Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-116/2023 23.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 və Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29. 177.2.1 və 177.2.3-2-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29. 177.2.1 və 177.2.3-2-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 177.2.3-2-ci maddələri ilə ittiham olunmasına dair cinayət işi xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclası zamanı iş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, cinayət işinin aidiyyəti Gəncə Şəhər Məhkəməsinə aid deyil və iş aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət işinin aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədilər. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin müdafiəçiləri cinayət işinin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasında dövlət ittihamçısı cinayət işinin aidiyyəti üzrə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Ağstafa-Qazax mənzilinin 4 kç pk 7, 8, 9-da "xxxx" QSC-nə məxsus ümumi dəyəri 114,70 manat dəyərində yarım-yaralı 71 ədəd R-50 tipli əksqaçıcı, 16 ədəd yol mıxı və 4 ədəd D-50 tipli rels altlığını öz iradəsindən aslı olmayan səbəblərdən cinayəti başa çatdır bilməyərək oğurluğa cəhd etmişdirlər. Göründüyü kimi hazırki iş üzrə cinayət əməlinin törədilmə yeri Ağstafa rayonu müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Məhkəmə işin müəyyən edilən faktiki hallarını nəzərə alaraq və qanunvericiliyin istinad edilən normalarının tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə cinayəti törətdikləri yer Ağstafa rayonunun ərazisi hesab olunduğundan cinayət işi həmin yerin yurisdiksiyasına uyğun olaraq baxılması üçün aidiyyəti üzrə Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 74, 75, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29. 177.2.1 və 177.2.3-2-ci maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün aidiyyəti üzrə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Qərardan şikayət verilə bilməz. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-116/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-116/2023
23.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver