Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-11/2024 01.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsvə onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhər anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 7000 manat cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, aldatma etibardan sui-istifadə etmə yolu ilə təkrar xeyli miqdarda özgənin əmlakını keçirərək dələduzluq etmişdir. Belə ki. o, X9 təqaüdünü bərpa etdirəcəyi barədə yalan, vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin dekabr ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən evin qarşısında Zərərçəkmiş şəxs1 vasitəsi ilə 6000 manat məbləğində pulunu alıb ələ keçirərək zərərçəkmiş Afiq Hüseynova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar Zərərçəkmiş şəxs1 sonuncunun qohumu X1 təqüdünü bərpa etdirəcəyi barədə yalanvədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin dekabr ayının sonlarında ünvan 3 ünvanda yerləşən “Zeytun” aptekdə Zərərçəkmiş şəxs1 5000 manat pulunu alıb keçirərək dələduzluq etmişdir. Bundanbaşqa o, təkrar Zərərçəkmiş şəxs3 təqüdünü bərpa etdirəcəyi barədə sonuncunun qohumu Zərərçəkmiş şəxs1 vasitəsiyalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin dekabr ayının sonlarında ünvan 3ünvanda yerləşən “Zeytun” aptekdə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 5000 manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrar Zərərçəkmiş şəxs4 təqaüdünü bərpa etdirəcəyi barədəsonuncunun qohumu Zərərçəkmiş şəxs1 vasitəsi ilə yalan vədlər verməklə inandırıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin dekabr ayının sonlarında Gəncə şəhəri, Nizami prospekti 36saylıünvanda yerləşən “Zeytun” aptekdə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 4000 manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. İttiham aktına əsasən, həmin hərəkətləri ilə Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdagöstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır: Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 178.2.2 və 178.2.4-cü maddələrində ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1 ümumiyyətlə tanımamışdır. Onun uşağı xəstə olduğu üçün uşağın oxuduğu orta məktəbin yanında fəaliyyət göstərən aptekdən tez-tez dərman almış, həmin aptekdə əczaçı kimi fəaliyyət göstərən Şahid3 da elə orada tanımışdır. Belə ki, o, uşaq üçün dərman alanda bəzi vaxtlarda maddi vəziyyəti aşağı olduğu üçün Lamia ona həmin dərmanları nisyə vermişdir. Həmin güzəştlər əsasında onun Lamia ilə rəfiqəlik münasibəti yaranmışdır. 2021-ci il tarixdə oktyabr, noyabr aylarında uşağının əməliyyatı ilə 14000 (on dörd min) manat pula ehtiyacı olduğu üçün o, Lamia adlı xanımdan borc almış, Lamia ona həmin pulu 20% artıq miqdarda qaytarmaq şərti ilə sələmə vermişdir.O, hardasa 2-3 ay sələmin faizini verdikdən sonra, Lamia ona həmin pulu tam formada qaytarmasını istəmiş, o da həmin pulu qaytarmışdır. Lamia ilə o öz aralarında razılaşaraq o, maddi imkanı pis olduğu üçün Lamiayaya 14000 manat əsas borcu qaytarmış qalan faizi isə qaytarmağa ehtiyac olmadığını Lamia ona demişdir. Eyni zamanda Lamia onatanışı olduğu Vasifin narahat insan olduğunu sonra problem yaşanmasın deyə pulu qaytaran zaman video görüntüyə çəkməyi məsləhət bilmişdir. O, Lamiyənin elə deməyindən guman etmişdir ki, həmin pulun bir hissəsi yaxud da hamisi Vasifə məxsusdur. O da Lamianın dediyi kimi 14000 manat borcu qaytaranda videoya çəkmişdir.Pulu qaytaran zaman Vasif də orada olmuş, o, qaytarılan puldan artıq 6000 manat pul da qaytarmalı olduğunu demişdir.O da onunla razılaşmamışdır. O, artıq pul qaytarmadığı üçün Vasif ilə Lamia arasında mübahisə yaşanmışdır. Daha sonra Vasif onun barəsində polisə dələduzluqla bağlı şikayət etmiş və o, polis tərəfindən idarəyə dəvət edilmişdir. Polis idarəsində müstəntiq ona hansı sənəd təqdim etmişdirsə, o, heç bir sənədə qol çəkməmişdir. Həmin vaxtın üstündən bir müddət keçdikdən sonra onu ikinci dəfə bir daha polis idarəsinə dəvət etmişlər. Həmin günü onun uşağı xəstəxanadan çıxmışdır. O, polis idarəsində müstəntiqə uşağının xəstəxanadan çıxdığını, onun vaxtının olmadığını demişdir. Müstəntiq ona Vasifin problemli adam olduğunu heç kimin onunla bacarmadığını deyərək, onu orada biraz daha gözlətdikdən sonra gəlib ona 48 saat müddətinə həbs olunduğunu demişdir. Bu müddət ərzində onun əməliyyat olunmuş uşağının vəziyyəti pisləşdiyi üçün uşağı yenidən xəstəxanaya aparmışlar, lakin o, uşağı ilə heç bir əlaqə saxlaya bilməmişdir. Onu tutandan sonra onlar müstəntiq Ayaz Əhmədov barəsində şikayət verdiyi üçün oraya Polis idarəsinin rəisi Teymur müəllim gəlmiş, məsələnin aydınlaşdırılması üçün Ayazın da həmin yerə gəlməsini tələb etmişdir. Ayaz gəlib oraya ona şikayətinin geri götürülməsini xahiş etmiş, ona oradan çıxmasında köməklik edəcəyini demişdir. O, 48 saatdan sonra çıxmış, çıxdıqdan sonra Ayazdan lazımı qurumlara şikayətlər yazmışdır.Vasif bir neçə dəfə qara şüşəli avtomobil ilə onu izləmiş, o da müstəntiq Ayaza zəng edərək, bu barədə tədbir görülməsini tələb etmişdir. Həmin vaxt iş artıq məkhəmədə olmuşdur. Sonra onların yaxın bir qohumu Vasiflə danışmış, nahaq yerə şər atmaq lazım olmadığını, düz etmədiyini ona başa salmışdır. Həmin söhbətdən sonra Vasif etdiyi hərəkətin düz olmadığını başa düşüb şikayətinin şər olduğunu etiraf etmişdir. O, digər zərərçəkmiş şəxsləri tanımadığını, onları əvvəllər görmədyini və onlarla heç bir söhbət etmədiyini demişdir. Sonda o, barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Təqsirləndirilən şəxs ilk dəfə məhkəmədə görmüşdür.Lamiyə barədə o, heç bir məlumat eşitməmişdir. Zərərçəkmiş şəxs1la təxminən 1 ildir ki, tanış olmuşdur. Zərərçəkmiş şəxs1 ondan 6000 manat borc istəmiş, o da Vasifə həmin pulu vermişdir. Bir müddət sonra o, borcunun 3700 manatını almış, qalan 2300 manatı qalmışdır. Onun 2021-ci il tarixindən bəri aldığı təqaüd kəsilmiş, o, oxumağı-yazmağı yaxşı bilmədiyi üçün ona müstəntiq tərəfindən təqaüdlə bağlı arayışa imza elətdirilmiş, o, bilmədən həmin arayışa imza etmişdir. O, heç kimdən şikayət etmədiyini, məhkəməyə niyə çağrıldığı belə bilmir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. O, Zərərçəkmiş şəxs1 ilə eyni kənddən olduğu üçün Zərərçəkmiş şəxs1 onun evinə gəlmiş, ona kağız verərək, həmin kağıza imza etdiyini demiş, o da oxumadan imzalamışdır. Həmin kağızda yazılanların ibtidai istintaq zamanı verilən ifadənin mətni olduğunu bilməmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs14000 (on dörd min) manat borc pul vermiş, Təqsirləndirilən şəxs borcu ona gec qaytardığı üçün o, əsəbləşərək, polisə şikayət ərizəsi yazmışdır. O, polisdə ərizə yazarkən Təqsirləndirilən şəxs ona borclu olduğunu desə polislər tərəfindən ərizəyə baxmayacaqlarını düşünüb, yalandan Lamiyənin dələduzluq etdiyini, ondan iş düzəltmək adı ilə pul aldığını demişdir. O, əsəbi olduğu üçün dediklərinin məsuliyyətini başa düşməmişdir. Sonda o,Təqsirləndirilən şəxs hər hansı şəxsin təqaüdünün düzəldilməsi ilə bağlı pul vermədiyini, ona verdiyi borcun sonuncu tərəfindən tam şəkildə ödənildiyini, ona qarşı heç bir dələduzluq edilmədiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət, tələbi və iddiası qalmamışdır. Lamiyə barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmiş və bu barədə notarial qaydada təsdiq edilmiş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki,o, Təqsirləndirilən şəxs tanımır. O, evdə olduğu zaman qaynanası ona bir sənəd gətirmiş və həmin sənədə imza etməyini istəmişdir. Belə ki, qaynanası demişdir ki, o, kiməsə borc vermiş həmin borcu geri qaytarmışlar və sənəd onunla əlaqəlidir. O, qaynanasından heçnə soruşmadan sənədi imzalamışdır.Həmin kağızda yazılanların ibtidai istintaq zamanı verilən ifadənin mətni olduğunu bilməmişdir. Hazırki cinayət işi və təqdirləndirilən şəxs barəsində son zamanlarda məlumatı olmuşdur. O, heç kimə nə pul vermiş, nə də kimdənsə pul almışdır. Sonda o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid kimi dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs aptekdə işlədiyi zaman tanımışdır. Belə ki, Lamiyənin xəstə uşağı olduğu üçün ona tez-tez dərman satmışdır. Bəzən ona dərmanların satışında güzəştlər etmişdir. Onların arasında bu səbəbdən münasibət yaranmışdır. Uşaqlarının səhhətinə görə Lamiyənin pula ehtiyacı yaranmış, o isə Lamiyəyə kömək etmək qərarına gəlmişdir. Tanışı Vasifin vasitəsinə ona 14000 AZN məbləğində pul vermişdir. Vasif sələmlə məşğul olmuş, bu yolla gəlir əldə etmişdir. Lakin sonradan Vasif pulun vaxtından öncə ödənilməsini, üstəgəl faizini də tələb etmişdir. Bu sözləri o, Lamiyəyə çatdırmış, Lamiyə götürdüyü əsas borcu onun işlədiyi aptekdə Vasifə qaytarmışdır. Bununla bağlı Lamiyə gizli videoçəkiliş də etmişdir. Lakin sonradan Vasif Lamiyə tərəfindən pulun gec verilməsini, pulun faizinin verilməməsini əsas gətirərək həm onu, həm də Lamiyəni təhdid etməyə başlamışdır. Vasifdən qorxduğu üçün o da zərərçəkmişlər kimi Lamiyənin əleyhinə ifadə vermişdir. Bu gün də o, arabir Vasifin təhdidləri ilə üz-üzə gəlir. Lamiyə ilə Vasif arasında olan pul münasibəti sırf borc münasibəti olmuş, Lamiyə heç kimi etibarəndan suiistifadə edərək aldatmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında”qərardan görünür ki, Təqsirləndirilən şəxsxx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2022-ci il tarixli qərarı ilə X7 azad edilmişdir. “Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, keçirilmiş istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ibtidai istintaqdakı ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. 1 nömrəli uşaq poliklinikasının xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində olan uşağı xx.xx.2006-cı il təvəllüdlü X6 uşaq 1 saylı poliklinikasında allergik komponentin üstünlüyü ilə gedən ağır gedişli tez-tez residiv verən tənəffüs çatışmamazlığı İİ-İİİ dərəcə rinit diaqnozu ilə dispansev müşahidədir. Azərbaycan Respublikası Əmək və Əhlainin Müdafiəsi Nazirliyi tibbi-sosial ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2019-cu il tarixli məlumatdan görünür ki, X6 allergik komponentin üstünlüyü müşahidə olunan astma, tez-tez residiv verən ağır gedişli bronxial astma, xroniki tənəffüs çatmamazlığı İİ-İİİ dərəcə, hormondan aslı xroniki sinusit miqren, nevroz dəmir defisitli anemiya. Ana tək anadır. Uşaq sağlamlıq imkanı məhdud uşaq kimi müavinət alır. xx.xx.2022-ci il tarixli“diskə baxış keçirilməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, DVD diskdə 4 ədəd videogörüntü faylı vardır. 1-ci videogörüntü faylında qeydə alınmış görüntülərin müddəti 31 saniyədir. Görüntülərdə bir nəfər kişi cinsində olan şəxsin əlində pul sayması görünür. Həmin şəxs 100 deyə sayıb qurtarıb 10 deyir, bundan sonra videoda görünməyən bir nəfər qadın səsində 10000 o, 4000 də bu, elə bil 14000 pul vermişdiz, 14000 mən sizə qaytardım deyir. 2-ci videogörüntü faylda qeydə alınmış görüntülərin müddəti 1 dəqiqə 33 saniyədir. Görüntülərdə heç bir şəxs görünmür və iki nəfər qadın cinsində olan şəxslərin arasında pul məsələləri barədə söhbət gedir, görüntünün sonunda isə bir nəfər kişi cinsində olan şəxsin məsələlərin bu yerə çatmamalı olduğunu bildirir. 3-cü videogörüntü faylda qeydə alınmış görüntülərin müddəti 33 saniyədir. Görüntülərdə bir nəfər kişi cinsində olan şəxslə digər qadın cinsində olan şəxsin arasında söhbət aparılır, kişi cinsində olan şəxs ayın birinə qalası olsa səndən 30000 pul götürəcəyimi, sənin məni aldadaraq 24000 manat pul aldığını, üstünündə 6000 olduğunu bildirir, qadın cinsində olan şəxs isə hansı əsasla 30000 tələb etdiyini və ona heç kimin 24000 pul vermədiyini bildirir. 4-cü videogörüntü faylda qeydə alınmış görüntülərin müddəti 20 saniyədir. Görüntülərdə bir nəfər kişi cinsində olan şəxs bu şəhərdə sənin qabağına daş dığırlayan olsa alçaq olaram mən onu pisikdirməsəm deyir, digər qadın cinsində olan şəxs isə Allah canınıza sağlıq versin deyir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin görüntüdə Zərərçəkmiş şəxs1 ilə onun danışdığını və 14000 manat pulu Zərərçəkmiş şəxs1 qaytardıqdan sonra Zərərçəkmiş şəxs1 onunla o formada danışdığını bildirmişdir. xx.xx.2022-ci il tarixli 6970 nömrəli Gəncə şəhər Psixoloji Dispanserin arayışından görünür ki, Məmmədova X2 Dispanserdə qeydiyyatda durmur. xx.xx.2022-ci il tarixli 7116 nömrəli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki,Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 7000 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə sübut qismində tanınmış bir ədəd DVD disk cinayət işinə əlavə edilmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsləri, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz elan edilməli və cinayət hadisəsi olmadığına görə ona bəraət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə isə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə görə hər kəs ona qarşı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə, işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair”17 mart 2011-ci il tarixli Qərarında göstərmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını,cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin 1.2.2-ci maddəsinə görə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ona yönəlmişdir ki, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etmək mümkün olmasın. Həmin Məcəllənin 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nin 28.2-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər. Həmçinin Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 124.1 və 124.1.2-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: hadisənin cinayət hadisəsi olubolmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 124.2 və 124.2.1-ci maddələrinə əsasən cinayət prosesindəşübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri sübut kimi qəbul olunur. 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; 125.2, 125.2.1 və 125.2.7-ci maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir; 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici, ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Beləliklə, məhkəmə, məhkəmə iclasında dindirilmiş zərərçəkmişlərin və şahidin ifadələrinə və tədqiq edilmiş digər sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verməsi öz təsdiqini tapmır. İttiham aktında qeyd edildiyi kimi, dələduzluq hadisəsi əslində baş verməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. Təqsirləndirilən şəxs hər hansı zərərçəkmiş şəxsə qarşı dələduzluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri ilə sübuta yetirilməmiş, əksinə ibtidai istintaq zamanı verilmiş ifadələrlə məhkəmə iclasında verilmiş ifadələr arasında bir sıra ziddiyyətlər yaranmışdır. Belə ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq məhkəmə baxışı zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxsə borc pul verdiyini, həmin pulu gec qaytardığı üçün əsəbləşərək onun barəsində polisə dələduzluqla bağlı şikayət etdiyi, əslində isə təqsirləndirilənin ona qarşı heç bir dələduzluq etmədiyini bildirməklə, ziddiyyətli ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 isə ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsi tanımadığını, onu ilk dəfə məhkəmə iclasında gördüyünü bildirməklə, ziddiyyətli ifadə vermişdir. O, əlavə olaraq məhkəmə iclasında verdiyi pul vəsaitinin təqaüd düzəltmək məqsədilə deyil, sadəcə borc kimi verdiyini məhkəmənin diqqətinə çatdırmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 da ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsi tanımadığını, onu ilk dəfə məhkəmə iclasında gördüyünü, imzaladığı ifadənin ümumiyyətlə ifadə olduğunu bilmədiyini bildirməklə, ziddiyyətli ifadə vermişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 da ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsi tanımadığını, onu ilk dəfə məhkəmə iclasında gördüyünü, imzaladığı ifadənin ümumiyyətlə ifadə olduğunu bilmədiyini, qaynanasının xahişi ilə imzaladığını bildirməklə, ziddiyyətli ifadə vermişdir. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən fəqrli olaraq, məhkəmə baxışı zamanı heç bir dələduzluq hadisəsinə şahid olmadığını, pul vəsaitinin borc kimi verildiyini, dələduzluq hadisəsi barədə verdiyi şahid ifadəsini isə Vasifin təzyiqi altında verdiyini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 126.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayət prosesini həyata keçirən orqan tərəfindən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsdən və şahidlərdən alınmış şifahi və yazılı məlumatlar ifadələr hesab olunur. Azərbaycan Respublikası CPM-nin 126.2-ci maddəsinə əsasən yalnız o ifadələr sübut hesab oluna bilər ki, onlar hadisəni, onun səbəblərini, xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və ya nəticələrinə əsaslanmış olsun. Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyində ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cinayətin törədildiyinə dair "əsaslı şübhə" obyektiv müşahidəçinin sözügedən şəxsin hüquq pozuntusu törətmiş ola biləcəyi qənaətinə gəlməsi üçün yetərli fakt və ya məlumatın mövcudluğunu nəzərdə tutur (Erdagöz Türkiyəyə qarşı, § 51; Foks, Kempbell və X3rşı, § 32). Beləliklə, səlahiyyətli orqanların şikayətin əsaslı olub-olmadığını yoxlamaq üçün işlə bağlı başlıca faktları vicdanla araşdırmaması 5-ci maddənin § 1 (c) yarımbəndinə ziddir (Stepulyak Moldovaya qarşı, § 73; Elçi və başqaları Türkiyəyə qarşı, § 674). Nəyin "əsaslı" hesab oluna biləcəyi isə işin hallarından asılıdır (Foks, Kempbell və X3rşı, § 32). Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İbtidai araşdırma orqanı isə ibtidai istintaq zamanı yuxarıda qeyd olunanları nəzərə almamış, iş üzrə toplanmış sübutların mötəbərliyini yoxlamamış, verilmiş ittihamı təsdiq edən sübutlar işə əlavə edilmədən, müstəntiqin mülahizələri əsasında təqsirləndirilən şəxsə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrətoplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasəncinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin kəsilmiş pensiyalarının bərpa ediləcəyinə köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla zərərçəkmiş şəxslərlərdən xeyli miqdarda pul vəsaitlərini etibarlarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, dələduzluq etməsi işdə olan sübutlarla təsdiq olunmur. Buna görə də məhkəmə hesab edir ki, ehtimallar əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilmək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, təqsirsizlik prezumpsiyası, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə ziddir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Barbera, Messegue və Jabordo İspaniyaya qarşı” işi üzrə 06 dekabr 1988-ci il tarixli qərarında qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir (§ 77). Bundan başqa, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X11rşı” işi üzrə 25 sentyabr 1992-ci il tarixli qərarında göstərmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur(§ 36). Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslışübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Azərbaycan Respublikası CM-nin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcüd olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanununun həmin müddəasının məzmunundan görünür ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərinin hamısının, yəni cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhətinin eyni vaxtda mövcud olduğu təqdirdə, törədilmiş əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası CPM-nin 42.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü, o cümlədən cinayət hadisəsi olmadıqda çıxarılır; 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda bəraət hökmü çıxarılır. 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Təqsirsiz şəxsə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir (CPM-in 8.0.5-ci maddəsi). Məhkəmə baxışı nəticəsində cinayət hadisəsinin olmadığına görə bəraət hökmünü o hallarda çıxara bilər ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi əməl ümumiyyətlə, baş verməmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının təqsirsizlik prezumpsiyasından bəhs edən 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı sübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların mücmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Bununla da, məhkəmə, cinayət təqibi üzrə toplanmış və məhkəmə istintaqında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi dələduzluq cinayətinin baş verməməsi sübut olunur və bu səbəbdən təqsirləndirilən şəxsə 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət hadisəsinin olmaması əsası ilə bəraət verilməli və o, Azərbaycan Respublikası adından təqsirsiz elan edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirsiz hesab edildiyinə görə və bununla əlaqədar qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdığı üçün Azərbaycan Respublikası CPM-nin 36.2, 175.2 və 353.5.2-ci maddələrinə əsasən ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərməkmiş şəxs Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadə zamanı ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı maddəsi üzrə məsuliyyət barədə xəbərdarlıq edildiyindən, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı maddəsinin tərkib əlamətləri mövcud olduğundan, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə cinayət işi başlanmasına dair Gəncə şəhər prokurorunun diqqəti hazırki işə cəlb edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrəAzərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadə zamanı ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı maddəsi üzrə məsuliyyət barədə xəbərdarlıq edildiyindən, onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı maddəsinin tərkib əlamətləri mövcud olduğundan,barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı maddəsi ilə cinayət işi başlanmasına dair Gəncə şəhər prokurorunun diqqəti hazırki işə cəlb edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-11/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-11/2024
01.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver