Məhkəmə qərarları › İş №1(125)-107/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-107/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-107/2025 20.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Gəncə Şəhəri Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Göygöl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Göygöl Milli Parkının baş mühasibi vəzifəsində işləmiş, Göygöl rayonu, Topal Həsənli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2021 tarixli 792/K saylı əmri ilə Göygöl Milli Parkının baş mühasibi vəzifəsinə təyin edilməklə xx.xx.2024-cü il tarixədək həmin vəzifədə işləyərkən onunla həmin təşkilat arasında bağlanmış əmək müqaviləsinə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 Xidmətinin (əvvəlki adı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X4 və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti) tabeli qurumları üzrə xüsusi mühafizə olunan təbiət ərazilərində çalışan işçilərin hüquq və vəzifələrinə dair vəzifə təlimatına əsasən, baş mühasib kimi rəhbərin əmri və işə çıxma tabeli əsasında işçilərin əmək haqqlarının, digər ödəmə və ödənişlərinin hesablanması, müəyyən edilmiş müddətdə əmək haqqlarının verilməsinə dair cədvəllərin hazırlanması işində iştirak etmək, direktorun əmrlərinə əsasən hər ay məzuniyyətlərin, ezamiyyətlərin, ixtisasartırma kurslarının, təhsil məzuniyyətlərinin və əmək qabiliyyəti olmamaq vərəqəsinin hesablamalarını həyata keçirmək, müəssisə üzrə yaranmış xərclərin müvafiq bölmələr üzrə aylıq, rüblük və illik hesabatlarının hazırlanmasını həyata keçirmək, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrini özündə əks etdirən mühasibat uçotu hesabatlarının yoxlanılmasını və icmallaşdırılaraq balansın hazırlanmasını təşkil etmək, müəssisə üzrə büdcə və büdcədənkənar vəsaitlərin istifadəsi barədə hesabatların yığılmasını, yoxlanılmasını və icmallaşdırılaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maliyyə və təsərrüfat şöbəsinə və müvafiq dövlət qurumlarına təqdim edilməsini təmin etmək, müəssisənin mühasibat uçotunun müasir standartlara uyğun olaraq aparılmasını təmin etmək və bu sahədə müvafiq metodik qaydaların və təlimatların hazırlanmasında iştirak etmək, daxil olmuş məktub və müraciətlərin müvafiq qaydada cavablandırılmasını təmin etmək, köçürmə sənədlərinin xəzinədarlıq orqanları və müvəkkil bank tərəfindən icrasını təmin etmək, müəssisənin vakant olan mühasib və təsərrüfat müdiri vəzifəsinin tutulması məqsədi ilə namizədlər barədə rəy vermək, normal iş şəraiti ilə təmin olunmaq, iş üzrə operativ hesabat məlumatlarını müvafiq xidmətlərdən tələb və qəbul etmək, səlahiyyətinə aid olan məsələlərlə bağlı rəhbərlik nümayəndələri ilə qarşılıqlı fəaliyyəti həyata keçirmək eləcə də digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək maddi məsul şəxs olmaqla, qulluq mövqeyindən istifadə etməklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinə məxsus olmaqla ona etibar edilmiş özgə əmlakını mənimsəmə yolu ilə talamaq məqsədilə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin Göygöl rayonu ərazisində yerləşən Toğanalı kənd Göygöl Milli Parkının inzibati binasında xidməti kompüterindən istifadə etməklə rəsmi sənəd olan ödəniş reyestrlərinə öz adına artıq miqdarda heç bir təsdiqedici sənəd olmadan, əsassız olaraq ezamiyyə, mükafat və digər təyinatlar üzrə ödənişləri yazmaqla bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil edərək göstərilən sənədləri cinayətdən xəbərsiz Göygöl Milli Parkın direktoru Şahid təqdim edib imza və möhürlə təsdiq olunmasına nail olmaqla vəzifə saxtakarlığı törətməklə, həmin sənədləri ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin Gəncə filialına göndərməklə, istifadəsində olan "xxxx" ASC-yə məxsus 510307******6977 №-li bank kart hesabına müxtəlif məbləğlərdə pul vəsaitinin köçürülməsinə, o cümlədən xx.xx.2023-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- xəstəlik vərəqəsi) 350,0 manat, xx.xx.2023-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 400,0 manat, xx.xx.2023-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatıezamiyyə) 95,0 manat, xx.xx.2023-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 50,0 manat, xx.xx.2023-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 350,0 manat, xx.xx.2023-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- mükafat) 608,0 manat, xx.xx.2024-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 580,0 manat, xx.xx.2024cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- məzuniyyət) 623,0 manat, xx.xx.2024-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatıkonpensasiya) 785,0 manat, xx.xx.2024-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 443,0 manat, xx.xx.2024-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- xəstəlik vərəqəsi) 60,0 manat, xx.xx.2024-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- konpensasiya) 978,0 manat, xx.xx.2024- cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 1428,0 manat, xx.xx.2024-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- xəstəlik vərəqəsi) 218,0 manat, xx.xx.2024-cü il tarixdə KM1 №-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 1268,0 manat, xx.xx.2024-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- xəstəlik vərəqəsi) 50,0 manat, xx.xx.2024-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı-ezamiyyə) 1098,0 manat, xx.xx.2024-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 1223,0 manat olmaqla ümumilikdə 10.607 manat məbləğində pul vəsaitinin istifadəsində olan "xxxx" ASC-yə məxsus 510307******6977 №-li bank kart hesabına köçürülməsinə nail olmaqla, qeyd edilən müddətlərdə Gəncə şəhəri ərazisində, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi ərazisində nağdsız əməliyyatlar aparmaqla şəxsi ehtiyaclarına sərf etməklə, öz qulluq mövqeyindən istifadə etməklə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinə məxsus olmaqla ona etibar edilmiş 10.607 manat məbləğində pul vəsaitini xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, vəsaitin əsassız olaraq mənimsənilməsi direktorun birbaşa göstərişi əsasında olmuş və o, da göstərişi icra etmişdir. 2023-cü ilin iyun-iyul aylarında Milli Parkın direktoru Şahid onu şəxsi otağına çağıraraq ondan hansı formada mənimsəmə variantı olmasını soruşmuş, oda Milli Parkın iki-birinin xüsusi, digərinin isə büdcə təşkilatının fondu olduğunu bildirmişdir. O, bildirmişdir ki, xüsusi fonda baş idarə nəzarət edir və mənimsəmə mümkünsüzdür. O, direktora işçilərin hesab əməliyyatları üzrə "xxxx" ASC-də açılmış “Müştəribank” proqramı vasitəsi ilə öz əmək haqqı hesabıma əsassız olaraq, ezamiyyə və digər təyinat üzrə pul vəsaitlərini köçürə biləcəyini, sənədlərə möhürü müdirin etməsini, çıxarışları isə özü hazırlamağı təklif etmiş, vəsaitin 60 faizinin direktora 40 faizinin isə ona bölüşdürülməsi barədə razılığa gəlmişlər. Buna səbəb həmin dövrdə uşağının xəstə olması və əməliyyata ehtiyac olması olmuşdur. O, həmin vaxtdan etibarən hissə-hissə öz əmək haqqı bank kartına pul vəsaitlərini köçürməyə başlamış və aralarında həmin məbləğləri bölüşdürmüşlər. Bir müddət sonra aralarında başqa işlə bağlı narazılıq olmuş, belə ki, “Maralgöl” marşrutu üzrə ona 1000 manat pul çatmalı olduğu halda direktor həmin pulu ona verməmişdir. O, da əsəbiləşərək pulu verməyəcəyi təqdirdə mənimsəmə ilə bağlı Baş İdarəyə məlumat verəcəyini bildirərək direktoru təhdid etmişdir. O, nənəsinin göz müayinəsi ilə bağlı Bakı şəhərinə gedərkən Şahid onun şikayət edəcəyini düşünərək daxili audit yoxlamasını dəvət etmişdir. Bütün vəsaitlərin çıxışında onun adı olmuş, direktora kart hesabından nağd şəkildə pul vermişdir. O, mənimsənilmiş 10607 manat məbləğində pulu müəyyən adlarlaxəstəlik vərəqi, ezamiyyə vərəqi və s. adlarla sərəncamına keçirmişdir. Həmin məbləğlərin əslində qarşılıqlı əsası yoxdur. Auditə verilən sənəd birbankdan çıxan sənəddir. Ödəniş tapşırığında olan sənəd sistemə köçürüləndə ona adlanma verilir. Daxili audit onu ümumi formada görür, pulun şişirilmə nöqtəsi əmək haqqı cədvəlindədir. Hazırda dəymiş ziyanı ödəmiş, həmçinin dəymiş ziyanın 25 faizini də dövlət büdcəsinə köçürdüyünü bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərmişdir ki, Göygöl Milli Parkının baş mühasibi Təqsirləndirilən şəxs maddi məsul şəxs olmaqla, qulluq mövqeyindən istifadə etməklə, heç bir təsdiqedici sənəd olmadan, əsassız olaraq ezamiyyə, mükafat və digər təyinatlar üzrə həmin Milli Parkın "xxxx" ASC-də olan hesabından müştəribank (birbank biznes) xidmətindən istifadə edərək 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək olan dövr ərzində xeyli miqdar təşkil edən ümumilikdə 10.607,00 manat vəsaiti öz şəxsi əmək haqqı kartına köçürərək mənimsəmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2021 frxli 792/K saylı əmri ilə Göygöl Milli Parkının baş mühasibi vəzifəsinə təyin edilməklə xx.xx.2024-cü il tarixli 391/K saylı əmri ilə həmin vəzifədə işləyərkən K23-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək olan dövr ərzində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin Göygöl rayonu ərazisində yerləşən Göygöl Milli Parkının inzibati binasında xidməti kompüterindən istifadə etməklə rəsmi sənəd olan ödəniş reyestrlərinə öz adına artıq miqdarda heç bir təsdiqedici sənəd olmadan, əsassız olaraq ezamiyyə, mükafat və digər təyinatlar üzrə ödənişləri yazmaqla bilə-bilə yalan məlumatları vahid tamah niyyəti ilə daxil edərək vəzifə saxtakarlığı törətməklə göstərilən sənədləri "xxxx" ASC-nin Gəncə filialına göndərməklə Milli Parkın müştəribank (birbank biznes) xidmətindən istifadə tərək ayrı-ayrı vaxtlarda ümumilikdə 10.607,00 manat vəsaiti öz şəxsi əmək haqqı kart hesabına köçürməklə mənimsəmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid bildirmişdir ki, 2006-cı ildən Göygöl Milli Parkında mühafizə yegeri, elmi işçi, müavin vəzifələrində işləmiş, xx.xx.2023-cü ildən Göygöl Milli Parkının direktoru vəzifəsində işləyir. O, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, sonuncu 2021-ci ildən Milli Parkda baş mühasib vəzifəsində işləmişdir. Özü ixtisasca ekoloq olduğundan, Təqsirləndirilən şəxs uzun müddət mühasib işlədiyi üçün direktor işlədiyi müddətdə Milli Parkın maliyyə işlərinin aparılmasını sonuncuya etibar etmiş, eyni zamanda Nihadın baş mühasib sertifikatı olmuş, həmçinin vəzifə təlimatına görə o, maddi məsul şəxs hesab olunmuşdur. 2024-cü avqust ayının əvvəlində Milli Parka giriş üçün “post terminalın təşkil olunması məqsədi ilə o, "xxxx" ASC-nin Gəncə şəhər filialına müraciət etmiş, eyni zamanda bankda onun mobil telefonuna bankın “Birbank biznes” proqramı yüklənmişdir. Həmin proqram vasitəsi ilə baş mühasibin apardığı maliyyə əməliyyatlarını izləmək mümkün olmuşdur. O, baş mühasibin apardığı maliyyə əməliyyatlarını həmin proqram vasitəsi ilə rahat şəkildə izləməyə başlamışdır. Həmin ay ərzində ümumi qayda olaraq işçilərin əmək haqlarının köçürülməsini proqram vasitəsi ilə izləmişdir. Həmin əməliyyatın aparılması ilə bağlı “Autenticator” proqramı vasitəsi ilə ona gələn şifrəni Nihada bildirdiyi üçün əmək haqların köçürülməsi ilə bağlı əməliyyat icra olunmuşdur. Daha sonra əlavə olaraq |1,223 manatlıq maliyyə əməliyyatının aparılmasını görüb Nihaddan soruşduğu zaman sonuncu ona həmin məbləğlərin hissə-hissə köçdüyünü bildirdiyi üçün eyni qaydada, əməliyyat icra edilmişdir. Lakin, həmin maliyyə əməliyyatının aparılması onda şübhə yaratdığı üçün rəsmi olaraq xx.xx.2024-cü il tarixdə "xxxx" |ASC-nin Gəncə şəhər filialına müraciət edərək plastik kartlara köçürülən vəsaitlərin tranzaksiyası haqqında məlumatları əldə etmiş və 2023-cü ilin sentyabr ayından Təqsirləndirilən şəxs əmək haqqı kart hesabına müxtəlif vaxtlarda əmək haqqı məbləğindən artıq pul vəsaitləri köçürdüyünün şahidi olmuşdur. Dərhal Nihadı xidməti otağına çağıraraq ondan bu kimi əməliyyatlar apararaq pul vəsaitlərini mənimsədiyini bildirdiyi zaman sonuncu əvvəlcə etiraf etsə də, səhəri gün belə bir qanunsuzluğa yol vermədiyini bildirmişdir. Nihadın bu cür hərəkətlərə yol verməsi ilə bağlı rəsmi olaraq X4 Xidmətinin rəisi Firuddin Əliyevə məlumat vermişdir. Daha sonra Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Daxili nəzarət və audit şöbəsi tərəfindən Milli Parkda yoxlama aparılmış və baş mühasib Təqsirləndirilən şəxs tərəfindən qanun pozuntularına yol verməsi faktı öz təsdiqini tapmışdır. Belə ki, yoxlama ilə müəyyən edilmişdir ki, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək olan dövr ərzində baş mühasib Təqsirləndirilən şəxs Parkın müştəribank (birbank biznes) xidmətindən istifadə edərək kassa hesab qalığından 895 manat, vergi və digər tutulmalar daxil olmaqla 211.100 xərc maddəsindən hesablanmış 13.652,01 manat artıq vəsaitdən vergilər və digər tutulmalar çıxıldıqdan sonra 9.712,00 manat vəsaiti öz şəxsi əmək haqqı kartına köçürmüşdür. Ümumilikdə bank qalığı, vergilər və digər tutulmalar daxil olmaqla 114.547,01 manat vəsait artıq hesablanmışdır. Artıq hesablanmış vəsaitdən vergilər və digər tutulmalar çıxıldıqdan sonra bank qalığı daxil olmaqla Nihad ümumilikdə 10.607 manat vəsaitin öz şəxsi əmək haqqı kartına köçürülməsinə nail olmuşdur. Onun Təqsirləndirilən şəxsla hər hansı bir əlbirliyi olmamış, onunla hər hansı bir məbləğin mənimsənilməsində iştirak etməmiş, mobil telefonuna avqust ayında yüklənmiş "xxxx" ASC-nin “Birbankbiznes” proqramı vasitəsi ilə Nihadın apardığı maliyyə əməliyyatlarını izlədiyi zaman avqust ayında öz əmək haqqı kartına artıq vəsaitləri köçürməklə mənimsədiyini aşkar edərək rəhbərliyə yazılı məlumat verməklə Nihad tərəfindən mənimsənilmiş məbləğlərin geri qaytarılmasına təşəbbüs göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs onun xidməti fəaliyyətinə xələl gətirmək niyyətində olduğu üçün haqqında qanuna zidd hərəkətlərə yol verməsi ilə bağlı yalan olaraq Nazirliyin Daxili Nəzarət və Audit şöbəsinə məlumat vermiş, şöbənin əməkdaşları tərəfindən onun fəaliyyəti ətraflı yoxlanılmış və Təqsirləndirilən şəxs onun haqqında verdiyi məlumatlar öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: -Cinayət işinin başlanması haqqında 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir (cild 1, i.v. 4); - xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 2023-cü ilin sentyabr ayından 2024-cü ilin sentyabr ayınadək olan dövr ərzində baş mühasib Təqsirləndirilən şəxs Parkın müştəribank (birbank biznes) xidmətindən istifadə edərək kassa hesab qalığından 895,00 manat, vergi və digər tutulmalar daxil olmaqla 211100 xərc maddəsindən hesablanmış 13652.01 manat artıq vəsaitdən vergilər və digər tutulmalar çıxıldıqdan sonra 9712,00 manat vəsaiti zərərçəkmiş öz şəxsi əmək haqqı kartına köçürmüşdür. Ümumilikdə bank qalığı, vergilər və digər tutulmalar daxil olmaqla 14547.01 manat vəsait artıq hesablanmışdır. Artıq hesablanmış vəsaitdən vergilər və digər tutulmalar çıxıldıqdan sonra bank qalığı daxil olmaqla ümumilikdə 10607,00 manat vəsaiti öz şəxsi əmək haqqı kartına köçürmüşdür (cild 1, i.v.71-75); -Göygöl Milli Parkında baş mühasib tərəfindən törədilmiş maliyyə pozuntularının araşdırılmasına dair arayışdan görünür ki, X4 Xidmətinin tabeliyində olan Göygöl Milli Parkının 2023-cü ildə büdcə vəsaiti üzrə xərclər smetası 1020-X7 funksional təsnifatı üzrə 654623.00 manat təsdiq olunmuş, 31 dekabr 2023-ci il tarixinədək 694615.96 manat maliyyələşməyə qarşı 694615.96 manat (100.00%) kassa xərci icra edilmişdir, (üzləşmə aktlarının surəti əlavə olunur), X4 Xidmətinin tabeliyində olan Göygöl Milli Parkının 2023-cü ildə büdcədənkənar vəsaiti üzrə xərclər smetası 1220-X11 funksional təsnifatı üzrə 556820.00 manat təsdiq olunmuş, 31 dekabr 2023-ci il tarixinədək 9928.49 manat maliyyələşməyə qarşı 9928.49 manat (100.00%) kassa xərci icra edilmişdir (üzləşmə aktlarının surəti əlavə olunur); X4 Xidmətinin tabeliyində olan Göygöl Milli Parkının 2023-cü ildə büdcə vəsaiti üzrə xərclər smetası 1020-X7 təsnifatı üzrə 748875.00 manat təsdiq olunmuş, 15 sentyabr 2024-ci il 490150.00 manat maliyyələşməyə qarşı 463047.23 manat (94.00%) kassa 27102.77 manat az icra edilmişdir (üzləşmə aktlarının surəti əlavə olunur); X4 Xidmətinin tabeliyində olan Göygöl Milli Parkının 2024-cü ildə büdcədənkənar vəsaiti üzrə xərclər smetası 1220-X11 funksional təsnifatı üzrə 511938.00 manat təsdiq olunmuş, 15 sentyabr 2024-ci ilədək 290.00 manat maliyyələşməyə qarşı 0.00 manat (0.00%) kassa xərci icra edilmişdir. (üzləşmə aktlarının surəti əlavə olunur); 2023-cü ilin sentyabr ayından 2024cü ilin sentyabr ayınadək ümumilikdə vergilər olmaqla 13652.01 manat vəsait artıq hesblanmış, bu vəsaitdən vergilər və lar çıxıldıqdan sonra bank qalığı daxil olmaqla cəmi 10607.00 manat vəsaiti şəxsi əmək haqqı kartına köçürmüşdür (cild 1, i.v. 76-80); -AZ-İİ seriyalı 050188№-li nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs, xx.xx.2016-cı il tarixdən X9 ilə rəsmi nikahdadır. (cild 1, i.v.88); - AZ-İV seriyalı, 982348 və 982349 №-li doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü İlqarlı Uraz və xx.xx.2022-ci il təvəllüdlü İlqarlı Aruz adlı övladları var. (cild 1, i.v.89-90); - 31 oktyabr 2024-cü il tarixli Göygöl rayon İHB-nin Topalhəsənli kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nümayəndəlik tərəfindən müsbət xarakterizə olunmuşdur (cild 1, i.v.92); - 01 noyabr 2024-cü il tarixli “üzləşdirmə” protokolundan və Şahid ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ümumilikdə bank qalığı, vergilər və digər tutulmalar daxil olmaqla 14.547,01 manat vəsait artıq hesablanmışdır. Artıq hesablanmış vəsaitlərdən vergilər və digər tutulmalar çıxıldıqdan sonra bank qalığı daxil olmaqla ümumilikdə 10,607,00 manat vəsaiti öz şəxsi əmək haqqı kartına köçürülməsinə nail olmuşdur.(cild 1, i.v. 116-120); - xx.xx.2024-cü il tarixli X2 Sistemi Məhkumluq məlumatından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır (cild 1, i.v.122) Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-14-21/2-778/2024 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs iş yeri üzrə mənfi xarakterizə olunur (cild 1, i.v. 125-126); - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər birliyinin əmrlərdən çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs 08.2021 tarixli 792/K saylı əmrlə Göygöl Milli Parkının baş mühasibi vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixli 201/K saylı əmrlə onunla bağlanmış əmək müqaviləsi 6 ay müddətinə uzadılmış, xx.xx.2024-cü il tarixli 391/K saylı əmrlə Göygöl Milli Parkının baş mühasibi Təqsirləndirilən şəxs ilə bağlanmış əmək müqaviləsinə, əmək vəzifələrini kobud şəkildə pozduğuna, təqsirli əkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70ci maddəsinin “Ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir (cild 1, i.v.127-133); - 18 noyabr 2024-cü il tarixli “Respublika Psixiatriya Xəstəxanası” tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır Həmin şəxsin psixiatrik kabinetdə qeydiyyatda olub-olmamasını dəqiqləşdirmək üçün yaşayış yeri üzrə Poliklinika və yaxud Mərkəzi Rayon Xəstəxanasına müraciət olunması tövsiyyə olunmuşdur (cild 1, i.v.220); - 12 dekabr 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" ASC-yə məxsus 510307******6977 nömrəli bank kart Təqsirləndirilən şəxs məxsusdur, hesabından çıxarış xx.xx.2023-xx.xx.2024-cü il tarixlərə olan dövr üzrədir. Həmin karta xx.xx.2023-cü il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 400.0 manat, xx.xx.2023-cü iı tarixdə 95 manat, xx.xx.2023-cü il tarixdə 50,0 manat, xx.xx.2023-cü il tarixdə 350 manat, xx.xx.2023-cü il tarixdə 608,0 manat, xx.xx.2024-cü il tarixdə 580 manat, xx.xx.2024-cü il tarixdə 623,0 manat, xx.xx.2024-cü il tarixdə 785,0 manat, xx.xx.2024-cü il tarixdə 443,0 manat, xx.xx.2024-cü il tarixdə 60 manat, xx.xx.2024-cü il tarixdə 978 manat, xx.xx.2024-cü il tarixdə 1.428,0 manat, xx.xx.2024-cü il tarixdə 218,0 manat, xx.xx.2024-cü il tarixdə 1268,0 mancu xx.xx.2024-cü il tarixdə 50.0 manat, xx.xx.2024-cü il tarixdə 1098,0 manat, xx.xx.2024-cü il tarixdə 1223.0 manat olmaqla ümumilikdə 10.607 manat məbləğində pul vəsaitinin mədaxil olunmaqla nağdsız əməliyyatlar aparılması müəyyən edilmişdir (cild 1, i.v.221); -12 dekabr 2024-cü il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Göy-Göl Milli Parkın "xxxx"m filialında olan hesabından xx.xx.2023-cü il tarixdə KMl№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- xəstəlik vərəqəsi) 350,0 manat, xx.xx.2023-cü il tarixdə KM.№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 400,0 manat, xx.xx.2023-cü il tarixdə KM.1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- z-mıyyə) 95,0 manat, xx.xx.2023-cü il tarixdə KM 1№-li ödəniş tapşırığına əsasən ödəniş təyinatıezamiyyə) 50,0 manat, xx.xx.2023-cü il tarixdə KMl№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 350,0 manat, xx.xx.2023-cü il tarixdə KM 1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- mükafat) 608,0 manat, xx.xx.2024-cü il tarixdə KM 1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 580,0 manat, xx.xx.2024-cü il tarixdə KM 1№-li ödəniş tapşırığına əsasən ödəniş təyinatı- məzuniyyət) 623,0 manat, xx.xx.2024-cü il tarixdə KM 1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- kompensasiya) 785,0 manat, xx.xx.2024-cü il tarixdə KM 1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 443,0 manat, xx.xx.2024-cü il tarixdə KM1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- xəstəlik vərəqəsi) 60,0 manat, xx.xx.2024-cü il tarixdə KM 1№-li ödəniş tapşırığına əsasən ödəniş təyinatı- kompensasiya) 978,0 manat, xx.xx.2024-cü il tarixdə KM 1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 1428,0 manat, xx.xx.2024-cü il tarixdə (KMl№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- xəstəlik vərəqəsi) 218,0 manat, xx.xx.2024-cü il tarixdə KM 1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 1268,0 manat, xx.xx.2024cü il tarixdə KM 1№-li ödəniş tapşırığına əsasən ödəniş təyinatı- xəstəlik vərəqəsi) 50,0 manat, xx.xx.2024-cü il tarixdə KM 1№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatıezamiyyə) 1098,0 manat, xx.xx.2024-cü il tarixli KMl№-li ödəniş tapşırığına əsasən (ödəniş təyinatı- ezamiyyə) 1223,0 manat olmaqla ümumilikdə 10.607 manat məbləğində pul vəsaiti plastik kart hesabına köçürülmüşdür. Həmçinin, işə əlavə olunmuş maliyyə sənədləri olan 1 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs öz bank hesab kartına 2023-2024-cü illər ərzində köçürdüyü ümumilikdə 10.607 manat məbləğinin təyinatları üzrə ezamiyyə, xəstəlik vərəqəsi, konpensasiya və mükafatla bağlı alt sənədləri mövcud olmamışdır (cild 2, i.v.1-2); - 13 dekabr 2024-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünr ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, i.v.93-94); - 21 aprel 2025-ci il tarixli Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında X5 Xidmətinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Göygöl Milli Parkının hesabından mənimsənilmiş 10,607 manat məbləğində pul vəsaiti dövlət büdcəsinə geri qaytarılmışdır. Lakin Təqsirləndirilən şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə törədilmiş cinayət əməlləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, X4 Xidmətinin və Göygöl Milli Parkının işgüzar nüfuzuna ciddi şəkildə xələl gətirmişdir. Göstərilənləri nəzərə alaraq, Təqsirləndirilən şəxs əməllərinə hüquqi qiyət verilməsini xahiş olunmuşdur. -xx.xx.2025-ci il tarixli ABB “Gəncə Mərkəz” filialının mədaxil qəbzindən görünür ki, vurulmuş ziyan 10617,61 manat məbləğində pul və həmçinin vurulmuş ziyanın 25 faizi həcmində yəni, 2655 manat məbləğində pul X8 tərəfindən ödənilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsində mənimsəmə və ya israf etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxsin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. İsrafetmə dedikdə isə təqsirkara müəyyən səlahiyyətləri həyata keçirmək üçün etibar edilmiş əmlakin sərf edilməsi, satılması, istehlak edilməsi, müxtəlif formalarda özgəninkiləşdirilməsi başa düşülür. Əgər şəxs vəzifəsi ilə əlaqədar ona sərəncam vermə, idarəetmə, tədarük və s səlahiyyətlər verməklə etibar edilmiş əmlakı qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli CM-nin 179.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs xidməti vəzifəsi ilə əlaqədar ona verilmiş səlahiyyətlərdən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla ona etibar edilmiş əmlakı mənimsədiyindən onun əməlində CM-in 179.2.3-cü və 179.2.4-cü maddələrinin tərkibi mövcuddur. Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-in 308-ci maddəsinin qeyd hissəsində “vəzifəli şəxs”in anlayışı kimi dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin həmçinin kommersiya və qeyri kommersiya təşkilatlarının rəhbərləri və işçiləri bundan başqa dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tam maddi məsuliyyətli və əmək müqaviləsinə əsasən mühasib olmaqla vəzifəli şəxs hesab olunur. Bununla yanaşı qeyd edilməlidir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarının 39cu bəndində göstərilmişdir ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Odur ki, məhkəmə Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyyəni nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayətini törətməklə zərər çəkmiş şəxsə zərər vurmasından ibarət olan əməli yalnız Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif edilməli, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmunu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X4 Xidmətinin pul vəsaitinin aidiyyatı üzrə düzgün yönləndirilməsi, ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi işin faktiki halları ilə sübuta yetirilir, odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və o, Cinayət Məcəlləsinin 179.2.3-, 179.2.4 və 313-cü maddələri ilə təqsirli bilinərək həmin maddələr ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş madd ziyan tam şəkildə ödənilməsinə, dəymiş maddi ziyanın 25 faizinin dövlət büdcəsinə ödənilməsinə baxmayaraq zərərçəkmiş hüququ şəxs tərəfindən təqsirləndirilən şəxslə barışıq əldə edilmədiyinə görə onun barəsində CM-nin 73-1.2-ci maddəsinin tətbiq edilməsi mümkün olmamışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən, vurulmuş zərərin tamamilə ödənilməsini, eyni zamanda dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları, CM-nin 313-cü maddəsinə əsasən, cərimə və ya islah işləri və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü, 179.2.4-cü və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzası təyin edilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasına məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin ediməlidir. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Milli Parkının əmək haqqı hesablama ödəniş cədvəlləri və ödəniş tapşırıqları olan 1 ədəd CD disk, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 510307 ******6977 nömrəli bank kart hesabından edilmiş çıxarışların əsilləri cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər Regional Vəkil Bürosunun vəkili X6 göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, işlədiyi Regional Vəkil Bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 308.1-ci maddəsi Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan xaric edilsin. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş mülki iddia, xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356- 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə 4000 (dörd min) manat miqdarında cərimə cəzası, Azərbaycan Respublikasının Cinayət Məəlləsinin 313-cü maddəsi ilə isə 1500 (bir min beş yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş əsas cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 4200 (dörd min iki yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli cərimə cəzasını çəkməyə başladığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış Göygöl Milli Parkının əmək haqqı hesablama ödəniş cədvəlləri və ödəniş tapşırıqları olan 1 ədəd CD disk, Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-yə məxsus 510307 ******6977 nömrəli bank kart hesabından edilmiş çıxarışların əsilləri cinayət işinin materiallarında saxlanılsın. Məhkum Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər Regional Vəkil Bürosunun vəkili X6, işlədiyi vəkil bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar