Məhkəmə qərarları › İş №1(124)-98/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-98/2022

07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-98/2022 07.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X2 (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Abuşova Nərmin Latiq qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Bakı şəhəri 19 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri «Şamaxinka» adlanan ərazisində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ümumi təmiz çəkisi 80,689 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 92,385 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq Sumqayıt şəhəri ərazisinə gətirmiş, külli miqdarda ümumi təmiz çəkisi 80,689 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindən 9,877 qramını üzərində saxlamış, qalan 70,812 qram çəkidə narkotik vasitə olan heroini və ümumi təmiz çəkisi 92,385 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini yaşadığı Sumqayıt şəhəri 10-cu mikrorayon 66 saylı binanın 54-cü mənzilində gizlətmiş, xx.xx.2021-ci il tarixdə saat 16:05-də Sumqayıt şəhəri 10-cu mikrorayon, 66 A saylı binanın yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ iç cibindən 01 ədəd şəffaf rəngli sellofanın içərisində külli miqdarda təmiz çəkisi 9,877 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmin gün saat 16:58-də yaşadığı ünvan 2-ə baxış keçirilərkən mənzilin dəhlizində yerə qoyulmuş göy rəngli sellofan torbanın içərisində olan şəffaf plastik qabın içərisindən külli miqdarda təmiz çəkisi 9,877 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan 01 ədəd şəffaf sellofana bükülmüş külli miqdarda təmiz çəkisi 70,812 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd şəffaf sellofana bükülmüş külli miqdarda ümumi təmiz çəkisi 92,385 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və üzərində heroinin və metamfetaminin izləri olan 01 ədəd «Aosai» markalı qara rəngli elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 16:05-də Sumqayıt şəhəri 10-cu mikrorayon ev 66 A ünvanına doğru hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini ona təqdim edib, ona özünü təqdim etməyi xahiş etdikdə, o da özünü təqdim etmişdir. Onlar ona qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığını izah edərək saxlanıldığı yerdə müvafiq şərait olmadığından sənədləşdirməni davam etdirmək və üzərinə şəxsi axtarış keçirmək üçün ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİnin 1-ci PB-yə dəvət etmişlər və o, buna etirazının olmadığını bildirmişdir. Bundan sonra o xidməti avtomobilə əyləşdirilmiş və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının müşayəti ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmişdir. Bölmədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 və onu gətirən polis əməkdaşlarının iştirakları ilə üzərində qanunsuz saxladığı əşyaları təqdim etmək təklif olunmuş, bundan sonra o, sağ əli ilə əynində olan göy rəngli cins şalvarın sağ iç cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan heroini, daha sonra sağ əli ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli açarı çıxardaraq təqdim etmişdir. Ondan qeyd edilən narkotik vasitəyə bənzər maddələrin nə olduğu, haradan, kim və ya kimlərdən əldə etdiyi və həmin maddənin müqabilində nə qədər və hansı qaydada ödəniş etdiyi soruşulduqda, o həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, Bakı şəhəri «Şamaxinka» adlanan ərazidə tanımadığı İran İslam Respublikası vətəndaşından 2000 manata aldığını və plastik kart vasitə ilə həmin şəxsə ödəniş etdiyini bildirmişdir. Ona Sumqayıt ŞPİ-nin 1-ci PB-nə yaşadığı evdə, yəni ünvan 2 ünvanında narkotik və psixotrop maddələr saxlaması barədə məlumat daxil olduğu bildirilmiş və ondan bu barədə nə deyə biləcəyi soruşulduqda, o daxil olan məlumatın həqiqəti əks etdirdiyini, yaşadığı evdə də təxmini 100 qrama yaxın çəkidə narkotik vasitə olan metamafetamin və təxmini 75 qrama yaxın çəkidə narkotik vasitə olan heroin saxladığını, üzərindən aşkar olunmuş heroinlə, evində saxladığı heroin və metamfetamini birlikdə 2000 manat aldığını bildirmişdir. Ona yaşadığı ünvanda baxış keçirilməsi təklif olunduqda, o buna etirazının olmadığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin eletkron tərəzi vasitəsi ilə çəkilmiş və 10, 14 qram olması müəyyən olunmuşdur. 01 ədəd gümüşü rəngli açar isə özünə qaytarılmışdır. Bundan sonra o polis əməkdaşları və vəkili Müdafiəçi1 ilə birlikdə yaşadığı ünvana getmişlər. Qeyd edilən ünvanın qarşısında videoçəkiliş aparılmaqla ona 1-ci PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən yaşadığı qeyd edilən mənzildə narkotik vasitə saxladığını deməsi və mənzilə baxış və axtarış keçirilməsinə etiraz etməməsini xatırlatmışlar. O etiraz etməmişdir. Vəkili Müdafiəçi1 və polis əməkdaşlarının iştirakları lift vasitəsi ilə yaşadığı binanın 9-cu mərtəbəsinə qalxmışlar. O liftin çıxışında sol tərəfdə olan göy rəngli dəmir qapının yaşadığı ünvan olduğunu bildirmiş və qapını həmin gümüşü rəngli açarla açdıqdan sonra onlar içəriyə daxil olaraq mənzilin sol tərəfində dəhlizdə yerə qoyduğu göy rəngli sellofan torbanı götürərək qeyd etdiyi narkotik vasitələrin torbanın içərisində olduğunu bildirmişdir. Daha sonra içərisindən şəffaf plastik qabı çıxardaraq qapağını açıb əvvəlcə 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini, daha sonra 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini və 01 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Ondan tərəzi barədə soruşulduqda, o həmin tərəzidən narkotik vasitənin çəkisini çəkməkdən ötrü istifadə etdiyini bildirmişdir. Daha sonra yaşadığı ünvanda aşkar olunmuş heroinin çəkisi 73,58 qram, metamfetaminin çəkisi 95,82 qram olması elektron tərəzi vasitə ilə çəkilərək müəyyən edilmişdir. Evindən aşkar olunmuş heroin, metamfetamin və tərəzidə vəkilinin iştirakı ilə qablaşdırılmışdır. Daha sonra bölməyə qayıtmışlar və orada müvafiq sənədləşmə aparılaraq protokollar tərtib edilmiş, o da həmin protokollara imza etmişdir. İran İslam Respublikasının vətəndaşının adını sonradan yadına salaraq Hacı olduğunu bilsə də, onun başqa anket məlumatlarını və mobil telefon nömrəsini bilməmişdir. Onunla internetin «İnstaqram» sosial şəbəkəsi vasitəsi ilə tutulmamışdan bir neçə gün əvvəl tanış olmuş, üzərindən və evindən aşkar olunmuş heroini və metamfetamini hamısını birlikdə tutulmamışdan 2 gün əvvəl, yəni xx.xx.2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, «Şamaxinka» adlanan ərazidə həmin Hacı adlı İran İslam Respublikasının vətəndaşı ilə görüşüb onun ona verdiyi bank kart hesabına «Milliön» vasitəsi ilə 2000 manat pul köçürməklə əldə etmişdir. Onun bank kart hesabını xatırlamamış, ödəniş etdiyi qəbzi də tullamışdır. Daha sonra Sumqayıt şəhərinə evinə gəlmiş, heroinin çox hissəsini və metamfetamini bütöv halda evdə gizlətmiş, heroinin təxminən 10 qramını isə özündə saxlamışdır. xx.xx.2021-ci il tarixdə də o saxlanılarkən üzərindən həmin təxminən 10 qrama yaxın heroin, evindən isə heroinin qalan çox hissəsi, metamfetamin və tərəzi aşkar edilərək götürülmüşdür. O heroini və metamfetamini istifadə etmək məqsədi ilə əldə etmiş, satmaq fikri olmamışdır. Heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədən nişanlı olmasını, əməlindən peşman olmasını nəzərə almağı xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, çünki onun verilən ittihamlar üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid1 göstərdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkilidir, xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərində Vüsal adlı şəxsin üzərində və evində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin saxlaması, satması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 16:05-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 10-cu mikrorayon, ev 66 A saylı binanın yaxınlığında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmişdir. Orada xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videokamera işə salınaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Allahquliyev özünü təqdim edərək, ona da özünü təqdim etməsini xahiş etmiş, o da özünü təqdim etmişdir. Bundan sonra təhqiqatçı Elvin Allahquliyev ona daxil olmuş əməliyyat məlumatına əsasən üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlaması, satması və istifadə etdiyi üçün saxlanılıb bölməyə gətirildiyini bildirib, hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkili Müdafiəçi1 təqdim etmişdir, Təqsirləndirilən şəxs bildirişlə tanış olaraq, vəkilinə etiraz etməmişdir. Daha sonra videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi təklif olunmuşdur. O da əynində olan göy rəngli cins şalvarın sağ iç cibindən 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini, şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli açarı çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan heroini Bakı şəhəri «Şamaxinka» adlanan ərazidə tanımadığı İran İslam Respublikası vətəndaşından 2000 manata aldığını və plastik kart vasitə ilə ödəniş etdiyini, üzərindən aşkar edilmiş açarında evin açarı olduğunu bildirmişdir. Ona Sumqayıt ŞPİ-nin 1-ci PB-nə yaşadığı evdə, yəni ünvan 2 ünvanında narkotik və psixotrop maddələr saxlaması barədə məlumat daxil olduğu bildirilmiş və ondan bu barədə nə deyə biləcəyi soruşulduqda, o daxil olan məlumatın həqiqəti əks etdirdiyini, yaşadığı evdə təxmini 100 qrama yaxın çəkidə narkotik vasitə olan metamafetamin və təxmini 75 qrama yaxın çəkidə narkotik vasitə olan heroin saxladığını, evində saxladığı və üzərindən aşkar olunmuş narkotik vasitənin hamısını tanımadığı İran İslam Respublikasının vətəndaşından 2000 manata aldığını bildirmişdir. Vüsala yaşadığı ünvanda baxış və axtarış keçirilməsi təklif olunduqda, o buna etirazının olmadığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroin elektron tərəzi vasitəsi ilə çəkilmiş və 10,14 qram olması müəyyən olunaraq, zərfə qablaşdırılmış, 01 ədəd gümüşü rəngli açar isə sübut əhəmiyyət kəsb etmədiyindən Vüsalın özünə qaytarılmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs və onun vəkili Müdafiəçi1 ilə birlikdə həmin gün saat 17 radələrində Vüsalın yaşadığı ünvana getmişlər. Qeyd edilən ünvanın qarşısında videoçəkiliş aparılmaqla Vüsalı 1-ci PB-nin inzibati binasında xidməti otaqlardan birində onun üzərinə şəxsi axtarış keçirilərkən yaşadığı qeyd edilən mənzildə narkotik vasitə saxladığını deməsi və mənzilə baxış və axtarış keçirilməsinə etiraz etməməsini xatırlatmışlar. O da etiraz etmədiyini bildirmişdir. Onlar lift vasitəsi ilə onun yaşadığı binanın 9-cu mərtəbəsinə qalxmışlar. Vüsal liftin çıxışında sol tərəfdə olan göy rəngli dəmir qapının yaşadığı ünvan olduğunu bildirmiş və qapını həmin gümüşü rəngli açarla açdıqdan sonra içəriyə daxil olaraq mənzilin sol tərəfində dəhlizdə yerə qoyduğu göy rəngli sellofan torbanı götürərək qeyd etdiyi narkotik vasitələrin torbanın içərisində olduğunu bildirmişdir. İçərisindən şəffaf plastik qabı çıxardaraq qapağını açıb əvvəlcə 01 ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan heroini, daha sonra 01 ədəd şəffaf sellofana bükülmüş psixotrop maddə olan metamfetamini və 01 ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Ondan bunlar barədə soruşulduqda, o narkotik vasitənin çəkisindən əmin olmaq üçün tərəzini saxladığını bildirmişdir. Daha sonra evin digər otaqlarına baxış keçirilmiş, lakin iş üçün sübut əhəmiyyət kəsb edən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Vüsalın yaşadığı ünvanda aşkar olunmuş heroinin çəkisi 73,58, metamfetaminin çəkisi 95,82 qram olması elektron tərəzi vasitə ilə çəkilərək müəyyən edilmişdir. Vüsalın evindən aşkar olunmuş heroin, metamfetamin və tərəzi də Vüsalın vəkilinin iştirakı ilə qablaşdırılmışdır. Daha sonra müvafiq sənədləşmə aparılmış və o da həmin sənədlərlə tanış olaraq, sənədlərə də imza etmişdir. Təqsirləndirilən şəxs qarşı təziq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəisi, polis kapitanı Şahid2 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan raportdan görünür ki, narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 16:05-də Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, yaşadığı evin yaxınlığında saxlanılaraq Polis Bölməsinə gətirilmişdir. (i.v. 4) İş materiallarında olan əməliyyat tədbirlərinin keçirilməsinə dair xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirilib onun üzərinə və yaşadığı mənzilə baxış keçirilməsi qərara alınmışdır. (i.v. 6 ) İş materiallarında olan 09 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində, yaşadığı evin yaxınlığında tutulmuşdur. (i.v.18 ) İş materiallarında olan qərarın surətindən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2021-ci ildən hesablanmışdır. (i.v. 75-76) İş materiallarında olan 09 iyul 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə barədə” və “Baxış keçirilməsi və götürülməsi barədə” protokollardan görünür ki, Sumqayıt şəhəri, 10cu mikrorayon, ev 66A, mənzil 54 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması məlumatı daxil olmuş və daxil olmuş məlumat əsasında iştirakçılar xx.xx.2021-ci il tarixdə, saat 16:05-də Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 66A ünvanının yaxınlığında əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsə yaxınlaşmış və özlərini təqdim edib, ona özünü təqdim etməyi xahiş etdikdə, o, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün saxlanıldığını izah edərək saxlanıldığı yerdə müvafiq şərait olmadığından sənədləşməni davam etdirmək və üzərinə şəxsi axtarış keçirmək üçün ərazi aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət olunmuş və sonuncu buna etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirilmiş və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının müşayəti ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Bölmədə xidməti otaqların birində Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, polis sahə rəisləri, polis kapitanı Şahid2, polis leytenantı Şahid3 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı Orxan Aslanovun iştirakları ilə üzərində qanunsuz saxladığı əşyaları təqdim etmək təklif olunmuş, bundan sonra Təqsirləndirilən şəxs sağ əli ilə əynində olan göy rəngli cins şalvarın sağ iç cibindən 1 (bir) ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan “heroinə” oxşar kütlələri, daha sonra sağ əli ilə əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli açarı çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəyə bənzər maddələrin nə olduğu, haradan, kim və ya kimlərdən əldə etdiyi və həmin kütlələrin müqabilində nə qədər və hansı qaydada ödəniş etdiyi soruşulduqda o, həmin kütlələrin narkotik vasitə olan heroin olduğunu, Bakı şəhəri, “Şamaxinka” adlanan ərazidə tanımadığı İran İslam Respublikası vətəndaşından 2000 (iki min) manata aldığını və plastik kart vasitəsilə ödəniş etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1ci PB-nə yaşadığı evdə yəni, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 66A, mənzil 54 ünvanında narkotik və psixotrop maddələr saxlaması barədə məlumat daxil olduğu bildirilmiş və ondan bu barədə nə deyə biləcəyi soruşulduqda o, daxil olan məlumatın həqiqəti əks etdirdiyini, yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 66A, mənzil 54 ünvanında təxmini 100 (yüz) qrama yaxın çəkidə, narkotik vasitə olan “metamfetamin" və təxmini 75 (yetmiş beş) qrama yaxın çəkidə, narkotik vasitə olan “heroin” saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 66A, mənzil 54 ünvanına baxış və axtarış keçirilməsi təklif olunduqda o, buna etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “heroin” ə bənzər kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və 10.14 (on on dörd) qram olması müəyyən olunmuş, 1 (bir) ədəd gümüşü rəngli açar özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın davamı olaraq Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, polis sahə rəisləri, polis kapitanı Şahid2, polis leytenantı Şahid3 və Sumqayıt ŞPİ-nin KTB-nın inspektor kriminalisti, polis kapitanı Orxan Aslanovun iştirakları ilə onun yaşadığı, ünvan 3 ünvanın qarşısında Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən yaşadığı, qeyd edilən mənzildə narkotik vasitə saxladığını deməsini və mənzilə baxış və axtarış keçirilməsinə etiraz etməməsini xatırladılmışdır. Təqsirləndirilən şəxs təkrar olaraq yaşadığı, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 66A, mənzil 54 ünvanına mənzilə baxış və axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, polis sahə rəisləri, polis kapitanı Şahid2, polis leytenantı Şahid3 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor kriminalisti, polis kapitanı Orxan Aslanovun iştirakları ilə lift vasitəsilə qeyd edilən binanın doqquzuncu mərtəbəsinə qalxmışlar. Təqsirləndirilən şəxs liftin çıxışında sol tərəfdə olan göy rəngli dəmir qapının yaşadığı ünvan olduğunu bildirmiş və qapını açdıqdan sonra içəri daxil olaraq mənzilin sol tərəfində, dəhlizdə yerə qoyduğu göy rəngli sellofan torbanı götürərək qeyd etdiyi narkotik vasitələrin torbanın içərisində olduğunu bildirmişdir. İçərisindən şəffaf plastik qabı çıxardaraq qapağını açıb əvvəlcə 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “Heroinə” bənzər kütlələri, daha sonra 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “metamfetaminə” bənzər kütlələri və 1 (bir) ədəd qara rəngli elektron tərəzini təqdim etmişdir. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasında xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilərkən qeyd edilən narkotik vasitələri istifadə etmək üçün aldığını dediyini xatırladılmış və tərəzini nə məqsədlə saxladığını soruşduqda o, narkotik vasitənin çəkisindən əmin olmaq üçün tərəzini saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq qeyd edilən mənzilin iki otaqdan ibarət olduğunu, hal-hazırda təmirə dayandığını və yalnız bir otağının istifadə olunduğunu, atası və anası ilə birgə yaşadığını, təmir işləri getdiyi üçün valideynlərinin başqa ünvanda kirayədə qaldıqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 66A, mənzil 54 ünvanından aşkar olunmuş 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “heroin” ə bənzər kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və 73.58 (yetmiş üç, əlli səkkiz) qram olması müəyyən olunmuş, daha sonra Təqsirləndirilən şəxs yaşadığı, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 66A, mənzil 54 ünvanından aşkar olunmuş 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “metamfetamin” ə bənzər kütlələr elektron tərəzi vasitəsilə çəkilmiş və 95.82 (doxsan beş, səksən iki) qram olması müəyyən olunmuşdur. Bundan sonra 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan "heroin” ə bənzər kütlələr, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş, narkotik vasitə olan “metamfetamin” ə bənzər kütlələr və 1 (bir) ədəd elektron tərəzi Təqsirləndirilən şəxs və vəkili Müdafiəçi1 iştirakları ilə qablaşdırılmışdır. Protokol tərtib edilərkən iştirakçılar tərəfindən heç bir irad və təklif daxil olmamışdır. (i.v.22-24, 26- 27) İş materiallarında olan 26 iyul 2021-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə «00186» və «00187» rəqəmlər göstərilən papka müəyyən edilir. Həmin papkalarda olan videogörüntülərdə 09 iyul 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə barədə” və “Baxış keçirilməsi və götürülməsi barədə” protokollarda göstərilənlər təsdiq edilir. (i.v.89-91) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/2765 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs:Təqsirləndirilən şəxs…təqdim etdiyi» yazısı olan 2 (iki) zərfdəki: 01 ədəd bükümdə təmiz çəkisi 9,877 qram və 01 ədəd bükümdə təmiz çəkisi 70,812 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitələr heroindirlər, 01 ədəd bükümdə təmiz çəkisi 92,385 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini müəyyən etmək mümkün olmadı. Təqsirləndirilən şəxs götürülmüş heroinin ümumi təmiz çəkisi 80,689 qramdır və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. (i.v.40-46) İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3248 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu və psixotrop maddə olan metamfetamindən birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v 109-110) İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-X1 Birliyindən verilən xx.xx.2021-ci il tarixli 1362 nömrəli arayışdan və 1363 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 66A, mənzil 54 ünvanında yaşayır və yaşadığı müddət ərzində onun barəsində 16 saylı MKS-nə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 117- 118) İş materiallarında olan 31 iyul 2021-ci il və 20 oktyabr 2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 80,489 qram çəkidə narkotik vasitə heroin, 92,185 qram çəkidə psixotrop maddə olan metamfetamin və 01 ədəd “Aosai” markalı qara rəngli elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk də maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v. 92-93, 143-150) “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Təqsirləndirilən şəxs külli miqdarda ümumi təmiz çəkisi 80,689 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və külli miqdarda ümumi təmiz çəkisi 92,385 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetaminin aşkar olunması, üstündə bunları satmaq üçün avadanlıq, yəni tərəzi olması onun satış məqsədini təsdiq edir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilərək narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaması, bunları satmaq maqsədi olmaması ilə bağlı göstərdiklərini onun məsuliyyətini yüngülləşdirmək üçün etdiyi cəhd kimi qiymətləndirir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halı, onun şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs tutulduğu 09 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin “Maddi sübutların saxlanılması otağı”na təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 80,489 qram olan narkotik vasitə heroin, ekspert tədqiqatından sonra qalıq çəkisi 92,185 qram olan psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 09 iyul 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin “Maddi sübutların saxlanılması otağı”na təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 80,489 qram olan narkotik vasitə heroin, ekspert tədqiqatından sonra qalıq çəkisi 92,185 qram olan psixotrop maddə olan metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: (imza) Fikrət Əliyev Hakim: (imza) Fəhmin Hümbətov Hakim: (imza) Hafiz Əliyev Əsli ilə düzdür X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar