Məhkəmə qərarları › İş №1(124)-99/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-99/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-99/2025 15.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), X4 və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1992-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o, 03 yanvar 2024-cü il tarixdə internetdə oyun zamanı tanış olduğu, şəxsiyyəti istintaqa məlum olmayan, “Kamal” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 400 manat pul müqabilində qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələri qoyulduğu yerdən götürüb deyiləcək yerlərə yerləşdirməklə satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə sonuncunun bir qrup şəxs halında +**********09 mobil nömrənin votsap tətbiqi vasitəsi ilə 11 yanvar 2024-cü il tarixdə onun ***-***-**-** nömrəsinin votsapına göndərdiyi məkanla bağlı məlumatlara əsasən Abşeron rayonu Xırdalan şəhəri Həsən Əliyev küçəsində Ceyranbatan su anbarının dəmir hasarının yanında yerə qoyduğu 1 ədəd sellofan bağlamada 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı»na (Siyahı İ) daxil edilmiş 910,04 qram çəkidə olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı götürüb qanunsuz əldə edərək yaşadığı Sabunçu rayonu, Nardaran qəsəbəsinə daşıyıb orada özünə məxsus elektron tərəzi ilə hissələrə ayıraraq, 4 bükümdə ayrı-ayrı çəkiləri 17,280 qram, 22,150 qram, 12,30 qram, 14,680 qram, ümumilikdə 66,410 qram olan hissəsini üzərində, 5 bükümdə ayrı-ayrılıqda çəkib ümumi 843,63 qram olan qurudulmuş marixuananı idarə etdiyi «Hyundai Elantra» markalı, 77-XD- 302 dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 12 yanvar 2024-cü il tarixdə saat 02:05 radələrində Abşeron rayon polis idarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Məmmədli qəsəbəsində «Araz» marketin yaxınlığında saxlanılaraq həmin avtomobildə Abşeron rayon polis idarəsinə gətirilib orada həmin gün saat 03:15-dən saat 03:24-dək üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ və sol yan ciblərindən 4 ədəd şəffaf rəngli sellofan bükümlərdə ümumi çəkisi 66,410 qram qurudulmuş marixuana aşkar olunub götürülmüş, əməliyyat tədbirinin davamı olaraq idarə etdiyi «Hyundai Elantra» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə Abşeron RPİ-nin inzibati binasının həyətində həmin gün saat 03:27-dən 03:43-ə kimi baxış keçirilərkən avtomobilin yük yerindən 1 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan elektron tərəzi və boş plastik qab, 1 ədəd qara rəngli sellofanda 380,0 qram və 1 ədəd göy rəngli polietilen bağlamada 422,2 qram, avtomobilin salonundan isə 1 ədəd şəffaf sellofanda 21,480 qram və 2 ədəd göy rəngli polietilen kəsiyi bükümündə ümumi çəkisi 41,430 qram, ümumilikdə üzərindən və idarə etdiyi avtomobilindən 910,04 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və içərisində narkotik vasitə qurudulmuş marixuananın izləri olan 1 ədəd narkotik vasitənin çəkilməsində istifadə edilən kağız borucuq aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirsiz bilərək ifadəsində bildirmişdir ki, 11 yanvar 2024-cü il tarixdə, saat 15 radələrində Maştağa qəsəbəsindən götürdüyü müştərini Bayıl qəsəbəsinə aparıb yenidən Maştağa qəsəbəsinə geri qaytarmış, saat 16-17 radələrində ittiham aktında adı qeyd olunan əməliyyatçılar tərəfindən yox, Cavid adlı polis əməkdaşı tərəfindən saxlanılmış, ittiham aktında adı çəkilən əməliyyatçılar əməliyyat yerində iştirak etməmiş, onlarla polis bölməsində tanış olmuş və şəxsi axtarış zamanı onun yanında iştirak etmişdirlər. O, ibtidai istintaq zamanı təzyiq altında qaldığı üçün etirafedici məzmunda ifadə verdiyini, 11 yanvar 2024-cü il tarixdə, saat 17 radələrində yaşadığı Nardaran qəsəbəsində saxlanıldığını, təzyiqlər nəticəsində zədələr aldığını bildirmişdir. 09 may tarixindən 19 may tarixinədək o, müvəqqəti saxlanma yerində olmamış, 10 may tarixində Bakı İstintaq Təcridxanasından onlayn qoşularaq sanksiya məhkəməsində iştirak etmiş, həmin 10 gün müddətində onun adının qarşısında qeyd olunan imzalar ona məxsus olmamışdır. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq narkotik vasitələrdən istifadə etmədiyini, tutulana qədər taksi fəaliyyəti ilə məşğul olduğunu, taksi fəaliyyəti ilə məşğul olmaq üçün "Renta-Car"-dan icarəyə maşın götürdüyünü, maşın üçün aylıq 900 manat məbləğində pul ödədiyini, götürdüyü maşının şirkət sahibinin maşını olduğunu bildirmişdir. O, İİR vətəndaşı Kamal adlı şəxsi tanımamış, həmin İİR vətəndaşının mobil nömrəsi onda olmamışdır. O, polis əməkdaşlarının onu maşınında əyləşən, tanımadığı, Maştağa sakini olan müştəriyə görə saxladıqlarını bildirmişdir. Saat 17 radələrində saxlanılmış, saxlanılarkən istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuş, istifadəsində olan mobil telefonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı heç bir məlumat olmamışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, həmin vaxt Cavid adlı polis əməkdaşı tərəfindən maşını vurulmuş, saxlanılarkən 8 nəfər polis əməkdaşı olmuşdur. O, 09 may tarixindən 19 may tarixinədək müvəqqəti saxlanma yerində olmadığından adının qarşısında qeyd olunan imzaların özünə məxsus olmadığını, həmin imzalara baxdığını və imzaların bir-birinə oxşamadığını, müvəqqəti saxlanma yerində dindirilmədiyini bildirmişdir. Abşeron Rayon Polis İdarəsində olarkən saat 00-01 radələrində ailə üzvləri ilə zəng vasitəsilə əlaqə saxlamış, onlara öz nömrəsindən zəng etmişdir. Təqsirləndirilən şəxs məhkəmə tərkibinin suallarına cavab olaraq polis əməkdaşlarının ona əslində axtarılan şəxsin onun yanında olan müştəri olduğunu, bununla bağlı narahat olmamasını, sərbəst buraxılacağını dediyini bildirmişdir. Polis idarəsində olan zaman Cavid adlı şəxs və "heyvan" deyə müraciət edilən başqa bir nəfər ondan 10.000 manat məbləğində pul istəmiş, apardığı müştəri 7.000 manat məbləğində pul vermiş və onu sərbəst buraxmışdırlar. Əli adlı həmin müştərinin soyadını bilməmiş, onu Maştağa qəsəbəsindən götürmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 yanvar 2024-cü il tarixdə internetdə oynadığı «Publik» oyununda İran İslam Respublikası vətəndaşı Kamal adlı şəxslə tanış olmuş, Kamalla söhbət zamanı iş-güc olmadığını demişdir. Kamal isə ona bildirmişdir ki, ona məxsus narkotik vasitəni aparıb dediyi çəkilərdə qablaşdırıb müxtəlif yerlərə qoyub həmin yerlərin foto şəklini və konumunu ona göndərsin, sonuncu isə öz növbəsində həmin narkotikləri satdığı şəxslərə həmin yerləri bildirib satışını həyata keçirsin. Bu işi gördüyü təqdirdə ona 400 manat pul təklif etmişdir. Onun pula ehtiyacı olduğu üçün sonuncunun təklifi ilə razılaşmış, Kamal ona demişdir ki bu işi görmək üçün ona maşın lazım olacaqdır. O isə sonuncuya avtomobili «Rent-a-car»dan götürə biləcəyini demişdir. Kamal isə ona maşının kirayə pulunu da ödəyəcəyini demişdir. O, 03 yanvar 2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus “Rent-a-car”-dan Hyundai Elantra markalı, **- XD-*** dövlət qeydiyyat nişanlı avtomobili kirayə götürmüş və Kamalın +**********09 mobil nömrənin vatsapı ilə əlaqə saxlayıb maşın kirayələdiyini bildirmişdir. 11 yanvar 2024-cü il tarixdə Kamal ona zəng vurub Xırdalan şəhərində Qafqaz universitetinin yaxınlığında 1 ədəd bağlamada narkotik vasitə olduğunu bildirib həmin narkotiki götürməyi ona bildirmiş, həmin yerin konumunu və narkotikin qoyulduğu yerin şəklini Whatsapp tətbiqi ilə ona göndərmişdir. O, isə saat 21 radələrində Kamalın atdığı konumdakı yerə yəni Xırdalan şəhərinə keçmiş Qafqaz universiteti tərəfdən gəlib dəmirlə hasarlanmış yerdə 1 ədəd sellofan bağlamanı tapıb götürmüşdür. Kamala bağlamanı götürdüyünü bildirmiş, sonuncu isə ona demişdir ki, həmin bağlamadakı qurudulmuş marixuanadan 2 ədəd 15 qram, 3 ədəd 20 qram, 2 ədəd 10 qram bükümlərə ayırıb aparıb müxtəlif yerlərə qoysun və həmin yerlərin fotoşəklini çəkib qoyduğu yerlərin konumlarını və şəkilləri ona göndərsin. O, yaşadığı Nardaran qəsəbəsinə gələrək özünə məxsus elektron tərəzi ilə Kamalın ona dediyi çəkilərdə həmin bağlamadakı narkotik vasitədən 7 ədəd sellofan bağlamalarda ayırıb qalan hissəni avtomobilin yük yerinə 1 ədəd qara sellofanda və 1 ədəd göy rəngli sellofan bağlamada qoymuşdur. 4 ədəd sellofan bükümləri gödəkçənin ciblərinə, 3 ədəd bükümləri isə avtomobilin salonunda sürət qutusunun yanına qoymuş ki, aparıb müxtəlif yerlərə qoysun. O, saat təxminən 02 radələrində avtomobillə Abşeron rayonu, Məmmədli kəndinə «Araz» marketin yaxınlığına gəlmiş, avtomobildən düşərkən 2 nəfər mülki formada olan şəxslər ona yaxınlaşaraq Abşeron rayon polis idarəsinin X1 əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitədən istifadə və daşımaqda şübhəli olduğumu bildirib polis idarəsinə getməli olduğunu demişlər. Polis əməkdaşlarından biri onun idarə etdiyi avtomobili idarə edib onunla birlikdə Abşeron rayon polis idarəsinə gəlmişlər. Polis idarəsinə gəldikdən sonra vəkil dəvət olunaraq üzərində şəxsi axtarış aparılması barədə məlumat verilmiş və ona hüquq və vəzifələri izah olunduqdan sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə polis idarəsinin xidməti otağında videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmişdir. Ona üzərində qanunla qadağan olunmuş nə varsa, təqdim etməyi təklif olunmuş, o, gödəkçənin sağ və sol yan ciblərində qoyduğu 4 ədəd sellofan bükümləri, mobil telefonunu və avtomobilin açarını təqdim etmişdir. Polis əməkdaşları üzərinə şəxsi axtarış keçirmiş, başqa hər hansı qanunla saxlanılması qadağan edilmiş əşya əşya aşkarlanmamışdır. Həmin bükümlərdə nə olduğu ondan soruşulmuş, o, bükümlərdə narkotik vasitə qurudulmuş marixuana olduğunu İran vətəndaşının mobil telefonuna göndərdiyi yerdən Xırdalan şəhəri Qafqaz Universiteti yaxınlığından götürdüyünü və bükümlərə ayırıb aparıb müxtəlif yerlərə qoymaq üçün üstündə saxladığını bildirmişdir. Polis əməkdaşları ona bundan başqa narkotik vasitə olubolmadığını soruşmuş, o isə avtomobilində də narkotik vasitə olduğunu bildirmişdir. Həmin 4 ədəd sellofan bükümlər və mobil telefon kağız zərflərdə qablaşdırılaraq möhürlənmiş, qablaşdırma üzərində imza etmişdir. Sonra Abşeron rayon polis idarəsinin həyətində saxladığı avtomobilə baxış keçirilmiş, o avtomobilin yük yerini açıb orada sellofan bağlamanın içərisindəki 1 ədəd qara sellofan bağlamanı, 1 ədəd göy rəngli sellofan bağlamanı və 1 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Həmin bağlamalar açılıb içərisinə baxıldıqda yaşıl rəngdə narkotik vasitə qurudulmuş marixuana olduğu məlum olduğu üçün həmin bağlamalar və elektron tərəzi sellofan torbalarda qablaşdırılıb götürülmüşdür. Bundan sonra avtomobilin salonunda baxış zamanı 3 ədəd bükümü göstərib həmin bükümlərin içərisində narkotik vasitə olduğunu bildirmiş, bükümlərin olduğu yerdə bir ədəd narkotik vasitənin çəkilməsində istifadə edilən kağız borucuq da aşkar olunub götürülmüş, həmin narkotik vasitə olan bükümlər və kağız borucuq qablaşdırılıb götürülmüş və üzərində imza edərək təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin NMBnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, 11 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında 4 nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirinin keçirilməsi üçün Məmmədli kəndinə getmiş, gecə radələrində həmin ərazidə təqsirləndirən şəxs saxlanılaraq polis idarəsinə aparılmışdır. İdarədə üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindən narkotik vasitə aşkar olunmuş, Təqsirləndirilən şəxs özü maşında da narkotik vasitə olduğunu etiraf etmiş, daha sonra təqsirləndirilən şəxsin idarə etdiyi avtomobilə baxış keçirilmiş, maşında da narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmçinin aşkar olunan narkotik vasitəni İİR vətəndaşından “zakladka” vasitə ilə əldə etdiyini və narkotik vasitəni deyilən ünvana yerləşdirəcəyini bildirmişdir. O, hadisə yerinə 2 maşınla getdiklərini, həmin vaxt özünün avtomobil idarə etmədiyini, həmin vaxt Təqsirləndirilən şəxs avtomobilini kimin idarə etdiyini xatırlamadığını bildirmişdir. İdarədə gecə saatlarında təhqiqatçının otağında təqsirləndirilən şəxsin üzərinə baxış keçirilmişdir. O, ***-***-**-** saylı mobil nömrənin istifadəsində olduğunu, başqa mobil nömrəsinin olmadığını bildirmişdir. Saxlanılan zaman təqsirləndirilən şəxsin yanında başqa heç kim olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni üzərində və idarə etdiyi avtomobildə saxlaması, gəzdirməsi, satması və Abşeron rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Abşeron rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlamasında, gəzdirilməsində, satışında şübhəli olduğu üçün xx.xx.2024-cü il tarixdə həmin şəxsin müəyyən olunub ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar çıxarılmış və Abşeron rayon Polis İdarəsinin NMB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. 11 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı saat 02:05 radələrində Abşeron rayonu, Məmmədli qəsəbəsi ərazisində keçirilmiş əməliyyat tədbirləri zamanı zahiri əlaməti onlara məlum olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Həmin şəxs özünü şübhəli apardığından üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və Abşeron RPİ-nə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun şübhəli şəxs qismində tutulması barədə məlumat verilmiş və üzərində şəxsi axtarış aparılmasını bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona vəkilin iştirakı ilə hüquq və vəzifələri izah edilməklə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya varsa təqdim etməsi təklif olunmuşdur. Sonuncu əynində olan gödəkçənin sağ və sol yan ciblərində qoyduğu 4 ədəd sellofan bükümləri, mobil telefonunu və avtomobilin açarını təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, başqa hər hansı qanunla saxlanılması qadağan edilmiş əşya aşkarlanmamışdır. Həmin bükümlərdə nə olduğu Təqsirləndirilən şəxs soruşulduqda, sonuncu bükümlərdə narkotik vasitə qurudulmuş marixuana olduğunu İran vətəndaşının mobil telefonuna göndərdiyi yerdən Xırdalan şəhəri Qafqaz Universiteti yaxınlığından götürdüyünü və bükümlərə ayırıb aparıb müxtəlif yerlərə qoymaq üçün üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs bundan başqa narkotik vasitə olubolmadığını soruşulduqda sonuncu avtomobilində də narkotik vasitə olduğunu bildirmiş, bundan sonra aşkar edilmiş 4 ədəd sellofan bükümlər və mobil telefonu kağız zərflərdə qablaşdırılaraq möhürlənmiş və qablaşdırma üzərində imza edilmişdir. Sonra Abşeron rayon polis idarəsinin həyətində saxlanılmış Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin yük yerini açıb orada sellofan bağlamanın içərisindəki 1 ədəd qara sellofan bağlamanı, 1 ədəd göy rəngli sellofan bağlamanı və 1 ədəd elektron tərəzini təqdim etmişdir. Həmin bağlamalar açılıb içərisinə baxıldıqda yaşıl rəngdə narkotik vasitə qurudulmuş marixuana olduğu məlum olduğu üçün həmin bağlamalar və elektron tərəzi sellofan torbalarda qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs avtomobilin salonuna baxış zamanı 3 ədəd bükümləri göstərib həmin bükümlərin içərisində narkotik vasitə olduğunu bildirmiş, bükümlərin olduğu yerdə bir ədəd narkotik vasitənin çəkilməsində istifadə edilən kağız borucuq da aşkar olunmuş, həmin narkotik vasitə olan bükümlər və kağız borucuq qablaşdırılıb götürülmüşdür. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron RPİ-nin NMBnin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında Şahid2la birlikdə 11 yanvar 2024-cü il tarixdə, gecə radələrində Təqsirləndirilən şəxs Abşeron rayonu, Məmmədli kəndi ərazisində Kürdəxanı ərazisinə gedən yolda tərəflərindən saxlanılmış və saxlanılandan sonra Abşeron RPİ-ə dəvət edilmişdir. Hadisə yerinə o, Şahid2la birlikdə şəxsi avtomobili ilə getmiş, sonradan Təqsirləndirilən şəxs məxsus avtomobili idarə etmişdir. İdarədə gecə saatlarında təhqiqatçının otağında təqsirləndirilən şəxsin üzərinə baxış keçirilən zaman qurudulmuş marixuana, telefon və maşın açarı, daha sonra maşının yük yerinə baxış keçirilən zaman isə oradan qurudulmuş marixuana və elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitənin çəkisi külli miqdarda olmuşdur. O, şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman orada iştirak etmişdir. Əməliyyat zamanı istifadəsində ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 ilə oxşar məzmunlu ifadə vermiş, şahid ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş baxışın video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman gödəkçəsinin ciblərindən 04 ədəd sellofan bükümləri, mobil telefonunu və avtomobilin açarını çıxararaq təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümlərdə narkotik vasitə qurudulmuş marixuana olduğunu, İran vətəndaşının mobil telefonuna göndərdiyi yerdən Xırdalan şəhəri Qafqaz Universiteti yaxınlığından götürdüyünü və bükümlərə ayırıb müxtəlif yerlərə qoymaq üçün üstündə saxladığını və avtomobilində də narkotik vasitə olduğunu bildirir. Aşkar olunan narkotik vasitə və mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan 03 yanvar 2024-cü il tarixli, K-49 nömrəli yol vərəqəsi, SN0781 nömrəli icarə müqaviləsi və təhvil-təslim aktı məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs “Hyundai Elantra” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" MMC-yə məxsus “Rent-a-car”-dan xx.xx.2024-cü il tarixdə icarəyə götürmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli ərizə məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs Abşeron RPİ-nin həyətində saxlanılan “Hyundai Elantra” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir şikayəti və etirazı olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, “Hyundai Elantra” markalı **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs avtomobilin yük yerini açıb orada sellofan bağlamanın içərisindəki 01 ədəd qara sellofan bağlamanı, 01 ədəd göy rəngli sellofan bağlamanı və 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim edir. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan bağlamalar və elektron tərəzi sellofan torbalarda qablaşdırılaraq götürülmüşdür. Bundan sonra avtomobilin salonundan 03 ədəd bükümü göstərib həmin bükümlərin içərisində narkotik vasitə olduğunu bildirmiş, bükümlərin olduğu yerdə bir ədəd narkotik vasitəni istifadə etmək üçün nəzərdə tutulan kağız borucuq da aşkar olunmuş, bütün aşkar olunanlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş “Samsung Galaxy” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun qalereya bölməsində müxtəlif fotolar və videolar aşkar edilmiş, fotoların xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə telefonun yaddaşına köçürüldüyü müəyyən edilmişdir. Həmin fotolarda elektron tərəzi üzərində müxtəlif növ bağlamalarda və müxtəlif çəkilərdə çətənə bitkisinə oxşar bitki hissələrinin qablaşdırılmış halda yığıldığı müəyyən edilmiş, yaddaşa köçürülmüş 3 ədəd videoda çətənə bitkisinin açıq formada stola yığıldığı və xüsusi vasitələrlə qurudulduğu öz əksini tapmışdır. Digər iki videoda isə Təqsirləndirilən şəxs təsviri əks olunan şəxsin çıxışı qeydə alınmış, belə ki, həmin şəxs çəkdiyi videosunda özünü Nardaran qəsəbə sakini kimi təqdim edir və Kamal abi deyilən şəxsdən narkotik vasitə, psixotrop maddə və dərman vasitələri götürdüyünü, həmin vasitələrin çəkisinin 5-10 kiloqram aralığında olduğunu, həmin vasitələri Bakı şəhərindən və rayonlardan götürdüyünü, bu kimi halların gündəlik təkrar olunduğunu, həmin vasitələri deyilən yerlərə qoyması müqabilində ona hər kiloqramına görə 400 manat pul verildiyini göstərir. Təqsirləndirilən şəxs özünün təsviri və çıxışı ilə çəkdiyi digər videosu da eyni məzmunlu olmaqla çəkilmiş və çıxışında həmin hərəkətləri “Kamal abi” deyilən şəxsin sifarişi ilə etdiyini bir daha təkrar etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung Galaxy” markalı mobil telefona baxış keçirilərkən xx.xx.2024-cü il tarixli protokolda qeyd olunmuş Təqsirləndirilən şəxs özünün təsviri ilə çəkdiyi, “Kamal abi” adlı İran İslam Respublikası vətəndaşının göstərişi və təlimatı ilə hərəkət etməsini əks etdirən video görüntülər aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/56 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs imza, salondan aşkar olunan» yazıları olan zərfdə 1 ədəd qutuda siqaret üçün nəzərdə tutulmuş içərisi boş kağız borucuqda bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur, 1 ədəd şəffaf sellofonda təmiz çəkisi 21,480 qram və 2 ədəd poletilen kəsiyi bükümündə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 12,05 qram və 7,90 qram olmaqla, ümumi çəkisi 41,430 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə — qurudulmuş marixuanadır. Təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs imza üzərindən aşkar olunan» yazılan zərfdə 4 ədəd şəffaf sellofonda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 17,280 qram, 22,150 qram, 12,30 qram və 14,680 qram olmaqla, ümumi çəkisi 66,410 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə — qurudulmuş marixuanadır. Təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs imza...» yazılan polietilen bağlamada 1 ədəd göy rəngli poletilen bağlamada quru halda təmiz çəkisi 422,2 qram (nəm halda 665,0 qram olub) bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmin bağlamada olan 1 ədəd elektron tərəzinin, 1 ədəd içərisi boş plastik qabın içərisində narkotik vasitə olan qurudulmuş marixuana hissəcikləri vardır. Qurudulmuş marixuana hissəcikləri cüzi miqdarda olduğu üçün onun müqayisəli tədqiqatını aparmaq mümkün deyildir. Tədqiqata təqdim edilmiş içərisi boş sellofanın üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş narkoloji ekspertizanın xx.xx.2024-cü il tarixli 1056 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1370 №li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 1(124)-731/2024 nömrəli cinayət işinin 17-18-ci vərəqlərində olan yanvar 2024-cü il tarixli "müdafiəçinin yardımından istifadə hüququnun təmin edilməsi haqqında" protokolun 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində "Təqsirləndirilən şəxs" qrafasındakı imza; 19-cu vərəqində olan xx.xx.2024-cü il tarixli ərizədə "İmza: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 24-cü vərəqində olan xx.xx.2024-cü il tarixli "Müdafiəçinin təqdim edilməsi barədə" protokolda "Şübhəli şəxs Təqsirləndirilən şəxs" qrafasındakı imza; 25-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "Şübhəli şəxsin tutulması haqqında” protokolda "Şübhəli şəxs Təqsirləndirilən şəxs" və "Tutulmuş şəxs Təqsirləndirilən şəxs oğlu" qrafalarındakı imzalar; 26-27-ci vərəqlərində olan Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə yazılı bildirişin 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 28-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "Şübhəli şəxsin "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasında nəzərdə tutulan hüquqları haqqında" bildirişdə "Bildirişi aldım:" qrafasındakı imza; 29-cu vərəqində olan xx.xx.2024-cü il tarixli "şübhəli şəxsə tutulması barədə qərarın surətinin, hüquq və vəzifələrinin izahına dair yazılı bildirişin verilməsi haqqında" protokolda "Şübhəli şəxs Təqsirləndirilən şəxs" qrafalarındakı imzalar; 30-31-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında" protokolun 1-ci vərəqinin aşağı hissəsindəki imza və 2-ci vərəqində "Şübhəli şəxs Təqsirləndirilən şəxs" qrafasındakı imza; 32-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "Etiraz edilməli şəxslərin dairəsi və onlar barədə zəruri məlumatları tutulmuş şübhəli şəxsə bildirmək haqqında" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 33-cü vərəqində olan xx.xx.2024-cü il tarixli "Şəxsi axtarış və götürmə aparılması haqqında" qərarda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 35-36-cı vərəqlərində olan xx.xx.2024-cü il tarixli "Şəxsi axtarış və götürmə aparılması haqqında" protokolun 1-ci vərəqində olan 2 ədəd imza və 2-ci vərəqində "İştirak etdilər: 3. Təqsirləndirilən şəxs" qrafasındakı imza; 37-ci vərəqində olan xx.xx.2024-cü il tarixli ərizədə "İmza: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 38-39-cu vərəqlərində olan xx.xx.2024-cü il tarixli "Baxış və götürmə aparılması haqqında" protokolun 1-ci vərəqinin aşağı hissəsində "İmza: Təqsirləndirilən şəxs" qrafasındakı imza və 2-ci vərəqində: İştirak etdilər: 3. Təqsirləndirilən şəxs” qrafasındakı imza; 40-cı vərəqində olan izahatın ön hissəsindəki 2 ədəd imza və izahatın arxa tərəfində "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 44-cü vərəqində olan xx.xx.2024-cü il tarixli "Ekspertiza təyin olunması və aparılması haqqında qərarın şübhəli şəxsə elan və hüquqlarının izah edilməsi haqqında" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 50-ci vərəqində olan "Şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında" protokolda "Şübhəli şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 59-cu vərəqində olan xx.xx.2024-cü il tarixli "cinayət prosesi iştirakçılarına etiraz edilə bilən şəxslər barədə məlumat verilməsi haqqında" protokolda "Şübhəli şəxs: Məmmədov N" qrafalarındakı imzalar; 60-cı vərəqində olan xx.xx.2024-cü il tarixli "ekspertiza rəyinin şübhəli şəxsə elan edilməsi barədə" protokolda "Şübhəli şəxs: Məmmədov N" qrafasındakı imza; 61-62-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli "Şübhəli şəxsin dindirilməsi" protokolunun 1-ci vərəqinin aşağı sağ küncündə "Dindirmə bitdi:" qrafasındakı imza və həmin vərəqin arxa tərəfinin aşağı sağ kündəki imza, 2-ci vərəqində "İmza:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazıları; 63-64-cü vərəqlərində olan xx.xx.2024-cü il tarixli "təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında" qərarın 2-ci vərəqində "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 66-67-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli "təqsirləndirilən şəxsin hüquq və vəzifələri barədə" bildirişin 2-ci vərəqində "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 68-ci vərəqində olan xx.xx.2024-cü il tarixli bildirişdə “təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 69-cu vərəqində olan xx.xx.2024-cü il tarixli "təqsirləndirilən şəxsə etiraz hüququnun izah edilməsi haqqında" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 70-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "təqsirləndirilən şəxsə ittihamın elan edilməsi, hüquq və vəzifələrinin izah edilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarının surətini və bildiriş ona verilməsi haqqında" protokolda "Təqsirləndirilən şəxs" qrafasındakı imza və "Müdafiəçi:" qrafasında soldan 1-ci imza; 71-72-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli "Təqsirləndirilən şəxsin dindirilməsi" protokolunun 1-ci vərəqində “təqsirkar bilirəm" yazılarının aşağı hissəsindəki imza və "Təqsirləndirilən şəxs" yazılarının aşağı hissəsində soldan 1-ci imza, həmin vərəqin arxa tərəfinin aşağı sol hissəsindəki imza, 2-ci vərəqində “İmza:" qrafasındakı imza və "Təqsirləndirilən şəxs" yazıları; 75-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "ekspertizanın təyin edilməsi barədə qərarın təqsirləndirilən şəxsə elan edilməsi barədə" protokolda "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 80-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "həbs qətimkan tədbiri seçilərkən məhkəməyə təqdim edilən sənədlərlə təqsirləndirilən şəxsin tanış edilməsi haqqında" protokolda "təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs" qrafasındakı imza; 146-cı vərəqində olan xx.xx.2024-cü il tarixli "ekspertiza rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında" protokolda "təqsirləndirilən şəxs:" qrafasındakı "Məmmədov" yazısı və imza; 174-cü vərəqində olan xx.xx.2024-cü il tarixli "İbtidai istintaqın qurtarmasını təqsirləndirilən şəxsə elan olunması haqqında" protokolda "təqsirləndirilən şəxs:" qrafasındakı "Məmmədov” yazısı və imza; 175-ci vərəqində olan xx.xx.2024-cü il tarixli "İstintaq materialları ilə təqsirləndirilən şəxsi tanış etmək haqqında" protokolda "Təqsirləndirilən şəxs vəsatətləri:" qrafasındakı yazılar və “təqsirləndirilən şəxs:" qrafasındakı "Məmmədov" yazısı və imza; 178-ci vərəqində olan xx.xx.2024-cü il tarixli məlumatda "Qərarı Qəbul etdim: Təqsirləndirilən şəxs xx.xx.2024" yazıları və "Təqsirləndirilən şəxs" yazılarının əvvəlindəki İmza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 15 yanvar 2024-cü il tarixli “Maddi sübut hesab edilməsi haqqında” və 15 iyul 2024-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və idarə etdiyi avtomobilindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 909,59 qram qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, boş plastik qab, 01 ədəd narkotik vasitənin çəkilməsində istifadə edilən kağız borucuq və 01 ədəd “Samsung Galaxy” markalı mobil telefon maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanması yerinə təhvil verilmiş, 01 ədəd disk maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Nardaran qəsəbəsi İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayan Təqsirləndirilən şəxs barəsində Nardaran qəsəbəsi İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq — xx.xx.2022-ci il təvəllüdlü X5 vardır. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan “Kamal” adlı İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsində “Kamal” adlı İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, yalnız təqsirləndirilən şəxsin verdiyi ifadəsini mötəbər sübut kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut əldə edilib məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs üzərinə baxış və ilkin ifadəsində narkotik vasitəni “Kamal” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə müvafiq olaraq şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid, biri digərinə kifayət qədər uyğun gələn, mötəbər sübutların məcmusu ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) .. məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 38-ci bəndinə irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin məhkum barəsində onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan xaric edilməklə onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası hədlərində cəza təyin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 910,04 qram çəkidə olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı Abşeron rayonu, Xırdalan şəhəri, Həsən Əliyev küçəsində Ceyranbatan su anbarının dəmir hasarının yanından 1 ədəd sellofan bağlamada götürüb qanunsuz əldə edərək yaşadığı Sabunçu rayonu, Nardaran qəsəbəsinə daşıyıb orada özünə məxsus elektron tərəzi ilə hissələrə ayıraraq, 4 bükümdə ayrı-ayrı çəkiləri 17,280 qram, 22,150 qram, 12,30 qram, 14,680 qram, ümumilikdə 66,410 qram olan hissəsini üzərində, 5 bükümdə ayrı-ayrılıqda çəkib ümumi 843,63 qram olan qurudulmuş marixuananı idarə etdiyi «Hyundai Elantra» markalı, 77-XD- 302 dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, 12 yanvar 2024-cü il tarixdə Abşeron rayon polis idarəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu, Məmmədli qəsəbəsində «Araz» marketin yaxınlığında saxlanılaraq həmin avtomobildə Abşeron rayon polis idarəsinə gətirilib orada həmin gün üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ və sol yan ciblərindən 4 ədəd şəffaf rəngli sellofan bükümlərdə ümumi çəkisi 66,410 qram qurudulmuş marixuana aşkar olunub götürülmüş, əməliyyat tədbirinin davamı olaraq idarə etdiyi «Hyundai Elantra» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı avtomobilə Abşeron RPİ-nin inzibati binasının həyətində həmin gün baxış keçirilərkən avtomobilin yük yerindən 1 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan elektron tərəzi və boş plastik qab, 1 ədəd qara rəngli sellofanda 380,0 qram və 1 ədəd göy rəngli polietilen bağlamada 422,2 qram, avtomobilin salonundan isə 1 ədəd şəffaf sellofanda 21,480 qram və 2 ədəd göy rəngli polietilen kəsiyi bükümündə ümumi çəkisi 41,430 qram, ümumilikdə üzərindən və idarə etdiyi avtomobilindən 910,04 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və içərisində narkotik vasitə qurudulmuş marixuananın izləri olan 1 ədəd narkotik vasitənin çəkilməsində istifadə edilən kağız borucuq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində polis əməkdaşlarının onu Maştağa qəsəbəsi ərazisində müştəri kimi götürdüyü, tanımadığı şəxsə görə saxlamaları, ittihamda qeyd olunan idarə etdiyi nəqliyyat vasitəsi və üzərindən aşkar edilən narkotik vasitələrin ona məxsus olmaması və ondan aşkar edilməməsi, polis əməkdaşlarının təzyiqi nəticəsində onların dedikləri ilə razılaşaraq ibtidai istintaq zamanı etirafedici ifadə verməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə maddi sübut olub, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan 02 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 909,59 qram qurudulmuş marixuana, 01 ədəd boş plastik qab və 1 ədəd narkotik vasitənin çəkilməsində istifadə edilən kağız borucuq məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung Galaxy” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 01 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 196 (yüz doxsan altı) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 12 yanvar 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 909,59 qram qurudulmuş marixuana, 01 ədəd boş plastik qab və 1 ədəd narkotik vasitənin çəkilməsində istifadə edilən kağız borucuq məhv edilsin, bir ədəd elektron tərəzi müsadirə edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd “Samsung Galaxy” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, 01 diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs 196 (yüz doxsan altı) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar