Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-109/2025 26.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan dəyəri 2.100,00 manat məbləğində olan 30 qram çəkidə 1 ədəd tros sep, dəyəri 1.000,00 manat məbləğində olan 15 qram çəkidə 1 ədəd qızıl qolbağı, dəyəri 1.680,00 manat məbləğində olan 24 qram çəkidə 1 ədəd fantaziya formalı qızıl komplekti, dəyəri 700,00 manat məbləğində olan 10 qram çəkidə 1 ədəd nişan üzüyü, dəyəri 350,00 manat məbləğində olan 5 qram çəkidə 1 ədəd tək qaş qızıl üzük, dəyəri 420,00 manat məbləğində olan 6 qram çəkidə ulduz formalı 1 ədəd üzük, 1 ədəd 350,00 manat dəyərində 5 qram çəkidə üzük, dəyəri 900,00 manat məbləğində olan 1 ədəd “Bosh” markalı paltaryuyan maşın, dəyəri 800,00 manat məbləğində 1 ədəd “İndesit” markalı soyuducu, dəyəri 900,00 manat məbləğində olan 128 düyüm ekranlı “E Max” markalı televizor, dəyəri 120,00 manat məbləğində olan “Daewoo” markalı televizor, dəyəri 70,00 manat məbləğində olan şirniyyat bişirən 1 ədəd elektrikli soba, dəyəri 380,00 manat məbləğində olan İran İslam Respublikasında istehsal olunmuş 1 ədəd soba, dəyəri 70,00 manat məbləğində olan qazla işləyən 1 ədəd mətbəx sobası, dəyəri 40,00 manat məbləğində olan 1 ədəd mikser, dəyəri 25.00 manat məbləğində olan 1 ədəd kofe aparatı, dəyəri 30,00 manat məbləğində olan 1 ədəd blender, ümumi dəyəri 280,00 manat məbləğində olan 2 ədəd qazan dəsti, dəyəri 50,00 manat məbləğində olan 1 ədəd elektrikli somavar, dəyəri 80,00 manat məbləğində olan 1 ədəd od samovarı, dəyəri 30,00 manat məbləğində olan tefal materialından hazırlanmış 1 ədəd sac, dəyəri 300,00 manat məbləğində olan 1 ədəd tozsoran, ümumi dəyəri 100,00 manat məbləğində olan 5 ədəd döşəkdən ibarət döşək dəsti, ümumi dəyəri 100,00 manat məbləğində olan 5 ədəd yorğan, ümumi dəyəri 80,00 manat məbləğində olan 5 ədəd yastıq, ümumi dəyəri 150,00 manat məbləğində olan 5 ədəd yataq örtüyü, ümumi dəyəri 250,00 manat məbləğində olan çarpayı, ümumi dəyəri 100,00 manat məbləğində olan 2 ədəd stol, ümumi dəyəri 150,00 manat məbləğində olan 6 ədəd stul, dəyəri 50,00 manat məbləğində olan 1 ədəd paltar asmalığı, dəyəri 40,00 manat məbləğində olan 1 ədəd sərinləndirici, dəyəri 600,00 manat məbləğində olan 1 ədəd mebel, ümumi dəyəri 240,00 manat məbləğində olan 2 ədəd xalça, ümumi dəyəri 230,00 manat məbləğində olan 2 ədəd çıl-çıraq, dəyəri 150,00 manat məbləğində olan 1 ədəd pərdə, dəyəri 70,00 manat məbləğində olan 1 ədəd şirəli qazan ləyəni, ümumi dəyəri 100,00 manat məbləğində olan 2 ədəd “Tefal” materialından hazırlanmış ütü, həmin əşyalar olmadıqda isə onların dəyəri, habelə fərdi yaşayış evinin təmir-tikintisinə sərf edilmiş vəsaitin yarısının əvəzi qismində 5.060,00 manat məbləğində pul vəsaitinin alınıb Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(125)-504/2023 saylı, 09 avqust 2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-3458/2023 saylı və xx.xx.2024-cü il tarixli, 3(125)-1732/2024 saylı qərarları ilə ilk halda 700,00 manat miqdarında inzibati qaydada cərimə, digər halda 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyət elan olunmaqla xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 30 iyul 2024-cü il tarixədək cəmi 18145.00 manat məbləğində borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə birgə nigah dövründə məhkəmə qətnaməsində qeyd olunan qızıl-zinət əşyalarını girov qoymaqla borc pul almış, sonradan həmin borcu ödəyərək qızıl-zinət əşyalarını lombarddan geri götürmüşdür. Lakin sonuncu dəfə 2018-ci ildə Zərərçəkmiş şəxs yeni aldığı qızıl-zinət əşyalarını lombarda qoyaraq 6000 manat məbləğində pul götürmüş və daha sonra 2021-ci il tarixdə oğlu X4 vəkalətnamə vermiş və İzzət lombarda gedərək qızıl-zinət əşyalarını oradan götürmüşdür. O, bundan başqa Zərərçəkmiş şəxs ilə birlikdə yaşayarkən, yaşadığı evin təmir-tikinti işlərinə ümumilikdə 800 manat məbləğində vəsait sərf etmişdir. Həmin ev isə qardaşı ilə birlikdə ata evləri olmuş, sonradan qardaşından borc aldığından, evdən ona düşən payı qardaşına vermişdir. Zərərçəkmiş şəxs ilə onlar evli olduğu müddətdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, maşinist işləmiş və qazancı təxminən 1000-1500 manat təşkil etmişdir. Həmin müddətdə onlar Gəncə şəhərində onun ata evində birlikdə yaşamışlar. O, nigah münasibətində olduğu müddətdə Zərərçəkmiş şəxs ilə yola getməmiş, buna görə də 2022ci ildə ayrılmaq qərarına gəlmiş və onlar rəsmi boşanmışlar. Məhkəmə qətnaməsində qeyd edilən qızıl-zinət əşyaları və əmlaklar hal-hazırda Zərərçəkmiş şəxs Kəmaləddin qızının özündədir və Zərərçəkmiş şəxs həmin qızıl-zinət əşyalarını və əmlakları satdığına dair yalan məlumat verib ondan pul almaq istəyir. Qeyd olunan məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş, maddi imkanının kifayət qədər olmaması səbəbindən qızıl-zinət, cehiz əşyaları və onların dəyərini ödəyə bilməmişdir. Hazırda başqa bir qadınla ailə qurmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona məxsus evi satdıqda ona 9000 (doqquz min) mant pul verilmişdir. O, həmin puldan 1000 manat borcuna görə Zərərçəkmiş şəxs vermiş, qalan pul ilə borclarını bağlamış və özünə maşın almışdır. O, maşını taksi sürücüsü işləmək üçün almışdır. O, iş üçün məşğulluq xidmətinə müraciət etmişdir. Məşğulluq xidmətinin ona təklif etdiyi işi maaşı aşağı olduğu üçün qəbul etməmişdir. O, şəkər xəstəsidir, borcunu ödəməyə maddi imkanı yoxdur. Ona görədə məhkəmədən ifadəsində göstərdiklərini nəzərə almağı xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onlar evli olduğu müddətdə fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, maşinist işləmiş və qazancı 1000-1500 manat təşkil etmişdir. Həmin müddətdə onlar Gəncə şəhərində Təqsirləndirilən şəxs ata evində birlikdə yaşamışlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsa da ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikah münasibətində olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də 2022-ci il tarixdə ayrılmaq qərarına gəlmiş və rəsmi boşanmışdır. O isə 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qarşı məhkəmədə qızıl-zinət əşyaları, əmlak və pul tələbinə dair iddia qaldırmış və Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 09 avqust 2023-cü il tarixli qətnaməsinə əsasən ona məxsus əşyaların və pulun Təqsirləndirilən şəxs alınıb ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs həmin qızıl- zinət əşyaları və əmlakları satmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də ona olan qızıl-zinət və cehiz əşyalarını və onların dəyərini ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs inzibati qaydada təqsirli bilinərək Gəncə Şəhər Məhkəməsinin qərarları ilə ilk halda cərimə, digər halda 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra da baxmayaraq ki, keçmiş əri ev satmış, onun borcunu ödəməyə maddi imkanı olmuş lakin borcunu qərəzli olaraq ödəməkdən imtina etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs birlikdə inşa etdikləri evi sökmüş, onun cehizlik əşyalarını satmış və onu döymüşdür. O, bu məsələ ilə bağlı prokurorluğa müraciət etmişdir. Onun bu müraciətindən sonra Təqsirləndirilən şəxs ona cəmi 1000 (min) manat ödəniş etmişdir. Təqsirləndirilən şəxs yaşadıqları evi 45000 (qırx beş min) manata satışa qoysada məhkəmədə guya evi ucuz satdığını söyləmişdir. Sonda Təqsirləndirilən şəxs borcunu tam şəkildə ödəmədiyi halda ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Gəncə Şəhər Məhkəməsinin icra sənədinə əsasən Təqsirləndirilən şəxs əşyalar, əşyalar olmadıqda isə onların dəyəri, habelə fərdi yaşayış evinin təmir-tikintisinə sərf edilmiş vəsaitin yarısının əvəzi qismində 5.060 (beş min altmış) manat məbləğində pul vəsaiti alınıb Zərərçəkmiş şəxs Kəmaləddin qızına verilməsi qət edilmişdir. Bununla əlaqədar Gəncə şəhəri üzrə İcra idarəsində xx.xx.2023-cü il tarixdə başlanılmış icraat zamanı icra sənədi üzrə müəyyən olunmuş tələb Təqsirləndirilən şəxs tərəfindən yerinə yetirilməmişdir. İcra sənədləri üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə xəbərdarlıqlar göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində müvafiq dövlət orqanlarına sorğular verilmiş, nəticədə isə borclunun adına tələbin yönəldilə biləcəyi hər hansı bir əmlak və gəlir aşkar etmək mümkün olmamışdır. Borclu Təqsirləndirilən şəxs yaranmış borcun ödənilməsi tələb edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli verdiyi izahatında yaranmış borcunu ödəməyəcəyini və ödəməkdə fikri olmadığını bildirmişdir. İcra sənədləri üzrə borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbləri Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən yerinə yetirilmədiyinə görə barəsində xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 700,00 manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İnzibati qaydada cərimə olunduqdan sonra Təqsirləndirilən şəxs icra sənədi üzrə borcunu ödənilməsi üçün xəbərdarlıqlar verilmiş, lakin borclu tərəfindən borc ödənilməmişdir. Borclu Təqsirləndirilən şəxs yaranmış borcun ödənilməsi tələb edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixli verdiyi izahatında yaranmış borcunu ödəməyə imkanı olmadığını bildirmişdir. İcra sənədləri üzrə borcun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbləri Təqsirləndirilən şəxs tərəfindən üzrsüz səbəbdən yerinə yetirilmədiyinə görə barəsində xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs 20 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati qaydada həbsdə olma müddəti bitdikdən sonra Təqsirləndirilən şəxs icra sənədi üzrə borcunun ödənilməsi üçün yeni müddət verilmiş, lakin keçən müddət ərzində borclu tərəfindən borc ödənilməmişdir. Borclu etdiyi bu kimi hərəkətlərlə icra sənədlərinin icrasından yayınmış və borc öhdəliyindən boyun qaçırmağa cəhd göstərmişdir. Məhkəmə qərarlarının icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədləri üzrə tələbləri qanunla müəyyən olunmuş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış və iş üzrə tələbkarların qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Gəncə şəhər Məhkəməsinin icra sənədi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Kəmaləddin qızına cəmi 17145.00 manat borcu qalmaqdadır. Məhkəmə istintaqı zamanı Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, evə yerləşdirmə ilə bağlı onlara icra sənədi daxil olmuş, onlar ünvana getmiş, lakin oraya getdikləri zaman evin söküldüyünün şahidi olmuşlar. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhər üzrə İcra idarəsinin böyük icra məmuru Şahid2 da ifadəsində icra məmuru Şahid1 dediklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 19 sentyabr 2024-cü il tarixdə AR CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. -Gəncə şəhər Məhkəməsinin 2(125)-504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs dəyəri 2.100,00 manat məbləğində olan 30 qram çəkidə 1 ədəd tros sep, dəyəri 1.000,00 manat məbləğində olan 15 qram çəkidə 1 ədəd qızıl qolbağı, dəyəri 1.680,00 manat məbləğində olan 24 qram çəkidə 1 ədəd fantaziya formalı qızıl komplekti, dəyəri 700,00 manat məbləğində olan 10 qram çəkidə 1 ədəd nişan üzüyü, dəyəri 350,00 manat məbləğində olan 5 qram çəkidə 1 ədəd tək qaş qızıl üzük, dəyəri 420,00 manat məbləğində olan 6 qram çəkidə ulduz formalı 1 ədəd üzük, 1 ədəd 350,00 manat dəyərində 5 qram çəkidə üzük, dəyəri 900,00 manat məbləğində olan 1 ədəd “Bosh” markalı paltaryuyan maşın, dəyəri 800,00 manat məbləğində 1 ədəd” İndesit” markalı soyuducu, dəyəri 900,00 manat məbləğində olan 128 düyüm ekranlı “E Max” markalı televizor, dəyəri 120,00 manat məbləğində olan “Daewoo” markalı televizor, dəyəri 70,00 manat məbləğində olan şirniyyat bişirən 1 ədəd elektrikli soba, dəyəri 380,00 manat məbləğində olan İran İslam Respublikasında istehsal olunmuş 1 ədəd soba dəyəri 70,00 manat məbləğində olan qazla işləyən 1 ədəd mətbəx sobası, dəyəri 40,00 manat məbləğində olan 1 ədəd mikser, dəyəri 25.00 manat məbləğində olan 1 ədəd kofe aparatı, dəyəri 30,00 manat məbləğində olan 1 ədəd blender, ümumi dəyəri 280,00 manat məbləğində olan 2 ədəd qazan dəsti, dəyəri 50,00 manat məbləğində olan 1 ədəd elektrikli somavar, dəyəri 80,00 manat məbləğində olan 1 ədəd od samovarı, dəyəri 30,00 manat məbləğində olan tefal materialından hazırlanmış 1 ədəd sac, dəyəri 300,00 manat məbləğində olan 1 ədəd tozsoran, ümumi dəyəri 100,00 manat məbləğində olan 5 ədəd döşəkdən ibarət döşək dəsti, ümumi dəyəri 100,00 manat məbləğində olan 5 ədəd yorğan, ümumi dəyəri 80,00 manat məbləğində olan 5 ədəd yastıq, ümumi dəyəri 150,00 manat məbləğində olan 5 ədəd yataq örtüyü, ümumi dəyəri 250,00 manat məbləğində olan çarpayı, ümumi dəyəri 100,00 manat məbləğində olan 2 ədəd stol, ümumi dəyəri 150,00 manat məbləğində olan 6 ədəd stul, dəyəri 50,00 manat məbləğində olan 1 ədəd paltar asmalığı, dəyəri 40,00 manat məbləğində olan 1 ədəd sərinləndirici, dəyəri 600,00 manat məbləğində olan 1 ədəd mebel, ümumi dəyəri 240,00 manat məbləğində olan 2 ədəd xalça, ümumi dəyəri 230,00 manat məbləğində olan 2 ədəd çılçıraq, dəyəri 150,00 manat məbləğində olan 1 ədəd pərdə, dəyəri 70,00 manat məbləğində olan 1 ədəd şirəli qazan ləyəni, ümumi dəyəri 100,00 manat məbləğində olan 2 ədəd tefal materialından hazırlanmış ütü, həmin əşyalar olmadıqda isə onların dəyəri, habelə fərdi yaşayış evinin təmir-tikintisinə sərf edilmiş vəsaitin yarısının əvəzi qismində 5.060,00 manat məbləğində pul vəsaiti alınıb Zərərçəkmiş şəxs verilməlidir. -Gəncə şəhər Məhkəməsinin 2(125)-504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs dəyəri 2.100,00 manat məbləğində olan 30 qram çəkidə 1 ədəd tros sep, dəyəri 1.000,00 manat məbləğində olan 15 qram çəkidə 1 ədəd qızıl qolbağı, dəyəri 1.680,00 manat məbləğində olan 24 qram çəkidə 1 ədəd fantaziya formalı qızıl komplekti, dəyəri 700,00 manat məbləğində olan 10 qram çəkidə 1 ədəd nişan üzüyü, dəyəri 350,00 manat məbləğində olan 5 qram çəkidə 1 ədəd tək qaş qızıl üzük, dəyəri 420,00 manat məbləğində olan 6 qram çəkidə ulduz formalı 1 ədəd üzük, 1 ədəd 350,00 manat dəyərində 5 qram çəkidə üzük, dəyəri 900,00 manat məbləğində olan 1 ədəd “Bosh” markalı paltaryuyan maşın, dəyəri 800,00 manat məbləğində 1 ədəd ” İndesit” markalı soyuducu, dəyəri 900,00 manat məbləğində olan 128 düyüm ekranlı “E Max” markalı televizor, dəyəri 120,00 manat məbləğində olan “Daewoo” markalı televizor, dəyəri 70,00 manat məbləğində olan şirniyyat bişirən 1 ədəd elektrikli soba, dəyəri 380,00 manat məbləğində olan İran İslam Respublikasında istehsal olunmuş 1 ədəd soba dəyəri 70,00 manat məbləğində olan qazla işləyən 1 ədəd mətbəx sobası, dəyəri 40,00 manat məbləğində olan 1 ədəd mikser, dəyəri 25.00 manat məbləğində olan 1 ədəd kofe aparatı, dəyəri 30,00 manat məbləğində olan 1 ədəd blender, ümumi dəyəri 280,00 manat məbləğində olan 2 ədəd qazan dəsti, dəyəri 50,00 manat məbləğində olan 1 ədəd elektrikli somavar, dəyəri 80,00 manat məbləğində olan 1 ədəd od samovarı, dəyəri 30,00 manat məbləğində olan tefal materialından hazırlanmış 1 ədəd sac, dəyəri 300,00 manat məbləğində olan 1 ədəd tozsoran, ümumi dəyəri 100,00 manat məbləğində olan 5 ədəd döşəkdən ibarət döşək dəsti, ümumi dəyəri 100,00 manat məbləğində olan 5 ədəd yorğan, ümumi dəyəri 80,00 manat məbləğində olan 5 ədəd yastıq, ümumi dəyəri 150,00 manat məbləğində olan 5 ədəd yataq örtüyü, ümumi dəyəri 250,00 manat məbləğində olan çarpayı, ümumi dəyəri 100,00 manat məbləğində olan 2 ədəd stol, ümumi dəyəri 150,00 manat məbləğində olan 6 ədəd stul, dəyəri 50,00 manat məbləğində olan 1 ədəd paltar asmalığı, dəyəri 40,00 manat məbləğində olan 1 ədəd sərinləndirici, dəyəri 600,00 manat məbləğində olan 1 ədəd mebel, ümumi dəyəri 240,00 manat məbləğində olan 2 ədəd xalça, ümumi dəyəri 230,00 manat məbləğində olan 2 ədəd çıl-çıraq, dəyəri 150,00 manat məbləğində olan 1 ədəd pərdə, dəyəri 70,00 manat məbləğində olan 1 ədəd şirəli qazan ləyəni, ümumi dəyəri 100,00 manat məbləğində olan 2 ədəd tefal materialından hazırlanmış ütü, həmin əşyalar olmadıqda isə onların dəyəri, habelə fərdi yaşayış evinin təmir-tikintisinə sərf edilmiş vəsaitin yarısının əvəzi qismində 5.060,00 manat məbləğində pul vəsaitinin alınıb Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. - Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)- 504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. - xx.xx.2023-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə şəhər Məhkəməsinin 2(125)-504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. -Əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, Təqsirləndirilən şəxs ilə-su anbarlarının və nasos qurğularının istismarı sahəsinin Azbaritin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin, 2-ci hissəsinin “a”” bəndinə əsasən işçinin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdən xitam verilmişdir. -Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(125)-3458/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh edilmişdir. -Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(125)-1416/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. -Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-1732/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilmişdir. - “Yeni müddətin təyin olunması barədə” xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-504/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, onun barəsində CM-nin 306.1-ci maddəsinə əsasən təqdimat tərtib edilərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. - xx.xx.2024-cü il “İşə qəbul edilməsi barədə” Təklifdən görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini Ələmdar İbrahimov tərəfindən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzində qeydiyyatdan keçərək işə qəbul olunma barədə arayış təqdim etməsi təklif olunmuş, əks təqdirdə həmin Mərkəzə müraciət etmədiyi halda, bu, borcun ödənilməsindən boyun qaçırması kimi qiymətləndiriləcəyi bildirilmişdir. -Arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda Gəncə şəhəri, Vaqif küçəsi. Ev 16 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -“Şəxsin məcburi gətirilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməsi üçün 04 noyabr 2024-cü il tarixdə Ədliyyə Nazirliyinin İstintaq idarəsinə məcburi gətirilməsi qərara alınmışdır. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -“Təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında” 05 noyabr 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması və tutularaq Bakı şəhər Yasamal rayon İdarəsinin müvəqqəti saxlama yerinə gətirilməsi qərara alınmışdır. -“Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 05 noyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə icraatın Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək dayandırılması qərara alınmışdır. -“Axtarışda olan şəxsin tutulması barədə” 10 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 dekabr 2024-cü il tarixdə saat 17:30 radələrində tutulmuşdur. -“Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış istintaq icraatı təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir. -Kapital Bankın 26480 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs qətnamə üzrə borcundan 1000 (min) manat ödəniş etmişdir. - “Qətimkan tədbiri seçmə haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. -“Müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 12 dekabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X5 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçildiyindən onun Bakı şəhər Yasamal rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən dərhal azad ediləsi qərara alınmışdır. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh Təqsirləndirilən şəxs 10200 (on min iki yüz) manat pulun tutularaq müştərək qaydada iddiaçılar X1, X2, X4 və Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin dəymiş zərərdən qismən ödəniş etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halın olmasını, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin icrası da mümkünsüz olacaqdır. Yuxarıda sadalanan hallar nəzərə alınmadan çıxarılan bir məhkəmə aktı ilə digər məhkəmə aktının icrasına da maneə yaranacaqdır. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuş, xx.xx.2024-cü il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəzasının icrası yaşayış yeri üzrə, yəni Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçilərin işlədikləri vəkil bürolarının hesablarına müvafiq olaraq 138 (yüz otuz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, ekspetiza xərci, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 138 (yüz otuz səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-109/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-109/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver