Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-97/2024 31.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-ci ildə Lənkaran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkaran rayonun Nüvədi kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Pərvin Babayev küçəsi, fərdi evdə yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən salış məqsədi ilə külli miqdarda 10 (on) ədəd bükümdə kimyəvi tərkibinə və xarici əlamətlərinə görə eyni tərkibi i ümumi tərniz çəkisi 39, 888 qram narkotik vasitə hcroini əldə edib daşıyaraq üzərində saxlamış, 15 oktyabr 2022-ci il tarixdə saat 21:20-də Sumqayıt şəhəri, S.Vurğun küçəsi, “Test 1” adlanan ərazinin yaxınlığında Sumqayıt ŞPİ-nin, PPXT-nun 1-ci bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ- nə gətiribdikdən sonra, polis idarəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən, əynində olan gödəkçəsinin sag yan cibində olan 01 (bir) ədəd “Senate" markalı siqaret qutusunun içindən 1 (bir) ədəd bükümdə, təmiz çəkisi 35,409 qram narkotik vasitə heroin, 01 (bir) ədəd "Want’ markalı siqaret qutusunun içindən 09 (doqquz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,379 qram, 0,739 qram, 0,334 qram, 0,426 qram, 0,408 qram, 0,329 qram. 0,351 qram, 0,762 qram, 0,751 qram olmaqla ümumi təmiz çəkisi 4.479 qram, hər iki siqaret qulusundan aşkar olunan 10 bükümdə kimyəvi tərkibinə və xarici əlamətlərinə görə eyni tərkibli olan ümumi təmiz çəkisi 39,888 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 15 oktyabr 2022-ci il tarixdə axşam 9-10 radələrində tutulmuşdur. Tutulmamışdan təxminən 1 il öncə narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Atası avtobus sürücüsü olmuş, o atası ilə birlikdə işləmişdir. Sonradan narkotikə qurşanmış, atası öləndən sonra tək qalmış, narkotik vasitə almağa pul tapmaqda çətinlik çəkməyə başlamışdır. İttihamda qeyd olunan narkotik vasitələr onda olmuş və polis əməkdaşları saxlayan zaman aşkar edilmişdir. Onun üzərində narkotik vasitə büküm şəklində, təxminən 10 büküm olmuşdur. O, öz istifadə etdiyi narkotikin pulunu çıxartmaq üçün narkomanlara əldə etdiyi narkotiklərdən satmışdır. Narkotik vasitənin yarım qramını 20-25 manata satmışdır. Əməlindən peşmandır, yüngül cəza təyin olunmasını xahiş etmişdir. İşgəncəyə, döyülməyə məruz qalmamışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, bir ilə yaxındır ki, narkotik vasitə qəbul edir. Belə ki, “İslaqram” sosial şəbəkəsində adını bilmədiyi X10 vətandaşı ilə tanış olmuş və onunla wahtsapp sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayıb, ondan narkotik vasilə alaraq istifadə edib. Sonuncu dələ polis əməkdaşları onu saxladıqları vaxtdan 3 gün əvvəl yəni 12 oktyabr 2022-ci il tarixdə X10 vətəndaşı ilə danışmaq ondan narkolik vasitə olan heroin isdəmişdir. 14 oktyabr 2022-ci il laixdə X12 vətəndaşı zəng edərək narkotik vasitə heroini Abşeron rayonu. Xırdalan qəsəbəsi ərazisində yerləşən bazarın yaxınlığında olan hündür mərtəbəli binanın qarşısında baryerin yanında qoyacağını bildirmişdir. Qeyd edilən ünvana gedərək X10 vətəndaşının dediyi yerdən narkotik vasitə olan heroini götürmüşdür. Aralarında olan razılaşmaya görə ona pulu bir neçə gündən sonra deyəcəyi kart hesabına göndərəcəymiş. Həmin yerdən götürdüyü narkotik vasitə olan heroinin çəkisi təxminən 50 qram olduğunu bildirmişdir.Həmin narkotik vasitə olan heroinin 10-qramını, hər 1 qramını 35-40 manatdan olmaqla “Dost” ləqəbli bir nəfər şəxsə satmış, lakin ondan pul almamış və qalan narkotik vasitə olan heroini isə üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri S.Vurğun küçəsi Test 1 adlanan ərazinin yaxınlığında olan zaman polis əməkdaşları post patrul avtomobili ilə ona yaxınlaşaraq özlərini təqdim ediblər. Həmin vaxt üzərində narkotik vasitə olduğundan özünü şübhəli apardığından, ondan üzərində qanunsuz hər hansı əşya olub-olmadığını soruşduqda, üzərində narkotik vasitənin olduğunu polislər bildiyini zənn edərək onlara üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu, Sumqayıt ŞPİ-nə dəvət etdikləri üçün etiraz elməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişlər. Orada xidməti otaqların birində hüquq və vəzifələrim izah edilmiş, təqdim edilmiş vəkillərin siyasısından hüquqlarının müdafiəsi üçün vəkil təqdim edilmiş, hüquq və vəzifəlləri izah edilməklə üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmiş və etiraz elmədiyindən videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirməyə başlamışlar. Üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşya və predmetin olub-olmaması, əgər vardırsa həmin əşyanı çıxarıb könüllü şəkildə təqdim etməyini polis əməkdaşları ona təklif edən zaman özü əynində olan qara rəngli gödəkçənin sag yan cibində saxladığı 01 ədəd Senate, 01 ədəd Want markalı siqaret qutularını, sol yan cibində saxladığı 01 ədəd RİİDMİ markalı mobil telefonu, həmçinin qara rəngli cins şalvarının sag yan cibində saxladığı 250 manat pulu təqdim elmişdir. Həmin siqaret qululları açılan zaman Senate markalı siqaret qulusunun içərisində 01 ədəd, Want markalı siqaret qutusunun içərisində isə 09 ədəd şəffaf rəngli sellofan torba aşkar edildi və ümumilikdə 10 ədəd büküm açılan zaman içərisində qəhvəyi rəngli loz halında maddələrin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı həmin üzərindən götürülən maddələrin “kakos” olduğunu, həmin maddələri xx.xx.2022-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində yerləşən bazarın yaxınlığındakı hündürmərtəbəli binanın qarşısında baryerin kənarından tanımadığı iran vətəndaşı ilə telefon əlaqəsi zamanı, onun vasitəsi ilə götürdüyünü, pulunu hələ ödəmədiyini, yaxın günlərdə kart vasitəsi ilə ödəyəcəyini, həmin maddələrdən 10 qramını isə bir qramı 35-40 manat olmaqla “Dost” ləqəbli bir şəxsə saldığını, həmin narkotik vasitənin qalan hissəsini isə üzərində gəzdirdiyini göstərmişdir. Sonradan üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan kakos tərəzidə çəkilmiş, birinci bükümdə 37,66. ikinci bükümdə 0.84 qram, üçüncü bükümdə 0.84 qram, dördüncü bükümdə 0.45 qram, beşinci bükümdə 0.44 qram, altıncı bükümdə 0.45 qram, yeddinci bükümdə 0.86 qram, səkkizinci bükümdə 0.44 qram, doquztıncu bükümdə 0.44 qramonııcu bükümdə 0.44 qram, üımımilkdə 42.89 qram olduğu müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş həmin narkotik vasitələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmaqla həmin sənədlərlə tanış olaraq, sənədlərə imza elmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə özünə məxsus olmaqla istifadə etmək üçün üzərində saxladığını və saxlanılarkən, ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq elmədiyini, heç bir hüququ pozulmadığını bildirmişdir.(cild 1, iş vərəqə 65-68) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində Sumqayıt ŞPİ-nin PPX-nin 1-ci bölüyünün polis nəfəri, polis baş serjantı Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində PPX-nin 1-ci bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Test 1 adlanan ərazidə xidmətdə olarkən sonradan şəxsiyyəti bəlli olan X3 polis avtomobilin görən zaman özünü şübhəli apardığından avtomobili saxlayıb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ondan üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmadığını soruşduqda, o üzərində narkotik vasitə olduğunu dediyi üçün onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Sumqayıt ŞPİ-də xidməti otaqların birində Sumqayıt ŞPİnin NB-nin əməliyyat müvəkkili polis mayoru Şahid1, Sumqayıt ŞPİ-nin KTB-nin inspekloru-krimnalisı polis mayoru Şahid4 və vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. X8 gödəkçisinin cibindən 2 ədəd siqaret qutusunun təqdim etmiş, həmin qutular açıldıqda içərisindən 10 ədəd narkotik vasitə heroinə oxşar büküm aşkar edilmişdir. Sorğu zamanı X8 üzərindən götürülən maddələrin “kakos" olduğunu, həmin maddələri xx.xx.2022-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində yerləşən bazarın yaxınlığındakı hündürmərtəbəli binanın qarşısından tanımadığı iran vətəndaşı ilə telefon əlaqəsi saxlayaraq götürdüyünü, pulunu hələ ödəmədiyini, yaxın günlərdə kart vasitəsi ilə ödəyəcəyini, həmin maddələrdən 10 qramını isə bir qramı 35-40 manat olmaqla 35-40 manat olmaqla “Dost” ləqəbli bir şəxsə satdığını, həmin narkotik vasitənin qalan hissəsini isə üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onlara müqavimət göstərməmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, Sumqayıt ŞPİ-nin PPX-nin 1-ci bölüyünün polis nəfəri Şahid3 məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. Şahid polis əməkdaşı Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti Şahid4 Əlövsət oğlunun məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşları Şahid2, Şahid1 və Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları təsdiq etmişdir.(Cild 1, iş vərəqə 101-103) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zaman X9 əynində olan qara rəngli gödəkçənin sag yan cibində saxladığı 01 ədəd Senate, 01 ədəd Want markalı siqaret qutularını, sol yan cibində saxladığı 01 ədəd REDMİ markalı mobil telefonu, həmçinin qara rəngli cins şalvarının sag yan cibində saxladığı 250 manat pulu təqdim edir. Həmin siqaret qutulları açılan zaman Senate markalı siqaret qutusunun içərisində 01 ədəd Want markalı siqaret qutusunun içərisində isə 09 ədəd şəffaf rəngli sellofan torbanın içərisində qəhləyi rəngli toz halında maddələrin olduğu aşkar edilir. Bundan sonra təhqiqatçı tərəlindən şəxsi axtarış davam etdirilsədə digər əşya aşkar edilmir. Sorğu zamanı X9 bildirir ki, üzərindən götürülən maddələrin "kakos” olduğunu, həmin maddələri xx.xx.2022-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində yerləşən bazarın yaxınlığındakı hündürmərıəbəli binanın qarşısında baryerin kənarından tanımadığı iran vətəndaşı ilə telfon əlaqəsi zamanı, onun vasitəsi ilə götürdüyünü, pulunu hələ ödəmədiyini, yaxın günlərdə karı vasitəsi ilə ödəyəcəyini, həmin maddələrdən 10 qramım isə bir qramı 35-40 manat olmaqla ‘'Dost'’ ləqəbli bir şəxsə satdığını, həmin narkotik vasitənin qalan hissəsini isə üzərində gəzdirdiyini bildirir (cild 1, vərəqə 24-25) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə, saat 21:20-radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, Test 1 adlanan ərazidə Sumqayıt şəhər polis idarəsinin PPX-nin 1-ci bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gəlirilmişdir. Polis idarəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı polis kapitanı Elnur Feyzullayev sonradan anket məlumatları bəlli olan X6 özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirir. X9 özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. X4 üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı E.Feyzullayev tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Nail Məmmədov təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olur, vəkilinə etiraz elmir. X1 üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan qara rəngli gödəkçənin sag yan cibində saxladığı 01 ədəd Senate, 01 ədəd Want markalı siqaret qutularını, sol yan cibində saxladığı 01 ədəd REDMİ markalı mobil telefonu, həmçinin qara rəngli cins şalvarının sag yan cibində saxladığı 250 manat pulu təqdim edir. Həmin siqaret qutulları açılan zaman Senate markalı siqaret qutusunun içərisində 01 ədəd Want markalı siqaret qutusunun içərisində isə 09 ədəd şəffaf rəngli sellofan torbanın içərisində qəhvəyi rəngli toz halında maddələrin olduğu aşkar edilir. Bundan sonra təhqiqatçı tərəlindən şəxsi axtarış davam etdirilsədə digər əşya aşkar edilmir. Sorğu zamanı X9 bildirir ki, üzərindən götürülən maddələrin "kakos” olduğunu, həmin maddələri xx.xx.2022-ci ildə Abşeron rayonu, Xırdalan qəsəbəsi ərazisində yerləşən bazarın yaxınlığındakı hündürmərıəbəli binanın qarşısında baryerin kənarından tanımadığı iran vətəndaşı ilə lelfon əlaqəsi zamanı, onun vasitəsi ilə götürdüyünü, pulunu hələ ödəmədiyini, yaxın günlərdə karı vasitəsi ilə ödəyəcəyini, həmin maddələrdən 10 qramım isə bir qramı 35-40 manat olmaqla ‘'Dost'’ ləqəbli bir şəxsə satdığını, həmin narkotik vasitənin qalan hissəsini isə üzərində gəzdirdiyini bildirir. Sonradan üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan kakos tərəzidə çəkilir, birinci bükümdə 37.66 qram, ikinci bükümdə 0.84 qram, üçüncü bükümdə 0.84 qram, dördüncü bükümdə 0.45 qram, beşinci bükümdə 0.44 qram, altıncı bükümdə 0.45 qram, yeddinci bükümdə 0.86 qram, səkizinci bükümdə 0.44 qram, doquzımcu bükümdə 0.44 qram, onuncu bükümdə 0.44 qram, ümıımilkdə 42.89 qram olduğu müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş həmin narkotik vasitələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmaq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənir. Bundan sonra videoçəkiliş dayandırılır. ( cild 1, iş vərəqə 87-88) Şəxsi axtarışın keçirilməsi barədə, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5982 saylı rəyindən görünür ki, ekspertizaya tədqiqatına təqdim edilmiş üzərində l'..Təqsirləndirilən şəxs.." sözləri yazılmış zərfdəki 10 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,379qr., 0,739 qr., 0,334 qr., 0,426 qr., 0,408 qr.. 0,329 qr.. 0,351 qr.. 0.762 qr., 0,751 qr.. 35,409 qr., olmaqla ümumi çəkisi 39,888 qram olan qəhləyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir və tədqiqatdan sonra 39.788 qram qalıq qalmışdır (cild 1, iş vərəqə 34-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7682 saylı rəyindən görünür ki, müayinə zamanı X5 OPİOİDLƏRİN və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) AŞKAR OLUNUR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 133-134) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 39,788 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 137- 143) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. (cild 1, iş vərəqə 120-121) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər 1 saylı Təmir-Tikinti Quraşdırma İdarəsi tərəfindən verilmiş xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (cild 1, iş vərəqə 126) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X7 adlı 01 azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 16 oktyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 15 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 16, 70-78) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 15 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 39,788 qram heroin məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 15 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi subut olub Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 39,788 qram heroin məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-97/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-97/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver