Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-11/2025 14.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Firəngiz qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs müdafiəçilər - Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Fərhad oğlu, Müdafiəçi4 və Müdafiəçi1, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1984-cü ildə Goranboy rayonu, Rəhimli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Goranboy rayonu, Rəhimli kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, ünvansız fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, xx xxxxxxxx 1993-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilməmiş, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri və 01 avqust 1996-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” “qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 iyul 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən işlək vəziyyətdə olmayan obyektin darvazasına fiziki təsir edib içəri daxil olaraq oradan 1 ədədinin dəyəri 400 manat olan diametri 400 santimetr, uzunluğu 5 metr, divarının qalınlığı 8 millimetr olan 5 ədəd 2000 (iki min) manat dəyərində dəmir boruları, 1 ədəd 1000(min) manat dəyərində “çayka” markalı soyuducunu, 1 ədədinin dəyəri 150 manat olan diametri 100 santimetr, uzunluğu 6 metr, divarının qalınlığı 2 millimetr olan 13 ədəd 1950(min doqquz yüz əlli) manat dəyərində dəmir boruları, 1 ədədinin dəyəri 70 manat olan 8 ədəd “metak” markalı 560(beş yüz altmış) manat dəyərində ventilləri, 1 ədədinin dəyəri 50 manat olan 8 ədəd 40 millimetr ölçüdə 400( dörd yüz) manat dəyərində armatur karkasları, 300 manat dəyərində karkasları yığmaq üçün nəzərdə tutulmuş katinka məftilləri, 1 ədədinin dəyəri 50 manat olan 6 metrlik uzunluğunda 12 ədəd 600(altı yüz) manat dəyərində dəmir çərçivələri və 1 metrninin dəyəri 4 manat olan 60 metr uzunluğunda ümumi dəyəri 240(iki yüz qırx) manat olan mis materiladan olan kabelləri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə xeyli miqdarda, 7050 (yeddi min əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 iyul 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən işlək vəziyyətdə olmayan obyektin darvazasına fiziki təsir edib içəri daxil olaraq oradan 1 ədədinin dəyəri 400 manat olan diametri 400 santimetr, uzunluğu 5 metr, divarının qalınlığı 8 millimetr olan 5 ədəd 2000 (iki min) manat dəyərində dəmir boruları, 1 ədəd 1000(min) manat dəyərində “çayka” markalı soyuducunu, 1 ədədinin dəyəri 150 manat olan diametri 100 santimetr, uzunluğu 6 metr, divarının qalınlığı 2 millimetr olan 13 ədəd 1950(min doqquz yüz əlli) manat dəyərində dəmir boruları, 1 ədədinin dəyəri 70 manat olan 8 ədəd “metak” markalı 560(beş yüz altmış) manat dəyərində ventilləri, 1 ədədinin dəyəri 50 manat olan 8 ədəd 40 millimetr ölçüdə 400( dörd yüz) manat dəyərində armatur karkasları, 300 manat dəyərində karkasları yığmaq üçün nəzərdə tutulmuş katinka məftilləri, 1 ədədinin dəyəri 50 manat olan 6 metrlik uzunluğunda 12 ədəd 600(altı yüz) manat dəyərində dəmir çərçivələri və 1 metrninin dəyəri 4 manat olan 60 metr uzunluğunda ümumi dəyəri 240(iki yüz qırx) manat olan mis materiladan olan kabelləri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə xeyli miqdarda, 7050 (yeddi min əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 iyul 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən işlək vəziyyətdə olmayan obyektin darvazasına fiziki təsir edib içəri daxil olaraq oradan 1 ədədinin dəyəri 400 manat olan diametri 400 santimetr, uzunluğu 5 metr, divarının qalınlığı 8 millimetr olan 5 ədəd 2000 (iki min) manat dəyərində dəmir boruları, 1 ədəd 1000(min) manat dəyərində “çayka” markalı soyuducunu, 1 ədədinin dəyəri 150 manat olan diametri 100 santimetr, uzunluğu 6 metr, divarının qalınlığı 2 millimetr olan 13 ədəd 1950(min doqquz yüz əlli) manat dəyərində dəmir boruları, 1 ədədinin dəyəri 70 manat olan 8 ədəd “metak” markalı 560(beş yüz altmış) manat dəyərində ventilləri, 1 ədədinin dəyəri 50 manat olan 8 ədəd 40 millimetr ölçüdə 400( dörd yüz) manat dəyərində armatur karkasları, 300 manat dəyərində karkasları yığmaq üçün nəzərdə tutulmuş katinka məftilləri, 1 ədədinin dəyəri 50 manat olan 6 metrlik uzunluğunda 12 ədəd 600(altı yüz) manat dəyərində dəmir çərçivələri və 1 metrninin dəyəri 4 manat olan 60 metr uzunluğunda ümumi dəyəri 240(iki yüz qırx) manat olan mis materiladan olan kabelləri gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə xeyli miqdarda, 7050 (yeddi min əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək qrup halında törətdiyi oğurluq cinayətini hadisəsini tam xatırlamadığını, lakin hadisə ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan edilmiş ifadəsindən görünür ki, Goranboy rayonu, Rəhimli kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 19-cu küçə ünvansız fərdi yaşıyış evində yaşayır. 27 iyul 2023cü il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxaraq əvvəllər yaşadığı Gəncə şəhəri, “Qaraçılar” adlanan əraziyə gedən zaman Məhsəti qəsəbəsində işlək vəziyyətdə olmayan bir obyektin olduğunu görmüş və həmin obyektin ətrafı hasarla əhatə olunmuşdur. Obyektin giriş hissəsində boz rəngli darvaza olmuş, darvazanın arxasına daş qoyulmuş və o, darvazanı əli ilə itələyərək həyətə daxil olmuşdur. Həyətdə çoxlu boruların, dəmir materialdan olan karksaların, dəmir çərçivələrin, soyuducunun, katinka məftillərin və digər xatırlamadığı əşyaların olduğunu görmüş və həmin əşyaları oğurlamağı qərarlaşdırmışdır. Lakin həmin əşyalar ağır olduğu üçün tək oğurlaya bilməyəcəyini və həmin əşyaları daşımaq üçün arxasında yük yeri avtomobil lazım olacağını bilmişdir. Buna görə də oradan çıxaraq Gəncə şəhəri, Nizami prospektində yerləşən 41 saylı orta məktəbin yanına gəlmişdir. Orada təxminən saat 17:30-18 radələrində əvvəllər yaşadığı “Qaraçılar” adlı ərazidə yaşayan köhnə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 görmüş, onlara Gəncə şəhəri, Məhsəti qəsəbəsində işlək vəziyyətdə olmayan obyekt olduğunu və oradan tikinti əşyalarının olduğunu və həmin əşyaları oğurlamağı təklif etmiş, həmçinin orada dəmir materialdan olan əşyaların ağır olduğu üçün həmin əşyaları daşımaq üçün “Qazel” markalı avtomobilin lazım olacağını bildirmişdir. Arif və Fariz pula ehtiyacları olduğuna görə, hər üçü narkotik vasitə istifadəçisi olduqlarına görə və narkotik vasitəyə olan tələbatlarını ödəməyə görə onunla razılaşmışlar. Bundan sonra o, Elmir və Fariz birlikdə 27 iyul 2023-cü il tarixdə saat 18 radələrində Farizə məxsus olan “VAZ 2106” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yeni Gəncə qəsəbəsində Qazel markalı avtomobillərin olduğu yerə getmiş, özü orada avtomobildən düşərək “Qazel” markalı avtomobillərə yaxınlaşmış, orada avtomobillərin üzərində sürücülərin nömrələri olmuşdur. Arifin mobil telefonu ilə “Qazel” markalı avtomobillərdən birinin sürücüsünün nömrəsini yığmış və bir neçə dəqiqə sonra oraya Qazel avtomobilinin sürücüsü gəlmişdir. O, həmin “Qazel” avtomobilinin sürücüsünə özünə məxsus dəmir ləvazimatların olduğunu, həmin əşyaları Gəncə şəhəri, Məhsəti qəsəbəsindən götürərək Gəncə şəhəri, “27-05 dairəsi” adlanan yerdə yerləşən metal qəbul sexinə aparıb satacağını bildirmiş və tanımadığı “Qazel” avtomobilinin sürücüsü ilə 20 manat pul müqabilində həmin əşyaları daşımağa razılaşmışdır. Daha sonra o, Fariz və Arif birlikdə Farizin “VAZ 21-06” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilinə minmiş, Qazel sürücüsü də öz avtomobili ilə onların arxasınca gəlmişdir. Onlar Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ətrafı hasarla əhatə olunmuş obyektin qarşısına getmiş, orada o, avtomobildən düşərək obyektin giriş darvazasını əli ilə itələyərək açmış, sonra “Qazel” markalı avtomobilin sürücüsünə avtomobili içəri verməsini bildirmiş, “Qazel” markalı avtomobilin sürücüsü avtomobili içəri vermiş, bundan sonra özü heçkəsin görməməsi üçün darvazanı bağlamışdır. O, Arifə Farizə məxsus avtomobildə oturub hasarın çölündə olmasını və gəlib-gedən olarsa xəbər verməsini bildirmiş, daha sonra Fariz ilə birlikdə içəri girərək orada olan 01 ədəd dəmir boru, 01 ədəd soyuducunu, 01 ədəd karkası və 3 ədəd dəmir materialdan olan məftillərlə, 2 ədəd dəmir çərçivələri oğurlayaraq “Qazel” markalı avtomobilə yükləmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 özünə məxsus olan “VAZ 21- 06” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına keçmiş, o, da Farizin avtomobilinə əyləşmiş və “Qazel” markalı avtomobil sürücüsünə arxası ilə gəlməsini bildirmişdir. Onlar Gəncə şəhəri, “27-05” dairəsinin yanından sola dönmüş və orada yerləşən metal qəbul sexinin yanında avtomobili saxlamış, oğurluq əşyaları satılan zaman görünməmək üçün Fariz və Arif avtomobildə gözləmiş, o, isə avtomobildən düşərək metal qəbulu sexinə girmiş, onun arxası ilə isə “Qazel” markalı avtomobil metal qəbulu sexinə girmişdir. O, həmin əşyaların metal qəbulu sexində özünə məxsus olmasını bildirərək təxminən 140 manat qiymətə satmışdır. Sonra həmin puldan tanımadığı şəxsdən Gəncə şəhəri, Məhsəti qəsəbəsində narkotik vasitə “kakos” kimi tanıdığı heroin almış, qalan pulu isə birlikdə xərcləmiş, bundan sonra o, yaşadığı evə gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, Arif və Farizi polis əməkdaşları oğurluq etdiklərinə görə tutmuşdur. Buna görə o da, Bakı şəhərinə qaçıb getmişdir. 31 avqust 2023-cü ildə saat 18 radələrində isə Bakı şəhərində polis əməkdaşları onu oğurluq etdiyinə görə saxlayaraq Gəncə şəhərinə gətirmişlər. Oğurluq etdikləri obyektin içərisindən onlar 01 ədəd dəmir boru, 01 ədəd soyuducu, 01 ədəd karkas və 03 ədəd dəmir materialdan olan məftillərlə, 02 ədəd dəmir çərçivə oğurlamış, zərərçəkmişin ifadəsində qeyd etdiyi qalan əşyaları oğurlamamışlar. Onlar oğurluq etməmişdən əvvəl və sonra bu barədə heçkəsin məlumatı olmamışdır. O, həmin əşyaları ümumilikdə 140 manat qiymətə satmışdır. “Qazel” markalı avtomobilin dövlət qeydiyyat nişanını xatırlamır və eyni zamanda sürücünü də tanımır, həmin avtomobilin sürücüsünə oğurladıqları əşyaların özünə məxsus olmasını bildirmiş, həmin əşyaların oğurluq olmasından “Qazel” markalı avtomobilinin sürücüsünün xəbəri olmamışdır. O, törətdiyi əməldən peşmandır. Sonda əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamış və hadisə zamanı o, narkotik vasitənin təsiri altında olmuşdur. Həmçinin oğurluq cinayətini törətdiklərinə görə əvvəlcə o yox, digər iki təqsirləndirilən şəxs həbs edilmiş və onların ifadələri əsasında o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Yəni Fariz və Arifin oğurluq etmələri barədə etiraf ifadələri əsasında polis əməkdaşları onu tutmuşlar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs2 məxsus “VAZ 21-06” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizami prospektində yerləşən 41 saylı orta məktəbin yanından keçən zaman “Qaraçılar” adlanan yerdə köhnə tanışları Təqsirləndirilən şəxs1 maşına əli ilə işarə edərək saxlamaqlarını bildirmişdir. Həmin vaxt o, avtomobili saxlamış və onlar avtomobildən düşərək Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. Həmin vaxt Elmir onlara Gəncə şəhəri, Məhsəti qəsəbəsində qohumuna məxsus işlək vəziyyətdə olmayan obyekt olduğunu və oradan dəmir götürməli olduğunu bildirmişdir. Həmçinin orada dəmir materialdan olan əşyaların ağır olduğu üçün həmin əşyaları daşımaq üçün “Qazel” markalı avtomobilin lazım olacağını və Yeni Gəncə qəsəbəsində Qazel markalı avtomobillərinin olduğu yerə getməyi onlara təklif etmişdir. Bundan sonra onlar birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinə getmiş, Təqsirləndirilən şəxs1 avtomobildən düşərək “Qazel” markalı avtomobilin tanımadıqları sürücüsünə yaxınlaşmış, həmin şəxslə söhbət edərək yanlarına gəlmiş və Qazel markalı avtomobilin sürücüsünə arxaları ilə gəlməsini bildirmişdir. Daha sonra o, Fariz və Elmir birlikdə Farizə məxsus olan avtomobil ilə Elmirin istiqamətləndirilməsi ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ətrafı hasarla əhatə olunmuş obyektin qarşısına getmişlər. Həmin vaxt o, avtomobildə qalmış Elmir və Fariz isə avtomobildən düşmüşlər. Bundan sonra obyektdə olan dəmirlər Qazel markalı avtomobilə yığıldıqdan sonra onlar birlikdə metal qəbulu sexinə getmişlər. Orada Elmir həmin dəmirləri satmışdır. Elmir dəmirlərin satılmasından əldə etdiyi pulun bir hissəsinə narkotik vasitə almış və onlar birlikdə həmin narkotik vasitədən istifadə etmişdir. Bu hadisədən sonra onu polis əməkdaşları oğurluğa görə saxlamışdır. Hazırda o, zərərçəkmiş şəxsə vurulan ziyanı ödəmiş və onunla barışmışdır. İfadəsində göstərdiklərini nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq etdikləri dəmirləri apardıqları “Qazel” markalı avtomaşının sahibi ilə onun telefonu vasitəsilə danışılmış və Elmir dəmiri satdıqdan sonra 100 manatdan çox pul almışdır. O, Elmirin Qazel avtomobilinin sürücüsünə nə qədər yol pulu kimi pul verdiyini bilməmişdir. Oğurluqdan sonra polis əməkdaşları əvvəllcə onu sonra isə Farizi saxlamışlar. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus olan “VAZ 2106” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Belə ki, həmin ərəfədə o, “2244” taksi şirkətinə qoşulmuş və hadisədən əvvəl tanışı Təqsirləndirilən şəxs3 ilə birlikdə Gəncə şəhəri, Nizami prospektində yerləşən 41 saylı orta məktəbin yanından keçən zaman “Qaraçılar” adlanan yerdə yaşayan Elmir adlı şəxs maşına əli ilə işarə edərək saxlamağını bildirmişdir. Sonra Elmir ona Məhsəti qəsəbəsində işlədiyi yerdə dəmir materialların olduğunu və dəmir materialdan olan əşyaların ağır olduğu üçün həmin əşyaları daşımaq üçün “Qazel” markalı avtomobilin lazım olacağını və Yeni Gəncə qəsəbəsində “Qazel” markalı avtomobillərin olduğu yerə getməyi demişdir. O, razılaşmış və həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ona məxsus olan “VAZ 21-06” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hər üçü birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsinə getmiş, orada “Qazel” markalı avtomobilin üzərində olan telefon nömrəsinə zəng edərək dəmir materialları daşımaq üçün “Qazel” lazım olduğunu və avtomobilin sürücüsünə Gəncə şəhərində yerləşən Şəmkir avtovağzalının yanına gəlməyi bildirmişdir. Daha sonra “Qazel” avtomobilinin sürücüsü həmin yerə gəlmiş, sonra hər üçü birlikdə ona məxsus olan “VAZ 21-06” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Elmirin istiqamətləndirilməsi ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ətrafı hasarla əhatə olunmuş obyektin qarşısına getmişlər. Orada Elmir avtomobildən düşərək obyektin giriş darvazasını əli ilə itələyərək açmış, Elmir “Qazel” markalı avtomobilin sürücüsünə avtomobili içəri verməsini bildirmiş və “Qazel” markalı avtomobilin sürücüsü avtomobili içəri vermişdir. O və Arif avtomobildə qalmış, təxminən 10 dəqiqədən sonra Qazel markalı avtomobil həyətdən çıxmışdır. Qazelin yük yerində dəmir materialdan olan boru və məftillərlə əhatə olunmuş çərçivələrin olduğunu görmüş, sonra Elmir darvazanı bağlamışdır. Elmir “Qazel” markalı avtomobilə əyləşmiş və ona “Qazel” markalı avtomobilin arxasınca sürməyini bildirmişdir. Daha sonra o, özünə məxsus olan “VAZ 21- 06” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobili “Qazel” markalı avtomobilin arxasınca sürmüş, Arif də həmin vaxt yanında olmuşdur. Onlar Gəncə şəhəri, “27-05” dairəsinin yanından sola dönmüş və orada yerləşən metal qəbul sexinin qarşısında avtomobili saxlamış, Arif və o avtomobildə gözləmiş, Elmir isə “Qazel” markalı avtomobil ilə metal qəbulu sexinə girmişdir. Təxminən 10 dəqiqədən sonra Təqsirləndirilən şəxs1 yanlarına gəlmiş və onun avtomobilinə əyləşmiş, Elmir ona Gəncə şəhəri Məhsəti qəsəbəsinə düşürtməyini bildirmişdir. O, da ilk öncə “Likoil” yanacaqdoldurma məntəqəsindən avtomobilə yanacaq tökmüş və sonra Elmiri Gəncə şəhərində yerləşən “Şəmkir avtovağzalının” işıqforunda düşürtmüşdür. Bundan sonra o, Arifi evlərinə düşürtmüş, sonra öz işlərinin arxasınca getmişdir. Elmiri aparan zaman Elmir ona taksi pulu kimi 2 manat, evlərinə düşürən zaman isə 4 manat pul vermişdir. O, oğurluq etməmiş, həmçinin həmin gün Elmirin oğurluq edilən obyektdə oğurluq məqsədilə getdiyini bilməmiş, Elmir ona həmin yerin işlədiyi yer olaraq bildirmiş, eyni zamanda oğurluq edilən obyektdə hadisə zamanı o, girməmiş, ona görə də “Qazel” markalı avtomobildə hansı əşyaların olduğunu bilmir, lakin Qazel avtomobilinin arxasınca gedən zaman yük yerində boru və çərçivələrin olduğunu görmüşdür. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur. Həmin günü Elmir ona taksi pulu olaraq 6 manat pul vermişdir. O, Elmirin həmin dəmirləri oğurladığını bilməmişdir. O, sadəcə olaraq Elmiri istədiyi ünvana aparmış və bunun qarşılığı olaraq taksi pulu almışdır. O, Elmirə dəmirin Qazel markalı avtomobilə yığılmasına köməklik etməmişdir. İstintaq zamanı müstəntiqə oğurluq etmələrinə dair etirafedici ifadə də verməmişdir. Sonda məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ona məxsus olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən obyektə baş çəkən zaman oradan 01 ədədinin dəyəri 400 manat olan diametri 400 santimetr, uzunluğu 5 metr, divarının qalınlığı 8 millimetr olan 5 ədəd 2000 (iki min) manat dəyərində dəmir borularının, 01 ədəd Rusiya Fedarasiyası istehsalı, “Çayka” markalı işlənmiş ət yığmaq üçün nəzərdə tutulmuş 1000(min) manat dəyərində soyuducunun, 01 ədədinin dəyəri 150 manat olan diametri 100 santimetr, uzunluğu 6 metr, divarının qalınlığı 2 millimetr olan 13 ədəd 1950(min doqquz yüz əlli) manat dəyərində borularının, 01 ədədinin dəyəri 70 manat olan 8 ədəd “Metak” markalı 560(beş yüz altmış) manat dəyərində su borularını bağlamaq üçün nəzərdə tutulmuş ventillərinin, 01 ədədinin dəyəri 50 manat olan 8 ədəd 4 metr uzunluğunda, 12 millimetr ölçüdə 400( dörd yüz) manat dəyərində armatur karkaslarının, 300 manat dəyərində 500 metr uzunluğunda karkasları yığmaq üçün nəzərdə tutulmuş katinka məftillərinin, 1 ədədinin dəyəri 50 manat olan 6 metrlik uzunluğunda 12 ədəd 600(altı yüz) manat dəyərində dəmir çərçivələrinin və 1 metrinin dəyəri 4 manat olan 60 metr uzunluğunda mis materialdan olan ümumi dəyəri 240(iki yüz qırx) manat olan kabellərinin oğurlandığını aşkar etmişdir. Bundan sonra o baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN 102 xidməti zəng mərkəzinə müraciət etmiş və bundan sonra polis araşdırma apararaq cinayəti törətmiş şəxsləri saxlamışdır. Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən obyektdən oğurluq hadisəsi xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saat 17 radələrindək olan vaxt ərzində baş vermiş və oradan avtomobil ilə həmin əşyalar daşınmışdır. Baş vermiş hadisə nəticəsində ona 7050(yeddi min əlli) manat dəyərində maddi ziyan dəymişdir. Hazırda o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la barışıq əldə etmişdir. Həmin şəxslər ona dəymiş ziyandan özlərinə aid hissədə ona ödəniş etmişdir. Lakin Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etməmişdir. Buna görə də onun Arif və Farizdən şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində özünə məxsus olan göy rəngli “Qazel” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yük daşıyaraq ailəsini dolandırır. xx.xx.2023-cü il tarixdə saat təxminən 18 radələrində özünə məxsus olan “Qazel” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Bizim Marketin” yaxınlığında saxlamışdır. Özünə məxsus “Qazel” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə ***-***-**-** saylı mobil nömrəsini sifariş üçün yazıb avtomobilin ön şüşəsinə yapışdırmışdır. Həmin gün istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xatırlamadığı nömrədən zəng gəlmiş, həmin an o evdə olmuş, tanımadığı şəxs ona özünə məxsus olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən məhəlləsində metal sexinə gedəcək dəmir materialların olduğunu və həmin əşyaları daşımaq üçün “Qazel” markalı avtomobilin lazım olduğunu bildirmişdir. O da həmin şəxslə 15 manat məbləğə aparmağa razılaşmışdır. O evdən düşərək “Qazel” markalı avtomobilin yanına gəlmişdir. Avtomobilinin yanında üç nəfər şəxs olmuş, onlardan adı sonradan ona məlum olan Elmir adlı şəxs onların “VAZ 21-06” minik markalı **-EC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin arxasınca gəlməyini bildirmişdir.O, həmin avtomobilin arxasınca sürmüş, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən işlək vəziyyətdə olmayan obyektin qarşısında dayanmışlar. Həmin şəxslərdən adı sonradan ona məlum olan Elmir adlı şəxs darvazanı açmış və “Qazeli” içəri salmağını bildirmişdir.O da “Qazeli” içəri salmışdır.Bu zaman həmin şəxslərdən ikisi “Qazelin” yük yerinə 2 ədəd dəmir boruları, 2 ədəd dəmir çərçivələri, karkasları və məftilləri yığmışlar. Həmin şəxslər “Qazelə” yığdıqıları dəmir materialları Gəncə şəhəri, “27-05” dairəsinin yanında yerləşən metal qəbulu sexinə aparmağını bildirmişdir.Daha sonra adı sonradan ona məlum olan Elmir adlı şəxs “Qazelə” əyləşmiş və digər iki nəfər şəxs isə onların arxasınca “VAZ 21-06” minik markalı avtomobil ilə getmişlər. Daha sonra onlar Gəncə şəhəri, 27-05 dairəsinin yaxınlığında yerləşən metal qəbulu sexinə gəlmişdir.Adı sonradan ona məlum olan Elmir adlı şəxs metal sexində olan fəhlələrlə dəmirləri avtomobildən düşürtmüş, digər iki nəfər şəxs isə içəri girməmişlər. Sonra o çıxıb getmişdir.Daha sonra polis əməkdaşları ona polis idarəsinə dəvət etmiş və həmin vaxt ona məlum olmuşdur ki, Qazel markalı avtomobili ilə daşıdığı əşyaları həmin şəxslər obyektdən oğurlamışlar. Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin şəxslər əşyaların özlərinə məxsus olmasını ona bildirmişlər. O, həmin əşyaların oğurluq olduğunu bilsə, həmin əşyaları daşımaqdan imtina edərdi. O, təqsirləndirilən şəxsləri tanımamışdır. Ona məxsus olan “Qazel” markalı **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə təqsirləndirilən şəxslərdən ikisi oğurladıqları əşyaları yığmış, çünki həmin əşyalar dəmir olduğundan ağır olmuşdur. Lakin o, hazırda həmin ifadəsində qeyd etdiyi iki şəxsin konkret olaraq hansı təqsirləndirilən şəxs olmasını xatırlamır, çünki hadisədən bir neçə il keçmişdir. Həmçinin o bildirmişdir ki, yükləri daşıması ilə bağlı ödənişi ona metal qəbulu seində çalışan şəxs öz kartından göndərmişdir. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə metal qəbulu sexində olan zaman “Qazel” markalı avtomobil və Qazelin arxasınca “VAZ 21-06” minik markalı avtomobil sexə daxil olmuşdur. Adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq “Qazel” markalı avtomobildə 01 ədəd dəmir materialdan olan boru, 01 ədəd karkas və 03 ədəd dəmir materialdan olan məftillərlə əhatə olunmuş çərçivələri satmaq istədiyini bildirmişdir. Həmin şəxs ona şəxsiyyət vəsiqəsini göstərmiş və adının Təqsirləndirilən şəxs1 olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 həmin əşyaların oğurluq olub-olmadığını soruşmuş, Elmir ona həmin əşyaların özünə məxsus olmasını və pula ehtiyacı olduğuna görə satdığını bildirmişdir. O, da Elmir ilə razılaşaraq həmin dəmirləri tərəziyə qoyaraq çəkmiş və bunun əvəzində Elmirə pul vermişdir. Təqsirləndirilən şəxs1 yanında həmin vaxt başqa bir nəfər də olmuş, digər bir nəfər şəxs isə avtomobildə oturub gözləmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən vaxt metal qəbulu sexinin sahibi orda olmadığı üçün sexə gətirilən dəmirləri o almışdır. O, sexə satılmaq üçün gətirilən dəmirlərin oğurluq olduğunu bilməmişdir. Həmin dəmirləri o, təkbaşına boşaltmışdır. Həmin şəxslər əvvəllər də bir neçə dəfə satmaq üçün oraya dəmir gətirmişlər. O, aldığı dəmirlərin qarşılığında nə qədər pul verdiyini xatırlamır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan cinayət əməlini törətməsi məhkəmə iclasında ifadələri alınmış təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 tam, Təqsirləndirilən şəxs3 qismən etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə ifadə vermiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 01 avqust 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. -“Hadisə yerinə baxış” protokolundan görünür ki, oğurluq hadisəsinin baş verdiyi ünvana baxış keçirilmiş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerlərinin fotoşəkilləri çəkilmişdir. -“Şübhəli şəxsin tutulması haqqında” 01 avqust 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 01 avqust 2023-cü il tarixdə saat 19:20 dəqiqədə müdafiəçinin iştirakı ilə tutulmuşdur. -“Şübhəli şəxsin tutulması haqqında” 01 avqust 2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 01 avqust 2023-cü il tarixdə saat 21:00 dəqiqədə müdafiəçinin iştirakı ilə tutulmuşdur. -“Cinayət əməlinin tövsif edilməsi haqqında” 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1,177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 01 noyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir.Ev dustaqlığı qətimkan tədbirinin son müddəti 01 noyabr 2023-cü il tarixədək müəyyən edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti istintaq müddətinin sonunadək, yəni 01 noyabr 2023-cü il tarixdən 01 yanvar 2024-cü il tarixədək uzadılmışdır. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə, yəni 01 noyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. -“Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. -DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Azərbaycan Respublikası DİN BƏSİİ-nin daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2010-cu ildə cəzasının sonu ilə əlaqədar həbsdən azad olunmuşdur.Bundan başqa Təqsirləndirilən şəxs1 Rusiya Fedarasiyası, Moskva vilayəti, lyuberetski şəhər Məhkəməsinin xx.xx.2016ci il tarixli hökmü ilə RF-nin CM-nin 228.1-ci maddəsinin, 1-ci hissəsinin, 228-ci maddəsinin, 1-ci hissəsinin, 69-cu maddəsinin, 3-cü hissəsi ilə təqsirli bilinərək 04 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Göygöl rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulan ziyan ödənilmişdir.Ona görə də onun həmin şəxsdən heç bir şikayət və tələbi yoxdur. -Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona vurulan ziyan ödənilmişdir. Ona görə də onun həmin şəxdən heç bir şikayət və tələbi yoxdur. -“Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 18:00 da bakı şəhəri ərazisində saxlanılıb, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirilərək, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin İTİ-yə təhvil verilmişdir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 01 noyabr 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. -Göygöl Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmündən görünür ki, İsmayılov X4 Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti istintaq müddətinin sonunadək, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək uzadılmışdır. -Ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 noyabr 2023-cü il tarixli 744 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs3 qeyd edilən hadisəni törədən zaman və halhazırda davranış pozuntuları ilə müşayiət olunan keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2. xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs3 hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur.Təqsirləndirilən şəxs3 davranış pozuntuları ilə müşayiət olunan keçirilmiş kəlləbeyin travmasının qalıq əlamətləri XBT10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.Onun halhazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. -Ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 noyabr 2023-cü il tarixli 745 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 qeyd edilən hadisəni törədən zaman və halhazırda postravmatik stress pozuntusu XBT 10,(psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F43.1 xəstəliyindən əziyyət çəkir.Təqsirləndirilən şəxs2 hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs2 postravmatik stress pozuntusu XBT 10(psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F43.1 xəstəliyi keçirməsinə baxmayaraq Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 21ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. -Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8762 nömrəli rəyindən görünür ki,qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, respublika ərazisində yerləşən ticarət məntəqələrində, internet saytlarında, alqı-satqı məntəqələrində mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin iyul ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 5698, 00 manat müəyyən edilir.O cümlədən: - 5 ədəd diametri 400 millimetr, divarının qalınlığı 8 millimetr ölçüdə 5 metrlik dəmir borular - 1 ədədinin qiyməti 400 manat olmaqla ümumilikdə 2000 manat - 1 ədəd Rusiya Federasiyası istehsallı işlənmiş “çayka” markalı ət yığmaq üçün nəzərdə tutulmuş soyuducu - 1 ədədinin qiyməti 300 manat olmaqla ümumilikdə 300 manat - 13 ədəd 6 metr uzunluğunda diametri 100 millimetr divarının qalınlığı 2 millimetr ölçüdə olan dəmir materialdan borular- 1 ədədinin qiyməti 150 manat olmaqla 13 ədədinin qiyməti ümumilikdə 1950 manat - 8 ədəd “metak” markalı 40 millimetr ölçüdə ventillər 1-ədədinin qiyməti 11 manat olmaqla 8 ədədinin qiyməti ümumilikdə 88 manat - 8 ədəd 4 metr uzunluğunda 12 millimetr ölçüdə armatur karkaslar 1 metrinin qiyməti 50 manat olmaqla 8 ədədinin qiyməti ümumilikdə 400 manat - 500 metr uzunluğunda kantinka məftillər - 1 metrinin qiyməti 0.6 manat olmaqla ümumillikdə 300 manat - 12 ədəd 6 metr uzunluğunda dəmir çərçivələr - 1 metrinin qiyməti 50 manat olmaqla 12 ədədinin qiyməti ümumillikdə 600 manat - 60 metr uzunluğunda 2 mm ölçüdə mis materialdan olan məftillər - 1 metrinin qiyməti 1 manat olmaqla 60 metrin qiyməti ümumillikdə 60 manat. -Vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. -Elektron məhkəmə çıxarışından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2019-cu il təvəllüdlü X6 adlı bir övladı vardır. -“Ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilməsinə dair” 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmişdir. -“Həbsdə saxlama müddətinin uzadılmasından imtina edilməsinə dair” 30 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və barəsində xx.xx.2024-cü il tarixdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. -Gəncə Şəhər Məhkəməsinin 14 may 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 01(bir) il 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. -Bakı Şəhər Səbail Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 03 il 06 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “Təqsirləndirilən şəxslərin ifadəsinin yerində yoxlanılması haqqında” protokollardan görünür ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ifadələrində göstərdikləri xüsusatlar hadisə yerində yoxlanılan zaman təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı ifadələrində göstərdikləri xüsusatları hadisə yerində əyani olaraq göstərməklə bir daha ifadələrini təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxslərdən, Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində digər iki təqsirləndirilən şəxslə birlikdə oğurluq cinayəti əməlini törətmədiyini, hadisə zamanı yalnız taksi sürücüsü kimi hadisə yerində olduğunu, digər iki təqsirləndirilən şəxsin oğurluq hadisəsi törətmələrindən xəbərsiz olduğunu, ibtidai istintaq zamanı oğurluq etmələrinə dair etirafedici ifadə vermədiyini göstərsə də, məhkəmə təqsirləndirilən şəxsin həmin ifadəsini özünü müdafiə xarekterli və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir və sübut növü kimi qəbul etmir. Belə ki, iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 məhkəmə və ibtidai istintaq zamanı verdikləri ifadələr, Təqsirləndirilən şəxs2 özünün müdafiəçisinin iştirakı ilə ibtidai istintaq zamanı verdiyi ifadə, “Təqsirləndirilən şəxslərin ifadəsinin yerində yoxlanılması haqqında” protokollar, hadisə şahidləri Şahid2 və Şahid1 ifadələri ilə Təqsirləndirilən şəxs2 həmin cinayətin törədilməsində digər təqsirləndirilən şəxslərlə qabaqcadan razılaşmaqla və oğurluq hadisəsindən əvvəlcədən məlumatlı olmaqla cinayətin birbaşa iştirakçısının olduğu tam sübuta yetirilir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şərh olunan cinayət əməlini törətməkdə təqsirli olmaları toplanmış sübutların məcmusu ilə tam təsdiq edilir və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də hər üç təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin göstərilən maddələri ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli olmaları tam sübuta yetirilir. Həmin cinayət hadisələri həqiqətən baş vermiş və cinayət hadisələri məhz onlar tərəfindən törədilmişdir, həmçinin hər üç təqsirləndirilən şəxs bu cinayətin törədilməsində təqsirlidirlər. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələr iilə düzgün tövsif olunmuşdur. Ona görə də, onlar həmin maddələr ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum edilmişdir. Onun tərəfindən yenidən cinayət törədilməsi cinayət törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını, əksinə bu cinayət əməllərini özü üçün həyat tərzinə çevirdiyi deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Bakı Şəhəri Səbail Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(009)-38/2025nömrəli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə qəti olaraq təyin edilmiş 04(dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə 01 sentyabr 2023-cü il tarixdən 01 yanvar 2024-cü il tarixədək 04 ay müddət şübhəli və təqsirləndirilən şəxs qismində, əvvəlki cinayət işi üzrə 24 yanvar 2023-cü il tarixdən 24 iyun 2023-cü il tarixədək 05 ay müddət təqsirləndirilən şəxs qismində və 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək 02 gün şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (009)-38/2025 nömrəli hökmü üzrə müəyyən edilmiş 05 mart 2024cü il tarixdən hesablanmalı, barəsində “həbs” qətimkan tədbiri seçilməli və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli (009)-38/2025 nömrəli hökmü üzrə təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs1 barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs3 təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini və “kəllə-beyin travmasıının qalıq əlamətləri XBT10” xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs3 islah olunmasına təsirini, cəzanın məqsədini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-244/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 01(bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Budan başqa “Azərbaycan Respublikası CM-nin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 14 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən şəxsin hökm üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda ona eyni yəni CM-nin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəza təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Qanunvericiliyin belə tənzimetməsi onunla izah olunur ki, cinayətlərin məcmusuna mövcud olduğu hər bir halda o, cümlədən hökm üzrə cəzanın çəkilib qurtardığı halda da müvafiq qaydada cəza təyin edilməsi mütləqdir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs3 hazırkı cinayət işi üzrə 01 avqust 2023-cü il tarixdən 29 oktyabr 2023-cü il tarixədək 02 (iki) ay 28 (iyirmi səkkiz) gün şübhəli və təqsirləndirilən şəxs qismində, əvvəlki cinayət işi üzrə 14 may 2024-cü il tarixdən 14 iyun 2025-ci il tarixədək 01(bir) il 01(bir) ay müddət həbsdə saxlanılmışdır. Həmçinin Təqsirləndirilən şəxs3 barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-244/2024 nömrəli hökmü ilə təyin edilmiş 01 (bir) il 01(bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasını 14 iyun 2025-ci il tarixdə tam çəkib qurtarmış və cəzanın sonu ilə azad olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Gəncə şəhər məhkəməsinin 1(125)-244/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzası ilə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini, vətən müharibəsi iştirakçısı olmaqla “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, “Postravmatik stress pozuntusu XBT 10” xəstəliyindən əziyyət çəkməsini və himayəsində bir azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə 01 avqust 2023-cü il tarixdən 01 yanvar 2024-cü il tarixədək 05 ay müddət şübhəli şəxs və təqsirləndirilən şəxs qismində həbs və ev dustaqlığında saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi üzrə 01 avqust 2023-cü il tarixdən 01 yanvar 2024-cü il tarixədək şübhəli şəxs və təqsirləndirilən şəxs qismində həbs və ev dustaqlığında saxlanıldığı 05 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 01 avqust 2023-cü il tarixdən 01 yanvar 2024-cü il tarixədək şübhəli şəxs və təqsirləndirilən şəxs qismində həbs və ev dustaqlığında saxlanıldığı 05 ay müddət azadlığın məhdudlaşdırlması cəzasının bir gününə iki gün, cəmi 10 (on) ay müddət hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs2 üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 münasibətdə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar olan – 01 (bir) ədəd dəmir materialdan olan boru, 01 (bir) ədəd karkas və 03(üç) ədəd dəmir materialdan olan çərçivənin sahibi- Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 ödənilməsi üçün onun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə dövründə Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 ödənilməsi üçün onun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul köçürülməlidir. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə dövründə Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul köçürülməlidir. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********).Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353,356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhər Səbail rayon məhkəməsinin 1(009)-38/2025 nömrəli xx.xx.2025-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 01 sentyabr 2023-cü il tarixdən 01 yanvar 2024-cü il tarixdək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlandığı 4(dörd) ay müddət həmçinin Təqsirləndirilən şəxs1 əvvəlki cinayət işi üzrə 24 yanvar 2023-cü il tarixdən 24 iyun 2023-ci il tarixədək təqsirləndirilən şəxs qismində saxlandığı 5 (beş) ay müddət və 10 yanvar 2024-cü il tarixdən 12 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlandığı 2(iki) gün müddət, yəni cəmi 9(doqquz) ay 2(iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 2(iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(009)- 38/2025 nömrəli hökmü üzrə müəyyən edilmiş 05 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(009)-38/2025 nömrəli hökmü üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs3Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 2(iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Gəncə şəhər məhkəməsinin 1(125)-244/2024 nömrəli xx.xx.2024cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 1(bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 02 (iki) il 02(iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01(bir) il 01(bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 hazırki cinayət işi üzrə 01 avqust 2023-cü il tarixdən 29 oktyabr 2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə saxlandığı 2(iki) ay 28(iyirmi səkkiz) gün müddət həmçinin Təqsirləndirilən şəxs3 əvvəlki cinayət işi üzrə 14 may 2024-cü il tarixdən 14 iyun 2025-ci il tarixədək cəza çəkdiyi 1(bir) il 1(bir) ay müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulsun və Təqsirləndirilən şəxs3 cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 01 avqust 2023-cü il tarixdən 01 yanvar 2024-cü il tarixdək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlandığı 5(beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 10 (on) ay müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda (Gəncə şəhər Probasiya Şöbəsində) qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd dəmir materialdan olan boru, 1)bir) ədəd karkas və 3(üç) ədəd dəmir materialdan olan çərçivənin sahibizərərçəkmiş şəxsdə saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1,Təqsirləndirilən şəxs3 və X2 tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Gəncə şəhər Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs3 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 Fərhad oğluna ödənilməsi üçün dövlət büdcəsinin hesabına 275 (iki yüz yetmiş beş) manat məbləğində pul Gəncə şəhər Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul Gəncə şəhər Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №1(125)-11/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-11/2025
14.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver