Məhkəmə qərarları › İş №1(124)-97/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-97/2025

28.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-97/2025 28.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi4 və Xırdalan Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxslərin özlərinin iştirakları ilə,

1. xx xxxxx 1998-ci il tarixdə Gürcüstan Respublikası Bolnisi şəhərində doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs edilənədək ünvan 3vanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Arif oğlunun

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə,

2. xx xxxxxx 1979-cu il tarixdə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3vanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq,

m ü ə y y ə n e t d i:

Təqsirləndirilən şəxs1 Arif oğlu qeyri-rəsmi olaraq ər-arvad münasibətində olduğu Təqsirləndirilən şəxs2 və birlikdə internet vasitəsilə tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan “Cavad” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun göndərdiyi və bu yolla qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri 400-700 manat müqabilində tapşıracağı yerlərə çatdırmaqla Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə bir qrup şəxs halında 17 oktyabr 2023- cü il tarixdə saat 02:30 radələrində qrupun üzvü, "Cavad” adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisinə qoyduğu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”na (İ, İİ Siyahı) daxil olan 510 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 1956,163 qram çəkidə külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs2 ilə birlikdə götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək yaşadıqları ünvan 4 ünvanına daşıyıb gətirməklə, orada hissələrə ayırmışlar. Daha sonra, 01 ədəd bükümdə 98,603 qram çəkidə narkotik vasitə heroini Təqsirləndirilən şəxs1 öz üzərində, 01 ədəd bükümdə 57,560 qram çəkidə narkotik vasitə heroini isə Təqsirləndirilən şəxs2 öz üzərində saxlamış, 04 ədəd üzəri yapışqanlı lentlə bağlanmış sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 370 qram, 460 qram, 400 qram, 570 qram, ümumi çəkisi 1800 qram olan narkotik vasitə heroini və 02 ədəd üzəri yapışqanlı lentlə bağlanmış sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 250 qram və 260 qram olmaqla ümumi çəkisi 510 qram olan psixotrop maddə metamfetamini isə qeyd edilən ünvanda yaşadıqları mənzildə saxlamışlar və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 oktyabr 2023-cü il tarixdə yaşadıqları binanın qarşısında Təqsirləndirilən şəxs1 bə Təqsirləndirilən şəxs2 birlikdə saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilmiş, həmin tarixdə saat 07:30-dan saat 07:39-dək baş idarənin inzibati binasında onun üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə çəkisi 98,603 qram olan narkotik vasitə heroin və həmin tarixdə saat 06:30-dan 06:38-dək eyni ünvanda Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan tünd yaşıl rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə 57,560 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra, əməliyyat tədbirlərinin davamı kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə yaşadıqları ünvan 4 ünvanında həmin gün saat 11:00-dan saat 11:19-dək keçirilmiş baxış zamanı mənzilin yataq otağındakı divanın küncündə yerə qoyulmuş bir ədəd göy rəngli, üzərində “Levis” yazısı yazılmış sellofan torbada 4 ədəd sellofan bükümlərdə ümumilikdə 1.800 qram çəkidə narkotik vasitə heroin, 02 ədəd sellofan bükümdə ümumilikdə 510 qram çəkidə psixotrop maddə metamfetamin, bir ədəd üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Arif oğlu özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, maşın ustası olmuşdur, aylıq gəliri 3000-5000 manat aralığında dəyişirdi. Leyla isə salonda işləyirdi. Onun mobil telefonunda İran vətəndaşının nömrəsi var idi. Narkotik vasitəni onunla danışıb sifariş edirdilər, “M 10” tətbiqi vasitəsi ilə ödənişi edirdilər. Həftədə 1 və ya 2 dəfə gedib götürürdülər. Narkotik vasitəni sifariş verəndə ola bilsin ki, Leylanın telefonundan istifadə edirdi.Sifarişi götürməyə isə tək gedirdi. Polis əməkdaşları onları 17 oktyabr 2023-cü il tarixdə saat 23:30-01:00 radələrində saxlamışdılar. Həmin gün o, işdən gəlirdi. Üzərində 2-5 qram narkotik vasitə olmuşdur. Təqsirləndirilən şəxs2 ilə birlikdə bir qədərini istifadə etmişlər. Saxlanılan zaman üzərində 3 qram narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni İran vətəndaşından almışdır. Marketdən çıxanda polis əməkdaşları tərəfindən saxlanılmış və həmin an özlərini təqdim etmişlər. Onları ilk öncə evə, sonra isə idarəyə aparmışlar. Hadisə günü narkotik vasitəni Maştağaya girməmiş götürmüşlər. Evində aşkar olunan narkotik vasitələr, dəftər və tərəzi isə ona aid olmamışdır.Ona qarşı fiziki təzyiq göstərilmişdir. Onlara qarşı nalayiq ifadələr işlətmişlər. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 ilə təxminən 5-6 il əvvəl tanış olmuş və Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən mənzili kirayələyib qeyri-rəsmi şəkildə ər-arvad münasibətində yaşamağa başlamış, eyni zamanda birlikdə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşlar. Narkotik vasitələri adətən sosial şəbəkələr vasitəsilə əlaqə yaratdığı, tanımadığı İran İslam Respublikası vətəndaşlarından almışlar. Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotik vasitələri qoyduqları yerlərin ünvanlarını “Votsap” mobil tətbiqi vasitəsilə ona göndərmiş, o isə həmin ünvanlara gedərək narkotik vasitələri götürüb təyin olunmuş şəxslərə çatdırmaq müqabilində pul qazanmışdır. İran İslam Respublikası vətəndaşının onun götürməsi üçün qoyduğu narkotik vasitə və psixotrop maddənin miqdarından asılı olmayaraq hər dəfə 400-700 manat pul və şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Qazandığı pulu şəxsi ehtiyaclarına xərcləmiş, bu işdə Leyla da iştirak etmişdir. 17 oktyabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu “Cavad” adlı İran İslam Respublikası vətəndaşı ona və Leylaya Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisinə qoyduğu külli miqdarda narkotik vasitə və psixotrop maddəni götürməyi bildirmişdir. Onlar birlikdə həmin ünvana getmiş və bir qədər axtardıqdan sonra 01 ədəd sellofan torbanın içərisində külli miqdarda narkotik vasitə və psixotrop maddə tapmışlar. Daha sonra həmin əldə etdikləri narkotik vasitələri və psixotrop maddələri yaşadıqları mənzilə gətirmişlər. Orada həmin narkotik vasitədən hissələrə ayıraraq iki ədəd büküm düzəltmişlər. Həmin bükümlərdən birini özü, digərini isə Leyla götürərək əyinlərində olan şalvarın yan cibinə qoymuşlar. Daha sonra isə bir neçə saat bundan əvvəl əldə etdikləri narkotik vasitə və psixotrop maddələri yaşadıqları mənzildə yataq otağında divanın küncünə qoymuşlar və üzərini paltarlarla örtmüşdürlər. Həmin əldə etdikləri külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri “Cavad” adlı İran İslam Respublikası vətəndaşından alıb qabaqcadan bildiriləcək ünvanlara qoymaq üçün “Cavad”dan xəbər gözləmiş və bunun müqabilində 700 manat pul qazanacaqlarını düşünmüşlər. Həmin qeyd edilən evdə narkotik vasitədən bir büküm Təqsirləndirilən şəxs2 Bir büküm isə Təqsirləndirilən şəxs1 götürdükdən sonra siqaret çəkmək üçün yaşadıqları binanın qarşısına düşmüşlər. Leyla ilə birlikdə binanın qarşısı ilə piyada şəkildə hərəkətdə olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını qeyd etmişlər. Barələrində əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı elan etdikdən sonra onu və Leylanı Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmiş, onlar isə buna etiraz etmədən idarəyə gəlmişlər. Xidməti otaqlardan birində hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi məqsədilə dövlət hesabına təyinatla vəkil dəvət olunmuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılması üçün idarənin qadın əməkdaşını dəvət olunmuşdur. Müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmasına başlanmış, şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm çıxarıb təhqiqatçıya təqdim etmiş və içərisindəki açıq qəhvəyi rəngli, spesifik iyə malik kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Samsung GT-S5282” markalı mobil telefon, 1 ədəd açar və 1 ədəd alışqan aşkar edilmiş və “SİM kart” yuvasına daxil edilmiş “+99***-***-**-**” mobil nömrəsi ilə birlikdə götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən qanunla saxlanılması qadağan olunmuş başqa hər hansı əşya, predmet və sair aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri Daxili İşlər Nazirliyinin 7 nömrəli möhürü ilə möhürlənmiş, o, müdafiəçi, təhqiqatçı, həmçinin digər polis əməkdaşları tərəfindən zərfin üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung GT-S5282” markalı mobil telefon da götürülüb qablaşdırılmışdır. Şifahi sorğu zamanı ondan həmin kütlənin kimə məxsus olduğu və necə və haradan əldə etdiyi, üzərindən başqa hər hansı ünvanda narkotik vasitə gizlədibgizlətmədiyi soruşulmuşdur. O, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, sosial şəbəkə vasitəsilə tanış olduğu “Cavad” adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədilə götürdüyünü, bunun müqabilində pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, yaşadığı ünvan 3vanında külli miqdarda narkotik vasitə və psixotrop maddələr saxladıqlarını bildirmiş və mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Narkotik vasitə və psixotrop maddələri əldə edərkən daim Leyla ilə birlikdə hərəkət etmişlər. Şəxsi axtarış aparılmazdan əvvəl üzərinə müdaxilə olunmamış, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Şəxsi axtarış aparıldıqdan sonra o, qeyri-rəsmi münasibətdə yaşadığı Leyla, onların müdafiəçiləri və polis əməkdaşları ilə birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən mənzilə getmiş və baxış keçirilməsində iştirak etmişlər. Baxış zamanı onlara mənzildə qanunsuz saxladıqları vasitə və maddələrin harada olması ilə bağlı sual verilmiş və həmin kütlələrin təqdim olunması təklif edilmişdir. Bundan sonra o, Leyla ilə birlikdə yaşadıqları mənzilin yataq otağındakı divanın künc hissəsində saxladıqları, üzərinə pal- paltar yığılmış 1 ədəd göy rəngli, üzərində “Levis” yazısı olan sellofan bağlamanın içərisindəki 4 ədəd bükümdə narkotik vasitə heroini, 2 ədəd bükümdə psixotrop maddə metamfetamini könüllü surətdə təqdim etmişlər. Həmin bükümlərin sellofan materialdan olmuş və üzəriləri yapışqanlı lentlə bağlanmışdır. Həmçinin bağlamanın içərisindən ona və Leylaya məxsus narkotik vasitə və psixotrop maddələrin çəkilərini və miqdarlarını qeyd etdikləri 1 ədəd dəftər, narkotik vasitə və psixotrop maddələri çəkmək üçün istifadə etdikləri 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Daha sonra həmin kütlələr qablaşdırılaraq Daxili İşlər Nazirliyinin 7 nömrəli möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra mənzilin otaqlarına baxış keçirilsə də, hər hansı narkotik vasitə, psixotrop maddə, habelə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar olunmamışdır. Ardınca ondan mənzildə aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin kimə məxsus olduğu, hardan əldə edildiyi, nə məqsədlə mənzildə saxlanıldığı soruşulmuş, o isə verilən suallara cavab olaraq həmin kütlələrin özünə məxsus olduğunu, sosial şəbəkə vasitəsilə tanış olduğu “Cavad” adlı İran İslam Respublikası vətəndaşının qoyduğu Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindən şəxslərə çatdırmaq məqsədilə götürüldüyünü, bunun müqabilində pul alacağını, narkotik vasitə və psixotrop maddələri götürən və digər yerlərə çatdıran zaman tanışı Leyla ilə birlikdə olduğunu, daha əvvəl yaşadıqları mənzilə baxış keçirilmədiyini, üzərlərində olan narkotik vasitəni həmin bükülüdən ayıraraq götürdüklərini bildirmişdir. (Cild 1, iş vərəqləri 137-141) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 Arif oğlunu çoxdandır tanıyır, 6-7 ildir ki, tanışdırlar. Onunla qeyri-rəsmi nikah münasibətlərindən 1 oğlu var. Oğlunun 6 yaşı var. Ümumilikdə 4 uşağı var, böyüyün 22, digərilərinin 21, 14 və 6 yaşı var. Oğlu epilepsiya xəstəliyinə yoluxduğu zamandan işləmir. Həmçinin o özü də onkoloji xəstədir, bununla bağlı müalicə almışdır. Narkotik vasitə istifadəçisidir. Metanfetamin növündən istifadə edir. Təqsirləndirilən şəxs1 ilə birlikdə də istifadə etmişdir. Hadisə günü yəni 17 oktyabr 2023-cü il tarixdə saat 23:30-00:00 radələrində oğlu süd istədiyi üçün Təqsirləndirilən şəxs1 ilə birlikdə Xırdalan ərazisində “köhnə bazar”da yerləşən Oba markətə getmişlər. Marketdən çıxanda onları Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları saxlamışlar. Marketdən aldıqları ərzaqla dolu torbaları əllərindən almışlar və onları evə gətirmişlər. Onların əlində qara çanta olmuşdur. Qaldıqları mənzil 8-ci mərtəbədə yerləşirdi. Onu lift ilə, Təqsirləndirilən şəxs1 isə pilləkən ilə qaldırmışlar. Evə daxil olduqları zaman uşaqları yataq otağında yatmış, qonaq otağında isə Samirə adlı şəxs olmuşdur. O, qonaq gəlmişdi. 16 oktyabr 2023-cü il tarixdə Samirə adlı şəxs ilə birlikdə xəstəxanaya analizlərinin cavabını götürməyə getmişlər. Evə daxil olduqdan sonra qızlarını digər yataq otağına almışlar. Onları qonaq otağına gətirib, əllərində tutduqları qara çantanı onların önünə qoymuşlar ki, burada olan narkotik vasitələr sizə aiddir. Onlara qarşı nalayiq sözlərdən istifadə etmişlər. Təqsirləndirilən şəxs1 qarşı fiziki təzyiq göstərilmişdir. Daha sonra onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, gecə orada saxlamışlar. Onları saxlayan zaman evə baxış keçirilməmiş, səhərisi gün keçirilmişdir. Saxlanılarkən onun üzərində narkotik vasitə olmamış, Təqsirləndirilən şəxs1 cibində 3 qram narkotik vasitə olmuşdur. Nə vaxt əldə etdikləri isə yadında deyil. Evdən heç bir şey çıxmayıb, aşkar olunan dəftər, tərəzi isə onlara aid deyil. Ola bilsin ki, dəftər uşaqların istifadəsində olub. Hələ evdə olarkən onlar özlərini polis əməkdaşları kimi təqdim etməmişlər. Cibinə “qara torpaq” qoyub bildirmişlər ki, əgər götürməsən evdə qızlarına təzyiq göstərəcəyik. Evə baxış keçirilən zaman isə uşaqları 7-ci mərtəbəyə düşürdüb gözlətmişlər. Hadisə günü istifadəsində mavi rəngli Samsung A52 markalı mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 ilə təxminən 5-6 il əvvəl tanış olmuş və Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllədə yerləşən mənzili kirayələyib qeyri-rəsmi şəkildə ər- arvad münasibətində yaşamağa başlamış, eyni zamanda birlikdə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşlar. Özü təxminən 2 il əvvəl müxtəlif narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməyə başlamışdır. Narkotik vasitələri adətən sosial şəbəkələr vasitəsilə əlaqə yaratdığı, tanımadığı İran İslam Respublikası vətəndaşlarından almışdır. Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotik vasitələri qoyduqları yerlərin ünvanlarını “Votsap” mobil tətbiqi vasitəsilə ona göndərmiş, o isə həmin ünvanlara gedərək narkotik vasitələri götürüb təyin olunmuş şəxslərə çatdırmaq müqabilində pul qazanmışdır. İran İslam Respublikası vətəndaşının onun götürməsi üçün qoyduğu narkotik vasitə və psixotrop maddənin miqdarından asılı olmayaraq hər dəfə 400-700 manat pul və şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. Qazandığı pulu şəxsi ehtiyaclarına xərcləmiş, bu işdə Maarif də iştirak etmişdir. 17 oktyabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu “Cavad” adlı İran İslam Respublikası vətəndaşı ona və Maarifə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisinə qoyduğu külli miqdarda narkotik vasitəni və psixotrop maddəni götürməyi bildirmişdir. Onlar birlikdə həmin ünvana getmiş və bir qədər axtardıqdan sonra 01 ədəd sellofan bükümdə olan külli miqdarda narkotik vasitə və psixotrop maddələri tapmışlar. Həmin bükülünü yaşadıqları ünvan 5 ünvanına gətirmişlər. Orada əldə etdikləri narkotik vasitələrdən iki büküm götürmüşlər. Bükümlərdən birini özü, digərini isə Maarif götürərək əyinlərində olan şalvarın yan cibinə qoymuşlar. Üzərilərindəki narkotik vasitələrdən başqa yaşadıqları mənzildə də satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr saxlamışlar. Daha sonra isə bir neçə saat bundan əvvəl əldə etdikləri narkotik vasitə və psixotrop maddələri yaşadıqları mənzildə yataq otağında divanın küncünə qoymuşlar və üzərini paltarlarla örtmüşdürlər. Həmin əldə etdikləri külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri “Cavad” adlı İran İslam Respublikası vətəndaşından alıb qabaqcadan bildiriləcək ünvanlara qoymaq üçün “Cavad”dan xəbər gözləmiş və bunun müqabilində 700 manat pul qazanacaqlarını düşünmüşlər. Həmin qeyd edilən evdə narkotik vasitədən bir büküm Təqsirləndirilən şəxs2 Bir büküm isə Təqsirləndirilən şəxs1 götürdükdən sonra siqaret çəkmək üçün yaşadıqları binanın qarşısına düşmüşlər. Yaşadıqları binanın qarşısında Maariflə birlikdə piyada şəkildə hərəkətdə olarkən 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını qeyd etmişlər. Barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı elan etdikdən sonra onu və Maarifi Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmiş, onlar isə buna etiraz etmədən idarəyə gəlmişlər. Xidməti otaqlardan birində hüquq və vəzifələri izah edilmiş və hüquqlarının müdafiəsi məqsədilə dövlət hesabına təyinatla vəkil dəvət olunmuşdur. Daha sonra üzərində şəxsi axtarış aparılması üçün idarənin qadın əməkdaşını dəvət olunmuşdur. Müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmasına başlanmış, şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet varsa, təqdim etməsi təklif edilmişdir. Bu zaman o, əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan büküm çıxarıb təhqiqatçıya təqdim etmiş və içərisindəki açıq qəhvəyi rəngli, spesifik iyə malik kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra üzərində qadın əməkdaş tərəfindən şəxsi axtarış aparılan zaman şalvarının sol yan cibindən 1 ədəd “Samsung A52” markalı mobil telefon aşkar edilmiş və “SİM kart” yuvasına daxil edilmiş “+99470- 422-45-15” mobil nömrəsi ilə birlikdə götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən qanunla saxlanılması qadağan olunmuş başqa hər hansı əşya, predmet və sair aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar edilmiş kütlə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri Daxili İşlər Nazirliyinin 7 nömrəli möhürü ilə möhürlənmiş, o, müdafiəçi, təhqiqatçı, həmçinin digər polis əməkdaşları tərəfindən zərfin üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün “Samsung A52” markalı mobil telefon da götürülüb qablaşdırılmışdır. Şifahi sorğu zamanı ondan həmin kütlənin kimə məxsus olduğu və necə və haradan əldə etdiyi, üzərindən başqa hər hansı ünvanda narkotik vasitə gizlədib-gizlətmədiyi soruşulmuşdur. O, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, sosial şəbəkə vasitəsilə tanış olduğu “Cavad” adlı İran İslam Respublikası vətəndaşı vasitəsilə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədilə götürdüyünü, bunun müqabilində pul alacağını, narkotik vasitələri başqa şəxslərə bağışlamadığını və satmadığını, yaşadığı ünvan 3vanında külli miqdarda narkotik vasitə və psixotrop maddələr saxladıqlarını bildirmiş və mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmişdir. Narkotik vasitə və psixotrop maddələri əldə edərkən daim Maariflə birlikdə hərəkət etmişlər. Şəxsi axtarış aparılmazdan əvvəl üzərinə müdaxilə olunmamış, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Şəxsi axtarış aparıldıqdan sonra o, qeyri-rəsmi münasibətdə yaşadığı Maarif, onların müdafiəçiləri və polis əməkdaşları ilə birlikdə Abşeron rayonu Xırdalan şəhərində yerləşən mənzilə getmiş və baxış keçirilməsində iştirak etmişlər. Baxış zamanı onlara mənzildə qanunsuz saxladıqları vasitə və maddələrin harada olması ilə bağlı sual verilmiş və həmin kütlələrin təqdim olunması təklif edilmişdir. Bundan sonra o, Maariflə birlikdə yaşadıqları mənzilin yataq otağındakı divanın künc hissəsində saxladıqları, üzərinə pal-paltar yığılmış 1 ədəd göy rəngli, üzərində “Levis” yazısı olan sellofan bağlamanın içərisindəki 4 ədəd bükümdə narkotik vasitə heroini, 2 ədəd bükümdə psixotrop maddə metamfetamini könüllü surətdə təqdim etmişlər. Həmin bükümlərin sellofan materialdan olmuş və üzəriləri yapışqanlı lentlə bağlanmışdır. Həmçinin bağlamanın içərisindən ona və Maarifə məxsus narkotik vasitə və psixotrop maddələrin çəkilərini və miqdarlarını qeyd etdikləri 1 ədəd dəftər, narkotik vasitə və psixotrop maddələri çəkmək üçün istifadə etdikləri 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Daha sonra həmin kütlələr qablaşdırılaraq Daxili İşlər Nazirliyinin 7 nömrəli möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra mənzilin otaqlarına baxış keçirilsə də, hər hansı narkotik vasitə, psixotrop maddə, habelə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar olunmamışdır. Ardınca ondan mənzildə aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin kimə məxsus olduğu, hardan əldə edildiyi, nə məqsədlə mənzildə saxlanıldığı soruşulmuş, o isə verilən suallara cavab olaraq həmin kütlələrin özünə məxsus olduğunu, sosial şəbəkə vasitəsilə tanış olduğu "Cavad” adlı İran İslam Respublikası vətəndaşının qoyduğu Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisindən şəxslərə çatdırmaq məqsədilə götürüldüyünü, bunun müqabilində pul alacağını, narkotik vasitə və psixotrop maddələri götürən və digər yerlərə çatdıran zaman tanışı Maariflə birlikdə olduğunu, daha əvvəl yaşadıqları mənzilə baxış keçirilmədiyini, üzərlərində olan narkotik vasitəni həmin bükülüdən ayıraraq götürdüklərini bildirmişdir. (Cild 1, iş vərəqləri 122-126) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, 17 oktyabr 2023- il tarixdə saat 03:00-04:00 radələrində o və əməliyyat qrupunun digər iştirakçıları Şahid3 və Şahid2 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində 28-ci məhəllədə, onların yaşadıqları ünvan yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edərək yaxınlaşıb özlərini təqdim etmişlər. Onları Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olma və üzərilərində külli miqdarda narkotik vasitə gəzdirmədə şübhəli olduqlarını bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Həmin zaman üzərlərində narkotik vasitələr olduğu şəxsi axtarış keçirilən zaman aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 üzərində təxmini 100 qram narkotik vasitə, Təqsirləndirilən şəxs2 üzərində isə 60 qram narkotik vasitə aşkar olunmuşdur. Daha sonra yaşadıqları mənzilə getməyi təklif etmişlər və narkotik vasitələri təqdim etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, daxil olan əməliyyat məlumatı əsasında 17 oktyabr 2023-cü il tarixdə saat 03:15 radələrində o və əməliyyat qrupunun digər iştirakçıları Şahid3 və Şahid1 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində 28-ci məhəllədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edərək onlara yaxınlaşmış, özlərini təqdim etmişlər. Onları Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olma və üzərilərində külli miqdarda narkotik vasitə gəzdirmədə şübhəli olduqlarını bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. İdarədə üzərlərinə şəxsi axtarış keçirilmiş, hər ikisinin üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərinə axtarış keçirilməsi üçün qadın dəvət olunmuşdu, lakin kim olduğu haqda məlumatı yoxdur. Daha sonra yaşadıqları mənzilə getməyi təklif etmişlər və narkotik vasitələri təqdim etmişlər. Ev hadisə yerinə yaxın idi, yəni Xırdalanda yerləşirdi. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərdi ki, 17 oktyabr 2023-cü il tarixdə saat 03:15 radələrində o və əməliyyat qrupunun digər iştirakçıları Şahid1 və Şahid2 ilə birlikdə Şahid1 rəhbərliyi ilə Abşeron rayonu, Xırdalan şəhərində 28-ci məhəllədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müəyyən edərək onlara yaxınlaşmış, özlərini təqdim etmişlər. Onları Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olma və üzərilərində külli miqdarda narkotik vasitə gəzdirmədə şübhəli olduqlarını bildirib Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Daha sonra yaşadıqları mənzilə getməyi təklif etmişlər. Ev ünvanını özləri könüllü vermişlər. Onların həm üzərindən, həm də evlərindən narkotik vasitə aşkar olunmuşdur. Evdən təxmini 6 bükümdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Evdə Təqsirləndirilən şəxs2 qızları olmuşdur. Başqa şəxslərin olub-olmadığını xatırlamır. Videoçəkiliişdən əvvəl evə girilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs2 əynində olan tünd yaşıl rəngli şalvarın sağ yan cibindən isə 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddəni və 1 ədəd “Samsung A52” markalı mobil telefonu (“SİM kart” yuvasına daxil edilmiş “+99***-***-**-**” mobil nömrəsi ilə birlikdə) təqdim etmiş, həmin büküm və mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 56-58) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sağ yan cibindəki 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddəni, 1 ədəd “Samsung GT-S5282” markalı mobil telefonu (“SİM kart” yuvasına daxil edilmiş “+99***-***-**-**” mobil nömrəsi ilə birlikdə), 1 ədəd açarı və 1 ədəd alışqanı təqdim etmiş, həmin büküm, mobil telefon, açar və alışqan müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 60-62) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, 17 oktyabr 2023-cü il tarixdə saat 11:00-dan saat 11:19-dək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları ünvan 3vanında yerləşən mənzilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 mənzilin yataq otağında saxladıqları 1 ədəd göy rəngli sellofan bağlamanın içərisindəki 2 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddəni, 4 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddəni, 1 ədəd elektron tərəzini və 1 ədəd içərisində qələmlə müxtəlif yazılar icra edilən göy üzlüklü dəftəri təqdim etmiş, həmin bükümlər, elektron tərəzi və dəftər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (Cild 1, iş vərəqləri 66-68) “Şəxsi axtarış və götürmə aparılması haqqında” və “evə baxış keçirilməsi və götürmə aparılması haqqında” 17 oktyabr 2023-cü il tarixli protokollarda əks olunan əməliyyat-istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı 03 ədəd disk cinayət işi materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərin əks olunduğu disklərə məhkəmədə təqsirləndirilən şəxslərin və digər proses iştirakçılarının iştirakları ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxslərin şəxsi axtarışı və evə baxış zamanı protokollarda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş “mobil telefona baxış keçirilməsi haqqında” 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd “Samsung” markalı mobil mobil telefona baxış zamanı müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs2 məxsus “**********33192/01/” və “ **********33194/01 “” imei kodlu “Samsung” markalı mobil telefonun SMS, MMS mesajlarının göndərildiyi və daxil olduğu “Mesajlar” bölməsinə, “Telefon” bölməsinə, şəkil və videofaylların saxlanıldığı “Qalereya” bölməsinə, mobil nömrələrin qeyd edildiyi “Kontaktlar” menyusuna, həmçinin 070-422- 45-15 GSM nömrəsi ilə istifadə edilən “Whatsapp” sosial şəbəkəsinə və digər bölmələrə baxış keçirilmişdir. “Qalereya” bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 mobil telefonunda narkotik vasitələri deyilən ünvanlara çatdırdıqdan sonra həmin ünvanları qeyd etmək üçün çəkilmiş şəkillər, narkotik vasitə və psixotrop maddələri almaq üçün pul göndərdiyi çeklərin qəbzlərin şəkilləri, narkotik vasitə əldə etdiyi ünvanların şəkilləri, bundan başqa həmin telefonun qalereyasında elektron tərəzi üzərində müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddə şəkilləri əks olunmuşdur. “Kontaklar” menyusuna daxil olunduqda “+98- 939-062-3788” mobil nömrəsinin mobil telefonun yaddaş qurğusunda “Hexixanım” adı ilə qeyd olunduğu, mobil telefona quraşdırılmış “Whatsapp” sosial şəbəkəsinə daxil olunduqda isə “Hexixanım” adı ilə qeyd edilmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında adı çəkilən sosial şəbəkədə mütəmadi olaraq zəng etməklə əlaqə saxlanıldığı və həmin şəxs ilə aralarında mütəmadi olaraq narkotik vasitə və psixotrop maddə alış-verişi müəyyən edilmişdir. (Cild 2, iş vərəqləri 177-194) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 Arif oğluna məxsus mobil telefona baxış keçirilməsi haqqında 02 iyul 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən “Samsung” markalı mobil telefonun qarşı hissəsi qara rəngdə olmaqla üzərində böyük ölçüdə sensorsuz ekran vardır. Mobil telefonun arxa hissəsi qara rəngdədir, aşağı orta hissəsində “Samsung” sözləri vardır. Mobil telefonda 077- ***-**-** nömrəli mobil nömrə aşkar edildi. Mobil telefonun üzərində hər hansı gözəçarpan zədələnmə mövcud deyildir. Beləliklə mobil telefon ümumilikdə ilkin görünüşünə əsasən istifadəyə yararlı vəziyyətdədir. Bundan sonra mobil telefonu açıb menyu bölməsinə daxil olduqdan sonra ilkin olaraq ismarıc qutusuna baxış keçirildi. “Kontaklar” menyusuna daxil olunduqda “+**********07“ mobil nömrəsinin mobil telefonun yaddaş qurğusunda “A Cavad CVD” adı ilə qeyd olunduğu aşkar edildi. Baxış zamanı istintaq üçün əhəmiyyətli ola biləcək hər hansı ismarıc aşkar edilmədi. Həmçinin mobil telefonun daxil olan və çıxan zənglər siyahısına və fotoşəkillər olan bölməsinə tərəfimdən baxış keçirilsə də, həmin baxış zamanı istintaq üçün əhəmiyyətli heç bir hal müəyyən edilməmişdir. (Cild 2, iş vərəqləri 195-198) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş “dəftərə baxış keçirilməsi haqqında” 05 iyul 2024-cü il tarixli protokoldan görünür ki, qeyd dəftərçəsi bənövşəyi rənglidir. Həmin qeyd dəftərçəsinin üzərində ağ rəngli hərflərlə “Simnote” sözləri qeyd olunmuşdur. Dəftərin birinci vərəqində göy və yaşıl rəngli müxtəlif qələmlərlə Elektron ünvan 83,30,84,28,08 və digər rəqəmlər və yazılar aşkar olunmuşdur. Qeyd dəftərinin digər vərəqlərinə baxış keçirilən zaman isə 100 k, 20m, 30k, 50K, 70K və digər yazılar əks olunmuşdur. (Cild 2, iş vərəqləri 199-204) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kimyəvi ekspertiza üzrə 17 oktyabr 2024-cü il tarixli, 3-16- 16/1-6/5461 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir ki,tədqiqata təqdim olunmuş: -üzərində “Təqsirləndirilən şəxs2”sözləri olan 1№-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 57,560 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. üzərində”Təqsirləndirilən şəxs1 Arifsözləri olan 2№-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi98,603 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -üzərində “Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Arif oğlu’’sözləri olankağız yapışdırılmış 3№-li bağlamadaki dörd ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 370 qram, 460 qram, 400 qram, 570 qram, ümumi təmiz çəkisi 1800 qram olan qəhvəyi rəngli maddələr, kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 ədəd bükümdə isəayrı ayrılıqda təmiz çəkiləri 25 qram və 260 qram, ümumi təmiz çəkisi 510 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır.İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçünonların çəkisini müəyyən etmək mümkün olmamışdır. 1 və 2 №li zərflərdəki və bağlamadaki narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 1956,163 qramdır. Bağlamadaki psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. (Cild 1, iş vərəqləri 80-86) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 Abşeron rayon şöbəsinin 24 noyabr 2023-cü il tarixli 2284 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və xəsarətin izi aşkar olunmamışdır. (Cild 2, iş vərəqləri 1-2) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş edilmiş məhkəmənarkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 09 dekabr 2023-cü il tarixli 8097 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Arif oğlunda opioidlərin və psıxostımulyatorların birgə qəbulu nəticəsində yaranmış aslılıq sindiromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 3-4) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 16 dekabr 2023-cü il tarixli 8261 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psıxosımulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 5-6) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 18 dekabr 2023-cü il tarixli 3510 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-in 21 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və onun məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqləri 7-10) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 18 dekabr 2023-cü il tarixli 3509 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və onun məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 2, iş vərəqləri 11-14) Cinayət işinin materiallarında olan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, 509,9 qram psixotrop maddə metamfetamin, 1955,863 qram narkotik vasitə heroin, “Samsung A 52” markalı və Samsung GT-S5282” markalı mobil telefonlar, 01 ədəd elektron tərəzi, 01 ədəd göy üzlüklü dəftər maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. 03 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. (Cild 2, iş vərəqləri 207-227) Məhkəmə, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən hədələnmələri, Təqsirləndirilən şəxs1 fiziki təzyiq göstərilməsi, onlarda narkotik vasitə və psixotrop maddə olmaması, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin isə polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizələri, törətdikləri cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməllərini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə həmçinin hər iki təsirləndirilən şəxslərin əməlinin narkotik vasitələrin satışı ilə bağlı olması qənaətinə gələrkən konkret satışla bağlı sübutların mövcudluğunu, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin külli miqdarda olmasını, həmçinin elektron tərərzinin mövcud olmasını da əsas götürür. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri ifadələri işin obyektiv hallarına uyğun olduğundan, həmin ifadələr daha səmimi ifadələr kimi qəbul olunmalıdır. Məhkəmə yekun qərar – ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, 8 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. (Cild 1, iş vərəqləri 200, 221-222). Bundan başqa, elektron məhkəmə informasiya sistemindəki məlumatlardan və iş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində biri azyaşlı (xx.xx.2018-ci il təvəllüdlü), biri yetkinlik yaşına çatmayan, ikisi isə gənc olmaqla 4 uşağı vardır. (Cild 2, iş vərəqləri 90-105) Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluqlarının olmaması, onların ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmaları, bundan başqa Təqsirləndirilən şəxs2 azyaşlı övladı Davud Məmmədovun “febril qıcolma” diaqnozundan əziyyət çəkməsi və ana himayəsinə eytiyyacının olması da onların cəzalarını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 17 oktyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli qərarı ilə onların barələrində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 14 fevral 2024-cü il tarixli qərarları ilə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimlan tədbirinin müddəti uzadılmışdır. Abşeron rayon məhkəməsinin 13 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı növündə qətimkan tədbiri ilə əvəz olunmuşdur. 17 may 2024-cü il tarixdə isə onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti başa çatdığından polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Abşeron rayon məhkəməsinin 17 may 2024-cü il tarixli və 15 iyul 2024-cü il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (cild 1, iş vərəqləri 23, 47, 117-121, 158-160, 148-151, Cild 2, iş vərəqləri 66-67, 122-127, 171-173) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Xarici vətəndaş, yəni Gürcüstan Respublikasının vətəndaşı olan Təqsirləndirilən şəxs1 barəsində əlavə cəza qismində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının tətbiq edilməsinin mümkünlüyü ilə bağlı məhkəmə qeyd edir ki, həmin Məcəllənin 52.2.1-ci maddəsinə əsasən barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə şamil edilmir. (Cild 2, iş vərəqləri 106-109) Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında daimi yaşamasını və Azərbaycan Respublikasında daimi qeydiyyatda olduğu ünvan olduğunu nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə əlavə cəza qismində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilə bilməz. Bununla belə məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halların məcmusuna, cəzasını ağırlaşdıran halların olmamasına və azyaşlı uşağının olduğuna görə, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci tətbiq edilməsinə kifayət qədər əsas olduğundan, ona təyin edilən azadlıqdan məhrumetmə növündə cəzanın çəkilməsi uşaqları on dörd yaşına çatanadək təxirə salınmalıdır. Belə ki, cinayət qanunun həmin maddəsinə görə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə bu nəticəyə gələrkən Təqsirləndirilən şəxs2 subay olmasını, onun barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzası təxirə salmadan icraya yönəldildiyi halda, bir azyaşlı oğlu və biri yetkinlik yaşına çatmyan olmaqla digərləri gənc olan 3 qızıda olmaqla, ümumilkdə ana himayəsinə ehtiyyacı olan 4 övladının kimsəsiz qalmaqla onların aqibəti sual altında qalmış olardı. Təqsirləndirilən şəxs2 cəzasının təxirə salınaraq sonradan icra olunması isə azyaşlı uşağın ana himayəsi ilə böyüməsi, digər yetkinlik yaşına çatmayan və gənc övladlarının isə tam həddi bullağa çataraq, işlə təmin olunmalarına, tam yetkin vətəndaş olmaqla 14 yaşına çatmış kiçik qardaşlarını da himayə götürmək və ona baxmaq qabiliyyətində olmalarına rəvac verərdi. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 azyaşlı övladı Davud Məmmədovun “febril qıcolma” diaqnozundan əziyyət çəkməsi səbəbindən də ana himayəsinə ehtiyyacının olmasını vurğulayır. Belə ki, “Azərbayсan Respublikasının Сinayət Məсəlləsinin 79.1-сi maddəsinin Azərbayсan Respublikası Konstitusiyasının 25-сi maddəsinin İ, İİ və İİİ hissələrinə, 26-сı maddəsinin İİ hissəsinə, 28-сi maddəsinin İ hissəsinə, 147-сi maddəsinə və 149-сu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 mart 2010-сu il tarixli Qərarında qeyd olunur ki, “СM-nin müddəaları (o сümlədən 79-сu maddə) müəyyən siyasi-hüquqi münasibətlərin, hüquq normalarının, ideyaların, baxışların sistemi kimi səсiyyələndirilən və dövlət tərəfindən yürüdülən сinayət-сəza siyasəti ilə bağlıdır. Bu siyasətin əsas məzmunu məqsəd və vəzifələrin işlənib hazırlanmasından, iсtimai təhlükəsizliyin və сinayətkarlığın aradan qaldırılması və ya sosial baxımdan qəbul oluna biləсək səviyyədə saxlanmasının təmin edilməsi üçün zəruri vasitə və üsulların seçilməsindən ibarətdir. Сinayət-сəza siyasəti kompleks xarakteri daşıyır və digərləri ilə yanaşı ilk növbədə сinayətkarlıqla mübarizənin aparılması üzrə сinayət-hüquqi, сinayət-prosessual, сəza-iсra normalarının müəyyənləşdirilməsini nəzərdə tutur. Сinayət-сəza siyasəti və СM-nin müddəaları bir-birilə sıx əlaqədardır. Bu Məсəllə Konstitusiyaya, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanaraq nəinki сinayətin anlayışını, onun növlərini, subyektlərini, сinayətlərin tərkiblərini, həmçinin сəzanın anlayışını, məqsədini, növlərini və tətbiqi şərtlərini, o сümlədən сəzanın çəkilməsinin təxirə salınması ilə bağlı məsələləri müəyyənləşdirir”. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında isə vurğulanmışdır ki, “...cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra digər halları da nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir....”. Həmçinin həmin Qərarda göstərilir ki, “....cinayət qanununda nəzərdə tutulmuş cəzanın çəkilməsinin təxirə salınması qaydaları CPM-nin hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat fəslində nəzərdə tutulmuşdur. CPM-in 510.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda hamilə və ya azyaşlı uşağı olan qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi barəsində cəzanın çəkilməsi hökmü çıxarmış məhkəmə tərəfindən uşağın səkkiz yaşı tamam olanadək təxirə salına bilər. Qeyd edilməlidir ki, həmin şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər...”. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, təkbaşına 4 uşağa baxan Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, cinayət qanunvericiliyinin təməl prinsipləri olan, ədalət və humanizm prinsiplərinə də uyğundur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 barəsində cəzanın icrası təxirə salındığından Cinayət-Prosessual Məcəlləsinin 357-ci maddəsinin tələblərinə əsasən məhkəmənin hökmü elan edildikdən dərhal sonra təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilməli və o, qətimkan tədbirinin tətbiqindən azad olunsun. Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən təqsirləndirilən şəxslərdə narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxslərə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxslər barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 509,9 qram psixotrop maddə metamfetamin, 1955,863 qram narkotik vasitə heroin, 01 ədəd göy üzlüklü dəftər məhv edilməli, Təqsirləndirilən şəxs2 məxsus “Samsung A 52” markalı mobil telefon Təqsirləndirilən şəxs2 qaytarılmalı, Təqsirləndirilən şəxs1 Arif oğluna məxsus “Samsung GT-S5282” markalı mobil telefon Təqsirləndirilən şəxs1 yaxın qohumlarından birinə qaytarılmalı, 03 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Arif oğlundan 40 manat 50 qəpik məbləğində, Təqsirləndirilən şəxs2 40 manat 50 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər tərəfindən öz hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, həmin müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Arif oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Arif oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 Arif oğlunun cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Arif oğlu barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 17 oktyabr 2023-cü il tarixdən 17 may 2024-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 07 ay ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 05 il 11 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs2 himayəsində olan 26 oktyabr 2018-ci il təvəllüdlü X2 adlı uşağı on dörd yaşına çatanadək ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri ləğv edilsin və o, qətimkan tədbirinin tətbiqindən azad olunsun. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 üzərində nəzarətin həyata keçirilməsi və tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin aidiyyəti bölməsinə həvalə edilsin. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan 509,9 qram psixotrop maddə metamfetamin, 1955,863 qram narkotik vasitə heroin və 01 ədəd dəftər məhv edilsin, 01 ədəd elektron tərəzi xüsusi müsadirə edilərək əvəzsiz olaraq dövlət nəfinə alınsın, Təqsirləndirilən şəxs2 məxsus “Samsung A 52” markalı mobil telefon və Təqsirləndirilən şəxs1 Arif oğluna məxsus “Samsung GT-S5282” markalı mobil telefon müvafiq olaraq həmin təqsirləndirilən şəxslərin yaxın qohumlarından birinə qaytarılsın, cinayət işinin materiallarına əlavə edilmiş 03 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 Arif oğlundan 40 manat 50 qəpik məbləğində, Təqsirləndirilən şəxs2 40 manat 50 qəpik məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 Arif oğluna isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.hmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar