Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-97/2021 18.11.2021 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi işitakı ilə, xx.xx.1957-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, işsiz, Qubadlı rayonu, Muğanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Pirəkəşkül hərbi şəhərciyi, ev 122, mənzil 125-də yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17.06.2021-ci il tarixdə saat 10 radələrində, Abşeron rayonu Pirəkəşkül hərbi şəhərcikdə yaşadığı 122 saylı binanın yaxınlığında, işlədiyi mağazanın qarşısında dayanan zaman qudası Zərərçəkmiş şəxs ona yaxılaşdığını və nə səbəbə qızını təhqir etdiyini soruşduqda, şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı mağazadan götürdüyü mətbəx bıçağı ilə, yəni xuliqanlıq niyyəti ilə ona iki zərbə vurub qəsdən bıçağın tiyəsi ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, həmçinin qarın nahiyəsinin ön səthinin sol yarsının periton boşluğuna nüfuz edən və böyük piyliyi yaralayan 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları ilə nəticələnən insan həyatı və sağlamlığı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilənlər məhkəmə iclasında tədqiq edimiş sübutlar məcmusu ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona irəli sürülümüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edərək göstərdi ki, onun oğlu ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızı bir neçə il əvvəl ailə qurmuşlar. Onlara zərərçəkmiş şəxsin ailəsi ilə qonşuluqda yaşasalar da, qeyd edilən ailə onun razılığı olmadan qurulduğuna görə toyda nə özü, nə də, digər ailə üzvləri iştirak etməmişlər. Bundan sonra da, onların aralarında, heç bir münasibət və gediş-gəliş olmamışdır. Evlərinin qarşısında onun bir kiçik mağazası vardır və o özü mağazanı işlədir. Hadisə günü, hadisədən bir qədər əvvəl, o, mağazasının qarşısını sulayarkən gəlini Səriyyənin oradan keçərək “Hər yer palçıqdır, xarabadan keçib getmək olmur” dediyini eşidib, iradını bildirmiş, Səriyyə isə heç nə demədən getmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs mağazaya gələrək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. O, üç dəfə Zərərçəkmiş şəxs getməsini tələb etmiş, lakin sonuncu onun atasının və anasının ünvanına söyüş söymüşdür. Buna görə o, mağazadan bıçağı götürüb Zərərçəkmiş şəxs iki dəfə zərbə endirmişdir. O, birinci zərbəni atasına, ikinci zərbəni isə anasına söydüyünə görə Zərərçəkmiş şəxs endirmişdir. M.Mənafova bu zərbələrdən xəsarət almış və əli ilə yaralarını tutub evinə getmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu ilə onun qızı Səriyyə 10 ildən artıq müddət əvvəl ailə qurmuşlar. Bu nikahdan sonra Təqsirləndirilən şəxslə qızı Səriyyə yola getmədikləri üçün sonuncu ailə üzvləri ilə onların yanında yaşamağa başlamış və son 5 ili onlarla yaşamışdır. Hadisə günü qızı Səriyyə Təqsirləndirilən şəxs mağazasının qarşısından keçərkən, Təqsirləndirilən şəxs Səriyyəni nalayiq ifadələrlə təhqir etmiş, Səriyyə isə heç nə demədən oradan uzaqlaşmış və zəng edərək bu barədə ona məlumat vermişdir. Bundan bir qədər sonra o, Təqsirləndirilən şəxs mağazasına gedərək Səriyyədən nə istədiyini soruşmuşdur. Buna cavab olaraq Təqsirləndirilən şəxs onu da, söyməyə başlamışdır. Bu zaman o, üzünü çevirib getmək istəyərkən Təqsirləndirilən şəxs mağazadan götürdüyü bıçaqla onun üzərinə gəlmiş, o, özünü müdafiə etmək üçün geri çəkilərək mağazanın yan tərəfinə keçmişdir. Bununla belə, Təqsirləndirilən şəxs onun üstünə gələrək, heç bir səbəb olmadan onun qarın boşluğuna və sonra döş nahiyyəsinə zərbələr endirib, xəsarətlər yetirmişdir. Onların ailələri arasında həmişə gərgin münasbət olmuşdur. Hətta Təqsirləndirilən şəxs etdiyi qanunazidd hərəkətlərlə bağlı onlar əvvəllər polisə də, şikayətlər etmişlər. Hazırda onlar barışmamış və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qsimində ifadə verərək Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynatası, zərərçəkmiş Zərərçəkmiş şəxs isə anasıdır. Təqsirləndirilən şəxs oğlu Möhsümlə o, təxminən 10 il əvvəl ailə qurmuş və birgə nikahlarından bir övladları doğulmuşdur. Təxminən 3 ildir ki, Təqsirləndirilən şəxslə və ailə üzvləri ilə münasibətlərində ziddiyətlər yarandığına görə o öz ailə üzvləri, o cümlədən əri Mövsümlə birlikdə valideyinlərinin evində birgə yaşamağa başlamışdır. 17.06.2021-ci il tarixdə saat 10 radələrində o, binanın qarşısnda olan Təqsirləndirilən şəxs mağazasının qarşısından keçərkən Təqsirləndirilən şəxs mağazanın içərisində olsa da, onu görən kimi onun ünvanına nalayiq sözlər deməyə başlamışdır. İlk əvvəl o, cavab verməsə də, sonra, “mənə nə deyirsən öz övladlarına getsin” deyib oradan uzaqlaşmış və zəng edib bu barədə anasına məlumat vermişdir. Bundan təxminən 40-50 dəqiqə sonra təkrarən anası ilə telefon əlaqəsi saxlayarkən, anası Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması barədə ona məlumat vermişdir. O, həmin hadisənin birbaşa şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə verərək X3 bildirmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun arvadı, Təqsirləndirilən şəxs isə qudasıdır. 17.06.2021-ci il tarixdə saat 10 radələrində onlar ona zəng edərək M.Mənafovanın Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bildirib evə gəlməsini xahiş etmişdir. O, dərhal onların hamısının yaşadığı Abşeron rayonu Pirəkəşkül hərbi qəsəbəsinə - evinə gəlmiş və Zərərçəkmiş şəxs təcli tibbi yardımın göstərilməsini, sonra isə müalicəsinin həyata keçirilməsini təmin etmişdir. Hadisənin birbaşa şahidi olmamış, ancaq Zərərçəkmiş şəxs deməsindən anlamışdır ki, Təqsirləndirilən şəxs onların qızları Səriyyənin ünvanına nalayiq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs isə bunun səbəbini aydınlaşdırmaq üçün Təqsirləndirilən şəxs mağazasına getmiş və sonuncu Zərərçəkmiş şəxs mağazadan götürdüyü bıçaqla iki zərbə endirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verərək Şahid3 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əri, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə qudasıdır. Sonuncu ilə onlar qohum olsalar da, ailələri arasında soyuqluq mövcuddur. Onun oğlu Mövsüm ilə zərər çəkmiş şəxsin qızı Səriyyə ailəlidir və onların bir azyaşlı övladları vardır. Bu ailə qurulduqdan bir müddət sonra Mövsümlə Səriyyə onların evindən sonuncunun ailəsinin evinə köçmüşlər. 17.06.2021-ci il tarixdə saat 10 radələrində Səriyyə Təqsirləndirilən şəxs mağazasının qarşısından keçərkən sonuncunun küçəyə su səpməsinə görə “xarabada bir quru yer tapmırıq, ayağımız palçığa batır” demiş, Təqsirləndirilən şəxs isə “danışma yolunla get” demişdir. Bu zaman Səriyyə çıxıb getsə də, Zərərçəkmiş şəxs gələrək Təqsirləndirilən şəxs qızından nə istədiyini soruşmuşdur. Buna görə Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında sözlə mübahisə baş vermişdir. Mübahisə gedişatında Zərərçəkmiş şəxs onların ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlərmiş, sonra isə Təqsirləndirilən şəxs vəfat etmiş valideynlərinin ünvanına söymüşdür. Bu zaman o, Təqsirləndirilən şəxs fikir verməməyi və mağazaya keçməyi xahiş etmişdir. Təqsirləndirilən şəxs mağazaya keçmiş, lakin Zərərçəkmiş şəxs mağazanın qarşısında dayanaraq öz söyüşlərini davam etdirmişdir. Bu zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs valideylərinin ünvanına söydüyünə görə sonuncu mağazada olan mətbəx bıçağını götürüb yaxınlaşaraq, Zərərçəkmiş şəxs qorxutmaq üçün qarın nahiyysinə bir zərbə endirmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs yan tərəfində daha bir bıçaq atmışdır. Bununla belə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs neçə bıçaq zərbəsini vurduğunu dəqiq görə bilməmişdir. Cinayət işinin materiallarında olan 17.06.2021-ci il tarixli götürmə və baxış keçirmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs xəsarət yetirilməsində istifadə olunmuş bıçaq Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuşdur. Cinayət işində olan məhkəmə-tibb ekspertizasının 08.07.2021-ci il tarixli, 1372 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərqarın nahiyyəsinin ön səthinin sol yarısının periton boşluğuna nüfüz edən və böyük piyliyi yaralayan 1(bir) ədəd, döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1(bir) ədəd deşilmiş-kəsilmiş yaraları- iti deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, qərarda göstərilən müddətdə, yani 17.06.2021-ci il tarixə uygün gəlir. Dərəcəsinə görə –qarın nahiyyəsinin ön səthinin sol yarısının periton boşluğuna nüfuz edən və böyük piyliyi yaralayan 1(bir) ədəd deyişmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işində olan məhkəmə-psixatrik ekspertizasının 07.07.2021-ci il tarixli 1453 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmır. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi vaxt öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. İşdə olan məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının №331-2021/MTKS rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hisssəsində 02 (iki) ədəd deşilmiş- kəsilmiş zədələr vardır. Bu zədələr kafi itikilikli ülgücü, kafi itilikli ucu və özünü kafi dərəcədə büruzə edən küpü olan yastı tiyə tipli deşici –kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizayə təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək üzərində aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçağın tiyəsinin təsirindən əmələ gəlmə imkanı olmuşdur. Təqdim edilmiş bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 27.07.2021-ci il tarixli, 493/2021-MTBŞ saylı rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu AB/İV/ (qərarın təsvir hissəsində göstərilmişdir). Tədqiqata təqdim olunan kofta üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «A» və «B» antigentləri alındı. Aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri bir şəxsə məxsus olduğu halda AB(İV) qruplu şəxsə, o cümlədəndə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində isə qan aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikası Daxili İşlr Nazirliyinin Baş Əmliyyat Statistik- İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən və Qubadlı rayon məhkəməsinin 20.08.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə mnəhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərkən müəyyən etmişdir ki, ibtidai istintaq orqanı əsassız olaraq Təqsirləndirilən şəxs hazırki cinayət hadisəsini xuliqanlıq niyyəti ilə törətdiyi qənaətinə gəlmişdir. Belə ki, Təqsirləndirilən şəxslə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs uzun müddət qonşuluqda yaşamaları, quda olmaları, aralarında ziddiyyətli münasibətlərin olması və hətta münasibətlərin və bu münasibətlərin daima kəskinləşməsi, hadisənin şəxsi münasibətlər zəminində baş verməsi işin mübahisəsiz halı olmaqla yanaşı, ibtidai istintaq orqanının onların heç bir münasibətdə olmaması kimi qiymətləndirilməsi həqiqəti əks etdirmir. Çünki, uzun illər ziddiyyətli ailə münasibətində olan şəxslərin biri-biri ilə əlaqə saxlamaması onların münasibətinin olmaması qənaətinə gəlməyə əsas ola bilməz. Bundan əlavə ibtidai istintaq orqanının bu ziddiyətli münasibətlərin kəskin fazada olması zamanı gəlininin qaynatası ilə mübahisə etməsi və qudanın bu mübahisənin aydınlaşdırılması üçün qızının onsuzda ziddiyyətli münasibətdə olduğu qaynatasının yanına gedərək sonuncunun iş yerində mübahisə yaratması faktiki olaraq CM-nin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq niyyətinin anlayışının elementi olan əsaslı olmayan səbəb kimi qiymətləndirilə bilməz. Çünki, bir halda ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onlara uzun illər boyunca ziddiyyətli münasibət bəsləməsini bilmiş və oraya məhz mehribanlıq yaratmaq üçün deyil, sonuncunun qızına qarşı qanunsuzluq etməsini aydılnlaşdırmaq üçün getmişdir, onun bıçaqlanması ilə nəticələnmiş mübahisəni də, o yaratmış hesab edilməlidir ki, bu da, Təqsirləndirilən şəxs bu hadisəni xuliqanlıq niyyəti ilə törətməsi qənaətinə gəlməyi istisna edən haldır. Məhkəmə qeyd edir ki, təhlil olunan halların, o cümlədən hadisənin kənar şəxslər olmayan yerdə törədilməsi kimi təkzibolunmaz halın mövcudluğu, təqsirkarın cinayəti özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlərlə - xuliqanlıq motivi ilə törətməsi qənaətinə gəlməyi istisna edir. Belə ki, Azərbaycan Respublikası Ali məhkəməsinin nümayiş etdirdiyi mövqeyi ondan ibartdir ki, CM-nin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, 2 ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl CM-nin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən 3 davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Beləliklə, məhkəmə icasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi tam sübuta yetirilmiş, onun əməli səhvən ibtidai istintaq orqanı tərəfindən CM-nin 126.2.4-cü maddəsi ilə tövsif edilmiş və ona səhvən belə bir ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17.06.2021-ci il tarixdə saat 10 radələrində, Abşeron rayonu Pirəkəşkül hərbi şəhərcikdə yaşadığı 122 saylı binanın yaxınlığında, işlədiyi mağazanın qarşısında dayanan zaman heç bir münasibətdə olmadığı qudası Zərərçəkmiş şəxs ona yaxılaşdığını və nə səbəbə qızını təhqir etdiyini soruşduqda, aralarında baş vermiş mübahisə nəticəsində mağazadan götürdüyü mətbəx bıçağı ilə əsaslı səbəb olmadan yəni xuliqanlıq niyyəti ilə ona iki zərbə vurub qəsdən bıçağın tiyəsi ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının daxilə nüfuz etməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən, həmçinin qarın nahiyəsinin ön səthinin sol yarsının periton boşluğuna nüfuz edən və böyük piyliyi yaralayan 1(bir) ədəd deşilmişkəsilmiş yaraları ilə nəticələnən insan həyatı və sağlamlığı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Odur ki, təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamda da, dəyişikliklər edilməli və ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş həmin ittihamda göstərilmiş “xuliqanlıq niyyəti ilə”, “heç bir münasibətdə olmadığı”, “əsaslı səbəb olmadan yəni xuliqanlıq niyyəti ilə” ifadələri xaric edilir və bu hadisənin şəxsi münasibətlər zəminində baş verməsi ifadə olunur və təqsirləndirilən şəxsin əməli CM-nin 126.1-ci maddəsinə tövsif edilir. Qeyd olunanların nəticəsi olaraq məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsin CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin məcburi köçkün olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini və 64 yaşının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə cəzanın növünü və həddini müəyyən edərkən təqsirləndirilən şəxsin cəzazını yüngülləşdirən hallarla yanaşı, onun zərər çəkmiş şəxslə barışması üçün real tədbirlər görməməsini və məhkəmə gedişatında ondan üzr istməməsi və peşmançılığını ifadə etməməsini onun şəxsiyyətini səciyyələndirən digər hallarla yanaşı nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsə cəzanın şərti təbiq olunmasını və ya CM-nin 62-ci maddəsini tətbiq edərək azadlıqdan məhruemtmə ilə bağlı olmayan cəzanın təyin olunmasını hazırki vəziyyətdə cəmiyyətin maraqlarına zidd olardı. Odur ki, təqsirləndirilən şəxs müəyyən müddətə azaqdlıqdan məhrumetmə cəzasına məhkum edilməli və onun həmin cəzanı real olaraq çəkməsi təmin edilmli, CMnin 56.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməlidir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində olan həbs qətimkan tədbiri ilə bağlı müzakirə apararaq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və cəzanın başlanğıcı 18 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət CM-nin 69.3cü maddəsinə əsasən təyin edilən azadlıqdan məhrumetmə cəzasına bir gününə bir gün hesabı ilə hesablamaqla həmin cəzadan çıxılmalı və onun məhkum olunduğu qəti cəzanın müddəti müəyyənləşdirilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Abşeron RPİ-də saxlanılan bir ədəd bıçaq məhv edilməli, bir ədəd qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılmalı, qəbul etmədikdə isə köynək məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri müəyyən olunmamış və mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 17 iyun 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcələsinin 69.3-cü maddəsinə əsasən təyin edilən azadlıqdan məhrumetmə cəzasına bir gününə bir gün hesabı ilə hesablamaqla həmin cəzadan çıxılsın və üzərində qəti cəza olaraq 3 (üç il ) 5 ( beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun cəzanın başlanğıcı 18 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən iş üzrə maddi sübut olan və Abşeron RPİ-də saxlanılan – bir ədəd bıçaq məhv edilsin, bir ədəd qısaqol köynək Zərərçəkmiş şəxs qaytarılsın, qəbul etmədikdə köynək məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim imza Rəşad Əliyev Hakim imza Hafiz Əliyev Hakim imza Fəhmin Hümbətov Əsli ilə düzdür Sədrlik edən hakim Rəşad Əliyev
Məhkəmə qərarları › İş №1(124)-97/2021
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-97/2021
18.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver