Məhkəmə qərarları › İş №1(124)-96/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-96/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-96/2022 22.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 iyul 2021-ci il tarixdə Sumqayıt şəhəri ərazisində şəxsiyyəti istintaq orqanına məlum olmayan Eldar adlı şəxsdən satış məqsədi ilə külli miqdarda ümumilikdə 5,358 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşımış, 19 uyul 2021-ci il tarixdə saat 17:20-də Sumqayıt şəhəri, 9cü mikrorayon, 56 nömrəli evin yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılaraq Sumqayıt ŞPİ-nə aparılıb orada üzərində şəxsi axtarış aparılarkən əynində olan açıq qəhvəyi rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəfaf rəngli sellofan bükümdə külli miqdarda 5,358 qram çəkidə cibində üzərində narkotik vasitə heroin və əynindəki şalvarın sol cibində üzərində narotik vasitə heroinin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, 19 iyul 2021-ci il saat 14 radələrində mağazadan çörək alıb geri qayıdarkən blokun qarşısında tanımadığı şəxs onunla polis idarəsinə getməyini tələb etmişdir, o, da etiraz etməyərək polis idarəsinə getmişdir. Polis idarəsinin həyətinə çatanda polislər onu döyüb paltarını soyundurmuş, axtarış aparmışlar. Polis idarəsində iki gün əvvəl də onu tutmaq istədiklərini, lakin yanında başqa şəxslər olduğu üçün onu tutmadıqlarını eşitdiyini bildirmişdir. Polis idarəsinə getdikdən sonra müdafiəçinin yanında dörd dəfə çəkiliş aparılmış, çəkiliş olanda 5-6 nəfər polis əməkdaşının olduğunu demiş, təzyiq edildiyi üçün vəfat edən Eldar adlı şəxsdən narkotik vasitə aldığını demişdir. Polis idarəsinə getdikdən sonra ona Kamil Zeynallının instagram səhifəsində adı çəkildiyini, ona görə də saxlanıldığını deyilmişdir. Birinci dəfə polis idarəsinə gətiriləndə ilk dəfə çəkiliş olanda üzərində 1,9 qram narkotik vasitə olduğu deyilmiş, o isə boynuna almamış, sonra yenidən çəkiliş olunmuş və tərəzinin düz işləmədiyini deyib 5 qram olmasını demişlər. Həmin vaxt müdafiəçi də orada olmuşdur. İstintaqda döyüldüyü üçün narkotik vasitənin özünə məxsus olduğunu, satmaq niyyətinin olmadığını, ancaq istifadə etdiyini demişdir. İttihamda qeyd olunan narkotik vasitə ona aid olmamış, polislər tərəfindən ona verilmişdir. Təqsirləndirilən şəxs Əbdürəhim oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən isə görünür ki, o, özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə, təxminən 17:20 radələrində Sumqavıt şəhəri. 9-cu mikrorayon ərazisində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq saxlamışlar və Sumqayıt ŞPİyə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Daha sonra ondan üzərində qadağan edilmiş əşyaların olub-olmadığı soruşulmuş və o, əynindəki şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə içərisində öz şəxsi istifadəsi üçün Sumqayıt şəhəri ərazisində xx.xx.2021-ci il tarixdə Eldar adlı şəxsədən 40 manata aldığı narkotik vasitə heroini, həmçinin əynindəki şalvarın sol cibindən narkotik vasitələri aldığı zaman istifadə etdiyi özünə məxsus bir ədəd elektron tərəzini təqdim etmişdir. “Kakos” adlandırıldığı narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisinin 5,7 qram olduğu müəyvən edilmişdir. Aşkar edilmiş narkotik vasitə və tərəzi qablaşdırılaraq götürülmüş, həmçinin protokol tərtib edilmiş və o, həmin protokolu imzalamışdır. Polisdə üzərinə baxış keçirilən zaman ona qarşı hər hansı bir qanunazid hərəkət və fiziki zor tətbiq olunmamışdır. Şəxsi axtarış zamanı üzərində aşkar edilmiş elektron tərəzi özünə məxsus olmuş və onu narkotik vasitə alanda istifadə etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi tədqiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyul ayının 19-da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, qəbulu və satışı barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında Seymur Əliyev, Şahid4, Elnur Qocayevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinə aparılmışdır. Polis idarəsinin inzibati binasında videoçəkiliş ilə müdafiəçinin iştirakı təmin edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan sellofan torba və elektron tərəzi aşkar edilmişdir. Sual edildikdə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitələri 10 gün əvvəl Eldar adlı şəxsdən aldığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-in əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, 2021-ci ilin iyul ayının 19-da Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, qəbulu və satışı barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əsasında saat 17 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində saxlayıb Sumqayıt şəhər Polis İdarəsinə aparmışlar. Əməliyyat qrupunda ondan başqa Şahid3, S.Əliyev olmuşdur. Əməliyyat tədbirinə Ş. Şahbazov rəhbərlik etmişdir. Polis idarəsinin inzibati binasında müdafiəçinin iştirakı təmin edilməklə videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, Təqsirləndirilən şəxs üzərindən içərisində narkotik vasitə heroin olan sellofan torba və elektron tərəzi aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masazıra sexə işçi aparıb-gətirirdi. Müstəntiq zəng edib polis idarəsinə çağırmış, Təqsirləndirilən şəxsla son dəfə nə vaxt görüşdüyünü soruşmuşdur. Sonra hadisə barədə məlumat vermişdir. O, narkotik vasitə istifadə etdiyini, narkotik vasitəni tanımadığı şəxslərdən aldığını bildirmişdir. Müstəntiq tərəfindən təzyiq göstərildiyinə görə Təqsirləndirilən şəxs narkotik vasitə aldığını demişdir. O, istintaq dövründə ifadə verərkən videoçəkiliş aparılmadığını bildirmişdir. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində isə göstərmişdir ki, o, əvvəllər narkotik vasitə heroindən istifadə etmişdir. Narkotik vasitələrdən istifadə etdiyi zaman tanışı Sumqayıt şəhəri, 9c-u mikrorayon ərazisində yaşayan uzun müddət ərazində yaşayan tanışı Təqsirləndirilən şəxs narkotik vasitəni alıb istifadə edirmiş, eləcə də, sonuncu dəfə Təqsirləndirilən şəxs narkotik vasitəni alıb istifadə etməsi üçün 19 iyul 2021ci il tarixdə səhər saatlarında tanışı Şahid2 ilə görüşmüşlər. Həmin vaxt onlar Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində tanışları Təqsirləndirilən şəxs yaşadığı ünvanın yanma getmişlər və orada ondan hər özü üçün ondan şəxsi istifadəsi üçün narkotik vasitə almışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs 10 manat məbləğində narkotik vasitə heroini almışdır. Gözü yaxşı görmədiyi üçün həmin narkotik vasitə heroini istifadə etmək üçün tanışı Təqsirləndirilən şəxs xahiş etmiş, ona görə də, onlar onun yaşadığı evə onun idarə etdiyi “Ford" markalı avtomobilə getmişlər və orada R. Məmmədov həmin narkotik vasitə heroini onun sağ qoluna şpıislə vurmuşdur. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanı istiqamətində idarə etdiyi avtomobilə düşürmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etməsi barədə və onlardan başqa kimsə satması haqqında heç bir məlumatı olmadığını qeyd etmişdir. (Cild 1, iş vərəqləri 126-128) Şahid1 ifadəsi videoçəkişlə alınmış və bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Videoçəkilişə baxdıqda şahidin ifadəsində göstərdiyi xüsusatları deməsi öz təsdiqini tapmışdır. Bundan başqa, tanınma keçirilən zaman Şahid1 Təqsirləndirilən şəxs tanımaqla narkotik vasitənin ondan almasını demişdir. (Cild 1, iş vərəqləri 129-131) Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, keçən ilin avqust ayında onu saxlamışlar, qarşısına şəkillər qoyub onların dediklərinə əməl etməyini tapşırmışlar. O, Təqsirləndirilən şəxsla bir məhəllədə yaşamışdır. Əvvəllər narkotik vasitə heroin istifadə etmiş, narkotik vasitəni “Simurq” şadlıq evinin yanında qalan Mirzə adlı şəxsdən əldə etmişdir, Təqsirləndirilən şəxs narkotik vasitə almamışdır. O, Firuz adlı şəxsin onların qonşusu olduğunu, onunla narkotik vasitə qəbul etmədiyini, Rafiq saxlanılan gün qonşularla həyətdə oturduğunu bildirmişdir. Həmin vaxt (günorta saatlarında) Rafiq əlində çörəklə mağazadan gəlmişdir. 3-4 nəfər mülki geyimli polis əməkdaşı Təqsirləndirilən şəxs kəmərindən tutaraq onu saxlayıb maşına aparmışdır. O, ifadə verməmiş, onların yazdığını onun isə imzaladığını bildirmişdir. Yazılan ifadəni oxumamışdır. Onun bir gözü ümumiyyətlə görmür, digərinin 4 faiz görmə qabiliyyəti var. Latın qrafikası ilə yaza bilir. Təqsirləndirilən şəxs doğum tarixini isə bilmir. Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən isə görünür ki, o, narkotik vasitələrin istifadəçisi olduğu üçün əvvəllər Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən eləcə də, tanışı Təqsirləndirilən şəxs Əbdülərim oğlundan mütəmadi olaraq narkotik vasitələri alıb istifadə edirmiş, sonucu dəfə xx.xx.2021-ci il tarixdə səhər saatlarında tanışı Feyruzla görüşdükdən soma Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs 10 manat məbləğində narkotik vasitə heroini almışdır. Həmin vaxt tanışı Feyruzda öz şəxsi istifadəsi üçün Təqsirləndirilən şəxs narkotik vasitə heroini almışdır. Həmin narkotik vasitəni istifadə etməsi üçün gözü yaxşı görmədiyi üçün Təqsirləndirilən şəxs Feyruzun yaşadığı ünvanında narkotik vasitəni istifadə etməyinə yardım etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri çox ehtiyatla yalnız öz tanışlarına satırmış. R. Məmmədov narkotik vasitələri çox baha qiymətə satırmış və heç vaxt endirim etməmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Həmçinin eşitdiyinə görə “İnstaqram" səhvəsində tanınmış bloqer Kamil Zeynalı da bir necə gün öncə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə paylaşım etmişdir. (Cild 1, İş vərəqləri 92-93) Şahid2 ifadəsi videoçəkişlə alınmış və bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir. Videoçəkilişə baxdıqda şahidin ifadəsində göstərdiyi xüsusatları deməsi öz təsdiqini tapmışdır. Bundan başqa, tanınma keçirilən zaman Şahid2 Təqsirləndirilən şəxs tanımaqla narkotik vasitənin ondan almasını demişdir. (Cild 1, iş vərəqləri 95-97) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “Şəxsi axtarış keçirilməsi haqqında” 19 iyul 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən o, əynində olan açıq-qəhvəyi rəngli parça şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd şəffaf rəngli sellofan bükümü, sol yan cibində saxlamış olduğu qara rəngli elektron tərəzini təqdim etdi, həmin şəffaf rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitə olan “heroin” ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. ( Cild 1, iş vərəqləri 22-23) “Şəxsi axtarış keçirilməsi barədə” 19 iyul 2021-ci il tarixli protokolda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “CD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən həmin videogörüntülərin əks olunduğu diskə baxış keçirilməsinə dair 11 avqust 2021-ci il tarixli protokolla, eləcə də həmin diskə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin şəxsi axtarışı zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. (Cild 1, iş vərəqi 79) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2975 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «...Vət. Təqsirləndirilən şəxs” sözləri yazılmış 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 5,358 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd 7,5x12,5 sm ölçüdə elektron tərəzinin səthində heroin izləri müəyyən edildi. Tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi mümkün olmadı. (Cild 1, iş vərəqləri 31-36) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş ambulator məcburinarkoloji tibbi yoxlamaya dair ekspertizanın xx.xx.2021-ci il tarixli, 3247 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opidodlərin qəbulu nəticəsində asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstenensiya, intoksikasiya əlamətlərinin olmasmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqləri 106- 107) Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 21 iyul 2021-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 29 sentyabr 2021-ci il tarixliu qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra 5,308 qram çəkidə qalıq qalmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Bundan əlavə, şəxsi axtarış istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd “CD” formatlı diskdə iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi və digər qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorluğunda qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 03 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlərə məruz qalması ilə bağlı məhkəmədə verdiyi cinayət haqqında məlumat öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə şahidlər Şahid2 və Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir və onların açıq məhkəmə iclasında ona qarşı ifadə verməmələrini Təqsirləndirilən şəxs kömək məqsədi ilə etdikləri ilə izah edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 5-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək, saxladığı və daşıdığı ümumilikdə 5,308 qram, yəni külli miqdarda narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından təxminən 35 dəfə, külli miqdardan isə təxminən 2 dəfə artıq olması onun məqsədinin satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqləri 115-116) Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 21 iyul 2021-ci il tarixli qərarı ilə onun barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( Cild 1, iş vərəqləri 62-65) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, işdə olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur, lakin məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan: tədqiqatdan sonra qalıq çəkisi 5,308 qram olan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınmalı, iş materiallarında olan 01 (bir) ədəd “CD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 109 (yüz doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan 5,308 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə olunaraq əvəzsiz olaraq dövlət nəfinə alınsın, 01 (bir) ədəd “CD” formatlı disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 109 (yüz doxsan) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar