Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-103/2023 07.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də sosial işçi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında yerləşənGəncə şəhəri Psixatriya Xəstəxanasında, həmin xəstəxananın baş həkimi vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 xidməti iş otağında ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, səs-küy salıb ucadan nalayiq söyüşlər söyməklə ictimai qaydanı və 30 dəqiqə müddətində xəstəxananın iş rejimini kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, Zərərçəkmiş şəxs1 məxsus 25 manat dəyərində gül qabını divara vurub özgə əmlakını məhv edərək sındırmaqla, şəxslər üzərində zor tətbiq olunması hədəsi ilə müşayiət edilən hərəkətlər edərək, daha sonra xəstəxananın dəhlizinə çıxıb xuliqanlıq hərəkətlərini davam etdirən zaman xəstəxanada böyük tibb qardaşı vəzifəsində işləyən Zərərçəkmiş şəxs2 onu sakitləşdirmək cəhdlərinə məhəl qoymaraq Zərərçəkmiş şəxs2 əli ilə bir dəfə zərbə vuraraq zor tətbiq etməklə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərib qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, o, özü rəsmi olaraq Gəncə şəhəri DOST kommunalda işləyir, İİ qrup müharibə əlilidir. Şahid2 onun dostu, X2 qızıdır, Canan uzun müddətdir ki, psixoloji xəstəlikdən əziyyət çəkir. xx.xx.2021-ci il tarixədə o, dostu Samir və qızı Canan ilə birlikdə Cananın pensiya sənədlərini düzəltmək üçün Gəncə şəhər Psixiatriya xəstəxanasında olan zaman baş həkim Zərərçəkmiş şəxs1 otağına daxil olmuşlar. Həmin vaxtı Elmira xanım onları pis qarşılamamış, daha sonra Elmira xanım Cananı xəstəxanaya yerləşdirmək üçün yer olmadığını və sənədlərinin düzəlməyi üçün Gəncə şəhər Ruhi Əsəb dispanserindən göndəriş lazım olduğunu bildirmişdir. Həmin vaxtı Elmira xanıma nə üçün onları get-gələ saldığını demiş və anidən əsəbləşib otaqda olan gül qabını divara atıb sındırmış, orada olan dolabın qapısına təpiklə zərbə vurmuş, ucadan səs-küy salmış və oranı tərk edib xəstəxananın dəhlizinə çıxmışdır. Həmin vaxt tanımadığı şəxslər baş vermiş hadisəyə yığışmışlar, tanımadığı şəxslərdən birinin Samir ilə söhbət etdiyini görmüş, bu zaman o, onların yanına yaxınlaşmış və əsəbi olduğu üçün əli ilə həmin şəxsin üzünə bir sillə vurmuşdur. Həmin şəxs onu vurmamış, hər hansı bir fiziki zor tətbiq etməmişdir. Bundan sonra xəstəxananın dəhlizindən həyətinə çıxmışlar, xəstəxananın həyətində adı sonradan ona məlum olan Sərxan ilə söhbət etmiş və ona əsəbi olduğu üçün sillə vurduğunu demiş, sonra oradan çıxıb getmişlər. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini, İİ qrup Qarabağ müharibəsi əlili olduğunu nəzərə alıb ona islah işləri növündə cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq Gəncə şəhər Psixiatriya xəstəxanasının baş həkimi vəzifəsində işləyir. Gəncə şəhəri Şəddadilər küçəsi ev 117, mənzil 7-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində xidməti otağında olan zaman sonradan adı ona məlum olan Rövşən adlı şəxs xidməti otağına daxil olmuş, özünü Qarabağ qazisi kimi təqdim etmiş, yanında olan tanışının övladına müvafiq sənədlərin alınacağını bildirmişdir. O, da həmin şəxsə gətirdiyi sənədlərin düzgün olmadığı üçün köməklik oluna bilməyəcəyini demiş, eyni zamanda gətirdikləri xəstə üçün müvafiq göstərişin alınmasını xahiş etmişdir. Həmin vaxt Rövşən adlı şəxs əsəbi formada nəlayiq sözlərlə onu təhqir etmiş və xidməti otağında olan gül qabını götürərək onun üzərinə atmışdır. Lakin kənara çəkildiyi üçün xosbəxtlikdən gül qabı ona yox, divara dəyərək sınmışdır. Bundan sonra Rövşən xidməti otağında olan sənədlər üçün nəzərdə tutulmuş dolabın qapısına təpiklə vurmuş, sonra yanında olan Şahid1 həmin Rövşən adlı şəxsi xidməti otağından uzaqlaşdırmışdır. Lakin Rövşən bu səfər xəstəxananın foyesində tibb işçisi Zərərçəkmiş şəxs2 nəlayiq ifadələrlə təhqir edərək onu vurmuşdur. Həmin vaxt xəstəxanada olan xəstələr, onları ziyarətə gəlmiş valdeyinləri və müvafiq sənədlər almaq üçün müraciət etmiş şəxslər olmuşdur. Bundan sonra Validə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Rövşənin xəstəxanın inzibati binasında etdiyi xuliqanlıq hərəkətləri barədə, Rövşənin gül qabı ilə onu vurmağa çalışması, Sərxanı və onları nəlayiq sözlərlə təhqir edərək Sərxanı vurması barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Rövşənin xəstəxananın inzibati binasında xuliqanlıq hərəkətləri 30 dəqiqədən çox davam etmiş və həmin vaxt xəstəxananın iş rejimi tamamilə pozulmuş, bu da müalicə alan xəstələrin, xəstəxanaya müraciət etmiş şəxslərin və xəstələrin yaxınlarının narahatçılığına səbəb olmuşdur. Mübahisə vaxtı Rövşənin yanında olmuş Samir adlı şəxs Rövşəni sakitləşdirməyə çalışmış, heç kimi vurmamış, heç kimə xəsarət yetirməmişdir. Sonda Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs şikayətçi olmadığını, onun Qarabağ qazisi olduğunu, əməlindən peşman olub ondan üzr istəməsini nəzərə alıb sonuncunu bağışladığını və yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq Gəncə şəhər Psixiatriya xəstəxanasının baş tibb qardaşı vəzifəsində işləyir. O, Gəncə şəhəri Şəddadilər küçəsi ev 117, mənzil 7-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində o, işlədiyi yerdən yaşadığı evə gedərək baş həkimin otağının qarşısında mübahisə olduğunu görmüş, nə baş verdiyini öyrənmək üçün mübahisə olan yerə yaxınlaşmış, həmin vaxt tanımadığı şəxsin, ad, soyadı sonradan ona məlum olan Şahid2 əli ilə giriş qapısını vuraraq mühafizəçilərin üstünə qışqırdığını görmüş, bundan sonra həmin şəxsin qoluna girib demişdir ki, bura xəstəxanadır, ictimai yerdir, qışqırmaq olmaz. Həmin vaxt başqa bir tanımadığı və əlində hasa olan şəxs, adını sonradan bildiyiTəqsirləndirilən şəxsdigər tərəfdən üzərinə tərəf gələrək ucadan qışqırmağa və nəlayiq söyüşlər deyərək ona nə üçün mübahisəyə qarışdığını demiş və əli ilə gözləmədiyi anda sifət nahiyyəsinə vurmuşdur. O, da özünü müdafiə etmək üçün həmin şəxsin üzərinə tərəf gedərək onu özünə tərəf çəkmək istəmiş, lakin bu zaman ətrafda olan tanımadığı şəxslər onları aralamışlar. Bundan sonra çölə çıxmış və həmin şəxsləri xəstəxananın həyətində görmüş, sonra həmin Rövşən adlı şəxs baş həkimin və işçi heyətinin ünvanına nəlayiq söyüşlər işlədərək xəstəxanadan çıxıb getmişlər. Həmin vaxt xəstəxanada olan xəstələr, onları ziyarətə gəlmiş valdeyinləri və müvafiq sənədlər almaq üçün müraciət etmiş şəxslər olmuşdur. Bundan sonra Validə Azərbaycan Respublikası DİN-nin “102 xidməti”nə zəng edərək Rövşənin xəstəxanın inzibati binasında etdiyi xuliqanlıq barədə, gül qabı ilə baş həkimi vurmağa çalışması, onu və işçi heyətini nəlayiq sözlərlə təhqir edərək onu döyməsi barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Rövşənin xəstəxananın inzibati binasında xuliqanlıq hərəkətləri 30 dəqiqədən çox davam etmiş və həmin vaxt xəstəxananın iş rejimi tamamilə pozulmuş, bu da müalicə alan xəstələrin, xəstəxanaya müraciət etmiş şəxslərin və xəstələrin yaxınlarının narahatçılığına səbəb olmuşdur. Sonda o, ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmiş, yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanda yaşayır. Özü rəsmi olaraq Gəncə şəhəri Psixiatriya xəstəxanasında mühasib vəzifəsində işləyir. Gəncə şəhəri Şəddadilər küçəsi ev 117, mənzil 7-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2021-ci il tarixdə saat 13 radələrində baş həkimi Zərərçəkmiş şəxs1 xidməti otağında olan zaman sonradan adı ona məlum olan Rövşən adlı şəxs Elmira həkimin xidməti otağına daxil olmuş, özünü Qarabağ qazisi kimi təqdim etmiş, yanında olan tanışının övladına müvafiq sənədlərin alınacağını bildirmişdir. Elmira həkim də həmin şəxsə gətirdiyi sənədlərin düzgün olmadığı üçün köməklik oluna bilməyəcəyini demiş, eyni zamanda gətirdikləri xəstə üçün müvafiq göstərişin alınmasını xahiş etmişdir. Həmin vaxt Rövşən adlı şəxs əsəbi formada nalayiq sözlərlə Elmira həkimi təhqir etmiş və xidməti otağında olan gül qabını götürərək onun üzərinə atmışdır. Lakin Elmira həkim kənara çəkildiyi üçün xosbəxtlikdən gül qabı ona yox, divara dəyərək sınmışdır. Bundan sonra Rövşən xidməti otaqda olan sənədlər üçün nəzərdə tutulmuş dolabın qapısına təpiklə vurmuş, Elmira həkimi və işçi personalını təhqir etmişdir. Bundan sonra həmin Rövşən adlı şəxsi xidməti otaqdan uzaqlaşdırmış, lakin Rövşən bu səfər xəstəxananın foyesində tibb işçisi Zərərçəkmiş şəxs2 nəlayiq ifadələrlə təhqir edərək onu da döymüşdür. Həmin vaxt xəstəxanada olan xəstələr, onları ziyarətə gəlmiş valdeyinləri və müvafiq sənədlər almaq üçün müraciət etmiş şəxslər də olmuşdur. Bundan sonra o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Rövşənin xəstəxanın inzibati binasında etdiyi xuliqanlıq hərəkətləri barədə, Rövşənin gül qabı ilə Elmira həkimi vurmağa çalışması, Sərxanı və onları nəlayiq sözlərlə təhqir edərək Sərxanı döyməsi barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş və hadisə yerini müayinə etmişlər. Rövşənin xəstəxananın inzibati binasında xuliqanlıq hərəkətləri 30 dəqiqədən çox davam etmiş və həmin vaxt xəstəxananın iş rejimi tamamilə pozulmuş, bu da müalicə alan xəstələrin, xəstəxanaya müraciət etmiş şəxslərin və xəstələrin yaxınlarının narahatçılığına səbəb olmuşdur. Mübahisə vaxtı Rövşənin yanında olmuş Samir adlı şəxs Rövşəni sakitləşdirməyə çalışmış, heç kimi vurmamış, heç kimə xəsarət yetirməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, Şahid4 və X1 Validə Fuad qızı ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Qasımbəy Zakir küçəsi ev 6-da yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun dostudur, sonuncu İİ qrup əlildir. X9 onun qızıdır. Qızı Canan uzun müddətdir ki, psixoloji xəstəlikdən əziyyət çəkir. xx.xx.2021-ci il tarixədə o, dostu Rövşən və qızı Canan ilə birlikdə Cananın pensiya sənədlərini düzəltmək üçün Gəncə şəhər Psixiatriya xəstəxanasında olan zaman baş həkim Zərərçəkmiş şəxs1 otağına daxil olmuşlar, Elmira həkim onları pis qarşılamamışdır. Bundan sonra Elmira xanım Cananı xəstəxanaya yerləşdirmək üçün yer olmadığını və sənədlərini düzəltməyi üçün Gəncə şəhər Ruhi Əsəb dispanserindən göndəriş lazım olduğunu bildirmişdir. Dostu Rövşən də həmin vaxtı Elmira xanıma nə üçün onları get-gələ saldığını demiş və anidən əsəbləşib otaqda olan gül qabını yerə atıb sındırmış və orada olan dolabın qapısına təpiklə zərbə vurmuşdur. Dostu Rövşən həmin vaxt ucadan səs-küy salmış və oranı tərk edib xəstəxananın foesinə çıxmışdır. Həmin vaxt tanımadığı şəxslər baş vermiş hadisəyə yığışmışlar. Tanımadığı şəxslərdən biri onunla söhbət etmiş, bu zaman dostu Rövşən onlara yaxınlaşmış və onunla söhbət edən Sərxan adlı şəxs Rövşənə nəsə demiş, dostu Rövşən əsəbi olduğu üçün əli ilə həmin şəxsin üzünə bir sillə vurmuşdur. Həmin şəxs Rövşəni vurmamış, hər hansı bir fiziki zor tətbiq etməmişdir. Bundan sonra xəstəxananın foesindən həyətinə çıxmışlar. Xəstəxananın həyətində adı sonradan ona məlum olan Sərxan ilə söhbət etmişlər və ona əsəbi olduğu üçün sillə vurduqlarını demişlər. Bundan sonra oradan çıxıb getmişlər. 06 may 2021-ci il tarixdə Gəncə şəhər Psixiatriya xəstəxanasında baş vermiş mübahisə təxminən 20-30 dəqiqə davam etmiş, həmin vaxt xəstəxanada olan tanımadığı şəxslər ətrafa toplaşmış və elə onlar da onu sakitləşdirməyə çalışmışlar. Mübahisə zamanı o, yalnız kənarda dayanmış və orada olmuş tanımadığı kənar şəxslərlə birlikdə Rövşəni sakitləşdirməyə çalışmış, heç kimi vurmamış, heç kimə xəsarət yetirməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - xx.xx.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan məlum olur ki, Gəncə şəhər Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X10 tərəfindən hal şahidlərinin iştirakları ilə Zərərçəkmiş şəxs1Gəncə şəhər Psixatriya xəstaxanasındakı xidməti otağına baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. - Məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, xx.xx.2021ci il tarixdə Təqsirləndirilən şəxs bir neçə şəxslə mübahisə etməsi, kənardan bir neçə şəxsin isə həmin mübahisəni izləməsi və Təqsirləndirilən şəxs oradan uzaqlaşdırılmağa çalışılması, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya Xəstəxanasının həyətində mübahisə yaratması, bir neçə şəxsin onu sakitləşdirməyə çalışması əks olunmuşdur, Gəncə şəhər Psixiatriya Xəstəxanasının binasının içərisində bir neçə şəxsin toplanması, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya Xəstəxanasının binasının içərisində Zərərçəkmiş şəxs2 əli ilə vurması müşahidə edilmişdir. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/6020 nömrəli sənədlərin məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkildə göstərilən 01 ədəd ağ rəngli, üzərində kiçik ölçülü qaşları olan şüşə materialından ibarət gül qabının təzə vəziyyətdə 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 25,0 manat müəyyən edilir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 5361 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 6003 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin 25 iyul 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatdadır. Ailə tərkibi aşağıdakı kimidir. X3 xx.xx.1953-cü il təvəllüdlü, arvadı X13 xx.xx.1976-cı il təvəllüdlü, qızı X8 xx.xx.1997-ci il təvəllüdlü, oğlu X11 xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs. - Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir məlumat daxil olmamışdır. - DSMF-nin Gəncə şəhər Nizami rayon şöbəsinin verdiyi vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müddətsiz İİ qrup əlildir. - Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X17 Birliyinin vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup müharibə əlilidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, İ Qarabağ müharibəsində iştirak etməsini, İİ qrup müharibə əlili olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və ondan şikayətçi olmamasını CMnin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi məhkum Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 60 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 05 (beş) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli onun qazancından dövlət nəfinə 05 (beş) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri İcra idarəsinə həvalə edilsin. İş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN**********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçiişlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-103/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-103/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver