Məhkəmə qərarları › İş №1(125)-107/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-107/2024

19.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-107/2024 19.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qismində qətimkan tədbiri seçilmiş, hazırda Gəncə şəhər 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə gecə saat 04:00 radələrində özgənin əmlakını tamah məqsədilə hüquqa zidd olaraq ələ keçirmək məqsədi ilə yaşadıqları ünvan 2 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs MMC-də satıcı işləyən qardaşı Şahid1 və digər ailə üzvlərinin yatmasından istifadə edərək gizli olaraq qardaşı Şahid1 yataq otağına daxil olun onun Zərərçəkmiş şəxs MMC-yə məxsus olan, satdığı telefon aksesuarlarından və telefon ehtiyyat hissələrinin satışından əldə edərək əl çantasında saxladığı 21646 manat pulu gizli ələ keçirib talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və digər istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmişittiham üzrə özünü təqsirli bilərək xx.xx.2022-ci il tarixinədək Gəncə şəhəri Nizami küçəsi 10-cu döngə ev 14-də qardaşları Şahid3, Təqsirləndirilən şəxs, Semurun yoldaşı Şahid2 və onun 2 azyaşlı övladı ilə birlikdə yaşadığını bildirmişdir. O, əvvəllər Gəncə şəhər Mərkəzi Univermaqda zərgər işlədiyini, 2021-ci ilin dekabr ayında artıq gündəlik olaraq narkotik vasitə istifadə etdiyi üçün xeyli borcları yarandığını və pul tapmaqda çətinlik çəkdiyi üçün xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilə keçən yaşadıqları evdə olarkən gecə saat 04:00-05:00 radələrində qardaşı Semurun otağına sakitcə daxil olaraq dolabın içərisindəki Semurun pulu saxladığı çantanı götürüb otağdan çıxmışdır. O, çantanın içərisinə baxdıqda çantada 20000-dən artıq pul olduğunu görmüş və həmin pulları götürüb Bakı şəhərinə getmişdir. Daha sonra o, telefonunu söndürmüş və qardaşları ilə əlaqə saxlamamış, həmin pulun bir hissəsi ilə borclarını bağlamış, qalan hissəsini isə şəxsi ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda o, törətdiyi əməldən peşman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində Nümayəndə2 çıxışında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə vurduğu ziyanın 8500 azn təşkil etdiyini, həmin məbləğdən 5800 azn ödənildiyini, qalan hissəni isə tələb etdiklərini bildirmişdir. Sonda bunula bağlı şikayətçi olduqlarını bildirərək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami prospekti 10-cu döngə, ev 14-də həyat yoldaşı Şahid2, iki azyaşlı övladı, qardaşları Şahid3 və Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır. xx.xx.2018-ci il tarixdən 'Defendo" MMC-də baş satıcı olaraq işləməyə başlamışdır. Həmin şirkət telefon aksesuarları və telefon ehtiyat hissələrinin satışını həyata keçirir. O, isə həmin şirkətdə rayonlar üzrə telefon ehtiyat hissələrinin satışı ilə məşğul olur. xx.xx.2021-ci il tarixdən isə homin "xxxx" MMC-nin tərkibində "xxxx" MMC-də müqavilə əsasında ralışaraq telefon ehtiyat hissələrinin sayyar satışı ilə məşğul olur. O, Masallı, Lankəran, Astara, Cəlilabad, Gədəbəy, Tovuz rayonları üzrə səyyar satışı həyata keçirir. O, həftə ərzində ekipaj yoldaşı X1 ilə qeyd olunan rayonlara gedərək telefon hissələrini nağd va və ya nisyə şəkildə satıb ayın sonunda bütün borcları yığıb hesabat üzrə şirkətə təhvil verir. 2021-ci ilin dekabr ayında yuxarda qeyd olunan rayonlara telefon ehtiyat hissələrinin satışını həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə iş yoldaşı X1 ilə birlikdə şirkətə məxsus Ford transit markalı **-JU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhərindən çıxaraq üç gün ərzində Göytəpə, Masallı və Lənkəran rayonlarında olaraq satdığı malların 21646 manat pulunu yığmış. xx.xx.2021-ci il tarixdə isə gecə saat 03 radələrində o, Gəncə şəhərində yaşadığı evə qayıtmış, həmin vaxt şirkətə məxsus 21646 manat pulu saxladığı çantasını həmişəki adəti üzrə yataq otağında olan paltar dolabına qoymuş, həmin pulları xx.xx.2022-ci il tarixdə hesabat üzrə qəbzlərlə birlikdə şirkətə təhvil verəcəkmiş. O, həmin vaxt evə gəldikdə evdə olan ailə üzvləri, yəni qardaşları Elvin və Eşqin, həmçinin yoldaşı Yeganə və övladları yatmış vəziyyətdə olmuş, o, da yorğun olduğu üçün içərisində pul olan çantanı dolaba qoyduqdan sonra yatmış, xx.xx.2022-ci il tarixdə səhər saat 10 radələrində yoldaşı Yeganə onu yuxudan oyadaraq içərisində şirkətə məxsus pulları saxladığı çantanın qonaq otağında olan divanın üzərində olduğunu demiş və ona nə üçün çantanı həmin yerə qoyduğunu ona bildirmişdir. O, isə dərhal yerindən qalxaraq çantanın yataq otağında olan dolabdan götürülərək qonaq otağında olan divanın üzərində olduğunu və içərisində olan 21646 manat pulun yerində olmadığını aşkar etmişdir. Həmin vaxt qardaşı Eşqin evdə yatağında yatmış, lakin Elvin isə evdə olmamışdır. O, bundan sonra dərhal Elvinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, lakin Elvinin mobil nömrəsinə zəng çatmamışdır. Həmin vaxtdan etibarən qardaşı Elvin yaşadıqları evdən çıxaraq getmiş, o, isə Elvinin harada olmasını bilməmiş və qaçdığı üçün sonuncu ilə əlaqə yarada bilməmişdir. Bundan sonra o, saat 11 radələrində "xxxx" MMC-nin Sadıllı qəsəbəsində yerləşən ünvanına gedərək həmin hadisə barədə yəni şirkətə məxsus 21646 manat pulun qardaşı Təqsirləndirilən şəxs tərəfindən oğurlanması barədə məlumat vermişdir. O, malları qəbz vasitəsi ilə müştərilərə satmış və həmin həyyata keçirdiyi satışları şirkətin ona verdiyi planşetdə proqram vasitəsi ilə qeydiyyat etmiş, satdığı malların qəbzlərini əldə etdiyi pullarla birlikdə şirkətə təhvil vermiş, buna görə də onda satış barədə hər hansı hesabat və ya digər sənəd qalmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişlər. İş ürzə digər Şahid3 Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğu üçün istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir.(i.v.127-129) İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, ünvan 3 ünvanında yerləşən evin qonaq otağındanoğurluq edilmişdir.(i. v. 10-12) - 13 fevral 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, HK-1/133 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir.(i. v. 38-41) - 26 iyun 2022-ci il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, CM-nin 177.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir.(i. v. 47) - 26 iyun 2022-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, icraatda olan ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs MMC zərərçəkmiş şəxs qismində tanınmışdır.(i. v. 50) - 26 iyun 2022-ci il tarixli “zərərçəkmiş şəxsin müvəkkil etdiyi nümayəndə qismində tanınması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Nümayəndə1 zərərəçəkmiş şəxs kimi Zərərçəkmiş şəxs MMC-nin müvəkkil etdiyi nümayəndə qismində tanınaraq cinayət prosesində işə buraxılmışdır.(i. v. 52-53) - 28 iyun 2022-ci il tarixli “cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədikdə) maddəsinə əsasən dayandırılmışdır.(i. v. 64) - 18 may 2023-cü il tarixli “cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki,Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi təzələnib icraata qəbul edilmişdir.(i. v. 75) - 18 may 2023-cü il tarixli “cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci (təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədikdə) maddəsinə əsasən dayandırılmışdır.(i. v. 78) - 07 sentyabr 2023-cü il tarixli “cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi təzələnib icraata qəbul edilmişdir.(i. v. 83-84) - Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(044)-90/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i. v. 90-94) - 07 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i. v. 106-107) - 07 sentyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (i. v. 112-113) - Evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Gəncə şəhəri, Nizami prospekti 10-cu döngə, ev 14-də yaşayan Təqsirləndirilən şəxs özünü nizamintizamlı aparmış, qonşuların xeyir-şər məclislərində iştirak etmiş, barəsində heç bir şikayət xarakterli materialın daxil olmamışdır. (i. v. 131) - 25 noyabr 2023-cü il tarixli, 493 saylı “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və digər istintaq hərəkətlərinin protokolları və işin digər materialları sübut kimi qəbul edilmişdir.(i. v. 136-142) - 28 noyabr 2023-cü il tarixli, 4034 saylı Gəncə şəhər Psixoloji Dispanserindən alınmış arayışda gösrətilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixoloki Dispanserində qeydiyyatda durmur. (i. v. 132) - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər BPİ-də AR-nin CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi olmuş və həmin cinayət işi baxılması üçün xx.xx.2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi hal-hazırda məhkəmə baxışındadır və təqsirləndirilən şəxs barəsində cəza hökmü çıxarılmamışdır. (i. v. 133) - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-107/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. -xx.xx.2024-cü il tarixli Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində Nümayəndə2 tərəfindən məhkəməyə ünvanlanan ərizədə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs MMC-yə vurduğu ziyanın ümumilikdə 8500 manat təşkil etdiyini, həmin məbləğdən 5800 manat ödənildiyi, qalan hissəni isə tələb olunması göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və digər istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşmançılığını və zərərçəkmiş şəxsə vurduğu ziyanın bir hissəsini ödəməsini cəzasını yüngülləşdirən hallar hesabedir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxscəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etməcəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli, cəza çəkmə müddətinin əvvəli isə həbsə alındığı andan – 19 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrəmülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 20 saat üçün 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar