Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-104/2024 17.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi istirakı ilə, xx.xx.1965-ci il tarixdə Şəmkir rayonunun Sərxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda Şəmkir rayonu, Qədim Qala kəndində yaşayan, barəsində „başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində Şəmkir rayonu Qədim Qala kəndində müvəqqəti yaşadığı evdə hər biri 5000 nominallı 760 ədəd əskinasdan ibarət ******* (üç milyon səkkiz yüz min) Rusiya rublunun 360 əskinasdan ibarət ******* rublunu şəxsi əşyalarının arasında qablaşdırıb özünə məxsus əl çantasında, 400 əskinasdan ibarət ******* rublunu isə əynindəki qara rəngli dəri gödəkçənin sağ və sol içəri yan ciblərində yerləşdirib UT 744 saylı Gəncə-Moskva aviareysi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına aparmaq üçün Gəncə X7na gətirmiş və həmin xarici valyutanın qanunvericiliyin tələbinə əsasən gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarılmasına icazə verilən 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan hissəsi, yəni 850000 rublu istisna olmaqla, əvvəlcədən yazılı şəkildə bəyan etməli olduğu və nağd şəkildə ölkədən çıxarılmasına icazə verilməyən qalan hissəsini, yəni xeyli miqdarda, 59000 (əlli doqquz min) manat dəyərində ******* Rusiya rublunu həmin gün saat 10 radələrində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gəncə şəhərinin inzibati ərazisində yerləşən Gəncə X7 gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı olsada bir neçə il olar ki, övladları ilə birlikdə Rusiya Federasiyası Moskva şəhərində xırda ticarətlə məşğul olur. 2023-cü ilin iyun ayında Şəmkir şəhəri, Şəmkir küçəsində yerləşən özünə aid olan həyət evini satmaq məqsədi ilə Azərbaycan Respublikasına gəlmiş və evini 65000 manata satıb əldə olunan pulu Moskva şəhərinə aparmaq qərarına gəlmişdir. Şəmkir rayonundakı evini satdıqdan sonra o, müvəqqəti olaraq həyat yoldaşının bacısıgildə, yəni Şəmkir rayonu, Qədim Qala kəndində yaşayır. O, Rus rublunun məzənəsi dəyişdiyindən evi sataraq əldə etdiyi Azərbaycan manatını hissə-hissə Rus rubluna çevirmiş və 3.800.000 (üç milyon səkkiz yüz min) Rus rublu əldə etdikdən sonra həmin pulu Rusiyaya aparmaq qərarına gəlmişdir. Bundan sonra Rusiyaya qayıtmaq məqsədi ilə 13 oktyabr 2023-cü il tarixdə UT 744 saylı Gəncə-Moskva aviareysinə bilet almış, əvvəlcə qərara gəlmişdir ki, pulun bir hissəsini yəni ******* rublunu aparsın, sonradan fikirindən dönərək pulların hamısını aparmaq qərarına gəlmişdir. O, yaşadığı Şəmkir rayon Qədim Qala kəndində səhər saat səkkizə qalmış evdən çıxan zaman 2 ədəd qara sellofan torbanın birinə ******* Rus rublu, digərinə də ******* Rus rublu qoyaraq qara rəngli gödəkcəsinin sağ və sol ciblərinə qoymuş, 1.800000 Rus rublunu isə sellofan paketdə bükülü vəziyyətdə özünə məxsus olan üzərində “Puma” yazısı olan qara rəngli parçadan hazırlanmış çantasının içərisindəki şəxsi əşyalarının arasına qoymuşdur. Daha sonra Moskva şəhərinə getmək üçün Gəncə X7na getmiş, Gəncə X7nda əl yüklərini sərnişin keçid xəttində olan rentgen yük yoxlama qurğusundan keçirdiyi zaman gömrük əməkdaşı onunla şifahi sorğu-sual aparmış, çantada gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq yazılı bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual vermiş, o, isə gömrük əməkdaşına “bir səkkiz” deyə cavab vermişdir. Gömrük əməkdaşı ondan “bir səkkiz” nədir? deyə sual edəndə özü ona “bir milyon səkkiz yüz min” rus rublu olduğunu bildirmişdir. Bundan sonra ona məxsus əl çantasına yoxlama keçirilmiş və “Puma” markalı qara rəngli çantasının içərisindəki şəxsi əşyalarının arasından qara rəngli sellofan paketə bükülmüş vəziyyətdə olan, əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron qaydada bəyan etmədiyi 1.800.000 Rus rublu aşkar edilmişdir. Aşkar edilən pul əskinaslarına baxış keçirilərkən 1.800.000 Rus rublu olduğu məlum olmuş və həmin pul əskinasları protokol əsasında götürülmüşdür. Daha sonra üzərində şəxsi yoxlama keçirilməsi üçün yoxlama otağına dəvət olunmuş, üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük orqanına bəyan edilməmiş malları təqdim etmək təklif edilmiş, o, əynindəki qara rəngli dəri gödəkçənin sağ və sol içəri yan ciblərindən əvvəlcədən gömrük nəzarətinə bəyan etmədiyi 2 (iki) ədəd qara rəngli sellofan bağlamanı çıxararaq təqdim etmişdir. Bağlamalara keçirilən baxış zamanı hər bağlamada iki yüz ədəd olmaqla ümumilikdə dörd yüz ədəd hər biri 5000-lik əskinaslardan ibarət olan iki milyon Rus rublu aşkar edilərək protokol əsasında götürülmüşdür. Ümumilikdə isə üç milyon səkkiz yüz min Rus rublu gömrük əməkdaşları tərəfindən ondan götürülmüşdür. Həmin pulu öz evini satıb əldə etdiyi üçün mütləq qaydada bəyan etməli olduğunu bilməmiş, uzun müddətdir ki, Rusiya Federasiyasına müxtəlif vaxtlarda səfərlər etməsinə baxmayaraq, səfərlər zamanı aeroportda mütləq bəyan olunası mallar barədə məlumat lövhəciklərinə diqqət yetirmədiyini, pulların özünə məxsus olduğundan öz puluna görə kimin ona nə edəcəyini düşündüyündən həmin pulları rəsmi bəyan etməmişdir. Ona görə də hazırda bunun əziyyətini çəkir, bilmədən qanunvericiliyin tələblərini pozduğunu anlayır və bir daha qanunvericiliyin tələblərini pozmayacaqdır. Daha əvvəllər ölkə xaricinə çıxan zaman üzərində külli miqdarda pul aparıb və ya gətirməmişdir. Aşkar edilmiş üç milyon səkkiz yüz min Rus rublunu Moskva şəhərinə aparmaqda məqsədi isə orada yaşayan evləndirdiyi oğluna ev almaq olmuşdur. Əməlindən peşmandır və ifadəsində göstərdiklərini nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Gəncə X7 gömrük postunun inspektoru vəzifəsində işləyir. 13 oktyabr 2023-cü il tarixdə UT 744 saylı Gəncə-Moskva aviareysi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçərkən, özü ilə apardığı əl yükünü sərnişin keçid xəttində olan rentgen yük yoxlama qurğusundan keçirdiyi zaman üzərində “Puma” yazısı olan qara rəngli çantanın içərisində pul əskinaslarının təsvirinə oxşar predmetlərin olduğu qurğunun müşahidə monitorunda görünmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsla şifahi sorğusual aparılmış, çantasında gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq yazılı bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o isə öz növbəsində çantasında gömrük nəzarətindən gizlədilmiş və mütləq yazılı qaydada bəyan olunası hər hansı predmetin olmadığını və çantasında min səkkiz yüz Rus rublu olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus 1 ədəd üzərində “Puma” yazısı olan qara rəngli çantaya hal şahidlərinin iştirakı ilə Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Gəncə X7 gömrük postunun böyük inspektoru Şahid2 tərəfindən gömrük yoxlaması keçirilmişdir. Yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus 1 ədəd üzərində “Puma” yazısı olan qara rəngli çantanın içərisindəki şəxsi əşyaların arasından qara rəngli sellofan paketə bükülmüş vəziyyətdə əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron qaydada bəyan edilməmiş, bir milyon səkkiz yüz min Rus rublu aşkar edilmişdir. Aşkar edilən pul əskinaslarına baxış keçirilmiş və 1 800 000 Rus rublunun 360 ədəd 5000lik əskinaslardan ibarət olduğu məlum olmuşdur. Aşkar olunmuş həmin 1.800.000 Rus rublu Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.4-cü maddəsinə əsasən araşdırma aparılması üçün götürülüb sənədləşdirilmişdir. Yaranmış zərurətlə əlaqədar olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama keçirilməsi haqqında qərar qəbul edilmiş, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük orqanına bəyan edilməmiş malları təqdim etmək təklif edilmiş, o, əynindəki qara rəngli dəri gödəkçənin sağ və sol içəri yan ciblərindən əvvəlcədən gömrük nəzarətinə bəyan etmədiyi 2 ədəd qara rəngli sellofan bükülünü çıxararaq təqdim etmişdir. Bundan sonra həmin bükülülərə baxış keçirilmiş, baxış zamanı hər bükülüdən 200 ədəd olmaqla əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron qaydada bəyan edilməmiş 400 ədəd hər biri 5000-lik əskinaslardan ibarət olan 2.000.000 Rus rublu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs ümumilikdə 3 800 000 Rus rublu aşkar edilərək hal şahidlərinin iştirakı ilə götürülmüş və arşdırılmanın davam etdirilməsi üçün aidiyyəti üzrə təhqiqat orqanına göndərilmişdir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Gəncə X7 gömrük postunun böyük inspektoru vəzifəsində işləyir. 13 oktyabr 2023-cü il tarixdə UT 744 saylı Gəncə-Moskva aviareysi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarətindən keçərkən, özü ilə apardığı əl yükünü rentgen yük yoxlama qurğusundan keçirdiyi zaman üzərində “Puma” yazısı olan qara rəngli çantanın içərisində pul əskinaslarının təsvirinə oxşar predmetlərin olduğu qurğunun müşahidə monitorunda görünmüşdür. Bundan sonra Təqsirləndirilən şəxsla şifahi sorğusual aparılmış, çantasında gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq yazılı bəyan olunası hər hansı predmetin olub-olmaması barədə sual verilmiş, o, isə öz növbəsində çantasında gömrük nəzarətindən gizlədilmiş və mütləq yazılı qaydada bəyan olunası hər hansı predmetin olmadığını və çantasında 1800 (min səkkiz yüz) Rus rublu olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus üzərində “Puma” yazısı olan qara rəngli çantanı hal şahidlərinin iştirakı ilə yoxlamış, yoxlama zamanı Təqsirləndirilən şəxs məxsus üzərində “Puma” yazısı olan qara rəngli çantanın içərisindəki şəxsi əşyaların arasından qara rəngli sellofan paketə bükülmüş vəziyyətdə əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron qaydada bəyan edilməmiş, ******* (bir milyon səkkiz yüz min) Rus rublu aşkar edilmişdir. Aşkar edilən pul əskinaslarına baxış keçirilmiş və ******* (bir milyon səkkiz min) Rus rublunun 360 (üç yüz altmış) ədəd 5000-lik əskinaslardan ibarət olduğu məlum olmuşdur. Aşkar olunmuş 360 (üç yüz altmış) ədəd hər biri 5000-lik Rus rublu nominalında pul əskinasları olmaqla ******* (bir milyon səkkiz yüz min) Rus rublu Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 99.4-cü maddəsinə əsasən araşdırma aparılması üçün götürülmüşdür. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, göründüyü kimi Təqsirləndirilən şəxs əl çantasını sərnişin keçid xəttində olan rentgen yük yoxlama qurğusuna qoymamışdan əvvəl mütləq bəyan olunası predmetlərə görə əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron qaydada bəyan etməmiş, monitorda müşahidə aparılarkən yükün içərisində pula oxşar predmetlərin aşkar edilməsindən sonra çantasında pul olduğunu bildirmişdir. Bu da onun həmin predmetlərin bilərəkdən bəyan etməməsini təsdiq edir. Bundan başqa Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona əl çantasında “bir səkkiz” Rus rublu olduğunu, dəqiq soruşduqda isə min səkkiz yüz rubl apardığını söyləmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə X7nda fəhlə işləyir. 13 oktyabr 2023-cü il tarixdə Gəncə X7nda gömrük əməkdaşı ona yaxınlaşaraq keçiriləcək yoxlamada hal şahidi kimi iştirak etməyini xahiş etmiş və o, da bununla razılaşmışdır. Gəncə-Moskva aviareysi ilə hərəkət edən əvvəlcədən tanımadığı Təqsirləndirilən şəxs məxsus üzərində “Puma” yazısı olan qara rəngli çantaya gömrük əməkdaşı Şahid2 tərəfindən gömrük yoxlaması keçirilərkən “Puma” markalı qara çantanın içərisindəki şəxsi əşyaların arasından qara rəngli sellofan paketə bükülmüş vəziyyətdə 1.800.000 (bir milyon səkkiz yüz min) Rus rublu aşkar edilmişdir. Aşkar edilən pul əskinaslarına baxış keçirilmiş və 1.800.000 (bir milyon səkkiz min) Rus rublunun 360 (üç yüz altmış) ədəd 5000-lik əskinaslardan ibarət olduğu məlum olmuşdur. Aşkar olunmuş 360 (üç yüz altmış) ədəd hər biri 5000-lik 1.800.000 (bir milyon səkkiz yüz min) Rus rublu araşdırma aparılması üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılmış, şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük orqanına bəyan edilməmiş malları təqdim etmək təklif edilmiş, o, isə əynindəki qara rəngli dəri gödəkçənin sağ və sol içəri yan ciblərindən 2 (iki) ədəd qara rəngli sellofan bükülünü çıxararaq təqdim etmişdir. Həmin bükülülərə baxış keçirilən zamanı hər bükülüdən 200 (iki yüz) ədəd olmaqla 400 (dörd yüz) ədəd hər biri 5000-lik əskinaslardan ibarət olan 2.000.000 (iki milyon) Rus rublu aşkar olunmuşdur. Şəxsi yoxlama zamanı vətəndaşın üzərindən aşkar olunmuş 400 (dörd yüz) ədəd hər biri 5000-lik 2.000.000 (iki milyon) Rus rublu da araşdırma aparılması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs ümumilikdə 3 800 000 Rus rubulu aşkar edilərək hal şahidi kimi onun və digər hal şahidi Şahid4 iştirakı ilə götürülmüşdür. Müdafiə tərəfinin razılığı əsasında məhkəmə istintaqında tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid3 ilə eyni məzmunlu ifadə vermiş və göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gəncə X7 gömrük postunda tərtib edilmiş “Malların yoxlanılması haqqında” 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd üzərində “Puma” yazısı olan qara rəngli parçadan hazırlanmış çantanın içərisindəki şəxsi əşyaların arasından qara rəngli sellofan paketə bükülmüş vəziyyətdə əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron qaydada bəyan edilməmiş, ******* (bir milyon səkkiz yüz min) Rus rublu aşkar edilmişdir. 13 oktyabr 2023-cü il tarixli “Şəxsi yoxlama təyin edilməsi haqqında” qərardan və həmin qərar əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gəncə X7 gömrük postunda tərtib edilmiş “Şəxsi yoxlama aparılması haqqında” 13 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində gömrük nəzarətindən gizlədilmiş və gömrük orqanına bəyan edilməmiş malları təqdim etmək təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki qara rəngli dəri gödəkçənin sağ və sol içəri yan ciblərindən əvvəlcədən gömrük nəzarətinə bəyan etmədiyi 2 (iki) ədəd qara rəngli sellofan bükülünü çıxararaq təqdim etmiş, həmin bükülülərə baxış keçirilən zaman hər bükülüdən 200 (iki yüz) ədəd olmaqla əvvəlcədən gömrük nəzarətinə şifahi, yazılı və ya elektron qaydada bəyan edilməmiş 400 (dörd yüz) ədəd hər biri 5000-lik ******* (iki milyon) Rus rublu aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən sənədlərin texniki ekspertizası ilə bağlı alınmış 07 noyabr 2023-cü il tarixli, 5/1535 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 760 ədəd 5000 Rus rublu nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır və eyni nominallı həqiqi pul əskinasları ilə eynilik təşkil edir. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin xx.xx.2023-cü il tarixli arayışından və arayışa əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixdən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələri bülletenindən görünür ki, xx.xx.2023-cü il tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının xarici valyutalar üzrə məzənnəsində 1 Rusiya rublunun 0,02 AZN olması nəzərə alınmaqla, 3.800.000 Rusiya rublu 76.000 (yetmiş altı min) manat təşkil edir. xx.xx.2023-cü il tarixli arayışla əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli AN-İN ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanındakı daşınmaz əmlak Təqsirləndirilən şəxs tərəfindən X1. İş üzrə qeyri-aşkar xüsusatların aydınlaşdırılması, Təqsirləndirilən şəxs tərəfindən qeyd olunan pulların haradan, kimdən və hansı məqsədlə əldə edilməsi, cinayət yolu ilə əldə edilib-edilməməsi, qeyd olunan cinayət əməlinin törədilməsində başqa şəxslərin iştirakının olub-olmaması, o cümlədən Təqsirləndirilən şəxs da daxil olmaqla onların əvvəllər də ölkə ərazisindən qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq pul vəsaitlərinin (valyutanın) çıxarıb-çıxarmaması, “Gəncə X7”nda pulların gömrük nəzarətinə hansı səbəbdən bəyan olunmaması və iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən olunması üçün xx.xx.2023-cü il tarixdə verilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixdə verilmiş cavabda qeyd edilən hallarla bağlı əməliyyat tədbirlərinin keçirildiyi, Təqsirləndirilən şəxs Şəmkir şəhərində yerləşən evini satması və əldə etdiyi pul vəsaitini Rusiya Federasiyasında olan şəxsi biznesinə əlavə yatırım etmək məqsədilə ölkədən çıxartmaq istəməsi barədə məlumatlar əldə edildiyi, digər xüsusatlarla bağlı müsbət nəticənin əldə edildiyi təqdirdə əlavə məlumatın veriləcəyi göstərilmişdir. xx.xx.2023-cü il tarixli, 3-33/3-1-053069/2023 nömrəli raport və həmin tarixli protokoldan görünür ki, 3.800.000 Rus rublu vəsaiti saxlanca qəbul edilməsi üçün Dövlət Gömrük Komitəsi Maliyyə və Təchizat İdarəsinin Maliyyə və Mühasibat uçotu şöbəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Şəmkir rayon Polis şöbəsinin xx.xx.2023-ci il tarixli, 3/3110/2-34489/2023 nömrəli məktubundan görünür ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs barəsində şöbədə təqsirləndirici material olmamışdır. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda Təqsirləndirilən şəxs ünvan 3 ünvanda qeydiyyatda olduğu göstərilmişdir. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs əl çantasından və üzərindən aşkar edilərək götürülmüş ümumilikdə ******* Rusiya rublunun 10000 ABŞ dolları ekvivalenti, yəni 850000 Rusiya rublu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhəddindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarına” və həmin Qaydalara 1 nömrəli əlavənin 6-cı bəndinə əsasən hüquqpozma predmeti olmadığı üçün 3-33/3-1-054276/2023 nömrəli xx.xx.2023-cü il tarixli raport əsasında tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktla özünə qaytarılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsində nəzərdə tutulan qaçaqmalçılıq cinayət əməlini törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 13 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində Şəmkir rayonu Qədim Qala kəndində müvəqqəti yaşadığı evdə hər biri 5000 nominallı 760 ədəd əskinasdan ibarət ******* (üç milyon səkkiz yüz min) Rusiya rublunun 360 əskinasdan ibarət ******* rublunu şəxsi əşyalarının arasında qablaşdırıb özünə məxsus əl çantasında, 400 əskinasdan ibarət ******* rublunu isə əynindəki qara rəngli dəri gödəkçənin sağ və sol içəri yan ciblərində yerləşdirib UT 744 saylı Gəncə-Moskva aviareysi ilə Azərbaycan Respublikasından Rusiya Federasiyasına aparmaq üçün Gəncə X7na gətirmiş və həmin xarici valyutanın qanunvericiliyin tələbinə əsasən gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxarılmasına icazə verilən 10000 (on min) ABŞ dolları ekvivalentinədək olan hissəsi, yəni 850000 rublu istisna olmaqla, əvvəlcədən yazılı şəkildə bəyan etməli olduğu və nağd şəkildə ölkədən çıxarılmasına icazə verilməyən qalan hissəsini, yəni xeyli miqdarda, 59000 (əlli doqquz min) manat dəyərində ******* Rusiya rublunu həmin gün saat 10 radələrində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Gəncə şəhərinin inzibati ərazisində yerləşən Gəncə X7 gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin məhz 206.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən halların mövcud olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid olunmadan da cəza çəkməsi və islah olunması mümkündür. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarından müəyyən edilir ki, Dövlət Gömrük Komitəsi tərəfindən Təqsirləndirilən şəxs əl çantasından və üzərindən aşkar edilərək götürülmüş və Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə və Mühasibat uçotu şöbəsində saxlanılan Rusiya rublunun sahibi Təqsirləndirilən şəxsdur və həmin pul vəsaiti cinayət yolu ilə əldə edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi İsmayılov Rusiyaya qarşı işində qeyd etmişdir ki, hazırkı işdə sözügedən “əmlak” məhkəmə qərarının ərizəçinin mülkiyyətində maneəsiz istifadə hüququna müdaxilə etdiyini və buna görə 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqini tərəflər mübahisləndirmirlər. Tədbirin Konvensiyanın bu müddəasının birinci və ikinci bəndi ilə əhatə olunub-olunmamasının müəyyən edilməsi qalır. (bax, 29-cu bənd) Məhkəmə həmin yanaşmanı təkrar edir ki, müsadirə tədbiri mülkiyyətdən məhrum etməyə toxunsa belə, 1 saylı Protokolun 1-ci maddəsinin ikinci bəndinin mənasında mülkiyyətdən istifadəyə nəzarəti təşkil edir. Müvafiq olaraq, məhkəmə hesab edir ki, eyni yanaşmaya hazırkı işdə riayət edilməlidir. (bax, İsmayılov Rusiyaya qarşı, 30-cu bənd) Bundan başqa, müsadirə olunmuş nağd pulun qanuni mənbəyi mübahisə olunmayıb.... Bu əsasla məhkəmə hazırkı işin əmlakın cinayətdən əldə olunmuş əmlaka müsadirənin şamil edildiyi, qanunsuz əldə olunması güman olunduğu və ya qanunsuz fəaliyyətdə istifadəsi nəzərdə tutulan işlərdən fərqləndirir. (bax, İsmayılov Rusiyaya qarşı, 36-cı bənd) Məhkəmə daha sonra qeyd edir ki, ərizəçi əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıb və sözügedən hadisədən qabaq hər hansı cinayətdə şübhəli bilinməyib və təqsirləndirilməyib. Ərizəçinin üzərinə müsadirə tədbirinin qoyulması ilə hakimiyyət orqanları tərəfindən pulların yuyulması, narkotik trafiki, terrorizmin maliyyələşdirilməsi və ya vergidən yayınma kimi hər hansı başqa qanunsuz fəaliyyətin qarşısının alındığını təsdiq edən heç bir dəlil yoxdur... Belə nəticəyə gəlinir ki, ona aid ola bilən yeganə cinayət hərəkətini bununla bağlı gömrük orqanlarına edilməməsi təşkil edir. (bax, İsmayılov Rusiyaya qarşı, 37-ci bənd) Buna görə, iş üzrə 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu baş verib. (bax, İsmayılov Rusiyaya qarşı, 39-cu bənd) Həmin işdə məhkəmə həmçinin belə bir nəticəyə gəlmişdir ki, ərizəçi Dövlətə hər hansı bir maddi zərər vurmayıb. Məbləğ aşkarlanmamış keçdiyi halda hakimiyyət orqanları bu pulun Rusiyaya daxil olması informasiyasından məhrum olunardı. Ərizəçi qaçaqmalçılıq cinayətinə görə cəzalandırılıb. Belə olan halda, əlavə sanksiya kimi müsadirə tədbirinin tətbiqi Məhkəmənin qiymətləndirilməsinə qeyri-mütənasib olub, ona görə ki, ərizəçinin üzərinə “fərdi və həddən artıq yük” qoyub. (bax, 38-ci bənd) Məhkəmənin qənaətincə baxılan cinayət işində də Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində Dövlətə hər hansı bir maddi ziyan dəyməmişdir. Buna görə də onun mülkiyyətində olan sözügedən pul vəsaitinin müsadirə olunması məhkum üçün “həddən artıq yük” olmaqla əməlinə qeyri-mütənasibdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı Qərarının 26-cı bəndinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş digər əməllərin (məsələn, talama cinayətlərinin) törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul, qiymətli kağızlar və digər əmlak (dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) eyni zamanda qaçaqmalçılığın predmeti hesab edildikdə həmin əmlak CPM-nin 132.0.3 və 132.0.4-cü maddələrinə əsasən sahiblərinə, mülkiyyətçilərinə və hüquqi varislərinə qaytarılmalı, belə şəxslər müəyyən edilmədikdə isə dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əl çantasından və üzərindən aşkar edilərək götürülmüş və Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə və Mühasibat uçotu şöbəsində saxlanılan ümumilikdə ******* Rusiya rublunun 10000 ABŞ dolları ekvivalenti, yəni 850000 Rusiya rublu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydalarına” və həmin Qaydalara 1 nömrəli əlavənin 6-cı bəndinə əsasən hüquqpozma predmeti olmadığı üçün Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. İş üzrə maddi sübut olub Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə və Mühasibat uçotu şöbəsində saxlanılan - bəyan edilməmiş 59000 (əlli doqquz min) manat dəyərində cəmi ******* (iki milyon doqquz yüz əlli min) Rusiya rublu hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə aparılmış ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə sənədlərin texniki ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək cinayətin predmeti olan 59000 (əlli doqquz min) manat məzənnəsində pulun qırx faizi miqdarında, yəni 23600 (iyirmi üç min altı yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin Maliyyə və Mühasibat uçotu şöbəsində saxlanılan - bəyan edilməmiş 59000 (əlli doqquz min) manat dəyərində cəmi ******* (iki milyon doqquz yüz əlli min) Rusiya rublu hökm qanuni qüvvəyə mindikdən sonra mülkiyyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə sənədlərin texniki ekspertizasının keçirilməsinə xərclənmiş 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-104/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-104/2024
17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver