Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-115/2023 25.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 ilə, xx.xx.1994-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işsiz, Samux rayonu İnistut qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə ŞəhərMəhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşaiyət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs09 dekabr 2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhər 5ci mikrorayon ərazisində yerləşən ictimai yer hesab olunan “Babək Servisin” yaxınlığında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdəpozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ilə ünvanına nəlayiq ifadələr işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə sonuncuya qəsdən zərbə endirərək sol said nahiyyəsinin yarası və yerdən götürdüyü daş ilə sağ əl pəncəsinin qançırı yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarəti, yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bununla da, təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2021-ci il tarixdə Günay adlı tanışı ona zəng edərək bildirmişdir ki, bacısı Ləman ərindən boşanıb, anası Nəsibə isə bacısını yola vermir və əxlaqsızlıqla məşğul olub pul qazanmağını istəyir. Bacısıda ona görə anası ilə birlikdə yaşamaq istəmir. Günay ondan bacısı Ləmanın onun ilə birlikdə yaşamağını istəmişdir. O razılaşmışdır. Ləman təxminən 10 gün onun ilə birlikdə yaşamışdır. Bundan sonra 2021 -ci ilin dekabr ayının xatırlamadığı günündə evə gəldikdə azyaşlı bacısı qızı Nəzrin ona bildirmişdir ki, evlərinə tanımadıqları şəxslər gəlmiş və Ləmanı zorla aparmışdırlar. Tural adlı şəxs Ləmanı aparmamışdan əvvəl onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmişdir. Ona görədə Tural adlı şəxsin telefon nömrəsi onun mobil telefonunda yaddaşda qalmışdır. O Tural adlı şəxsə zəng etmiş və bildirmişdir ki, gəl görüşək. Tural onu görüşmək üçün Şahsevənlər küçəsində yerləşən kollecin yanına çağırmışdır. O Ləmanla telefonla danışan zaman Ləman ona bildirmişdir ki, Tural “Babək” servisin yanında Nəsibə ilə birlikdə yaşadığı evdə oturub o bundan sonra Turala zəng etmişdir ki, Babək servisin yanındayam düş aşağı görüşək. Bu zaman əvvəlcədən Şestoy ləqəbi ilə tanıdığı Tural adlı tanışı ilə görüşmüşdür. Şestoy ləqəbli Tural adlı şəxsdən soruşmuşdur ki, burda Şirek ləqəbli avtobus sürcüsü Tural adlı şəxs tanıyırsanmı. Şestoy ləqəbli Tural adlı tanışı onu tanımadığını bildirmişdir. O bundan sonra “Babək” servisın yanından piyada üzü Dəyirmananın kruqu deyilən yerə tərəfə gedən zaman yanında BMWmarkalı avtomobil saxlamışdır. İçərisində əyləşən Şestoy ləqəbli Tural adlı tanışı ona bildirmişdir ki, əyləş yuxarı tərəfə gedirik hara gedirsənsə aparaq düşürək. O avtomobilə əyləşmişdir. Biraz gedikdən sonra yol kənarında Şirek ləqəbli Tural adlı şəxsi görmüşdür. O avtomobili idarə edən tanımadığı şəxsdən avtomobili saxlamağını istəmişdir. Avtomobil dayanan kimi o avtomobildən düşmüşdür və Şırek ləqəbli Tural adlı şəxsin üzərinə getmişdir. Bu zaman Şirek ləqəbli Tural adlı şəxs üzərində olan bıçağı çıxartmışdır. O Şirek ləqəbli şəxsəbıçağı yerinə qoymağını və söhbət edərək məsələni aydınlaşdırmaq istədyimi bildirmişdir. Şirek ləqəbli Tural adlı şəxs isə bıçağı yerinə qoymuşdur. Bundan şonra o Tural adlı şəxsə yumruq zərbəsi vurmuşdur. Bu zaman Tural adlı şəxs yenidən bıçaq çıxartmışdır. Bıçaq çıxartdığına görə Tural adlı şəxsdən aralanmış və özünü müdafiə etmək üçün Tural adlı şəxsə daş atmışdır. Bundan sonra Tural adlı şəxs əlində olan bıçaq ilə onun üzərinə gəlmişdir. Həmin vaxt Şirek ləqbli Turalla bir birinə bıçaqla xəsarət yetirmişdir. Bundan sonra Şirek ləqəbli Tural adlı şəxs hadisə yerindən qaçmışdır. O xeyli qan itiridyinə görə daha sonra nə baş verdiyini xatırlamır.O törətdiyi əməldən peşmandır. Hazırda Turalla barışmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə zərərçəkmiş şəxslə barışdığına görə cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, təxminən 2022-ci ilin sonlarında Nəsibə adlı qadınla tanış olmuşdur. Həmin vaxtdan onunla qeyri-rəsmi olaraq birlikdə yaşayırmış.ünvan 1 ünvanını kirayəyə götürmüşdür və Nəsibəni həmin evə yerləşdirmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 18 radələrində həmin kirayəyə götürdüyü evdə Nəsibə, bacanağı Xəyal və o birlikdə yemək yeyən zaman Nəsibə ona bildirmişdir ki, qızı Nastı həyat yoldaşını Nəsibənin yanına gəlmək adı ilə aldadıb Samux rayonunda yaşayan İsmayıl adlı oğlanla İsmayılın evində qalır. Nastının 2 azyaşlı övladı Nəsibənin yanında qalırmış. Nəsibə azyaşlı uşaqları aparıb Nastıya təhvil vermək istədiyini bildirmişdir. O Nəsibəyə bildirmişdir ki, bu uşaqları aparıb Nastıya təhvil vermək düzgün deyil Matının qeyri rəsmi yaşadığı oğlanın nömrəsini ona versin o həmin İsmayıl adlı oğlanla danışsın. Nəsibənin ona verdiyi ***-***-**-** mobil nömrə ilə əlaqə saxlayıb ona evli qadınla bir yerdə qeyri rəsmi yaşamağın düzgün olmadığını bildirmişdir. Adını bilmədiyi həmin şəxs telefon vasitəsi ilə danışarkən ona bildirmişdir kı, Samux rayonundadır və sabah gəlib onunla görüşəcəkdir. Bundan sonra Nəsibə ona Samux rayonuna gedib qızı Nastını gətirmək istədiyini bildirmişdir. O taksi sifariş vermiş və taksi ilə Samux rayon İnstitut qəsəbəsinə getmişdirlər. Həmin ünvana çatdıqdan sonra o və Xəyal taksidə gözləmişdirlər. Nəsibə ilə qızı taksidən düşüb gedib qızı Nastını gətirmişdirlər. Nastı və Nəsibə evdən çölə çıxdıqdan sonra qapının qarşısında Nastıya 1 şapalaq vurmuşdur. Sonra taksiyə əyləşib ünvan 1 ünvanına getmişdirlər. Yolda Nəsibə ona qızı Nastının öhdəsindən gələ bilmədiyini bildirmişdir o ərkyana Nastıya 1 şapalaq vurmuşdur. Evə çatdıqdan təxminən yarım saatdan sonra Nastının qeyri rəsmi birlikdə yaşadığı adını bilmədiyi şəxs ona təxminən saat 20:30 radələrində ***-***-**-** mobil nömrəsidən zəng edərək onu təhqir edib İmmamzadə deyilən yerdə görüşmək istədiyini bildirərək onu təhqir etmişdir. Bu zaman Nastının yaşadığı oğlandan başqa özünü kürd Seymur kimi təqdim edən şəxsdə onu telefonda təhqir etmişdir. O həmin şəxsə bildirmişdir ki, əgər görüşmək istəyirsənsə Gəncə şəhər Şahsevənlər küçəsində yerləşən kollecin yanına gəl. Bundan sonra Nəsibə onun həmin şəxslə görüşməyinə narazılıq etmişdir. Bir müddətdən sonra təxminən saat 22:30 radələrində həmin şəxs təkrar ona eyni nömrə ilə zəng edib onu təhqir etmişdir. O bundan sonra Xəyal ilə evdən çıxmışdır və onunla görüşəcəkləri yerə getmək üçün Gəncə şəhəri Dəyirmanın kruqu deylən yerə tərəf piyada gedən zaman aşağıdan qara rəngli BMW markalı avtomobil gəlib yanlarından keçmişdir. Portafino çay evinin yanından geriyə dönüb Xəyal və onun yanına tərəf gəlmişdir. Onların yanına çatdıqdan sonra həmin avtomaşından 5 nəfər tanımadığı şəxs yerə düşmüşdür. Yerə düşən şəxslərin hamısının əlində bıçaq olmuşdur. Həmin şəxslər maşından düşən kimi onu təhqir etmişdirlər və həmin şəxslərdən biri ona daş atmışdır. Atılan həmin daş onun biləyinə dəymişdir. Daha sonra əllərindərindəki bıçaqla onu vurmaq istəmişdirlər. Həmin 5 nəfər şəxsdən biri onu bıçaqla vurmaq istiyən şəxsin qabağına keçib dayanmağını istəmişdir. O arxaya getmək istiyərkən ayağı ilişib yıxılmışdır. Bu zaman ona adını bilmədiyi şəxs bıçaqla 2 zərbə vurdu və xəsarət yetirmişdir. Bundan əlavə bildirmişdir ki, o bıçaqla vuran zaman həmin şəxslərdən biri qışqıraraq dəydi demişdir. Bundan sonra o yerdən qalxıb yuxarıda olan moykaya tərəf qaçmışdır. Sonra dostu Elşən adlı şəxsə zəng edib bıçaqlandığını bildirmiş və Elşəndən onu xəstəxanaya aparmağını istəmişdir. Elşən adlı dostu təxminən 10 dəqiqədən sonra gəlmiş və onu 3 nömrəli xəstəxanaya aparmışdır. Hadisə zamanı ətrafda hadisənin şahidi olan başqa şəxslər olamamışdır. Hadisədən sonra həmin şəxslərin hansı istiqamətə getdiyini görməmişdir. Hazırda İsmayılla barışmışdır. Ondan heç bir şikayəti və tələbi yoxdur. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun bacanağıdır. xx.xx.2021-ci il tarixdə bacanağı Tural ona zəng edərək bildirmişdir ki, gəl yemək yeyək. Oda etiraz etməmişdir. Turalın qeyri rəsmi ər arvad münasibətində Nəsibənin Gəncə şəhəri, 5-ci mikrorayonda “Babək” Servisin yaxınlığında yaşadığı ünvana getmişdir. Orda söhbət əsnasında ona məlum olmuşdur ki, Nəsibənin qızı Ləman bir neçə gündür evdən çıxıb İsmayıl adlı şəxslə birlikdə Samux rayonunda yaşayır və evə qayıtmamışdır. Sonda qərara gəldilər ki, gedib Ləmanı evə gətirsinlər. Axşam saatlarında O, Tural, Nəsibə və Nəsibənin digər qızı Günay ilə birlikdə taksi ilə Samux rayonu, İnstitut qəsəbəsinə getmişlər. Həmin yerə çatdıqdan sonra Nəsibə və Günay taksidən düşüb Ləmanın İsmayıl adlı şəxslə birlikdə Samux rayonunda yaşadığı evə daxil olmuşdur. Evdə səs-küy olduğunu görüb Tural və oda onların ardınca evə daxil olmuşlar. Evə daxil olduqdan sonra Tural Ləmana anasına qışqırmağına iradını bildirərək Ləmana şillə vurmuşdur. Bundan sonra anası Ləmanın qolundan tutub çölə çıxardıb taksiyə otuzdurmuşlar. Daha sonra onlar birlikdə Turalın Nəsibə ilə birlikdə yaşadığı evə gəlmişlər. Evə gəldikdən sonra Turala ard-arda zənglər gəlmiş. Ona Turalın telefon danışığlarından məlum olmuşdur ki, Tural telefonda Ləmanın birlikdə yaşadığı İsmayıl adlı şəxslə mübahisə edir və onlar söhbət etmək üçün Gəncə şəhər Şahsevənlər küçəsində yerləşən kollecin yanında görüşəcəklərmiş. Bundan sonra Tural evdə bıçaq axtararaq mətbəxdən iri həcmli bıçaq götürmüşdür. Bundan sonra Tural ona bildirmişdir ki, bacanaq dur gedək. Oda Turaldan heç bir şey soruşmadan və etiraz etmədən həmin gün, yəni xx.xx.2021-ci il tarixdə saat 22 radələrində Tural ilə birlikdə evdən çıxmışlar. Onun fikri ondan ibarət imiş ki, Turalı Dəyirmanın dairəsi deyilən yerdən yola salsın və özüdə taksi ilə yaşadığı Samux rayon İnistut qəsəbəsinə getsin. Tural ilə evdən çıxıb üzü Dəyirman dairəsi deyilən yerə piyada gedən zaman Tural ona bildirmişdir ki, onları gedəcəyi ünvanda uşaqları çağırıb aşağı yuxarı qaçırdıb onların başına oyun açacaqdır. Bu zaman o kənarda təbii ehtiyacını ödəmək üçün qaranlıq bir yerə çəkilmiş. Daha sonra isə Turalın arxasınca getmişdir. Təxminən Tural ilə aralarında 10 metr məsafə olan zaman Babək Servisin yaxınlığında qara rəngli BMW markalı avtomobil Turalın yanında dayanmışdır. Avtomobil dayandıqdan sonra avtomobildən 3 nəfər düşmüş. Həmin şəxslərdən biri adını sonradan bildiyi İsmayılın dostu Tural onun qarşısını kəsərək ona qarışmamağını bildirmişdir. Düşən şəxslərdən digəri adını sonradan bildiyi Ləmanın birlikdə yaşadığı İsmayıl adlı şəxs Turala tərəf qaçmış. Bu zaman Tural ilə həmin şəxs əlbəyaxa olaraq bir birinə zərbələr vurmuşdur. Daha sonra həmin tanımadığı şəxslə Tural bir birinə bıçaq zərbələri endirmişdir. Tural İsmayıla bıçaqla zərbə endirərək qoluna xəsarət yetirdikdən sonra hadisə yerindən Dəyirman dairəsi deyilən yerə tərəf qaçmışdır. Həmin vaxt İsmayıl yerə yıxlaraq onun qolundan qan dayanmayaraq axırdı və həmin şəxslərdən biri İsmayılı qan apardığını bildirmiş. Sonra oradan keçən tanımadığı şəxslər gəlmiş və həmin şəxslərin köməkliyi ilə yerdə uzanıqlı vəziyyətdə olan bacanağı Turalın bıçaqla xəsarət yetirdiyi İsmayılı BMW markalı avtomobilə qoydular. Həmin vaxt BMW markalı avtomobilin sürücüsü adını sonradan bildiyi Nizaməddin adlı şəxs İsmayılı digər görmədiyi şəxslə birlikdə xəstəxanaya aparmışdır. O, isə bacanağı Turalı artıq həmin yerdən uzaqlaşdığı üçün tapa bilməmiş və özüdə Dəyirman dairəsi deyilən yerdən tanımadığı taksi ilə yaşadığı ünvana getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə dostu Tural ilə Gəncə şəhər Pasyolka adlanan yerdə yerləşən Çinar kafedə oturmuşlar. Həmin kafedə çörək yedikdən sonra ona atası zəng edərək evə gəlməyini istəmiş. O isə dostu Turalı yaşadığı evə düşürmək üçün həmin kafedən çıxıb BMW markalı avtomobilinə əyləşmişlər. Turalı yaşadığı ünvana düşürmüşdür. Biraz qabağa getdikdən sonra maşınında nasazlıq yaranmışdır. Bu zaman Tural onu çağırıb gözləməyini istəmişdir. O isə gözləmişdir. Tural və yanında olan 1 nəfər tanımadığı şəxs onun avtomaşınına əyləşmiş və onları Dəyirmanın kruqu deyilən yerdə düşürməyini istəmişdir. Təxminən 10 metr getdikdən sonra arxada əyləşən adını bilmədiyi şəxs maşını saxlamağını istəmiş və oda maşını saxlamışdır. O, maşını saxlayan kimi arxada əyləşən adını bilmədiyi şəxs maşınnan düşüb qaçmışdır. İsmayıldan sonra Turalda avtomaşından düşmüşdür. O, avtomaşından düşüb onların qaçdığı tərəfə baxan zaman dava dalaş olduğunu görmüş. Bundan sonra O qorxub dəyirmanın kruqu tərəfə qaçmışdır. 15-20 metr qaçdıqdan sonra Tural onu çağırıb kömək eləməyini istəmişdir. O isə həmin yerə gəldikdə görmüşdür ki, yerdə bir nəfər şəxs uzanıqlı vəziyyətdədir. Bundan başqa görmüş ki, həmin şəxsin qoluna batılı iri həcimli bir bıçaq, əlindədə kiçik həcimli bir bıçaq var. Hadisə yerindən bir nəfər qaçaraq uzaqlaşmaq istəyirmiş. Dostu Tural isə həmin şəxsin arxasınca qaçmışdır. Binaların arxasından çıxan tanımadığı bir şəxs ilə yerdə yaralanıb uzanmış vəziyyətdə olan şəxsi maşınına mindirmiş. Həmin şəxsi qara rəngli **-XX-*** dövlət qeydiyyat nişanlı BMW markalı maşını ilə Gəncə şəhər Beynəlxalq xəstəxanasına aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 5 ildir ki, tanıyır. Turalla birlikdə kirayədə yaşamışlar. Şahid3 onun qızıdır. 2021-ci ilin təxminən dekabr ayında Ləman mağazaya getmək üçün aşağı düşmüş və geri qayıtmamışdır. O, bu barədə Günaya demiş, Günay isə ona bilidirmişdir ki, Ləmanın İsmayılnan münasibəti var ona görədə İsmayılgilə getmiş olacaq. xx.xx.2021-ci il tarixdə qeyri rəsmi bir yerdə yaşadığı Tural evə gəlmişdir. Evə gəldikdən sonra dostu Xəyalı yemək yemək üçün yaşadığları ünvana çağırmışdır. Yemək yeyən zaman O, Turala Ləmanın evdən getməyi barədə demiş və bildirmişdir ki, Ləmanın uşaqlarını aparıb özünə təhvil vermək istəyir. Tural buna narazılıq etmişdir. Tural ondan İsmayılın nömrəsini istəmişdir. O isə İsmayılın nömrəsini vermişdir. Onlar telefonda danışmışlar. Daha sonra O, Turala bildirmişdir ki, uşaqları aparsınlar anası Ləmana təhvil versinlər. Tural, qızı Günay və Turalın dostu Xəyal taksi ilə Samux rayon İnistut qəsəbəsinə getmişlər. İsmayılın yaşadığı evə getdikdən sonra o, və qızı Günay içəri daxil olmuş Ləmanı çağırmışlar. Ləmana yaxınlaşıb ona yüksək səslə 2 uşağını 3 gündür atıb getdiyini irad bildirərək bir şillə vurmuşdur. Onlar evə daxil olanda İsmayıl da evdə olmuşdur. İsmayıl özünə və onlara xəsarət yetirməsin deyə İsmayılın bacıları onu yatağa iplə bağlamışlar. Bundan sonra onu sakitləşdirmək üçün Tural və Xəyal içəri daxil olmuşdur. Tural içəri girdikdən sonra Ləmanın onun üstünə qışqırmağını və uşaqları atıb getməyini irad bildirərək Ləmana şillə vurmuşdur. Bundan sonra Ləman uşaqları götürmək istəmədiyini və onlarla gəlmək istədiyini bildirmişdir. Onlar yaşadıqları evə gəldikdən sonra Tural telefonda İsmayıl ilə danışmışdır. Telefon vasitəsi ilə danışdıqdan sonra Tural və Xəyal evdən çıxıb getmişdirlər. Sonradan ona məlum olmuşdur ki, Tural xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş şahid X7 ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, 3-cü mikrorayon bina 22 mənzil 23-də yaşayır. Hal-hazırda heç bir yerdə işləmir.Təxminən 15-20 gün əvvəl İsmayıl adlı şəxslə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. xx.xx.2021-ci il tarixdə İsmayılla telefonda danışarkən onlara gələciyini bildirmişdir. İsmayılda ona heç bir etiraz etməmişdir. İsmayıl ona bildirmişdir ki, onun ilə ailə həyatı qurmaq istəyir və onun 2 azyaşlı övladınada sahib çıxacaqmış. O Samux rayon İnistut qəsəbəsində yaşayan İsmayılın evində 2 gün qalmışdır. 3-cü gün anası Nəsibə bacısı Günay, anasının qeyri rəsmi bir yerdə yaşadığı Tural və Turalın adını bilmədiyi dostu həmin ünvana gəlmiş. Anası Nəsibə ilə İsmayılın bacısı Xəyalə ilə aralarında mübahisə yaranmış. Mübahisə zamanı ikisidə bir birini qarşılıqlı təhqir etmişlər. Mübahisə uzanmağının qarşısını almaq üçün Tural və dostu evə daxil olmuşlar. Bu zaman Tural onu uşaqlarını atıb getməyi ilə günahlandıraraq onu şapalaqla vurmuşdur. Bundan sonra mübahisə zamanı anası orda bildirmişdir ki, o, ailəlidir lakin o, təxminən 7 aydır ki, ayrılmışdır. Bu mübahisədən sonra o, anasıgil ilə getməyə razılaşmışdır. Onlar anasının yaşadığı evə gəldikdən təxminən yarım saat sonra Tural və adını bilmədiyi dostu evdən çıxıb getmişdirlər. Evdə ondan başqa İsmayılın bacısı Xəyalə evdə olub daha sonra İsmayılın anası Əzizə evə gəlmişdir. İsmayıl hadisə zamanı evin digər otağında yatırmış. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: 10 dekabr 2021-ci il tarixli “Baxış aparılması haqqında” Protokoldan görünür ki, hadisə hadisə yeri hər iki tərəfdən şəhər tipli tikililər ilə əhatə olunmuşdur. Hadisə Gəncə şəhər Elbrus Allahverdiyev küçəsində baş vermişdir. Dava dalaş yolun kənarında səkidə baş vermişdir. 10 dekabr 2021-ci il tarixli “Təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, ibtidai istintaq zamanı Şahid2 istintaqa təqdim etdiyi iki ədəd bıçaq götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12” X17 22 dekabr 2021-ci il tarixli 2090 nömrəli Rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərsol said nahiyəsinin yaraları —deşici-kəsici alətin (alətlərin), sağ əl pəncəsinin qançırı isə bərk KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X12” X17 23 dekabr 2021-ci il tarixli 2095 nömrəli Rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət sağ bazu arteriyasının və venasının zədələnməsi ilə müşayiət olunan, hemorragik şokla izlənilən, sağ bazu nahiyyəsinin bir ədəd deşilmiş-kəsilmiş yarası – deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Bədəni üzərində yuxarıda qeyd edilən xəsarətdən başqa, sağ əlin İİ-İİİ barmaqlarının iç səthlərində kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş, iki ədəd kəsilmiş yaralar da aşkar edildi. Qeyd edilən yaralar dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Bədəni üzərində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. 16 mart 2022-ci il tarixli Üzləşdirmə Protokolundan görünür ki, Şahid1 və Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrində göstərdiyi halları bir-birinin üzünə qarşı demişlər. 16 mart 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” Protokoldan görünür ki, maddi sübut qismində tanınmış iki ədəd bıçaq digər bıçaqlarla birdə Şahid1 tanınmaya təqdim edilmiş, Şahid1 həmin iki ədəd bıçağı tanımışdır. 17 mart 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” Protokoldan görünür ki, maddi sübut qismində tanınmış iki ədəd bıçaq digər bıçaqlarla birdə Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin iki ədəd bıçağı tanımışdır. 17 mart 2022-ci il tarixli və 14 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” Protokollarından görünür ki, cinayət hadisəsi həqiqətən Gəncə şəhəri, E.Allahverdiyev küçəsində baş vermişdir. 17 mart 2022-ci il tarixli “təqdqiqat üçün nümunələrin götürülməsi haqqında” Protokoldan görünür ki, tədqiqat üçün Zərərçəkmiş şəxs qan nümunələri götürülmüşdür. 08 iyul 2022-ci il tarixli “təqdqiqat üçün nümunələrin götürülməsi haqqında” Protokoldan görünür ki, tədqiqat üçün Təqsirləndirilən şəxs qan nümunələri götürülmüşdür. 08 iyul 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” Protokoldan görünür ki, maddi sübut qismində tanınmış iki ədəd bıçaq digər bıçaqlarla birdə Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin iki ədəd bıçağı tanımışdır. Məhkəmə-soyuq silah və trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/352/353 saylı rəyindən görünür ki: 1.tədqiqata təqdim edilən bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdi.
2. Təqdim olunan uzunqol poluverin səthində olan 01 ədəd zədə və uzunqol gödəkçənin səthində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmentin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədləridir. Lakin təqdim edilmiş paltarın üzərindəki zədələrdə zəd yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim eilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Kompleks məhkəmə-soyuq silah və trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/354/355 saylı rəyindən görünür ki, 1.tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlamnmış kəsici deşici xassəyə malik olan ümumi təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hanı əlavə və dəyişikliklər edilməmişdir.
2. Tədqiqata təqdim edilən maykanın üzərində mexaniki zədə aşkar edilmədi. Məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 20 saylı rəyindən görünür ki,
1. Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) beta-dır.
2. Vət. Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər.
3. Bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 21 saylı rəyindən görünür ki,
1. X2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) beta-dır.
2. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insan məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa, beta olduğundan X3 məxsus ola bilər.
3. X3 məxsus bir ədəd gödəkçə, bir ədəd kofta üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa beta olduğundan onun özünə məxsus ola bilər. 14 dekabr 2022-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” Protokoldan görünür ki, maddi sübut qismində tanınmış iki ədəd bıçaq digər bıçaqlarla birgə Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin iki ədəd bıçağı tanımışdır. 15 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, iş üzrə maddi sübut qismində tanınmış 1 ədəd poluver, 1 ədəd gödəkcə, 1 ədəd mayka və 2 ədəd bıçaq Gəncə şəhər Baş Polis İdarəsinə saxlanca verilmişdir. Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2022-ci il tarixli 10405 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2022-ci il tarixli 10406 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki,X2 ödənilməmiş məhkumluğu yoxdur. Zərərçəkmiş şəxs 10 iyul 2023-cü il tarixli Ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti vəya tələbi yoxdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 221.3-cü maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs öz əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini məhkəmə onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halı və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarlna əlavə edilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2019-cü il tarixli Hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli Qərarına əsasən cəzasının çəkilməmiş qalan 10 ay 26 gün hissəsindən şərti olaraq vaxtında əvvəl azad edilmişdir. İş materiallarının öyrənilməsi zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməli 09 dekabr 2021-ci il tarixdə törədilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs həmin cinayət əməlini Salyan Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli Qərarı üzrə təyin edilmiş sınaq müddəti ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkumqəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarını nəzərə alaraq, məhkəmə Salyan Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli Qərarına əsasən təqsirləndirilən şəxsə Qəbələ Rayon Məhkəməsinin 25sentyabr 2019-cu il tarixli Hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti olaraq azad etmənin ləğv edilməsini və azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 10 (on) ay 26 (iyirmi altı) gün hissəsi qismən, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasını hazırki hökmlə təyin ediləcək cəza ilə tam birləşdirilməsini məqsədəmüvafiq hesab edir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon Polis Şöbəsinin 07 iyun 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 26 may 2023-cü il tarixli 1(125)-115/2023 nömrəli Qərarının icrası ilə bağlı, 07 iyun 2023-cü il tarixdə tutularaq İstintaq Təcridxanasına təhvil verilmişdir. Şəxsin həbsdə saxlanılması müddətinin ona təyin olunmuş cəza müddətinə daxil edilməsi barədə qanunvericiliyin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun barəsində elan edilmiş axtarış çərçivəsində tutulduğu 07 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasının başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan,saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş1 ədəd poluver, 1 ədəd gödəkcə və 1 ədəd mayka öz sahibinə qaytarılmalı, 2 ədəd bıçaq Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən müsadirə olunaraq məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 126 (yüz iyirmi altı) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə obyekti yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Salyan Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli Qərarına əsasən təqsirləndirilən şəxsə Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli Hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından vaxtından əvvəl şərti olaraq azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən Qəbələ Rayon Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli Hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) ay 26 (iyirmi) gün hissəsi hazırki Hökmlə təyin edilmiş 02 (iki) il azadlıqdan məhrumetmə cəzası ilə qismən, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası isə tam toplanaraq ona qəti olaraq - 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 07 iyun 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzasının başlanğıcı əsas cəzanın çəkilib qurtardığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan1 ədəd poluver, 1 ədəd gödəkcə və 1 ədəd mayka öz sahibinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüşiki ədədbıçaqməhv edilsin. İş üzrə 126 (yüz iyirmi altı) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul keçirilsin.(ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakim: Orxan Cəfərli