Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-97/2022 19.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), X4 və Əliyev Hafiz Samir oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxx 1979-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 149.2.1, 149.2.5, 150.2.1, 150.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 11 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Sumqayıt şəhəri, Nizami küçəsi, 19C, məhəllə 6-da qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Xəzər bağları, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 15 iyun 2021-ci il tarixdən 16 iyun 2021-ci il tarixədək olan müddət ərzində, müxtəlif vaxtlarda 4-5 gündən bir olmaqla, ümumilikdə 4 dəfə, Sumqayıt şəhəri Xəzər Bağları yaşayış massivində yerləşən çimərlikdə öz cinsi ehtirasını təmin etmək məqsədi ilə 09 avqust 2005-ci il təvəllüdlü 16 (on altı) yaşına çatmayan epilepsiya və əqli geriliklə formasında psixi xəstələyi olan Zərərçəkmiş şəxs psixi qüsuru olduğuna görə ona müqavimət göstərmək və ya törədilən cinayətkar qəsdin qarşısını almaq imkanından məhrum olduğunu bilərək köməksiz vəziyyətindən istifadə etməklə qəsdən sonuncu ilə arxa keçəcəkdən (anus dəliyi) qeyri-təbii yolla cinsi əlaqədə olmaqla 16 (on altı) yaşına, yəni yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı uşaqbazlıq etmişdir. Bundan başqa o, təkrarən 16 iyul 2021-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri Xəzər Bağları yaşayış massivində yerləşən “Çiraq” kafesinin yaxınlığında öz cinsi ehtirasını təmin etmək məqsədi ilə 09 avqust 2005-ci il təvəllüdlü 16 (on altı) yaşına çatmayan epilepsiya və əqli geriliklə formasında psixi xəstələyi olan Zərərçəkmiş şəxs psixi qüsuru olduğuna görə ona müqavimət göstərmək və ya törədilən cinayətkar qəsdin qarşısını almaq imkanından məhrum olduğunu bilərək köməksiz vəziyyətindən istifadə etməklə sonuncunun əynindəki şalvarını aşağı çəkib cinsiyyət orqanına toxunaraq və boynundan öpərək gözü qarşısında cinsi tələbatını ödəmək üçün cinsi orqanını çıxardıb yerə boşalaraq 16 (on altı) yaşına, yəni yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs göstərdi ki, o, Hüseyni uzun müddətdir ki, tanımış, onu öz uşağı kimi çox istəmiş, çünki onlar qonşu olmuşlar. İçkili olduğu zaman Hüseyn onun əlindən tutub qaldırıb, buna cavab olaraq Hüseynin üzündən, boynundan öpmüşdür. Lakin ona qarşı seksual xarakterli hərəkətlər etməmiş, cinsi əlaqədə olmamışdır. Daha sonra o, qeyd etmişdir ki, “Çıraq” kafesinə gedib pivə içdikdən sonra evə gedərkən Hüseynlə cinsi ehtirasını təmin etmək üçün hər hansı bir hərəkət etməmiş, o cümlədən 2021-ci ilin iyun ayının 15-dən iyul ayının 16-a qədər olan müddət ərzində Xəzər bağlar massivində yerləşən çimərliyə gedərək onunla hər hansı əxlaqsız hərəkətlər etməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zaman verdiyi və məhkəmədə elan olunaraq tədqiq olunduğu ifadəsinə əsasən o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə verilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivində qonşuluğunda yaşayır. Təxminən 10 il olar ki, uşaqlara qarşı ehtirası yaranmışdır. 2017-ci ildə azadlığa çıxdıqdan sonra yenə həmin hissləri qalmışdır. Qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs təxminən 15 yaşındadır və bildiyi qədər onda epilepsiya və əqli geriləmə xəstəliyi vardır. O, təxminən iki ay bundan qabaq, yəni may ayının axırlarından məhəllədə olduqda Hüseynin də onun yaxınlığnda gəzdiyini görmüşdür. Hüseyn xəstə olduğu üçün onunla zarafatlar etmişdir. Onun getdikcə Hüseynə qarşı hissləri yaranmağa və Hüseyndən xoşu gəlməyə, onu sevməyə başlamışdır. Cəza çəkən müddətdə ümumiyyətlə qadınlara qarşı olan hissi ölmüşdür, bu səbəbdən artıq neçə il idi ki, qadınlara qarşı hər hansı hissi yaranmamışdır. Hüseynə qarşı hissi yarandıqdan sonra sonuncunu özünə qarşı isindirməyə başlamışdır. Birinci dəfə Hüseyni məhlədə gördükdə yanına çağıraraq ona dönər alıb vermiş və onunla birlikdə məhlədə olan oturacaqda oturmuşlar. Hüseyn dönəri yediyi müddətdə ona baxıb ehtiraslanmış, bu səbəbdən də əlləri ilə Hüseynin başından sığallamış və boynundan sifətindən öpmüşdür. Hüseyn də xəstə olduğu üçün və əqli geriliyi olduğu üçün heçnə başa düşməmiş, elə bilmişdir onu əzizləyir. Hüseynə qarşı mehriban olduğu üçün Hüseyn də hər gün məhəlləyə çıxdıqda onun yanına gəlmiş və onunla söhbət etmişdir. O, da yenə əvvəlki günlərdə olduğu kimi Hüseynin boynundan, sifətindən öpüb, qucaqlamış və sığallamışdır. Onları etdiyi zaman baxmışdır ki, ətrafda heç kəs olmasın. Bir dəfə Hüseynə dənizi gedəcəyini, onunla gəlmək istəyib-istəmədiyini soruşmuş, Hüseyn də xəstə olduğu üçün ona razılıq vermişdir. Onlar birlikdə yaşadıqları Sumqayıt şəhəri, Xəzər bağlarının aşağı hissəsində olan dənizə çimməyə getmişlər. Dənizdə olduqda öz paltarlarını çıxartmış və Hüseynə də köynəyini çıxartmasını, şortikdə dənizə girməsini demişdir. Onlar birlikdə dənizə girib çimmişlər. Dənizdə də Hüseynin boynundan öpüb qucaqlamış, əlləri ilə sonuncunun ayaqlarına, cinsiyyət orqanına toxunmuşdur. O, Hüseyni qucaqlayanda, öpəndə əlləri ilə sonuncunun cinsiyyət orqanına toxunanda hissləri oyanmış və öz cinsi tələbatını ödəmək üçün boşalmışdır. Həmin boşalma anında Hüseyni qucaqlayaraq bir neçə saniyə ehtirasının sakitləşməsini gözləmişdir. Hüseyn xəstə olduğu üçün onun etdiyini başa düşməmişdir. Hüseyni arada öpəndə sonuncu onu özündən kənarlaşdıraq öpməyə qoymamışdır. Amma çox vaxt ona heçnə deməmişdir. Bu qayda ilə təxminən 15.06.2021-ci il tarixdən 16.07.2021-ci il tarixədək 4-5 gündən bir ya dənizə getmiş, yada məhlədə görüşmüşlər. Hüseynlə görüşlərindən cəmi ikisində öz tələbatını ödəmək üçün boşalmışdır. Boşalanda öz cinsi orqanını çıxardıb Hüseynin gözü qarşısında yerə boşalmışdır. 16.07.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı yerin yaxınlığında yerləşən “Çiraq” restoranına gedərək orada pivə içmişdir. Təxminən yarım saatdan sonra oradan çıxaraq məhləyə getdikdə yolda Hüseyni görmüş, həmin vaxt Hüseyn velosiped sürmüşdür. İçkili olduğundan, həmdə Hüseyni sevdiyindən onu görən kimi yenə ehtirası oyanmışdır. Hüseyni yanına çağırmış və söhbət edərək “Çıraq” kafenin arxasında olan heç kəs olmayan yerə yaxınlaşmışdır. Hüseynlə birlikdə orada olan daşın üzərində oturmuşlar. Hüseyni qucaqlamağa başlamış, ilk öncə Hüseyn istəməmiş, lakin o sonuncunu qolu ilə özünə sıxmış və boynun öpməyə başlamışdır. O, Hüseynin boynundan öpəndə Hüseyn onu öpməyə qoymaq istəməmiş, o isə ehtiraslandığı üçün Hüseynin əlindən tutub boynundan öpməyə davam etmişdir. Hüseyni öpəndə onun bədəninə və cinsi orqanına da toxunmuşdur. O, həmin vaxt içkili olmuş, özündə olmamış, ola bilsin ki, Hüseynin cinsi orqanına toxunan vaxt əynində olan şortikini aşağı çəkmişdir. Ehtirasdan artıq boşalacağını görmüş və Hüseynin gözü qarşısında əynində olan şalvarını aşağı çəkib cinsi orqanını çıxardıb yerə boşalıb öz tələbatını ödəmişdir. Boşaldıqdan sonra onların yanına adlarını dəqiq xatırlamadığı 2 nəfər kişi gəlmiş, həmin şəxslər ona uşaqla nə etdiyini soruşmuşlar. O, isə onlara oturub söhbət etdiyini demişdir. Lakin həmin şəxslər onun Hüseyni öpdüyünü və Hüseynin əynindəki şortikinin aşağıda olduğunu görmüşlər, bu səbəbdən onlar Hüseynə çıxıb evə getməyi demişlər. O, da Hüseyn getdikdən sonra evə doğru getməyə başlamışdır. Evə gedən vaxt Hüseynin atası Rəşad onu arxadan çağırmış, onları görən qonşular, Hüseynin atasına onu gördüklərini demişlər. Bu səbəbdən Hüseynin atası Rəşad onu vurmaq istəyəndə qonşular Rəşadın qarşısını almışlar və o çıxıb öz yaşadığı evə gəlmişdir. 17 iyul 2021-ci il tarixdə səhər tezdən evdə olarkən polis əməkdaşları yaşadığı evə gələrək onu polis bölməsinə dəvət etmişlər. O, da polis əməkdaşları ilə polis bölməsinə getmiş və hər şeyi olduğu kimi demişdir. (Cild 1, iş vərəqləri 203-206) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş və onun ifadələrinə əsasən Təqsirləndirilən şəxs onların qonşuları olmuşdur. 2021-ci ilin may ayının axırlarından yaşadığı küçədə oynadığı zaman qonşusu İlhamı görmüş və ona yaxınlaşıb söhbət edib zarafat etməyə başlamışdır. Küçəyə çıxıb orada oynayanda İlhamı gördükdə İlham ona bəzən dönər almış, bəzən isə şirniyyat alıb vermişdir. İlham onu küçədə görəndə çox vaxt özü yanına çağırmış, onu yanında otuzdurub başını sığallamış, boynundan və üzündən öpmüşdür. Ona elə gəlmişdir ki, İlham onun xətrini çox istədiyindən belə edir. Təxminən 2021-ci ilin iyun-iyul aylarında İlham ona demişdir ki, dənizə çimməyə gedəcək. Sonra isə ondan onunla gedib-getmək istəmədiyini soruşmuşdur. O, da İlhamla dənizə çimməyə getmək istədiyini demişdir. Sonra isə İlhamla birlikdə yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivindən bir qədər aralıda olan dənizə çimməyə getmişlər. Dənizə çatandan sonra İlham onu heç kimin olmadığı bir yerə aparmış və orada paltarlarını çıxarıb təkcə alt paltarı ilə dənizə girmişdir. Sonra isə İlham ondan da paltarlarını çıxarıb təkcə alt paltarı ilə dənizə girməsini demişdir. O, da İlhamın dediyi kimi edib onunla birlikdə dənizə girib çimməyə başlamışdır. Dənizdə çiməndə İlham onun boynundan öpmüş, onu qucaqlamış, əlləri ilə ayaqlarına, cinsiyyət orqanına toxunmuşdur. O, elə bilmişdir ki, İlham onu çox istədiyinə görə belə hərəkətlər edir. Lakin İlham onu çox öpdüyündən, cinsiyyət orqanını sığalladığına görə narahat olmağa başlamış və İlhamı özündən kənarlaşdırmağa çalışmışdır. Onlar dənizdə olduqları vaxtlarda İlham bir neçə dəfə onunla oyun oynamaq istədyini demişdir. O, İlhamdan nə oyunu oynayacaqlarını soruşanda İlham ona demişdir ki, “sən alt paltarını çıxarıb aşağı əyil məndə sənin arxanda dayanım guya ki, at çapıram”. O, da İlhamın dediyi kimi etmişdir və İlham da öz şalvarını aşağı çəkərək arxasında dayanıb özünü dala-qabağa hərəkət etdirmişdir. İlham elə edəndə o, arxasında ağrı hiss etmiş və İlhamla oynayıb qurtarandan sonra arxa hissəsinin islandığını hiss etmişdir. Bir ay ərzində demək olar ki, 4-5 gündən bir birlikdə dənizə getmişlər və hər dəfə də İlham dənizdə onu öpüb qucaqlamış və onunla “at” oyunu oynamışdır. O, əvvəllər İlhamın nə etdiyini bilməmiş, lakin sonralar İlhamın onun arxasına keçəndə cinsi orqanını çıxardığını gördüyündən sonuncunun onunla cinsi əlaqədə olduğunu bilmiş və daha İlhamla oyun oynamamışdır. Bir dəfə isə İlham onu öpüb qucaqlayandan sonra öz cinsiyyət orqanının çölə çıxarıb yerə boşalmışdır. Bundan sonra o, daha İlhamla dənizə getməmişdir. 16.07.2021-ci il tarixdə saat 20 radələrində yaşadığı yerin yaxınlığında yerləşən “Çiraq” adlanan restoranın yaxınlığında velosiped sürdüyü vaxt İlhamın yaxınlıqdan keçdiyini görmüşdür. İlham onu görəndən sonra yanına çağırmışdır. O, da İlhamın yanına gəldikdən sonra onunla söhbət edərək “Çiraq” kafesinin arxasında olan heç kimin olmadığı yerə getmişlər. Birlikdə söhbət edərək orada olan daşın üzərində oturmuşlar. Oturandan sonra İlham onu qucaqlamağa başlamışdır. İlhamın onu qucaqladığını görüb qorxmuş və sonuncunu özündən uzaqlaşdırmağa çalışmışdır. Lakin İlham onu əlləri ilə özünə sıxmış və boynundan öpməyə başlamışdır. İlham boynundan öpəndə o, sonuncunu özündən uzaqlaşdırmağa çalışmış, İlham isə onun əllərini tutmuş və yenədə boynundan, üzündən öpmüşdür. İlham onu öpəndə bədənini sığallamış, cinsiyyət orqanına toxunmuşdur. Sonra isə İlham onun əynində olan şortiki aşağı çəkmiş və cinsiyyət orqanını çıxararaq sığallamağa başlamışdır. Sonra isə İlham öz cinsiyyət orqanını da çıxararaq yerə boşalmışdır. İlham boşalandan sonra cinsiyyət orqanını onun üstünə sürtməyə çalışmışdır. Həmin vaxt tanımadığı iki nəfər İlhamdan ona qarşı nə etdiyini soruşmuşlar. İlham isə onlara onunla söhbət etdiyini demişdir. Sonra isə həmin adamlar ona çıxıb getməsini demişlər. O, evə gələndən sonra bu barədə atası Rəşada demişdir. Atası Rəşad isə sonradan İlhamın ona qarşı etdiyi hərəkətlər barədə polisə məlumat vermişdir. İlhamla söhbət edəndə sonuncu ondan yaşını soruşmuş və o da 15 yaşı olduğunu demişdir. Əvvəllər İlham onu öpəndə elə bilmişdir ki, İlham onu çox istədiyinə görə öpür. Lakin sonralar İlham onu öpəndə cinsiyyət orqanını sığallamış və dənizdə olduqları zaman bir dəfə də öz cinsiyyət orqanını çıxararaq onun yanında yerə boşalmışdır. Ona görə də sonralar İlhamın onu öpməsini istəməmişdir. Ona görə də özündən uzaqlaşdırmağa çalışmışdır. 16.07.2021-ci il tarixdə də Çıraq restoranının yanında İlham onu öpəndə sonuncunu özündən uzaqlaşdırmağa çalışmış, amma İlham əlləri ilə onu özünə tərəf sıxıb yenədə onu öpmüş və cinsiyyət orqanını sığallamışdır. Həmin vaxt İlham onu döyməmiş, hədələməmiş, sadəcə əlləri ilə onu özünə tərəf sıxmışdır. 2021-ci ilin iyun ayında İlhamla dənizə gedəndə müxtəlif vaxtlarda təxminən 4 dəfə İlham onunla arxadan cinsi əlaqədə olmuşdur. İlhamdan başqa onunla cinsi əlaqədə olan və ya ona qarşı seksual xarakterli hərəkət edən hər hansı bir şəxs olmamışdır. Məhkəmədə ifadə verən zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğludur. Hüseyn əqli geriləmədən və epilepsiya xəstəliyindən əziyyət çəkir. Oğlu Hüseyn həmişə axşam saat 9 radələrində velosiped sürməyə getmişdir. Məlum hadisə baş verən gün evə gəldikdə əri Rəşad da evdə olmuşdur. Sonra qonşular əri Rəşada hadisə barədə məlumat vermişlər. Əri ilə bu haqda Hüseyndən soruşanda o, qonşuları İlhamın onu dəfələrlə aparıb ona qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. Məhkəmədə şahid qismində ifadə verən Şahid1 Qanuni nümayəndə ilə oxşar məzmunlu ifadə verməklə onun ifadəsində göstərdiyi xüsusatları bi daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onların qonşusudur. Təxminən 16 iyul 2021-ci il tarixdə saat 22 radələrində restoranın yanında dar yoldan keçib evə gedərkən qapıya yaxınlaşanda ağaclıqdan səslər gəldiyini eşitdim. Bu zaman qonşu Hüseynin atası tərəfindən danlandığını zənn etmişdir. Lakin sonra başqa səslər eşitmiş və yaxınlaşanda qonşu İlhamı görmüşdür. İlham içkili olmuşdur. O, “çək çıxart” deyə Hüseynə səslənmişdir. Sonra qonşuları Emin də gəlmiş və Hüseyn velosipedini götürüb qaçıb getmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, evdə olduğu zaman səs gəldiyini eşitmişdir. Qapıdan çıxıb qonşusu Səmədi görmüş və nə baş verdiyi ilə maraqlandıqda Səməd ona “şərəfsiz uşağın şalvarını aşağı çəkmək istəyir” demişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işinin materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” 12 iyul 2021-ci il tarixli protokol tədqiq edilərkən və həmin protokola əlavə edilmiş 01 ədəd “DVD” formatlı diskə məhkəmədə tərəflərin iştirakı ilə bilavasitə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs yol ayrıcında velosipedlə dayanmış Zərərçəkmiş şəxs yaxınlaşaraq onun boynundan və üzündən öpür, sonra isə kənar istiqamətə göstərməklə həmin yerə getməsini deyir. (Cild 1, iş vərəqləri 26-27) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 27 iyul 2021-ci il tarixli, 395 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində hər-hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə aşkar edilmiş əlamətlər onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa dəlalət edir. (Cild 1, iş vərəqləri 155-159) Cinayət işində olan ekspertin dindirilməsinə dair protokoldan görünür ki, yuxarıda qeyd olunan tibb ekspertizası rəyini tərtib etmiş ekspert X5 ifadəsində göstərmişdir ki, 2002-ci ildən etibarən məhkəmə-tibb eksperti vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onlarla ədavət və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs yoxlanılarkən müəyyən edilmişdir ki, diz-dirsək vəziyyətində sağrılar, yəni arxa nahiyyə mülayim aralandıqda onun arxa keçəcəyindəki şüavari büküşlər zəif seçilmişdir, düz bağırsağın xarici büzücü əzələsi bir qədər boşalmış vəziyyətdə olmuş, selikli qişası 1,5 sm-ə qədər görünmüşdür. Düz bağırsaq və onun ətrafında hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. Arxa keçəcəkdə müəyyən olunmuş dəyişikliklər, yəni şüavari büküşlər zəif seçilməsi, düz bağırsağın xarici büzücü əzələsi bir qədər boşalmış vəziyyətdə olması və sairə əlamətlər onunla mütəmadi olaraq arxa keçəcəkdən qeyri-təbii yolla cinsi əlaqədə olma nəticəsində əmələ gəlmişdir. Həmin əlamətlər qəbzlik və ya hər hansı bir xəstəlik nəticəsində əmələ gələ bilməz. (Cild 1, iş vərəqləri 171-173) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının 30.09.2021-ci il tarixli, 2270 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs epilepsiya, əqli geriliklə formasında psixi pozuntu müəyyən edilir. Bunu hal-hazırki psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin atasından toplanmış anamnestik məlumatlara görə oğlu bir yaşında pilləkəndən yıxılaraq başından travma alması, iki yaşından başlayaraq qıcolma tutumalarının biruzə verməsi, bununla əlaqədar uşaq nevropotoloqu müalicəsində olması, nitqi inkişafda ləngimə müşahidə edilməsi, təxminən altı yaşına kimi nitqi inkişaf etməməsi, fərdi qaydada psixoloqlara müraciətləri olması, Sumqayıt şəhər Uşaq Xəstəxanasında 17.09.2020-ci il tarixdən 01.10.2020-ci il tarixə kimi “İdiopatik epilepsiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə” diqnozu ilə stasionar müalicədə olması, xəstəliyi ilə əlaqədar müavinət alması, qıcolma tutmaları ilə əlaqədar ona təyin edilmiş Depakin, Karbamazepin adlı dərman preparatlarını qəbul etməsi, hal-hazırda yaşayış yeri üzrə nevropatoloqun nəzarətində olması, hazırki müayinə zamanı təfəkkürünün konkret olması, mülahizələrinin səthiliyi, intellektual imkanlarının yaşına və aldığı təhsilə nəzərən aşağı olması, bilik ehtiyatının kasadlığı və sair) sübut edir. Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrinə əsasən Zərərçəkmiş şəxs qavrama prosseslərinin nisbətən zəif olması, təfəkkürünün təhlil-tərkib proseslərində primitivlik, mühakimələrinin səthi olması, maraq dairəsinin məhdudluğu, ola biləcək nəticələri proqnozlaşdırmaqda çətinlik çəkdiyi, dünyagörüşü və biliklərinin normadan aşağı səviyyədə olması, eyni zamanda emosionaliradi sferasında pozuntular (əhval-ruhiyyəsinin dəyişkən olması, bir yerdə qərar tuta bilməməsi, hərəkət və davranışı üzərində iradi nəzarəti tənzimləyə bilməməsi) müəyyən edilir. Buna baxmayaraq o, iş üçün əhəmiyyət kəsb edəcək halları qavraya, təsvir edə və bu barədə ümumi məlumat verə bilər. Zərərçəkmiş şəxs epilepsiya, əqli geriliklə formasında psixi pozuntu müəyyən edilir. Zərərçəkmiş şəxs düçar olduğu epilepsiya, əqli geriliklə formasında psixi xəstəlikdə büruzə verən əqli gerilik ifadə dərəcəsinə görə o, bu iş üzrə təqsirləndirilən şəxsin ona qarşı etdiyi hərəkətləri düzgün qavramaq, təsvir etmək və bu iş üzrə istintaqa düzgün ifadə verə bilmək iqtidarında olsa da o, ona qarşı təqsirləndirilən şəxsin etdiyi hərəkətləri dərk etmək və müqavimət göstərmək iqtidarında olmamışdır. Zərərçəkmiş şəxs koqnitiv proseslərində gerilik (qavrama proseslərinin nisbətən zəif olması, təfəkkürünün təhlil-tərkib proseslərində primitivlik, mühakimələrinin səthi olması, maraq dairəsinin məhdudluğu, ola biləcək nəticələri proqnozlaşdırmaqda çətinlik çəkdiyi, dünyagörüşü və biliklərinin normadan aşağı olması), eyni zamanda emosional-iradi sferasında pozuntular (əhval-ruhiyyəsinin dəyişkən olması, bir yerdə qərar tuta bilməməsi, hərəkət və davranışı üzərində iradi nəzarəti tənzimləyə bilməməsi), əqli və psixi inkişafının yaş xüsusiyyətlərinə uyğun olmadığı müəyyən edilir. Buna baxmayaraq o, iş üçün əhəmiyyət kəsb edəcək halları qavraya, təsvir edə və bu barədə ümumi məlumat verə bilər. Zərərçəkmiş şəxs əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunur. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri, həmçinin əqli və psixi inkişafındakı gerilik əlamətləri nəzərə alınmaqla o, başqalarının təsiri altında hərəkət edə bilər. Zərərçəkmiş şəxs əqli və psixi inkişafı nəzərə alınmaqla o, hadisə zamanı öz hərəkətlərinin və onunla edilən hərəkətlərin xarakter və mənasını anlamaq qabiliyyətinə malik olmamışdır. (Cild 1, iş vərəqləri 178-181) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 02.10.2021-ci il tarixli, 2299 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hərhansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində əqli-intellektual imkanlarının normaya uyğun olması, emosional-iradi sferasında və fərdi-psixi xüsusiyyətlərində eqosentrizm, emosional qeyri-sabitlik, nümayişkəranəlik elementləri aşkar olunur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hazırki psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs və həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Eqosentrizm, kobudluq, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, laqeydlik kimi fərdi-psixi xüsusiyətlərə malikdir. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər-hansı dəyişiklik yaşanmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək, onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. (Cild 1, iş vərəqləri 175-177) Cinayət işinin materiallarında olan “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 13 oktyabr 2021-ci il tarixli qərara əsasən qeyd edilən 01 ədəd “DVD” formatlı disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqləri 220-230) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı sexsual xarakterli zorakılıq hərəkətlərini etmədiyi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmadığını qeyd edir. Bundan başqa, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və müvafiq məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 04 aprel 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.4, 149.2.1, 149.2.5, 150.2.1, 150.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinərək 11 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 25 sentyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyindən o hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. (Cild 1, iş vərəqləri 125-150) Məhkəmə qeyd edir ki, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş təqsirləndirilən şəxs yenidən qəsdən ağır cinayət törətdiyinə görə onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olduğundan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən bu hal onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 17 iyul 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 19 iyul 2021-ci il tarixli qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmış, həmin məhkəmənin 13 oktyabr 2021-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 104-105, 218-219) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. Belə ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin 3-cü bəndinə əsasən həmin maddənin 1-ci bəndinin (c) yarımbəndinə müvafiq olaraq tutulmuş və ya həbsə alınmış hər kəs, dərhal hakimin və ya qanunla məhkəmə hakimiyyətini həyata keçirmək səlahiyyəti verilmiş vəzifəli şəxsin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırması və ya məhkəməyə qədər azad edilmək hüququna malikdir. Konvensiyanın həmin maddəsi çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəməyə qədər həbs müddəti müəyyən edilərkən nəzərə alınmalı olan müddət təqsirləndirilən şəxsin həbsə alındığı gündən başlayır və hökmün çıxarıldığı gün sona çatır, hətta bu hökm birinci instansiya məhkəməsi tərəfindən verilmiş olsa belə (Solmaz Türkiyə qarşı, §§ 23-24; Kalaşnikov Rusiyaya qarşı, § 110, Vemhoff Almaniyaya qarşı, § 9 ). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məhkəmə xüsusi müsadirə edilməli əmlakın olmadığını qeyd edir. Bundan başqa, məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə iş materiallarında olan maddi sübut kimi tanınmış 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsdən tutulmalı olan məhkəmə xərcləri yoxdur. Bununla belə, təqsirləndirilən şəxsin məhkəmədə müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 01.02.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24.12.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, 04.03.2011-ci il tarixli «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3 və 150.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 17 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-97/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-97/2022
19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver