Məhkəmə qərarları › İş №1(125)-115/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-115/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-115/2025 01.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi - Nümayəndə iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinədair cinayət işinə məhkəmənin binasında, açıqməhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 02 iyul 2024-cü il tarixdə saat 17:40 radələrində ictimai yer olan Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 105 ünvanında yerləşən “Ay Brows" gözəllik salonuna daxil olub həmin salonda işləyən arvadı Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan həmin vaxtsalonda olan insanların gözü qarşısında, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə digər şəxslərin də hadisə zamanı xəsarət ala biləcəyini dərk edib və Zərərçəkmiş şəxs kəskin fiziki ağrılar yetirə biləcəyini bilə-bilə əlində gətirdiyi ağ rəngli qabda olan qatı sulfat turşusunu qəsdən sonuncunun üzərinə ataraq Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasınasəbəb olansağlamlığına az ağır zərərvurmaya aid edilən sol bazusol kürək üstü, sağ bazu, hər iki said, sol dirsək, sağ ayaq nahiyələrinin və sol əlin üst səthinin İİ-lll dərəcəli kimyəvi yanığı xəsarətlərini yetirməklə ümumi təhlükəli üsulla və xüsusi amansızlıqla silah qismində istifadə edilən əşyaları tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmiş və ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in127.2.2, 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə razı deyil, çünki ətrafdakı insanlara xəsarət yetirmək niyyəti olmamışdır. O, əlavə olaraq qeyd etmişdir ki,CM-nin 127.2.3-cü maddəsi ilə221.3-cü maddəsi bir yerdə tətbiq oluna bilməz, çünki 1 əmələ görə 2 eynixarakterli maddə qoyula bilməz,CM-nin 127.2.2-ci maddəsi ilə də razılaşmır, belə ki, təkrar deyilən əməl yoxdur. Bundan başqabildirmişdir ki, zərərçəkmiş şəxs 1il 9 ay qanunsuz olaraq onu psixi xəstəxanada saxlatdırmış, oradan çıxdıqdan sonra ətrafdakılar onaNərminəni cavan oğlanla gördüklərini demişlər. Hadisədən 1 ay öncə zərərçəkmiş şəxsə“özünü yığışdır” mesajınıyazmışdır.Sonra ona zərərçəkmiş şəxsin qeyri etik videolarını göndərmişlər. Bundan əsəbləşərək özü ilə kislata götürüb zərərçəkmiş şəxsin işlədiyi gözəllik salonuna getmiş, çöldə salondan insanların çıxdığını gözləmiş, sonra içəri girmiş və Zərərçəkmiş şəxs üzərinə kislatanı tökmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs çıxışında bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2008-ci ildən evlidir. Bu evlillikdən iki övladı vardır. Onlar 1 ildən çox idi ki, ayrılmışlar, Anar psixiatriya xəstəxanasından qaçandan sonra evə gəldiyi gündən şiddət göstərməyə başlamış və bu səbəbdən də uşaqları götürüb evdən qaçmışdır. Anarla bütün əlaqələri kəsmiş vənömrəsini bloka atmışdır. Gəncə şəhəri, N.Nərimanov prospekti 105 ünvanında yerləşən "Ay Brows” gözəllik salonunda stajor kimi işlədiyi vaxt başqa bir xanımın nömrəsindən mesaj gəlmiş, daha sonra Anar həmin nömrədən mesaj yazaraqailəlikçə başlarını kəsəcək və öldürəcək deyə hədə qorxu gəlmişdir. Bundan sonra o, boşanma ilə bağlı ərizə ilə müraciət etmiş və 10-15 gün sonra axşam saat 6 radələrində salona gəlmiş, həmin vaxt resepşinin arxasında olmuş, əlindəki qabı gördükdə qaçmaq istəmiş, lakin Anar qabağını kəsmiş, əlində olan qabdakı mayeni onun üzərinə tökmüşdür. Həmin maye onun çiyin, kürək və digər nahiyyələrinətökülmüşdür. Hadisədən dərhal sonra pilləkənin yanında boğmağa və döyməyə cəhd etmişdir. Salonda olan işçiləronları ayırmış və xəstəxanaya aparmışlar. 1 ilə yaxındır ki, müalicələri davam edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yerləşən “AyBrows” gözəllik salonunda işləyir, hadisə zamanı salonda oturmuşdur. Hadisənin baş verməsini görməmiş, sadəcə üzərinə kislotatöküldükdən sonra Zərərçəkmiş şəxs “kömək edin”deyə qışqırığını eşitmiş, bu zaman yaxınlaşdıqda onun Nərminənin saçından tutduğunu görmüş və həmin şəxsi aralayıbbayıra çıxarmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisənin onun salonunda baş vermiş,həmin vaxt salonunun ikinci mərtəbəsində özünün otağında oturmuş, birinci mərtəbəsindən səs-küyün gəldiyini eşitdikdə aşağı düşmüş və hadisə isə artıq olub bitmişdir. O, Nərminənin üzünün yandığını və salon içində qaçdığını görmüşdür. Bu zaman işçilərindən nəyin baş verdiyini soruşduqda onlar da Nərminənin ərinin Nərminənin üzərinə kislota (sulfat turşusu) tökdüyünü bildirmişlər. Bundan sonra 102 xidmətinə müraciət etmiş və Nərminəni 3 nömrəli xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Namazlı oğlu ifadəsində göstərmişdir ki, həmin günü salonda olmuş və öz işi ilə məşğul olmuşdur. Bu zaman qışqırıq səsinə arxaya dönmüş baxdıqda Zərərçəkmiş şəxs üzərinə kislotatöküldüyünügörmüşdür.Bundan sonra həmin şəxs oradan uzaqlaşmış, işçilər isə kassaya Nərminənin yanına yığılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 02 iyul 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan RespublikasıCM-nin221.3-cü maddəsi ilə240550471 nömrəli cinayət işi başlanaraqicraata qəbul edilmişdir (i. v.1); - 02 iyul 2024-cü il tarixli “hadisə yerinə baxış və götürmə haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Gəncə şəhəri,Nəriman Nərimanov prospekti 105 ünvanında yerləşən “Ay Brows" adlı gözəllik salonunda baş vermiş, hadisə yerində 01 ədəd ağ rəngli plastik qab və yerə tökülmüş maye qalıqları olmuş, həmin plastik qab DİN-in 91 saylı möhürü ilə möhürlənərək qablaşdırılmış və baş vermiş hadisənin obyektin müşahidə kameralarına əks olunmuş videogörüntüləri 01 ədəd DVD diskdə götürülmüşdür (i.v. 6-10); -02 iyul 2024-cü il tarixli “şübhəli şəxsin tutulması” haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət törətməkdə şübhəli bilinərək həmin tarixdə saat 20:30 dəqiqədə tutulmuşdur.(i.v.13, 25); - 03 iyul 2024-cü il tarsixli, 2352/2024 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxsyüngül dərəcəli sərxoş olmuşdur.(i.v.35); - 03 iyul 2024-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması” haqqında protokol və foto şəkillərdən görünür ki,iş üzrə şübhəli şəxs qismində dindirilmişTəqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatlarıdəqiqləşdirmək məqsədilə ifadəsi yerində, Gəncə şəhəri,Nəriman Nərimanov prospekti 105 ünvanında yerləşən “Ay Brows" adlı gözəllik salonundayoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir.(i.v.46-51); - 03 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. (i. v. 53); -03 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin221.3-cü maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (i. v. 62-64); - Gəncə şəhər Məhkəməsinin 4(125)-210/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 80-82); - 09 iyul 2024-cü il tarixli “zərərçəkmişin nümayəndəsi kimi tanıma” haqqında qərardan görünür ki, Nümayəndə ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs nümayəndəsi kimi tanınmışdır (i.v. 85-89); - Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 3808 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur.(i.v. 104); - Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2024-cü il tarixli 4225 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur.(i.v. 105); - Gəncə şəhər Məhkəməsinin 4(125)-306/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti istintaq müddətinin sonunadək yəni, xx.xx.2024-cü il tarixədək uzadılmışdır(i.v. 121-125); - Gəncə şəhər Məhkəməsinin 4(125)-382/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay müddətinə xx.xx.2025-ci il tarixədək uzadılmışdır(i.v. 144-149); - Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-752/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X1 yerləşdirilmişdir(i.v. 163-166); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 1000 (min) manat cərimə təyin edilmiş, xx.xx.2016-cı il tarixdə isə AR MM xx.xx.2016-cı il tarixli amnistiya qərarı tətbiq edilməklə cəzadan azad edilmişdir(i.v.169); - Məhkəmə-Tibbi Ekspertiza və X4 03 iyul 2024-cü il tarixli, 935 saylı rəyinə əsasən vət. Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol bazu nahiyəsinin kimyəvi yanıq yaraları – kimyəvi turşunun (kislotanın) təsiri nəticəsində əmələ gəlmişdir; əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir(i.v. 174-175); - Məhkəmə - Tibbi Ekspertiza və X4 03 iyul 2024-cü il tarixli, 931 saylı rəyinə əsasən vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol bazu-sol kürək üstü, sağ bazu, hər iki said, sol dirsək, sağ ayaq nahiyələrinin və sol əlin üst səthinin İİ-lll dərəcəli kimyəvi yanığı – kimyəvi maddənin təsiri nəticəsində əmələ gəlmişdir; əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir(i.v. 177-179); - Məhkəmə Ekspertizası Mərkəzinin 20avqust 2024-cü il tarixli 6/4052 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, DİN “Zərflər üçün 91 nömrəli"möhür əksi, “...240550471 nömrəli cinayətişi üzrə hadisə yerindən götürülmüş 01 ədəd ağ rəngli qabda olan yandırıcı maye qalıqları... Qablaşdırdı...(imza)...R.Muxtarlı” qeydli kağız paketdəki 01 ədəd plastik qabda olan 0,8 mlhəcmində rəngsiz maye qalığı qatı sulfat turşusuna məxsusdur.Sulfat turşusu Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarına daxildir (i.v 181-182); - ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 110 (yüz on) manat müəyyən edilmişdir(i.v.181); - Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 40 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs “İsterik tipli şəxsiyyət pozuntusu" müəyyən edilir.O, cinayət törədən zaman onda müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, özəməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.Təqsirləndirilən şəxs hazırda “İsterik tipli şəxsiyyət pozuntusu" aşkar olunur. Hazırda o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtiarındadır, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət hadisəsini törədərkən psixi-emosional sferasında qıcığa qarşı həssaslıq, hirslilik, qəzəb yaranmış, həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə şərtləşmişdir(i.v.184-187); - 15 yanvar 2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, 240550471nömrəli cinayət işi əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən həmin məcəllənin 127.2.2, 127.2.3 və 221.3-cü maddələrinə tövsif edilmişdir. (i.v.191); - 16 yanvar 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin127.2.2, 127.2.3 və 221.3-cü maddələriilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrlə ittiham elan edilmişdir. (i. v. 194); -16 yanvar 2025-ciil tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin127.2.2, 127.2.3 və 221.3-cü maddələriilə nəzərdə tutulan əməli törətməkdə özünü qismən təqsirli bilmişdir. (i. v. 206-208); - 7 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki,Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur(i. v. 214); - 7 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs müsbət xarakterizə olunmuşdur(i. v. 215); - 16 yanvar 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, sulfat turşusu Gəəncə şəhər BPİ-də məsul saxlanca verilmiş, hadisənin qeydə alınmış videogörüntüləri əks olunmuş 01 ədəd DVD disk, iş üzrə təqsirləndirilən,zərərçəkmiş şəxs, şahid ifadələri, hadisə yerinə baxış, ifadənin yerində yoxlanılması protokolları,ekspertiza rəyləri və digər istintaq sənədləri ilə sübuta yetirilmişdir (i. v. 216-227); - Gəncə şəhər Məhkəməsinin 4(125)-46/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin 20 gün müddətinə uzadılmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında geydolunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq niyyəti ilə sağlamlığa qəsdən az ağır zərər vurma isə təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına qəsdən az ağır zərər vurmada ifadə olunur. Məhkəmə, nəzərə alır ki, mübahisə şəxsi münasibətlər zəminində olsa belətəqsirləndirilənşəxsin hərəkətləri ictimai qaydanı kobud pozmağa vəcəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadəedən hərəkətlərinolması onun əməlinin xuliqanlıq kimi qiymətləndirilməsiqanuni olmuşdur. Belə ki, hadisə ictimai yerdə – gözəllik salonunda baş vermiş, ictimai qayda kobud sürətdə pozulmuş, cəmiyyətə açıqca hörmətsizllik ifadə edilmiş, şəxsin üzərində zor tətbiq olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 127.2.2, 127.2.3-cü maddələrinə əsasən xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsifedilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayətməsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona AzərbaycanRespublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqlaXüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxsn cəza təyin edərkən, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin müsbət xarakterizə olunması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirininəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cümaddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin ediməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədənsaxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş 24 saat hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 264 (iki yüz altmış dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2, 127.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-nin 127.2.2 və 127.2.3 maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, həmin Məcəllənin 221.3-cümaddəsi ilə isə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.2 və 127.2.3 maddələri ilə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 110 (yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 24 saat hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 264 (iki yüz altmış dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar