Məhkəmə qərarları › İş №1(125)-110/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-110/2025

08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-110/2025 08.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Firəngiz qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X9, zərərçəkmiş şəxs–Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 05 dekabr 2016-cı il tarixdən başlayaraq alimentin miqdarı artırılaraq 31 mart 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(044)-6133/2016 saylı, 31 oktyabr 2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə, habelə 22 iyul 2019- cu il tarixdən başlayaraq alimentin miqdarı artırılaraq 31 mart 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(044)-2040/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə Şəhər Məhkəməsini 03.11,2023-cü il tarixli, 3(125)-2941/2023 saylı qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 08.01,2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərim davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 22 iyul 2024-cü il tarixədək cəmi 10779.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2007-ci il tarixdə faktiki nikah münasibətlərinə girməklə ailə həyatı qurmuş və nikahları 17 sentyabr 2008-ci il tarixdə rəsmiləşdirilmişdir. Onların nikah münasibətlərində olduğu müddətdə 31 mart 2008-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. O, nikah münasibətlərində olduğu müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan uşaq anası Zərərçəkmiş şəxs himayəsində yaşayır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs 2011-ci il tarixdə ona qarşı məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2011-cı il tarixli qətnaməsinə əsasən ondan 09 avqust 2011-ci il tarixdən hesablanmaqla 31 mart 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Bu qətnamə üzrə onun Zərərçəkmiş şəxs borcu qalmamışdır. Daha sonra Zərərçəkmiş şəxs alimentin miqdarının uşağın saxlanması üçün yetərli olmadığını əsas gətirərək 2016-cı il tarixdə yenidən məhkəmə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq ondan 05 dekabr 2016-cı il tarixdən hesablanmaqla X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. 2019-cu il tarixdə Zərərçəkmiş şəxs yenidən alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 iyun 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq ondan 22 iyul 2019-cu il tarixdən hesablanmaqla X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş və onun Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2016- cı il tarixli və 20 iyun 2019-cu il tarixli qətnamələrinə əsasən 10.779 manat ödənməmiş aliment borcu yığılıb qalmışdır. O, uşağına baxmalı olduğunu dərk edir, sadəcə qətnamələrdə göstərilən alimentin miqdarı çoxdur, fəhlə işləyir və 300-350 manat aylıq qazancı olur. Yenidən ailə həyatı qurmuş və himayəsində iki azyaşlı uşağı vardır.Hazırda isə törətdiyi cinayət əməlindən səmimi peşman olmaqla hazırki cinayət işi üzrə aliment borcunu tam şəkildə ödəmişdir. Odur ki, aliment borcunu ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qursada nikahları 17 sentyabr 2008-ci il tarixdə rəsmiləşdirilmişdir. Həmin nikah münasibətindən 31 mart 2008-ci il təvəllüdlü X5 adında övladları anadan olmuşdur. Həmin müddətdə onlar Gəncə şəhərində Təqsirləndirilən şəxs ata evində birlikdə yaşamışlar. O, nikah münasibətində olduğu müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də 2011 -ci ildə ayrılmaq qərarına gəlmiş və rəsmi boşanmışlar. Uşaq onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşağın saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O isə uşağı tək başına saxlaya bilmədiyindən 2011 -ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2011-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 09 avqust 2011 -ci il tarixdən hesablanmaqla 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 60 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə üzrə Təqsirləndirilən şəxs ona borcu qalmamışdır. Daha sonra alimentin miqdarı uşağın saxlanmasına yetmədiyi üçün yenidən alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2016-cı il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs 05 dekabr 2016-cı il tarixdən hesablanmaqla 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Kəsilən aliment uşağın saxlanmasına yetərli olmadığından yenidən məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs 2019-cu il tarixdən hesablanmaqla 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də aylıq ödəməli olduğu alimenti ödəməmişdir. Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən verilmiş təqdimat əsasında Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli və 20 iyun 2019-cu il tarixli qətnamələrinə əsasən 10.779 manat məbləğində borcu yaranmışdır. Hazırda Təqsirləndirilən şəxs ona olan aliment borcunu tam şəkildə ödəmişdir və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı şahid Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə 100 manat alimentin Təqsirləndirilən şəxs alınaraq xx.xx.2008-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə alimentin məbləği artırılaraq 160 manat olması qət edilmişdir. Aparılan icraat zamanı icra sənədlərinin xx.xx.2019-cu il tarixdə bir icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. İcra sənədi üzrə Gəncə şəhəri üzrə İcra İdarəsində başlanılmış icraat zamanı Təqsirləndirilən şəxs tələbin vaxtaşırı ödənilməsini yerinə yetirməmişdir. Tələbin icra olunmasını təmin etmək üçün keçirilmiş məcburi icra tədbirləri də qənaətbəxş olmamışdır. Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə icra sənədi üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyı təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıqlar göndərilmişdir. İcra sənədi üzrə aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələbini yerinə yetirmədiyi və tələbi üzrsüz səbəbdən icra etmədiyi üçün borclu Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 15 gün müddətinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati həbs edilmişdir. Tənbehdən sonra Təqsirləndirilən şəxs icra sənədləri üzrə borcunun ödənilməsi üçün yeni müddət verilmiş və işə düzəlməsi üçün isə X1 müraciət etməsi barədə ona xx.xx.2023-cü il tarixdə təklif təqdim olunmuşdur. Borclu Təqsirləndirilən şəxs məşğulluq mərkəzində təqdim edilmiş iş yerlərində əmək haqqının az olduğunu əsas gətirərək məşğulluq mərkəzində qeydiyyata durmaq istəmədiyini bildirmişdir. Ona görə də borclu Təqsirləndirilən şəxs 10.779 manat aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə və inzibati tənbeh olunmasına baxmayaraq icra sənədinin icrasını təmin etməməklə faktiki imkanlarından istifadə etməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X6 X3 Filialının 19 fevral 2024-cü tarixli, 3-17-2/2- 12293/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs məşğulluq mərkəzinə müraciət etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-12/2-175223/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayan şəxsdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024- cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamələrin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsini xx.xx.2023cü il tarixli, 3(125)-2941/2023 saylı qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(044)-6133/2016 saylı, 31 oktyabr 2016-cı il tarixli və 2(044)-2040/2019 saylı, 20 iyun 2019-cu il tarixli qətnamələri əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilərək 15 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 08 avqust 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu tam şəkildə ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarına məhkəmə məcmu halında qeyd edilən sübutların mötəbərliyi və mümkünlüyü baxımından qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə qeyd olunan sənədlərə əsasən, onu qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1-ci və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə halları mövcud olduğuna görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 24 (iyirmi dörd) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (28 aprel 2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul köçürülməlidir. (Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 40, 41, 43, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra edərək aliment borcunu tam şəkildə ödədiyinə görə həmin Məcəllənin 306-cı maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul Gəncə Regional Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar