Məhkəmə qərarları › İş №1(125)-115/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-115/2022

16.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-115/2022 16.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Əhmədova Leyla Nizami qızının katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Samux rayonunun İnstitut qəsbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törədərək yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o 04 aprel 2022-ci il tarixdə saat 08 radələrində “X11” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin” tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan idarə etdiyi VAZ-21011 minik markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Azərbaycan küçəsində hərəkətdə olarkən “X11” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə edərək, həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, tələblərə əməl etməyərək hərəkətini davam etdirib yolu sağ tərəfdən sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan sonuncunun ağır dərəcəli tramvatik şokla müşayiət olunan sağ Vİİ, Vİİİ, İX və X qabırğaların yer dəyişmiş sınıqları, L3, L5 bel fəqərələrinin hər iki qalça, qasıq, oturaq sümüklərinin sınıqları, sağ almacıq, sol bud nahiyyələrinin qançırları, sağ dirsək oynağı nahiyyəsinin sıyrığı xəsarətləri ilə müşayiət edilən, həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra, o, “X11” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü bəndinin 1-ci hissəsinə əsasən nəqliyyat vasitəsini yerindən tərpətməməli, həmin Qanununun 37-ci maddəsinin 4-cü bəndinin 2-ci hissəsinə əsasən zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı, həmin Qanununun 37-ci maddəsinin 4-cü bəndinin 4-cü hissəsinə əsasən hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməli olduğu halda, həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə Samux rayonu İnstut qəsəbəsində qeydiyyatdadır və həmin ünvanda yaşayır. VAZ-21011 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə ona məxsusdur, avtomobili təxminən 2 il olar ki, almış və onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi vardır. Maşını alan zaman adına sənədləşdirməsələr də ona baş etibarnamə verilmişdir. Gəncə şəhəri, R.Hüseynov küçəsi ev 47-də yaşayan Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 04 aprel 2022-ci il tarixdə saat 08:05 radələrində idarə etdiyi VAZ-21011 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Piryez adlı ərazidən Poçt qəsəbəsinə yaşayan qaynatası Cəmilin evinə gedən zaman Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən şəhid bulağının qarşısında dayanmış Hundai markalı 6 nömrəli marşurt avtobusunu ötmək üçün marşurutun arxsasından sol yola çıxan zaman qarşıdan yolu sağdan sola keçən tanımadığı yaşlı qadını, adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21011 markalı avtomobilin sağ qanad hissəsi ilə vurmuş, nəticədə piyada avtomobilin sağ qanadına, daha sonra isə ön külək şüşəsinə dəyərək yerə yıxılmışdır. Həmin vaxt həyəcanlı olduğu və bərk qorxduğu üçün avtomobillə hadisə yerindən qaçıb getmiş, əvvəlcə Sadılı qəsəbəsində yaşayan xalası qızı Kəmalə gilə, daha sonra öz evlərinə getmişdir. Hadisə vaxtı avtomobili saatda 70 km/saat sürətlə idarə etmiş və avtomobildə tək olmuşdur. Hadisədən əvvəl heç bir spirtli içki qəbul etməmişdir. Fenya Qurbanova onun hərəkət istiqamətinə uyğun olaraq avtobusun qarşısından yolu sağdan sola keçmiş, onu avtomobili ilə hərəkət zolağının əks istiqamətində vurmuşdur. Fenya Qurbanovanı avtomobil yolunu sağ tərəfdən sol tərəfə keçməsini 3 metr məsafədən görmüşdür. Bir müddət sonra polis əməkdaşları zəng edərək onu polis şöbəsinə dəvət edən zaman artıq polislərin onu idarə etdiyi avtomobillə piyadanı vurmasını bilmələrini başa düşmüşdür. Hazırda X9 ilə barışmış, sonuncunun müalicə xərclərini qarşılamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 04 aprel 2022-ci il tarixdə saat 07:50 radələrində gəlini Mətanətlə brlikdə yaşadıqları ünvan 3 ünvanında yerləşən evdən çıxıb, Gəncə şəhərində yerləşən İstanbul Klinikasına dizində yaranmış probemlə bağlı gedərkən Azərbaycan küçəsində 6 nömrəli avtobusun qarşısından yolu sağdan sola keçən zaman gəlini Mətanətdən sürətli yeriyərək yolun digər tərəfinə tez çatmaq istəmiş, bu zaman avtobusun sol tərəfindən qırmızı rəngli VAZ-21011 markalı avtomobil qabaq sağ tərəfi ilə onu vurmuş, zərbənin təsirindən avtomobilin ön külək şüşəsinə dəyərək yerə yıxılmışdır. Yıxılanda sağ qolu və başının sağ tərəfi yerə dəymişdir. Həmin vaxt ətrafa tanımadığı şəxslər toplaşmış və onu tanımadığı avtomobillə xəstəxanaya aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım olunmuşdur. Sonradan məlum olmuşdur ki, onu vuran avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur. Hazırda Azər ona dəymiş ziyanın hamısını ödəmiş, ona görə də Azərdən heç bir şikayət və yaxud da tələbi yoxdur. Bu barədə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2016-cı ildən DİO-da xidmət etməklə hazırda Gəncə şəhər Baş Polis İdarəsinin X18 X8 Patrul Xidməti Bölüyünün YPX inspektoru vəzifəsində işləmklə polis baş serjantı rütbəsini daşıyır. Zərərçəkmiş şəxs və X4 əvvəllər tanımamaqla heç biri ilə münasibəti düşmənçiliyi, o cümlədən ədavəti olmamışdır. 04 aprel 2022-ci il tarixdə saat 08 radələrində xidməti ərazisində olan zaman növbətçi hissədən Gəncə şəhəri Azərbaycan küçəsində avtonəqliyyat hadisəsi olduğu üçün oraya yaxınlaşmalı olduğunu demişlər. Həmin hadisə yerinə getmişdir. Hadisə yeri Azərbaycan küçəsində Şəhid bulağı adlanan yerin yaxınlığında yolun hərəkət hissəsidir. Hadisə yerinə gedən zaman orada sürücü adını sonradan bildiyi Təqsirləndirilən şəxs hadisə yerində olmamış, hadisə yerindən qaçmışdır. X9 isə hadisə yerinə çatana qədər xəstəxanaya yerləşdirilmişdir. Daha sonra hadisə yerinə müstəntiq dəvət edilmişdir. Hadisə yerinin baxışı aparılıb, sxem tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. Daha sonra Təqsirləndirilən şəxs axtarmışlar. Azərin yerini müəyyən edib Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqqiat İdarəsinə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Zərərçəkmiş şəxs qayınanasıdır, Fenya yaşlı olduğu üçün ona əri Afislə birlikdə baxırlar. Qayınanası Fenyanın dizlərində duz xəstəliyi olduğu üçün onu 04 aprel 2022-ci il tarixdə saat 07:50 radələrində Gəncə şəhərində yerləşən İstanbul Klinikasına həkim müayinəsinə aparan zaman qayınanası Fenya Azərbaycan küçəsində dayanmış 6 nömrəli avtobusun qarşısından yolu sağdan sola keçərkən avtobusun sol tərəfindən qırmızı rəngli VAZ-21011 markalı avtomobil qabaq sağ tərəfi ilə qayınanasını vurmuş, zərbənin təsirindən qayınanası Fenya avtomobilin ön külək şüşəsinə dəyərək yerə yıxılmışdır. Yıxılanda qayınanasının sağ qolu və başının sağ tərəfi yerə dəymişdir. Həmin vaxt ətrafa tanımadığı şəxslər toplaşmışdır. Lakin qayınanasını vuran qırmızı rəngli VAZ- 21011 markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin tanımadığı sürücüsü hadisə yerindən qaçıb getmişdir. Daha sonra o əri Afisə zəng vurmuş və Afis oraya gəlib 103 xidmətinə məlumat vermişdir və qaynanasını 3 nömrəli şəhər xəstəxanasına tibbi yardım üçün aparmışlar. Xəstəxanada Fenyaya ilkin tibbi yardım olunmuşdur. Sonradan məlum olmuşdur ki, qayınanası Fenyanı vuran avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur. Daha sonra Azərin qohumları və Azər oraya gəlib Fenyanın müalicəsi ilə maraqlanmış və Fenyanın xəstəxanada olduğu vaxt müalicə xərclərini ödəmişlər. X13 barışmış və Azərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən şahid qismində dindirilmiş Şahid3, Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 05 may 2022-ci il tarixli 509 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – ağır dərəcəli travmatik şokla müşayiət olunan sağ Vİİ, Vİİİ, İX, X qabırğalarının yerdəyişmiş sınıqları, L3, L5 bel fəqərələrin, hər iki qalça, qasıq, oturaq sümüklərinin sınıqları, sağ almacıq, sol bud nahiyələrinin qançırları, sağ dirsək oynağı nahiyəsinin sıyrığı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının 25 may 2022-ci il tarixli 8/1277 nömrəli rəyindən görünür ki, VAZ 21011 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X11” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 1-ci hisəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “X11” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq omuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyada məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadanın hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdən verilmiş “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyyətinin tibbi müayinəsi barədə tərtib edilmiş protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2022-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux rayon Mərkəzi Xəstəxanasından daxil olmuş məktubun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs Samux RMXPHŞ-nin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux rayon İcra Hakimiyyətindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux rayon İnstut qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 262 nömrəli 08 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2007-ci il təvəllüdlü azyaşlı oğlu X5 vardır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 313-3412-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BC 111063 saylı BC dərəcəli sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixdən, xx.xx.2031-ci il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan cinayət işinin materiallarına əlavə edilmiş 23 iyun 2022-ci il tarixli 120-20477-1122 saylı rapordan görünür ki, Gəncə şəhəri Azərbaycan küçəsi, “Şəhid bulağı” deyilən yerdə Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinə məxsus videonəzarət kamerası quraşdırlmadığından 04 aprel 2022-ci il tarixdə həmin küçəədən görüntü əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan arayışdan görünür ki, VAZ 21011 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyətçisi X3 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24 iyun 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21011 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs Vaz 21011 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili müvafiq etibarnaməsinin vaxtı keçdiyi üçün o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati xəta törətmiş şəxs kimi məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Gəncə şəhər Baş polis İdarəsinin X18 Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04 aprel 2022-ci il tarixli Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Gəncə şəhər Azərbaycan küçəsində yerləşir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi avtomobil yolu düz profilli asfaltbeton örtükdən ibarət olmaqla hadisə zamanı quru vəziyyətdə olmuşdur. Yol nəqliyyat hadisəsinin baş verdiyi Gəncə şəhəri Azərbaycan küçəsi yolun avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş hissəsinin ümumi eni 8 metrdir. Hadisə yerinə baxış zamanı müəyyən olundu ki, Gəncə şəhəri Azərbaycan küçəsi qarşılıqlı nəqliyyatın axını üçün nəzərdə tutulmuşdur, hər iki istiqamətdə hərəkət üçün tək zolaq vardır. Küçə şəhər elektrik işıqları ilə işıqlandırılır. Toqquşma yeri yolun hərəkət hissəsində yəni, yolun kənarında yolun digər kənarına doğru 4 (dörd) metr 20 (iyirmi) santimetr məsafədə yerləşir. Hadisə yerində tormoz izi aşkar edilməmişdir. Piyada sürücünün hərəkət istiqamətinə uyğun olaraq yolu sağdan sola keçmişdir. Piyada yolun sağından soluna doğru 4.20 metr məsafə qət etmişdir. Hadisə Vaz 21011 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağının əks istiqamətində baş vermişdir. Sürücü Təqsirləndirilən şəxs hadisədən əvvəl X9nı 3 metr məsafədə görüşdür. Təqsirləndirilən şəxs idarə etdiyi avtomoblin hərəkət sürəti deməsinə görə 70 kilometr saat olmuşdur. Sürücünün hərəkəti üçün təhlükə piyadanı n sağdan hərəkət hissəsinə daxil olduğu andan yaranmış və həmin andan vurulmaya kimi piyada iti yerişlə 4.2 metr məsafə qət etmişdir. Həmin yolda hərəkət sürətinin yuxarı həddi 60 km/saatdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2004-cü il təvəllüdlü Sərfinaz və xx.xx.2007-ci il təvəllüdlü Abuzər adlı 2 yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan X1 çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu X12, fiziki, psixi inkişafın geri qalması diaqnozu ilə sağlamlıq imkanları məhdud uşaqdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər 1 saylı notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdqilənmiş 20 may 2022-ci il tarixli Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, 04 aprel 2022-ci il tarixli avtoqəzada xəsarət alması ilə bağlı Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyi üçün barışmışlar. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 263.1-1-ci maddəsi ilə də cinayət təqibi başlanmışdır. Lakin məhkəmə baxışında zərərçəkmiş şəxs ərizə verərək təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxslə barışdığını bildirdiyi, təqsirləndirilən şəxs isə müdafiəçi ilə birlikdə ərizə verərək Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməsini xahiş etdiyi üçün təqsirləndirilən şəxs barəsində başlanmış cinayət təqibinə həmin hissədə məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “X11” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İV hissəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; 5) əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin başverdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair 10 aprel 2012ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yolnəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını və bir uşağının sağlamlıq imkanlarının məhdud olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışmasını, eləcə də onun yaşayış yeri üzrə müsbət xarakteriza olunmasının təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59cu maddələrinin tələblərinə uyğun olaraq cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törətdikdən sonra idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsi yerindən qaçmışdır. Bununla o, “X11” Qanunun 37-ci maddəsinin İV hissəsində müəyyən edilmiş vəzifələrə zidd hərəkət etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam şəkildə sübuta yetirildiyinə görə o, CM-in 264-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi ilə bağlı hazırki işin hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid edilməsi zərurəti yoxdur və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin sanksiyası həddində əsas cəza kimi azadlığın məhdudlaşdırılması cəzası, əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Samux rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə qeyd olunan normaya əsasən iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, Gəncə BPİ-nin DYPŞ-nin cərimə meydançasına yerləşdirilmiş və Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21011 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərci - ekspertizanın dəyəri olan 85 manat pul təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Samux rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Gəncə BPİ-nin DYPŞ-nin cərimə meydançasına yerləşdirilmiş və Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21011 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 Mərhmət qızının işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar