Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-96/2025 30.06.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Lənkəran şəhəri Şağlaser kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Lənkəran rayonu, Şağlaser kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri 20 Yanvar metrostansiyası yanında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısı»na daxil olan 01 ədəd kağız bükümdə 8,680 qram çəkidə ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 01 ədəd şəffaf sellofan bükümdə 42,617 qram çəkidə bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 400 manat müqabilində qanunsuz əldə edərək Abşeron rayonu Qobu qəsəbəsinə daşımış və saxlamış, 09 yanvar 2024-cü il tarixdə saat 04:30 radələrində Abşeron RPİ2-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb Qobu polis bölməsinə gətirilib, həmin gün orada saat 05:10-dan saat 05:24-ə kimi üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli pencəyin sağ iç cibindən həmin 01 ədəd kağız bükümdə 8,680 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf sellofan bükümdə 42,617 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, yeni tanıdığı Əli adlı şəxs 20 Yanvarda ona bir yerə getmələrini bildirmiş, o da razılaşaraq birlikdə taksiyə oturub Əli ilə getmişdir. Həmin gün Əli tutulduqdan sonra taksidə olarkən 8 nəfər onu maşından düşürərək döymüş, daha sonra Qobu PB-nə aparılan zaman maşında ittiham aktında qeyd olunan psixotrop maddəni onun cibinə qoymuşdurlar. Bu hadisələr gecə saat 23-00 radələrində olmuş, səhər saat 09 radələrində isə vəkil gəldikdən sonra çəkiliş aparılmışdır. Bakı İstintaq Təcridxanasına girdikdə gözündə və müxtəlif nahiyələrində xəsarətləri olduğunu, indi də zəif gördüyünü, təpiklə vurulduğunu, MSY-də olanda xəsarətləri ilə bağlı prokurorluqdan gəlib ifadəsini aldıqlarını, hər şeyi olduğu kimi izah etdiyini, 10-15 gün sonra cinayət işinin başlanması haqqında rədd qərarı ilə tanış olduğunu, ona şikayət hüququnun izah olunduğunu, lakin həmin qərardan şikayət vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, Əli adlı şəxs onunla birlikdə tutularaq məsuliyyətə cəlb olunmuşdur. O, üzərində 42 qram marixuana olduğunu, həmin marixuananı 250 manata 20 Yanvardan aldığını, əvvəllər metamfetamindən istifadə etdiyinə görə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğunu bildirmişdir. Polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmuş, müxtəlif xəsarətlər almış və sanksiya məhkəməsində bu barədə hakimə məlumat vermişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixdə gecə saat 23 radələrində saxlanılmışdır. Həmin gün səhər saat 09:30-da evdən çıxmış, Yeni Yasamalda əmisigilə getmiş, axşam saat 20:30-da 20 Yanvara gedib Əliylə görüşmüşdür. O, Əlini Lənkəranda dostunun evində görmüş, o vaxtdan tanımışdır. Təxminən 4 ildir ki, narkotik vasitələrdən istifadə etdiyini, zor tətbiq edilməsi ilə bağlı ekspertiza keçirildiyini, ekspertizanın rəyində yüngül xəsarət qeyd edildiyini bildirmişdir. Gözünün altına təpiklə vurulduğunu, sanksiya məhkəməsində bütün olanları bildirdiyini, həmin iclasda aparılmış video çəkilişdə gözünün altının göyərməsi və içərisinin qan olmasının göründüyünü qeyd etmişdir. Hadisə günü üzərində marixuana olmuş, metamfetamini isə cibinə qoymuşdurlar. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, 07 yanvar 2024-cü il tarixdə Lənkəranda kənddə olmuş, 08 yanvar 2024-cü il tarixdə isə axşam saat 20-21 radələrində Bakıya çatmış, çatdıqdan təqribən 2-3 saat sonra polis əməkdaşları tərəfindən 08 yanvar 2024-cü il tarixdə saat 23:00 radələrində saxlanılaraq bölməyə gətirilmiş, səhər saat 09 radələrində vəkil gəlmiş və üzərinə baxış keçirilmişdir. Saxlanılan zaman üzərində 42 qram qurudulmuş marixuana olmuş, vəkil gələnə qədər Qobu PB-də saxlanılmış, qurudulmuş marixuananı polis əməkdaşları götürmüş, səhərisi gün yenidən sağ cibinə qoymuşdurlar. Polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığı üçün video çəkiliş zamanı hər şeyi onların dedikləri kimi etmişdir. Həmin gün üzərində olan mobil telefonda ***-***-**-** saylı mobil nömrə olmuş, tutulan kimi telefonu götürülmüşdür. O, qurudulmuş marixuananın üzərində olduğunu, metamfetaminin isə ona aid olmadığını, Qobu PB-də polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi şübhəli və təqsirləndirilən şəxs kimi ilkin ifadələrində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 gün əvvəl Lənkəran şəhərində dostu Vüqarın evində Əli adlı şəxslə tanış olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Bakı şəhərinə qohumlarıgilə gəlmişdir. Həmin gün saat 21 radələrində 20 Yanvar metrostansiyası yanında təsadüfən Əli ilə rastlaşmış və birlikdə orada çayxanalardan birində əyləşib çay içmişlər. O, həmin vaxtı Lənkəran rayonuna gedəcəkmiş. Əli də Lənkəran rayonuna gedəcəyini bildirmiş və birlikdə Abşeron rayonu, Qobu qəsəbəsinə getməyini ona demiş və sonra birlikdə Lənkəran rayonuna getmələrini bildirmişdir. O, Əli ilə birlikdə 20 Yanvarda taksiyə əyləşib Qobu qəsəbəsinə yollanmışdır. Əli ön oturacaqda əyləşmiş və əlində dolu sellofan olmuşdur. Qobu qəsəbəsində məhlələrdən birində Əli maşından düşüb bir həyətə daxil olmuş, sellofan isə maşında qalmışdır. Bundan bir neçə dəqiqə sonra mülki geyimdə olan bir neçə nəfər taksiyə yaxınlaşmışlar və onu taksi sürücüsü ilə birlikdə Qobu polis bölməsinə aparmışlar. Həmçinin Əlini də onlardan ayrı Qobu polis bölməsinə aparmışlar. Polis bölməsində Əlinin əlində olan sellofana baxış keçirilən zaman sellofanda narkotik vasitə marixuana və ağ rəngli şüşə formalı psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Polis bölməsində bir neçə nəfər polis əməkdaşları onu döyərək üzərinə Əlidə aşkar edilmiş narkotik vasitəni qoyacaqlarını və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman həmin narkotik vasitəni cibindən çıxarıb təqdim etməyi və özünə məxsus olduğunu bildirməyini tələb etmişlər. O, polislərdən qorxduğu üçün polislərin təklifi ilə razılaşmış və polis əməkdaşları bir ədəd kağız və bir ədəd sellofana bükülüləri onun pencəyinin sağ iç cibinə qoymuşlar. Bundan sonra bölməyə dəvət olunmuş qadın vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilən zaman o, əynində olan boz rəngli pencəyin sağ iç cibindən bir ədəd kağıza və bir ədəd şəffaf sellofana bükülünü təqdim edib kağız bükümdə psixotrop maddə metamfetamin və şəffaf sellofanda isə narkotik vasitə marixuana olduğunu bildirmişdir. İbtidai istintaqın gedişində təqsirləndirilən şəxs onun saxlanmasında iştirak edən Abşeron RPİ-nin Qobu PB-nin əməkdaşları Şahid1 və Şahid2 ilə üzləşdirilmiş, həm üzləşdirmə istintaq hərəkəti, həm də sonradan alınan 03 noyabr 2024-cü il tarixli əlavə ifadəsində xx.xx.2024-cü il tarixdə gecə saatlarında polis əməkdaşları tərəfindən saxlanılan zaman tək olduğunu, üzərində aşkar olunmuş narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin özünə məxsus olduğunu bildirmişdir. Həmçinin polis əməkdaşları tərəfindən döyülmədiyini, heç bir təzyiqə məruz qalmadığını, cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün narkotik vasitənin və psixotrop maddənin özünə məxsus olmadığını dediyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin Qobu PB-nin Cinayət Axtarış üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 bildirmişdir ki, 09 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Abşeron rayonu Qobu qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs saxlanılaraq Qobu PB-nə aparılmış, bölmədə qısa müddət ərzində təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmiş, baxış zamanı üzərində olan narkotik vasitə və psixotop maddəni Təqsirləndirilən şəxs özü təqdim etmişdir. O, baxışın keçirildiyi saatı dəqiq xatırlamadığını, təqsirləndirilən şəxsin üzərindən qurudulmuş marixuana və metamfetamin aşkar olunduğunu və Təqsirləndirilən şəxs gecə saat 23-00 radələrində saxlanılması barədə söylədiklərinin həqiqəti əks etdirmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Qobu PB-nin sahəsinin polis nəfəri, polis kiçik serjantı Şahid2 bildirmişdir ki, təqsirləndirilən şəxs Qobuda saxlanılaraq Qobu PB-nə aparılmış, bölmədə vəkilin iştirakı ilə video çəkiliş aparılaraq üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və ya predmet varsa könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs özü əynində olan boz pencəyinin cibindən ağ rəngli yapışqan lentə bükülmüş vəziyyətdə narkotik vasitə olan metamfetamini və yaşıl rəngli bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı çıxararaq təqdim etmişdir. O, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, çəkilişdən sonra heç yerə şikayət etməməsi üçün Şahid2 onu səhər saat 10 radələrində döymüş, üzünə və sinəsinə yumruqlar vurmuş, maşında döyən 8 nəfər isə başqaları olmuşdur. Polis əməkdaşları onunla bərabər Əli adlı sürücünü də saxlamış və onları polis bölməsinə bərabər aparmışdırlar. Həmin vaxt cibində telefon, 15 manat məbləğində pul, kart və evinin açarı olmuş, lakin bunların heç biri sonradan ona geri qaytarılmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Sadiqi Lənkərandan tanıdığını bildirmişdir. Hadisə günü Təqsirləndirilən şəxsla Sona Salmanova küçəsində, lakin ayrı-ayrı yerlərdə saxlanıldığını bildirmiş, belə ki, özü maşından düşüb narkotik vasitəni götürməyə gedəndə əməliyyatçılar tərəfindən saxlanılmış, həmin vaxt Sadiqin də maşında saxlandığını bilmiş, lakin maşında Sadiqin saxlanıldığı anı görməmişdir. Onlar 08 yanvar 2024-cü il tarixdə, saat 04-05 radələrində saxlanılmış, həmin vaxt maşından düşüb “konum”-a gedəndə üzərində narkotik vasitə olmamış, onu da, Sadiqi də sonradan yükləmişdirlər. Narkotik vasitəni götürməyə getdiyi yerlə maşın arasında 20-25 metr məsafə olmuş, saxlanıldıqdan sonra əməliyyatçılar onu evə salıb əlini, ayağını bağlamış, kuryer Xatirə Kazımovanın evində əməliyyatçılar tərəfindən saxlanıldığını, hazırda həmin şəxsin də tutulduğunu bildirmişdir. Əməliyyatçılar ona silah çıxarmış, Sadiqin də gözünü vurub göyərtmişdirlər. O, Sadiqin bu halını bölmədə görmüş, sonra Sadiqlə birlikdə ekspertizaya da getmişdirlər. Sadiqdən daha əvvəl, saat 03-04 radələrində saxlanıldığı üçün Sadiq tutulanda yanında olmamışdır. Sadiq guya narkotik vasitənin ona aid olduğunu demiş, o, bununla bağlı polisdə dindirilmişdir. O, Sadiqə narkotik vasitə verməmişdir. Sadiqin üzərində saxlanılmamışdan əvvəl hər hansı bir xəsarət olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili X1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmaması və döyülməsi barədə vəsatətlər vermiş, həmin vəsatətlər əsassız hesab olunaraq rədd edilmişdir. Qobu PB-nə ittiham aktında qeyd edilmiş saatda yəni, 09 yanvar 2024-cü il tarix, səhər saat 05 radələrində getmişdir. Şahid X1 verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxsin ona 23 radələrində saxlanılması ilə bağlı məlumat vermədiyini, cinayət işinin materiallarında qeyd edilənləri təsdiq etdiyini, həmin vaxt telefon nömrəsi yandığı üçün üzərində telefon olmadan bölməyə getdiyini, ev telefonuna zəng edərək bölməyə getməsi üçün məlumat verildiyini, Təqsirləndirilən şəxs tutulma saatlarında ziddiyyətlər olması ilə bağlı ona heç nə demədiyini bildirmişdir. Video çəkiliş zamanı otaqda qapının üzərinə düşən işığın polis bölməsinin həyətindəki işıqlar olduğunu qeyd etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində psixotrop maddələri üzərində gəzdirməsi, satışı və istifadəsi ilə məşğul olması barədə Qobu PB-nə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs pencəyinin sağ cibindən bir ədəd kağız bükümdə 8,680 qram çəkidə psixotrop maddə metamfetamin və bir ədəd şəffaf sellofan bükümdə 42,617 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisi narkotik vasitə-qurudulmuş marixuana aşkar edilir, Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 20 Yanvar metrostansiyasından tanımadığı şəxsdən 400 manat müqabilində aldığını bidirmişdir. Aşkar olunan narkotik vasitə və psixotrop maddə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi-bioloji ekspertizasının 09 yanvar 2024-cü il tarixli 3-16-16/2- 6/87-7/39 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs imza” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 8,680 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış maddə metemfetamindir, 1 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 42,617 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 88 nömrəli rəyindən müəyyən edilir ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sol gözün küt travması- sol göz almasının əziyi, sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əl zərbəsi təsirindən əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 01 aprel 2024-cü il tarixli, 2067 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vastələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 02 mart 2024-cü il tarixli “Maddi sübut qismində tanınma və təhvil vermə barədə” və 08 iyul 2024-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8,630 qram olan psixotrop maddə metamfetamin və 42,567 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd DVD formatlı disk cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının Şağlaser kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Şağlaser kəndində qeydiyyatda olmaqla, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs mənfi xarakterizə edilmişdir. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız bükümdə külli miqdarda 8,680 qram çəkidə psixotrop maddə metamfetaminin ona məxsus olmasını təsdiq edən heç bir dəlil, birbaşa və ya dolayı sübut müəyyən edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 8,680 qram çəkidə psixotrop maddə metamfetamini və 42,617 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edərək daşımış və üzərində saxlamışdır. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ümumi ittihamdan Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə cinayət tərkibinin yaranmasına səbəb olan 8,680 qram çəkidə psixotrop maddə metamfetamin görə verilmiş ittiham xaric edilməli, onun əməli xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmə, daşıma və üzərində saxlamağa görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməli, həmin maddə ilə təqsirli bilinərək, ona maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə ki, əməliyyat axtarış tədbirinin videogörüntülərini əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynindəki pencəyin iç cibindən bir ədəd sellofanda olan bükümü və bir ədəd də ağ rəngli kağız bükümü çıxardaraq stolun üzərinə qoyur. Sellofanın içərisində qurudulmuş marixuana, kağız bükümün içərisində isə psixotrop maddə metamfetamin olduğunu bildirir. Məhkəmə bildiri ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrində narkotik vasitə metamfetaminin ona məxsus olub-olmaması hissəsində ifadələrini dəfələrlə dəyişərək şübhəli şəxs kimi ilkin izahatında üzərindən aşkar edilən narkotik vasitə və psixatrop maddənin özünə məxsus olduğunu bildirsə də şübhəli və təqsirləndirlən şəxs kimi ilkin ifadələrində həmin narkotik vasitə və psixatrop maddənin ona məxsus olmadığını bildirmişdir. Barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə Abşeron rayon məhkəməsində baxılarkən üzərindən aşkar edilən qurudulmuş marixuananın özünə məxsus olduğunu qəbul etsə də metamfetaminin ona məxsus olmadığını, Qobu polis bölməsində fiziki zorakılığa məruz qaldığını, ona görə də qeyd olunan psixatrop maddənin üzərindən aşkar edilməsi barədə həqiqətə uyğun olmayan ifadə verdiyini bildirmişdir. İbtidai istintaqın gedişində təqsirləndirilən şəxslə onun saxlanılmasında iştirak etmiş əməliyyat müvəkkillərinin üzləşdirilməsi aparılmış, təqsirləndirilən şəxs üzləşdirmə zamanı yenidən ittiham aktında qeyd olunan narkotik vasitə və psixatrop maddənin özünə məxsus olduğunu qəbul etmiş və polis əməkdaşları tərəfindən ona qarşı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Məhkmə istintaqı zamanı isə təqsirləndirilən şəxs verdiyi bütün ifadələrdə Abşeron rayon məhkəməsində ilk dəfə hakim qarşısında olarkən göstərdiyi kimi ifadə verərək qurudulmuş marixuananın özünə məxsus olduğunu, metamfetaminin isə ona aid olmadığını və saxlanılan zaman üzərindən aşkar edilmədiyini bildirmişdir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyi ilə də müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məhkəmə bu hala diqqət yetirməklə qeyd edir ki, Təqsirləndirilən şəxs bir neçə növdə narkotik vasitə və psixotrop maddə deyil, yalnız bir növdə olmaqla narkotik vasitə olan qurudulmuş marixuanadan asılılıq aşkar olunmuşdur. O, məhkəmə iclasında da narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi məqsədilə əldə edib daşıdığını və üzərində saxladığını qeyd etmişdir. Cinayət işinin materiallarından olan Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, qərarın icrası Bakı İstintaq Təcridxanasına həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasından götürülmüş “Məhkumun tibbi kitabçası”da olan məlumatlara əsasən təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təcridxanaya gətirilmiş, həmin tarixdən Bakı İstintaq təcridxanasında saxlanmışdır. Cinayət işinin materiallarından da aydın olur ki, təqsrləndirilən şəxs üzərinə baxış keçirilməsi üçün saxlandığı 09 yanvar 2024-cü il tarix saat 04:00-dan 11 yanvar 2024-cü il tarixədək polis əməkdaşlarının nəzarəti altında olmuş, bütün hərəkət və təhlükəsizliyi saxlanıldığı polis orqanının iradəsi çərçivəsində həll olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından təqdim edilmiş “Məhkumun tibbi kitabçası”da qeyd olunan məlumatlara əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olmuşdur. Müayinə zamanı sol gözün ağlı qişasına qansızma aşkarlanmış, həmin xəsarəti “həbs edilən zaman” aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 88 nömrəli rəyindən müəyyən edilir ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər- sol gözün küt travması- sol göz almasının əziyi, sol alt və üst göz qapaqlarının şişkinlik halında qançırı, sol gözün ağlı qişasına qansızma küt əşya (əşyalar) təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əl zərbəsi təsirindən əmələ gələ bilərdi; dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında Abşeron rayon prokurorluğunun 01 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs şikayəti əsasında araşdırma aparılmış, həmin material üzrə də o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon polis idarəsi Qobu polis bölməsinin əməkdaşları tərəfindən döyülməsini, işgəncələrə məruz qalmasını, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qaldığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətlərin edilməsi ilə bağlı Abşeron rayon prokurorluğunun “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında 12 fevral 2024-cü il tarixli qərarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin müddəalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs öz ifadəsi və iş üzrə dindirilmiş Şahid3 ifadəsinə əsasən Abşeron rayon polis əməkdaşları tərəfindən tutulanadək tam sağlam olmuşdur. Təqsirləndirilən şəxs istintaq orqanına döyülmə və işgəncə nəticəsində özünə qarşı ifadə verməsi ilə bağlı əsaslı ehtimallar onun barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılması nəticəsində qəbul edilmiş qərarda da öz əksini tapmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2, 125.2.1, 125.2.3 və 125.2.4-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud həmin Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 09 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, eləcə də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi 09 yanvar 2024-cü il tarixli ilkin izahatı, həmçinin təqsirləndirilən şəxsin onun saxlanılmasında iştirak etmiş əməliyyat müvəkkilləri ilə aparılmış üzləşdirmə protokolları və 03 noyabr 2024-cü il tarixli əlavə ifadəsi mötəbər sübut olmadığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi həmin ifadə və protokollara istinad oluna bilməz. Məhkəmə yuxarıda göstərdiyi halları əsas gətirərək bildirir ki, 09 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, eləcə də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi 09 yanvar 2024-cü il tarixli ilkin izahatı, həmçinin təqsirləndirilən şəxslə onun saxlanılmasında iştirak etmiş əməliyyat müvəkkillərinin dindirmə protokolları və onlara aparılmış üzləşdirmə istintaq hərəkətlərinin protokolları, həmçinin təqsirləndirilən şəxsin 03 noyabr 2024-cü il tarixli əlavə ifadəsi bu əsaslara görə mötəbər sübut hesab edilmədiyindən təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübut kimi qəbul oluna bilməz və həmin protokollar ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini və Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadənin saxlanılmamışdan əvvəl təqsirləndirilən şəxsdə hər hansısa bir xəsarətin olmaması barədə olan hissəsi iş üzrə araşdırılan digər sübutlarla tam təsdiq olunduğu üçün iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Şahidlər Şahid1 və Şahid2 ifadələri isə yuxarıda ətraflı təsvir olunmuş əsaslara görə mötəbər sübut kimi qəbul edilmir. Yuxarıda qeyd olunan hallar həmçinin Təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış izahat və ifadələrin zorakılıq, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə alınmasını təsdiq edir. Odur ki, mövcud vəziyyətdə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadələr mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünə qarşı alınmış etirafedici ifadələrə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz. Bu baxımdan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da milli qanunvericiliyə uyğun mövqe formalaşmışdır. Belə ki, Dikmə Türkiyəyə qarşı 11 iyul 2000ci il tarixli məhkəmə qərarında göstərilmişdir ki, dindirmə zamanı alınmış, amma məhkəmədə inkar edilən etirafların cinayət işi üzrə sonrakı icraatda müdafiə perspektivləri üçün hər hansı həlledici nəticələr doğurmur. (belə bir mövqe Con Mürreyin işi üzrə qərarda da əks olunub.) Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi bir sübut növü kimi digər sübutlardan heç bir üstün hüququna malik olmadığı üçün, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilmədiyi halda şəxsə qarşı irəli sürülmüş ittihamın əsası kimi qəbul edilə bilməz. İnsan Hüquqlarının və əsas Azadlıqların müdafiəsi X2 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın həmin maddəsi çərçivəsində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı iş üzrə qəbul etdiyi 11 yanvar 2007-ci il tarixli qərarda qeyd etmişdir ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyriinsani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (bax, məsələn, Selmuni Fransaya qarşı (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; Labita İtalyaya qarşı (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və Dikme Türkiyəyə qarşı, №20869/92, § 89, İHAM 2000-Vİİİ) Avropa məhkəməsi həmçinin vurğulamışdır ki, «şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır» (bax, Tomasi Fransaya qarşı, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40- 41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə kimyəvi-bioloji ekspertizasının 09 yanvar 2024-cü il tarixli 3-16-16/2-6/87-7/39 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs imza” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 8,680 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış maddə metemfetamindir, 1 ədəd sellofan kəsiyi bükümdə təmiz çəkisi 42,617 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin ekspert rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy qeyd olunan psixotrop maddə metemfetaminin məhz Təqsirləndirilən şəxs aşkar edilməsinin sübutu və təsdiqi vasitəsi kimi qəbul edilə bilməz. Çünki rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddələr ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, həmin rəy Təqsirləndirilən şəxs olması özü tərəfindən təsdiq olunan 42,617 qram çəkidə qurudulmuş marixuananın həqiqətən mövcud olmasını təsdiq edir. Digər hissədə isə, yəni psixotrop maddə metemfetaminin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə ilə bağlı, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin narkotik vasitəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001-Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Məhkəmə cinayət-prosessual qanunvericiliyinin həmin müddəasını rəhbər tututaraq qeyd edir ki, ittiham tərəfinin narkotik vasitə qurudulmuş marixuana aşkar edilmə, götürülməsi, onun qablaşdırılması və sonradan sübut kimi təqdim edilməsi ilə bağlı həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələrinin etibarsız hesab olunduğu vəziyyətdə, təqsirləndirilən şəxsə qarşı verilmiş ittiham yalnız özünün qəbul və etiraf etdiyi həcmdə əsas götürülə bilər. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ittiham olunduğu xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirmişdir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, 42,617 qram çəkidə qurudulmuş marixuananın şəxsi axyatış zamanı təqsirləndirilən şəxsdən aşkar edilməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından, ona verilmiş ittihamın digər halları isə öz təsdiqini tapmadığından Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edərək daşıması və üzərində saxlaması ilə bağlı ittiham verilsə də, istintaq orqanının topladığı materiallar əsasında təqsirləndirilən şəxsin yalnız xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etməsi, daşıması və saxlaması öz təsdiqini tapır. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yanında satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı»na daxil olan 01 ədəd şəffaf sellofan bükümdə xeyli miqdarda 42,617 qram çəkidə bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 400 manat müqabilində qanunsuz əldə edərək Abşeron rayonu, Qobu qəsəbəsinə daşımış və saxlamış, 09 yanvar 2024-cü il tarixdə saat 04:30 radələrində Abşeron RPİ-nin Qobu polis bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Qobu polis bölməsinə gətirilmiş, həmin gün orada saat 05:10-dan saat 05:24-ə kimi üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli pencəyin cibindən 01 ədəd şəffaf sellofan bükümdə 42,617 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlarla bağlı məhkəmə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs 2-ci dərəcə əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmuşdur, lakin Təqsirləndirilən şəxs İİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Buna görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkiləri 8,630 qram olan psixotrop maddə metamfetamin satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, 42,567 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 01 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar 44 (qırx dörd) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkiləri 8,630 qram olan psixotrop maddə metamfetamin qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq psixotrop maddəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin, 42,567 qram qalıq narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, 01 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 44 (qırx dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-96/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-96/2025
30.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver