Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-99/2023 28.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Bakı şəhəri, Buzovna qəsəbəsi, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 2,136 qram olan psixotrop maddə-metamfetamini və külli miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 8,962 qram olan narkotik vasitə-heroini əldə edib daşıyaraq üzərində saxlamış, 31 yanvar 2022-ci il tarixdə, saat 02:30-da Sumqayıt şəhəri, Metallurq küçəsində Sumayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİnin 4-cü PB-yə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı külli miqdarda, yəni 1 ədəd bükümdə təmiz çəkisi 2,136 qram olan psixotrop maddə-metamfetamin və külli miqdarda, yəni 1 ədəd bükümdə təmiz çəkisi 8,962 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmin gün o qoyulan narkotik vasitələri götürmək üçün getmiş, onları axtarmış, amma tapa bilməmişdir. Həmin vaxt bir polis əməkdaşı ona yaxınlaşmış və “Burada nə gəzirsən?” deyə soruşmuş, o isə çaşıb qalmış, nə deyəcəyimi bilməmişdir. O həmin yerləri tanımadığını, ora taksi ilə getdiyini, daha sonra polis bölməsinə aparıldığını və orada telefonundakı “whatsapp” yazışmalarını oxuduqlarını, bundan 20 dəqiqə sonra isə polis əməkdaşlarının həmin çəkidə - “whatsapp” yazışmalarında olan və onun götürmək üçün getdiyi, lakin tapa bilmədiyi çəkidə narkotik vasitəni onun qabağına qoyduqlaını demişdir. Eyni zamanda narkotik vasitədən istifadə etdiyini, ancaq satışı ilə məşğul olmadığını bildirmişdir. Buzovna qəsəbəsindən Sumqayıt şəhərinə gəlmək üçün taksiyə 30 manat verdiyini, ona görə də narkotik vasitənin miqdarını o qədər götürdüyünü, bütün qazandığı pulu narkotik vasitə almağa verdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq narkotik vasitədən yandırıb tüstüsünü nəfəsinə çəkmək yolu ilə istifadə etdiyini, kakos və şüşə istifadəçisi olduğunu, inyeksiya yolu ilə narkotik vasitə qəbul etmədiyini, iynədən qorxduğunu bildirmişdir. Narkotik vasitə aldığı şəxsin adı Dadaş olmuş, həmin gün Dadaşla “whatsapp”da danışmış, Dadaş ona şəkil ataraq narkotik vasitənin olduğu yeri göstərmişdir. Dadaşla olan yazışmaya görə həmin yerə 10 qram heroin, 2 qram da metamfetamin qoyulmuş, narkotik vasitələrdən birinin qramını 15 manatdan, digərinin qramını isə 18 manatdan almışdır. Narkotik vasitələrin qoyulduğu yerə kənddən tutduğu taksi ilə getmiş, taksi sürücüsünü bilməməsi üçün yola salmış, təxminən 20-30 dəqiqə orada narkotik vasitələri axtarmış, tapa bilmədiyi üçün Dadaşla əlaqə saxlayaraq malları tapa bilmədiyini söyləmiş, Dadaş isə ona “yaxşı bax, oradadır” demiş, ancaq malları nə qədər axtarsa da tapa bilməmişdir. Daha sonra bir nəfər polis əməkdaşı ona yaxınlaşıb “Burda nə gəzirsən” deyə soruşmuş, o isə çaşıb qalmışdır. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq ona təqdim olunan narkotik vasitənin qramı ilə “whatsapp”da qeyd olunan narkotik vasitənin qramının bir-birinə düz gəldiyini, Buzovna qəsəbəsində yaşadığını, sürücü işlədiyini, “kamaz” idarə etdiyini, subay olduğunu, ana və atası ilə birlikdə yaşadığını bildirmişdir. Günə ən azı iki qram narkotik vasitə istifadə etdiyini, narkotik vasitənin qramını istifadə müddətindən bildiyini, belə ki, 10 qram narkotik vasitənin təxminən 4-5 gün onu təmin etdiyini, əsasən heroin, arada isə metamfetamindən istifadə etdiyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, 31 yanvar 2022-ci il tarixdə, təxminən gecə saat 02:30 radələrində xidmətdə olarkən bir nəfər şəxsin Metallurq küçəsində təlaşlı və nabələd şəkildə ətrafa baxaraq hərəkət etdiyini və özünü şübhəli apardığını görmüş, lakin tək olduğu üçün ona yaxınlaşmamış, müşahidə aparmağa davam edərək yaxın ərazidəki avtopatrulla xidmət aparan polis əməkdaşlarını həmin yerə çağırmışdır. Daha sonra birlikdə həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, həm onun təlaşlı vəziyyətinə, qeyri-səmimi cavablarına, şübhəli hərəkətlərinə görə, həm də həmin ərazidə baş verən oğurluq hərəkətləri ilə əlaqədar, şəxsiyyəti müəyyən etmək məqsədilə onu 4-cü polis bölməsinə dəvət etmiş, Təqsirləndirilən şəxs də etiraz etmədən avtopatrula əyləşmişdir. Təqsirləndirilən şəxs özü yolda olarkən polis əməkdaşlarına üzərində narkotik vasitə olduğunu söyləmişdir. Polis bölməsində olarkən də üzərində narkotik vasitə olduğunu təkrar bildirmiş və video-çəkiliş aparılmaqla şəxsi axtarış aparılarkən üzərində olan narkotik vasitələri təqdim etmişdir. Polis bölməsində təqsirləndirilən şəxsin üzərinə keçirilən şəxsi axtarış zamanı özü də iştirak etmiş, onun üzərindən aşkar edilmiş bükümün içərisində qəhvəyi və ağ rəngdə iki büküm olmuşdur. Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin istifadəsi və ya satışı ilə bağlı məlumat daxil olmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 bildirmişdir ki, 31 yanvar 2022-ci il tarixdə, təxminən gecə saat 03 radələrində polis baş serjantı Şahid1 onları köməyə çağıraraq bir nəfər şəxsin özünü şübhəli apardığını, nabələd şəkildə sağasola baxaraq getdiyini bildirmişdir. Onlar da həmin şəxsə, yəni Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Orxandan hara getdiyini soruşduqda o özünü itirmiş və həyəcanlanmışdır. Şəxsiyyətini müəyyənləşdirmək məqsədilə onu Sumqayıt şəhəri 4-cü polis bölməsinə dəvət etmiş, yolda gedərkən Orxan üzərində narkotik vasitə olduğunu demiş, bölmədə üzərinə keçirilən şəxsi axtarış zamanı qəhvəyi və ağ rəngdə iki büküm aşkar edilmişdir. Məlumat Şahid1 daxil olmuş, Osmanov nəqliyyat vasitəsi olmadığı üçün onları köməyə çağırmışdır. O cümlədən Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi ilə əlaqədar əvvəldən hər hansı bir məlumat daxil olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, onlar Şahid1 çağırışı ilə deyilən əraziyə yaxınlaşmış, daha sonra Təqsirləndirilən şəxs aidiyyatı üzrə polis bölməsinə gətirilməsini təmin etmişlər. Onun üzərinə keçirilən şəxsi axtarışda özü də iştirak etmiş, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilmiş, lakin həmin narkotik vasitənin çəkisini və növünü xatırlamadığını bildirmişdir. Təqsirləndirilən şəxs gecə saatlarında özünü şübhəli apardığı üçün saxlanmış, onun həmin ərazidə törədilən cinayətlərlə əlaqəsi olub-olmadığını müəyyəndirmək üçün polis bölməsinə aparılmış, avtomobildə olarkən Təqsirləndirilən şəxs özü üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs bir il əvvəl saxlandığı üçün aşkar edilən narkotik vasitənin çəkisini və növünü xatırlamadığını, istintaq zamanı verdiyim ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid2 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02:20 radələrində 24 nömrəli marşrut üzrə 91-45 çağırışlı avtopatrulla postaçı yoldaşı Şahid3la birlikdə xidmətdə olarkən manqa komandiri Şahid1 rabitə vasitəsilə onlarla əlaqə saxlayıb Sumqayıt şəhəri, Metallurq küçəsində bir nəfər şəxsin özünü şübhəli apardığını bildirib kömək etmək üçün onları yanına çağırmış, onlar həmin əraziyə getdikdən sonra həmin şəxsi müşahidə etməyə başlamışlar. Həmin şəxsin Metallurq küçəsinə bələd olmayan şəxs kimi hərəkət edərək təlaşla sağa-sola baxdığını, onun oğurluq etmək üçün gəlməsi qənaətinə gəlib ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirdiklərini, ondan harada yaşamasını, həmin ərazidə nə etdiyini soruşarkən onun tələşlı olduğunu müşahidə etdiklərini qeyd etmişdir. Həmin şəxs adının Orxan oİduğunu bildirib həmin əraziyə nə üçün gəldiyini izah edə bilməmiş, buna görə də onun həmin ərazidə baş vermiş oğurluq cinayətlərində şübhəli olmasını düşünüb ona şəxsiyyətinin müəyyən edilməsi və həmin ərazidə törədilmiş oğurluq cinayətlərində şübhəli olmasını bildirib onlarla birlikdə 4-cü PB-уэ getməli olduğunu bildirmiş, Orxan onlara etiraz etməmiş və avtopatrula əyləşmişdir. Onlar 4-cü polis bölməsi istiqamətində hərəkətdə olarkən həmin şəxs üzərində narkotik vasitə olmasını bildirmiş, 4-cü PB- yə çatdıqdan sonra həmin şəxsin şəxsiyyətini müəyyən edib onun Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Bundan sonra onun gətirilməsi ilə bağlı raportla müraciət etmiş, polis bölməsində Təqsirləndirilən şəxs yenidən üzərində narkotik vasitə olduğunu bildirmiş, ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edildikdə o təqdim edilmiş siyahıdan hüquqlarını müdafiə etməsi üçün özünə vəkil seçmiş, vəkil 4-cü PB-nə gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs da özünü təqdin etmiş, Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilmiş və hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Sonra o və şəxsi axtarışda iştirak edən digər polis əməkdaşları özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillər siyahısından seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində istifadəsi qadağan olunan əşya, vasitə varsa təqdim etməsi xahiş edildikdə üzərində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd büküm çıxararaq masanın üzərinə qoymuş, həmin bükün açıldıqda bükümün içərisindən 2 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərin birinin içərisindən narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli maddə kütləsi digərindən isə psixotrop maddə-metamfetaminə bənzər ağ rəngli maddə kütləsi aşkar edilmiş, içərisində qəhvəyi rəngli maddə kütləsi olan büküm elektron tərəzidə çəkildikdə çəkisinin 10,03 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq qəhvəyi rəngli maddənin “kakos” olduğunu tanımadığı şəxsdən Sumqayıt şəhəri, Metallurq küçəsində istifadə etmək məqsədil 150 manata aldığını bildirmiş, içərisində ağ rəngli maddə kütləsi olan büküm elektron tərəzidə çəkildikdə çəkisinin 2,40 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin maddənin “Şüşə” olduğunu, onu da həmin şəxsdən Sumqayıt şəhəri, Metallurq küçəsində istifadə etmək məqsədilə 40 manat aldığını bildirmiş, daha sonra aşkar olunmuş 2 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən digər qanunla qadağan olunmuş əşya, predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 bildirmişdir ki, təqsirləndirilən şəxs Metallurq küçəsində saxlanılmış, polis bölməsində olarkən Təqsirləndirilən şəxs üzərindən təxminən 9-10 qram heroin və 02 qram metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxsin saxlanılma səbəbini xatırlamadığını, özünün Metallurq küçəsində olmadığını, polis bölməsində olduğunu, Təqsirləndirilən şəxs üzərindən heroin və metamfetamin aşkar edildiyini, təqsirləndirilən şəxsin 9-10 qram heroini təxminən 100 neçə manata aldığını söylədiyini, həmçinin 02 qram heroini tanımadığı şəxsdən əldə etdiyini bildirdiyini, təqsirləndirilən şəxsi bu hadisə ilə əlaqədar tanıdığını, hadisədən əvvəl Təqsirləndirilən şəxs görmədiyini, təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilməsində iştirak etdiyini bildirmişdir. Şahid4 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 02:20 radələrində 4-cü PBdə əməliyyat qrupunda olarkən Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları Təqsirləndirilən şəxs PB-yə gətirmiş, Orxan Adbullayev bölmədə olarkən üzərində narkotik vasitə olduğunu bildirmiş, ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edildə o təqdim edilmiş siyahıdan hüquqlarını müdafiə etməsi üçün özünə vəkil seçmiş, onun seçdiyi vəkil PB-nə gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanməşdır. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs da özünü təqdim etmiş, Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi izah edilmiş, hüquq və vəzifələrinə dair yazılı bildiriş təqdim edilmişdir. Sonra o və şəxsi axtarışda iştirak edən digər polis əməkdaşları özlərini təqdim etmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi Sumqayıt Regional Vəkil bürosunun vəkili təqdim edilmişdir. Təqsirləndirilən şəxs üzərində istifadəsi qadağan olunan əşya, vasitə varsa təqdim etməsi xahiş edildikdə üzərində olan göy rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümü çıxararaq masanın üzərinə qoymuş, həmin büküm açıldıqda bükümün içərisindən 2 ədəd büküm aşkar edilmişdir. Həmin bükümlərin birinin içərisindən narkotik vasitə olan heroinə bənzər qəhvəyi rəngli maddə kütləsi, digərindən isə psixotrop maddəmetamfetaminə bənzər ağ rəngli maddə kütləsi aşkar edilmişdir. İçərisində qəhvəyi rəngli maddə kütləsi olan büküm elektron tərəzidə çəkildikdə çəkisinin 10,03 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq qəhvəyi rəngli maddənin “kakos” olduğunu, tanımadığı şəxsdən Sumqayıt şəhəri, Metallurq küçəsində istifadə etmək məqsədilə 150 manata aldığını bildirmiş, içərisində ağ rəngli maddə kütləsi olan büküm elektron tərəzidə çəkildikdə çəkisinin 2,40 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq həmin maddənin “Şüşə” olduğunu, onu da həmin şəxsdən Sumqayıt şəhəri, Metallurq küçəsində istifadə etmək məqsədilə 40 manata aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş 2 ədəd büküm qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən digər qanunla qadağan olunmuş əşya, predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmadığını, aşkar olunan bükümləri telefonla İran vətəndaşı ilə danışıb aldığını bildirmiş, videoçəkiliş yekunlaşdıqdan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, Şahid4 də öz növbəsində protokola imza etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 31 yanvar 2022-ci il tarixli raportdan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin PPXT-nin İ bölük polis serjantı X1 məuzə edərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə 24 nömrəli marşrut üzrə 91-45 çağrışlı avtopatrulda postaçı yoldaşı polis nəfəri Şahid3la birlikdə xidmət aparan zaman saat 02:30-da manqa komandiri polis baş serjantı Şahid1 rabitə vasitəsilə Metallurq küçəsində bir nəfər şəxsin sağa-sola baxaraq hərəkət etməsini, özünü şübhəli aparmasını bildirmiş, həmin şəxsin ərazidə baş verən oğurluq hadisələri ilə əlaqədar olmasından şübhələnərək şəxsiyyətinin dəqiqləşdirilməsi məqsədilə bölməyə dəvət edilmiş, yolda olarkən həmin şəxs özü üzərində narkotik vasitə olması barədə polis əməkdaşlarına məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, Bakı şəhəri Buzovna qəsəbəsi, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün Sumqayıt şəhər Metallurq küçəsində Sumqayıt ŞPİ-nin PPXT-nin əməkdaşları tərəfindən saxlanılıb Sumqayıt ŞPİnin 4-cü PB-nə gətirilmişdir. “Şəxsi axtarışın keçirilməsi barədə” protokol və həmin protokola əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli sellofan bükümü təqdim edir, həmin büküm açıldıqda onun içərisindən də iki sellofan büküm aşkar edilir. Həmin bükümlərin birinin içərisindən narkotik vasitə olan heroin, digərinin içərisində isə psixotrop maddə-metamfetaminə aşkar edilir. Elektron tərəzidə çəkildikdə heroinin çəkisinin 10,03 qram olduğu, metamfetaminin çəkisinin isə 2,40 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq heroini tanımadığı şəxsdən Sumqayıt şəhəri, Metallurq küçəsində istifadə etmək məqsədilə 150 manata, metamfetamini isə 40 manata aldığını bildirir. Daha sonra aşkar olunmuş 2 ədəd büküm qablaşdırılaraq götürülür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilir, lakin üzərində digər qanunla qadağan olunmuş əşya, predmet aşkar edilmir. Təqsirləndirilən şəxs ünvanlanan suallara cavab olaraq polis əməkdaşları tərəfindən təziqlərə məruz qalmadığını, üzərinə “şəxsi axtarış” keçirilərkən ağlamağının səbəbinin isə valideynlərinə görə olduğunu bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 152 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/616 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №128” dairəvi möhür əksi və “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə; Təqsirləndirilən şəxs-imza;.....” qeydi olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi- 2,136 qram olan ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və bir ədəd bükümdə təmiz çəkisi-8,962 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən götürülmüş, bir ədəd bükümdəki təmiz çəkisi 2,136 qram olan psixotrop maddə-metamfetamindən tədqiqatdan sonra qalıq qalmış 2,086 qram metamfetamin və bir ədəd bükümdəki təmiz çəkisi 8,962 qram olan narkotik vasitə-heroindən tədqiqatdan sonra 8,862 qram heroin iş üzrə maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1873 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilməklə məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xəzər rayon icra hakimiyyəti Buzovna qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində qəsəbə sakinləri və ailə üzvləri tərəfindən Buzovna qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə ərizə və şikayət daxil olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadənin narkotik vasitələrin satışı ilə məşğul olmamasını barədə olan hissəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu hissədə verdiyi ifadə özünü müdafiə xarakteri daşımaqla obyektiv həqiqəti əks etdirmir, çünki onun verilən ittiham üzrə təqsiri öz ifadəsinin etirafedici hissəsi ilə bərabər məhkəmə baxışı zamanı tədqiq edilmiş digər sübutlarla tam təsdiq edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2ci maddələri). Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Mötəbərliyi şübhə doğurmayan və qanuni yolla əldə edilmiş sübutların məcmusu ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini əldə edib saxlama və daşıma cinayətini törətmişdir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları qiymətləndirərək məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməsi tam sübuta yetirildi və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəqaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi – 2,086 qram metamfetamin və 8,862 qram heroin məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 31 yanvar 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş qalıq çəkisi – 2,086 qram psixotrop maddə olan metamfetamin və 8,862 qram narkotik vasitə olan heroin məhv edilsin. 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılslın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-99/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-99/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver