Məhkəmə qərarları › İş №1(124)-98/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-98/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-98/2025 30.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X13 Nizami oğlunun sədrliyi, X11 və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Biləsuvar rayonu, 6 saylı qəsəbədə anadan olmuş, subay, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu, Mehdili ərazi dairəsi, Mehdili kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, BTZ bağları, fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, satış məqsədilə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, həmçinin külli miqdarda narkotik vasitə olan heroin, külli miqdarda narkotik vasitə olan tiryək və az miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi, saxlanması, daşınması və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Muhammed” adlı şəxslə “Whatsapp” proqram təminatı vasitəsi ilə əlaqə saxlayıb əvvəlcədən vəd verməklə onunla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya və rol bölgüsünə əsasən İran İslam Respublikası vətəndaşı “Muhammed” adlı şəxsin şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsilə qanunsuz olaraq satış məqsədi ilə nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhətdən saz, atəşə yararlı yivli odlu döyüş silahı olan 01 ədəd tapançanın, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd darağın, həmçinin 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi - 18,650 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi - 194,723 qram olan tünd qəhvəyi rəngli, qətranabənzər, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin və 01 ədəd bükümdə az miqdarda təmiz çəkisi - 0,74 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın olduğu 01 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bağlamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Dağla” mehmanxanasının yaxınlığında yolun kənarında daş kubiklərin arasında gizlədərək həmin bağlamanın olduğu yerin “məkan”ını Təqsirləndirilən şəxs istifadəsində olan “Whatsapp” proqram təminatına göndərmiş, sonuncu şəxsiyyəti istintaqa “Muhammed” kimi məlum olan İran İslam Respublikası vətəndaşının göndərdiyi 01 ədəd odlu döyüş silahı olan tapançanı, 01 ədəd sandıqçanı, külli miqdarda narkotik vasitə olan heroini, külli miqdarda narkotik vasitə olan tiryəki və az miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə həmin yerdən qanunsuz əldə etmək üçün həmin ünvana gedərək qeyd olunanları gizlədilmiş yerdən götürüb daşımaqla üzərində saxlamış, 02 aprel 2024-cü il tarixdə saat 23:50-də, Sumqayıt şəhər polis İdarəsinin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Dağla” mehmanxanasının yaxınlığında “Star” kafesinin sağ tərəfində olduğu zaman saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra üzərində keçirilən şəxsi axtarış zamanı üzərində olan bağlamanın içərisindən nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhətdən saz, atəşə yararlı yivli döyüş silahı olan 01 ədəd tapança, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq, həmçinin 01 (bir) bükümdə külli miqdarda təmiz çəkisi - 18.650 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd bükümdə külli miqdarda təmiz çəkisi -194,723 qram olan tünd qəhvəyi rəngli, qətranabənzər, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək və 01 ədəd bükümdə az miqdarda təmiz çəkisi - 0,74 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, özünü İran vətəndaşı kimi adlandıran şəxs ona yazmışdır. Ona müxtəlif şəkillər göndərmişdir. Həmin şəkillərin nə olduğunu ondan soruşmuşdur. Həmin şəxs ona torpaq və şüşə olduğunu bildirmişdir. O da onlardan istifadə etmədiyini demişdir. O, ümumiyyətlə heç vaxt istifadə etməmişdir. Həmin şəxs ondan hansı narkotik vasitəsindən istifadə etdiyini soruşmuşdur. Ona “olsa mənim üçün ot təşkil edərsən” demişdir. Ona hazırda olmadığını bildirmişdir. Bir müddət sonra istədiyi narkotik vasitəni təşkil edərək konuma ata biləcəyini bildirmişdir. Üstündən bir müddət keçdikdən sonra həmin şəxs ona pul atmalı olduğunu bildirmişdir. Ona pulunun olmadığını, üç və ya beş günə pulu göndərə biləcəyini bildirmişdir. Həmin şəxs ona pulu göndərmədən narkotiki konuma atmayacağını bildirmişdir. Həmin şəxs ondan üzünün düşdüyü və iran vətəndaşından narkotik aldığını etiraf edən video göndərməsini istəmiş və ona daha sonra pul göndərməyəcəyi təqdirdə həmin videonu sosial şəbəkədə paylaşacağını bildirmişdir. Bu söhbətdən sonra həmin şəxsə narkotiki istəmədiyini bildirmişdir. Daha sonra həmin şəxs ondan şəxsiyyət vəsiqəsinin şəklini göndərməsini istəmişdir. O, həmin şəxsə yenə narkotik istəmədiyini demişdir. Daha sonra həmin şəxs “onda sənə görüntülü zəng edim və zəngə cavab ver” demişdir. Həmin videozəngdə narkotik satanın təkcə bədəni görünmüşdür. 3-5 saniyə sonra zəngi söndürmüşdür. Aprel ayının ikisi olmuşdur. Həmin şəxs ona Masallı şəhərinə narkotiki atacağını desə də, o, Masallıya getməkdən uzaq olduğuna görə imtina etmişdir. Həmin şəxsdən Sumqayıt şəhərinə atmasını istəmişdir. Həmin şəxs ona “üç və ya beş gün gözlə” demişdir. Aprel ayının ikisi axşam saatlarında narkotik vasitəni atacağını demişdir. O da bununla razılaşmışdır. Şəxs ona marixuna atacağını bildirmişdir. Ondan 50 manat müqabilində 5 qram marixuana istəmişdir. Aprel ayının ikisi axşam radələrində konumu ona göndərmişdir. Məhəllədən uşaq ilə yol gedəndə ona 5 qram heroini səhvliklə həmin ünvana atdığını demişdir. O da heroin istəmədiyini bildirmişdir. Həmin şəxsə ətrafında heroin istifadə edən olmadığını bildirmişdir. Sellofan bükümdə olan narkotiki götürüb dostunun yanına gələndə polis əməkdaşları onu saxlamışlar. Polislər onu yerə yıxaraq təpikləmişlər. Avtomobilə mindirərək onu bölməyə aparmışlar. 45 dəqiqə ərzində onu ancaq yumruq və təpik vurmuşlar. Onun telefonunu əlindən almışlar. Telefonu koddan açdıqdan sonra telefonu aparmışlar. Ona ittihamda göstərilən narkotik vasitəsini göstərmişlər. Narkotiki göstərəndə “bu nədir” deyə soruşmuş və ona “bu sənindir” demişlər. Onlara bu narkotikin özünə məxsus olmadığını bildirmişdir. Ona orada tapançanın da olduğunu bildirmişlər. Yenə də onların ona aid olmadığını bildirmişdir. Onlara iranlı ilə danışıqlarının telefonda olduğunu bildirmişdir. O, narkotiki konuma atması və tapança barədə heç bir şey danışmamışdır. Ondan təkcə beş qramlıq marixuana istəmişdir. Onlar çəkilişdə boynuna almayacağı təqdirdə vəkili də uzaqlaşdıracaqlarını və onu toka verəcəklərini demişlər. Həmçinin onu narkotik istifadə edənlərin içərisinə atacaqlarını və onun başına oyunlar açacaqlarını bildirmişdir. O da fiziki təsir altında qalmış və onların dediklərini danışmışdır. O, 11-ci sinifə kimi oxumuş və daha sonra Sumqayıt Dövlət Musiqi Kollecində 4 il oxumuşdur. Tədbirlərdə qarmon ifa etmişdir. O, beş və ya altı dəfə marixuanadan istifadə etmişdir. Evdə üç uşaq olmuşlar. O, kollecə görə Sumqayıt şəhərində olmuşdur. Əvvəlllər məhkumluğu olmamışdır. Ona yazan şəxs iran nömrəsi ilə yazmışdır. Sosial şəbəkə vasitəsi ilə ona yazmışdır. Həmin şəxsin nömrəsi onun yadında deyildir. Fevral ayının axırı və mart ayının əvvəli ona narkotik təklif etmişdir. Həmin şəxs ona bükümlərin şəklini atmışdır. Həmin şəxs ona birinci salam yazmışdır. Salamdan sonra bir başa şəkillər göndərmişdir. Həmin şəkillərin nə olduğunu soruşmuşdur. Ona torpaq və şüşə olduğunu bildirmişdir. O da həmin vasitələrdən istifadə etmədiyini bildirmişdir. O, narkotik vasitəni götürməyə Həsən adlı şəxslə bir yerdə getmişdir. Həsənə getdikləri yer barədə məlumat vermişdir. İran vətəndaşının marixunanı konuma atdığını və götürüb bir yerdə istifadə edəcəklərini demişdir. Həsən onunla razılaşmışdır. Həsən 5 qram narkotik arxasınca getdiklərini bilmişdir. Götürdüyü bağlama ilə polis bölməsində qarşısına qoyulan bağlama arasında çox fərq olmuşdur. Onun valideynləri işləmir. Dostları ilə ilk dəfə narkotik istifadə etməyə başlamışdır. İranlıdan nömrəsini haradan əldə etdiyini soruşduqda iranlı ona iki ay əvvəldən nömrəsinin onda olduğunu bildirmişdir. Həmin iranlı cəzaçəkmə müəssisəsində olduğunu və içəridən yeni çıxdığını bildirmişdir. Əvvəllər iranlının biri də ona yazmış, amma onun nömrəsini bloka atmışdır. Onu həm saxlayan zaman, həm də polis bölməsində döymüşlər. Narkotiki konumdan götürmüşdür. Onu saxlayan kimi yerə yıxaraq döymüşlər. Sonra qoluna qandal vurmuşlar. Daha sonra onu avtomobilə mindirmişlər. Böyük bir bağlamanı gətirərək “bu sənindir” demişlər. Onlara özündə olan bağlamanın bu böyüklükdə olmadığını bildirmişdir. Polislər ona sellofanın içərisində tapançanın da olduğunu bildirmişlər. Xəsarəti olmamışdır. Onun başına və bədəninə vurmuşlar. Bədəni ağrısa da izlər olmamışdır. Onun telefonunun kodu ******* olmuşdur. Döyülməsi ilə bağlı araşdırılma aparılmışdır. O, sanksiya məhkəməsində döyüldüyünü deməmişdir. Özünə qarşı haqsızlıq olunduğunu demişdir. Onu döyənlərdən biri də Şahid1 olmuşdur. Onlar “çəkilişdə dediklərimizi deməsən başqa vəkil gətirib, biz dediyimizi deyənə qədər çəkiliş edəcəyik” demişdirlər. Onun telefonunda narkotikin balaca bir şəkli olmuşdur. Xəsarətlərini ekspertə göstərməmişdir. Başından vurduqlarını və başının ağrıdığını bildirmişdir. Başqa heç nə deməmişdir. Onu döyən şəxslərin içərisində Müdafiəçi2 olsa da, onu digər şəxslərin döydüyü kimi döyməmişdir. Onu döyənlərdən biri də Şahid3 olmuşdur. Onu həbs edən şəxslərin içərisində Şahid2 da olmuşdur. Onu saxlayandan sonra döymüşlər. Onu döyənlərin içərisində Şahid2 da olmuşdur. Narkotik bükümünü də Şahid2 qoymuşdur.İbtidai istintaq zamanı verdiyi İlk ifadəsini təsdiq etməsə də, ikinci ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi xx.xx.2024-cü il tarixli ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, 2004-cü il tarixdə Biləsuvar rayonu, 6 saylı qəsəbədə anadan olmuşdur, subaydır. Cəbrayıl rayonu, Mehdili ərazi dairəsi, Mehdili kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, BTZ bağları, fərdi yaşayış evində yaşamışdır. Rəsmi olaraq heç yerdə işləməsə də, bəzi müddətlərdə fərdi əməklə məşğul olub qazanc əldə etmişdir. Təxminən 3 ay müddətdir ki, narkotik vasitə aludəçisidir. Əsasən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Son vaxtlar istifadə üçün narkotik vasitə əldə etməkdə çətinlik çəkmişdir, satışı ilə məşğul olan şəxs tapdıqda isə yüksək qiymətə satdığından narkotik vasitə ala bilməmişdir. 01 aprel 2024-cü il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə “whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsi ilə +98914 *** ** ** saylı mobil nömrədən özünü “Muhamməd” kimi təqdim edən İran İslam Respublikası vətəndaşı ona yazaraq İran İslam Respublikası vətəndaşı olduğunu və hal-hazırda həmin ərazisində yaşadığını, Azərbaycan Respublikası ərazisində tanışlarının olduğunu, narkotik vasitə və ya psixotrop maddə istəyəcəyi təqdirdə ona təşkil edə biləcəyini demişdir. O, isə sadəcə olaraq “nəşə” kimi bildiyi narkotik vasitə olan marixuana istədiyini demişdir. 02 aprel 2024-cti il tarixdə günorta radələrində “Muhamməd” adlı X14 vətəndaşı ilə əlaqə saxlayan zaman sonuncu Sumqayıt şəhəri ərazisində “məkan” atacağını, həmin məkanda bir ədəd sellofan bağlamada narkotik vasitə olan marixuana, narkotik vasitə olan heroin, narkotik vasitə olan tiryək və bir ədəd darağı ilə bilrikdə tapança olacağını, həmin bağlamanı götürməyini, bağlamada olan narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün götürməyini, digər narkotik vasitələri və silahı darağı ilə birlikdə onun deyəcəyi yerə qoymağını bildirmişdir. Belə ki, bunun qarşılığında mükafat olaraq ona narkotik vasitə olan marixuanam verəcəkdir. O, da onunla razılaşmışdır. Həmin gün o, dostu X4 zəng edib görüşməyi təklif etmişdir. Onlar Həsən ilə görüşmüşlər. O, Həsənə demişdir ki, İran İslam Respublikasının vətəndaşı ona narkotik vasitə olan marixuana göndərib, həmin narkotik vasitəni götürüb istifadə etməklərini təklif etmişdir, Həsən də onunla razılaşmışdır. Həmin vaxt İran İslam Respublikasının vətəndaşı narkotik vasitəni heroini, marixuananı, tiryəki və darağı ilə birlikdə 01 ədəd tapançanı əldə edəcəyi ünvanın yerləşdiyi məkanı ona “whatsapp”da göndərmişdir. Narkotik vasitəni və psixotrop maddəni əldə edəcəyi yer Sumqayıt şəhəri, S.Vurun küçəsi, Dalğa mehmanxanasının yaxınlığında yolun kənarından təxminən 20 metr məsafədə daş kubiklərin arası olmuşdur. O, təxminən saat 22 radələrində Həsən ilə birlikdə birlikdə həmin “məkan”a uyğun getmişdir. Orada heç kimin onlardan şübhələnmələri üçün təxminən 1 saat yarımdan çox gözləmişlər. Təxminən 23:50 radələrində Həsən yolun kənarında qalıb gözləmişdir. O, isə tək olaraq həmin “məkana”nın olduğu yerə getmiş, həmin yerdən daş kubiklərin arasından içərisində narkotik vasitə olan heroin, marixuana, tiryək və darağı ilə birlikdə 01 ədəd tapança olan bağlamanı götürmüş və Həsənə doğru getmişdir. Bu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitələrin və odlu silahın dövriyyəsində şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin inzibati binasına dəvət etmişlər, o, qarşılıq vermədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda saxladığı narkotik vasitə heroini, marixuana, tiryək və darağı ilə birlikdə 01 ədəd tapança silahını özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, özü əynində olan qırmızı rəngli gödəkçənin sol iç cibində saxladığı üzəri şəffaf rəngli yapışqan lentlə əhatələnmiş göy rəngli sellofan bağlamanı təqdim etmişdir. Həmin bağlamanın üzərində olan yapışqanlı lent polis əməkdaşı tərəfindən kəsilərək açılmışdır. Bu zaman da həmin bağlamanın aşağı hissəsindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan "Marixuana" aşkar edilmişdir. Daha sonra göy rəngli sellofan bağlama polis tərəfindən kəsilərək açılmışdır. Bu zaman da onun içərisində olan predmetlərin qara rəngli sellofana büküldüyü aşkar edilmişdir. Həmin qara rəngli sellofan da polis əməkdaşı tərəfindən kəsilərək açılmışdır. Bu zaman da onun içərisindən 01 ədəd şəffaf sellofan bükümdə açıq-qəhvəyi rəngli, narkotik vasitə olan "Heroin", 01 ədəd şəffaf rəngli sellofan bükümdə qara rəngli, narkotik vasitə olan "Tiryək" və 01 ədəd "Makarov" tipli tapança aşkar edilmişdir. Həmin tapança polis əməkdaşı tərəfindən yoxlanılmış, üzərində 01 ədəd” boş daraq olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, bildirmişdir ki, üzərindən aşkar edilmiş predmetləri (narkotik vasiyəyə bənzər maddələri və silahı) qabaqcadan mobil telefon vasitəsi ilə əlaqə saxladığı, İran vətəndaşının Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Dalğa mehmanxanasının yaxınlığında ona şəklini və konumunu göndərmiş olduğu ünvandan götürmüşdür, onları götürməkdə də məqsədi İran vətəndaşının ona verəcəyi Marixuana kimi tanıdığı narkotik vasitəni pulsuz əldə etmək üçün digər narkotik vasitələri və silahı onun dediyi ünvana aparıb qoymaq olmuşdur. Şəxsi axtarış zamanı onun üzərindən aşkar olunan, içərisində açıq-qəhvəyi rəngli, narkotik vasitə olan "Heroin"ə bənzər maddə olan 01 ədəd şəffaf rəngli sellofan büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisi 20 qram, üzərindən aşkar olunan içərisində qara rəngli, narkotik vasitə olan "Tiryək"ə bənzər maddə olan 01 ədəd şəffaf rəngli sellofan büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisi 195 qram, üzərindən aşkar olunan içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan "Marixuana"ya bənzər bitki kütləsi olan 01 ədəd şəffaf rəngli sellofan büküm tərəziyə qoyulub çəkilən zaman onun sellofanla birlikdə çəkisi 2 qram olduğu müəyyən edilmişdir. Üzərindən aşkar olunmuş həmin maddələr, bitki kütləsi və 01 ədəd boş daraq ilə birlikdə 01 ədəd tapança Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Üzərinə şəxsi axtarış keçirən zaman aşkar edilmiş 01 ədəd Samsung markalı mobil telefon vasitəsi ilə İran vətəndaşı ilə əlaqə saxladığına görə həmin mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonda üzərindən aşkar edilmiş həmin predmetlər ilə bağlı bölmədə müvafiq araşdırma aparılacağı ona qeyd edilərək videoçəkiliş dayandırılmışdır. Qeyd etmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı zaman, polis bölməsinə gətirildiyi müddətdə, habelə polis bölməsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz olaraq heç bir hərəkət edilməmişdir. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir, satışı ilə məşğul olmamışdır. Lakin bu dəfə marixuana qarşılığında İran İslam Respublikasının atacağı “məkan”a uyğun olaraq digər narkotik vasitələri və silahı darağı ilə birlikdə aparıb qoyacağına razılıq vermişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi mobil telefon ona məxsusdur, həmin mobil telefonunda ***-***-**-** saylı mobil nömrə vardır. Adını Muhamməd kimi bildiyi X14 vətəndaşı 01 aprel 2024-cü il tarixdə vatsap vasitəsi ilə ona yazmışdır. Tanışlıqları da həmin vaxt olmuşdur. Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. 21 may 2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2004-cü il tarixdə Biləsuvar rayonu, 6 saylı qəsəbədə anadan olmuşdur, subaydır, Cəbrayıl rayonu, Mehdili ərazi dairəsi, Mehdili kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, BTZ bağları, fərdi yaşayış evində yaşamışdır. Rəsmi olaraq heç yerdə işləməsə də, bəzi müddətlərdə fərdi əməklə məşğul olub qazanc əldə etmişdir. Təxminən 3 ay müddətdir ki, narkotik vasitələrdən istifadə etmişdir. Əsasən narkotik vasitə olan marixuanadan istifadə etmişdir. 2024-cü ilin mart ayının əvvəllərində istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəsinə "whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsi ilə +98914 *** ** ** saylı mobil nömrədən özünü “Muhamməd” kimi təqdim edən İran İslam Respublikası vətəndaşları ona yazaraq İran İslam Respublikası vətəndaşı olduğunu və hal-hazırda həmin ərazisində yaşadığını, Azərbaycan Respublikası ərazisində tanışlarının olduğunu, narkotik vasitə və ya psixotrop maddə istəyəcəyi təqdirdə ona təşkil edə biləcəyini demişdir. O, isə sadəcə olaraq “nəşə” kimi bildiyim narkotik vasitə olan marixuana istədiyini demişdir. Həmin şəxs isə “nəşə” kimi bildiyi narkotik vasitə olan qurudulmuş marixuananın hal-hazırda əlində olmadığını, olacağı təqdirdə ona məlumat verəcəyini bildirmişdir. Həmin ərəfədə onun ***-***-**-** saylı mobil nömrəsinə “whatsapp” ani mesajlaşma mübadiləsi sistemi vasitəsi ilə +98914 *** ** ** saylı mobil nömrə ilə profillərinin şəkili eyni olan hazırda xatırlamadığı İran İslam Respublikasına məxsus nömrədən müxtəlif növ narkotik vasitələrin şəkilləri göndərilmişdir. O isə onların heç birini istəmədiyini həmin şəxsə yazıb həmin nömrəni bloka atmışdır. O, Muhamməd adlı şəxslə vaxtaşırı, yəni 2-3 gündən bir yazışmışdır. 2024-cü ilin mart ayının ortalarında “Muhamməd” adlı X14 vətəndaşı ilə yazışan zaman sonuncu ona hazırda əlində narkotik vasitə olan qurudulmuş marixuananın olduğu, həmin narkotik vasitəni almaq istədiyi təqdirdə Masallı rayonundan götürə biləcəyini bildirmişdir. O isə ondan cəmi 5 qram almaq istədiyini, 5 qram narkotik vasitə üçün 50 manat pul verə biləcəyini, lakin hazırda pulunun olmadığını və bundan başqa Masallıya narkotik vasitəni götürmək üçün gedə bilməyəcəyini demişdir. Növbəti yazışmalarında Muhamməd ona bildirmişdir ki, ona narkotik vasitə olan marixuananı o şərtdən borca verə bilər ki, o, telefonla özünü videoya çəkib ondan narkotik vasitə olan qurudulmuş marixuananı borc olaraq aldığını və həmin narkotik vasitənin pulunu yaxın zamanda ona ödəyəcəyini, əks təqdirdə isə onun videosunun sosial şəbəkələrdə yayılmasına heç bir etirazının olmadığı məzmunda sözləri bildirib həmin videonu ona atsın. O isə bununla razı olmamışdır. Onda Muhamməd ona vəsiqəsinin şəklini çəkib ona alacağı təqdirdə ona narkotik vasitə marixuananı borc olaraq verəcəyini bildirmişdir. O isə yenidən imtina etmişdir. Tutulmamışdan 1-2 gün öncə “Muhamməd" ona videogörüntü vasitəsi ilə zəng etmiş, o isə telefonu açmış və həmin vaxt onun bədən nahiyəsini görsə də sonuncu kameranı baş nahiyəsinə tutmadığından onun üzünü görə bilməmişdir. Həmin görüntü cəmi 3-4 saniyə davam etmişdir. Bundan sonra “Muhamməd" ona demişdir ki, “sənə inanıram, narkotik vasitə olan marixuananı atacam, amma həmin narkotik vasitənin pulunu mənə ödəyərsən". O, isə heç bir problem olmadığını,cəmi 5 qram narkotik vasitə olan marixuana istədiyini, həmin narkotik vasitəni Sumqayıt şəhərinə atmasını ona bildirmişdir. 02 aprel 2024-cü il tarixdə günorta radələrində “Muhamməd” adlı X14 vətəndaşı ilə səsli zəng vasitəsi ilə əlaqə saxlayan zaman sonuncu Sumqayıt şəhəri ərazisində “məkan” atacağını, həmin məkanda bir ədəd sellofan bağlamada 5 qram çəkidə narkotik vasitə olan marixuana olacağını, həmin bağlamanı götürməyini bildirmişdir. O, isə ondan xəbər gözləyəcəyini bildirmişdir. Həmin gün axşam radələrində Muhamməd ona narkotik vasitə olan marixuananın olduğu “məkan" vatsap vasitəsi ilə almışdır. Bundan sonra Muhamməd vatsap vasitəsi ilə səsli zənglə ona zəng edib qeyd edilən məkana adını bildirmədiyi əmisi oğlunun səhv olaraq 5 qram narkotik vasitə olan marixuanadan başqa, əlavə olaraq 5 qram “daş” kimi bildiyi narkotik vasitə də atıldığını bildirmişdir. O, isə sadəcə olaraq narkotik vasitə olan marixuananı almaq istədiyini, bundan başqa ona heç nə lazım olmadığını, həmin məkandan narkotik vasitə olan marixuananı götürəcəyini, digər narkotik vasitə olan “daşı" isə atacağını bildirmişdir. Həmin gün o, dostu X4 zəng edib görüşməyi təklif etmişdir. Onlar Həsən ilə görüşmüşlər. O, Həsənə demişdir ki, İran İslam Respublikasının vətəndaşı ona narkotik vasitə olan marixuana göndərmiş, həmin narkotik vasitəni götürüb istifadə etməklərini təklif etmiş, Həsən də onunla razılaşmışdır. Həmin vaxt İran İslam Respublikasının vətəndaşı narkotik vasitəni marixuananı və 5 qram daş kimi bildiyi narkotik vasitəni əldə edəcəyi ünvanın yerləşdiyi məkanı ona “whatsapp”da göndərmişdir. Narkotik vasitələri əldə edəcəyi yer Sumqayıt şəhəri, S.Vurun küçəsi, Dalğa mehmanxanasının yaxınlığında yolun kənarından təxminən 20 metr məsafədə daş kubiklərin arası olmuşdur. O, təxminən saat 21:30 radələrində Həsən ilə birlikdə həmin “məkan”a yaxın olan yerə getmişdir. Həmin vaxt Həsən yolun kənarında qalıb gözləmişdir. O, isə tək olaraq həmin “məkan"nın olduğu yerə getmiş, həmin yerdən daş kubiklərin arasından 01 ədəd bağlamanı götürmüş və Həsənə doğru getmişdir. Həmin vaxt o, bağlamanı açmamışdır. Bu zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar, özlərini təqdim etmədən onu yerə yıxıb döyməyə başlamışlar, bundan sonra onu qaldırıb avtomobilə əyləşdirmişlər. Polis əməkdaşları yaxınlaşan zaman o, qorxuduğu üçün üzərində olan və qeyd etdiyi “məkan"dan götürdüyü bağlamanı yerə atmışdır. Polis əməkdaşları onu maşına əyləşdirən zaman onun üzərində artıq həmin götürdüyü bağlama olmamışdır. Həmin bağlamanın sonra kim tərəfindən götürülüb-götüriilmədiyi haqqında heç bir məlumatı olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqda onu avtomobil ilə birlikdə polis bölməsinə aparmışlar. Avtomobilin içərisində adını bilmədiyi polis əmədkaşları onun telefonunu götürmüşlər və telefonun şifrəsini açmağını bildirmişlər. O, da şifrəni açıb telefonu onlara vermişdir. Yolda olan zaman polis əməkdaşları ondan patı və kokos kimi tanıdığı narkotik vasitələrədən istifadə edib-etmədiyini soruşmuşlar. O, isə marixuandan başqa heç nə istifadə etmədiyini bildirmişdir. Polis bölməsində olan zaman onu bölməyə gətirən mülki geyimdə olan əmədaşlar ona “məkan"dan götürdüyü bağlamanın əvəzinə daha böyük ölçüdə olan bağlamanı verib, çəkiliş zamanı həmin bağlamanın içərisində olan narkotik vasitə heroini, marixuana, tiryək və darağı ilə birlikdə 01 ədəd tapançanı qabaqcadan mobil telefon vasitəsi ilə əlaqə saxladığı, İran vətəndaşının Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Dalğa mehmanxanasının yaxınlığında ona şəklini və konumunu göndərmiş olduğu ünvandan götürməyini, onları götürməkdə də məqsədinin İran vətəndaşının ona verəcəyi Marixuana kimi tanıdığı narkotik vasitəni pulsuz əldə etmək üçün digər narkotik vasitələri və silahı onun dediyi ünvana aparıb qoymaq olmasını etiraf etməyini tələb etmişlər. O da qorxduğu üçün onlarla razılaşmışdır. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, özü əynində olan qırmızı rəngli gödəkçənin sol iç cibində saxladığı üzəri şəffaf rəngli yapışqan lentlə əhatələnmiş göy rəngli sellofan bağlamanı təqdim etmişdir. Həmin bağlamanın üzərində olan yapışqanlı lent polis əməkdaşı tərəfindən kəsilərək açılmışdır. Bu zaman da həmin bağlamanın aşağı hissəsindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan "Marixuana" aşkar edilmişdir. Daha sonra göy rəngli sellofan bağlama polis tərəfindən kəsilərək açılmışdır. Bu zaman da onun içərisində olan əşyaların qara rəngli sellofana büküldüyü aşkar edilmişdir. Həmin qara rəngli sellofan da polis əməkdaşı tərəfindən kəsilərək açılmışdır. Bu zaman da onun içərisindən 01 ədəd şəffaf sellofan bükümdə açıq-qəhvəyi rəngli, narkotik vasitə olan "Heroin", 01 ədəd şəffaf rəngli sellofan bükümdə qara rəngli, narkotik vasitə olan "Tiryək" və 01 ədəd "Makarov" tipli tapança aşkar edilmişdir. Həmin tapança polis əməkdaşı tərəfindən yoxlanılmışdır. Üzərində 01 ədəd boş daraq olduğu müəyyən edilmişdir. Sorğu zamanı o, bildirmişdir ki, üzərindən aşkar edilmiş predmetləri (narkotik vasivəvə bənzər maddələri və silahı) qabaqcadan mobil telefon vasitəsi ilə əlaqə saxladığı, İran vətəndaşının Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Dalğa mehmanxanasının yaxınlığında ona şəklini və konumunu göndərmiş olduğu ünvandan götürmüşdür, onları götürməkdə də məqsədi İran vətəndaşının ona verəcəyi Marixuana kimi tanıdığı narkotik vasitəni pulsuz əldə etmək üçün digər narkotik vasitələri və silahı onun dediyi ünvana aparıb qoymaq olmuşdur. Şəxsi axtarış zamanı onun üzərindən aşkar olunan, içərisində açıq-qəhvəyi rəngli, narkotik vasitə olan "Heroin"ə bənzər maddə olan 01 ədəd şəffaf rəngli sellofan büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisi 20 qram, üzərindən aşkar olunan içərisində qara rəngli, narkotik vasitə olan "Tiryək"ə bənzər maddə olan 01 ədəd şəffaf rəngli sellofan büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisi 195 qram, üzərindən aşkar olunan içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan "Marixuana"va bənzər bitki kütləsi olan 01 ədəd şəffaf rəngli sellofan biiküm tərəziyə qoyulub çəkilən zaman onun sellofanla birlikdə çəkisi 2 qram olduğu müəyyən edilmişdir. Üzərindən aşkar ohınmıış həmin maddələr, bitki kütləsi və 01 ədəd boş daraq ilə birlikdə 01 ədəd tapança Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MTM-nə göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Üzərinə şəxsi axtarış keçirən zaman aşkar edilmiş 01 ədəd Samsung markalı mobil telefon vasitəsi ilə İran vətəndaşı ilə əlaqə saxladığına görə həmin mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sonda üzərindən aşkar edilmiş həmin predmetlər ilə bağlı bölmədə müvafiq araşdırma aparılacağı ona qeyd edilərək videoçəkiliş dayandırılmışdır. Videoçəldliş keçirilməmişdən əvvəl polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmışdır. Onu gətirən mülki geyimli polis əməkdaşları yumruqla baş nahiyəsinə, təpiklə ayaq nahiyəsinə və bədən nahiyələrinə zərbələr endirmişlər. O, isə həmin təziqlərə dözməyib polis əməkdaşlarının dedikləri kimi, videoçəkiliş zamanı bağlamada olan silah və narkotik vasitələri yuxarıda qeyd etdiyi şəkildə əldə etdiyini bildirmişdir. Onu da əlavə etmək istəyir ki, onun məkandan götürdüyü bağlama ilə polis əməkdaşlarının çəkilişdən öncə ona verdikləri bağlama fərqli olmuşdur. Polis əməkdaşlarının verdikləri bağlama həcmcə daha böyük olmuşdur. Bir daha qeyd etmək istəyir ki, polis bölməsində olan zaman onu bölməyə gətirən mülki geyimdə olan əməkdaşlar ona “məkan”dan götürdüyü bağlamanın əvəzinə daha böyük ölçüdə olan bağlamanı verib, çəkiliş zamanı həmin bağlamanın içərisində olan narkotik vasitə heroini, marixuana, tiryək və darağı ilə birlikdə 01 ədəd tapançanı qabaqcadan mobil telefon vasitəsi ilə əlaqə saxladığı, İran vətəndaşının Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Dalğa mehmanxanasının yaxınlığında ona şəklini və konumunu göndərmiş olduğu ünvandan götürməyini, onları götürməkdə də məqsədinin İran vətəndaşının ona verəcəyi Marixuana kimi tanıdığı narkotik vasitəni pulsuz əldə etmək üçün digər narkotik vasitələri və silahı onun dediyi ünvana aparıb qoymaq olmasını etiraf etməyini tələb etmişlər. O isə onlarla razılaşmadığı üçün ona qarşı fiziki güc tətbiq etmişlər, buna görə də o, məcbur olub çəkiliş zamanı onların dedikləri təkrar etmişdir. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi mobil telefon ona məxsusdur, həmin mobil telefonunda ***-***-**-** saylı mobil nömrə vardır. Adını Muhamməd kimi bildiyi X14 vətəndaşı 2024-cii ilin marı ayında tanış olmuşdur. Videoçəkiliş keçirilməmişdən əvvəl polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmışdır. Onu gətirən mülki geyimli polis əməkdaşları yumruqla baş nahiyəsinə, təpiklə ayaq nahiyəsinə və bədən nahiyələrinə zərbələr endirmişdirlər. Təqsirləndirilən şəxs 05 iyul 2024-cü il tarixdə ona Azərbaycan Respublikası CM-nin 228.2.1. 234.4.1, 234.4.3-cü maddələri ilə yeni məzmunda elan olunan ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təqsirli bilindiyi əməlin mahiyyəti ona tamamilə aydındır, üzərindən aşkar olunan narkotik vasitə olan heroin, narkotik vasitə tiryək və silah darağı ilə birlikdə ona məxsus olmadığı, lakin narkotik vasitə olan qurudulmuş marixuana özünə məxsus olduğu üçün özünü qismən təqsirli bilmiş, istintaqa verdiyi ifadələrdə qeyd etdiyi ki, onu saxlayan polis əməkdaşları tərəfindən edilmiş fiziki və psixoloji təzyiq nəticəsində o videoçəkiliş zamanı və ilkin ifadələrində ona ittiham olunan cinayət üzrə özünü tam təqsirli bilmiş, yalnız 5 qram marixuana alınması ilə söhbət aparmış və onu götürməyə getmiş, qalan narkotik vasitə və silahdan heç bir məlumatı olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi əməliyyatla bağlı tanımışdır. 2024-cü ilin aprel ayında təqsirləndirilən şəxs barəsində polis bölməsinin əməliyyat aparatına məlumat daxil olmuşdur. Külli miqdarda narkotik vasitələri və odlu silahı gəzdirməsi ilə bağlı məlumat daxil olmuşdur. Eyni zamanda narkotik vasitələrin satışını təşkil etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat polis bölməsinin rəhbərliyinə məruzə olunmuşdur. Əməliyyat axtarış tədbirlərinin keçirilməsi üçün icazə alınmışdır. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o və ittiham aktında adı qeyd olunan əməkdaşlar iştirak etmişdir. Şəxsin ola biləcəyi yerləri müəyyən etmişlər. Gecə saatlarında Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən Star kafesinin yaxınlığında ağaclığın altında şəxsi görmüş və saxlamışlar. Şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Şəxsin saxlanma səbəbini özünə izah etmişlər. Müvafiq araşdırılmanın aparılması və şəxsi axtarışın keçirilməsi üçün polis bölməsinə dəvət etmişlər. Polis bölməsində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə şəxsin üzərinə baxış keçirilmişdir. Təhqiqatçı əvvəlcə özünə təklif edərək qanunla qadağan olunmuş əşya və predmentin olub-olmamasını və olduğu təqdirdə könüllü şəkildə təqdim etməsini bildirmişdir. Əynindəki gödəkcənin iç cibindən sellafona bükülmüş vəziyyətdə narkotik vasitəni çıxartmışdır. Haradan əldə etdiyi şəxsdən soruşulmuşdur. İnternet vasitəsi ilə İran vətəndaşından əldə etdiyini bildirmişdir. Həmin vasitəni götürüb kiməsə verəcəyini bildirmişdir. Sellafon büküm açılmış və içərisindən bir ədəd makarov tipli tapança, marixuana və heroin aşkar olunmuşdur. Bükümü açan özü aşkar olunanların adlarını demişdir. Müvafiq qaydada qablaşdırılmış və ekspertizaya göndərilmişdir. X24 küçəsində yerləşən Star kafesinin yaxınlığında saxlamışlar. Şəxsin özü üzərində olan sellafon bükümü təqdim etmiş və həmin büküm şəxsin iştirakı ilə videoçəkilişlə açılmışdır. Şəxsi saxladıqları yerdə deyil, bölmədə üzərinə şəxsi axtarış keçirilmişdir. Narkotik vasitə şəxsin əynində olan gödəkcənin iç cibindən aşkar olunmuşdur. Məlumat şəxsən ona daxil olmuşdur. Daxil olmuş məlumatda təqsirləndirilən şəxsin narkotik vasitələrini üzərində gəzdirməsi, konumlara getməsi göstərilmişdir. Məlumatın dəqiqləşdirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Şəxsi saxladıqları yerə digər məqsədlər üçün getmək mümkün deyil. Həmin ərazi xarabalıq yerdir. Ümumi olaraq şəxsin iranlı biri ilə aralarında olan fəaliyyət barədə onlara məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyatlara əsasən şəxsi onlar əməliyyat aparatının nəzarətinə götürmüşlər. Özlərinə aid olan əməliyyat tədbirlərini təşkil etmişlər. Şəxsi izləyən zaman nə isə götürüb gəldiyini görmüş və şəxsi saxlamışlar. Şəxs barəsində məlumat şəxsi saxlamışdan qısa müddət əvvəl daxil olmuşdur. Əməliyyat qeydiyyat işi açılmamışdır. Narkotiki şəxsin cibinə o qoymamışdır. Şəxsi saxladıqları yerə narkotik vasitəni kimin qoymasını müəyyənləşdirmək mümkün olmamışdır. Onlar şəxsi izləyib saxlamışlar. Daxil olmuş məlumat əsasında onlar şəxsin olduğu yeri bilmişlər. Onlar şəxsi izləməyə götürməmişlər. Onlar şəxsi güdməmişlər. Şəxslə təsadüfən qarşılaşmışlar, lakin şəxsin arxasınca təsadüf nəticəsində getməmişlər. Şəxs barəsində məlumat iki və ya üç gün əvvəl daxil olmuşdur. Onlar izlədikləri şəxsi şübhəli bir yerdə görmüş və saxlamışlar. Şəxsi saxlayandan sonra belə bir məlumat olduğunu bildirmişlər. Özü qanuni formada işini görmüşdür. Saat 23:00 radələrində saxlamışlar. Şəxsin oralarda nəsə axtardığını görmüş və müşahidə aparmışlar. Şəxs qaranlıq hissəyə yaxınlaşmış və daha sonra qaranlıq hissədən çıxmışdır. Kafedə işləyən başqa şəxslər də olmuşdur. Həmin şəxslər də görmüşdür. Şəxsi axtarış videoçəkilişlə vəkilin iştirakı ilə keçirilmişdir. Şəxs hadisə yerində tək olmuşdur. Başqa şəxs yanında olmamışdır. Şəxsin telefonuna baxışı tək keçirməmişdir. Hamılıqla bir yerdə şəxsin telefonuna baxış keçirilmişdir. İran vətəndaşı ilə olan yazışmalar aşkar olunmuşdur. O, şəxsin yazışmalarını götürməmiş və “screen” etməmişdir. Yazışmaları götürmək onun vəzifəsi olmamışdır. Telefonunda konum olmaqla narkotiki haradan götürəcəyi tipli smslər olmuşdur. Hətta şəxsin telefonunda götürəcəyi narkotikin şəkli olmuşdur. Şəxsin yazışdığı nömrə iran nömrəsi olmuşdur. Tutulduğu tarixdən bir və ya iki saat əvvələ məxsus olan yazışmalar olmuşdur. Şəxs tutulduğu vaxta qədər telefonu söndürülməmişdir. Telefonuna bir sms gəlmiş və narkotiki götürüb-götürmədiyini soruşulmuşdur. Sms-i yazan şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi istintaq orqanının vəzifəsi olmuşdur. Daha sonra bununla bağlı onlara əməliyyat tapşırığı verilmişdir. Şəxsə qarşı hər hansı bir təzyiq və təsir olunmamışdır. Təqsirləndirilən şəxs ona təzyiqlərin olunduğunu və narkotikin ona məxsus olmadığını bildirmişdir. İran vətəndaşı ilə olan yazışmasını görmüşdür. Əməliyyatın davamı kimi İranlı ilə danışıb narkotiki daha hansı əraziyə və ya ərazilərə qoyulacağını müəyyənləşdirməkləri mümkün olsa da, onlar bunu etməmişlər. Şəxsi onlar döyməmişlər. Döyülmə faktı ilə bağlı müdafiəçisi heç bir şey deməmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, keçirdikləri tədbirin üzərindən uzun bir müddət keçmişdir. Şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Həmin şəxs Mehdi Hüseynzadə stadionun yaxınlığında saxlanılmışdır. Bölməyə gətirilmiş və video çəkilişlə sənədləşdirilmişdir. Əməliyyat məlumatının kimə daxil olmasını xatırlamamışdır. İttiham aktında adı göstərilən şəxslər əməliyyat qrupunun tərkibində iştirak etmişdir. Şəxs piyada olmuşdur. Onlar şəxsi saxlayanda şəxsin qaçmaq istəməsinə baxmayaraq onu saxlamışlar. Şəxs tutulandan sonra onlara müqavimət göstərməmişdir. Şəxsin üzərinə baxış bölmədə keçirilmişdir. Bölməyə qədər şəxsin üzərinə baxış və axtarış keçirilməmişdir. Vəkilin iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Üzərində “Makar” tipli odlu silah olmuşdur. Polis əməkdaşları tərəfindən şəxsə təzyiq olunmamışdır. Bu iş üzrə əməliyyat işi açılmamışdır. Məlumat, deyəsən, özünə daxil olmuşdur. Əməliyyata özü rəhbərlik etmişdir. Hər gün ən azı üç adamın sənədləşdirilməsində iştirak etmişdir. Əməliyyat məlumatı polis bölməsinə daxil olmuşdur. Əməliyyat qrupunda dörd nəfər olmuşlar. Qrupun içərisində vəzifəcə böyük özü olmuşdur. Onlar çox şəxsi sənədləşdirmişlər və bu hadisə də çoxdan olmuşdur. Xatırladığı qədəri ilə Şahid1 qrupun rəhbəri olmuşdur. Daxil olmuş məlumat narkotik vasitələrlə bağlı olmuşdur. Əməliyyat qrupunu gündüz saatlarında yaratmışlar. Şəxsi gecə saatlarında saxlamışlar. O, sadəcə əməliyyat qrupunda iştirak etmişdir. Məlumat digər əməkdaşa daxil olmuşdur. Polis İdarəsindən Mehdi Hüseynzadə stadionun yaxınlığına getmişlər. Digər əməkdaşa şəxsin həmin yerə narkotiki götürmək məqsədi ilə getməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar gedən kimi şəxsi saxlamamışlar. Ərazidə gözləmiş və tədbirlərini qurmuşlar. Şəxs narkotiki götürdükdən sonra şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Onlar şəxsə sual verəndə şəxs özü etiraf etdiyinə görə onu bölməyə dəvət etmişlər. Əvvəlki qərara əsasən şəxsi tutduqları yerdə şəxsin üzərinə baxış keçirə bilməmişlər. Şəxsin yanında bir nəfər şəxs də olmuşdur. Digər şəxsin adını xatırlamamışdır. Həmin şəxsi də bu şəxslə birlikdə bölməyə dəvət etmişlər. Həmin şəxsin üzərinə təhqiqatçı baxış keçirmiş və heç bir şey aşkar olunmamışdır. Rahidin üzərinə baxış keçirilməsində iştirak etmişdir. Telefona baxış keçirilməsində iştirak etməmişdir, kiminsə iştirak etməsi barədə məlumatı yoxdur. Şəxsin üzərindən heroin və metamfetamin aşkar olunmuşdur. Həmçinin onun üzərindən odlu silah da aşkar olunmuşdur. Şəxsə qarşı kiminsə zor tədbiq etməsinin şahidi olmamışdır. Şəxs onlara müqavimət göstərməmişdir. Yüngül formada dartışmış və şəxsi saxlamışlar. Ümumilikdə zor tətbiq olunmamışdır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi əməliyyatla bağlı tanımışdır. Rahid adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrinin dövriyyəsi ilə məşğul olması, üzərində odlu silah və onun komplekt hissələrini gəzdirməsi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin dördüncü polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. Aprel ayında daxil olmuş məlumat əsasında Rahid adlı X24 küçəsində saxlamışlar. Bölmədə keçirilən baxış zamanı şəxs üzərində olan paketdəki əşyaları, yəni makarov tipli tapançanı, narkotik vasitə olan heroini və marixuananı təqdim etmişdir. Şəxsi saxlayarkən ona təzyiq olunmamışdır. Şəxsi axtarışı polis bölməsində keçirmişlər. Ona qədər şəxsin üzərinə baxış keçirməmişlər. Əməliyyat məlumatı İbrahim adlı əməkdaşa daxil olmuşdur. O, bir ildir əməliyyat müvəkkili vəzifəsində işləyir. Daxil olmuş məlumatın məzmunu barədə onda məlumat olmamışdır. Yaradılmış əməliyyat qrupunun üzvü olmuşdur. Ona əməliyyata gedəndə məlumat verilmişdir. Əməliyyata saat neçədə getməklərini xatırlamamışdır. Əməliyyatın üzərindən bir xeyli müddət keçmişdir. X24 küçəsində yerləşən kafenin yaxınlığında saxlamışlar. Birinci şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra şəxsin olduğu yer barədə əməliyyat məlumatı daxil olmuşdu. Onlar da bu məlumatlar əsasında həmin ünvana getmiş və şəxsin orada olduğunu görmüşlər. Onlar təsadüfən şəxslə rastlaşmamışlar. Onlar şəxsi izləməmişlər. Əməliyyat məlumatının nə vaxt daxil olmasını İbrahim adlı əməkdaş bilmişdir. Onlar iranlı ilə şəxsin əlaqəsinin olduğunu əvvəldən bilməmişlər. Vətəndaş onlar tərəfindən saxlanılandan sonra İranlı ilə əlaqəsinin olduğunu bilmişlər. Narkotiki haradan əldə edilməsi soruşulanda İranlıdan əldə etdiyini demişdir. Narkotikin həmin əraziyə qoyulmasını onlar bilməmişlər. Onlar şəxsin üzərində narkotik və silah olacağını bilmişlər. İbrahim adlı şəxsin məlumatı kimdən əldə etməsini bilməmişdir. Əməliyyat məlumatında bu şəxsin Səməd Vurğun küçəsində hərəkətdə olması və üzərində narkotik gəzdirdiyi göstərilmişdir. Vətəndaşı saxlayandan sonra onun konuma gəldiyini bilmişlər. Əməliyyat məlumatı daxil olmuş şəxs həmin məlumat barədə digər qrup üzvlərinə məlumat verməyə borclu deyil. Şəxsi saxlayarkən yanında bir nəfər şəxs də olmuşdur. Həmin şəxsin soyadı Qədimalıyev olmuşdur. Həmin şəxs barəsində məlumat daxil olmamışdır. Qədimalıyev barəsində əməliyyat qrupunun yaradılıb-yaradılmamasını bilməmişdir. O, yalnız bu şəxs barəsində yaradılmış əməliyyat qrupunun iştirakçısı olmuşdur. Digər şəxs barəsində təhqiqat araşdırılması getmişdir. Hər iki şəxs eyni vaxtda tutulmuşdur. Qədimalıyevin üzərinə də baxış keçirilmişdir. Onun üzərinə keçirilən baxışda iştirak etməmişdir. Bölmədə olarkən şəxsin telefonuna baxış keçirilməsi onun yadında qalmamışdır. Şəxsin üzərinə baxış keçirilməsi onun yadındadır. O, şəxsə qarşı təzyiq göstərməmişdir. O, daxil olmuş məlumatın mənbəyini bilməmişdir. O, əməliyyat qrupunun üzvü olduğunu bilmişdir. Onun iştirakı ilə telefona baxış keçirilməmişdir. Ola bilsin ki, telefona baxış keçirilməsində İbrahim adlı əməkdaş iştirak etmişdir. Narkotki İranlıdan əldə etməsini şəxs özü etiraf etmişdir. Şəxsi saxlayarkən hər hansı bir əşyanı atıb qaçması kimi bir hal olmamışdır. Şəxs onlara qarşı müqavimət göstərməmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi əməliyyatla bağlı tanımışdır. İbrahim adlı əməkdaşa şəxs barəsində aprel ayında əməliyyat məlumatı daxil olmuşdur. Gecə saat on bir və ya on iki olmuşdur. Şəxsə yaxınlaşmış və özlərini təqdim etmişlər. Bundan sonra şəxsi bölməyə dəvət etmişlər. Şəxsin üzərində sellafon büküm olmuşdur. Bükümün içərisindən silah və narkotik aşkar olunmuşdur. Şəxsi saxlayarkən ona təzyiq göstərməmişlər. Şəxsi saxladıqları yerdə şəxsi axtarış keçirməmişlər. Şəxsi axtarışı bölmədə keçirmişlər. Özü polis serjantı olduğuna görə kömək məqsədi ilə əməliyyata getmişdir. Əməliyyat məlumatının məzmunundan onun xəbəri olmamışdır. İbrahim müəllimə şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Kömək məqsədi ilə onlarla getmişdir. Narkotiklə bağlı getdiklərini bilmişdir. Bir başa bölməyə gəlmişlər. Bölməyə nə qədər vaxta gəldiklərini bilməmişdir. Bölmədə çox gözləməmişlər. Nə qədər gözlədiklərini bilməmişdir. Şəxsi saxladıqları yerə gəlməsini görməmişdir. Şəxsin narkotik vasitəsini götürməsini görmüşdür. Şəxsi saxlayanda yanında tanımadığı şəxs olmuşdur. Həmin şəxsi də saxlamışlar. Bölmədə digər şəxsə münasibətdə dostu olduğunu bildirmişdir. Onlar bölməyə təqsirləndirilən şəxslə birgə getmişlər. Şəxsin üzərinə baxış keçirilməsi və telefona baxış keçirilməsində iştirak etməmişdir. Əvvəlcədən orada olmamışdır. Videoçəkilişlə üzərinə baxış keçirilməsində iştirak etmişdir. Şəxsin üzərindən silah, tiryək, marixuana və metamfetamin aşkar olunmuşdur. Kimdən əldə etdiyini deməsi onun yadında qalmamışdır. Telefona baxış keçiriləndə orada olmamışdır. Onun bu şəxsə heç əli də dəyməmişdir. Şəxsə qarşı zor tədbiq olunmamış və zor tədbiq olunmasının şahidi olmamışdır. Onlar şəxsə sakitliklə yaxınlaşıb saxlamışlar. Şəxs əlindəki əşyanı atıb qaçmaq istəməmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 ifadəsində və ona verilmiş sualları cavablandırarkən bildirdi ki, Təqsirləndirilən şəxs ona yazaraq “gəl görüşək” demişdir. Rahid ona dükanın qarşısında görüşməklərini təklif etmişdir. 5 qram marixuana olduğunu bildirmişdir. Onlar oraya konumla getmişlər. Ünvana çatanda Rahid ona “burada gözlə” demişdir. Balaca bir bağlamanı götürmüş və yanına gəlmişdir. Elə yanına gələn kimi polis əməkdaşları onları tutmuşlar. Özü əvvəlcə qaçmış, lakin sonra dayanaraq təslim olmuşdur. Bölmədə hər ikisindən bir tərəfdə izahat almışlar. Bölmədə olan polislər onları sıxışdırmışlar. Rahidi döymüşlər. Daha sonra videoçəkiş olmuşdur. Telefon araşdırılmaya getmişdir. 6 ay müddətinə araşdırmada qalmışdır. Ondan sonra da özü əsgərliyə getmişdir. Onlar konuma gedəndə 5 qram marixuana olduğunu bilmişlər. Orada başqa bir şeyin olacağını bilməmişlər. Rahidin götürüb gəldiyi bükümü görmüşdür. Bağlama balaca, yəni əl boyda büküm olmuşdur. Hava qaranlıq olmuşdur. Şəxs özü tutulanda ona təpik zərbəsi dəymişdir. Şübhəli şəxs qismində verdiyi ifadəsini oxumamışdır. Polis müqaviməti altında olmuşdur. Təşviş içərisində olduğuna görə oxumamışdır. Rahidlə arasında narkotiki götürüb, başqa yerə qoymaq fikri olmamışdır. O, Rahidlə görüşənə qədər hara gedəcəklərini bilməmişdir. Marixuananı götürüb istifadə etmək fikirləri olmuşdur. İranlıdan götürəcəklərini bilmişdir. İranlı yazmış və narkotikin konumunu göndərmişdir. Taksi ilə konuma getmişlər. Narkotiki hara atdığını bilməmişdir. Sms-də 5 qram marixuana yazılmışdır. Həmin bükümdə silahın olacağı yazılmamışdır. Ancaq istifadə məqsədi ilə götürmüşlər. Rahidlə doqquzun yarısı görüşmüş və saat doqquzda saxlanılmışlar. Görüşdükləri yerdən tutulduqları yerə qədər 45 dəqiqəlik yol olmuşdur. Onlar tutulduqları yerə taksi ilə getmişlər. Rahid özü taksini sifariş vermişdir. Bolt şirkətinə məxsus olan taksi olmuşdur. Onlar hadisə yerində bir şəxs görmüşlər. Daha sonra şəxs həmin yerdən getmişdir. Rahid ona “burada gözlə” deyərək gələcəyini bildirmişdir. Kafeyə bənzəyən bir yerdə gözləmişdir. Orada Rahidi gözləmiş və elə bu vaxt Rahid əlində bağlama ilə gəlmişdir. Rahid onun yanına çatana yaxın 10 nəfər polis əməkdaşı onları saxlamışdır. Onu yerə yıxmışlar. Qoluna qandal vuraraq onu aparmışlar. Bölmədə olanda “bu büküm sizindir?” deyə soruşulanda onlar “bizim deyildir” deyə cavab vermişlər. 5 qramlıq marixauna arxasınca getdiklərini bölmədə bildirmişlər. Onlara göstərdikləri bükümdə isə makar tipli silah olmuşdur. Rahidlə onu ayrı-ayrı otaqlarda saxlamışlar. Polis bölməsində olan bükümü görməmişdir. Polis bölməsində olarkən onu döymüşlər. Onun əynindəki gödəkcə də cırılmışdır. Rahidin səsini eşitmişdir. Polis onun üzərinə qışqıraraq izahat istəmişdir. Rahid tutulanda Rahidə təpik dəymişdir. Bölmədə olanda onun döyülməsini görməmişdir. Şəxsin sifəti qıp-qırmızı olmuşdur. Onun özünü də döymüş və elektro şok vermişlər. Bütün bunlara görə o, Rahidin də döyüldüyünü düşünmüşdür. Konum dəqiq göstərməmişdir. Hara getdikləri bilinməmişdir. Yazışmalarda beş qramdan başqa bir söhbət olmamışdır. Rahidlə bir ya da iki dəfə birlikdə narkotik istifadə etmişlər. Onlar marixuana istifadə etmişlər. Onun məhkumluğu olmamışdır. Rahidin məhkumluğunun olub-olmamasını bilməmişdir. Bir ya da iki dəfə istifadə edən zaman dostlarının yanında olmuşlar. Rahidlə eyni məhəllədə qalmışlar. Rahidin iranlını neçə müddət tanımasını bilməmişdir. Onun elə şeylərdən başı çıxmadığına görə Rahidə öz iradını bildirməmişdir. Birinci dəfə onlar narkotik götürmüşlər. O, təxmini olaraq beş qram demişdir. Təşvişdə olduqları üçün nə olubsa götürmüşlər. Sellafonun nə rəngdə olması onun yadında deyil. Bükümdə olmuşdur. Kibrit qutusunda olmamışdır. Narkotik vasitəni Rahid götürmüşdür. Bükümü onlar aça bilməmişlər. Bükümü cibinə qoymaq istəyəndə polislər onları saxlamışdır. Kafenin arxasından polislər çıxmışdır. O, polisdə şübhəli şəxs kimi saxlanılmışdır. Onun üzərindən heç bir şey çıxmamışdır. İfadəni polislər özləri yazmışlar. Hətta ifadə də saat on iki yazılmışdır. Faktiki olaraq onlar saat doqquzda saxlanılmışlar. Hadisə yerində onlar bir saat yarım gözləməmişlər. Polislər onlara təzyiq etmişdir. Şahid X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o,təxminən 1 ildir ki, narkotik vasitə aludəçisidir. Əsasən narkotik vasitə olan marixuanadan istifadə edir. Qonşuluqda yaşayan tanışı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ona zəng edərək görüşməyi təklif etmişdir. O da Rahid ilə görüşmüşdür. Söhbət zamanı Rahid ona İran vətəndaşının Sumqayıt şəhəri ərazisində narkotik vasitə olan marixuana yerləşdirdiyi ünvana dair konum göndərəcəyini demiş, ona əldə olunacaq narkotik vasitədə marixuadan birlikdə istifadə etməyi bildirdiyi üçün birlikdə getməyi təklif etmişdir. O da Rahid ilə razılaşmışdır. xx.xx.2024-cii il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən Dalğa mehmanxanasının qarşısına gəlmişlər, orada heç kimin onlardan şübhələnməmələri üçün təxminən 1 saat yarımdan çox gözləmişlər. Həmin vaxt Rahid ona İranlının narkotik vasitə olan marixuanadan başqa digər narkotik vasitə də qoyduğunu demişdir. Həmin narkotik vasitəni götürüb iranlının dediyi “məkana” aparıb qoymaq lazımdır. O da bu zaman Rahidə heç bir fikir bildirməmişdir. Belə ki, o, həmin vaxt həyacandan Rahidə nə deyəcəyini bilməmişdir. Bu sözləri dedikdən sonra Rahid iranlının atdığı “məkan”a doğru getmiş, orada bir ədəd bağlamanı götürüb onun yanına gəlmişdir. Bir qədər irəlidə mülki geyimdə olan şəxslər onlara yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Onun narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi və əldə olunmasında vasitəçilik etməyi, eləcədə satılmasında şübhəli bilindiyi üçün Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə dəvət etmişlər. O da etiraz etməmişdir. Bölməyə gəldikdən sonra onu xidməti otaqların birinə dəvət elmişlər. Bölmədə xidməti otaqların birində videoçəkiliş başlanmış, şübhəli şəxs kimi saxlanıldığı üçün ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsi ilə nəzərdə tutulmuş hüquq və vəzifələr barədə bildiriş təqdim edilmiş, o, həmin bildirişlə tanış olmuş, sonra araşdırma müddətdində onun hüquqlarını müdafiə edəcək vəkil Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X17 təqdim edilmişdir. Daha sonra da videoçəkilişin müşayiəti ilə üzərimə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir, üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman o, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmiş. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Ona məxsus olan Redmi markalı mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Polis əməkdaşları tərəfindən saxlanıldığı zaman, polis bölməsinə gətirildiyi müddətdə, habelə polis bölməsində olduğu müddətdə ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz olaraq heç bir hərəkət edilməmişdir. O, narkotik vasitələrin istifadəçisidir, satışı ilə məşğul olmamışdır. Şəxsi axtarış zamanı təqdim etdiyi mobil telefon ona məxsusdur, həmin mobil telefonunda ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr vardır. O, İranlı ilə danışmamışdır. Onunla Rahid danışıbdır.Ona polis əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. O, Rahidin götürdüyü bağlamada narkotik vasitə olan marixuana və digər nakrotik vasitənin olduğunu bilmişdir, lakin silahın olmağı barədə xəbəri olmamışdır. O, oraya sadəcə olaraq narkotik vasitə olan marixuana üçün getmişdir. Belə ki, Rahid götürəcəyi narkotik vasitə olan marixuanadan istifadə edəcəkdir. Bağlamada olan digər narkotik vasitələrin hər hansı yerə aparıb qoyulmasında iştirak etməyəcəkdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olan və ünvan 3r məhkum olunmayan, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi, satışı, odlu silahın əldə edilməsi və saxlaması ilə bağlı ehtimal olması göstərilmişdir. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Sumqayıt ŞPİ-nin 4-cü PB-nə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olan və ünvan 3r məhkum olunmayan, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumata əsasən Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olan və ünvan 3r məhkum olunmayan, xx.xx.2004-cü il təvəllüdlü X9 qanunsuz olaraq narkotik vasitələrin istifadəsi,üzərində gəzdirməsi, satışı, odlu silahın əldə edilməsi və saxlaması ehtimalı olması göstərilmişdir. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB- nə narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi, satışı, odlu silahın əldə edilməsi, saxlaması ilə bağlı daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə əlaqədar Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, CA üzrə kiçik inspektor, polis serjantı Şahid4 ilə birlikdə Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olan və ünvan 3r məhkum olunmayan, xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs əməlinin ifşa olunması ilə əlaqədar Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən Dalğa mehmanxanasının yaxınlığındakı Star kafesinin sağ tərəfində ona yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitələrin istifadəsində, üzərində gəzdirməsində, satışında, odlu silahın əldə edilməsində və saxlamasında şübhəli olduğunu bildirərək tərəflərindən saxlanılmış və həmin şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət edilərək gətirilmişdir. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, 02 aprel 2024-cü il tarixdə saat 23:50 dəqiqədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, BTZ bağlan, fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komlekt hissələrini gəzdirməsi, narkotik vasitələrin alqısatqısı, əldə olunması, üzərində gözdərməsi və istifadəsində şübhəli olduğuna görə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən “Dağla” mehmanxanasının yaxınlığındakı “Star” kafesinin sağ tərəfində piyada olarkən müşahidəyə götürülmüş və saxlanılaraq Sumqayıt ŞPİ-nə 4-cü PB-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən əynindəki gödəkçənin sol iç cibindən 01 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bağalamaya yerləşdirilmiş 01 ədəd sellofan bükümündə külli miqdarda təmiz çəkisi -18,650 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik heroin. 01 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi - 194,723 qram olan tünd qəhvəyi rəngli, qətranabənzər, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,74 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş. 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhətdən saz, atəşə yararlı yivli odlu silahı olan tapança, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi daraq aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 24/714 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd N-si silinmiş siktlı, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı 11 tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəşə yararlıdır, silahın hissə və mexanizmərinin üzərində hər bir əlavə dəyişiklik edilməmişdir, tədqiqata təqdim edilmiş 1 ədəd əşya, zavod üsulu ilə istehsal olunmuşdur, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan darağıdır, texniki cəhətdən sazdır, bircərgəlidir və 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuşdur, eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN- KTİ-də yerləşən “güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə verindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında Sizə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM tərəfindən verilmiş məhkəməbioloji ekspertizasının xx.xx.2024-cii il tarixli 3-16-16/2-7/526 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər” yazılar və imzalar olan zərfdə 1 ədəd sellofan hüktimdəki qarışıq kütlədə təmiz çəkisi - 0,74 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM tərəfindən verilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2024-ci il tarixli M6-16/2-6/1814 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər açıq-qəhvəyi rəngli maddə...” və s. soyadlar, imzalar olan pake dəki 1 ədəd bükümdə təmiz çəkisi 18,650 qram qəhvəyi rəngli, tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qara rəngli narkotik vasitəyə bənzər maddə...” və s. soyadlar, imzalar olan paketdəxi 1 ədəd bükümdə təmiz çəkisi 194,723 qram tünd qəhvəyi rəngli, qətranabənzər maddə kütləsi xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tiryək və heroin müxtəlif növ maddələrə aid oldıı«. arı üçün onlar arasında eynilik əlamətlərinin müəyyən edilməsi tizrə tədqiqat aparılmır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi” X25in Sumqayıt şəhər şöbəsin tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cti il tarixli 535 saylı rəyinin nəticə hissəsində görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Narkoloji Mərkəzi X25" tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cii il tarixli, 4333 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRDƏN istifadə etmə halları olub.Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Şəxsi axtarış keçirilməsi haqqında" xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, 02 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs odlu silahın gəzdirilməsi, narkotik vasitələrin alqı-satqısı, əldə etməsi, qanunsuz üzərində saxlaması və istiladə etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saat 23:50 dəqiqədə Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Xidməti otaqların birində ekspert kriminalist panasonik markalı videokameranı işə salır. X10 özünü təqdim etdikdən sonra şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. Şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs nə üçtin saxlanıldığını izah edir və ona hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim edir. Sonra polis əməkdaşları özlərini təqdim edirlər. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X12 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol iç cibindən üzəri yapışqan lentlə sarılmış sellofan bağlamanı çıxarıb təqdim edir. Həmin bağlama təhqiqatçı tərəfindən açılan zaman bağlamanın aşağı hissəsindən 01 ədəd şəffaf rəngli sellofan bükümün içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan "Marixuana" bənzər kütlə aşkar edildi. Daha sonra göy rəngli sellofan bağlama polis tərəfindən kəsilərək açıldı. Bu zaman da onun içərisində olan predmetlərin qara rəngli sellofana büküldüyü aşkar edildi. Həmin qara rəngli sellofan da polis əməkdaşı tərəfindən kəsilərək açıldı. Bu zaman da onun içərisindən 01 ədəd şəffaf sellofan bükümdə açıq-qəh\əyi rəngli, narkotik vasitə olan "Heroin", 01 ədəd şəffaf rəngli sellofan bükümdə qara rəngli, narkotik vasitə olan "Tiryək" və 01 ədəd "Makarov" tipli tapança aşkar edildi. Həmin tapança polis əməkdaşı tərəfindən yoxlanıldı. Üzərində 01 ədəd boş daraq olduğu müəyyən edildi.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, üzərindən aşkar edilmiş predmetləri (narkotik vasiyəyə bənzər maddələri və silahı) qabaqcadan mobil telefon vasitəsi ilə əlaqə saxladığı, İran vətəndaşının Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Dalğa mehmanxanasının yaxınlığında ona şəklini və konumunu göndərmiş olduğu ünvandan götürmüşdür, onları götürməkdə də məqsədim İran vətəndaşının ona verəcəyi Marixuana kimi tanıdığı narkotik vasitəni pulsuz əldə etmək üçün digər narkotik vasitələri və silahı onun dediyi ünvana aparıb qoymaq olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan, içərisində açıqqəhvəyi rəngli, narkotik vasitə olan "Heroin"ə bənzər maddə olan 01 ədəd şəffaf rəngli sellofan büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisi 20 qram, üzərindən aşkar olunan içərisində qara rəngli, narkotik vasitə olan "Tiryək"ə bənzər maddə olan 01 ədəd şəffaf rəngli sellofan büküm tərəziyə qoyulub çəkilən zaman həmin maddənin sellofan ilə birlikdə çəkisi 195 qram, üzərindən aşkar olunan içərisində yaşıl rəngli, spesifik iyə malik, narkotik vasitə olan "Marixuana"ya bənzər bitki kütləsi olan 01 ədəd şəffaf rəngli sellofan büküm tərəziyə qoyulub çəkilən zaman onun sellofanla birlikdə çəkisi 2 qram olduğu müəyyən edilir. Üzərindən aşkar olunmuş həmin maddələr, bitki kütləsi və 01 ədəd boş daraq ilə birlikdə 01 ədəd tapança Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırılır və DİN-nin 128 saylı möhürü ilə möhürlənir. Daha sonra Rahil Vəlizadə əynində olan şalvarın sağ arxa cibindən 01 ədəd “Samsung" markalı mobil telefonu təqdim edir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı dövriyyəsi qanunla qadağan olmuş hər hansı əşya və predmet aşkar olunmur. Daha sonra vəkil ondan harada saxlanıldığını soruşur, Rahil Vəlizadə adını xatırlamadığım kafenin qarşısında saxlanıldığını bildirir. Vəkil Təqsirləndirilən şəxsdan polis əməkdaşları tərəfindən tutularkən və polis idarəsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərəkət olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs ona qarşı heç bir qanunsuz hərəkət olmadığını bildirir. Vəkil ondan İranlıdan götürdüyü bağlamanın içərisində odlu silahın olduğunu bilib-bilməməsini soruşur, Təqsirləndirilən şəxs də İranlının ona həmin bağlamada silah da olduğunu əvvəldən dediyini və İranlının atacağı “konum"a uyğun olaraq narkotik vasitələr ilə silahı aparıb verməli olduğunu, marixuananı isə özünə götürməsini deməsini bildirmişdir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. “Şəxsi axtarış keçirilməsi haqqında" xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdə olan videogörüntüdən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3r məhkum olunmayan, xx.xx.2005-ci il təvəllüdlü X8 narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi və əldə olunmasında vasitəçilik etməsi, eləcədə satması barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat aparatına etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Daxil olmuş həmin məlumat əsasında X8 xx.xx.2024-cü il tarixdə saat 23:50-də Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən "Dalğa" mehmanxanasının yaxınlığındakı “Star“ kafesinin sağ tərəfində saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. X8 PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə PB- də xidməti otaqların birində onun üzərinə şəxsi axtanş keçirilməyə başlanılmışdır. X4 hüquq və vəzifələr barədə bildiriş təqdim edilmiş və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X17 ona təqdim olunmuşdur. Vəkilin iştirakı ilə və X3 icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman X8 üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet olmadığını bildirmişdir. Sorğu zamanı X8 bildirmişdir ki, qonşuluqda yaşayan tanışı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə günorta saatlarında ona İran vətəndaşının Sumqayıt şəhəri ərazisində narkotik vasitə yerləşdirdiyi ünvana dair konum göndərəcəyini dediyini, ona əldə olunacaq narkotik vasitədən birlikdə istifadə etməyi bildirdiyi üçün birlikdə getməyi təklif etdiyini, onunla razılaşdığını xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində yerləşən Dalğa mehmanxanasının qarşısına gəldiklərini, orada heç kimin onlardan şübhələnməmeləri üçün təxminən 1 saat yarımdan çox gözlədiklərini, sonra da Rahidin konumda göstərilən ünvana gedib nəsə götürərək qayıtdığını və oradan uzaqlaşmaq istədikləri zaman polis əməkdaşlarının onları saxladığını bildirmişdir. X3 üzərindən aşkar olunmuş 01 ədəd Redmi markalı mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən götürülmüş. X3 üzərinə şəxsi axtarış keçirən zaman video çəkilişdən istifadə olunmuş və video çəkilişin müddəti saat 02:10-dan 02:13-dək davam etmişdir. Mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan üzərində +**********14 saylı nömrə olan "Samsung A32" markalı mobil telefona baxış zamanı mobil telefonun menyu hissəsində “WA Business” ani mesajlaşma proqramlarının yüklənməsi müəyyən edilmişdir. “WA Business” ani mesajlaşma proqramı +**********14 mobil nömrəsindən qeydiyyatdan keçmişdir. Təqsirləndirilən şəxs +**********14 savlı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “WA Business” ani mesajlaşma proqramına baxış zamanı 02 aprel 2024-cü il tarixdə +**********95 mobil nömrə altıda “Exi” (X15 mobil operatoruna məxsus mobil nömrə) adlı kontaktla satıl 12:15, 16:56, 17:04, 21:09 radələrində qarşılıqla səsli zəngləşmələrin olduğu müəyyən edilmişdir. Bundan başqa “Samsung 32" markalı mobil telefondan çəkilmiş fotoşəkillər iş üçün əhəmiyyət kəsb etdiyi üçün protokola əlavə olunmuşdur. xx.xx.2024-cü il tarixli, 5(060)-255/2024 saylı Sumqayıt şəhər Məhkəməsinin qərarından müəyyən olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 01 yanvar 2024-cü il tarixdən 03 aprel 2024-cü il tarixədək müddətdə daxil olan və çıxan zənglər, mesajların mətni, hansı antenlərin əhatə dairəsində işləməsi barədə məlumatların "xxxx" MMC-dən, "Azercell Telekom” MMC-dən ələ keçirilməsi icazə verilmişdir. "xxxx" MMC-dən daxil olmuş elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokola əsasən müəyyən olunur ki, cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Baş Prokororluğun Xidməti araşdırmalar idarəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli htiquqşunas X7 “20” iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları zorakılığına məruz qalması barədə müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 23:50dən etibarən məhdudlaşdırılmışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü Cəbrayıl rayonu, Mehdili kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, BTZ bağları, fərdi ev ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsi, satışı, odlu silahın əldə edilməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən Makarov konstruksiyalı 01 ədəd tapança, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd darağın, həmçinin narkotik vasitə heroin, narkotik vasitə tiryək, narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin odlu silah, daraq və narkotik vasitələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək odlu silahın, darağın və narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9cu bəndində qeyd olunmuşdur ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin miqdarının şəxsi istehlak miqdarında dəfələrlə artıq olmasını, əldə etdiyi narkotik vasitələrin növ müxtəlifliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin narkotik vasitəni satış məqsədilə əldə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs fiziki və psixi təsirə məruz qalmasını bildirsə də iş materiallarında buna dair heç bir sübuta rast gəlinməmiş, həmçinin müdafiə tərəfi bu barədə heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının rəyindən müəyyən olnur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs bədəni üzərində heç bir xəsarət izi aşkar olunmamış və Azərbaycan Respublikası Baş Prokororluğun Xidməti araşdırmalar idarəsinin 20 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs polis əməkdaşları zorakılığına məruz qalması barədə müraciəti əsasında toplanmış material öz təsdiqini tapmadığı üçün Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq orqanının əməkdaşları tərəfindən özünə təzyiq və təsir edildiyini bildirmişdir. Cinayət işinin məhkəməyə qədərki materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli ifadəsində törədilən əməllər üzrə özünü təqsirli bilmiş, lakin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli ifadələrində özünü qismən təqsirli bilmişdir. Bu hal da ona dəlalət edir ki, polis əməkdaşları tərəfindən ona heç bir psixi və fiziki təsir və təzyiq olunmamış, onun rahat və sərbəst şəkildə ifadə verməsinə şərait yaradılmışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin fiziki və psixi təsirə məruz qalması barədə heç bir sübuta əsaslanmayan fikirlərini onun müdafiə taktikasından irəli gələn hərəkətləri kimi qiymətləndirir. Bundan başqa məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş X3 ifadələrinə qiymət verərək qeyd edir ki, sözü gedən şahid təqsirləndirilən şəxsin yaxın məhəllə uşağı və dostudur. Ona görə də məhkəmə hesab edir ki, həmin şahid təqsirləndirilən şəxsin mövqeyini müdafiə etmək məqsədilə onun ifadəsinə uyğun ifadə vermişdir. Belə ki, şahid Həsən Qədiməliyev fizik təsirə məruz qaldığını, hətda gödəkcəsinin cırıldığını bildirsə də, üzərinə şəxsi axtarış keçirilməsinə dair video görüntüyə baxıldıqda onun özünün fiziki təsirə məruz qalmasına dəlalət edən hər hansı bir hala rast gəlinmir. Həmçinin şəxsi axtarış aparılmasına dair videogörüntüyə baxdıqda gödəkcəsində hər hansı bir zədənin olması müşahidə edilmir. Bundan başqa məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının Həsən Qədiməliyev və Təqsirləndirilən şəxs ilə hər hansı bir qərəzi olmuş olsa idi, o halda şahid Həsən Qədiməliyevədə onun özünün bildirdiyinə əsasən narkotiklə əlaqədar ittiham verərdilər. Lakin görünən budur kimi ibtidai istintaq orqanı Həsən Qədiməliyevin üzərində hər hansı bir qanunsuz əşya aşkar etmədikləri üçün onun əməlinə obyektiv qiymət verməklə hər hansı bir məsuliyyətə cəlb etməmişlər. Bundan başqa məhkəmə bildirir ki, şahid Həsən Qədiməliyev ibtidai istintaq zamanı verdiyi ifadəsində, məhkəmə istintaqı zamanı göstərdiyi xüsusatların heç birini göstərməmişdir. Həmçinin həmin şahidin məhkəmə istintaqı zamanı ifadələrində göstərdiyi hallar cinayət işində olan digər mötəbər sübutlara əsasən öz təsdiqini tapmır. Bundan başqa məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 təqsirləndirilən şəxsin tək tutulması ilə əlaqədar sərbəst ifadəsində bildirdiyi fikrə dair məhkəmə qeyd edir ki, Şahid1 əməliyyat tədbirini keçirdiyi vaxtdan məhkəmə istintaqı zamanı ifadə verdiyi vaxtadək bir ilə yaxın müddət keçmişdir. Ona görə də əməliyyat tədbirinin hər hansı bir detalını şahidin yalnış xatırlaması əməliyyat tədbirinin qanuniliyinin şübhə altına alımasına əsas vermir. Həmçinin məhkəmə qeyd edir ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini məhkəmə istintaqı zamanı təsdiq etdiyin bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi, həmçinin ibtidai istintaq zamanı verdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib-edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu xx.xx.2024-cü il tarixli ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən, həmin Məcəllənin 61-ci maddəsinə əsasən isə cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:50-dən etibarən tutulmuş hesab olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 147.4-cü maddəsində göstərilmişdir ki, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 182 (yüz səksən iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ümumi qalıq çəkisi 18.550 qram çəkidə narkotik vasitə heroin, 194.623 qram çəkidə narkotik vasitə tiryək, 0.72 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “SAMSUNG A32" markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılmalı, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhətdən saz, atəşə yararlı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1.1 maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə 03 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 8 (səkkiz) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 182 (yüz səksən iki) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş ümumi qalıq çəkisi 18.550 qram çəkidə narkotik vasitə heroin, 194.623 qram çəkidə narkotik vasitə tiryək, 0.72 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “SAMSUNG A32" markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli, Makarov konstruksiyalı, texniki cəhətdən saz, atəşə yararlı yivli odlu döyüş silahı olan tapança, zavod üsulu ilə istehsal olunmuş, texniki cəhətdən saz, bircərgəli, 08 ədəd 9x18 mm kalibrli patronların saxlanılması üçün nəzərdə tutulmuş Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 01 ədəd daraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin silah-sursat anbarına təhvil verilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar