Məhkəmə qərarları › İş №1(125)-105/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-105/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-105/2023 16.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 10, mənzil 8-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.163 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib xx.xx.2022-ci il tarixdə, saat 16 radələrində üzərində saxlayaraq daşıyarkən Gəncə şəhər BPİ-nin X1 və 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Gəncə şəhəri, Ə.Nəzərov küçəsində yerləşən 1 saylı peşə məktəbinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarının ön sağ cibindən siqaret kağızına bükülü vəziyyətdə olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.163 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.159 qram təmiz çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində üzərində saxlayaraq daşıyarkən Gəncə şəhər BPİ-nin X1 əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yaşadığı Gəncə şəhəri, D.Qorqud küçəsində yerləşən 10 saylı yaşayış binasının qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının ön sağ cibindən qara rəngli kağız bükümdə olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.159 qram təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən damara vurma yolu ilə istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 16:00 radələrində Gəncə şəhəri, Ə.Nəzərov küçəsində yerləşən 1 saylı peşə məktəbinin yaxınlığında olan zaman iki nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq,saxlanılmasının səbəbini ona izah etmişlər və özləri ilə birlikdə onu Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci PŞ-nin binasına gətirmişlər. Orada inzibati otaqların birində onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuş, bundan sonra Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci PB-də müdafiəçinin iştirakı ilə video çəkiliş ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ondan üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olub-olmadığı soruşulmuş, o, şalvarının sağ yan cibindən siqaret kağızında “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Onun üzərində şəxsi axtarış aparılmış və bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Həmin kütlə müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, ümumi çəkisi 0.28 qram qram olmuşdur. Sorğu zamanı o, həmin kütləni xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı evin yaxınlığından yerdən tapdığını, həmin psixotrop maddədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişlər. Bundan başqa, xx.xx.2022-ci il tarixdə o, səhər saatlarında yaşadığı evin yaxınlığında yerdən “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin tapıb istifadə etmək məqsədi ilə götürmüş və cibinə qoymuşdur. Saat 13 radələrində yaşadığı binanın qarşısında olarkən mülki geyimli polis əməkdaşları onu saxlayıb üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş və onu Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Orada hüquq və vəzifələri izah edildikdən sonra dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş altında şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı ona üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif olunmuşdur. O da həmin vaxt əynində olan şalvarının ön sağ cibində qara rəngli kağız bükümün içərisində saxladığı “kakos” kimi tanınan narkotik vasitə heroini təqdim etmişdir. Həmin bükümü açıb içərisinə baxanda içərisindəki kütlənin toz halında, qəhvəyi rəngli və heroinə bənzər kütlə olması polis əməkdaşlarına da məlum olmuşdur. Sorğu-sual zamanı o, həmin narkotik vasitəni yerdən tapdığını öz istifadəsi üçün üzərində saxladığını, satmadığını və belə bir niyyətinin olmadığını bildirmişdir. Həmin kütlə zərfin içərisinə qoyulub zərfin ağzı möhürlənmiş və üzərində qeydlər aparıldıqdan sonra imzalanaraq təsdiq edilmişdir. O da zərfin üzərində, eləcə də bundan sonra tərtib olunan protokola vəkili ilə birlikdə imza etmişdir. Sonda o, etdiyi əməlindən peşman olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 10, mənzil 8-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda, daşımaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, keçirildikləri əməliyyataxtarış tədbirləri ilə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində yerləşən 1 saylı peşə məktəbinin yaxınlığında piyada şəkildə saxlanılmışdır. Onlar özlərini Təqsirləndirilən şəxs təqdim edib şübhənin mahiyyətini izah etdikdən sonra Təqsirləndirilən şəxs özləri ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına aparmışlar. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilməklə müdafiəçi ilə təmin edilmiş və videoqeydiyyat aparılaraq müdafiəçisinin də iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir.Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilərək müsbət halda təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan şalvarının ön sağ cibindən 01 ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisindəki kütlənin kristallik ağ rəngli və psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni yerdən tapdığını, əvvəllər istifadə edən şəxslərdə gördüyünə görə tanıyıb özü ilə götürüb saxladığını, satmaq məqsədinin olmadığını, tullamağı düşündüyünü, polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində olduğunu bildirmişdir. Bundan sonra həmin kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 0.28 qram təşkil etmiş, sonra isə həmin büküm 01 ədəd zərfin içərisində qablaşdırılaraq möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Sonda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. Axtarış yekunlaşdıqdan sonra müdafiəçi tərəfindən verilən suallara cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni yerdən tapdığını, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid kimi dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri, D.Qorqud küçəsi, bina 10, mənzil 8-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda, daşımaqda şübhəli olması barədə aldığı əməliyyat məlumatına əsasən, Gəncə şəhər BPİ-nin NMB-nin rəisi Rəşad Musayev tərəfindən Baş İdarə rəisinə məruzə olunduqdan sonra həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və NMB-nin kiçik əməliyyat müvəkkili Şahid2 ilə birgə keçirildikləri əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs həmin tarixdə, saat 13 radələrində yaşadığı binanın qarşısında piyada şəkildə saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs özlərini təqdim edib şübhənin mahiyyətini izah etdikdən sonra Təqsirləndirilən şəxs özləri ilə birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirmişlər. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilməklə müdafiəçi ilə təmin edilmiş və videoqeydiyyat aparılaraq müdafiəçisinin də iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilərək müsbət halda təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs “var” deyərək əynində olan şalvarının ön sağ cibindən 01 ədəd qara rəngli bükümü çıxarıb təqdim etmiş və verilən suala cavab olaraq həmin bükümün içərisində “kakos” kimi tanınan narkotik vasitə olmasın, həmin kütləni elə həmin gün günorta saatlarında peşə məktəbinin yaxınlığında yerdən tapdığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin büküm açılmış və içərisindəki kütlənin toz halında, tünd qəhvəyi rəngli və narkotik vasitə olan heroinə bənzər kütlə olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni yerdən tapdıqdan sonra açıb baxdığını, lakin istifadə etmədiyini, satmaq məqsədinin olmadığını bildirmişdir. Bununla Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadə etdiyini də qeyd etmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş,lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı predmet aşkar edilməmişdir. Bundan sonra həmin kütlə kağız bükümlə birlikdə elektron tərəzidə çəkildikdə çəkisi 0.17 qram təşkil etmişdir. Sonra isə həmin büküm 1 ədəd zərfin içərisində qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Axtarış yekunlaşdıqdan sonra müdafiəçi tərəfindən verilən suallara cavab olaraq şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni yerdən tapdığını, polis əməkdaşları tərəfindən saxlanılarkən də üzərində olduğunu bildirmişdir. İbtidai istintaq zamanı şahid kimi dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Gəncə şəhər BPİ-nin NMB-nin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid2 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə X6 azad edilmişdir. - xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Gəncə şəhəri BPİnin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı polis kapitanı X4, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1, Gəncə şəhər 2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ynində boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret falqa kağızına bükülmüş büküm aşkar edilmiş, həmin bükümün içəisində ağ rəngli, kəskin iyli və ilk baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində aşkar olunan kütlənin psixotrop maddə metamfetamin olduğunu və xx.xx.2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında yolun kənarında avtobus dayanacından tapdığını bildirmişdir. Aşkar olunmuş, həmin kütlə elektron tərəzidə çəkilmiş və 0,28 qram gəlmiş və həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Az.Resp-sı DİN-nin 120 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1030 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət Təqsirləndirilən şəxs götürülmüş bir ədəd maddi sübut..” yazılar və imzalar olan kağız paketdəki 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.163 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. (Metamfetaminin təmiz çəkisi 0,163 qr təfqiqata sərf edilmiş 0,02 qr. Qalıq 0,143 qram). - Məhkəmə-narkoloji ekspertizasının 10 dekabr 2022-ci il tarixli, 1880 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. - xx.xx.2022-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Gəncə şəhəri BPİnin İTİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X2, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid4, həmin bölmənin kiçik inspektoru Şahid2, Gəncə şəhəri BPİ-nin KTB-nin inspektor kriminalisti, polis mayoru X5 Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl üzərində qanunla qadağan olunmuş narkotik vasitə olub-olmaması, əgər vardırsa təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın yan cibindən 1 ədəd qara rəngli olan kağıza bükülmüş heroinə bənzər kütləni çıxardaraq təqdim etmiş, həmin bükülünün heroin olduğunu, Gəncə şəhəri, 10 nömrəli yaşayış binasının yaxınlığından yerdən tapdığını, özü istifadə etmək üçün üzrərində saxladığını bildirmişdir. Aşkar olunmuş, həmin 1 ədəd qara rəngli kağıza bükülmüş ilk görünüşdən narkotik maddə heroinə öxşar kütlə elektron tərəzidə çəkilmiş və 0,17 qram gəlmiş və həmin kütlə iştirakçıların yanında əvvəlki vəziyyətinə qaytarılıb zərfə qoyularaq Az.Resp-sı DİN-nin 91 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1048 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0.17 qram kütlə” sözlər və imzalar olan kağız paketdəki 1 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0.159 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. (Heroinin təmiz çəkisi 0,159 qr, təhqiqata cəmi sərf edilmiş 0,02 qr, qalıq 0,139 qr.). - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-105/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 4593 nömrəli arayışından görünür ki Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 4259 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram, İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yenicinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 05 ay 15 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün, cəmi dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.143 qram çəkidə olan psixotropmaddə metamfetamin, 0.139 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 02 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 64.80 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 05 ay 15 gün müddət, azadlığınməhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 11 ay 04 gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.143 qram çəkidə olan psixotrop maddə metamfetamin, 0.139 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, iş üzrə sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi1 üçün işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar