Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-111/2023 02.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Daşkəsən rayonunda anadan olmuş,Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Hərbi şəhərcik 83 ev 400 mənzil 38-də qeydiyyatda olmaqla Gəncə şəhəri Gülüstan qəsəbəsi 3-cü döngə ünvansız fərdi yaşayış evində yaşayan xx.xx.2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 09 radələrində yaşadığı, Gəncə şəhər Gülüstan qəsəbəsi 3-cü döngədə yerləşən ünvansız fərdi yaşayış evinin qarşısında qonşusu Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs saçından tutub yerə yıxaraq sonuncuya burun nahiyyəsinin əzilmiş yarası, sıyrığı, hər iki gözün alt, üst qapaqlarının qançır və şişkinliyi, alın nahiyyəsinin qançırı, sıyrığı ilə müşaiyət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, о, Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. O, yaşadığı həyətdə ev quşları saxlayaraq öz maddi ehtiyaclarını təmin edir. Onun özünə məxsus evin həyətində ev quşlarını otarmaq üçün yer olmadığından yaşadığı evin qarşısında küçədə otarır. Ondan başqa həmin küçədə yaşayan qonşusu Mahilə də öz evinin həyətində ev quşalrı saxlayır və həmin quşları küçədə otarır. Həmin küçədə onlardan başqa heç kimdə ev quşları yoxdur. xx.xx.2022-ci il tarixdə axşam olan zaman ev quşlarmı sayanda ev quşları olan toyuğun bir ədədinin əksik olmasım görmüş, Mahilənin toyuqlarına qarışmasını ehtimal edərək onun həyətində yerləşən toyuq hininə baxmış və özünə məxsus bir ədəd ev quşu olan toyuğu Mahilənin hinində görmüşdür. Mahilədən ev quşu olan toyuğu istəyən zaman Mahilə həmin toyuğun onun olmasını bildirirək toyuğu ona verməmişdir. Dəfələrlə belə hal baş versə də, Mahilə ona məxsus toyuqları verməyərək özünün olmasını iddia etmişdir. O, yenə də bir ədəd toyuqdur zərər olmaz deyib evinə gəlmiş, xx.xx.2022-ci il tarixdə səhər radələrində yaşadığı ünvanın qarşısında olan zaman Mahilə yaşadıqları ünvanın qarşısından keçən zaman Mahiləyə “əvvəllər məni döymüsən, təhqir etmisən, həmçinin toyuqları oğurlamısan” deyə bildirmişdir. Mahilə həmin zaman nalayiq ifadələrlə ona yaxşı etmişəm deyə bildirmişdir. O, həmin zaman küçədə Mahilənin üzərinə hücüm çəkmiş, Mahilənin saçından tutmuş, Mahilə isə onun saçından tutmuşdur. Onlar orada əlbəyaxa olmuşlar. O, Mahiləni saçından tutaraq yerə yıxmış, həmin zaman Mahilənin üz nahiyyəsi yerə dəymiş və Mahilə üz nahiyyəsindən xəsarət almış, həmin vaxt o, özü də yerə yıxılmışdır. Daha sonra səs-küyə qonşular oraya yığılmış, orada onları aralamışlar. Daha sonra Mahilə uzaqlaşıb evinə getmiş, o, isə oradan öz evinə keçmişdir. Təxminən 5- 10 dəqiqə sonra Mahilənin oğlu Tural onun yaşadığı ünvana gəlmiş, nalayiq ifadələrlə həyətin qapısını bərk-bərk vurmuş, o, Turalın gəldiyini görüb qorxmuş, evin qapısnı bağlamışdır. Daha sonra Tural yerdən 2 dəfə daş götürərək onun evinin pəncərisinin şüşələrini sındırmış, ona 270 manat ziyan vurmuşdur, daha sonra qonşular Turalı oradan uzaqlaşdırmışlar. Tural orada onu vurmamış və döyməmişdir. Sonda o, əməlindan peşman olduğunu nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş edilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır. Uzun müddətdir ki, onların münasibətləri yaxşı olmamış, Zərqələm onunla və ailə üzvləri ilə ədavət saxlamış, toyuqlarını oğurlamaqda onlara dəfələrlə şər atmışdır. xx.xx.2022-ci il tarixdə qonşuluqda yaşayan Nofət adlı şəxsdən 2 kiloqram qoyun əti almışdır. Üzərində pulunun olmadığı üçün daha sonra pulunu verəcəyini demiş, axşam radələrində oğlu Tural evə gəldikdə oğlundan 24 manat pul almışdır. 09 may 2022-ci il tarixdə səhər radələrində qonşuluqda yaşayan Zərqələm ilə yan-yana evi yerləşən Nofətin evinə yaxınlaşan zaman Zərqələm onu evin qarşısından keçən zaman arxadan onun saçından tutub yerə itələmişdir. O yerə yıxıldıqdan sonra Zərqələm onun saçından tutaraq başını yerə vurmuş və həmçinin burun nahiyyəsininə əl və ayaq zərbələri vuraraq xəsarət yetirmişdir. O üz nahiyyəsindən xəsarət almış, daha sonra yerə yıxıldığı üçün qonşuluqda yaşayan Qafqaz adlı şəxs və onun oğlu orada ona köməklik etmişdir. Həmin şəxslər orada onu yerdən qaldırmışlar, kömək etmək üçün evə aparmaq istəyən zaman o, onlara etiraz etmiş və öz yaşadığı ünvana getmişdir. Həmin zaman oğlu Tural yaşadıqları ünvanda yatmış, o, oğlunun döyülməyindən xəbəri olmamağı üçün evdə üzünü su ilə yumuş, daha sonra üz nahiyyəsindən olan sıyrılmış yerlərə krem vurmuşdur. Oğlu Tural yuxudan oyanan zaman üz nahiyyəsində olan xəsarəti görmüş, üz nahiyyəsində baş vermiş xəsarətin necə əmələ gəlməsini soruşan zaman yıxıldığını bildirmişdir. Oğlu onun yıxılmağına inanmadığı üçün Zərqələmin itələyərək yerə yıxmasını bildirmişdir. Oğlu onu elə vəziyyətdə gördüyü üçün dərhal Zərqələmin yaşadığı ünvana getmiş, o, oğlunun arxası ilə küçəyə çıxmış, oğlu həmin ünvana çatan zaman bərk-bərk qapını döyərək Zərqələmi çağırmışdır. Zərqələm qapını bağladığı üçün oğlu 2 dəfə yerdən daş götürərək Zərqələmin yaşadığı evin pənçərəsinin şüşəsini sındırmışdır. Daha sonra qonşuluqda yaşayan Qafqaz adlı şəxs orada oğlunu sakitləşdirib oradan uzaqlaşdırmışdır. Daha sonra Zərqələm polisə şikayət etmiş, o, həmin zaman xəsarət aldığı üçün xəstəxanaya müraciət etmişdir. Sonda o, Zərqələmlə barışmadığını ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş Şahid1 bildirmişdir ki, zərərçəkmiş şəxs Mahilə onun anasıdır. Onlar Təqsirləndirilən şəxs ilə qonşuluqda birgə yaşayırlar. Uzun müddətdir ki, onların münasibətləri yaxşı olmamış, Zərqələm onunla və ailə üzvləri ilə ədavət saxlamışdır. Zərqələm onun toyuqlarını oğurlamaqda onlara dəfələrlə şər atmışdır. xx.xx.2022-ci il tarixdə yaşadıqları ünvanda olan zaman yuxudan oyananda anasıın üz nahiyyəsində xəsarət olduğunu görmüş, hansı səbəbdən üzündə xəsarət əmələ gəlməsini soruşmuş, anası həmin zaman bildirmişdir ki, evin pilləkənlərindən yıxılmışdır. O, anasına inammadığı üçün anası sonradan ona bildirmişdir ki, qonşuluqda yaşayan Zərqələm onun saçından tutaraq yerə itələmiş, anası Mahilə yerə yıxıldıqdan sonra anasının saçından tutaraq başını yerə vurmuş və burun nahiyyəsinə əl və ayaq zərbələri vurmuşdur. Həmin zaman anası üz nahiyyəsindən xəsarət almış, bundan başqa anası bildirmişdir ki, Zərqələm onu yerə yıxan zaman təpik zərbələri ilə onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirmişdir. O, həmin zaman əsəbləşərək dərhal yaşadığı ünvandan çıxıb Zərqələmin yaşadığı evin qarşısına getmiş, Zərqələmin yaşadığı evin qapısı bağlı olduğu üçün qapını bərk-bərk döymüş və nalayiq ifadələrlə Zərqələmi çağırmışdır. Həmin zaman Zərqələm yaşadığı ünvanın qapısını açmamış, o, əsəbləşdiyi üçün yerdən iki dəfə daş parçası götürərək Zərqələmin evinin pəncərəsinin şüşələrini sındırmıdır. Dəqiq neçə ədəd pəncərə sınmasını bilməmiş, daha sonra səs-küyə oraya yaxınlaşan qonşular onu sakitləşdirmişlər və o, orada etdiyi nalayiq ifadələrə görə qonşulardan üzr istəmişdir. Daha sonra anasını xəstəxanaya aparmışdır. Məhkəmə istintaqında şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən 1 ildir tanıyır. Çünki o, Gülüstan qəsəbəsinə təxminən 1 il əvvəl köçmüş, Mahilə və Zərqələm də onunla qonşuluqda yaşayır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o küçədə olan səs-küyə yuxudan oyanmış, küçəyə çıxan zaman görmüşdür ki, Tural Zərqələmin yaşadığı evin giriş qapısını döyür. Tural qapını döyən zaman “Ay qancıx çölə çıx” deyə səslənmiş, bu səbəbdəndə o Turalın yanına yaxınlaşaraq söyüş söyməməyini istəmiş və Turalı Zərqələmin qapısından öz evlərinə tərəf aparmışdır. Sonradan ona məlum olmuşdur ki, Mahilə ilə Zərqələm küçədə dalaşmış, o, dava-dalaş hadisəsi zamanı orada olmamışdır. O, Turalın Zərqələmin pəncərəsinin şüşəsini sındırmasını görməmiş, lakin o, Turalı sakitləşdirib yaşadığı evə aparıb geri qayıdan zaman Zərqələmin pəncərəsinin sınıq vəziyyətdə olduğunu görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Məmmədova X1 yaşadığı ünvana tərəf gedən zaman küçənin ortasında Təqsirləndirilən şəxs ona arxadan hücum çəkmiş, hər iki şəxs orada əlbəyaxa olmuşlar, həmin zaman Zərərçəkmiş şəxs orda yıxılmış və onun arxası ilə Təqsirləndirilən şəxs da yerə yıxılmışdır. Video görüntünün səs-yazılarında Zərərçəkmiş şəxs xəsarət alan zaman qışqıraraq kömək istəməsi aydın eşidilmiş, daha sonra orada olan qonşular küçədə olan hər iki şəxsi aralamışlar. Daha sonra Zərərçəkmiş şəxs yaşadığı ünvana daxil olmuş, hadisədən bir qədər sonra Şahid1 yaşadığı ünvandan Təqsirləndirilən şəxs yaşadığı ünvan istiqamətində gəlməsi müşahidə edilir. Zərərçəkmiş şəxs qışqıraraq Turalın getməsinə mane olmaq istəməsi və Şahid1 Təqsirləndirilən şəxs qapısını bərk-bərk döyərək onu nalayiq ifadələrlə çağırması səs yazılarından aydın eşidilir. Daha sonra qonşuların səs-küyə çıxaraq orada Turalı ünvandan kənarlaşdırılması video görüntüdə müşahidə edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2022-ci il tarixli, 704 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- hər iki diz nahiyyəsinin sıyrıqlar, təpə nahiyyəsinin qançır-şişkinliyi bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərlər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2022-ci il tarixli , 708 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burun nahiyyəsinin əzilmiş yarası, sıyrığı, hər iki gözün alt, üst qapaqlarının qançır və şişkinliyi, alın nahiyyəsinin qançırı, sıyrığı-bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozlumasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 4681 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 4960 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs ilə şahid Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, keçirilmiş istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saçından tutub dartaraq qəsdən yerə yıxmaqla, onu döyməsi, onun sağlamlığına yüngül xəsarət yetirməsi tam sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar muəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ona görə də, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən halların olduğunu cəzasını ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə cəzanın fərdiləşdirməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 3108-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 1300 (min üç yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Hökmün icrası Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-111/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-111/2023
02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver