Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-106/2024 22.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Qəhrəman oğlunun sədrliyi, Məmmədova Urfanə Rüfət qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 2023-cü ilin avqust ayının sonundan 26 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə rəfiqəsi Zərərçəkmiş şəxs faktiki yaşadığı ünvan 3 ünvanına Zərərçəkmiş şəxs ilə birlikdə daxil olaraq oradan sonuncuya məxsus 1 ədəd 1250 manat dəyərində qızıl qolbağını, 1 ədəd 340 manat dəyərində briliyant qaşlı qızıl üzüyü, 1 cüt 910 manat dəyərində qızıl sırğanı, 1 ədəd 200 manat dəyərində qızıl üzüyü, 1 ədəd 300 manat dəyərində qızıl qolbağını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, istintaq hərəkəti protokolları və işdə olan tədqiq olunan digər sənədlərlə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər işlədiyi gözəllik salonundan tanıyır və onunla əvvəllər yaxın rəfiqə münasibətləri olmuşdur. Hətta Zərərçəkmiş şəxs əməliyyat olduğu üçün bir müddət onun evində yaşayıb Minarəyə qulluq etmişdir. Təxminən 2023-cü ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs lazer aparatı almaq üçün özünə məxsus qızıllarını gətirib yaşadığı mənzildəki divanın üzərinə qoymuş və ona demişdir ki, “Burda olan qızıllarımın qramlarını hesablayaq görək bu qızılları satmaqla lazer aparatı ala bilərəmmi?”. Bundan sonra o, Minarə ilə birlikdə həmin qızılların qramını hesablamış və qızılları hesabladıqdan sonra Minarə özünə məxsus qızılları götürüb aparan zaman həmin qızıllardan bir neçəsi gözündən yayınaraq divanın üzərində qalmışdır. Belə ki, həmin vaxt qızıllardan 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl üzük və 1 cüt sırğa divanın kənarına düşüb qalmışdır. Minarə həmin qızılların divanın kənarına düşməsini bilməmiş və qızıllarını götürüb o biri otağa aparıb qoyan zaman o, pula ehtiyacı olduğundan həmin divanın üzərinə düşüb qalmış qızılları xəlvət götürüb cibinə qoymuşdur. Həmin qızılları 1 ay özündə saxlamış, sonra sentyabr ayında lombarda qoymuş və oradan 1585 manat pul götürmüşdür. O qızılları götürən vaxt evdə sadəcə o və Zərərçəkmiş şəxs olmuşdur. Zərərçəkmiş şəxs polisə müraciət etdikdən sonra o, polis əməkdaşı ilə birlikdə lombarda getmiş və Zərərçəkmiş şəxs da maddi dəstəyi ilə qızılları lombarddan götürüb onun özünə qaytarmışdır. Zərərçəkmiş şəxs lombarda nağd pul verdiyi üçün o da 1000 manat dəyərində olan qızıl üzüyü ona vermişdir. O da qəbul edərək, həmin üzüyü dəymiş zərər kimi qəbul etmişdir. O, Minarənin evindən 5 ədəd deyil 3 ədəd yəni, 1 ədəd qızıl qolbağı, 1 ədəd qızıl üzük və 1 cüt sırğa qızıl oğurlamış, digər 2 ədəd qızılı isə o, götürməmişdir. Hazırda Zərərçəkmiş şəxs heç bir borcu yoxdur. Sonda törətdiyi əmələ görə çox peşman olduğunu, himayəsində bir azyaşlı uşağı olduğunu bildirmiş, bunları nəzərə almağı xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər ona məxsus “Minarə” gözəllik salonunda işçi kimi işləmiş və oradan onun İfət ilə münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs maddi durumu yaxşı olmadığı üçün o, bir müddət İfəti oğlu ilə birlikdə gətirib öz evində saxlamışdır. 2023-cü ilin sentyabr ayında salonda olarkən İfət salona gəlmişdir. Daha sonra onunla birlikdə evə getmişlər. O, İfətə demişdir ki, onun qızıllarının qramını hesablasınlar ki, 15000 manat bankdan pul götürmək olarmı? Məqsədi isə həmin vaxt anası və özünə məxsus qızılları banka girov qoyub oradan pul götürüb lazer aparatı almaq olmuşdur. Daha sonra o, həmin qızılları divanın üzərindən yığarkən, bir qutu qızıl, yəni ona məxsus 1 ədəd qızıl qolbağı, bir ədəd briliyant qaşlı üzük, qızıl sırğalar, anasına məxsus bir ədəd qızıl üzük və bir ədəd qızıl qolbağı olmaqla ümumilikdə 3000 manat dəyərində qızıl-zinyət əşyaları yadından çıxaraq divanın üzərində qalmışdır. xx.xx.2023-cü il tarixində evdə qızıllarına təkrar gətirib baxan zaman ona məlum olmuşdur ki, ifadəsində qeyd etdiyi qızılları yoxdur. Dərhal həmin qızılları rəfiqəsi İfətin götürməsindən şübhələnmişdir. Həmin o, İfətdən bu barədə soruşsada İfət oğurluq etməsini etiraf etməmişdir. Bundan sonra o, polisə ərizə ilə müraciət etmiş və polisin apardığı araşdırma zamanı məlum olmuşdur ki, sentyabr ayında İfətlə o,qızıllarını gətirib birlikdə dəyərini hesablayan zaman İfət onun digər otağa keçməsindən istifadə edib xəbəri olmadan ona məxsus beş adda qızılını oğurlayıb olardan 3 adda qızılını aparıb lambarda qoyaraq oradan pul götürmüşdür. Bundan sonra o, qızıllarının olduğu lombarddan qızıllarını çıxartmaq üçün polis əməkdaşı və İfətlə birlikdə getmişdir. Bu zaman Təqsirləndirilən şəxs 600-700 manat pul gətirmiş, yerdə qalan pulu isə o qoymuş və İfətin lambarda girov kimi qoyduğu 3 adda qızılını lambardan götürmüşdür. Qalan iki adda qızılını isə oğurlayıb nə etdiyini İfət etiraf etməmişdir. Lakin həmin qızıllarınıda İfət onun evindən oğurlamışdır. Hazırda Təqsirləndirilən şəxs ilə aralarında barışıq əldə edilməmişdir. Ona dəymiş ziyan qismən ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsə qanunda nəzərdə tutlan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Şahid2 bildirdi ki, rus millətindən olsa da Azərbaycan Respublikasında anadan olmuş və Azərbaycan dilində sərbəst danışa, yaza və oxuya bilir. O, rəsmi olaraq "xxxx" MMC-də işləyir. 2023-cü ilin sentyabr ayında həmin lombarda adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq 1 ədəd 585 əyarlı 12,9 qram qızıl qolbaq, 1 cüt 585 əyarlı 9,15 qram qızıl sırğa və 1 ədəd 3,1 qram qızıl üzüyü, yəni ümumilikdə 25,15 qram qızıl girov qoyaraq komissiya ilə birlikdə 1585 manat pul kredit götürmüşdür. Sonra 24 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşı ilə birlikdə lombarda yaxınlaşaraq faizi ilə birlikdə 1629 manat manat ödəniş edərək 1 ədəd 585 əyarlı 12,9 qram qızıl qolbaq, 1 cüt 585 əyarlı 9,15 qram qızıl sırğa və 1 ədəd 3,1 qram qızıl üzüyü onun işlədiyi lombarddan təhvil almışdır. Lakin o, İfətin girov kimi lambarda qoyduğu qızılların oğurluq olduğunu bilməmiş və bu barədə Təqsirləndirilən şəxs ona heç bir söz deməmişdir. Məhkəmədə digər Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. Şahid ifadəsində qeyd etmişdir ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Belə ki, ünvan 4 ünvanında yerləşən ”Express Credo” MMC adlı lombardı işlədir. 26 sentyabr 2023-cü il tarixdə həmin lombarda adı ona sonradan məlum olan Təqsirləndirilən şəxs yaxınlaşaraq 1 ədəd 585 əyarlı 12,9 qram qızıl qolbaq, 1 cüt 585 əyarlı 9,15 qram qızıl sırğa və 1 ədəd 3,1 qram qızıl üzüyü qoyaraq 1585 manat pul kredit götürmüşdür. Həmin əməliyyatlarla bağlı onda lombardda sənədlər mövcuddur. Daha sonra 24 oktyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ”Express Credo” MMC adlı lombarda yaxınlaşaraq 1500 manat ödəniş edərək 1 ədəd 585 əyarlı 12,9 qram qızıl qolbaq, 1 cüt 585 əyarlı 9,15 qram qızıl sırğa və 1 ədəd 3,1 qram qızıl üzüyü onun işlətdiyi lombarddan təhvil almışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 5 ünvanında yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus evdə baş vermişdir. Bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Baxış və götürülmə” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən "xxxx" MMC adlı lombarddan Təqsirləndirilən şəxs girov qoyduğu 1 ədəd 585 əyarlı 12,9 qram olan qızıl qolbaq, 1 cüt 585 əyarlı 9,15 qram olan qızıl sırğa, 1 ədəd 585 əyarlı 3,1 qram qızıl üzük və Express Credo” MMC adlı lombardın təqdim etdiyi sənədlər hal şahidlərin iştirakı ilə götürülmüşdür. “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 5 adda qızıl-zinət əşyasını oğurladığını Təqsirləndirilən şəxs üzünə demiş, təqsirləndirilən şəxs isə 3 adda qızıl zinət əşyasını (1 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa) götürdüyünü, lakin 2 adda (1 ədəd üzü və 1 ədəd qolbağı) görmədiyini zərərçəkmiş şəxsin üzünə demişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8300 nömrəli rəyindən görünür ki, 1 ədəd 585 əyarlı 12,9 qram qızıl qolbağın bir qramının qiyməti 85 manat olmaqla ümumi dəyərinin 1097 manat təşkil etdiyi, 1 cüt 585 əyarlı 9,15 qram qızıl sırğanın bir qramının qiyməti 85 manat olmaqla ümumi dəyərinin 778 manat təşkil etdiyi, 1 ədəd 585 əyarlı 3,1 qram qızıl üzüyün bir qramının qiyməti 85 manat olmaqla ümumi dəyərinin 264 manat təşkil etdiyi, 1 ədəd 585 əyarlı 3 qram qızıl üzüyün bir qramının qiyməti 85 manat olmaqla ümumi dəyərinin 255 manat təşkil etdiyi və 1 ədəd 585 əyarlı 4 qram qızıl qolbağın bir qramının qiyməti 85 manat olmaqla ümumi dəyərinin 340 manat təşkil etməsi, 5 adda qızıl-zinət əşyalarının 2023-cü ilin oktyabr ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2734 manat müəyyən edilmişdir. “Zərərçəkmiş şəxsin əlavə dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ekspertiza rəyində qızıl-zinət əşyalarının ümumi dəyərinin 2734 manat hesablanması barədə fikri soruşulmuş, Zərərçəkmiş şəxs ekspertiza rəyi ilə razı olmadığını, 1 ədəd 12.5 qram qızıl qolbağı təqribən 1 il bundan qabaq 1250 manata, 1 ədəd 3,1 qram qızıl üzüyü təqribən 1 il bundan qabaq 340 manata, 1 cüt 9,15 qram qızıl sırğanı 1 il bundan qabaq 910 manata, 1 ədəd 3 qram qızıl üzüyü 2023-cü ilin aprel ayında 200 manata və 1 ədəd 4 qram qızıl qolbağ 300 manata 2023-cü ilin aprel ayında almışdır, ona ümumilikdə 3000 manat maddi ziyan dəymişdir. xx.xx.2023-cü il tarixli, 4104 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. xx.xx.2023-cü il tarixli, 7558 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, oğurlu hadisəsi nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyan 3000 manat kimi qiymətləndirilmiş, 01 ədəd, 585 əyarlı, 12,9 qram qızl qolbaq, 01 cüt 585 əyarlı, 9,15 qram qızıl sırğa və 01 ədəd 3,1 qram qızıl üzüyün sahibi – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CMnin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X3 adlı uşağı vardır. Məhkəmə ilk öncə onu qeyd edir ki, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs məxsus evdən 5 adda deyil 3 adda qızıl-zinət əşyalarını oğurladığını göstərsə də, məhkəmə onun bu ifadəsini özünü müdafiə xarekterli və cinayət məsuliyyətindən yayınmaq üçün verilmiş ifadə kimi qəbul edir və həmin hissədə Təqsirləndirilən şəxs ifadəsini sübut növü kimi qəbul etmir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs məxsus qızılzinət əşyalarını gizli olaraq oğurlası tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf edib, səmimi peşmançılıq hissi keçirdiyini və himayəsində azyaşlı uşağının olduğunu onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında 4 növ - ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə növündə cəzalar nəzərdə tutulmuş. Məhkəmə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət nəticəsində vurulmuş ziyanın tam ödənilmədiyini, zərərçəkmiş şəxsin dəymiş ziyanı tələb etdiyini və təqsirləndirilən şəxslə barışmadığını nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə ictimai işlər və islah işləri növündə cəza təyin edilməsi ədalətli deyil. Bundan başqa məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları mövcuddur, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyi, əksinə yüngülləşdirən halların olduğu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan – 01 ədəd, 585 əyarlı, 12,9 qram qızl qolbaq, 01 cüt 585 əyarlı, 9,15 qram qızıl sırğa və 01 ədəd 3,1 qram qızıl üzüyün sahibi – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Həmçinin məhkəmə qeyd edir ki, Zərərçəkmiş şəxs izah edilməlidir ki, ona dəymiş zərərin, yəni ona məxsus 2 adda qızıl-zinət əşyaları – 1 ədəd 200 manat dəyərində qızıl üzük və 1 ədəd 300 manat dəyərində qızıl qolbağın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 18 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübutlar – 01 ədəd, 585 əyarlı, 12,9 qram qızl qolbaq, 01 cüt 585 əyarlı, 9,15 qram qızıl sırğa və 01 ədəd 3,1 qram qızıl üzüyün sahibi – Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs ona dəymiş zərərin, yəni 2 adda qızıl-zinət əşyaları 1 ədəd 200 manat dəyərində qızıl üzük və 1 ədəd 300 manat dəyərində qızıl qolbağın əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-106/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-106/2024
22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver