Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-113/2022 01.12.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1959-cu ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmuş, Gəncə şəhər MKTİB-də çilingər işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 27 sentyabr 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı Gəncə şəhəri, Fərhad Əliyev küçəsi, 1-ci döngə, bina 12 qarşısında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əlində olan istintaqa məlum olmayan alət ilə sonuncuya qəsdən zərbələr vuraraq sağ yanaq nahiyyəsində deşilmiş və sağ əlin İİİ barmağının əsas falanqasının arxa səthində deşilmiş-cırılmış yaraları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Hal-hazırda Gəncə şəhər MKTB-də çilinəgər vəzifəsində işləyir. Onunla qonşuluqda yaşayan Mətanət və əri Ariflə münasibəti yaxşı olmamış, belə ki, Arif və arvadı Mətanət dəfələrlə onunla heç bir səbəb olmadan mübahisə etmişlər, xx.xx.2021-ci il tarixdə 16 radələrində o yaşadığı mənzildə olan zaman qonşuluqda yaşan Mətanət və Arif adlı şəxslər yaşadığı mənzilə gələrək ona məxsus dəmir darvazanı daşlamışlar. O, Arif və Mətanətdən bunun səbəbini soruşduqda Mətanət və əri Arif ona məxsus itin Arifin oğlu Qafarın ayağını dişlədiyini və xəsarət aldığını bildirdirərək, nalayiq ifadələrlə onu təhqir etmişər. Daha sonra hər ikisi, yəni Mətanət və əri Arif yaşadığı mənzilə daxil olaraq onunla dava etməyə başlamış və həmin vaxt Arif yumruq və təpiklə, Mətanət isə şillə ilə onu vuraraq xəsarət yetirmişlər, daha sonra Mətanət və digər tanımadığı şəxslər Arifi ondan ayıraraq aparmışlar. Təxminən 3-4 dəqiqədən sonra Arif yenidən əlində küt alətlə onun yaşadığı mənzilə gəlmiş həmin alətlə ona məxsus mənzildə olan əşyalara, yəni evinin şüşələrini, 1 ədəd “Shivaki” və 1 ədəd “Panasonic” markalı televizorları, evdə olan xalçanı, paltarları, paltar üçün asılqan kəndirlər, stol və stulları, qab-qacaqlarını və darvazanı sındırmış və ona təxminən 3000 manat dəyərində maddi ziyan dəymişdir. Bundan sonra onunla qonşuluqda yaşayan Çərkəz, İlham, Elman və digər tanımadığı şəxslər Arifi ondan ayıraraq aparmış və o bu barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hazırda o, zərərçəkmiş şəxslə barışmışdır, buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Onunla qonşuluqda yaşayan Rauf adlı şəxs ilə münasibəti yaxşı olmamış, belə ki, Rauf dəfələrlə onunla heç bir səbəb olmadan mübahisə etmiş, xx.xx.2021-ci il tarixdə günorta saatlarında o, oğlu Qafarı çörək alması üçün mağazaya göndərmiş, az müddət sonra Qafar qaçaraq evə gəlmiş və həmin zaman o, oğlu Qafarın ayağının qanadığını görmüşdür. Oğlu Qafar ona Raufun saxladığı itlərin ayağını dişlədiyini bildirmiş, bundan sonra o, Raufun yaşadığı mənzilə gedərək öz iradını bildirmiş və oğlu Qafarı müalicə etdirməsi üçün onunla birlikdə xəstəxanaya gəlməsini tələb etmiş, lakin Rauf onunla mübahisə edərək heç bir köməklik etməyəcəyini bildirmişdir. O, yenidən təkidlə Raufa onlarla gəlməsini dedikdə Rauf onu və ailəsini təhqir edərək həyətində olan yaba ilə onun üz nahiyyəsinə və sağ əlinə zərbə vuraraq xəsarət yetirmiş və yaşadığı mənzilə qayıdaraq mənzilin qapısını bağlamışdır. Həmin vaxt arvadı Mətanət oğlu Qafarın yıxıldığını demiş və o dərhal oğlunu özünə məxsus “VAZ 2106” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşdirərək TTYX-na aparmış və orada oğlu Qafara tibbi yardım göstərilmişdir. Daha sonra o, oğlu Qafarı yaşadıqları evə gətirmişdir. Hazırda o, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2021-ci il tarixli, 1647 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı sağ yanaq nahiyyəsində deşilmiş və sağ əlin İİİ barmağının əsas falanqasının arxa səthində deşilmiş-cırılmış yaralar vardır. Qeyd olunan yaralar iti uclu əşyanın (əşyaların) təsirindən törənməyə xarakterlidirlər, müayinə olunanın dediyi vaxtda və şəraitdə əmələ gəlməyə uyğundurlar, saəlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edirlir. Cinayət işinin materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2021-ci il tarixli, 1648 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ baldır nahiyyəsinin əzilmiş-deşilmiş yaraları küt mexanizmdən, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müayinə olunan dediyi vaxtda və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə it dişləməsi nəticəsində əmələ gəlməyə uyğundurlar, saəlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid edirlir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə qarşı demişlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-cici il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2007-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmişin ona qarşı hər hansı tələbi və şikayəti olmadığı üçün onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur odur ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 72 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 72 (yetmiş iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-113/2022
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-113/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver