Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-95/2025 02.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1970-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Xətai rayonu, E.Əliyev küçəsi 4 inzibati binada qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1 və 234.1-1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 iyun 2023-cü il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin taxta materialdan olan qapısını zərblə itələyib açmaqla qanunsuz içəri daxil olaraq oradan dəyəri 540 manat olan 1 ədəd plastik kəsən aparat və hər birinin dəyəri 80 manat olmaqla ümumi dəyəri 160 manat olan 2 ədəd alüminium profili gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 700 (yeddi yüz) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 23 iyul 2023-cü il tarixdə saat 04:00 radələrində ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi “Kral” restoranının hasarından aşmaqla həyətyanı sahəsinə, daha sonra isə qapısından içərisinə qanunsuz daxil olaraq mətbəxdəki soyuducudan hər birinin dəyəri 15 manat olan 3 ədəd 0,5 litr həcmli butulkalarda “Perpelka” markalı arağı, hər birinin dəyəri 18 manat olan 3 ədəd 0,7 litr həcmli butulkalarda “Perpelka” markalı arağı, hər birinin dəyəri 15 manat olan 3 ədəd 0,5 litr həcmli butulkalarda “Persa” markalı arağı, hər birinin dəyəri 18 manat olan 3 ədəd 0,7 litr həcmli butulkalarda “Persa” markalı arağı, hər birinin dəyəri 18 manat olan 3 ədəd 1 litr həcmli butulkalarda “Oliqarx" markalı arağı, saxlanc otağından hər birinin dəyəri 4 manat olan 2 ədəd 0,7 litr həcmli butulkalarda “Kabernet” markalı çaxırı, hər birinin dəyəri 10 manat olan 2 ədəd 0,5 litr həcmli butulkalarda “Yakor” markalı arağı, hər birinin dəyəri 12 manat olan 2 ədəd 0,7 litr həcmli butulkalarda “Yakor” markalı arağı, hər birinin dəyəri 15 manat olan 2 ədəd 0,7 litr həcmli butulkalarda “Lumberjack” markalı viskini, soyuducudan 1 kiloqramı 17 manat olan 12 kiloqram quzu ətini, 1 kiloqramı 14 manat olan 4 kiloqram mal ətini, 1 kiloqramı 16 manat olan 4 kiloqram çəkilmiş mal ətini, 1 kiloqramı 8 manat olan 3 kiloqram çəkilmiş toyuq ətini və dəyəri 1200 manat olan 1 ədəd “Samsung" markalı 120 millimetr diaqonallı televizoru gizli olaraq talayıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 1882 (min səkkiz yüz səksən iki) manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 23 noyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 0,405 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 10 manat pul müqabilində əldə edib Abşeron rayonu, Novxanı qəsəbəsinə daşımış və saxlamış, 23 noyabr 2023-cü il tarixdə saat 20:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən Duz gölünün yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 21:45-dən saat 21:53-dək üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən həmin çəkisi 0,405 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 09 dekabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Papanin" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil edilmiş 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 3,346 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 20 manat pul müqabilində əldə edib Abşeron rayonu, Masazır qəsəbəsinə daşımış və saxlamış, 10 dekabr 2023-cü il tarixdə saat 19:00 radələrində Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslanov küçəsində piyada hərəkət edərkən saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş və orada həmin tarixdə saat 19:46-dan saat 19:57-dək üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən həmin çəkisi 3,346 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, oğurluq Kral restoranında olmuş, həmin restoranda yemək yemiş, restorana yaxınlaşıb arxa qapısının açıq vəziyyətdə olduğunu müəyyən etmiş, oğurladıqlarını nə üçün götürdüyünü xatırlamamışdır. Narkotik vasitə istifadəçisidir. Verilən suallara cavab olaraq bildirdi ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. Ona Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə bəraət verilmişdir. Döyülməyi barədə Abşeron rayon Məhkəməsində heç nə deməmişdir. Ona qarşı zor tətbiq edən şəxsi tanıyır, onun ağciyərini partlatmışlar, xəsarəti ilə bağlı müalicə almışdır. Əməlindən peşmandır. Narkotik vasitə istifadəçisidir. Polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişlər, polis əməkdaşları evə gəlmiş, həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Abşeron Rayon Polis İdarəsində vəkil də gec gəlmişdir, yerə uzanmış, qan “qusmuşdur”, polislər ona işgəncə vermişlər. Onu Abşeron Rayon polis idarəsinin əməkdaşları vurmuşlar, Bakı İstintaq Təcridaxanasına daxil olanda xəsarəti olmamış, işgəncəyə məruz qaldığına görə sənədi imzalamışdır. Ona ittiham verilmiş hər iki oğurluq hadisəsini törətmiş, hər iki hissədə özünü təqsirli bilir, həmçinin 234.1-ci maddəsi ilə də özünü təqsirli bilir, həqiqətən də 23 noyabr 2023-cü il tarixdə üzərində narkotik vasitə heroin olmuşdur, ancaq onun üzərində göstərilən tarixdə, yəni 10 dekabr 2023-cü il tarixdə külli miqdarda narkotik vasitə heroin olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, həbs edilənədək yaşadığı Abşeron rayonu Masazır qəsəbəsi ərazisində metal tullantıları yığıb satmaqla özünü dolandırmışdır. Zərərçəkmiş şəxs1 ilə əvvəllər arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. 22 iyul 2023-cü il tarixdən 23 iyul 2023-cü il tarixə keçən gecə saat 04:00 radələrində Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən “Kral” restoranının arxa tərəfindəki söküntü olan ərazidə metal tullantılar axtarmışdır. Hasardan restoranın həyətinə baxdıqda orada heç kimin olmadığını görmüşdür. Ətrafda heç kimin olmadığına tam əmin olduqdan sonra hasardan aşmaqla restoranın həyətinə keçmişdir. Restorana yaxınlaşıb arxa qapısının açıq vəziyyətdə olduğunu müəyyən etmişdir. İçəri daxil olduqda otaqda divardan asılmış “Samsung” markalı televizorun görmüş və yerindən çıxararaq özü ilə götürmüşdür. Bundan sonra restoranın ümumi zalına keçib vitrin soyuducusunda olan müxtəlif markalı və həcmli butulkalardakı araq, çaxır və viski kimi spirtli içkiləri oradan tapdığı torbanın içərisinə yığmışdır. Daha sonra soyuducuya yaxınlaşıb qapısını açdıqda 4 ədəd şişə çəkilmiş çiy ət məhsulunu və çəkisini bilmədiyi qoyun quyruğunu torbanın içərisinə yığmışdır. Təxminən 20 dəqiqə ərzində restoranın içərisində qalmış və oğurladığı əşyaları özü ilə götürdükdən sonra restoranı tərk etmişdir. Bundan sonra birbaşa yaşadığı evə getmişdir. 23 iyul 2023-cü il tarixdə oğurladığı spirtli içkiləri tanımadığı taksi avtomobili ilə Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən bazara apararaq 84 manata tanımadığı şəxsə satmışdır. Lakin ət məhsulunu məişətdə istifadə etmək üçün evdəki soyuducuda saxlamış, televizor isə sata bilmədiyi üçün evdə qalmışdır. Bundan başqa, Zərərçəkmiş şəxs2 ilə əvvəllər arasında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Maddi sıxıntıları olduğundan pula ehtiyacı yaranmış və oğurluq edib oğurladığı əşyaları sataraq pul əldə etmək fikrinə düşmüşdür. 01 iyun 2023-cü il tarixdə saat 02:00 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində gəzərkən oradakı beşmərtəbəli binanın birinci mərtəbəsinin giriş hissəsindəki taxta materialdan olan qapının bağlı vəziyyətdə olduğunu və içəridə heç kəsin olmadığını görmüşdür. İçəridə oğurlayıb sata biləcəyi əşya olduğunu düşünərək içəri daxil olmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin yerin girişinə yaxınlaşmış və öz bədəni ilə qapını zərblə itələyib açaraq içəri keçmişdir. Bunu etməzdən öncə ətrafa diqqətlə baxıb hər hansı şəxsin olmadığını dəqiqləşdirmişdir. İçəridə bir qədər gəzdikdən sonra oradan 1 ədəd plastik kəsən aparat və 2 ədəd alüminium profili götürərək uzaqlaşmışdır. Ertəsi gün oğurladığı əşyaları küçədə qarşısına çıxan səyyar metal qəbulu və alqı-satqısı ilə məşğul olan şəxsə 100 manata satmışdır. Bu zaman əşyaların özünə məxsus olduqlarını, ehtiyacı olmadığından satdığını bildirmişdir. Bundan sonra əldə etdiyi 100 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 23 noyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonunda “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pul müqabilində 1 büküm narkotik vasitə heroin alıb əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat 20:00 radələrində Novxanı qəsəbəsi ərazisində yerləşən Duz gölünün yaxınlığı ilə piyada şəkildə yaşadığı qəsəbəyə getmişdir. Bu zaman əvvəllər tanımadığı 2 mülki geyimli şəxs yaxınlaşıb özlərini təqdim edib Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsləri görüb oradan uzaqlaşmaq istədikdə onlar tərəfindən saxlanılıb Saray polis bölməsinə gətirilmişdir. Bölmənin inzibati binasında narkotik vasitə istifadəçisi olduğunu, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmaq istədiyini etiraf etmişdir. Bundan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edilmişdir. Maddi imkanı olmadığından dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini söyləmişdir. Müdafiəçi dəvət olunaraq ona təqdim edildikdən sonra polis əməkdaşları videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. Müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış və təhqiqatçı tərəfindən ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet varsa, təqdim etməsi təklif olunmuşdur. O, əynindəki şalvarın sağ yan cibində saxladığı, içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı həmin narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonunda “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində əldə etdiyini bildirmişdir. Bundan başqa üzərindən başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi büküm kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmiş və zərfin üzəri iştirakçılar, o cümlədən onun özü tərəfindən imzalanmışdır. Ardınca üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək ucadan oxunmuş və o, həmin protokolu imzalamaqla doğruluğunu təsdiq etmişdir. Bundan başqa, 09 dekabr 2023-cü il tarixdə günorta saatlarında növbəti dəfə “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul müqabilində 1 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin alıb əynindəki boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 10 dekabr 2023-cü il tarixdə axşam saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, S.Aslanov küçəsində olarkən 2 mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və Abşeron Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt üzərində narkotik vasitə olduğundan narahatlıq keçirmişdir. Hərəkətləri şübhə yaratdığı üçün polis əməkdaşları ondan ad-soyadını soruşmaqla haqqındakı məlumatları dəqiqləşdirməyə başlamışlar. Üzərində narkotik vasitə olduğundan polis əməkdaşları tərəfindən saxlanılacağını və həbs ediləcəyini düşünsə də, özünü təqdim etmişdir. Bundan sonra o, Abşeron Rayon Polis İdarəsinə dəvət edilmiş və heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə idarənin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış aparılacağı bildirilərək ona hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Ardınca idarədəki xidməti otaqların birində müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanılması qanunla qadağan edilmiş əşya, yaxud predmet varsa, könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman 09 dekabr 2023-cü il tarixdə günorta saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul müqabilində alaraq əynindəki boz rəngli cins şalvarın sağ yan cibinə qoyduğu, içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofan bükümü cibindən çıxarıb masanın üzərinə qoymaqla polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis əməkdaşları həmin bükümə baxış keçirmiş və ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılaraq götürüləcəyini bildirmişlər. Bundan başqa üzərindən başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi büküm kağız zərfdə qablaşdırılıb üzəri möhürlənmiş, zərfin üzəri iştirakçılar, o cümlədən onun özü tərəfindən imzalanmışdır. Ardınca üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilərək ucadan oxunmuş və o, həmin protokolu imzalamaqla doğruluğunu təsdiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, törətdiyi oğurluq hadisələrini əvvəlcədən planlaşdırmamış, cinayətləri törətməzdən əvvəl və törətdikdən sonra bu barədə heç kimə məlumat verməmiş, hadisələrin törədilməsində hər hansı şəxsin köməyindən istifadə etməmişdir. Ona narkotik vasitə satmış şəxslərin adını, mobil telefon nömrəsini və digər heç bir əlaqə vasitəsini bilmir. Narkotik vasitələri yalnız şəxsi istifadəsi üçün üzərində saxlamış və gəzdirmiş, heç vaxt kiməsə narkotik vasitə satmamış, belə bir niyyəti olmamışdır. Üzərində narkotik vasitə saxlamasından heç kimin məlumatı olmamışdır. Heç vaxt psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, heç kimə psixotrop maddə, narkotik vasitə və ya onun prekursorlarını satmamışdır.(cild 2, i.v. 199-202 ) Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Masallı rayonu, Şərəfə kəndində qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasında 110 nömrəli mənzildə yaşayır. 10 iyul 2023-cü il tarixdən Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Kral” restoranını icarəyə götürüb işlətməyə başlamışdır. 23 iyul 2023-cü il tarixdə saat 00:20 radələrində restoranı bağlayıb evə getmiş, saat 09:40 radələrində restoranı açmaq üçün həyətinə daxil olub qapıya yaxınlaşmışdır. Həyətə daxil olduqda oradakı nərdivanın yerinin dəyişdirildiyini görmüşdür. Giriş qapısını açarla açıb içəri daxil olmuş, bu zaman mətbəxin qapısının açıq vəziyyətdə olduğunu aşkarlamış və oğurluq hadisəsinin baş verdiyi ona məlum olmuşdur. Oğurluq etmiş şəxs restoranın damından içəri daxil olaraq soyuducudan hər birinin dəyəri müxtəlif qiymətlərdə olan 19 ədəd müxtəlif markalı araqları, saxlanc otağından hər birinin dəyəri 4 manat olan 2 ədəd çaxırı, dəyəri 15 manat olan 2 ədəd viskini, soyuducudan rəxminən 25 kiloqram həcmində quzu, mal, toyuq ətini və 1200 manat dəyərində 1 ədəd “Samsung” markalı televizoru oğurlamışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1882 manat dəyərində maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş 19 fevral 2025-ci il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsi ona məxsusdur. Qeyri- yaşayış sahəsinin içi tam təmirli olsa da, icarəyə vermədiyi üçün giriş qapısı quraşdırılmamış, qapı boşluğuna taxta bərkidilmişdir. 01 iyun 2023-cü il tarixdə səhər saatlarında qeyri-yaşayış sahəsinə qarovul çəkən X3 mobil telefon vasitəsilə ona zəng edərək qeyri-yaşayış sahəsindən dəyəri 540 manat olan 1 ədəd plastik kəsən aparat və hər birinin dəyəri 80 manat olmaqla ümumi dəyəri 160 manat olan 2 ədəd 4 metr uzunluğunda alüminium profillərin oğurlanması barədə məlumat vermişdir. İşlərinin çoxluğu ilə əlaqədar Rüstəmə oğurluq hadisəsi barədə polisə məlumat verməsini və ərizə ilə müraciət etməsini tapşırmışdır. Həmin tarixdən 2 gün sonra, yəni 03 iyun 2023-cü il tarixdə Rüstəm Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək hadisə barəsində məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirdi ki, ona dəymiş ziyan ödənilməmiş, ancaq o, təqsirləndirilən şəxsi bağışlamışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 10 dekabr 2023-cü il tarixdə axşam saatlarında işlədiyi şöbənin digər əməkdaşı Şahid1 ilə birlikdə Əvəz adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs gizli müşahidə edib izlədikdən sonra saxlayaraq polis idarəsinə gətirmişlər. Polis idarəsinə gəldikdən vəkil dəvət olunaraq Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs əynində olan cins şalvarın cibindən 1 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni 09 dekabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul müqabilində alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm 1 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənib götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin Saray Polis bölməsinin polis sahə nəfəri, polis serjantı Şahid4 ifadəsində göstərdi ki, 23 noyabr 2023-cü il tarixdə saat 20:00 radələrində Saray polis bölməsinin əməkdaşı Şahid3 ilə birlikdə Abşeron rayonu, Novxanı qəsəbəsi ərazisində yerləşən Duz gölünün ətrafında xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra özünü şübhəli aparan şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs suallara cavab verməkdən yayınmaqla oradan uzaqlaşmağa cəhd etdiyindən şəxsi saxlayaraq Saray polis bölməsinə gətirmişlər. Polis bölməsinin inzibati binasında şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsla aparılan söhbət zamanı şəxs üzərində narkotik vasitə saxladığını və gəzdirdiyini könüllü surətdə etiraf etmişdir. Buna görə də Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın cibindən 1 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılmış və oradan qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, bükümü həmin gün günorta saatlarında Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Abşeron Rayon Polis İdarəsinin Cinayət axtarışı şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 10 dekabr 2023-cü il tarixdə axşam saatlarında işlədiyi şöbənin digər əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə Əvəz adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması məqsədilə Abşeron rayonu Masazır qəsəbəsi S.Aslanov küçəsinə getmiş və həmin küçədə yaşayan Təqsirləndirilən şəxs gizli müşahidə edib izlədikdən sonra saxlayaraq polis idarəsinə gətirmişlər. Polis idarəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrdən qanunsuz istifadə etməsinə və üzərində saxlamasına dair şübhələr olduğundan şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunaraq üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarışın aparılması ilə bağlı qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni 09 dekabr 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 20 manat pul müqabilində alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin büküm sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılıb zərfin üzəri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 56 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edən başqa əşya və ya sənəd aşkar olunmamışdır. Sonda bununla bağlı protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir.(cild 1, i.v. 254-256) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, 2015-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. 2020-ci ildən Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 23 noyabr 2023-cü il tarixdə saat 20:00 radələrində Saray polis bölməsinin polis nəfəri, polis serjantı Şahid4lə birlikdə Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində yerləşən Duz gölünün ətrafında xidmət aparan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görmüşlər. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra özünü şübhəli aparan şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs suallara cavab verməkdən yayınmaqla oradan uzaqlaşmağa cəhd etdiyindən şəxsi saxlayaraq Saray polis bölməsinə gətirmişlər. Polis bölməsinin inzibati binasında şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş, xx xxxxx 1970-ci il təvəllüdlü Abşeron rayonu Masazır qəsəbə sakini Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxsla aparılan söhbət zamanı şəxs üzərində narkotik vasitə saxladığını və gəzdirdiyini könüllü surətdə etiraf etmişdir. Buna görə də Təqsirləndirilən şəxs aidiyyəti üzrə təhvil verilmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi dəvət olunmuş və Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələrinin izahına dair bildiriş təqdim edilmişdir. Bundan sonra şübhəli şəxsin, müdafiəçisinin, həmçinin Şahid4 və onun özünün iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan büküm çıxarıb təqdim etmiş və içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da, başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılmış və oradan qəhvəyi rəngli, tozşəkilli, narkotik vasitə heroinə bənzər kütlə aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin kütlənin heroin olduğunu, bükümü həmin gün günorta saatlarında Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində əldə etdiyini və şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm təhqiqatçı tərəfindən kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək götürülmüşdür. Sonda şəxsi axtarış və götürmə aparılması haqqında protokol tərtib edilərək ucadan oxunmuş və o, digər iştirakçılarla birlikdə həmin protokolu düzgün hesab etməklə imzalamışdır. Bundan başqa, Şahid3 ifadəsində göstərmişdir ki, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan bükümü 23 noyabr 2023-cü il tarixdə günorta saatlarında Bakı şəhəri Nəsimi rayonunda “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs bildirdiyinə görə, əvvəllər heç kimə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə Abşeron rayonu Novxanı qəsəbəsi ərazisində saxlanılan və Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsində olan zaman ona qarşı polis əməkdaşları tərəfindən fiziki güc, zorakılıq tətbiq edilməmiş və psixoloji təsir göstərilməmiş, üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən onun üzərinə heç bir müdaxilə edilməmişdir.(cild 1, i.v. 199-201) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid X2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, gecələr Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus qeyri-yaşayış sahəsinə qarovul çəkir. Həmin qeyri-yaşayış sahəsi təmirsiz olduğundan fəaliyyət göstərmir. Buna görə də oraya giriş qapısı qoyulmamış və qapı boşluğunun yerinə nazik taxta vurulmuşdur. 01 iyun 2023cü il tarixdə səhər saatlarında qeyri-yaşayış sahəsinə nəzarət etmək üçün gələrkən taxtanın yerindən çıxarıldığını görmüşdür. İçəri daxil olduqda orada saxlanılan 1 ədəd plastik kəsən aparat və 2 ədəd alüminium profilin yerində olmadığını müəyyən etmişdir. Gecə saatlarında oğurluq hadisəsinin baş verdiyini başa düşmüş və bu barədə Zərərçəkmiş şəxs2 mobil telefon vasitəsilə zəng edib məlumat vermişdir. Həmin tarixdə işlərinin çoxluğu ilə əlaqədar polisə məlumat verə bilməmiş, yalnız 2 iki gün sonra Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyini bilməmiş, hadisənin törədilməsində heç kimdən şübhələnməmişdir.(cild 2, i.v. 95-97) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi üzrə qiymətləndiriləndirməklə onları sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, vərəqə 4-5 ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron Rayon Məhkəməsindən 19 mart 2025-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Musa Musayev tərəfindən qəbul edilmiş 10 dekabr 2023-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin aparılması barədə” qərar qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə saat 19:46-dan saat 19:57-dək Abşeron Rayon Polis İdarəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindəki 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 3,346 qram olan narkotik vasitə heroini təqdim etmiş, həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, i.v. 30-32) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə saat 21:45-dən saat 21:53-dək Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindəki 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 0,405 qram olan narkotik vasitə heroini təqdim etmiş, həmin büküm müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında 01 fevral 2024-cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində olan 10 dəqiqə 13 saniyə müddətində davam edən “İMG_0663” adlı videogörüntüdə Təqsirləndirilən şəxs 10 dekabr 2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 3,346 qram olan narkotik vasitə heroini çıxarıb təqdim etməsi öz əksini tapmışdır.(cild 1, i.v. 119-120) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 28 dekabr 2023- cü il tarixli protokoldan görünür ki, həmin diskin içərisində olan 07 dəqiqə 13 saniyə müddətində davam edən “Narkotik 23.11 2023” adlı videogörüntüdə Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin Saray polis bölməsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümdə çəkisi 0,405 qram olan narkotik vasitə heroini çıxarıb təqdim etməsi öz əksini tapmışdır.(cild 1, i.v. 204) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 23 iyul 2023-cü il tarixli protokoldan görünür ki, 23 iyul 2023-cü il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 icarə müqaviləsi əsasında işlətdiyi “Kral” restoranının həyətyanı sahəsi və ümumi zalıdır. Baxış keçirilməsində iştirak edən Zərərçəkmiş şəxs1 restorana qanunsuz daxil olunub oradan ümumi dəyəri 1882 manat olan spirtli içkilərin, ət məhsulunun və 1 ədəd “Samsung” markalı televizorun oğurlandığını, 23 iyul 2023-cü il tarixdə səhər saatlarında restorana gələn zaman qapının açıq vəziyyətdə olduğunu, videomüşahidə kameralarının qeydə aldığı videogörüntüləri izlədikdə bir nəfər tanımadığı şəxsin yuxarıda qeyd olunanları oğurlamasını aşkar etdiyini bildirmiş və törətdilmiş oğurluq hadisəsinin videogörüntüləri 1 ədəd diskə köçürülməklə götürülmüşdür. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir.(cild 2, i.v. 11-13) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 03 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 01 iyun 2023-cü il tarixdə oğurluq cinayətinin törədildiyi hadisə yeri Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsidir. Baxış keçirilməsində iştirak edən X3 obyektə qanunsuz daxil olunub oradan ümumi dəyəri 700 manat olan 1 ədəd plastik kəsən aparat və 2 ədəd alüminium profilin oğurlandığını bildirmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. (cild 2, i.v. 72-74) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 1 (bir) ədəd "Samsung” markalı televizoru könüllü surətdə istintaqa təqdim etmiş və həmin televizor müvafiq qaydada qablaşdırılıb götürülmüş, televizora baxış keçirilərkən ekranın sol aşağı küncünə dairəvi və dördbucaqlı formalı etiketlər, arxa tərəfinə isə zavod etiketi yapışdırıldığı, eyni zamanda zədəsiz və saz vəziyyətdə olduğu müəyyən edilmişdir. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. (cild 2, i.v. 37-41) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 02 may 2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs şahid qismində verdiyi 02 may 2024-cü il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə Abşeron rayonu Masazır qəsəbəsi Ə.Vahid küçəsində yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsində yoxlanılmaqla dəqiqləşdirilmiş, Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə saat 02:00 radələrində oğurluq hadisəsini törətdiyi yeri və şəraiti əyani şəkildə göstərmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. (cild 2, i.v. 110-112) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən və Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Səbail Rayon Xalq Məhkəməsinin 14 may 1992- ci il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-in 226-1-ci maddəsinin 1-ci hissəsi və 23-1 -ci maddəsi ilə təqsirli bilinib 363 gün islah işləri (20%) cəzasına məhkum edilmiş, Bakı Şəhəri Səbail Rayon Xalq Məhkəməsinin 15 may 1996-cı il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-in 226-1-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 25 dekabr 1996-cı il tarixli qərarı ilə 1 il 2 ay 15 gün müddətinə əməyə cəlb olunmaqla şərti azad edilmiş, 31 oktyabr 1997-ci il tarixdə Azərbaycan Respublikası CM-in 50-ci maddəsinə əsasən (köhnə redaksiyada) 3 ay 10 gün vaxtından əvvəl şərti azad edilmiş, Bakı Şəhəri Xətai Rayon Xalq Məhkəməsinin 05 iyul 2000-ci il tarixli hökmü ilə 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası CM-in 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinib 3 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2 il 7 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 16 iyul 2022-ci il tarixli qərarı ilə 8 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, Abşeron Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 avqust 2023-cü il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət cinayət məsuliyyətinə cəlb olunmuş və 11 sentyabr 2023-cü il tarixdə barəsindəki cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. (cild 1, i.v. 95-98) Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkəmə hesab edir ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmiş hesab olunur. CM-nin 18-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır ki, bu hal da cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələblərinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) nəzərə alınmasını imperativ edir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətdiyi vaxtda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbi ilə müəyyən edilmiş məhkumluğun ödənilməsi müddəti keçmədiyindən onun əməlində cinayətlərin residivi vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6352 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №56” dairəvi möhür əksləri, “Şübhəli şəxs: (imza) Məmmədov...” yazıları və imzalar olan 1 ədəd zərfin içərisində 1 ədəd bükümdə təmiz çəkisi 3,346 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir.(cild 1, i.v. 41-42) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 noyabr 2023-cü il tarixli 3-16-16/2-6/6150 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №246” dairəvi möhür əksi, “(imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan 1 ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,405 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir.(cild 1, i.v. 168- 169) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 18 dekabr 2023-cü il tarixli 8275 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 1, i.v. 116-117) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 28 fevral 2024-cü il tarixli 546 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Əvəz Məmməov ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs idrak prosesləri (diqqət, hafizə, qavrayış, təfəkkür və s.) intellektual imkanları normada olmaqla hövsələsizlik, inadkarlıq, özünəməxsus mövqeyə və prinsipə malik olmaq və sair kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğun olduğundan o, etdiyi hərəkətləri adekvat olaraq qavrayıb onların mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir.(cild 1, i.v. 243-245) Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində 23 noyabr 2023-cü il tarixdə şəxsi axtarış aparılarkən götürülmüş narkotik vasitənin qalığı - təmiz çəkisi 0,355 qram olan heroin, 10 dekabr 2023-cü il tarixdə şəxsi axtarış aparılarkən götürülmüş narkotik vasitənin qalığı - təmiz çəkisi 3,296 qram olan heroin Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Samsung” markalı televizor qəbz alınmaqla sahibinə qaytarılmış, “şəxsi axtarış və götürmə aparılması” istintaq hərəkətinin videogörüntülərinin köçürüldüyü 2 ədəd və 23 iyul 2023-cü il tarixdə baş vermiş oğurluq hadisəsinin videogörüntülərinin köçürüldüyü 1 ədəd disk olmaqla ümumilikdə 03 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. ( cild 1, iş vərəqə 167-187) Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə əldə etməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitə satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.1 maddəsi az ağır cinayətlər kateqoriyasına, 234.1-1-ci maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri isə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri i ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsi, 59.1.14-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə əsaslı dəlillər olduğu üçün 23 noyabr 2023-cü il tarixdə saat 21:25-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v. 147) 25 noyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə olunmasından imtina edilməsi və şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərar qəbul edilmişdir. 25 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v. 196-197) Bundan başqa, 10 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs barəsində Abşeron Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə, yəni 10 aprel 2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir.(cild 1, i.v. 53-54, 72-75) Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 24; 115-119) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş – Təqsirləndirilən şəxs üzərində istintaq zamanı 23 noyabr 2023-cü il tarixdə şəxsi axtarış aparılarkən götürülmüş narkotik vasitənin qalığı təmiz çəkisi 0,355 qram olan heroin, 10 dekabr 2023-cü il tarixdə şəxsi axtarış aparılarkən götürülmüş narkotik vasitənin qalığı - təmiz çəkisi 3,296 qram olan heroin məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsdən 194 (yüz doxsan dörd) ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1 və 234.1-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-1-ci maddəsi ilə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 07 il (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 06 il 11 ay 28 gün (altı il on bir ay iyirmi səkkiz gün) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 10 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş – Təqsirləndirilən şəxs üzərində İstintaq zamanı 23 noyabr 2023-cü il tarixdə şəxsi axtarış aparılarkən götürülmüş narkotik vasitənin qalığı - təmiz çəkisi 0,355 qram olan heroin, 10 dekabr 2023-cü il tarixdə şəxsi axtarış aparılarkən götürülmüş narkotik vasitənin qalığı - təmiz çəkisi 3,296 qram olan heroin məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 194 (yüz doxsan dörd) Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-95/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-95/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver