Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-114/2024 03.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, evli, əvəllər məhkum olunmuş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Gəncə Şəhər Məhkəməsinin 1(125)- 70/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqadarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,078 qram kustar üsulla hazırlanmış pisxotrop maddə olan metanfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 21 oktyabr 2023-cü il tarixdə saat 17:20-də Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş, əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Vəli Xuluflu küçəsində yerləşən “Şah sarayının” yaxınlığında saxlanılmış və Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin inzibati binasına gətirilmiş, idarədə üzərində şəxsi axtarış aparılan zamanı əynində olan qara rəngli şalvarın sağ ön yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 1,078 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahid ifadəsi, maddi sübutlar, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, hazırkı cinayət işində göstərilən narkotik vasitə onun deyil. Cinayət işi materiallarında guya onun “Şah Sarayı” şadlıq sarayının yaxınlığında və burada ifadə verən polislərin iştirakı ilə saxlanıldığı qeyd ediləsə də o, orada və bu polis əməkdaşları tərəfindən saxlanılmamışdır. O, həmin gün təxminən günorta 2-3 saatlarında “Tekstilni” adlanan ərazidə “Nənəmin təndiri” adlı çörək sexinin qarşısında piyada hərəkətdə olan zaman saxlanılmış və oradan 1-ci polis şöbəsinə aparılmışdır. O, biri qara rəngli, “Chevrolet Cruze markalı olmaqla, 2 ayrı avtomaşınla gələn 5-6 nəfər polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona polis şöbəsində psixoloji təzyiq göstərib, demişlər ki, narkotik vasitəni öz üzərinə götürsün. O da daha ağır cinayətdə ittiham olunmaqdan qorxmuş və narkotik vasitəni öz üzərimə götürmüşdür. Halbuki orada həmin narkotik vasitəni polis əməkdaşı cibimə qoymuşdur. Lakin, həmin polis əməkdaşını tanımır. Himayəsində bir azyaşlı övladı olduğu və qeyd etdiklərinin nəzərə alınaraq ona bəraət verilməsini xahiş edir. Məhkəmədə şahid - Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 bildirdi ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsi ilə bağlı bölməyə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxsin olduğu yer müəyyən edildikdən sonra, o və polis əməkdaşı Şahid1 onun olduğu yerə getmişlər. Təxminən günortadan sonra Şahid1 ilə birlikdə “Şah sarayı” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb, narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsi ilə bağlı şübhəli olduğu üçün şöbəyə getməli olduqlarını bildirib, polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onu 1-ci Polis şöbəsinə aparıb Təhqiqat bölməsinə təhvil vermişlər. Üzərinə baxış keçirilən zaman o, özü şalvarının cibindən 1 ədəd bükülü çıxarıb, təqdim etmişdir. Həmin bükülüdə metamfetamin adlı psixotrop maddəyə bənzər kütlə var idi. O, özü etiraf etdi ki, həmin maddə ona məxsusdur. Onun üzərinə baxış keçirilən zaman müdafiəçinin iştirakı təmin edilmiş və baxış video çəkiliş vasitəsilə aparılmışdır. Məhkəmədə şahid – Gəncə şəhəri BPİ-nin 1-ci Polis şöbəsinin CAB-nin AÜİ əməliyyat müvəkkili, polis kapitanı Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsi ilə bağlı daxil olmuş məlumat aldıqdan sonra keçirilmiş əməliyyat-axtarış tədbiri əsasında onu saxladıqdan sonra tanımışdır. Lakin, Təqsirləndirilən şəxs saxlanılmasında, tutulmasında və onun üzərinə baxış keçirilməsində o və əməkdaşı Şahid2 iştirak etmişlər. Üzərindən çox vaxt keçdiyi üçün hadisələri dəqiq xatırlamır. Odur ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Bu səbəbdən məhkəmə tərəfindən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək, tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ilə hər hansı bir münasibəti olmamışdır. 21 oktyabr 2023-cü il tarixdə Gəncə şəhəri N.Nərimonov küçəsi ev 4/3 mənzil 12-də qeydiyatda olmaqla Gəncə şəhəri 3-cü mikrorayon bina 8, mənzil 37-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyataxtarış tədbirləri nəticəsində 21 oktyabr 2023-cü il tarixdə, saat 17 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Vəli Xuluflu küçəsi Şah sarayının yaxınlığında saxlayaraq Gəncə şəhəri Baş polis idarəsinin 1-ci Polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxsn üzərinə müdafiəçinin iştirakı ilə baxış keçirməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ ön yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisində ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü Gəncə şəhəri Şah Sarayı şadlıq sarayının yaxılığından yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd gümüşü rəngli kağıza bükülü bükümu elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,70 qram olduğu müəyyən edilmişdir. Həmin kağız büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilən zaman o, əynində olan qara rəngli şalvarın sağ ön cibindən bir ədəd siqaret folqasına bükülmüş kütləni təqdim etmişdir. Həmin bükümə baxılan zaman içərisində ağ rəngli toz kristal şəkilli, ilkin baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. O, həmin kütlənin metamfetamin olduğunu, həmin gün Gəncə şəhəri “Şah sarayı”nın yanında gəzən zaman yerdən tapdığını, özü istifadə etməsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin kütlə müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və selofan kəsiyi ilə birlikdə ümumi çəkisi 1,70 qram olmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/1071 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd sellofan bükümdə olan 1 ədəd qızılı kağız bükümdə təmiz çəkisi 1,078 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 1,028 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) İİ siyahısının 67-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, onun hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə satması, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli, 3820 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. xx.xx.2023-cü il tarixli, 3916 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji dispanserdə “Opioidlərdən asılılıq” diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1843 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 221.2.1-ci maddələri ilə ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, o, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-70/2024 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdən 18 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, 26 avqust 2023-cü il tarixdən 28 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün olmaqla cəmi 04 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının başlanğıcının xx.xx.2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmə əsasən verilmiş xx.xx.2024-cü il tarixli göstərişdən görünür ki, hökm qüvvəyə minmiş və icra olunması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına göndərilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ekspertizadan sonra qalmış qalığı 1,028 qram psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişi özünə əks etdirən 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, müvəqqəti saxlama yerindən azad edilmişdir. AZ-İİİ seriyalı, 980172 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə doğulmuşdur. Valideynləri: atası – Təqsirləndirilən şəxs, anası – X2r. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək, ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən psixoloji təsirlərə məruz qaldığına görə üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir. O, "patı" kimi adlandırdığı narkotik vasitənin istifadəçisidir. xx.xx.2023-cü il tarixində saat 17 radələrində Gəncə şəhəri Vəli Xuluflu küçəsi Şah sarayının yaxınlığında piyada evimə gedən zaman yerdə olan siqaret falqasına kağıza bükülmüş büküm görmüş həmin büküm diqqəini çəkmişdir. Həmin bükümü yerdən götürüb açmış, içərisinə baxmış, baxan zaman içərisində olan maddənin narkotik vasitə olan patı adlandırdığı maddə olduğunu başa düşmüşdür. Bundan sonra həmin kütləni öz şəxsi istifadəsi üçün üzərində saxlamaq qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixində saat 17-20 radələrində o Gəncə şəhəri “Şah sarayı”nın yaxınlığında təkcə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitəni qanunsuz olaraq üzərimdə saxlamaqda, istifadə etməkdə şübhəli olduğu üçün Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirmişdirlər. Orada vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun qara rəngli şalvarının sağ ön yan cibindən 1 ədəd siqaret falqasına bükülmüş büküm aşkar olunmuş həmin kağız büküm açılıb baxılan zaman içərisində ağ rəgli toz kristal şəkilli, ilkin baxışdan psixatrop maddə olan metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. O, üzərində saxladığı həmin kütlənin psixotrop maddə olduğunu, həmin gün Vəli Xuluflu küçəsi “Şah sarayı”nın yanında gəzən zaman yolda yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gazdirdiyimi bildirmişdir. Aşkar edilmiş kütlə içərisində olduğu kağız ilə birlikdə elektron tǝrǝzidə çəkilmiş və çəkisi 1,70 (bir tam yüzdə yetmiş) qram gəlmişdir. Həmin 1 ədəd büküm zərfə qablaşdırılmış və zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Təqsirləndirilən şəxs etiraf etmişdir ki, onun üzərindən aşkar edilmiş metamfetamin ona məxsusdur və həmin kütləni xx.xx.2023-cü il tarixində saat 17 radələrində Gəncə şəhəri Vəli Xuluflu küçəsi “Şah sarayı”nın yaxınlığında tapmışdır. O, heç vaxt psixotrop maddə satışı ilə məşğul olmamış və bu barədə fikridə olmamışdır. O, psixotrop maddəni istifadə etdiyi üçün üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminin onda olmasından hər hansı bir şəxsin və ya ailə üzvlərinin xəbəri olmamışdır. O, yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə saxlamamışdır. Psixotrop maddəni əldə etməkdə ona heç kəs köməklik etməmiş, heç kəsin xəbəri olmamışdır bütün bunların hamsını o özü tək etmişdir. Ona polis idarəsində olan zaman heç bir zor tətbiq edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı müdafiəçisi tərəfindən ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq olmadığını bildirmişdir. Bununla belə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxsun məhkəməyə verdiyi ifadəsi üzrə Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən psixoloji təsirlərə məruz qalması ilə bağlı məsələnin araşdırılması üçün Gəncə şəhər prokurorluğuna sorğu verilmişdir. Gəncə şəhər prokurorluğunun sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin əməkdaşları tərəfindən psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar edilmişdir. Digər tərəfdən, qeyd edilməlidir ki, məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhz psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində aranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittihamın təkzibi ilə əlaqədar göstərdiyi xüsusatlar məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Beləliklə də, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş və bir-biri ilə uzlaşan digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz əldə etməsi və üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, himayəsində azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, əməlində cinayətin residivinin olması isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, hazırki halda təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından CM-in 62-ci maddəsi tətbiq edilərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Belə ki, ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-70/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək cəza ilə qismən toplanılmalı, həmçinin Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvəllki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün müddət və hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Həmin maddənin tələbinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və onun əməlində cinayətin residivi olduğundan, o, hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalı, onun Gəncə Şəhər Məhkəməsinin 1(125)-70/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi ilə bağlı həbsdə olması nəzərə alınmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 1,028 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən həmin cəza Gəncə Şəhər Məhkəməsinin 1(125)-70/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən ona təyin edilmiş 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvəlləki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün olmaqla, cəmi 04 (dörd) gün müddət və hazırkı iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədən şübhəli şəxs qismində tutulduğu 02 gün olmaqla, ümumilikdə 06 (altı) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-70/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkməsi ilə bağlı həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübutlar - Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 1,028 qram təşkil edən psoxotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (yüz əlli) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-114/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-114/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver