Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-102/2025 09.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1985-ci ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə Zərərçəkmiş şəxs ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə onu Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən N saylı hərbi hissəsindən Gəncə şəhərində yerləşən hərbi hissələrin hər hansı birinə iş yerini dəyişdirəcəyini köməklik edəcəyini vəd verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Zərərçəkmiş şəxs bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləyən tanışlarının olduğuna inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs tapşırığı ilə bacısı Şahid2 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “Bravo” marketin içərisində yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsilə istifadəsində olan “Unibanka” məxsus 4098 5844 5000 0250 saylı “Leobank” kartına göndərdiyi 1000 (min) manat pulu və həmin günü, yəni 20 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs tapşırığı ilə arvadı Şahid1 Gəncə şəhəri, F.Əmirov küçəsində yerləşən “Şan” marketin içərisində olan “Milli Ön” ödəmə terminalı vasitəsilə istifadəsində olan “Unibanka” məxsus 4098 5844 5000 0250 saylı “Leobank” kartına göndərdiyi 2000 (iki min) manat pulu ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs vahid niyyətlə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünu tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonunda kirayədə yaşamaqla fərdi qaydada avtomobillərin təmiri ilə məşğul olub. Zərərçəkmiş şəxs ilə 2023-cü ilin yay aylarında “Tik-tok” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs ilə mesajlaşmış və Zərərçəkmiş şəxs istifadəsində olan xatırlamadığı mobil nömrəsini ona vermişdir. Zərərçəkmiş şəxs ona Azərbaycan Respublikası Müdafiə Nazirliyində MAXE işlədiyini və Laçın rayonunda xidmət etdiyini bildirmişdir. Həmin vaxtlar özünün borcu olmuş, Arazdan borc pul istəmiş, lakin Araz ona borca pul verməmişdir. Bu söhbətdən təxminən bir həftə sonra Araz ona xidməti iş yerini Gəncə şəhərində yerləşən hərbi hissələrdən birinə dəyişmək istədiyini bildirmiş, özünün pula ehtiyacı olduğuna görə o, Zərərçəkmiş şəxs yalandan yüksək vəzifədə işləyən tanışlarının vasitəsilə onun xidməti iş yerini dəyişə biləcəyini bildirmişdir. Həmin günün səhəri o, Zərərçəkmiş şəxs zəng edərək guya işini danışdığı şəxsin onu Müdafiə Nazirliyinin Gəncə şəhərində yerləşən hərbi hissələrin birinə iş yerini dəyişmək üçün 3000 (üç min) manat pul istədiyini bildirmiş, Zərərçəkmiş şəxs da onunla razılaşmışdır. Bundan sonra o, Unibanka məxsus istifadəsində olan “Leobanka” məxsus 4098 5844 5000 0250 saylı kartını “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Araza göndərmişdir. 20 iyul 2023-cü il tarixdə Araz Unibanka məxsus istifadəsində olan “Leobanka” məxsus 4098 5844 5000 0250 saylı kartına 1000 (min) manat və 2000 (iki min) manat olmaqla ümumilikdə 3000 (üç min) manat pul göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs iki ay müddətində Gəncə şəhərində yerləşən hərbi hissələrin hər hansı birinə işini dəyişdirəcəyini bildirmişdir. O, həmin pulları Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yanında olan “Unibanka” məxsus terminaldan çıxardaraq 1500 (min beş yüz) manat borclarını ödəmiş, yerdə qalanını isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bu hadisədən təxminən 1 ay sonra Zərərçəkmiş şəxs ona zəng edərək nə vaxt iş yerinin dəyişdiriləcəyini soruşan zaman o, Zərərçəkmiş şəxs hər dəfə müxtəlif bəhanələrlə aldatmış, sonradan isə eşitmişdir ki, Zərərçəkmiş şəxs ondan Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə və Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şikayət etmişdir. Hazırda əməlindən peşman olmaqla zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tamamilə ödəmiş, onunla barışmış və zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbi yoxdur. Odur ki, cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, 2007-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu vəzifəsində işləməklə 2021-ci ildən Laçın rayonunda xidmət aparır. 2023-cü ilin yay aylarında “Tik-Tok” sosial şəbəkəsində Təqsirləndirilən şəxs ilə tanış olmuş və istifadələrində olan mobil telefon nömrələrini birbirlərinə vermişlər. Bundan sonra 2023-cü ilin iyun ayının ortalarında Bakı şəhərinə getmiş və həmin vaxt Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Laçın rayonunda yerləşən N saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu vəzifəsində işlədiyini, lakin ailə üzvlərinin Gəncə şəhərində yaşadığını və onun üçün evə gedib-gəlməyin çətin olduğunu bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs da ona xidməti iş yerini Gəncə şəhərinə dəyişdirə biləcəyini və yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu demişdir. Bu söhbətdən təxminən bir ay keçdikdən sonra Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə danışan zaman Təqsirləndirilən şəxs ona yenə xidməti iş yerini Gəncə şəhərinə dəyişdirə biləcəyini və yüksək vəzifələrdə işləyən tanışlarının olduğunu demiş və bunun üçün 3000 (üç min) manat pul verməyini bildirmiş, o, da Təqsirləndirilən şəxsla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Unibanka məxsus istifadəsində olan “Leobanka” məxsus 4098 5844 5000 0250 saylı kartını “Whatsapp” sosial şəbəkəsi vasitəsilə ona göndərmiş, həmin vaxt özü işdə olmuşdur. Bundan sonra o, 20 iyul 2023-cü il tarixdə bacısı Şahid2 zəng edərək Unibanka məxsus Təqsirləndirilən şəxs istifadəsində olan “Leobanka” məxsus 4098 5844 5000 0250 saylı karta 1000 (min) manat pul göndərməsini xahiş etmiş, sonra bacısı Şahid2 həmin karta Bakı şəhərindən 1000 (min) manat pul göndərdiyini bildirmiş, yerdə qalan 2000 (iki min) manatı isə arvadı Şahid1 onun tapşırığı ilə həmin günü, yəni 20 iyul 2023-cü il tarixdə Gəncə şəhəri, Fikrət Əmirov küçəsində yerləşən “Şan” marketin içərisində olan “Milli Ön” ödəmə terminalı vasitəsilə Unibanka məxsus Təqsirləndirilən şəxs istifadəsində olan “Leobanka” məxsus 4098 5844 5000 0250 saylı karta göndərmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə telefon vasitəsilə danışmış və Təqsirləndirilən şəxs ona 3000 (üç min) manat pulun kartına gəldiyini bildirmişdir. Həmçinin bir ay ərzində guya onu işlədiyi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsinə iş yerini dəyişdirə biləcəyini demişdir. Lakin üzərindən xeyli vaxt keçsədə Təqsirləndirilən şəxs vədlərinə əməl etməmiş və hər dəfə müxtəlif bəhanələrlə onu aldatmışdır. Bundan sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək ümumilikdə 3000 (üç min) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Daha sonra Təqsirləndirilən şəxs pulunu tələb etməyə başlamış, lakin Qüdrət telefonlarına cavab verməmişdir. Ona görə də özü Qüdrətdən polisə şikayət etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. 20 iyul 2023-cü il tarixdə qardaşı Zərərçəkmiş şəxs ona zəng edərək 1000 (min) manat borca pul lazım olduğunu bildirmişdir. O da qardaşı Zərərçəkmiş şəxs nə səbəbə pul lazım olduğunu soruşmuş, Araz da ona iş yerini Laçın rayonundan Gəncə şəhərinə dəyişdirmək istədiyini bunun üçün pul lazım olduğunu demişdir. Sonra qardaşı Zərərçəkmiş şəxs “whatsapp” sosial şəbəkəsi vasitəsilə “Leobanka” məxsus 4098 5844 5000 0250 saylı kart göndərmiş və o da həmin günü, yəni 20 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şəifzadə küçəsində yerləşən “Bravo” marketdə yerləşən “Milli Ön” ödəmə terminalı vasitəsilə həmin karta 1000 (min) manat pul göndərmiş və bu barədə qardaşı Zərərçəkmiş şəxs məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, qardaşı Zərərçəkmiş şəxs həmin karta əlavə olaraq da 2000 (iki min) manat pul göndərmişdir. Sonradan qardaşı Zərərçəkmiş şəxs 1000 (min) manat pulunu geri qaytarmışdır. Daha sonra isə qardaşı Zərərçəkmiş şəxs ona bildirmişdir ki, 3000 (üç min) manat pul göndərdiyi həmin şəxs onun etibarından sui-istifadə edərək 3000 (üç min) manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və bu barədə o, Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Ona heç bir maddi ziyan dəyməmiş, qardaşı Zərərçəkmiş şəxs verdiyi 1000 (min ) manat pulu ona geri qaytarmışdır. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun əridir. Əri Zərərçəkmiş şəxs hərbi qulluqçudur və Laçın rayonunda xidmət edir. Ailə vəziyyətləri ilə əlaqədar əri Zərərçəkmiş şəxs iş yerini Gəncə şəhərinə dəyişdirmək istəmişdir. 20 iyul 2023-cü il tarixdə əri Zərərçəkmiş şəxs ona zəng edərək iş yerini Laçın rayonundan Gəncə şəhərinə dəyişdirəcəyini deyərək “whatsapp” sosial şəbəkəsi vasitəsilə “Leobanka” məxsus 4098 5844 5000 0250 saylı kart göndərmiş və həmin karta 2000 (iki min) manat pul göndərməyini demiş o, da evdə olan pulullarından 2000 (iki min) manat götürərək Gəncə şəhəri, Fikrət Əmirov küçəsində yerləşən “Şan” marketin içərisində olan “Milli Ön” ödəmə terminalı vasitəsilə “Leobanka” məxsus 4098 5844 5000 0250 saylı karta 2000 (min) manat pul göndərmişdir. Üzərindən bir müddət keçdikdən sonra əri Zərərçəkmiş şəxs ona bildirmişdir ki, 3000 (üç min) manat pul göndərdiyi həmin şəxs əri Arazın etibarından suiistifadə edərək 3000 (üç min) manat pulunu dələduzluq yolu ilə ələ keçirmiş və o, bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Səhhəti ilə bağlı növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, bu səbəbdən iclasların onun iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatdadır. Qax Rayon Məhkəməsinin 1(024)-39/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini, zərərçəkmiş şəxsin ərizəsində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin barışması və ziyanın tamamilə ödənilməsi əsası ilə cinayət işinin icraatına xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respubikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2022-ci il tarixli Qərararında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə əməl 20 iyul 2023-cü il tarixdə, yəni digər cinayət əməlinə görə Qax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməmişdən əvvəl törədildiyindən, hazırda sonuncunun cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasını qanunvericilik qadağan etmir. Odur ki, məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, tərəflərin barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və belə nəticəyə gəlir ki, işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və digər üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikasının CPM-nin 321.2-ci maddəsinin müddəalarından görünür ki, məhkəmə baxışı zamanı məhkəmə tərəfindən qəbul edilən qərarlardan biri də 321.2.1ci maddədə nəzərdə tutulan cinayət işi üzrə icraata xitam verilməsidir. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi, məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 06 (altı) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Cinayət işi üzrə maddi sübut, mülki iddia, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası-Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.3, 321, 344–347, 356, 358 və 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxlə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və ya protest verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-102/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-102/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver