaşından şəxsi istifadəsi üçün 500 manata aldığını, belə ki, həmin İran vətəndaşının narkotik vasitəsiləri Sumqayıt şəhəri “Mero” adlanan ərazidə yerə atdığını oraya gedərək narkotik vasitələri götürdüyünü, aşkar edilmiş tibbi şprisin içərisində olan mayenin su olduğunu qeyd edir. Həmin vaxt Namiqin yaşadığı ünvandan aşkar olunmuş 4 ədəd şəffaf rəngli sellofana bükülmüş 4 büküm içərisindəki qəhvəyi rəngli toz halında maddə ilə birlikdə ayri-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman hər birinin çəkisinin 25,68 qram, 1,35 qram, 0,33 qram, 0,28 qram həmin 4 ədəd bükümlər birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin ümumi çəkisinin 27,27 qram olduğu, aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 2,92 qram, aşkar olunmuş 2 ədəd şəffaf rəngli sellofana bükülmüş 2 büküm içərisindəki qara rəngli maddə ilə birlikdə ayri-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman hər birinin çəkisinin 0,67 qram, 0,13 qram olduğu müəyyən olundu. Onun yaşadığı ünvandan aşlar edilmiş həmin maddələr, 1 ədəd metaldan hazırlanmış kiçik ölçülü qaşıq formalı alət, 1 ədəd 5 ml. həcmdə içərisində şəffaf rəngli maye olan tibbi şpris Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada zərfə qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Bundan sonra Namiqin yaşadığı ünvana baxış keçirilən zaman yaşadığı ünvandan qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmir. Bundan sonra videoçəkiliş dayandırılır. Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/793 saylı rəyindən görünür ki, tədqiqata üzərində «Azərbaycan Respublikası DİN-yi Zərflər üçün №124» dairəvi möhür əksi olan 02 ədəd kağız paketdə olan: -üzərində «Təqsirləndirilən şəxs üzərindən…» sözləri, ad, soyad və imzalar qeyd edilmiş zərfi açdıqda içərisindən 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,384 qram, 0,369 qram, 0,375 qram, 0,771 qram, 0,393 qram, 0,395 qram, 0,368 qram, 0,393 qram, 0,393 qram, 0,391 qram ümumi təmiz çəkisi 4,232 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,387 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. -Üzərində «Təqsirləndirilən şəxs mənzilindən…» sözləri, ad, soyad və imzalar qeyd edilmiş kağız paketi açdıqda içərisindən bir ədəd plastik qabda 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 23,721 qram, 1,046 qram, 0,105 qram ümumi təmiz çəkisi 24,872 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 2,494 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Digər iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,600 qram, 0,093 qram ümumi təmiz çəkisi 0,693 qram qəhvəyi rəngli maddə görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə –tiryəkdir. Bir ədəd 2,5 ml həcmli şprisdə 01 ml həcmində məhlul narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi – 0,006 qramdır. İki ədəd elektron tərəzidə, bir ədəd maddə izləri olan sellofanda, bir ədəd qaşıqda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkildə olduğu üçün çəkisini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş 13 ədəd bükümdə olan heroinlər xarici görünür əlamətlərinə və kimyəvi tərkib komponentlərinə eynilik təşkil edir. Təqdim edilmiş 02 ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentilərinə görə eynilik təşkil edir. (cild 1 iş vərəqə 61-66) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmənarkoloji xx.xx.2022-ci il tarixli, 1546 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəq 170-171) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 28,714 qram, 01 ədəd 2,5 ml həcmli şprisdə 0,006 qram narkotik vasitə heroin, 0,633 qram narkotik vasitə olan tiryək, 2,781 qram psixotrop maddə olan metamfetamin, 02 ədəd tərəzi, 01 ədəd sellofan, 01 ədəd qaşıq və 01 ədəd şpris saxlanılması üçün Sumqayıt ŞPİnin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və evinə baxış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 119-122, 185-196) DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hökmlə təyin edilmiş cəzasının çəkilməmiş qalan 06 ay 18 gün hissəsi 03 ay 09 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, 07.11.20-ci tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən o məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab olunur. ( cild 1, iş vərəqə 178-183) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar olunmuş narkotik vasitələri və psixotrop maddələri satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitələrin və psixotrop maddələrin külli miqdarda olması, Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik və psixotrop vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, psixotrop maddə metamfetmainin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 fevral 2022ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ -də saxlanılan təhqiqatdan sonrakı qalıq çəkisi 28,714 qram, 01 ədəd 2,5 ml həcmli şprisdə 0,006 qram narkotik vasitə heroin, 0,633 qram narkotik vasitə olan tiryək, 2,781 qram psixotrop maddə olan metamfetamin, 02 ədəd tərəzi, 01 ədəd sellofan, 01 ədəd qaşıq və 01 ədəd şpris məhv edilməli, 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 65 ( altmış beş) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. (cild 1, iş vərəqə 62). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, 08 fevral 2022-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİdə saxlanılan təhqiqatdan sonrakı qalıq çəkisi 28,714 qram, 01 ədəd 2,5 ml həcmli şprisdə 0,006 qram narkotik vasitə heroin, 0,633 qram narkotik vasitə olan tiryək, 2,781 qram psixotrop maddə olan metamfetamin, 02 ədəd tərəzi, 01 ədəd sellofan, 01 ədəd qaşıq və 01 ədəd şpris məhv edilsin, 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar