Məhkəmə qərarları › İş №1(125)-108/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-108/2025

12.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-108/2025 12.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci və 284.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 1998-ci ilin yanvar ayından 2002-ci ilin dekabr ayınadək keçmiş Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə və keçmiş Milli Təhlükəsizlik Nazirliyində baş leytenant hərbi rütbəsində, əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyi dövrdə xidməti vəzifəsinə görə ona məlum olan, məzmunu dövlət sirri təşkil edən məlumatları Gəncə şəhərində olarkən istifadəsindəki “Facebook” sosial şəbəkəsinin “Təqsirləndirilən şəxs” adlı hesabında 27 iyul və 03 dekabr 2023-cü il tarixlərdə eləcədə 16 yanvar 2024-cü il tarixdə yerləşdirməklə dövlətə xəyanət əlaməti olmadan aşkar surətdə qəsdən təkrar yaymış, habelə mediadan istifadə olunmaqla həmin “Facebook” sosial şəbəkə hesabında 2023-cü ildən 2024-cü ilin iyul ayınadək olan müddət ərzində Gəncə şəhərində yalan məlumatlar yerləşdirməklə aşkar surətdə sosial nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 283.1-ci və 284.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, götürülmüş maddi sübutlar ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 283.1ci və 284.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 1998-2002-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında xüsusi idarənin N saylı hərbi hissəsində və Azərbaycan Respublikası Hərbi Əks-Kəşfiyyat Xidmətində əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyi müddətdə ona məlum olan məlumatları 27 iyul 2023-cü il tarixdə “Facebook” sosial şəbəkəsindən özünə məxsus olan profildə “Əməliyyat şəraitinin 1-ci tərkib elementinə aid olan şəxslər: Xüsusi təhlükəli dövləti cinayətlər törətmiş şəxslər.onlarla qohumluq digər əlaqələri olan hərbi qulluqçular.2-ci tərkib elementini aid olan kontingent:Separatizm mövqeyi amilləri olan şəxslər.etnik münaqişələr yaratmaqda maraqlı olan hərbi qulluqçular.*Qeyri leqal agent xaş olan əlamətləri olan şəxslər. Azərbaycan vətəndaşı digər xarici ölkə vətəndaşları adından çıxış edib təqdim olunan hərbi qulluqçular.3-cü Leqal mövqelərdən kəşfiyyat aparan diplomatik nümayəndəliklər səfirliklər konsulluqlar.Orada çalışanlara qohumluq digər əlaqələri olan şəxslər.hərbi qulluqçular.Əməliyyat qeydiyyat siqnal yoxlama işlərinin öyrənilmə hədəfidirlər.Təqsirləndirilən şəxs.xx.xx.2023.” məzmunlu paylaşımı eləcə də 02 dekabr 2023-cü il tarixdə “ƏMƏLİYYAT MARAĞİ KƏSB EDƏN.ƏMƏLİYYAT DİQQƏTİNİ CƏLB EDƏN.BARƏSİNDƏ ƏMƏLİYYAT QEYDİYYAT İŞLƏRİ ƏM.YOXLAMA.ƏM.MÜŞAHİDƏ.ƏM. AXTARİŞ. ƏM.TƏHQİQAT ƏM.TOPLUSU.SİQNAL YOXLAMA İŞLƏRİ AÇİLAN KONTİNGENT ŞƏXSLƏR QRUPU:1.XARİCDƏ UZUN MÜDDƏT YAŞAMİŞ XARİCLƏ QOHUMLUQ ƏLAQƏLƏRİ OLANLAR..HƏRBİ XİDMƏTƏ GƏLMƏZDƏN ƏVVƏL HƏRBİ XİDMƏT MÜDDƏTİNDƏ MƏZUNİYYƏTDƏ EZAMİYYƏTDƏ OLARKƏN XARİCDƏ İRANDA QUM ŞƏHƏRİNDƏ DİNİ TƏHSİL ALMİŞ H/QULLUQÇULAR.2..XARİCDƏ QOHUMLARİ YAŞAYAN XARİC LƏ QOHUMLUQ ƏLAQƏLƏRİ OLANLAR.3.MÜXALİFƏT PARTİYALARİNİN ÜZVÜ OLMUŞ.ONLARLA ƏLAQƏLƏRİ OLANLAR.4.DİN PƏRDƏSİ ALTİNDA KƏŞFİYYAT POZUCULUQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLANLAR DİNİ AUDİO VİDEO KASETLƏR ROLİKLƏR JURNALLAR KİTABLAR QƏZETLƏR MƏQALƏLƏR YAYANLAR.5.MƏHKUMLUĞU MƏHBUSLUĞU KRİMİNAL ELEMENTLƏRLƏ CİNAYƏTKAR ÜNSÜRLƏRLƏ ƏLAQƏSİ OLANLAR.6.ERMƏNİLƏRLƏ QOHUMLUQ ƏLAQƏSİ.ERMƏNİ MİLLƏTİNDƏN OLANLAR.UZUN MÜDDƏT ERMƏNİSTANDA YAŞAMİŞLAR.7.CASUSLUQ. 8.VƏTƏNƏXƏYANƏT. 9.TƏXRİBAT.10.İDEOLOJİ TƏXRİBAT.11.TERRORÇULUQ.12.HƏRBİ TEXNİKANİ SURSATİ.SİNDİRAN HƏRBİ ƏMLAKA ZİYAN VURANLAR.13.RABİTƏ TEXNİKİ VASİTƏLƏRİN SİRADAN ÇİXARDANLAR.14.MALİYYƏ FİRİLDAQLARİ İLƏ MƏŞĞUL OLAN PUL YİĞİLMA MƏNİMSƏMƏ.YÜNGÜL XİDMƏT YERİNƏ KEÇİRİLMƏ.MADDİ MARAQ ƏSASİNDA AYLİĞA MƏZUNİYYƏTƏ BURAXMA15. VƏZİFƏ SƏLAHİYYƏTİNİ AŞMA VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNDƏN SUİ-İSTİFADƏ EDƏNLƏR.16.SATANİSTLƏR PROTESTANTLAR ADVENTİSTLƏR PROBOSLAVLAR VƏHHABİLƏR NURÇULAR 7 Cİ GÜNÜN QARDAŞLARİ KAZİMİLƏR, CƏFƏRİLƏR, QƏDƏRİLƏR, İSMAYİLLİLƏR, HƏNƏFİLƏR VƏ.S TƏRİQƏTLƏRİN QEYRİ HÖKUMƏT TƏŞKİLATLARİNİN ADRA KÇF QİRMİZİ XAÇ AYPARANİN ÜZVÜ OLAN ONLARLA ƏLAQƏLƏRİ OLANLAR.17.ƏM.ŞƏRAİTİNİN 1-Cİ 2-Cİ 3-CÜ TƏRKİB ELEMENTLƏRİNƏ AİD ŞƏXSLƏR.18.MƏZMUNU DÖVLƏT HƏRBİ SİRR TƏŞKİL EDƏN HESAB EDİLƏN MƏXFİ MƏLUMATLARİN YAYİLMASİ.19.PSİXOTROP MADDƏ NARKOTİK VASİTƏ QƏBUL EDƏN ŞƏXSLƏR.20.HƏRBİ HİSSƏNİN ƏTRAFİNDA KAFE, RESTORAN, ÇAYXANA SAHİBLƏRİ.MARAQ GÖSTƏRƏNLƏR.21.TERROR TÖRƏTMƏK ÜÇÜN ALƏTLƏR AXTARANLAR.22.RADİAKTİV KONTİYNER AŞKAR EDİLDİKDƏ.23.KADR MƏSƏLƏLƏRİNDƏ YERLİBAZLİQ, QOHUMBAZLİQ, TAYFABAZLİQ TƏMƏNNA .Təqsirləndirilən şəxs.” məzmunlu paylaşımları “Facebook” sosial şəbəkəsində ona məxsus olan profildə yerləşdirmişdir. O, 27 iyul 2023-cü il tarixdə “Mən telekanallarıda başa düşürəm. Monitor jurnalını bağladılar. X4 güllələdilər öldürdülər.Mirşahini V.Mustafayevin Hesabat jurnalını bağladılar.ANS TV kanalını, LİDER TV kanalını bağladılar. MİLLƏT Vəkilləri Fazil Mustafanı güllələdilər,Qənirə Paşayevanı zəhərləyib öldürdülər, Vahid Əhmədova MM-in intizam konissoyası töhmət verdi, Oktayı nəqliyyat qəzasına saldılar. Nətavanı öldürdülər. Surət Hüseynovu, İsgəndər Həmidovu aradan götürdülər. ADP sədri Qubad İbadoğlunu tutdular. Millətin sözünü deyən millətə kömək edənlərə qarşı silsilə intensiv təhdid aqressivlik hücum təpki təqiblər var. Milli vətənpərvər qüvvələri hər yerdən hazırki cinatətkar rejim BAQRAMYAN sülaləsi uzaqlaşdırırlar. MİLLƏT YOLUDUR. HAQQ YOLUDUR. TUTDUĞUMUZ YOL.EY HAQA YAŞA ,EY SEVGİLİ MİLLƏT YAŞA VAR OL!ZÜLMÜN TOPU VAR!GSLİƏSİ VAR!QALASİ VARSA, HAQQİNDA BÜKÜLMƏZ QOLU,DÖNMƏZ EZÜ VARDİR!BÜTÜN JURANALİSTLƏRİ TÜLEKANALLARİ MÜBARİZƏYƏ SƏSLƏYİRƏM!Təqsirləndirilən şəxs.xx.xx.2024.”məzmunlu paylaşımı “Facebook” sosial şəbəkəsindəki özünə məxsus olan profildə paylaşmağının səbəbini uzun illər haqsızlıqlarla qarşılaşdığı üçün etdiyini bildirmişdir. O, 1998-2002-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında xüsusi idarənin N saylı hərbi hissəsində və Azərbaycan Respublikası Hərbi Əks-Kəşfiyyat Xidmətində işlədiyiniz zaman ondan məxfiliklə bağlı iltizam alındığını bildirmişdir. Bundan başqa o, Facebook sosial şəbəkəsində olan “Təqsirləndirilən şəxs” adlı hesabından 01 iyun 2024-cü il tarixdə “ Mən nifrət edirəm ki, mən azərbaycanlıyam! Təqsirləndirilən şəxs.” və 07 iyul 2024-cü il tarixdə X1 xidmət edən qulluqçulara qarşı nalayiq sözlərdən ibarət paylaşımlar etmişdir. O, “Facebook” sosial şəbəkəsindəki adlı hesabında 16 yanvar 2024-cü ildə təkrar dövlət sirri təşkil edən “27 iyul 2023-cü il tarixdə “Əməliyyat şəraitinin 1-ci tərkib elementinə aid olan şəxslər. Xüsusi təhlükəli dövləti cinayətlər törətmiş şəxslər.onlarla qohumluq digər əlaqələri olan hərbi qulluqçular.2-ci tərkib elementini aid olan kontingent Separatizm mövqeyi amilləri olan şəxslər.etnik münaqişələr yaratmaqda maraqlı olan hərbi qulluqçular.*Qeyri leqal agent xaş olan əlamətləri olan şəxslər.Azərbaycan vətəndaşı digər xarici ölkə vətəndaşları adından çıxış edib təqdim olunan hərbi qulluqçular.3cü Leqal mövqelərdən kəşfiyyat aparan diplomatik nümayəndəliklər səfirliklər konsulluqlar. Orada çalışanlara qohumluq digər əlaqələri olan şəxslər. hərbi qulluqçular. Əməliyyat qeydiyyat siqnal yoxlama işlərinin öyrənilmə hədəfidirlər.Təqsirləndirilən şəxs.xx.xx.2023.” və 02 dekabr 2023-cü il tarixdə “ƏMƏLİYYAT MARAĞİ KƏSB EDƏN. ƏMƏLİYYAT DİQQƏTİNİ CƏLB EDƏN.BARƏSİNDƏ ƏMƏLİYYAT QEYDİYYAT İŞLƏRİ ƏM.TOPLUSU.SİQNAL YOXLAMA İŞLƏRİ AÇİLAN KONTİNGENT ŞƏXSLƏR QRUPU: 1.XARİCDƏ UZUN MÜDDƏT YAŞAMİŞ XARİCLƏ QOHUMLUQ ƏLAQƏLƏRİ OLANLAR..HƏRBİ XİDMƏTƏ GƏLMƏZDƏN ƏWƏL HƏRBİ XİDMƏT MÜDDƏTİNDƏ MƏZUNİYYƏTDƏ EZAMİYYƏTDƏ OLARKƏN XARİCDƏ İRANDA QUM ŞƏHƏRİNDƏ DİNİ TƏHSİL ALMİŞ H/QULLUQÇULAR.2..XARİCDƏ QOHUMLARİ YAŞAYAN XARİC LƏ QOHUMLUQ ƏLAQƏLƏRİ OLANLAR.3.MÜXALİFƏT PARTİYALARİNİN ÜZVÜ OLMUŞ.ONLARLA ƏLAQƏLƏRİ OLANLAR.4.DİN PƏRDƏSİ ALTİNDA KƏŞFİYYAT POZUCULUQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLANLAR DİNİ AUDİO VİDEO KASETLƏR ROLİKLƏR ƏM.YOXLAMA.ƏM.MÜŞAHİDƏ.ƏM AXTARİŞ. ƏM.TƏHQİQAT JURNALLAR KİTABLAR QƏZETLƏR MƏQALƏLƏR YAYANLAR.5.MƏHKUMLUĞU MƏHBUSLUĞU KRİMİNAL ELEMENTLƏRLƏ CİNAYƏTKAR ÜNSÜRLƏRLƏ ƏLAQƏSİ OLANLAR.6.ERMƏNİLƏRLƏ QOHUMLUQ ƏLAQƏSİ.ERMƏNİ MİLLƏTİNDƏN OLANLAR.UZUN MÜDDƏT ERMƏNİSTANDA YAŞAMİŞLAR.7.CASUSLUQ. 8.VƏTƏNƏ XƏYANƏT. 9.TƏXRİBAT.10.İDEOLOJİ TƏXRİBAT.11.TERRORÇULUQ. 12.HƏRBİ TEXNİKANİ SURSATİ.SİNDİRAN HƏRBİ ƏMLAKA ZİYAN VURANLAR. 13. RABİTƏ TEXNİKİ VASİTƏLƏRİN SİRADAN ÇİXARDANLAR. 14.MALİYYƏ FİRİLDAQLARİ İLƏ MƏŞĞUL OLAN PUL YİĞİLMA MƏNİMSƏMƏ.YÜNGÜL XİDMƏT YERİNƏ KEÇİRİLMƏ.MADDİ MARAQ ƏSASİNDA AYLİĞA MƏZUNİYYƏTƏ BURAXMA15. VƏZİFƏ SƏLAHİYYƏTİNİ AŞMA VƏZİFƏ SƏLAHİYYƏTLƏRİNDƏN SUİ İSTİFADƏ EXƏNLƏR.16.SATANİSTLƏR PROTESTANTLAR ADVENTİSTLƏR PROBOSLAVLAR VƏHHABİLƏR NURÇULAR 7 Cİ GÜNÜN QARDAŞLARİ KAZİMİLƏR CƏFƏRİLƏR QƏDƏRİLƏR İSMAYİLLİLƏR HƏNƏFİLƏR VƏ.S TƏRİQƏTLƏRİN QEYRİ HÖKUMƏT TƏŞKİLATLARİNİN ADRA KÇF QİRMİZİ XAÇ AYPARANİN ÜZVÜ OLAN ONLARLA ƏLAQƏLƏRİ OLANLAR. 17.ƏM. ŞƏRAİTİN İN 1Cİ 2Cİ 3 CÜ TƏRKİB ELEMENTLƏRİNƏ AİD ŞƏXSLƏR. 18.MƏZMUNU DÖVLƏT HƏRBİ SİRR TƏŞKİL EDƏN HESAB EDİLƏN MƏXFİ MƏLUMATLARİN YAYİLMASİ. 19.PSİXOTROP MADDƏ NARKOTİK VASİTƏ QƏBUL EDƏN ŞƏXSLƏR.20.HƏRBİ HİSSƏNİN ƏTRAFİNDA KAFE RESTORAN ÇAYXANA SAHİBLƏRİ.MARAQ GÖSTƏRƏNLƏR.21.TERROR TÖRƏTMƏK ÜÇÜN ALƏTLƏR AXTARANLAR.22.RADİAKTİV KONTİYNER AŞKAR EDİLDİKDƏ.23.KADR MƏSƏLƏLƏRİNDƏ YERLİBAZLİQ QOHUMBAZLİQ TAYFABAZLİQ TƏMƏNNA .Təqsirləndirilən şəxs.” məzmunlu paylaşımlar etmişdir. O, bu hərəkərlərini uzun müddət işsiz olmasına və təhlükəszilik orqanlarına bərpa olunmaması ilə bağlı törətdiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, 22 ildir şikayət ərizələri yazır, lakin onun ərizələrinə baxılmır.O, çıxış yolunu sosial şəbəkədə görmüşdür. Onun təhlükəszilik orqanlarına işə bərpa olunmaması və pensiya ilə bağlı müraciətlərinə baxılmamışdır. O, da bu səbəbdən sosial şəbəkədə kömək istəmişdir. Dövlət təhlükəsizlik xidməti əməkdaşları onu saxladıqları zaman ona qarşı fiziki zor tətbiq etmişlər. Ona işgəncə vermişlər, əlini-qolunu bağlayıb bağlı vəziyyətdə saxlamışlar. Ona qarşı nalayiq ifadələr işlətmişlər. Birinci dəfə iyul ayında o Dövlət Təhlükəsizlik Xidmətinin Gəncə şöbəsinin əməkdaşları tərəfindən tutularaq işgəncələrə məruz qaldığı üçün məcbur olub, buraxıldıqdan sonra təhqiredici ifadələrlə onları təhqir etmişdir. Sonda məhkəmədon ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 283.1-ci və 284.1-ci maddələri ilə cinayət işi başlanmışdır. -“Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə saat 19:50-də Azərbaycan Respublikası CM-nin 283.1-ci və 284.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Şübhəli şəxsi dindirmə haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi alınarkən özünü təqsirli bilmişdir. -“Təqsirləndirilən şəxs qisimində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 283.1-ci və 284.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -“Təqsirləndirilən şəxsi dindirmə haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi alınarkən Azərbaycan Respublikası CM-nin 283.1-ci və 284.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilmişdir. -Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. -Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə yəni xx.xx.2024-cü il tarixə kimi uzadılmışdır. -Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə yəni xx.xx.2025-ci il tarixə kimi uzadılmışdır. -“Maddi sübut kimi tanımaq haqqında” qərardan görünür ki, 01 ədəd qara rəngli”Samsung Galaxy 05” markalı və 01 ədəd göy rəngli “Xiaomi Redmi 12C” markalı mobil telefon aparatları iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. - 21 yanvar 1998-ci il tarixli 56 saylı əmrdən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “Hərbi Xidmət haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq müvafiq olaraq Azərbaycan Respublikası Prezidentinin yanında Xüsusi idarəyə həqiqi hərbi xidmətə qəbul olunmuş və İdarənin 930 nömrəli briqada üzrə şöbəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin edilmişdir. 11 fevral 1999-cu il tarixli əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Hərbi Əks-kəşfiyyat xidmətinin yaradılması haqqında” 93 saylı 10 fevral 1999-cu il tarixli fərmanına müvafiq olaraq Azərbaycan Respublikası Prezidenti yanında xüsusi idarənin göstərilən şəxsi heyəti 10 fevral 1999-cu il tarixdən Azərbaycan Respublikası Hərbi Əks- kəşfiyyat Xidmətinin sərəncamına götürülmüş və 930 nömrəli briqada üzrə şöbədə əməliyyat müvəkkili leytenant Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Hərbi Əks kəşfiyyat Xidməti haqqında Əsasnamə, Xidmətin strukturu və ştat cədvəli təsdiq edilənədək əvvəl tutduğu vəzifələri icra etməsi qeyd olunmuşdur. 28 aprel 2001-ci il tarixli 468 saylı əmrdən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Hərbi-əks Kəşfiyyat Xidmətinin 930 nömrəli briqada üzrə şöbəsinin əməliyyat müvəkkili vəzifəsinin icraçısı baş leytenant Təqsirləndirilən şəxs xidməti zərurətlə əlaqədar yaranmış zərurətlə əlaqədar tutduğu vəzifədən azad olunmaqla, xidmətin “703 nömrəli briqada üzrə şöbəsinə əməliyyat müvəkkili vəzifəsinin icraçısı təyin edilmiş və 28 aprel 2001ci tarixli iclasının 09 saylı protokolu əsasında baş leytenant Təqsirləndirilən şəxs tutduğu vəzifənin tam uyğun olmaması xəbərdarlıq elan edilmişdir. 20 dekabr 2002-ci il 1318 saylı əmrdən çıxarışdan görünür ki, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 18-ci maddəsinin “q” bəndinə (ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar olaraq xidmətdə istifadə etmək mümkün olmadıqda) müvafiq olaraq 777 nömrəli briqada üzrə şöbənin əməliyyat müvəkkili vəzifəsinin icraçısı baş leytenant Təqsirləndirilən şəxs Silahlı Qüvvələrin ehtiyatına buraxılmış və öhdəsində olan işlərin təhvil verilməsi vaxtı nəzərə alınaraq (02 gün) nəzərə alınmaqla 21 dekabr 2002-ci il tarixdən şəxsi heyətin siyahısından' çıxarılmışdır. O, hərbi qeydiyyata götürülmək üçün Gəncə şəhəri, Kəpəz rayon Hərbi Komissarlığına göndərilmişdir. -Öhdəlikdən görünür ki, 21 yanvar 1998-ci ildə Təqsirləndirilən şəxs dövlət təhlükəsizliyi orqanlarından azad edildikdən sonra ona işlədiyi müddətdə etibar edilmiş və iş prosesində məlum olmuş məxfi məlumatları və dövlət sirlərini heç bir formada yaymayacağına söz vermiş, eləcə də öhdəliyi pozduğu təqdirdə Azərbaycan Respublikasının qanunları ilə ciddi şəkildə cəzalandırılacağına dair öhdəlik imzalamışdır. - DTX İqtisadiyyatın Əks-kəşfiyyat təminatı baş idarəsindən daxil olmuş 17 dekabr 2024-cü il tarixli 9-3828 saylı məktubun məzmunundan görünür ki, “Azərbaycan Respublikasının Dövlət Təhlkəzizliyi Xidmətində məxfiləşdirilməli məlumatların geniş siyahısının hazırlanması üzrə” daimi ekspert komissiyasının ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs sosial şəbəkədə məzmununda əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyətinin qüvvə, vasitə və metodları barədə paylaşdığı məlumatlar “məxfi” dərəcəli dövlət sirrinə aiddir eyni zamanda dövlət təhlükəsizliyinə vurulan ziyanın ağırlıq dərəcəsinin “az ağır” olması müəyyən edilir. - Məhkəmə-linqvistik ekspertizasının 19 sentyabr 2024-cü il tarixli 4/1257 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 2023-cü ildən 2024-cü ilin iyul ayınadək olan müddət ərzində “Facebook” hesabındakı “Təqsirləndirilən şəxs” adlı səhifədəki müəyyən paylaşımlarında sosial nifrət və düşmənçiliyin əlamətləri mövcud olmuşdur. - Məhkəmə-psixiatrik ekspertizasının 30 avqust 2024-cü il tarixli 2518 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayətin törədildiyi anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab olunur, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. - DİN BƏSİİ-dən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 03 fevral 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 132 və 221.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 01 il müddətinə müəllimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 200 saat ictimai işlər və 200 manat cərimə cəzasına məhkum edilmişdir. - Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 03 fevral 2010-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 132 və 221.1-ci maddələri ilə təqsirli bilinərək 01 il müddətinə müəllimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 200 saat ictimai işlər və 200 manat cərimə cəzasına məhkum edilmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin 06 aprel 2010-cu il tarixli qərarından görünür ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 03 fevral 2010-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Kəpəz rayon məhkəmə icraçıları şöbəsindən daxil olmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 03 fevral 2010-cu il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtarmışdır. -Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayyış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsi, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Cinayət Məcəlləsinin 283.1-ci və 284.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Həmçinin məhkəmə istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində DTX-nin əməkdaşları tərəfindən tutularkən və MSY-də olarkən zorakılığa məruz qaldığını bildirdiyindən, məhkəmə həmin xüsusatların araşdırılması üçün müvafiq məlumatı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti Saxlama Yerinə göndərilmiş və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Müvəqqəti Saxlama Yerindən daxil olmuş 10 mart 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs DTX-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına təhvil verilərkən onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Eyni zamanda DTX-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlandığı müddət ərzində işgəncəyə və təzyiqlərə məruz qalmamış, bu müddət ərzində vəkili ilə müddəti məhdudlaşdırılmadan təklikdə görüşməsi və konfidensial ünsiyyət saxlaması üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs DTX-nin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasına təhvil verilərkən və bundan sonra saxlandığı müddət ərzində işgəncəyə və ya digər qeyri-qanuni hərəkətlərə məruz qalması ilə bağlı şikayəti olmamışdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin saxlanılarkən və DTX əməkdaşları tərəfindən tutularkən fiziki və psixoloji zorakılığa məruz qalması ilə bağlı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ona qarşı təzyiq göstərilməsi hissəsində tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həmin hissəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikasının 283.1-ci və 284.1 maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. 61.1.10-ci maddəsinə əsasən cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. 283.1-ci maddəsinə əsasən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 284.1-ci maddəsinə əsasən şəxs tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə görə ona məlum olan dövlət sirrini təşkil edən məlumatların yayılması, dövlətə xəyanət əlamətləri olmadıqda—üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Təqsirləndirilən şəxs dövlət sirrini yayma cinayətini təkrar, o cümlədən dövlət sirrini yayma, sosial nifrət və düşmənçiliyin salınması cinayətini texniki vasitədən istifadə etməklə törətməsi texniki vasitələrdən istifadə edərək törətməsi Azərbaycan Respublikası CM-nin 61.1.1 və 61.1.10-cu maddələrinə əsasən onun cəzasını ağırlaşdıran hallardır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 283.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə və Azərbaycan Respublikası CM-nin 284.1-ci maddəsinin sanksiyası həddində dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin etməyi, Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamağı və üzərində qəti cəza təyin etməyi məqsədəmüvafiq bilir və hesab edir ki, təyin edilmiş cəza Azərbaycan Respublikası CM-nin və cinayət məsuliyyətinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə tam uyğundur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283.1-ci və 284.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 283.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə və Azərbaycan Respublikası CM-nin 284.1-ci maddəsinin sanksiyası həddində dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda məsul vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin təyin edilməli və Azərbaycan Respublikası CM-nin 66.2-ci və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları qismən toplanmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 350 manat (üç yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD– 210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilməlidir. (CPM 198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 132 (yüz otuz iki) manat pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut olan 01 ədəd “Samsung Galaxy 05” və bir ədəd “Xiaomi Redmi 12C” markalı mobil telefonlar cinayət törədiləkən istifadə edildiyindən xüsusi müsadirə edilməli və cinayət işi üçün əhəmiyyətli olduğundan cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci və 284.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın və ona 02 (iki) il müddətinə dövlət, bələdiyyə, yerli özünü idarə etmə, kommersiya və özəl qurumlarda məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 15 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “Samsung Galaxy 05” və bir ədəd “Xiaomi Redmi 12C” markalı mobil telefonlar cinayət törədiləkən istifadə edildiyindən xüsusi müsadirə edilsin və cinayət işi üçün əhəmiyyətli olduğundan cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 350 (üç yüz əlli) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçinın işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 132 (yüz otuz iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar