Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-10/2024 13.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X5 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 204.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə saxta pul hazırlamaqla, öz qulluq mövqeyindən istifadə edərək etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış, eləcə də tamah niyyəti ilə vəzifə saxtakarlığına yol vermişdir. Belə ki, o, Zərərçəkmiş şəxs MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayevin xx.xx.2022-ci il tarixli, Ə-1750/22 saylı əmrinə əsasən 02 iyun 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək X32 Filialının 12 saylı Poçt Şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə tam maddi məsuliyyət daşıması haqqında 24 yanvar 2022-ci il tarixli müqaviləyə, həmin tarixli iltizamnaməyə və vəzifə təlimatına əsasən poçt müəssisəsinin baş kassasında (PŞ-nin kassalarında) olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edən, nağd pulun və digər qiymətlililərin qorunub saxlanılması barədə vəzifələri həyata keçirən və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib özgə əmlakı qanunsuz və əvəzsiz olaraq talamaq qərarına gəlmiş, bu niyyətlə əvvəlcədən, yəni 19 avqust 2022-ci il tarixdə Gəncə şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 1 ünvanında yerləşən yaşadığı evində satış məqsədi ilə “Epson L3110” markalı çox funksional (skaner, printer) çap qurğusu vasitəsilə dövriyyədə olan həqiqi 100 (bir yüz) Azərbaycan manatı pul əskinasına uyğun olmayan, həqiqi pul əskinasdan açıq-aşkar formada fərqlənməyən rəngli surətinı çıxararaq axınlı çap üsulu ilə hazırladığı 168 ədəd C seriyalı 82241271 nömrəli 100 nominal Azərbaycan manatı əskinasını çap etdiyi 16 800 (on altı min səkkiz yüz) manat saxta pul ilə ifadə olunan qiymətli kağızları hazırlamaqla 22 avqust 2022-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti 13 ünvanında yerləşən rəhbəri olduğu poçt şöbəsinə daxil olmuş 500 (beş yüz) ədəd 100 manatlıq və 500 (beş yüz) ədəd 20 manatlıq əskinaslar olmaqla ümumilikdə 60 000 (altmış min) manat nağd pul vəsaitlərinin 7 140 (yeddi min yüz qırx) manatı əməliyyat edildikdən sonra, qalan limitdən artıq 52 860 (əlli iki min səkkiz yüz altmış) manat pul vəsaitinin 16800 (on altı min səkkiz yüz) manat hissəsi ilə dəyişdirərək öz qulluq mövqeyindən istifadə etməklə götürərək, tamah niyyətilə həmin poçt şöbəsində iş günün sonunda pul sənədləri üzrə poçt şöbəsinin rəisi ilə son hesablaşma aparmalı olan, eləcə də həmin poçt şöbəsində digər vəzifələri yerinə yetirən əməliyyatçı Şahid1 nominal dəyəri olan pul vəsaitlərinin tam şəkildə düzgün olması barədə guya sonuncu tərəfindən tərtib edilmiş Zərərçəkmiş şəxs adından olan rəsmi sənəd hesab edilən “F.RN-4 saylı” müşayət məktubuna qeyd olunan müddət ərzində həmin ünvanda yerləşən rəhbəri olduğu Poçt şöbəsindəki xidməti otağında həmin məktubun üz tərəfinin aşağı sağ küncündə olan “Əməliyyatçı” qrafasına 12 saylı Poçt Şöbəsinin əməliyyatçısı Şahid1 əvəzinə imza edərək bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib Zərərçəkmiş şəxs MMC-yə məxsus 16 800 (on altı min səkkiz yüz) manat pulu öz qulluq mövqeyindən istifadə edərək etibar edilmiş xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını mənimsəyərək talamış, satış məqsədi ilə saxta pul hazırlamaqla, tamah niyyəti ilə vəzifə saxtakarlığı etmişdir. Məhkəmə baxışı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən ərəfədə maddi dolanışığı çətin olduğundan borcları olmuş və həmin vaxt X32 Filialının 12 saylı Poçt Şöbəsinin müdiri kimi işə başlamışdır. Gündəlik olaraq onun əlindən müxtəlif məbləğlərdə pullar dövr eləmişdir. Həmin vaxt o, poçt şöbəsinə gələn pulları saxta pullarla dəyişib borclarını ödəmək, bunun üçün filialdan gələn möhkəmləndirmə məbləğini artırmaq qərarına gəlmişdir. Ona görə də filial müdirinə zəng edərək guya bir nəfər şəxsin yaxınlaşaraq 110 000 (yüz on min) manat pul dəyişmək istədiyini bildirmiş və həmin vəsaiti vermələrini demişdir. Onlar da bu barədə mərkəzlə danışıb deyəcəklərini bildirmişdir. Daha sonra bu qədər vəsait ayrıla bilməyəcəyini və bu məbləğdə əməliyyatın mümkün olmadığını demişdirlər. Təqsirləndirilən şəxs onlardan maksimum nə qədər pul verə biləcəklərini soruşduqda 60 000 (altmış min) manat pul verə biləcəklərini demişdirlər. İlk öncə 20 000 (iyirmi min) manat pul göndərsələr də, o razılaşmamışdır. Çünki borclarını ödəmək, həmçinin bir qədər maddi vəziyyətini yaxşılaşdırmaq üçün ən azı 15 000 (on beş min) manat pul lazım olmuşdur. Buna görə də 20 000 (iyirmi min) manat pulu filiala qaytarmışdır. Həftənin 1-ci günü, yəni 22 avqust 2022-ci il tarixdə 60 000 (altmış min) manat pul verəcəklərini ona bildirmişdirlər. Bundan sonra 19 avqust 2022-ci il tarixdə Gəncə şəhərində yerləşən “Orbit” adlı mağazadan 400 manata rəngli kserokopiya aparatı almışdır. Həmin gün aparatı evdə quraşdıraraq özündə olan C822241271 seriya nömrəli 100 manatlıq əskinasın surətini çıxararaq çoxaltmağa başlamışdır. Anası işdə olduğundan evdə həmin vaxt heç kim olmamışdır. O, təxminən 4 saat ərzində 168 ədəd 100 manatlıq saxta əskinas hazırlamış və qayçı ilə onları səliqəli kəsərək götürmüşdür. O, çıxardığı saxta pulları evdə şkafın içərisinə qoyaraq gizlətmişdir. 20 avqust 2022-ci il tarixdə o, yenə evdə heç kim olmayan vaxtı özündə olan bir ədəd C822241271 seriya nömrəli 100 manatlıq əskinası yandırmışdır ki, gələcəkdə üzərinə və ya evə baxış keçirilərsə, pul tapılmasın. Bundan sonra o, 21 avqust 2022-ci il tarixdə aldığı kserokopiya aparatını qutusuna qoyub tanışı Nailə adlı qadına vermişdir. Belə ki, o, aparatı Nailəyə verərkən həmin aparatın özünün olduğunu, yer götürərək istifadə edəcəyini, ona görə də onda qalmasını bildirmişdir. Nailə Gəncə şəhəri 5-ci mikrorayonda yaşamışdır. 22 avqust 2022ci il tarixdə saat 11 radələrində X32 Filialından inkassatorla ona möhürlü şəkildə RN-4 arayışı ilə 500 ədəd 100 manatlıq və 500 ədəd 20 manatlıq əskinaslar olmaqla ümumilikdə 60 000 (altmış min) manat pul göndərmişdirlər. Həmin pulu sayaraq qəbul etmişdir. Daha sonra Leyla ilə gündəlik iş rejiminə uyğun olaraq işə davam etmişdirlər. O, evdən çıxan zaman saxta yolla hazırladığı 168 ədəd 100 manatlıqları cibinə qoymuşdur. Saat 16 radələrində o, Leylanın başının qarışıq olduğunu görüb cibində olan 168 ədəd saxta 100 manatlıq əskinasları orijinalları ilə dəyişdirmişdir. O, həmin saxta pulları bilinməsin deyə orijinal pulların içərisinə qoymuşdur. Oradan mənimsədiyi 16800 manat pulu isə cibinə qoymuşdur. Günün sonunda 7140 manat əməliyyat etmişdirlər. Daha sonra isə saat 17:20 radələrində o yerdə qalan 491 ədəd 100 manatlıq və 188 ədəd 20 manatlıq pul əskinasları olmaqla ümumilikdə 52 860 (əlli iki min səkkiz yüz altmış) manat pulu sayaraq möhürləyib inkassatora təhvil vermişdir. Onun hazırladığı 168 ədəd 100 manatlıq əskinaslar da həmin pulun içərisində möhürlü vəziyyətdə filiala getmişdir. Onlar gedəndən sonra o, Rüfət (Ülfət) adlı şəxsə zəng edərək ona olan 6000 manat borcunu verəcəyini bildirmiş və bir qədər sonra o gəlib pulu götürmüşdür. Daha sonra oradan çıxaraq hüzr yerinə getmiş, orada tanışı Emin adlı şəxsə 9900 manat saxlaması üçün vermiş və bir neçə saatdan sonra gəlib götürəcəyini bildirmişdir. 100 manat hüzr yerinə yazdırmışdır. 701 manat pulu isə poçtun kassasına qoymuşdur. Yerdə qalan 99 manatı da öz ehtiyacları üçün xərcləmişdir. Daha sonra saat 18 radələrində X3 zəng edərək onun təhvil verdiyi pulun bir hissəsinin saxta olduğunu bildirmişdirlər. Oraya getmiş və orada ondan şübhələnməmələri üçün DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlmiş və onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişdirlər. Etdiyi əməldən peşman olduğunu və maddi sıxıntıları olduğu üçün belə bir yola əl atdığını bildirmişdir. Sonda zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, himayəsində azyaşlı uşaqlarının olduğunu, şəhid ailəsi olduğunu və əməlindən peşman olduğunu nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, 2014-cü il tarixdən Zərərçəkmiş şəxs MMC-də, 29 sentyabr 2022-ci il tarixdən hazırki vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin X32 filialının 12 saylı Poçt Şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 22 avqust 2022-ci il tarixdə səhər radələrində möhkəmləndirmə üçün 60 000 (altmış min) manat pul X32 Filialından 12 saylı Poçt Şöbəsinə göndərilmişdir. Həmin gün iş vaxtının sonunda inkassatorlar vasitəsi ilə limitdən artıq pul məbləği X6ytarıldıqda 52 860 (əlli iki min səkkiz yüz altmış) manat pulun içərisində 168 (yüz altmış səkkiz) ədəd 100 nominal Azərbaycan manatının saxtalaşdırıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 12 saylı Poçt Şöbəsinin müdiri vəzifəsində işlədiyi zaman 22 avqust 2022-ci il tarixdə 168 (yüz altmış səkkiz) ədəd 100 nominal Azərbaycan manatını mənimsəyərək, onları saxtaları ilə əvəz etmiş, beləliklə 16800 (on altı min səkkiz yüz) manat məbləğində maddi zərər vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs tərəfindən vurulmuş maddi ziyanı işlədiyi idarəyə ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir mülki iddia, şikayət və tələbləri yoxdur. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, X32 şöbəsinin Poçt əməliyyatları üzrə mühəndisi vəzifəsində işləyir. Vəzifə səlahiyyətlərinə filial üzrə qəbul edilən və yola salınan banderolların və məktubların yoxlanılması, izlənilməsi, şöbələrdə aylıq yekunların aparılması daxil olmuşdur. Təqsirləndirilən şəxs 12 saylı Poçt şöbəsinin müdiri kimi tanımış, onunla münasibəti də poçtda işlədiyi müddətdə yaranmışdır. Təqsirləndirilən şəxs 2022-ci ilin fevral ayında ona pul lazım olduğunu bildirmiş, bundan sonra o, Təqsirləndirilən şəxs şəhid ailəsi olduğunu nəzərə alaraq qaynatasına belə bir məsələ olmasını bildirmişdir. O da öz növbəsində şəhid ailəsi olduğu üçün Təqsirləndirilən şəxs pul verə biləcəyini bildirmişdir. Təxminən bu söhbətdən 3-4 gün sonra qaynatası X22 ona 6000 (altı min) manat pul vermiş. O da həmin pulu 2022-ci ilin fevral ayında aparıb Gəncə şəhəri Dəmir yolu Vağzalının ərazisində Pərvinə vermişdir. Pərvin həmin pulu işlərini qaydasına qoyduqdan sonra qaytaracağını bildirmişdir. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs Gəncə şəhərində yeni açılan Asan Xidmət mərkəzinə onu işə düzəldə biləcəyini demişdir. Lakin əgər onu işə düzəltsə və pulu qaytara bilməsə, ondan halallıq istədiyini bildirmişdir. Ülfət isə işə düzəldə biləcəyi təqdirdə pulu ona halal edəcəyinii demişdir. Bundan sonra Pərvin söz verdiyi işə düzəltmə məsələsi alınmadığı üçün həmin pulu ona geri qaytarmaq istədiyini demişdir. 22 avqust 2022-ci il tarixdə səhər satalarında Təqsirləndirilən şəxs ona telefonla zəng edərək görüşmək lazım olduğunu bildirmiş və haqq hesabı geri verəcəyini demişdir. O, həmin gün günortadan sonra günün 2-ci yarısında Pərvin ilə 12 saylı Poçt şöbəsinin içərisində onun otağında görüşmüşdür. Otaqda olarkən Təqsirləndirilən şəxs 6.000 manat pulu sayaraq ona təqdim etmişdir. O isə Pərvinə “sağol” deyib oradan çıxıb getmişdir. Sonradan Təqsirləndirilən şəxs saxta pul düzəldərək qanununsuzluğa yol verdiyini öyrənmişdir. Həmçinin qeyd etmişdir ki, 6000 (altı min) manat pulu qaynatasından borc alıb Təqsirləndirilən şəxs borc olaraq vermişdir. O, həmin pulu borc olaraq Pərvinə vermiş, sonradan Pərvin özü Asan Xidmətdə iş olduğunu və onu da oraya düzəldə biləcəyini bildirmiş, Şahid2 da Təqsirləndirilən şəxs həmin pulun müqabilində əgər alınarsa işə düzəlmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona işə düzəltmək üçün hansı vasitələrdən istifadə edəcəyini və ya hər hansısa vəzifəli şəxsin köməyindən istifadə edə biləcəyi barədə konkret bir söz deməsə də “adamının” olduğunu və işi düzüb qoşa biləcəyini bildirmişdir. 22 avqust 2022-ci il tarixdə o, 6000 (altı min) manat pulu Təqsirləndirilən şəxs 12 saylı Poçt şöbəsində alarkən həmin pulu hansı yollarla əldə etdiyi barədə heç bir sual verməmişdir. Məhkəmə baxışı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri vağzal ərazisində yerləşən “Bakcell” mağazasında işləyərkən tanımışdır. Belə ki, o, Təqsirləndirilən şəxs işlədiyi mağazanın yaxınlığında yerləşən poçtun müdiri kimi tanımışdır. Tanışlıqları da orada işləyərkən Təqsirləndirilən şəxs müştəri kimi işlədiyi mağazada alış-veriş etməsindən sonra yaranmışdır. “Bakcell” mağazasında o, telefon aksesuarlarının satışı ilə də məşğul olmuşdur. Həmin ərəfədə bir dəfə aralarında söhbət zamanı Pərvin ona yeni bir obyekt açmaq istədiyini, həmin obyektdə kserokopiya xidməti və telefon aksesuarlarının satış ilə məşğul olmaq istədiyini bildirmiş, onun da həmin sahədən anlayışı olduğu üçün işçi kimi köməklik göstərməyini xahiş etmişdir. O, da Pərvinin etiyi təklifi normal qarşılayıb qəbul etmişdir. Pərvinin bu təklifinə görə də o, işlədiyi “Bakcell” mağazasından çıxmışdır. Bu hadisə təxminən avqust ayının ortalarında olmuşdur. 21 avqust 2022-ci il tarixdə Pərvin ona telefonla zəng edərək obyektin işləməsi üçün yeni bir printer aldığını və həmin printeri onun evində saxlamaq istədiyini bildirmişdir. O da artıq yeni işə başlayacaqlarını düşünüb həmin printeri yaşadığı Gəncə şəhəri Sovxoz Nizami ərazisndə yerləşən həyət evinin otağında saxlamışdır. Səhərisi gün, yəni 22 avqust 2022-ci il tarixdə isə polis əməkdaşları gəlib həmin printeri ondan götürmüşdürlər. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ona sözügedən printeri təhvil verərkən həmin printeri açmaq istədiyi obyekt üçün aldığını, gələcəkdə yanına stolüstü kompyuter də almaq istədiyini demiş və həmin printeri evdə saxlamağını xahiş etmişdir. Əlavə ona heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs həmin printer vasitəsilə saxta pul əskinaları hazırlaması barədə heç bir məlumatı olmamışdır. Çünki, Pərvin ona yeni obyekt açacağını və həmin obyekt də işçi kimi onun işləyə biləcəyini təklif etmişdir. O da Pərvinin bu təklifi ilə razılaşmışdır. Printeri də ona verərkən bunu yeni açacağı obyekt üçün aldığını düşünmüşdür. Məhkəmə baxışı zamanı Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi taksidən tanımışdır. Belə ki, 12 saylı Poçt şöbəsinin yerləşdiyi H.Əliyev prospektində idarə etdiyi “Opel Astra” markalı **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi kimi dayanır. Pərvini də 12 saylı poçt şöbəsinin müdiri kimi tanımışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə onun avtomobili ilə öz işləri ilə bağlı müxtləlif ünvanlara getmişdir. Lakin Pərvin ilə dərindən heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs 2022-ci il 22 avqust tarixində Mübarizin yas mərasimində olarkən Pərvin də oraya gəlmişdir. Pərvin onu məclisdən bir qədər qırağa çəkib ona söz deyəcəyini bildirmişdir. Sonra isə cibindən pul çıxardıb ona uzadaraq həmin pulu saxlamasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona həmin pulun məbləğinin 9900 manat olduğunu bildirmişdir. Bundan sonra o, pulu cibinə qoyub evə getmiş və yenidən pulu saymışdır. Pulu sayandan sonra Pərvinin dediyi kimi 9900 manat olduğundan əmin olmuşdur. Təqsirləndirilən şəxs 9900 manat pulu ona təqdim edərkən həmin məbləği haradan və hansı yolla əldə etdiyi barədə heç bir söz deməmişdir. Yalnız həmin pulu saxlamağını və 1 aydan sonra ondan götürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs 9900 manat pulu ona 2022-ci il 22 avqust tarixində qonşusu Mübarizin yas mərasimində vermişdir. O hər hansı bir problemi ağlına gətirmədən pulu götürüb özündə saxlamış və həmin pulu sonradan polisin çağrışı əsasında aparıb polisə təqdim etmişdir. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, X32 Filialının müxtəlif şöbələrində əməliyyatçı kimi işləyir. Hazırki vəzifəsində, yəni X32 Filialının 12 saylı poçt şöbəsinin əməliyyatçısı kimi isə 2022-ci ilin iyun ayından etibarən işləyir. Onun əməliyyatçı kimi vəzifələrinə poçt şöbəsinə gələn və gedən məktubların qeydiyyatı, pul əməliyyatlarının icra edilməsi, teleqram əməliyyatlarının həyata keçirilməsi, telefona cavab verilməsindən ibarətdir. 12 saylı poçt şöbəsinin müdiri Təqsirləndirilən şəxs 02 iyun 2022ci il tarixdə işə başlamışdır. O isə Təqsirləndirilən şəxs təxminən 2 həftə sonra orada işləməyə başlamışdır. Əvvəllər Təqsirləndirilən şəxsla heç bir şəxsi tanışlığı olmamışdır. Hadisə baş verən günədək o, Pərvinin hər hansı qəribəliyinin və ya digər hər hansı bir uyğun olmayan hərəkətinin şahidi olmamışdır. Hadisə ilə əlaqədar bildirmişdir ki, 22 avqust 2022-ci il tarixdə səhər saat 09:00-da işə gəlmişdir. Təqsirləndirilən şəxs da saat 09:00-da işdə olmuşdur. Saat təxminən 11 radələrində inkassator maşını ilə sonradan məbləğini bildiyi 60000 (altmış min) manat pul gəlmişdir. Belə ki, o, əvvəlcədən nə qədər pul gətiriləcəyindən məlumatlı olmamışdır. Təqsirləndirilən şəxs ümumi məbləğdən 7140 (yeddi min yüz qırx) manat pulu vətəndaşlara maliyyə əməliyyatlarının icrası ilə bağlı, qəbz əsasında vermişdir. Yerdə qalan pulu günün sonunda, yəni saat 18 radələrində özü sayıb küpürləyib qablaşdırmışdır. Pul Təqsirləndirilən şəxs tərəfindən qablaşdırıldıqdan sonra həmin məbləğin 52.860 (əlli iki min səkkiz yüz altmış) manat olduğunu görmüşdür. Bundan sonra da Mərkəzi Poçtun inkassator avtomobili gəlib RN-4 arayışı ilə birlikdə həmin məbləği geri aparmışdır. Həmin RN-4 arayışının 2 nüsxəsi Mərkəzi Poçtun xəzinəsinə getdikdə 1 nüsxəsi də onlarda qalmışdır. Həmin günün səhərisi, yəni 23 avqust 2022-ci il tarixdə səhər RN-4 arayışına baxdıqda Təqsirləndirilən şəxs orada əməliyyatçının, yəni onun yerinə imza edildiyini görmüşdür. Həmin imza isə qəti şəkildə ona məxsus olmamışdır. Həm də imza aid olmayan yerdə çəkilmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs saxta pulları orijinal pulların arasına yerləşdirərək xəzinəyə geri qaytarmışdır Məhkəmə baxışı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin X32 filialının X13ması Şöbəsinin müdiri işləyir. Gündəlik təlimata uyğun olaraq təqdim olunan sərəncamlar əsasında, sərəncamda qeyd olunan pulları xəzinədən ayıraraq Filialın müvafiq poçt şöbələrinə göndərir. Eyni zamanda qeyd etmişdir ki, poçt şöbələrinin rəisləri bir gün əvvəlcədən lazım olan pul vəsaitlərinin göndərilməsi üçün Zərərçəkmiş şəxs MMC-nin X32 filialının Poçt əməliyyat şöbəsinə müraciət edir. Həmin şöbənin rəisi isə Zərərçəkmiş şəxs MMC-nin baş idarəsinə bununla bağlı məlumat ötürür. Müvafiq razılıq əldə edildikdən sonra Zərərçəkmiş şəxs MMC-nin X32 filialının müdiri, baş mühasib və Poçt əməliyyat şöbəsinin müdiri olmaqla hər üçünün imzası ilə vahid sərəncam qəbul olunur. Həmin sərəncamı qəbul etdikdən sonra o və xəzinədar Hamayıl Babayeva qeyd olunan məbləğdə pulu xəzinədən ayıraraq müvafiq qaydada pul sayan maşın, yəni detektor vasitə ilə sayaraq, bununla əlaqədar F.RN-4 arayışını tərtib edərək hər ikisi arayışı imzalayırlar. Həmin arayışın 2 ədəd kserosurəti çıxarılır. Bir surəti onlarda saxlanılır. Bundan sonra bir əsl, bir kserosurət olmaqla 02 ədəd F.RN-4 arayışı pullarla birlikdə kisənin içərisinə yerləşdirilməklə kisənin ağızlarını möhürləyərək inkassatorlarla göndərilir. Həmin arayışa isə kisəyə vurulan müvafiq möhrün nömrəsi yazılır. Göndərdikdən sonra isə müvafiq sistem vasitəsi ilə həmin pul vəsaitinin poçt şöbəsinə göndərilməsi ilə bağlı həmin poçt şöbəsinə göndərişlər edilir. Həmin Poçt şöbəsinin müdiri pulu sayaraq inkassatordan qəbul etdikdən sonra həmin sistemdə qəbul etməsini təsdiq edərək, yalnız bundan sonra göndərilən pul vəsaitlərindən istifadə edə bilir. İnkassator həmin pul vəsaitlərini şöbələrə verdikdən sonra həmin F.RN-4 arayışının əsli pulu qəbul edən şöbə müdiri tərəfindən “qəbul etdim” yazılmaqla onlara inkassator vasitəsi ilə geri qaytarılır. Bundan sonra həmin günün axşamı istifadə olunmayan pullar, yəni limitdən artıq pullar poçt şöbələrindən geri qaytarılır. Qaytarıldıqda pulu qaytaran şöbə müdiri tərəfindən də müvafiq F.RN-4 arayışı tərtib olunmaqla bir əsli, bir surəti olmaqla 2 ədəd onlara göndərilir. Göstərilən pul məbləğləri uyğunluq təşkil etdikdə bunlardan əslini “qəbul etdim” yazılmaqla həmin pulları xəzinəyə əlavə edirlər. Təlimata uyğun olaraq pul qaytarılandan sonra həmin pullar pul sayan maşının köməkliyi ilə sayılır və xəzinəyə geri qaytarılır. Bu zaman eyni qaydada sistem vasitəsi ilə Şöbə müdirləri pulları göndərməsi ilə bağlı qeydlər edir, pullar uyğun təşkil etdikdə onlar sistem vasitəsi ilə də həmin pulları qəbul etdiklərini təsdiq edirlər. Hadisə törədilən gündən, yəni 22 avqust 2022-ci il tarixdən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs MMC-nin X32 filialının 12 saylı Poçt Şöbəsinin müdiri Təqsirləndirilən şəxs şifahi qaydada filiala müraciət edərək bir nəfər müştərisi olduğunu və bununla əlaqədar 60 000 (altmış min) pul göndərilməsini istəmişdir. Bunu isə onunla əsaslandırmışdır ki, hansısa bir müştərisinə qeyd olnan məbləğdə pul lazım olmuşdur. Bununla əlaqədar sərəncam əsasında 20 000 (iyirmi min) dəyərində hər biri 20 (iyirmi) manatlıq şəklində olmaqla 1000 (min) ədəd kağız əskinaz yuxarıda qeyd olunan prosedura uyğun şəkildə sayılmaqla və F.RN-4 arayışı tərtib etməklə inkassator vasitəsi ilə möhkəmləndirmə məqsədi ilə göndərmişdirlər. Lakin axşam həmin poçt şöbəsindən pullar geri qaytarıldıqda, göndərdikləri 20 000 (iyirmi min) manat pulun ümumiyyətlə istifadə olunmadığını görmüşdürlər. Həmin pulun ümumiyyətlə istifadə olunmaması onlara qəribə gəldiyi üçün, bununla bağlı maraqlandıqda həmin məbləğin az olduğu üçün istifadə etməyərək geri qaytardığını öyrənmişdirlər. Bundan bir neçə gün sonra, yəni 22 avqust 2022-ci il tarixdə səhər saatlarında müvafiq qaydada qəbul edilmiş sərəncam əsasında 100 (yüz) manatlıq şəklində 500 (beş yüz) ədəd, 20 (iyirmi) manatlıq şəklində isə 500 (beş yüz) ədəd olmaqla ümumilikdə 60 000 (altmış min) manat pul xəzinədən ayrılaraq müvafiq qaydada F.RN-4 arayışı tərtib olunmaqla, həmin pul vəsaiti kisələrə yığıb tərtib olunan F.RN-4 arayışının üzərinə kisəyə vurulacaq möhürün nömrəsi yazılmaqla, bir əsl, bir kserosurət olmaqla həmin arayışlar pullarla birlikdə kisələrə yerləşdirilib kisələrin ağzı möhürlənərək 12 saylı poçt şöbəsinə göndərilmişdir. Həmin gün saat təxminən 17 radələrində inkassator möhkəmləndirmə üçün göndərilən pul vəsaitlərini geri qaytarmışdır. Təlimata uyğun olaraq pul qaytarılandan sonra həmin pullar müvafiq texniki vasitənin köməkliyi ilə sayılır və qəbul edilir. Həmin vaxt 12 saylı Poçt Şöbəsi tərəfindən pullar geri qaytarıldıqda kisənin üzərində həmin poçt şöbəsinin möhürü ilə möhürlənərək geri qaytarılmışdır. 12 saylı Poçt Şöbəsi tərəfindən biri əsl, digəri kserosurət olmaqla 2 ədəd F.RN-4 arayışı göndərilmişdir. Həmin arayışda 491 (dörd yüz doxsan bir) ədəd 100 (yüz) manatlıq, 188 (yüz səksən səkkiz) ədəd isə 20 (iyirmi) manatlıq pul əskinaslarının olması qeyd olunmuşdur. Həmin pul vəsaitinin baş xəzinəyə qaytarılması zamanı xəzinə şöbəsinin əməkdaşları və növbətçinin iştirakı ilə limitdən artıq pulun baş xəzinəyə qaytarılması zamanı 491 (dörd yüz doxsan bir) ədəd 100 (yüz) manatlıq, 188 (yüz səksən səkkiz) ədəd 20 (iyirmi) manatlıq sayılmaq üçün pul sayan maşına qoyulduqda, 188 (yüz səksən səkkiz) ədəd 20 (iyirmi) manatlıq əskinas detektordan keçmişdir. 100 (yüz) manatlıq əskinaslar 5 (beş) bağlamadan ibarət 491 (dörd yüz doxsan bir) ədədin içərisindən, 168 (yüz altmış səkkiz) ədədi detektordan keçməmişdir. Pul baxış zamanı müəyyən olunmuşdur ki, pullar tam saxtadır, heç bir su nişanı, qaloqraması yoxdur, eyni seriya nömrəsinə (C********) malikdir. Həmin pul vəsaitləri 12 saylı Poçt şöbəsində saxtalaşdırılmış və inkassator vasitəsi ilə qaytarılmışdır. Belə ki, kisənin üzərində həmin Poçt Şöbəsinin möhürü olmuş və həmin möhürü isə 12 saylı Poçt şöbəsinin müdiri Təqsirləndirilən şəxs olmaqla onun tərəfindən pullar sayılaraq kisələrə qoyulub möhürlənərək bizə göndərilmişdir. Burdan belə qənaətə gəlmək olar ki, həmin pulları Təqsirləndirilən şəxs özü saxtalaşdırmışdır. Həmçinin bildirmişdir ki, möhkəmləndirmə üçün göndərilən pul vəsaitləri müəyyən kisələrə yığılmaqla üzəri möhürlənir və həmin möhürün nömrəsi F.RN-4 arayışında qeyd olunur. Həmin möhürün nömrəsi F.RN-4 arayışına qeyd olunur və həmin nömrə 00421220 olmuşdur. Zərərçəkmiş şəxs MMC-nin X32 filialından daxil olmuş müvafiq qaydada tərtib olunmuş F.RN-4 arayışı Şahid6 təqdim olunmuş, qeyd olunan imzanın ona məxsus olduğunu təsdiq etmişdir. 168 (yüz altmış səkkiz) ədəd 100 (yüz) manatlıq əskinasın saxta olması ilə bağlı tərtib olunmuş akt Şahid6 təqdim olunmuş, qeyd olunan imzanın ona məxsus olduğunu təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahidlər X1 Natiq Musa oğlunun göstərdiyi xüsusatlarla oxşar məzmunlu ifadə verməklə sonuncunun qeyd etdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə baxışı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs MMC-nin X32 filialının sürücü-inkassator vəzifəsində işləyir. Gündəlik təlimata uyğun olaraq onlara Zərərçəkmiş şəxs MMC-nin X32 filialının xəzinəsindən təqdim olunan kisələri marşrut qaiməsində qeyd olunan poçt şöbələrinə aparıb təhvil verir. Kisələrin içərisində olan məbləğlər barədə onlara heç bir məlumat verilmir. Sadəcə marşrut qaiməsində kisələri aparacaqları poçt şöbələrinin adı, eləcə də, kisələrin üzərində həmin poçt şöbəsinin nömrəsi yazılır və ağzı möhürlü şəkildə onlara təqdim olunur. O, həmin pul vəsaitlərini qeyd olunan poçt şöbələrinə aparıb təhvil verdikdə, müvafiq poçt şöbəsinin müdiri möhürlü kisələrin ağzını açaraq içərisində qeyd olunan pulu onların yanında sayıb qəbul edir. Daha sonra isə kisənin içərisində olan bir əsl, bir kserosurət olmaqla pullarla birlikdə qoyulmuş F.RN-4 arayışının əslinə “qəbul etdim” sözlərini yazmaqla onlara təqdim edir. Surətini isə özündə saxlayır. Eyni zamanda marşrut qaiməsinə poçt şöbəsinin rəisi pulu qəbul etdiyi saatı yazmaqla imzalayıb poçtun möhürü ilə təsdiq edir. Bundan sonra həmin günün axşamı istifadə olunmayan pullar, yəni limitdən artıq pullar poçt şöbələrindən geri qaytarılır. Həmin kisələr tərəfindən X32 filialının xəzinədarına və X13ması Şöbəsinin müdirinə təqdim edilir. 22 avqust 2022-ci il tarixdə səhər saatlarında müvafiq qaydada X32 filialının xəzinəsindən poçt şöbələrinə, eləcə də 12 saylı Poçt Şöbəsinə aparılması üçün ağzı möhürlü kisələr təqdim olunmuşdur. Müvafiq olaraq 12 saylı Poçt Şöbəsinə verilməli olan kisə o və digər inkassator Anar İbrahimov tərəfindən aparılaraq həmin poçt şöbəsinin müdiri Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs həmin kisədəki pulu onların iştirakı ilə sayaraq, həmin məbləğin düz olmasını qeyd edərək kisənin içərisində olan F.RN-4 arayışının əslinə “Qəbul etdim” yazmaqla təsdiq edib, onlara təqdim etmişdir. Həmin arayışın surətini isə özündə saxlamışdır. Müvafiq olaraq marşrut qaiməsinə imza çəkməklə poçtun möhürü ilə təsdiq edib onlara təqdim etmişdir. Həmin gün saat 17:24-də 12 saylı Poçt Şöbəsindən kisəni qəbul etmişdirlər. Bu zaman həmin şöbənin müdiri Təqsirləndirilən şəxs marşrut qaiməsində kisəni onlara təqdim etdiyi saatı və kisənin üzərinə vurduğu həmin şöbəyə məxsus möhrün nömrəsini qeyd edərək onlara təqdim etmişdir. Həmin vaxt qaiməyə saatı, yəni 17:24 və kisənin üzərində olan möhürün nömrəsini, yəni 00370888 qeyd edərək təqdim etmişdir. Bundan sonra həmin kisə tərəflərindən kisələrin daşınılması üçün istifadə olunan avtomobilin arxasına qoyulmaqla müvafiq qaydada kilidlənmişdir. Həmin avtomobil iki nəfərin oturması üçün nəzərdə tutulduğundan hər ikisi öndə əyləşmişdirlər. Bundan sonra həmin kisəni aparıb Gəncə X26 təqdim etmişdir. Həmin kisələri apararkən və geri qaytararkən onlar həmin kisələrə toxunmamışdır. Təqdim olunan qaydada pul kisəsini çatdırmışdırlar. Sonradan ona məlum olmuşdur ki, 12 saylı Poçt Şöbəsindən X6ytardıqları pulların içərisində 16800 (on altı min səkkiz yüz) manat pul Təqsirləndirilən şəxs tərəfindən saxtalaşdırılmaqla dəyişdirilmişdir. Həmçinin bildirmişdir ki, X32 Flialından 12 saylı Poçt Şöbəsinə müvafiq pul kisəsini apararkən, həmin pul kisəsini X32 filialının xəzinadarı Hamayıl Babayeva və X13ması Şöbəsinin müdiri Şahid6 təhvil almışdır. Həmin pul kisəsi aparılaraq 12 saylı Poçt Şöbəsinin müdiri Təqsirləndirilən şəxs təqdim olunmuşdur. 12 saylı Poçt Şöbəsinin müdiri Təqsirləndirilən şəxs tərəfindən həmin kisədə olan pullar sayılaraq qəbul edilmiş, və F.RN- 4 arayışında qeyd olunan məbləğlə eynilik təşkil etdiyindən “qəbul etdim” yazılmaqla həmin arayışın əsli onlara təqdim olunmuşdur. Həmin vaxt qeyd olunan arayışda 100 (yüz) manatlıq şəklində 500 (beş yüz) ədəd, 20 (iyirmi) manatlıq şəklində isə 500 ədəd olmaqla ümumilikdə 60 000 (altmış min) manat pul qeyd olunmuşdur. Qeyd olunan pul kisəsi X32 Flialından 12 saylı Poçt Şöbəsinə apararkən həmin kisə möhürlü olmuş, həmin möhürün nömrəsi eyni zamanda F.RN-4 arayışına da qeyd olunmuş və həmin nömrə 00421220 olmuşdur. Limitdən artıq pullar 12 saylı Poçt Şöbəsindən X7ytarılarkən həmin kisəni onlara 12 saylı Poçt Şöbəsinin müdiri Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuşdur. Qeyd olunan pul kisəsi 12 saylı X27 X26 apararkən həmin kisə möhürlü olmuş, həmin möhürün nömrəsi eyni zamanda 12 saylı Poçt Şöbəsinin müdiri Təqsirləndirilən şəxs tərəfindən marşrut qaiməsinə də qeyd olunmuşdur. Həmin nömrə 00370888 olmuşdur. 12 saylı Poçt Şöbəsindən götürdüyü limitdən artıq pul kisəsini və marşrut qaiməsini X32 filialının xəzinadarı Hamayıl Babayeva və X13ması Şöbəsinin müdiri Şahid6 təqdim etmişlər. Məhkəmə baxışı zamanı şahid X2 Fərman Ələkbər oğlu ilə oxşar məzmunlu ifadə verməklə sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışı zamanı Şahid7 ifadəsində göstərmişdir ki, hadisə zamanı Zərərçəkmiş şəxs MMC-nin X32 filialının rəisini əvəz etməklə həmin vəzifəni icra etmişdir. Vəzifə təlimatına uyğun gündəlik olaraq X32 flialında və Poçt şöbələrində poçt və maliyyə xidmətlərinin göstərilməsində nəzarəti, eləcə də poçt filialında nizam-intizamın qorunmasını təmin etməkdən ibarətdir. Poçt şöbələrinə lazım olan pul məbləğləri ilə əlaqədar həmin poçt şöbəsinin müdiri X32 filialının Poçt əməliyyatlar şöbəsinə məlumat verir. Həmin məlumat əsasında sifariş edilən pulun xəzinədən verilməsinin məqsədə müvafiq olub-olmaması məsələsinin müəyyən edilməsi üçün “nəğd vəsaitlərin göndərilməsi üçün sifariş” sənədi tərtib olunmaqla, həmin sənəd onun və baş mühasib Simnarə Əliyeva tərəfindən imzalanaraq bir gün əvvəl Zərərçəkmiş şəxs MMC-nin baş idarəsinə ötürülür. Zərərçəkmiş şəxs MMC-dən müvafiq razılıq əldə etdikdən sonra “X32 Filialının Poçt şöbələrinə möhkəmləndirmə pulunun göndərilməsinə dair” sərəncam (Forma-45) tərtib olunur. Sərəncam baş mühasib X28 Regional Poçt filialının Poçt əməliyyatlar mühəndisi X16 və onun tərəfindən imzalanır. Həmin sərəncam və məxaric orderi qeyd olunan pulların Poçt şöbələrinə göndərilməsi üçün xəzinəyə təqdim olunur. Məxaric orderinə isə baş mühasib Simnarə Əliyeva, X32 filialının X13ması Şöbəsinin müdiri Şahid6 və o imza çəkir. Poçt şöbələrinə göndərilməli olan pullar barədə xəzinəyə sərəncam və məxaric orderi göndərilir. Həmin sərəncamı qəbul etdikdən sonra X32 filialının X13ması Şöbəsinin müdiri və xəzinədar qeyd olunan məbləğdə pulu xəzinədən ayıraraq müvafiq qaydada pul sayan maşın, yəni detektor vasitə ilə sayaraq, bununla əlaqədar F.RN-4 arayışını tərtib edərək hər ikisi arayışı imzalayır. Həmin arayışın 2 ədəd kserosurəti çıxarılır. Bir surəti filialda saxlanılır. Bundan sonra bir əsl, bir kserosurət olmaqla 02 ədəd F.RN-4 arayışı pullarla birlikdə kisənin içərisinə yerləşdirilməklə kisənin ağızlarını möhürləyərək inkassatorlarla göndərilir. Həmin arayışa isə kisəyə vurulan müvafiq möhrün nömrəsi yazılır. Göndərdikdən sonra isə müvafiq sistem vasitəsi ilə həmin pul vəsaitinin poçt şöbəsinə göndərilməsi ilə əlaqədar “colver bank sistemi” vasitəsi ilə pulun göndərilməsi ilə bağlı göndəriş edilir. Həmin Poçt şöbəsinin müdiri inkassatordan kisə daxil olduqdan sonra onun tamlığını yoxlayır. Şöbə müdiri pulu sayaraq inkassatordan qəbul edir. İnkassator həmin pul vəsaitlərini şöbələrə verdikdən sonra F.RN-4 arayışının əsli pulu qəbul edən şöbə müdiri tərəfindən “qəbul etdim” yazılmaqla imzalanaraq inkassator vasitəsi ilə filiala geri qaytarılır. Bundan sonra “colver bank sistemi” vasitəsi ilə pulu qəbul etməsini təsdiq edərək, yalnız bundan sonra göndərilən pul vəsaitlərindən istifadə edə bilir. Göndərilən pullar poçt şöbəsinin müdiri tərəfindən şöbənin kassasına qoyulur və həmin kassanın açarı yalnız şöbə müdirində olur. Həmin günün axşamı istifadə olunmayan pullar, yəni limitdən artıq pullar poçt şöbələrindən geri qaytarılır. Qaytarıldıqda pulu qaytaran şöbə müdiri tərəfindən də müvafiq F.RN-4 arayışı tərtib olunmaqla özü və şöbənin əməliyyatçısı tərəfindən imzalanır. Bir əsli, bir surəti olmaqla 2 ədəd arayış kisənin içərisinə qoyulmaqla və həmin kisə möhürlənməklə inkassator vasitəsi ilə filiala göndərilir. Təlimata uyğun olaraq pul qaytarılandan sonra X32 filialının X13ması Şöbəsinin müdiri və xəzinədar həmin kisənin tamlığını yoxlayır. Həmin pullar pul sayan maşının köməkliyi ilə sayılır və F.RN-4 arayışı ilə uyğunluq təşkil etdikdə xəzinəyə geri qaytarılır. Bu zaman eyni qaydada şöbə müdirləri “colver bank sistemi” vasitəsi ilə pulları filiala göndərməsi ilə bağlı qeydlər edir, uyğunluq təşkil etdikdə onlar da sistem vasitəsi ilə də həmin pulları qəbul etdiklərini təsdiq edirlər. Hadisə törədilən gündən, yəni 22 avqust 2022-ci il tarixdən bir neçə gün əvvəl Zərərçəkmiş şəxs MMC-nin X32 filialının 12 saylı Poçt Şöbəsinin müdiri Təqsirləndirilən şəxs şifahi qaydada ona müraciət edərək bir nəfər müştərisi olduğunu və bununla əlaqədar 110 000 (yüz on min) pul göndərilməsini istəmişdir. Bununla əlaqədar sərəncam əsasında 20 000 (iyirmi min) manat pul yuxarıda qeyd etdiyi prosedura uyğun şəkildə sayılmaqla və F.RN-4 arayışı tərtib etməklə inkassator vasitəsi ilə möhkəmləndirmə məqsədi ilə göndərilmişdir. Lakin həmin poçt şöbəsindən pullar geri qaytarıldıqda, göndərilən 20 000 (iyirmi min) manat pulun ümumiyyətlə istifadə olunmadığını müşahidə etmişdir. Bundan bir neçə gün sonra, yəni 22 avqust 2022-ci il tarixdə səhər saatlarında müvafiq qaydada qəbul edilmiş sərəncam əsasında 100 (yüz) manatlıq şəklində 500 (beş yüz) ədəd, 20 (iyirmi) manatlıq şəklində isə 500 ədəd olmaqla ümumilikdə 60 000 (altmış min) manat pul xəzinədən ayrılaraq müvafiq qaydada F.RN-4 arayışı tərtib olunmaqla, həmin pul vəsaiti kisələrə yığılıb F.RN-4 arayışının üzərinə kisəyə vurulacaq möhürün nömrəsi yazılmaqla, bir əsl, bir kserosurət olmaqla həmin arayışlar pullarla birlikdə kisələrə yerləşdirilib kisələrin ağzı möhürlənərək 12 saylı poçt şöbəsinə göndərilmişdir. Həmin gün saat təxminən 17:30 radələrində inkassator möhkəmləndirmə üçün göndərilən pul vəsaitlərini geri qaytarmışdır. Təlimata uyğun olaraq pul qaytarılandan sonra həmin pullar müvafiq texniki vasitənin köməkliyi ilə sayılır və qəbul edilir. Həmin vaxt 12 saylı Poçt Şöbəsi tərəfindən pullar geri qaytarıldıqda kisənin üzərində həmin poçt şöbəsinin möhürü ilə möhürlənərək, filiala geri qaytarılmışdır. 12 saylı Poçt Şöbəsi tərəfindən biri əsl, digəri kserosurət olmaqla 2 ədəd F.RN-4 arayışı göndərilmişdir. Həmin arayışda 491 (dörd yüz doxsan bir) ədəd 100 (yüz) manatlıq, 188 (yüz səksən səkkiz) ədəd isə 20 (iyirmi) manatlıq pul əskinaslarının olması qeyd olunmuşdur. Xəzinə şöbəsinin əməkdaşları və növbətçinin iştirakı ilə limitdən artıq pulun baş xəzinəyə qaytarılması zamanı 491 (dörd yüz doxsan bir) ədəd 100 (yüz) manatlıq, 188 (yüz səksən səkkiz) ədəd 20 (iyirmi) manatlıq sayılmaq üçün pul sayan maşına qoyulduqda, 188 (yüz səksən səkkiz) ədəd 20 (iyirmi) manatlıq əskinas detektordan keçmişdir. 100 (yüz) manatlıq əskinaslar 5 (beş) bağlamadan ibarət 491 (dörd yüz doxsan bir) ədədin içərisindən, 168 (yüz altmış səkkiz) ədədi detektordan keçməmişdir. Pula baxış zamanı müəyyən olunmuşdur ki, pullar tam saxtadır, heç bir su nişanı, qaloqraması yoxdur, eyni seriya nömrəsinə (C********) malikdir. Həmin pul vəsaitləri 12 saylı Poçt şöbəsində saxtalaşdırılmış və inkassator vasitəsi ilə filiala qaytarılmışdır. Belə ki, kisənin üzərində həmin Poçt Şöbəsinin möhürü, yəni 00370888 nömrə olmuş və həmin möhürü isə 12 saylı Poçt şöbəsinin müdiri Təqsirləndirilən şəxs olmaqla onun tərəfindən pullar sayılaraq kisələrə qoyulub möhürlənərək filiala göndərilmişdir. Həmin pulları Təqsirləndirilən şəxs saxtalaşdırmışdır. Həmçinin bildirmişdir ki, möhkəmlənirmə üçün göndərilən pul vəsaitləri müəyyən kisələrə yığılmaqla üzəri möhürlənmiş və möhürün nömrəsi F.RN-4 arayışında qeyd olunmuş və həmin nömrə 00421220 olmuşdur. Pul kisəsi 12 saylı X27 X26 daxil olarkən kisə möhürlü olmuş, həmin möhürün nömrəsi 00370888 olmuşdur. Kisələr poçt şöbəsinin müdiri tərəfindən möhürlənmişdir. 168 (yüz altmış səkkiz) ədəd 100 (yüz) manatlıq əskinasın saxta olması ilə bağlı tərtib olunmuş aktdaki imza ona məxsus olmuşdur. Məhkəmə istintaq zamanı şahid X4 Zahir Həbulla oğlu ilə oxşar məzmunlu ifadə verməklə sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Zərərçəkmiş şəxs MMC-nin X32 Filialından daxil olmuş xx.xx.2022-ci il tarixli 285 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Zərərçəkmiş şəxs MMC-nin X32 Filialının 4 saylı poçt şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Zərərçəkmiş şəxs MMC-nin X32 Filialından daxil olmuş xx.xx.2022-ci il tarixli Ə- 1750/22 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Zərərçəkmiş şəxs MMC-nin X32 Filialının 4 saylı poçt şöbəsinin müdiri vəzifəsindən həmin filialın 12 saylı şöbə müdiri vəzifəsinə keçirilmişdir. Zərərçəkmiş şəxs MMC-nin X32 Filialından daxil olmuş xx.xx.2022-ci il tarixli Ə- 2741/22 saylı əmrdən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə törətdiyi əməldən ötrü Zərərçəkmiş şəxs MMC-nin X32 Filialının 12 saylı poçt şöbəsinin müdiri vəzifəsindən Azərbaycan Respublikası ƏM-in 70-ci maddəsinin “ç” bəndinə əsasən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsi ləğv edilmişdir. Zərərçəkmiş şəxs MMC-nin X32 Filialından daxil olmuş xx.xx.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Təqsirləndirilən şəxs tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona “İşəgötürən” tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə məsuliyyət daşıyır. Zərərçəkmiş şəxs MMC-nin X32 Filialından daxil olmuş xx.xx.2022-ci il tarixli iltizamnamədən görünür ki, Təqsirləndirilən şəxs vəzifə funksiyası ilə əlaqədar ona etibar edilmiş pul vəsaitlərini təyinatı üzrə xərclənməsinə, pul köçürmələrini yalnız şəxsən sahibinə ödəməyə, ölümündən sonra imza edilmədən və şəxsi imzası ilə ödənişlərə yol verməyəcəyinə, colvir sistemində neqativ hallara yol verməmək, valyuta mübadiləsi və beynəlxalq pul köçürmələrinin qəbulu, ödənişi zamanı günün valyuta kursuna uyğun ödəniş etmək, ödənişlərin colvir və MHM gündəliklərinə düzgün işləmək və günün sonunda gündəlikləri üzləşdirməyə söz vermişdir. Onun qeyri-qanuni hərəkətləri nəticəsində ona etibar edilmiş vəsaitlərin hər hansı mənimsənilməsi, itirilməsi halına yol verilərsə, bu vəsaiti ona məxsus olan şəxsi əmlakını girov qoymaqla da olsa, bərpa edilməsi üçün tam maddi məsuliyyət daşıyır. Zərərçəkmiş şəxs MMC-nin X32 Filialından daxil olmuş 22 avqust 2022-ci il tarixli sərəncamdan görünür ki, həmin tarixdə 12 saylı poçt şöbəsinə göndərilməsi üçün tələb olunan məbləğ 60 000 (altmış min), göndərilməsi üçün təsdiq olunan məbləğ də 60 000 (altmış min) təşkil etmişdir. Zərərçəkmiş şəxs MMC-nin X32 Filialından daxil olmuş 22 avqust 2022-ci il tarixli F.RN-4 müşayət məktubundan görünür ki, həmin tarixdə 500 (beş yüz) ədəd 10 manatlıq, 500 (beş yüz) ədəd isə 20 manatlıq olmaqla ümumilikdə 60 000 (altmış min) manat pul vəsaiti X32 Filialından 12 saylı poçt şöbəsinə göndərilmiş və həmin poçt şöbəsinin müdiri Təqsirləndirilən şəxs tərəfindən imzalanmaqla qəbul edilmişdir. Zərərçəkmiş şəxs MMC-nin X32 Filialından daxil olmuş 22 avqust 2022-ci il tarixli F.RN-4 müşayət məktubundan görünür ki, 491 (dörd yüz doxsan bir) ədəd 100 manatlıq, 188 (yüz səksən səkkiz) ədəd 20 manatlıq olmaqla, ümumilikdə 52 860 (əlli iki min səkkiz yüz altmış) manat pul 12 saylı X27 Regional Poçt Filialına göndərilmişdir. Zərərçəkmiş şəxs MMC-nin X32 Filialından daxil olmuş xx.xx.2022-ci il tarixli marşrut qaiməsindən görünür ki, 01 ədəd kisə 22 avqust 2022-ci il tarixdə 12 saylı poçt şöbəsinə verilmişdir. Zərərçəkmiş şəxs MMC-nin X32 Filialından daxil olmuş xx.xx.2022-ci il tarixli marşrut qaiməsindən görünür ki, 22 avqust 2022-ci il tarixdə saat 17:24-də 00370888 saylı nömrə ilə möhürlənmiş kisə 12 saylı poçt şöbəsindən götürülmüşdür. “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş bir ədəd “Epson” markalı kserokopiya aparatı sarı, qıraqları və yanları ağ rəngdə olan, üzərində şəkil və yazıları olan qutunun içərisindədir. Qutunun üzərində kserokopiya aparatının şəkli, markası, xüsusiyyətləri vardır. Qutunun içərisini açdıqda içəridə bir ədəd qara rəngli üzərində “EPSON” sözü yazılmış sellofana bükülmüş kserokopiya aparatı yerləşir. Həmin kserokopiya aparatına baxış keçirilən zaman heç bir zədələnmə, qırılma və sınma müəyyən edilmədi. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmişdir. Şahid3 təqdim etdiyi bir ədəd “Epson” markalı kserokopiya (surətçıxarma) aparatı qutusu ilə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in 91 №-li zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 23 avqust 2022-ci il tarixli protokoldan görünür ki, təqdim edilmiş 99 ədəd 100 manatlıq əskinaslar olmaqla ümumilikdə 9900 (doqquz min doqquz yüz) manatdır. A48931292, C47862938, C85279701, A83287082, A08581076, A83998356, B06918863, A46815358, C45000630, B00431075, A40118176, B00364680, C05029272, A59314021, D07673215, C08278278, C52769904, A58078778, C82591849, C92474921, D05887333, C42429760, C05071263, D18634203, C98609900, A90897428, C88851729, A23777799, A94050380, A44050031, A06765785, A52726774, C77583864, A11105868, C48066250, C55155755, A85588461, B12428079, C93477194, C22267698, C87051084, C65072236, C86156278, A52851995, C29317105, B06692198, C22924803, A98891110, A01831437, C24656072, C83185265, A60953465, D07664582, C40433548, A76833520, C64774340, A49347682, A78396192, C93971637, A38230589, A02975435, C29737362, A12597077, C55057686, A79701682, C70439979, C12358449, C32558031, C82663234, C86802211, C86802209, C08333636, D17250217, C86802206, C86802207, C86802208, A82368763, A62644595, C87079577, C06530041, D09451898, C86802210, A57527038, A93415619, A34997427, A99023356, C47133327, C80642416, A15491117, A81887284, C78966489, C39205143, A92326213, C73339570, A22409137, C72338882, C45105366, C24829058, C19552819 seriya nömrəli pul əskinaslarıdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hal müəyyən edilməmişdir. Şahid4 təqdim etdiyi 99 ədəd 100 manatlıq əskinaslar olmaqla ümumilikdə 9900 (doqquz min doqquz yüz) manat pul müvafiq qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 91 № li zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” 15 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, 99 ədəd 100 manatlıq olmaqla, cəmi 9900 (doqquz min doqquz yüz) manat məbləğində A48931292, C47862938, C85279701, A83287082, A08581076, A83998356, B06918863, A46815358, C45000630, B00431075, A40118176, B00364680, C05029272, A59314021, D07673215, C08278278, C52769904, A58078778, C82591849, C92474921, D05887333, C42429760, C05071263, D18634203, C98609900, A90897428, C88851729, A23777799, A94050380, A44050031, A06765785, A52726774, C77583864, A11105868, C48066250, C55155755, A85588461, B12428079, C93477194, C22267698, C87051084, C65072236, C86156278, A52851995, C29317105, B06692198, C22924803, A98891110, A01831437, C24656072, C83185265, A60953465, D07664582, C40433548, A76833520, C64774340, A49347682, A78396192, C93971637, A38230589, A02975435, C29737362, A12597077, C55057686, A79701682, C70439979, C12358449, C32558031, C82663234, C86802211, C86802209, C08333636, D17250217, C86802206, C86802207, C86802208, A82368763, A62644595, C87079577, C06530041, D09451898, C86802210, A57527038, A93415619, A34997427, A99023356, C47133327, C80642416, A15491117, A81887284, C78966489, C39205143, A92326213, C73339570, A22409137, C72338882, C45105366, C24829058, C19552819 seriya nömrəli pul vəsaiti Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit seyfinə yerləşdirilmişdir. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 22 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, “Epson L3110” markalı çox funksional (skaner, printer) çap qurğusu, ona oxşar olan iki ədəd çox funksional (skaner, printer) çap qurğusu arasında Gəncə şəhər prokurorluğunun inzibati binasında masa üzərində sıra ilə nömrələnmiş vəziyyətdə Təqsirləndirilən şəxs tanınmaya təqdim olunmuşdur. Çap qurğuları nömrələnərkən və masa üzərinə sıra ilə qoyularkən Təqsirləndirilən şəxs dəhlizdə gözlədilmişdir. İki ədəd oxşar çap qurğusu müvafiq olaraq “1” və “3” rəqəmləri ilə, “Epson L3110” markalı çox funksional (skaner, printer) çap qurğusu isə “2” rəqəmi ilə nömrələnmişdir. Bundan sonra Təqsirləndirilən şəxs otağa dəvət olunmuş və ona təklif olunmuşdur ki, ona məxsus olan çap qurğusunun həmin çap qurğularının arasında olubolmamasını göstərsin və əgər həmin çap qurğusunu tanıyırsa, hansı əlamətlərinə görə tanımasını bildirsin. Təqsirləndirilən şəxs cəmi 03 ədəd nömrələnmiş çap qurğusuna baxdıqdan sonra “2” nömrəsi ilə çap qurğusunu göstərərək məhz həmin çap qurğusunun ona məxsus olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs “1” və “3” rəqəmləri ilə nömrələnmiş çap qurğularını tanımadığını, ilk dəfə gördüyünü bildirmişdir. Ədliyyə Nazirliyi Məkhəmə Ekspertiza Mərkəzinin 21 sentyabr 2022-ci il tarixli 5/1065 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş C seriyalı 82241271 nömrəli 168 ədəd 100 nominal Azərbaycan manatı pul əskinasına oxşar tədqiqat obyektləri dövriyyədə olan həqiqi 100 Azərbaycan manatı pul əskinaslarına uyğun deyildir. Həqiqi pul əskinasdan surəti çıxarılaraq axınlı çap üsulu ilə çap qurğusunda (çoxaldıcı qurğu, printer) hazırlanmışdır. Hər hansı bir fraqmentləri sonradan dəyişdirilməmişdir. Həmin obyektlərdə əlavə yazılar, hər hansı düzəlişlər müəyyən olunmamışdır. Ədliyyə Nazirliyi Məkhəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2022-ci il tarixli 4/1397 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 22 avqust 2022-ci il tarixli Zərərçəkmiş şəxs adından olan F.RN-4 saylı müşayət məktubunun üz tərəfinin aşağı sağ küncündə olan “Baş kassanın rəisi (PŞ-nin rəisi)” qrafasındakı imzadan və həmin müşayət məktubunun arxa tərəfində “PRŞ” sözlərinin qarşısında imza – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 22 avqust 2022-ci il tarixli Zərərçəkmiş şəxs adından olan F.RN-4 saylı müşayət məktubunun üz tərəfinin aşağı sağ küncündə olan “Əməliyyatçı” qrafasında imza – Şahid1 yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 22 avqust 2022-ci il tarixli Zərərçəkmiş şəxs adından olan F.RN-4 saylı müşayət məktubunun üz tərəfinin aşağı sağ küncündə olan ”Əməliyyatçı” qrafasındakı imzanın – Təqsirləndirilən şəxs tərəfindən icra olunubolunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmadı. Ədliyyə Nazirliyi Məkhəmə Ekspertiza Mərkəzinin 02 noyabr 2022-ci il tarixli 5/1199- 5/1200-5/1209 nömrəli ekspert rəyindən görünür ki, təqdiqata təqdim edilmiş 169 ədəd C seriyalı 82241271 nömrəli 100 nominal Azərbaycan manatı pul əskinasına oxşar təqdqiqat obyektlərinin ekspertizaya təqdim edilmiş “Epson L3110” markalı çoxfunksional (skaner, printer) çap qurğusu vasitəsilə çap edilməsi istisna edilmir. Həmin tədqiqat obyektləri eyni nominallı həqiqi pul əskinasından aşıq-aşkar formada fərqlənmir. Rəqəmsal çap qurğusu (printer, çoxaldıcı qurğu) vasitəsilə hazırlanmış sənədlərin tərtib olunma tarixinin, o cümlədən pul əskinaslarının çap olunma tarixini, diyircəkli qələmlə icra olunmuş yazıların və imzaların icra vaxtının müəyyən edilməsi üçün elmi cəhətdən işlənib hazırlanmış metodika olmadığına görə qərarda göstərilən “Əgər sözügedən əməliyyat “EPSON L3101” printeri vasitəsilə icra edilmişdirsə, saxta pul əskinaslarının hazırlanması prosesi hansı tarixdə həyata keçirilmişdir?: sualı üzrə tədqiqat aparılmamışdır. 05 noyabr 2022-ci il tarixli mütəxəssis yoxlama aktından görünür ki, yoxlama ilə əhatə olunan dövr ərzində X32 Filialı tərəfindən 12 saylı Poçt Şöbəsinə möhkəmləndirmə üçün verilmiş nağd pul vəsaitlərinin şöbədə mədaxilə alınması, həmçinin X27 Regional Poçt Filialına təhvil verilmiş limitdən artıq nağd pul vəsaitinin filialda mədaxilə alınması vəziyyəti yoxlanıldıqda 2022-ci ilin avqust ayında kənarlaşma olduğu müəyyən edilmişdir. Belə ki, Milli poçt operatorunun avtomatlaşdırılmış korporativ İnformasiya sistemində olan məlumatlara əsasən filialdan 12 saylı Poçt Şöbəsinə verilmiş və iş gününün sonunda baş xəzinəyə qaytarılmış limitdən artıq nağd pul vəsaitlərinin məbləğini mühasibatlıqda olan nağd pulun qəbulu və təhvil verilməsi ilə bağlı tərtib edilmiş müşayət məktublarında ((F.RN-4) göstərilmiş məbləğlərlə üzləşdirdikdə 22 avqust 2022-ci il tarixdə şöbə tərəfindən təhvil verilməli olan limitdən artıq nağd pul vəsaitinin baş xəzinəyə 16800.00 manat az təhvil verildiyi müəyyən edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, 22 avqust 2022-ci il tarixdə filialın 12 saylı Poçt Şöbəsinə 60000,00 manat məbləğində möhkəmləndirmə pulu göndərilmiş, günün sonunda sistemdə olan məlumata əsasən baş xəzinəyə 52860,00 manat məbləğində limitdən artıq nağd pul vəsaiti qaytarılmalı olduğu halda, həmin gün üçün 12 saylı Poçt Şöbəsi tərəfindən 36060,00 manat nağd pul vəsaiti filiala təqdim edilmiş, həmin vəsaitin baş xəzinəyə mədaxil edilməsi” 24 avqust 2022-ci il tarixli müşayət məktubu ilə rəsmiləşdirilmişdir. X32 Filialı tərəfindən yoxlamaya təqdim edilmiş arayışa əsasən qeyd olunan vəsaitin 16800,00 manatı saxta əskinaslar olduğu üçün filialın baş xəzinəsi tərəfindən qəbul edilməmiş və bu barədə 22 avqust 2022-ci il tarixdə akt tərtib edilmiş, həmin vəsait baş xəzinədə şöbənin sabiq müdiri Təqsirləndirilən şəxs tərəfindən filiala ödənilməli olan debitor borc qalığı olaraq qeyd edilmişdir. 12 saylı Poçt Şöbəsinin 02 iyun 2022-ci il tarixdən 17 oktyabr 2022-ci il tarixədək olan dövr üçün gəlir və xərclərinə dair məlumata əsasən şöbənin gəlirləri 19014.00 manat, o cümlədən, poçt rabitəsi xidmətləri üzrə 10474.00 manat, maliyyə xidmətləri üzrə 8240.00 manat, ticarət gəlirləri üzrə 300.00 manat olmuş, şöbənin saxlanılması xərcləri (əməkhaqqı fondu və ona bərabər tutulan xərclər, DSMF-na ayırmalar, kommunal, mühafizə, icarə haqqı və digər xərclər) isə 28039.00 manat təşkil etmiş, valyuta mübadiləsi üzrə məzənnə fərqindən 106.00 manat gəlir nəzərə alınmaqla dövr ərzində 12 saylı Poçt Şöbəsi 9131.00 manat zərərlə fəaliyyət göstərmişdir. Məhkəmənin sorğusu əsasında “Bakcell MMC”-dən alınmış məktubdan görünür ki, cinayət hadisənin səhəri günü, yəni 23 avqust 2022-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs istifadəsində olan telefondan tanışı Emin Adgözəlovun telefonuna (hansıki həmin şəxsə bir gün əvvəl saxlaması üçün 9.900 manat pul vermişdir) “Emin bu barədə heç kimə heç nə demə” mətnində mesaj göndərilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 6902 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 5884 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Respublika Narkoloji Mərkəzinin xx.xx.2022-ci il tarixli, xx/xx-14838 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində müalicə olunmamış və qeydiyyatı yoxdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 10347 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasında müalicə olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır. Onun barəsində bu günə kimi Gəncə şəhər İcra Hakimiyyəti başçısının Şıxzamanlı QİƏD üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Elektron Məhkəmə İnformasiya sistemindən edilmiş sorğudan və AZ-İİİ № 103660 və AZ-İİİ № 428082 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Leyla və xx.xx.2014-cü il təvəllüdlü Raul adlı iki azyaşlı uşağı vardır. İV-JQ №407669 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X10 ölüm səbəbi bütün bədənin 3-4-cü dərəcəli yanığı, ölümün yeri Ağdərə rayonudur. Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin ŞA №010227 nömrəli vəsiqəsindən görünür ki, təqsirləndirilən şəxsin anası X11 şəhid ailəsi statusundadır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli 3-27-109/2-567/2024 nömrəli məktubundan görünür ki, mənimsənilmiş 16800 (on altı min səkkiz yüz) manat pul vəsaitindən 6900 (altı min doqquz yüz) manat Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin müvafiq hesabına mədaxil edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında olan 9900 AZN pul vəsaitinin Zərərçəkmiş şəxs MMC-nin müvafiq hesabına köçürülməsi barədə qərarı yekun məhkəmə aktında əks etdirilməsi xahiş olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında tam sübuta yetmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayevin xx.xx.2022-ci il tarixli, Ə-1750/22 saylı əmrinə əsasən 02 iyun 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək X32 Filialının 12 saylı Poçt Şöbəsinin müdiri vəzifəsində işlədiyi müddətdə tam maddi məsuliyyət daşıması haqqında 24 yanvar 2022-ci il tarixli müqaviləyə, həmin tarixli iltizamnaməyə və vəzifə təlimatına əsasən poçt müəssisəsinin baş kassasında (PŞ-nin kassalarında) olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edən, nağd pulun və digər qiymətlililərin qorunub saxlanılması barədə vəzifələri həyata keçirən və digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edib özgə əmlakı qanunsuz və əvəzsiz olaraq talamaq qərarına gəlmiş, bu niyyətlə əvvəlcədən, yəni 19 avqust 2022-ci il tarixdə Gəncə şəhəri, Azərbaycan küçəsi, döngə 5, ev 1 ünvanında yerləşən yaşadığı evində satış məqsədi ilə “Epson L3110” markalı çox funksional (skaner, printer) çap qurğusu vasitəsilə dövriyyədə olan həqiqi 100 (bir yüz) Azərbaycan manatı pul əskinasına uyğun olmayan, həqiqi pul əskinasdan açıq-aşkar formada fərqlənməyən rəngli surətinı çıxararaq axınlı çap üsulu ilə hazırladığı 168 ədəd C seriyalı 82241271 nömrəli 100 nominal Azərbaycan manatı əskinasını çap etdiyi 16 800 (on altı min səkkiz yüz) manat saxta pul ilə ifadə olunan qiymətli kağızları hazırlamaqla 22 avqust 2022-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospekti 13 ünvanında yerləşən rəhbəri olduğu poçt şöbəsinə daxil olmuş 500 (beş yüz) ədəd 100 manatlıq və 500 (beş yüz) ədəd 20 manatlıq əskinaslar olmaqla ümumilikdə 60 000 (altmış min) manat nağd pul vəsaitlərinin 7140 (yeddi min yüz qırx) manatı əməliyyat edildikdən sonra, qalan limitdən artıq 52 860 (əlli iki min səkkiz yüz altmış) manat pul vəsaitinin 16800 (on altı min səkkiz yüz) manat hissəsi ilə dəyişdirərək öz qulluq mövqeyindən istifadə etməklə götürərək, tamah niyyətilə həmin poçt şöbəsində iş günün sonunda pul sənədləri üzrə poçt şöbəsinin rəisi ilə son hesablaşma aparmalı olan, eləcə də həmin poçt şöbəsində digər vəzifələri yerinə yetirən əməliyyatçı Şahid1 nominal dəyəri olan pul vəsaitlərinin tam şəkildə düzgün olması barədə guya sonuncu tərəfindən tərtib edilmiş Zərərçəkmiş şəxs adından olan rəsmi sənəd hesab edilən “F.RN-4 saylı” müşayət məktubuna qeyd olunan müddət ərzində həmin ünvanda yerləşən rəhbəri olduğu Poçt şöbəsindəki xidməti otağında həmin məktubun üz tərəfinin aşağı sağ küncündə olan “Əməliyyatçı” qrafasına 12 saylı Poçt Şöbəsinin əməliyyatçısı Şahid1 əvəzinə imza edərək bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı edib Zərərçəkmiş şəxs MMC-yə məxsus 16 800 (on altı min səkkiz yüz) manat pulu öz qulluq mövqeyindən istifadə edərək etibar edilmiş xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını mənimsəyərək talamış, satış məqsədi ilə saxta pul hazırlamaqla, tamah niyyəti ilə vəzifə saxtakarlığı etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 179.2.3, 179.2.4, 204.1 və 313-cü maddələri ilə tövsif olunmalıdır. Belə ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmamalıdı. Talamanın yalnız bir formasında - mənimsəmə və ya israf etmədə təqsirkar talanan əmlak barəsində mülkiyyət hüququnun bəzi elementlərinə (sahiblik, bir sıra hallarda sərəncam və ya istifadə hüququna) malik olur. Həmin hüquqlar mülkiyyətçinin verdiyi səlahiyyətlər çərçivəsində olmaqla müvəqqəti xarakter daşıyır. Azərbaycan Respublikası CPM-in 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 139.0-cı maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Həmin Məcəllənin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarında qeyd edilir ki, CPM-in sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş huquqi şəxslə barışıq əldə edərək zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını, dəymiş ziyanı tam ödəməsini və himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cinayəti texniki vasitədən istifadə etməklə törətməsini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 204.1 və 313-cü maddələri ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 204.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı tam ödəməsi və sonuncu ilə barışıq əldə etməsi, himayəsində azyaşlı uşaqlarının olmasını, atasının şəhid olmasını, cinayət işinin digər halları və təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən xüsusiyyətləri ilə birlikdə götürülməklə onun təqsirli bilinərək məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 204.1 və 313-cü maddələri ilə təyin olunmuş cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsinə əsas verir. Şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə və cəzanın çəkilməsinin təxirə salınması cinayət-hüquqi məsuliyyətin qanunvericilikdə müəyyən edilmiş hallarda və əsaslarla tətbiq edilən güzəştli formasıdır. Qanunverici humanizm prinsipindən çıxış edərək müəyyən kateqoriya şəxslərin cəzanı real olaraq çəkmədən, cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etdiyi təqdirdə, bu cinayət-hüquqi vasitələrdən istifadə edilməsinin mümkünlüyünü təsbit etmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2021-ci il tarixli qərarı). Beləliklə, cinayət işinin yuxarıda qeyd edilən hallarının məcmusunu, eləcə də təqsirləndirilən şəxsin yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı tam ödəməsini və sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, həmçinin daha əvvəl təsvir edilən cəza siyasətini təzimlənməyən maddi cinayət-hüquqi normalara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin islah edilməsinə nail olunması, eləcə də Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın digər məqsədlərinə çatılması, təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 204.1 və 313cü maddələri ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti hesab olunmaqla icra edilməsi ilə mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və CM-in 70.5-ci maddəsinə əsasən iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət isə yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, əlavə cəza olan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Törədilmiş cinayətin hallarını və təqsirləndirilənin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır . İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut olan “Epson L3110” markalı çox funksional (skaner, printer) çap qurğusu əvəzsiz olaraq dövlət nəfinə müsadirə olunmalı və iş üzrə maddi sübut olan saxta 168 ədəd C seriyalı 82241271 nömrəli 100 nominal Azərbaycan manatı əskinasları cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Həmçinin, iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit seyfində saxlanılan 99 ədəd 100 manatlıq olmaqla, cəmi 9900 (doqquz min doqquz yüz) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs hesabına qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış tədqiqatların dəyəri olan 350 (üç yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X8, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 100 (yüz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 600 (altı yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə tətbiq ediləcək digər alət və vasitə yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 204.1 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 204.1-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 313-cü maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul şəxs vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş əsas cəzalar qismən toplanmaqla ona 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul şəxs vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 fevral 2024-cü il tarixdən 13 may 2024-cü il tarixədək həbsdə olduğu 03 (üç) ay 03 (üç) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbər və maddi məsul şəxs vəzifəsi tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Eyni zamanda əlavə cəza kimi təyin edilmiş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində iş və daimi yaşayış yerini dəyişərkən onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut olan “Epson L3110” markalı çox funksional (skaner, printer) çap qurğusu əvəzsiz olaraq dövlət nəfinə müsadirə edilsin. Cinayət işi üzrə maddi sübut olan saxta 168 ədəd C seriyalı 82241271 nömrəli 100 nominal Azərbaycan manatı əskinasları cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit seyfində saxlanılan 99 ədəd 100 manatlıq olmaqla, cəmi 9900 (doqquz min doqquz yüz) manat məbləğində pul vəsaiti Zərərçəkmiş şəxs hesabına qaytarılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 350 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub X8, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 600 (altı yüz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-10/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-10/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver