Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-111/2022 28.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X19 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X10, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və hazırda azadlığın məhdudlaşdırılması cəzası çəkən, Gəncə şəhəri, Nizami rayonu, Totanlı küçəsi, 1-ci dalan,ev 3-də qeydiyyatında olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 13 oktyabr 2021-ci il tarixdə yeni növ koronavirus infeksiyasının (COVİD-19 PCR) təyini üçün barəsində aparılmış laborator müayinənin nəticəsinin 14 oktyabr 2021-ci il tarixdə pozitiv olması müəyyən edildikdən sonra “COVİD-19” virus infeksiyasına yoluxub hava-damcı yolu ilə keçən infeksiyanın daşıyıcısı olaraq xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin 01 noyabr 2021-ci il tarixədək uzadılması ilə bağlı” 28 avqust 2021-ci il tarixli 248 nömrəli qərarının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma qaydalarının” 4-1.2-ci bəndinin, həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx.xx.2021-ci il tarixli 189 nömrəli qərarının sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməli olması barədə tələblərini qəsdən pozaraq xx.xx.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı ünvan 1 ünvanını tərk edib ünvan 2sial məsafəni gözləmədən karantin rejimini pozmaqla yeni növ koronavirus (COVİD-19) infeksiyasının (xəstəliyin) yayılması üçün real təhlükə yaratmış və həmin tarixdə saat 16 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri, Totanlı küçəsi ilə İ.Qayıbov küçəsinin kəsişməsində aşkar edilmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməl üzrə tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 12 oktyabr 2021-ci il tarixdə narkotik vasitələrin qanunsuz dövriyyəsindən şübhəli şəxs qismində tutulub Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilən zaman Covid 19 virusuna yoluxub-yoluxmaması barədə test vermişdir. Həmin vaxt onun istifadəsində telefon nömrəsi olmadığına görə ondan test götürən həkimə MSY-nin polis nəfəri nömrəsini vermişdir. 13 oktyabr 2021-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən buraxılmış və o, evə gedən zaman anası ona Covid 19 virusuna dair vermiş olduğu testin pozitiv olduğunu və onun evdən çıxmamalı olduğunu demişdir. Onun istifadəsində telefon nömrəsi yoxdur. ***-***-**-** saylı mobil nömrə anasına məxsusudur. Anasına zəng edərək onun covid-19 virusuna yoluxduğu bildirilmiş, evə gələndə isə anası ona bu barədə demişdir. O həmin gündən yaşadığı ünvanı tərk etməmişdir, lakin xx.xx.2021-ci il tarixdə anası xəstə olduğu üçün ona dərman lazım olduğundan və evdə də ondan başqa gedib dərman alacaq adam olmadığından dərman almaq üçün aptekə gedən zaman Gəncə şəhər, Totanlı küçəsi ilə İ.Qayıbov küçəsinin kəsişməsində polis əməkdaşı ona yaxınlaşıb onun şəxsiyyətini təsdiqlədikdən sonra ona karantin müddətinin bitmədiyini, onun üçün də yaşadığı ünvanı tərk etməməli olduğunu dedi. Həmin vaxt o, polis əməkdaşlarının müşayiəti ilə yaşadığı ünvana getmişdir. Covid-19 xəstəsi olduğu dövrdə xx.xx.2021-ci il tarixdən başqa yaşadığı evi tərk etməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdən barəsində karantin rejimi tətbiq edilərək evdə özünütəcrid qaydalarına əməl etməli olan Gəncə şəhəri, Totanlı küçəsi 1-ci dalan, ev 3 -də yaşayan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə yaşadığı evi tərk edərək, Gəncə şəhəri Totanlı küçəsi ilə İ.Qayıbov küçəsinin kəsişməsində olmuşdur. Həmin tarixdə saat 16 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru X7 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yerə getmişlər. Həmin vaxt onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq, ona yaşadığı evdə özünütəcrid qaydalarına əməl etməli olmasını, yaşadığı evi tərk edərək koronavirus xəstəliyinin yayılmasına səbəb olduğunu, həmçinin xəstəliyin yayılması üçün real təhlükə yaratdığını bildirmişlər. Bundan sonra həmin şəxsin yaşadığı mənzilə qayıtması təmin edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X7 Şahid3 ilə eyni məzmunlu izahat verdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs verdiyi test xx.xx.2021-ci il tarixdə pozitiv olmuşdur. Portalda göstərilmiş telefon nömrəsi ***-***-**-** ilə əlaqə saxlamışdır. Telefon nömrəsi ilə ilk dəfə kompüter operatoru, sonra həmin sahənin tibb X5 və o özü əlaqə saxlamışdır. Komputer operatoru və o həmin nömrə ilə əlaqə saxlayan zaman özünü polis əməkdaşı kimi təqdim edən şəxs cavab vermişdir. Onu dinlədikdən sonra özünü polis əməkdaşı kimi təqdim edən şəxs ona bildirmişdir ki, Şahmarı cinayət işi ilə bağlı şöbəyə gətirmiş və daha sonra azad edilmişdir. Polis əməkdaşı ona Təqsirləndirilən şəxs anasının nömrəsini vermişdir. Polis əməkdaşının ona verdiyi ***-***- **-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Anası olduğunu bildirən şəxsə izah etmişdir ki, oğlunuzda Covid-19 tesininin nəticəsi pozitivdir və gəlib dərman paketini qəbul etsin. Şahmarın anası ona oğlunun xəstə olmadığını və onlara dərman lazım olmadığını demişdir. O Şahmarın anasına izah etmişdir ki, Təqsirləndirilən şəxs 14 gün müddətində yaşadığı evi tərk etməsin. xx.xx.2021-ci il tarixdə Şahmar Həsənmov sağaldığına görə adı portaldan çıxarılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Gəncə şəhər BPİ-nin X13 işləyir. 12 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs MSY-nə təhvil verilmişdir. Həmin zaman Təqsirləndirilən şəxs koronovirus testindən keçirilən vaxt Təqsirləndirilən şəxs istifadəsində mobil nömrəsi olmadığı üçün həmin testi götürən həkimə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni vermişdir. 14 oktyabr 2021-ci il tarixdə özünü Ramidə kimi tanıdan həkim ona telefon vasitəsi ilə zəng edərək 12 oktyabr 2021-ci il tarixdə keçirilmiş olan Təqsirləndirilən şəxs covid 19 virusu ilə bağlı vermiş olduğu testin nəticəsinin pozitiv çıxmasını bildirmişdir. O isə Təqsirləndirilən şəxs MSY-dən buraxıldığını və ona Təqsirləndirilən şəxs anası olan Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni verib onunla əlaqə saxlamasını demişdir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə vermiş olduğu testin nəticəsinin pozitiv olmasını bildirən SMS-i telefonun mesajlar bölməsindən sildiyi üçün istintaqa təqdim edə bilməmişdir. Məhkəmə istintaqında ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur. 2021-ci ilin oktyabr ayında onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş özünü həkim kimi təqdim etmişdir. Həmin şəxs ona bu nömrənin Təqsirləndirilən şəxs nömrəsi kimi qeyd edildiyini və Təqsirləndirilən şəxs Covid-19 xəstəsi olduğunu 14 gün karantin müddəti ərzində yaşadığı evi tərk etməməli olduğunu izah etmişdir. Bundan başqa həmin şəxs ondan şəxsiyyətimi təsdiq edən sənədlə birlikdə Gəncə şəhər Nizami ASM-nə yaxınlaşaraq Covid-19 xəstələri üçün ayrılmış dərman paketini götürməyini istəmişdir. Lakin, Şahmarın Covid-19 xəstəsi olduğu dövrdə səhhətindən heç bir şikayəti olmadığı üçün dərman paketini götürməmişdir. 16 oktyabr 2021-ci il tarixdə Şahmar ona dərman almaq üçün evdən çıxmışdır. Bundan başqa oğlu Şahmar karantin müddəti ərzində heç vaxt yaşadığı evi tərk etməmişdir. Gəncə şəhər Totanlı küçəsi 1-ci dalan ev 3-də Şahmar və o yaşayır. Şahmar Covid-19 xəstəsi olduğu dövrdə evin otaqların birində tək qalırmış və tibbi maskadan istifadə edirmiş. X21-19 virusuna yoluxduğu dövrdə həmçinin indiyə qədər o Covid-19 virusuna yoluxmamışdıər. 055-65-28-13 saylı mobil nömrə ona məxsusdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər Gigiyena və Epidemioloji Mərkəzindən alınmış xx.xx.2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Gəncə şəhəri, Totanlı küçəsi, 1-ci dalan, ev 3-də qeydiyyatda olan Təqsirləndirilən şəxs COVİD-19” virusuna görə müayinəsinin nəticəsinin xx.xx.2021-ci il tarixdə pozitiv olduğu qeyd edilmişdir. “Baxış aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 təqdim etdiyi 1 ədəd “Ambulator tibbi kitabçadan” görünür ki, 1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına 3604 saylı ambulator kitabça açılmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə qədər xəstə Təqsirləndirilən şəxs müşahidəyə götürülmüşdür. Həmin müddət ərzində Covid-19 xəstəsi Təqsirləndirilən şəxs ilə əlaqə saxlanılmaq üçün bir neçə dəfə ***-***-**-** saylı mobil nömrəyə zəng edilmiş, lakin özünü Şahmarın anası kimi təqdim edən şəxs telefonu götürərək Şahmarın səhhətinin yaxşı olduğunu bildirmişdir. Bundan başqa dəfələrlə ***-***-**-** saylı mobil nömrəyə zəng edilsə də telefonu götürən olmamışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 Nizami ASM tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində covid 19 virusuna görə verdiyi analizin cavabı pozitiv olmuşdur. Ona görə də o, xx.xx.2021-xx.xx.2021-ci il tarixə qədər ev müşahidəsində olmalı idi. Sahə həkimi kimi X1 Şahmar Əli oğlu ilə əlaqə saxlamaq üçün verilmiş nömrəyə dəfələrlə zəng etmiş, hər dəfə polis əməkdaşı cavab vermişdir. Sonra polis Təqsirləndirilən şəxs anasının nömrəsini vermişdir. Ana ilə danışıldı və ana oğlunun xəstə olmasından imtina etdi, vəziyyətinin yaxşı olduğunu bildirdi. Tibb bacısı İlhamə Məmmədovanın evə apardığı sadə dərman paketini ana qəbul etməyib geri qaytarmışdır. Xəstəni evdə görə bilmədiyinə görə tibb bacısı anasına tapşırmışdır ki, Təqsirləndirilən şəxs ev müşahidəsində olduğu 14 gün ərzində evi tərk etməsin. Gəncə şəhər BPİ-nin TŞX tərəfindən təqdim edilmiş içərisində xx.xx.2021-ci il tarixdə saat 16 radələrində Gəncə şəhər Totanlı küçəsi ilə İ. Qayıbov küçəsinin kəsişməsində olan videogörüntülər olan DVD disk tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin video görüntünün 01 dəqiqə 10-cu saniyədə yolun sağ tərəfində Göygöl rayonu, Üçtəpə kəndi istiqamətində hərəkətdə olan əynində qara rəngdə şalvar və qara rəngdə gödəkçə olan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs 01 dəqiqə 37 saniyədə yolun sağ tərəfindən sol tərəfinə keçmişdir. 16 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman qeydə alınmış video çəkilişin əks olunduğu DVD disk tədqiq edilərkən müəyyən edilmişdir ki, video görüntüdə çıxış edən şəxs Covid 19 virusuna yoluxmuş şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs covid 19 virusuna yoluxduğu üçün karantin müddəti bitənə qədər yaşadığı ünvanı tərk etməməli olduğunu bildirilərək dərhal ona evə getməli olduğunu deyilmişdir və Təqsirləndirilən şəxs polis əməkdaşının müşayiəti ilə yaşadığı ünvana tərəf getmişdir. Əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Gəncə şəhər BPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci tarixə qədər olan müddət ərzində hansı şəxslərlə təmasda olmasını müəyyən etmək mümkün olmamışdır. “Koronavirusinfo.az” saytından “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X9 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş elektron təlimatından çap edilərək cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xəstəliyin yoluxma yolu hava-damcı yoludur. Xəstəliyin inkubasiya dövrü 14 günə qədər ola bilər. 14 gün evdən çıxmamaları və ictimai yerlərdən uzaq olmaları tələb olunur. “Yoluxucu,parazitlər və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral 73-1 nömrəli Qərarı ilə yoluxucu, parazitlər və kütləvi qeyri-yolxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsinə müvafiq olaraq yaranmış zərurətlə əlaqədar digər xüsusi karantin, profilaktika, qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər tətbiq edilə bilər. Bu Qaydalarda nəzərdə tutulan tədbirlər yaranmış vəziyyətdə mütanasib şəkildə tətbiq edilir. Həmin Qaydaların tələblərinin pozulması Azərbaycan Respublikası cinayət, inzibati xətalar və mülki məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2021-ci il tarixli 248 nömrəli qərarına əsasən koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 01 noyabr saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə” xx.xx.2021-ci il tarixli 189 nömrəli qərarına əsasən sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından və Gəncə Apellyasiya Məhkəməsinin 1(104)- 260/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-37/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs apellyasiya şikayəti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət ləsinin 177.2.1-ci maddəsi ilə 3 il müddətinə azadlığın məhdudlaşdırılması təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan 3 gün müddət və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 4 ay 17 gün müddət, cəmi 4 ay 20 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 2 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə şəhər Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1(104)- 260/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2022-ci il tarixə 3 ay 29 gününü çəkmiş, cəzasının çəkilməmiş qalan hissəsi 1 il 10 ay 21 gün təşkil edir. Sorğuya cavab məktubu ilə müəyyən olunur ki, onun cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Gəncə şəhəri Psixonevroloji Dispanserdən alınmış xx.xx.2022-ci il tarixli, 224 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı, iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları, videogörüntülər və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla, ona qəti cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs Probasiya Şöbəsində qeydiyyata alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 manat pul köçürülməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəza Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-260/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il 2 (iki) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il (06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut qismində tanınmış 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. X22
Məhkəmə qərarları › İş №1(125)-111/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-111/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver