Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-105/2024 08.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X6 təqsirləndirilənşəxsTəqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işsiz, Gəncə şəhəri Məhsəti qəsəbəsi 29-cu küçədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs kifayət qədər toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının sürücülük vəsiqəsi olmayan şəxs tərəfindən pozulması, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin az ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 16:15 radələrində ayıq vəziyyətdə, sürücülük hüququ olmadan, atası X4 məxsus “VAZ 21011” minik markalı **-EE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri D.Qorqud küçəsi ilə M.Bağırov küçəsi istiqamətində hərəkətdə olan zaman “ Yol hərəkəti haqqında “ Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü bəndinə əsasən sürücülük vəsiqəsi əsasında avtomobili idarə etməli olduğu halda həmin tələblərə əməl etməyərək, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni avtomobili təhlükə yarandığını gördükdə sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib, Gəncə şəhəri Dədə Qorqud küçəsi ilə İsaq Cəfərov küçəsinin kəsişməsində velosipedlə hərəkət edən Zərərçəkmiş şəxs görüb idarə etdiyi avtomobili saxlamalı olduğu halda hərəkəti davam etdirib avtomobilin qabaq sol tərəfi ilə Zərərçəkmiş şəxs vurub ona sol bud sümüyünün qapalı yerdəyişmiş sınığı, sol təpəgicgah nahiyəsinin yarası ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına AZ AĞİR zərər vurmaya aid xəsarətlər yetirilməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, epilepsiya xəstəsi olduğu üçün on ildən artıqdır ki, hər axşam mütamadi olaraq dərman qəbul edir. Dərmanı bitdiyi üçün evdən çıxıb aptekə doğru atasına məxsus avtomobil ilə hərəkət etmişdir. Gəncə şəhəri D.Qorqud küçəsi ilə İsaq Cəfərov küçəsinin kəsişməsindəhərəkətdə olan zaman avtomobilin sürəti 60 km olmuşdur. Həmin vaxt onun qarşısında iki uşaq velesipedlə çıxmış, uşaqlar sola doğru hərəkətdə olduqları zaman birdən uşaqlardan biri velosipedi düz idarə edib, velosipedin sürətini dayandırmadan düz onun idarə etdiyi avtomobilə doğru gəlmiş, o, əyləci sıxıb, lakin avtomobili tam dayandıra bilməmiş, avtomobili sağa çəkmişdir ki, uşağa dəyməsin həmin uşaq da ona doğru hərəkət etdiyi üçün birbirləri ilə toqquşmuşlar.Hadisədən sonra o, avtomobili dayandırmış, xəsarət alan uşağı 3 saylı xəstəxanaya aparmış, orada uşağa ilkin tibbi yardım göstərildikdən sonra uşağı X1 aparmışlar. Xəsarət alan uşağın bütün müalicə xərclərini qarşılamış və zərərçəkmişin qanuni nümayəndəsi ilə barışıq əldə etmişdir. Sonda o, əməlindən peşman olduğunu, ailəli olduğunu, himayəsində bir azyaşlı uşağının olmasını zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb barəsndə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o,velosipedlə Gəncə şəhəri ərazisində gəzinti etdikdən sonra həmin velosipedlə evlərinə qayıdarkən, yolu keçmək istədikdə sürətlə gələn avtomobil onu vurmuşdur. Avtomobil onu vurandan sonra, onun sürücüsü həmin avtomobil ilə onu xəstəxanaya aparmışdır. Hadisə barədə onun başqa heçnə yadında qalmayıb. Məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X7 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxs onun oğludur. Hadisə olan zaman o, işdə olmuş, arvadı ona zəng edərək, uşağı avtomobil vurduğunu və 3 saylı xəstəxanada olduğunu demişdir. O, dərhal həmin xəstəxanaya getmiş, xəstəxanada öyrənmişdir ki, uşağı ora təqsirləndirilən şəxs gətirmiş, təqsirləndirilən şəxsin atası da orada olmuşdur. Daha sonra onlar uşağı X1 aparmışlar. Hazırda oğlu Tofiqin vəziyyəti yaxşıdır. Sonda o, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadını bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmiş və təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki,efir vasitəsi ilə onlara məlumat vermişlər ki, Gəncə şəhəri D.Qorqud küçəsi ilə İsaq Cəfərov küçəsinin kəsişməsində piyadanın vurulması ilə bağlı yol nəqliyyat hadisəsi baş vermişdir. Onlar dərhal hadisə olan yerə getmişlər. Orada onlara məlum olmuşdur ki, piyadanı vuran şəxs vurduğu piyadanı götürüb, 3 saylı şəhər xəstəxanası aparmışdır. Onlar 3 saylı şəhər xəstəxanasına getdikdə orada demişlər ki, onlar xəsarət alanı X1 aparmışlar. Belə olan halda onlar X1 getmişlər və orada sürücünün Beynəlxalq Xəstəxanada olduğunu görmüşlər. Vurduğu adamın isə həkim müayinəsində olduğunu öyrənmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, efir vasitəsi ilə onlara məlumat vermişlər ki, Gəncə şəhəri D.Qorqud küçəsi ilə İsaq Cəfərov küçəsinin kəsişməsində piyadanın vurulması ilə bağlı yol nəqliyyat hadisəsi baş vermişdir. Onlar dərhal hadisə olan yerə getmişlər. Orada onlara məlum olmuşdur ki, piyadanı vuran şəxs vurduğu piyadanı götürüb, 3 saylı şəhər xəstəxanası aparmışdır. Onlar 3 saylı şəhər xəstəxanasına getdikdə orada demişlər ki, onlar xəsarət alanı X1 aparmışlar. Belə olan halda onlar X1 getmişlər və orada sürücünün Beynəlxalq Xəstəxanada olduğunu görmüşlər. Vurduğu adamın isə həkim müayinəsində olduğunu öyrənmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri D.Qorqud küçəsi ilə İ.Cəfərov küçəsinin kəsişməsində baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli, 12074/2023 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-3/2-4828/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-yol-nəqliyyat haisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/2059 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, VAZ-21011 markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa real imkanı Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli 869 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, azyaşlı Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol bud sümüyünün qapalı yerdəyişmiş sınığı, sol təpə- gicgah nahiyəsinin yarası - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Narkoloji dispanserin xx.xx.2023-cü il tarixli 7254 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmişGəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildə anadan olub. Halhazırda ünvan 1 ünvanında qeydiyyatdadır.Qeydiyyatda olduğu müddətdə onun barəsində qonşular və sakinlər tərəfindən Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 21 noyabr 2022-ci il tarixli 729 nömr rəyində göstərilmişdir ki,Təqsirləndirilən şəxs əqli inkişafında hər hansı bir gerilik əlamətləri müşühidə olunmur. O, qeyd olunan cinayət əməlini törədən zaman EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBTt- 10 F60.3 xəstəliyindən əziyyət çəkmişdir, hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir. Təqsirləndirilən şəxs EMOSİONAL DAVAMSİZ ŞƏXSİYYƏT POZUNTUSU XBT-10 F60.3 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli və kompensasiya (yaxınlaşma) mərhələsində olması səbəbindən o, hadisə zamanı hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayyət hadisəsini tərədən zaman ANLAQLİ olmuşdur. O, hazırkı ekspertiza zamanı da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Qeyd edilən maddəyə əsasən Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməli və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “VAZ-21011” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı dövlət qeydiyyat nişanlı avtomobilinsahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəməyol nəqliyyat ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 144 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (aytı) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən sonra hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “VAZ-21011” markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 144 (yüz qırx dörd) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-105/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-105/2024
08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver