Məhkəmə qərarları › İş №1(125)-116/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-116/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-116/2024 05.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, ev 6, mənzil 1-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 27, mənzil 27-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədilə Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə “X11 Kömək” X19 X16 Heyətinin üzvü kimi öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs2 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya başqa şəxslərə 5000 manat qarşılığında ona isə 3000 manat qarşılığında əlillik dərəcəsi almaqla pensiya düzəldəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2 03 aprel 2022-ci il tarixdə Gəncə şəhəri, Ozan küçəsində verdiyi 850 manatı, 06 aprel 2022-ci il tarixdə Gəncə şəhərində yerləşən ödəmə terminalından özünün istifadəsində olan "xxxx"ASC-nin **********272148 nömrəli plastik kartına göndərdiyi 150 manatı və 2022-ci ilin aprel ayının sonlarında günü istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri Nizami prospektində yerləşən Mərkəzi Univermağın qarşısında verdiyi 300 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 1300 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah məqsədilə X23 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə “X11 Kömək” X19 X16 Heyətinin üzvü kimi öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs3 özünü işgüzar, çoxşaxəli əlaqələrə malik olan şəxs kimi təqdim edib sonuncuya başqa şəxslərə 6000 manat qarşılığında ona isə 5000 manat qarşılığında əlillik dərəcəsi almaqla pensiya düzəldəcəyini deyib üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda ona bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs3 19 may 2022-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Çardaq” çay evində verdiyi 1700 manatı, 21 may 2022-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Çardaq” çay evində verdiyi 1300 manatı alıb ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, tanışı X7 xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ictimai yer hesab edilən Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 784 ünvanında yerləşən 2 saylı X35 Xidmət Mərkəzinin daxilində şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət edən zaman Baş Pasport Qeydiyyat və Miqrasiya idarəsinə bilavasitə tabe olan Gəncə “Asan xidmət” mərkəzi üzrə regional qrupunun kiçik inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs1 Murad Quliyevə barəsində dövlət sərhədinin keçilməsinə Gəncə şəhər BPİ-nin, İstintraq və Təhqiqat İdarəsinin müstəntiqi, polis polkovnik-leytenantı Etibar Abbasov tərəfindən Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə başlanılmış cinayət işi ilə əlaqədar “Saxla” statusu ilə məhdudiyyət qoyulması bildirilərək Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməliyyat qrupuna aidiyyəti üzrə təhvil verilməsi üçün gözləməsini deməsini bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək, həmin hörmətsizliyi hər kəsin görməsi, ətrafdakı şəxslərin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü Zərərçəkmiş şəxs1 dediklərinə məhəl qoymayaraq Zərərçəkmiş şəxs1 baş kəsən olduğunu, Murad Quliyevin buraxılması üçün 10 dəqiqə vaxt verdiyini deyərək Murad Quliyevə oradan qaçmasını, onu heçkəsin mane ola bilməyəcəyini bildirmiş, həmin sözlərdən sonra Murad Quliyev oradan getməyə çalışdıqda Şaiq X13rşısını kəsərək getməsinə imkan vermədiyindən Murad Quliyevlə bir qrup səxs halında ucadan nalaviq ifadələr işlədib hər iki əli ilə sonuncunun sinə nahiyyəsındən itələyib zor tətbiq etməklə uzun müddət ərzində ictimai asayişin, 2 saylı X35 Xidmət Mərkəzinin iş rejiminin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etmiş, bundan sonra yenidən ucadan nalayiq ifadələr işlədərək Murad Quliyevə oradan getməsini deyib həmin hərəkətlərinin davam etdirən zaman Murad Quliyev onların qarşısını almaq istəyən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən, o cümlədən ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs1 sağ qolunu dişləyib sağ said nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarət yetirib göstərməklə, o isə üzərində olan bıçağı əlinə götürüb Zərərçəkmiş şəxs1 üzərinə getməklə onu vuracağını deyib zor tətbiq edəcəyi ilə hədələməklə müqavimət göstərərək qərəzli xuliqanlıq etmişdir. Bundan başqa o, təkrar xx.xx.2023-cü il tarixdə saat 07 radələrində ictimai yer hesab edilən ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs4 Şahid7 ilə söhbət etməsini bəhanə edib bunu özünə qarşı edilmiş hörmətsizlik kimi qəbul edərək həmin hörmətsizliyin hər kəsin görməsi, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdən ötrü həmin yerdə ucadan nalayıq ifadələr işlədib istintaq zaman müəyyən edilməsi mümkün olmayan gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozolu Zərərçəkmiş şəxs4 sifət nahiyəsinə püsgürtməklə silah qismində tətbiq edib sonuncunun gözünü yaşardıb sifət nahiyəsini qıcıqlandırmaqla fiziki ağrı yetirib zor tətbiq etməklə müqavimətini qırıb həmin niyyətinin davamı olaraq əli ilə Zərərçəkmiş şəxs4 bədəninin müxtəlif nahiyələrinə, kəlləsi ilə isə sifət nahiyəsinə zərbələr endirməklə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünün üstün olduğunu nümayiş etdirmək məqsədilə, yəni xuliqanlıq niyyətilə qarşılıqlı davranış qaydalarının pozulmasında ifadə olunan, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özünü başqalarının fövqündə tutan hərəkətlər edərək Zərərçəkmiş şəxs4 sol bazu nahiyəsinin sıyrığı, boyun nahiyəsinin qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən burun sümüyünün qapalı, yerdəyişməyən sınığı, burun nahiyəsinin sıyrığı xəsarətləri ilə müşayiət olunan sağlamığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaqla zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, maddi sübut, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə iclasında psixoloji durumunda problemlər olduğunu, hazırda yaddaş pozuntusu xəstəliyindən əziyyət çəkdiyini bildirirək hadisələri tam xatırlamadığını və istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini qeyd etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilərək bildirmişdir ki, o, 2-ci Qarabağ Mühribəsində iştirak etmiş, qazidir, Şuşanın azad olunmasına görə, Cəsur döyüşçü, Vətən uğrunda medalları ilə təltif olunmuşdur. Zərərçəkmiş şəxs2 2022-ci ilin əvvəlindən tanıyır. “X11 Kömək” İctimai Birliyinin idarə heyətində işləyir. İşdə olan zaman təxminən 2022-ci ilin aprel ayında Ədalət həmin yerə gələrək müharibə iştirakçısı olduğunu, banka borcu olduğunu bildirərək ona veteranlıq düzəltmək üçün köməklik etməyini xahiş ertmişdir. O, isə 1300 manat qarşılığında köməklik edəcəyini demişdir. Ədalət onunla razılaşdıqdan sonra ilkin olaraq Xan Bağının yanında ona 850 manat pul vermis, həmin vaxt onun yanında qayınatası da olmuşdur. Səhəri günü Ədalət onun öz adına olan **********272148 nömrəli ABB kartına 150 manat pul göndərmişdir. Bundan sonra Ədalətin sənədlərini düzəltmiş və o X1 21 gün ərzində müalicə almış, xəstəxanadan çıxdıqdan sona Ədalətlə görüşərək ona Bakı şəhərinə getməli olduğunu demiş və Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında ona 300 manat pul vermişdir. Bundan əlavə 2022-ci ilin may ayında əvvəldən tanıdığı Şahid5 ona qohumu İlkinin vətən müharibəsində iştirak etdiyini, bununla bağlı əlilliyə görə pensiya almağı üçün ona köməklik göstərməyini xahiş etmişdir. O, isə ona köməklik edə biləcəyini, “X11 X21” sədr müavini olduğunu demiş, sonra Ruslan və X29 yerləşən “Çardaq” çay evində görüşmüşlər. İlkinə əllillik ilə bağlı pensiya alması üçün 5000 manat lazım olacağını bildirmiş, İlkin isə atası ilə məsləhətləşdikdən sonra ona 3000 manat pul verəcəyini, qalanını isə iş bitdikdən sonra verəcəyini bildirmişdir. Pensiyanın düzəlməsi üçün 1-2 ay vaxt lazım olduğunu və Gəncə şəhər Psixatriya xəstəxanasında yatmalı olduğunu bildirdikdə o, əvvəlcə yatmaq istəməmiş, sonradan şənbə-bazar günləri yatmağı barədə razılığa gəlmişlər. Bundan sonra 2022-ci ilin may ayında İlkin əvvəlcə 1700 manatı Ruslanın yanında X25 çay evində, 2-3 gün sonra isə yenə həmin yerdə 1300 manatı ona vermişdir. İlkinə dəfələrlə Xəstəxanada yatmağını bildirsə də bunu etməmişdir. O, İlkinə əlilliklə bağlı pensiya düzəltmək üçün heç kəslə sövdələşməmiş, bu işi tək həll etməli olmuşdur. Lakin o, xəstəxanada yatmadığı üçün iş alınmamışdır. Həmçinin həmin puldan 1000 manatı Şahid5 borc istədiyi üçün ona vermişdir. Bundan əlavə X18 uzaq qohumudur. xx.xx.2022-cı il tarixdə Murad zəng edərək 2 saylı Gəncə ASAN xidmətində polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş, o, nə üçün saxlanıldığını soruşduqda Murad banka borcu olduğu üçün ona saxla statusu verildiyini bildirmişdir. O, yaxınlıqda olduğu üçün dərhal 2 saylı Gəncə ASAN xidmətinə gedəndə görmüşdür ki, Muradın ASAN xidmətin iki nəfər əməkdaşları ilə binanın yeməkxanasında oturublar. O, Muradın təcili Bakı şəhərinə getməli olduğunu bildirərək buraxılmasını xahiş etmiş, əməkdaşlar isə Muradı ərazi aidiyyəti üzrə 1ci PŞ-yə təhvil verməli olduqlarını demişlər. Bir daha xahiş edərək onlarla birlikdə 1-ci PŞ-yə getməsini bildirsədə ASAN xidmət əməkdaşları onunla yenə razılaşmamış və aralarındasözlə mübahisə yaranmışdır. Muradla birlikdə oradan çıxmaq istəmişlər, ancaq əməkdaşlar Muradı tutub saxlamış və getmələrinə icazə verməmişlər. Ancaq onlar yenidən binanı tərk etmək üçün Murad çıxış qapısına tərəf gedərkən adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs1 Muradı tutub saxlamışdır. Murad yenə getmək istəmiş, o, buna əsəbləşərək Muradı Şaiqin əlindən almaq istədikdə xidmətin digər əməkdaşları onu tutub saxlamışlar və sözlə mübahisə yaranmışdır. Muradı saxlamaq üçün çox adamın yığışdığını görüb əynində olan şalvarın sağ arxa hissəsində olan qara rəngli qatlanıb açılan cib bıçağını çıxararaq Muradı tutan şəxs istiqamətində qaçmışdır. Bıçağı özündən ixtiyarsız çıxarmış və məqsədi kimisə vurmaq olmayıb, sadəcə Muradın buraxılmasını istəmişdir. Əməkdaşlar onu tutub bıçağı əlindən almışlar və onları sakitləşdirərək 1-ci PŞ-nin əməkdaşlarına təhvil vermişlər. Muradın bankla bağlı yaranmış problemlərini aydınlaşdırıb onu sərbəst buraxmışlar. Bundan əlavə Ruslanı təxminən bir aydır ki tanıyır. Ailəvi tanışları X14 təxminən bir ay əvvəl ona zəng vuraraq bildirmişdir ki, Ruslan adlı bir nəfər qızı Aytaca elçi gəliblər, lakin qızı verməkdən imtina etsə də yenə də təkidlə Aytacdan əl çəkmədiklərini bildirmişdir. Bundan sonra Ruslanla danışaraq Aytacdan uzaq durmağını, valideynlərinin bu məsələyə narazı olduğunu bildirmişdir, o isə razılaşaraq bir daha Aytacla görüşməyəcəyini söyləmişdir. Hadisədən təxminən 10 gün əvvəl Əfsanə ona zəng vuraraq həmin gün Ruslanı şikayət etməyə qoymadığını, lakin Ruslanın yenə də Aytacı narahat etdiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 02 radələrində Əfsanə ona zəng vuraraq Aytacın yenidən Ruslanla danışdığını görüb telefonu götürərək Ruslanı təhqir etmiş, telefonu Aytacın əlindən almışdır. Həmin vaxt Ruslana zəng vursa da cavab verməmişdir. Bundan sonra Əfsanəgilə getmiş və Əfsanə Aytacın telefonu götürərək evdən çıxdığını bildirmişdir. Səhərə kimi evin ətrafında Aytacı axtarsa da tapa bilməmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 7 radələrində Əfsanəgildən düşüb evə gedən zaman Ruslanın Əfsanə yaşadığı bloka daxil olduğunu, Aytacın da həmin blokda olduğunu görmüşdür. Onlara yaxınlaşaraq Ruslanın qolundan tutub Aytacdan niyə əl çəkmədiyini soruşduqda Ruslan onu itələyərək təhqir etmiş və bu zaman özündən çıxaraq cibində olan aerozolu Ruslanın üzünə püsgürdüb dərhal cibinə qoymuş və bundan sonra əli ilə onun üzünə və bədəninə vurmuşdur. Həmin zaman Əfsanə aralarına girdikdə Ruslan onu da itələyərək ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman əsəbiləşərək Ruslanın burun nahiyyəsinə başı ilə zərbə endirmişdir. Bundan sonra onları aralamışlar və Ruslan çıxıb getmişdir. O, isə oradan ayrılaraq çıxıb getmiş və aerozolu zibilliyə atmışdır.Sonda o,Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müharibə veteranlığı ilə bağlı sənədləri özü tək düzəltməli idi. Həmin proseduranı özü bilmişdir. Sadəcə Ədalət qeyd olunan vaxtda Bakı şəhərində olmadığına görə, İlkin isə xəstəxanada yatmadığı üçün onun işi alınmamışdır. Düşünürdü ki, onlar dediklərini edərsə işləri öz axarı ilə alınacaq. Bu barədə heç kəslə razılaşması olmamış, Ruslan sadəcə qohumu İlkinin pensiyasının düzəldilməsi üçün ondan xahiş etmiş, o isə ona köməklik edəcəyini demişdir. İlkinin ona verdiyi puldan Ruslana qazanc verməmiş, sadəcə Ruslan ondan borca pul istədikdə o, 1000 manat pulu borc vermişdir. Ruslan Aytacı narahat etdiyinə görə onu vurmuşdur ki, bir də Aytacı narahat etməsin. Onu öldürmək və ya sağlamlığına ağır xəsarət yetirmək kimi bir fikri olmamış, hadisə zamanı istifadə etdiyi aerozolu yerdən tapmışdır. Qoxusu xoşuna gəldiyinə görə cibinə qoymuşdur. Onu anidən Ruslanın üzünə püsgürdüb dərhal da cibinə qoymuşdur. Ruslandan başqa heç kəs ondan istifadə etdiyini bilməmişdir. Hadisədən sonra aerozolu zibilliyə atdığından hazırda harada olmasını bilmir. Qohumu Muradı ASAN xidmətin əməkdaşları buraxmadığı üçün əsəbləşmiş, özündən ixtiyarsız üzərində olan bıçağı çıxarsa da, heç kimə xəsarət yetirməmiş, heç kəsi öldümək kimi fikri olmamışdır. Qeyd etdiyi cinayət əməllərinin törədilməsində hər hansı bir şəxs ona köməklik etməmiş, bu barədə heç kəslə razılaşması olmamışdır. Törətdiyi cinayət əməllərini etiraf edərək başqa heç bir cinayət əməli törətmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2014-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Müdafiə Naziriliyində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuş, xx.xx.2021-ci il tarixdə isə "Hərbi xidmət keçmə haqqında" əsasnamənin 156-cı maddəsinin e bəndinə əsasən ehtiyata təxris edilmişdir. "Kəlbəcərin azad olunmasına görə", “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Təxminən 2019-cu ildə Unibankdan kreditə pul götürmüş, lakin daha sonra 2-ci Qarabağ müharibəsində iştirak etdiyindən, həmçinin səhhəti ilə bağlı işləyə bilmədiyi üçün krediti ödəyə bilməmişdir. O, həmin kreditinin ödənilməsi üçün hər hansı bir fonddan yardım almaq istəmişdir. Bu məqsədlə təxminən 2022-ci ilin mart ayının sonları aprel ayının əvvəllərində Gəncə şəhərində yerləşən “X11 Kömək” İctimai Birliyinin yerləşdiyi ofisə getmiş, o, orada Təqsirləndirilən şəxs ilə tanış olaraq probleminin olduğunu danışmış, Elnur isə ona həmin ictimai birliyin sədri olduğunu, ona əlillik düzəldə biləcəyini, həmin əlillik sayəsində "Yaşat" fondunun kreditini ödəyəcəyini bildirmişdir. O, həmin işi necə həll edəcəyini soruşduqda Elnur ona 3000 manata həll edəcəyini demişdir. O, isə o qədər pulunun olmadığını bildirərək ilkin olaraq 1000 manat düzəldə biləcəyini, qalanını da bacardığı qədəri ilə düzəldəcəyi barədə razılığa gəlmişlər. Sonra o, bu barədə qayınatası Şahid4 danışmış və təxminən aprel ayının 3-də Ozan küçəsində, qayınatası Şahid4 yanında Elnurla görüşmüş və 850 manat pul vermişdir. Bundan sonra o, X3 göndəriş alaraq 21 gün orada stasionar müalicə almış və xəstəxanada yatdığı müddətdə Elnurun kart hesabına da 150 manat pul göndərmişdir. Təxminən 2022-ci ilin aprel ayının sonunda Elnurla Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında görüşmüş və onun istəyi ilə 300 manat pul vermişdir. Bundan sonra Elnur ona Bakı şəhərinə, Müdafiə Nazirliyinin Mərkəzi Kliniki Hospitalına getməyini, özünün də oraya gələcəyini, onu orada həkim komissiyasından keçirəcəyini demiş, o, isəHospitala gedib Elnura zəng etsə də, Elnur onun yanına gəlməmiş o, məcbur qalıb həmin günü Bakıda qalmışdır. Səhərisi Elnur yanına gələrək birlikdə həmin Hospitala müraciət etmiş,lakin onun gönədirişi olmadığı üçün qəbul etməmişlər. Bu zaman Elnur onu haqsız çıxararaq nə üçün göndəriş almadığını demişdir. O, isə Elnura sənədlərdən başı çıxmadığını onun bu işi həll etməli olduğunu demişdir. Bundan sonra o, Daşkəsən rayonunun SHXÇDX-dan göndəriş alıb yenidən tək özü Hospitala getmişdir. O, orada həkim komissiyasından keçsədə də ona xidmət keçdiyi hərbi hissədən travma haqqında arayış almalı olduğunu demişdilər. Elnura zəng edib bu barədə məlumat verdikdə Elnur ona həmin arayışı özünün həll edəcəyini demişdir. Buna görə də o, Gəncə şəhərinə qayıtmışdır. Həmin vaxtdan sonra o, Elnurdan işinin nə yerdə qalmasını soruşduqda o travma arayışının onluq olmadığını, özünün almalı olmağını demişdir. O, isə Elnura əgər ala bilməyəcəkdinsə nə üçün ümid verməsini demişdir. Elnur isə dediklərini inkar edərək elə bir vəd vermədiyini, günahın onda olduğunu, həkim komissiyasından keçərkən özünü dəli kimi apararaq həkimlərə psixi pozuntularının olmasına inandırmalı olmağını demişdir. O, ifadəsinin sonunda ona dəymiş ziyanın tam ödənilməsini, Elnurdan şikayət və tələbinin olmamasını, onunla barışmasını bildirərək sonuncunun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etmiş, həmçinin məhkəməyə təqdim etdiyi mülki iddianın baxılmamış saxlanmasına dair ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 44 günlük Vətən müharibəsində Füzulinin, Cəbrayılın, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş, Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə yaralanmışdır. Müharibə bitdikdən sonra müvafiq medallarla təltif olunmuşdur. O, 2022-ci may ayında müharibə zamanı aldığı xəsarətlə bağlı olaraq əlilliyə görə pensiya almaq üçün atası X2 əmisi oğlu Şahid5 müraciət etməklə bağlı ona köməklik göstərə biləcək birini tapmasını xahiş etmişdir. Şahid5 ona bu məsələ ilə bağlı köməklik göstərə biləcək birini tapdığını bildirmiş və həmin ilin may ayının axırlarında o, Şahid5 və Katibli X15 işiətdiyi Yeni Gəncədə yerləşən “Çardaq" çay evində görüşmüşlər. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona “X11 Kömək” İctimai Birliyinin sədr müavini olduğunu, vətən müharibəsi iştirakçılarının pensiya məsələsi ilə bağlı başqa şəxslərə də köməklik göstərdiyini, onların artıq pensiya aldığını, ona həmçinin köməklik göstərə biləcəyini bildirmişdir. O, 6000 manat qarşılığında kənar şəxslərə həmin işi həll etsə də, Şahid5 tanıdığına görə 5000 manat qarşılığında yardım edəcəyini söyləmiş, Onun o qədər pulunun olmadığını bildirdikdə Elnur 3000-4000 manata da işi görə biləcəyini demişdir. O, atası ilə məsləhətləşdikdən sonra 19 may 2022-ci il tarixdə Elnurla yenidən həmin yerdə görüşmüşlər. Həmin vaxt Ruslan da yanında olmuşdur. Elnura hazırda 1700 manatının olduğunu, bazar günü də həyətdə saxladığı mal-qaranı satıb 1300 manat düzəldəcəyini, qalanını isə iş bitdikdən sonra verəcəyinibildirdikdə Elnur razı olmuş və o, Elnura Ruslanın yanında 1700 manat pulu vermişdir. Bundan 2 gün sonra bazar günü mal-qaranı satıb 1300 manatı Ruslanın işlətdiyi Yeni Gəncədə yerləşən Çardaq” çay evində vermişdir. Elnur pulu götürdükdən sonra pensiyanın düzəlməsi üçün 1-2 ay vaxt lazım olduğunu, həmçinin bununla bağlı Gəncə Psixatriya xəstəxanasında 20-25 gün yatmalı olduğunu bildirmişdir. Bundan sonra hər dəfə əlaqə saxladıqda o işin yaxın vaxtlarda alınacağını bir qədər gözləməyi bildirmişdir. Son zamanlarda zənglərə cavab vermədikdə Elnurun onu aldatdığını başa düşərək 1 saylı polis şöbəsinə ərizə ilə müraciət etmişdir. İfadəsinin sonunda o, Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş maddi ziyanın tam ödənilməsini, Elnurdan şikayət və tələbinin olmamasını bildirərək sonuncunun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Gəncə “Asan xidmət” mərkəzi üzrə regional qrupun kiçik inspektoru vəzifəsində işləyir. X18 xx.xx.2022-ci il tarixdə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün “Asan” xidmət mərkəzində şəxsiyyət vəsiqəsinin bölməsinə müraciət etmişvə Gəncə şəhər BPİ tərəfindən barəsində saxla statusu olması aşkarlanmışdır. Bu haqda aidiyyəti orqanlara - BPQM idarəsinə, xx.xx.2022-ci ildə isə ESD vasitəsi ilə Gəncə şəhər BPİ-yə və Gəncə şəhər 1-ci PŞ-nə verilmişdir. xx.xx.2022-ci il tarixdə vətəndaş Quliyev Murad hazır şəxsiyyət vəsiqəsini götürmək məqsədi ilə müraciət etmiş və vətəndaş şəxsiyyət vəsiqəsi ilə təmin edildikdən sonra tərəfindən vətəndaşın təhvil verilməsi məqsədi ilə 1-ci PŞ-nin növbətçi hissəsinə məlumat verilmiş və vətəndaşa “saxlası” olması barədə məlumatlandırmışdır. İlk öncə vətəndaş narahat olsada ona sakit bir yerdə oturmağını təklif edərək onlar üçün ayrılan başqa yer olmadığından mərkəzdə yerləşən kafeyə apararaq sakitləşdirmişdir. Vətəndaşla çox səmimi və mehriban danışmış, hətta ona yemək və çay almağı təklif etmişdir. O, isə pulunun olduğunu söyləyərək yemək və şirniyyat alıb yediyini bildirmişdir. Bir müddət keçdikdən sonra vətəndaşın yanına adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs yaxınlaşmış və salamlaşdıqdan sonra saymazyana Quliyev Murada “dur gedək səni heçkim burda saxlaya bilməz” dedikdən sonra o, Muradı sakitləşdirmək üçün soyuqqanlı davranaraq oturmasını xahiş etmişdir. O, isə Quliyev Murad “səni kim saxlayır” deyə qışqırmışdır. Onun polis əməkdaşı olduğunu bildirərək oturmasını xahiş edib polis əməkdaşlarını gözlədiklərini bildirmişdir. Elnur ona baş kəsən olduğunu bildirib, ona idarəyə zəng edərək anlaşılmazlıq olduğunu gəlməmələrini bildirərək özlərinin getməsi üçün taksi çağırmışdır. O, Elnura bir daha vətəndaş Quliyev Muradın axtarışda olduğunu, bildirsə də o, hərəkətlərini davam etdirərək onu mühafizə xidmətinin əməkdaşlarına görə bağışladığını, ona 10 dəqiqə vaxt verdiyini bildirmişdir. Ona məxsus nömrəni yazmağı və gələn polis əməkdaşlarına nömrəni təqdim edib Elnurun Muradı apardığını, nə isə problem olsa onu yığmağını bildirmişdir. Axtarışda olan şəxsi buraxa bilməyəcəyini bildirdikdən sonra Elnur Murada “qaç get” deyib, onu kiminsə saxlayacağı təqdirdə parça-parça edəcəyini bildirmişdir. Murad getmək istədikdə o, qolundan tutaraq onu saxlamıdş, bu zaman Elnur ona təhqiramiz sözlər işlədərək üstünə gəlmiş və Muradda ona qoşularaq onu təhqir etmiş əlləri ilə hər ikisi sinəsindən itələmişdir. Mərkəzin əməkdaşları tərəfindən sakitləşdirmək üçün bir neçə dəfə cəhd edilsə də, Elnur Murada “qaç səni heç kim saxlaya bilməz” deyərək onun qaçmasına şərait yaratmış, ancaq Muradın qaçmasına imkan verməyərək saxlamışdır. Əməkdaşlar onu sakitləşdirmək üçün kənara çəkmiş, o isə divanın üzərinə yıxılaraq çığırmağa başlamışdır. Elnur yenə də onu hədələyərək başını kəsəcəyini və onu həyatda qoymayacağını bildirərək Murada yenidən getməsini bildirmişdir. Muradqaçmaqistədikdə o Muradı saxlamış, Murad onu yıxmağa cəhd göstərsə də, edə bilmədiyini görüb qolunu dişləmişdir. Bu zaman Elnur adlı şəxs üzərindən bıçaq çıxararaq “səni vuracam” deyərək üstünə gəlmişdir. Bu zaman mərkəzin əməkdaşları, hüquqi təminat şöbəsinin müdiri Tariyel müəllim və mühafizənin bir əməkdaşının köməyi ilə Elnurun əlindən bıçaq qolu burularaq alınmışdır. Quliyev Muradı saxlamış və köməyinə əməkdaşlar Şahid1 və Şahid3 gəlib onu içəri aparmışlar. Bu haqda qrup rəhbəri polis kapitanı Pərvin Quliyeva aidiyyatı üzrə BPQM idarəsinə raportla məruzə etmişdir.Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X18 və Təqsirləndirilən şəxs ilə hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Həmin hadisə zamanı Elnur Quliyev də əlində olan bıçaqla onu vurmağa çalışmış, lakin əməkdaşlar ona imkan verməmişlər. İfadəsinin sonunda o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir tələbi və şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin yanvar ayından etibarən Gəncə şəhəri Gülüstan qəsəbəsində yaşayan Aytac adlı qızla tanış olmuş və onunla evlənmək niyyəti ilə münasibət qurmuşdur. Əvvəllər Aytacın anası onların münasibətinə etiraz etməmiş, lakin sonradan o, Aytaca onunla danışmasına icazə verməmişdir. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Aytacla danışan zaman anası Əfsanə danışdıqlarını görərək telefonu Aytacın əlindən almış, onu təhqir etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 6 radələrində oyanaraq telefona baxdıqda Aytac və qonşusu kimi tanıdığı Təqsirləndirilən şəxs zəng gəldiyini görmüşdür. O, Aytaca zəng vurduqda anası tərəfindən axşam döyüldüyünü, evdən qovulduğu üçün halhazırda parkda olduğunu bildirmişdir. Bundan sonra onu yanına çağırdığı üçün yaşadığı binanın qarşısına gedərək bloka daxil olduqda Aytacın burnunun qanadığını görmüşdür. Ona yaxınlaşaraq söhbət edən zaman Elnurun blokdan aşağı düşərək üz nahiyyəsinə bibər qazı sıxaraq üz və bədən nahiyyələrinə zərbələr endirmişdir. Daha sonra onun gözü yaşardığı üçün ətrafı görməmiş və Elnur başı ilə onun üz nahiyyəsinə zərbələr endirmişdir. Həmin anda qardaşı Ümid Qoşqarov və nənəsi Aybəniz Əhmədova hadisə yerinə gələrək onu Elnurun əlindən çəkərək almış, isə dərhal Elnur oradan uzaqlaşmışdır. Hadisə baş verən zaman hadisə yerində Elnur, Aytac, anası Əfsanə və nənəsi Çiçək olmuşlar. O, məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, qardaşı Ümidin Elnura kubik daşı atması tamamilə böhtan xarakteri daşıyır. İfadəsinin sonunda o, hadisə zamanı boğazında qızıl boyunbağının olmasını bildirmiş, həmin boyunbağının hadisədən sonra itdiyini və ya oğurlandığını qeyd edərək sözügedən boyunbağının dəyəri ödənilərsə, gələcəkdə Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayətinin olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 onun qardaşı oğludur, ilkin Vətən müharibəsinin qazisidir. 2022-ci ilin may ayında pensiya almaq üçün özünü X11 X21 sədr müavini kimi təqdim edən Təqsirləndirilən şəxs ilə tanış olmuş və Elnur 3000 manat qarşılığında ona pensiya düzəltdirəcəyini bildirmişdir.Bundan sonra İlkin 2022-ci ilin may ayının sonlarında Yeni Gəncədə yerləşən “Çardaq” çay evində Elnurla görüşərək əvvəlcə 1700 manat, sonra isə 1300 manat olmaqla cəmi 3000 manat vermişdir. Bundan sonra hər dəfə Elnurla əlaqə saxladıqda o işin yaxın vaxtlarda alınacağını bir qədər gözləməyi bildirirdi. Son zamanlar zənglərə cavab vermədikdə aldatdığını başa düşərək bu barədə 1 saylı polis şöbəsinəərizə ilə müraciət etmişdir. İfadəsinin sonunda o, bildimişdir ki, Zərərçəkmiş şəxs3 dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Daha sonra o, bildirmişdir ki, Zərərçəkmiş şəxs4 2022-ci il dekabr şənliyində tanış olmuş, tanış olduqdan sonra bir-birlərini bəyənmişlər. Sonradan anası Ruslanın ailəsini tanıdığı üçün ailə qurmaqlarına narazılıq bildirərək Ruslana arxasınca getməməsini qeyd etmişdir. Ruslan buna məhəl qoymayaraq onun arxasınca hazırlıqlara getməyə davam etmiş və zəng etmişdir. Valideynlərinin narazılıq etməyinə baxmayaraq Ruslanla danışmağa davam etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixində axşam Ruslanla danışdığı zaman anası bunu görüb telefonu əlindən alaraq əsəbləşmişdir. Bu mübahisədən sonra nənəsi Çiçək onlara gəlmiş, təxminən saat 03 radələrində anası əsəbi olduğu üçün ona evdən çıxmasını və nənəsigilə getməsini bildirmişdir. O, isə evdən çıxıb parka getmiş, Ruslana zəng etmişdir. Saat 6-da Ruslan ona geri zəng vuran zaman,o, Ruslana anası Əfsanə ilə mübahisə etdiyini bildirmiş və Ruslanın yanına gəlməyini istəmişdir. Ruslan ona yaşadığı bloka getməyini və özünün də tezliklə ora gələcəyini bildirmişdir. Bir qədər sonra Ruslan onun yanına gəlmiş, Ruslanın ardınca anası Əfsanə və Elnur bloka daxil olmuşlar. Həmin vaxt Ruslan anası Əfsanəni təhqir edib itələmiş, bu zaman isə Elnur araya keçmiş və Ruslan həmçinin Elnuru da təhqir etmişdir. Həmin vaxt Elnur başı ilə onun üz nahiyyəsinə zərbə endirmiş və qolundan tutub çölə çıxarmaq istəyəndə Ruslan Elnura kubik daşı atmaq istəmişdir. İfadəsinin sonunda o, hadisə zamanı Elnurun əlində bibər qazının olmadığını, həmçinin Ruslanın isə boğazında qızıl boyunbağının olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8, Şahid9 eyni məzmunlu ifadə verərək Şahid7 ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər 7 radələrində oyanıb atasının pəncərədən “söyüş söyməyin” deməsini eşitmiş və o, pəncərəyə yaxınlaşdıqda blokun qarşısında adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 qarşılıqlı söyüşlər istifadə edərək dalaşdıqlarını görmüşdür. Bundan sonra blokun qabağına düşərək aralarına keçmiş və onları ayırmağa çalışmışdır. Həmin vaxtAytac da blokun içərisində ağlamışdır. O, aşağı düşdükdən sonra onlar bir-birinə heç bir zərbə endirməmiş, sadəcə çəkişiblər. Bu zaman maşınla sonradan adını bildikləri Ruslanın qardaşı Ümid və nənəsi Aybəniz hadisə yerinə gəlmiş və Ümid maşından düşən zaman yerdən kubik götürərək Elnura tərəf atsa da, dəyməmişdir. Ümid söyüş söyərək Elnura tərəf yaxınlaşanda digər qonşusu Eldar araya keçərək onu uzaqlaşdırmışdır. Bundan sonra Əfsanəgil Elnuru aparmış, digər tərəf isə söyüşlərini davam etdirərək avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Həmin zaman yerdə hər hansı bir boyunbağı və ya qaz sıxılıdığının şahidi olmamışdır. Sonda isə o, Ruslanla Elnur arasında davanın başlama anının şahidi olmadığını, lakin onların qarşılıqlı söyüşlər işlətdiyini, çəkişmələrini görmüşdür. Həmin vaxt Ruslanın nə boğazında nə yerdə hər hansı boyunbağı olmamışdır. Həmçinin verilən suallara cavab olaraq qeyd etmişdir ki, hadisə zamanı Elnurun əlində hər hansı bir alət və ya bibər qazı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 eyni məzmunlu ifadə verərək Şahid10 ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişdir. İş ürzə Şahid4 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadələr məhkəmə iclasında elan edilmişdir. (cild l-234-236); İş ürzə Şahid5 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadələr məhkəmə iclasında elan edilmişdir. (cild ll-144-146); İş ürzə Şahid2 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadələr məhkəmə iclasında elan edilmişdir. (cild l-225-228); İş ürzə Şahid1 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadələr məhkəmə iclasında elan edilmişdir. (cild l-221-223); İş ürzə Şahid3 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadələr məhkəmə iclasında elan edilmişdir. (cild l-230-232); Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 04 noyabr 2022-ci il tarixli “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Gəncə şəhər prokurorluğunda araşdırılan 658-c-22 nömrəli material üzrə Azərbaycan RespublikasıCM-nin 221.2.1-ci maddəsi ilə220556138 nömrəli cinayət işi başlanmışdır.(cild l- i. v.1) - 10 iyul 2022-ci il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər 1-ci PŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X8, X9, X10, X6 iştirakları ilə X9 təqdim etdiyi bıçağa baxış keçirilmişdir. (cild l - i. v. 32) - Məhkəmə-Tibbi Ekspertiza və X4 01 iyul 2022-ci il tarixli, 1115 saylı rəyinə əsasən Vət. Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət – sağ said nahiyəsinin qançırı – bərk küt əşanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.(cild l - i.v. 44); - 09 noyabr 2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan RespublikasıCM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir.(cild l - i.v. 83) - 18 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünürki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilətəqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(cild l - i.v. 105) - 18 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır.(cild l - i.v. 108) - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 17 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər cinayət məsuliyyətinə cəlb olunmuşdur. (cild l - i.v. 116) - Məhkəmə Ekspertizası Mərkəzinin 29 dekabr 2022-ci il tarixli 16/1412nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir.(cild l - i.v.119); - ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 31,50 (otuz bir manat əlli qəpik) manat müəyyən edilmişdir.(cild l - i.v.118); - 28oktyabr 2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir.(cild l - i. v.126) - 25 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(cild l - i.v. 156) - 25 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, CM-nin 178.1-ci maddəsi iləTəqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır.(cild l - i.v. 157) - 25 mart 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmişdir.(cild l - i.v. 162) - 25 mart 2023-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə ŞBPİ-yə könüllü gəlib özünü təqdim etmişdir. (cild l - i.v.165) - 25 mart 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünürki, Təqsirləndirilən şəxs Azərbaycan RespublikasıCM-nin 221.2.1 və 178.1-ci maddələri ilətəqsirləndirilən şəxs qismində cəlb olunmaqlaona həmin maddələr ilə ittiham elan edilmişdir. (cild l - i.v. 168) - 25 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 178.1-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə özünü tam təqsirli bilmişdir. (cild l - i.v. 187) - 25 mart 2023-cü il tarixli “başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(cild l - i.v. 192) - Gəncə şəhər Psixonevroloji Dispanserinin 20 aprel 2023-cü il tarixli, 225 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 20 aprel 2021-ci il tarixdən “Kəskin dərəcədə ifadə olunmuş üzvi gedişli dissosiativ konversion pozuntu. Postravmatik stress pozuntusu” diaqnozu ilə qeydiyyatdadır. Sonuncu dəfə 12 aprel 2023-cü il tarixdə dispanserə müraciət etmişdir.(cild ll - i.v. 14); - Gəncə şəhər Məhkəməsinin 3(125)-1104/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs İXM-nin 227-ci maddəsi ilə inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 200 (iki yüz) manat ictimai işlər növündə inzibati tənbeh edilmişdir. (cild ll - i.v. 32-34) - Məhkəmə-Tibbi Ekspertiza və X4 28 mart 2023-cü il tarixli 440 nömrəli rəyinə əsasən vət.Zərərçəkmiş şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burun sümüyünün qapalı, yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrığı, sol bazu nahiyəsinin sıyrığı, boyun nahiyəsinin qançırı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən burun sümüyünün qapalı, yerdəyişməyən sınığı ilə müşayiət olunan burun nahiyəsinin sıyrığı ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir, digər xəsarətlər-sol bazu nahiyəsinin sıyrığı, boyun nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.(cild ll - i.v. 55-57) - ƏƏSMN Tibbi Sosial Ekspert Komissiyasının məlumat vərəqəsindən Təqsirləndirilən şəxs lll qrup müharibə əlil olması müəyyən edilir. (cild ll - i.v. 60) - 29 aprel 2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (cild ll - i.v. 90) - Gəncə şəhər Narkoloji Dispanserin 27 may 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. (cild ll - i.v. 123) - 12 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild ll - i.v. 174) - 20 iyul 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün cinayət işi üzrə icraat dayandırılmışdır. (cild ll - i.v. 206) - 15 avqust 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə şəhər ərazisində tutularaq Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. (cild ll - i.v. 212) - 15 avqust 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, CM-nin 128, 178.1 və 221.2.1-ci maddələri ilə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaq davam etdirilmişdir. (cild ll - i.v. 213) - Gəncə şəhər Məhkəməsinin 4(125)-427/2023 nömrəli 16 avqust 2023-cü il tarixli qərarı ilə ********* nömrəli cinayət işi üzrə CM-nin 128, 178.1 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs stasionar məhkəmə-psixiatriya ekspertizasının keçirilməsi üçün Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin tibbi stasionarına yerləşdirilmişdir. (cild ll - i.v. 223-225) - 16 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsində saxlanılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 25 mart 2023-cü il tarixdə seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. (cild ll - i.v. 226) - 25 avqust 2023-cü il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə istintaqı zamanı maddi sübut olan DVD diskə baxış keçirtməklə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində X28 2 saylı X35 Xidmət Mərkəzinin şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidmətinə yaxınlaşıb əməkdaşla bir qədər söhbət etdikdən sonra koridorda hərəkət edərək gözləməyə başlayır. Saat 11:52 radələrində şəxsiyyət vəsiqəsinin verilməsi və dəyişdirilməsi xidmətinin kiçik inspektoru, polis baş serjantı Zərərçəkmiş şəxs1 əlindəki sənədlə Murad Quliyeva yaxınlaşıb söz deyir. Digər video görüntüdən görünür kı, Təqsirləndirilən şəxs, Murad Quliyev və Zərərçəkmiş şəxs1 xidmətin bufetində bir masa arxasında oturub söhbət edirlər. Bu zaman anidən Təqsirləndirilən şəxs ardı ilə Murad Quliyev ayağa qalxıb getmək istədikə Zərərçəkmiş şəxs1 Murad Quliyevin qolundan tutaraq getməsinə mane olur. Bu zaman Təqsirləndirilən şəxs onların arasına girərək Murad Quliyevi aparmağa çalışsa da buna nail ola bilmədiyini görüb Zərərçəkmiş şəxs1 nəsə deyib üzərinə getməyə çalışdıqda xidmətin digər əməkdaşları araya girərək Təqsirləndirilən şəxs kənara çəkir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 sarı əllərini qalıdıb endirə-endirə nəsə deyərək aralayan şəxslərdən qurtulub üzərinə getməyə çalışır. Lakin xidmətin əməkdaşları buna imkan verməyərək Təqsirləndirilən şəxs kənara aparırlar. Bu zaman Murad Quliyev əllərini qaldırıb endirəendirə Zərərçəkmiş şəxs1 həmçinin ətafdakı şəxslərə nəsə deyir. Təqsirləndirilən şəxs ilə Murad Quliyevin bu hərəkətləri ətrafdakıların diqqətini cəlb edərək narahatlığına səbəb olur, xidmətin əməkdaşları isə yavaş-yavaş onların ətrafına toplaşaraq hər iksini sakitləşdirməyə çalışır. Saat 12:52 radələrinədək Təqsirləndirilən şəxs və Murad Quliyevlə xidmətin əməkdaşları söhbət etdikdən sonra Murad Quliyev həmin əməkdaşlardan ayrılaraq çıxış istiqamətində hərəkət edir. Təqsirləndirilən şəxs də eyni qaydada onun arxası ilə hərkət edir. Bu zaman Zərərçəkmiş şəxs1 yenidən Murad Quliyevə yaxınlaşıb getməsinə mane olmağa çalışdıqda X24 Elnur hər ikisi eyni vaxtda hər iki əlləri ilə Zərərçəkmiş şəxs1 sinə nahiyəsindən vurub itələyə-itələyə sonuncunu geri-geri addım atmağa məcbur edir, Zərərçəkmiş şəxs1 isə onlara qarşı dirənməyə çalışdıqda qarşılıqlı şəkildə süpürləşirlər. Bu zaman dərhal xidmətin əməkdaşları onların yanına gələrək Təqsirləndirilən şəxs ilə X36 Abbasovdan ayırırlar. Xidmətə müraciət edən vətəndaşlar və işçilər də həmin yerə toplaşır. Xidmətin əməkdaşları Təqsirləndirilən şəxs ilə Murad Quliyevi əhatəyə alaraq onların Zərərçəkmiş şəxs1 hücum etməsinin qarşısını almağa çalışır, onların hər ikisi isə əhatələrində olan şəxlərdən dartınıb qurtulmağa çalışraq əllərini Zərərçəkmiş şəxs1 sarı yelləyib nəsə deyirlər. Saat 12:54 radələrinədək xidmətin əməkdaşları Təqsirləndirilən şəxs ilə Murad Quliyevi sakitləşdirməyə çalışırlar. Saat 12:54 radələrində Murad Quliyev yenidən qapı istiqamətində hərəkət edib oradan uzaqlaşmağa çalışdıqda Zərərçəkmiş şəxs1 arxadan ona yaxınlaşaraq getməsinə mane olmağa çalışır. Bu anda X33 Abbasov süpürləşərək çıxış qapısının çöl tərəf istiqamətinə gedir. Təqsirləndirilən şəxs Şaiq X12 sarı gedib ona mane olmağa çalışdığını gördükdə sağ əlini belinə atıb bıçağı çıxardaraq Zərərçəkmiş şəxs1 sarı gedib əlini ona atmağa çalışdıqda xidmətin əməkdaşları yenə onlara sarı qaçaraq Təqsirləndirilən şəxs əlindən tutub bıçağı vurmasına imkan vermir, Təqsirləndirilən şəxs isə bıçağı Zərərçəkmiş şəxs1 sarı hərəkət etdirmək üçün dartınır. Həmin vaxt Murad Quliyev onu arxadan tutan Zərərçəkmiş şəxs1 sağ əlini dişləyir. Xidmətin əməkdaşlarının bir qismi Təqsirləndirilən şəxs əlindən bıçağı alaraq kənara aparar, bir qismi isə X33 Abbasovu aralayaraq Murad Quliyevi sakitləşdirməyə çalışırlar. Bundan sonra Murad Quliyev və Təqsirləndirilən şəxs hər iksi onu əhatə edən şəxslərlə əllərini yuxarı qaldırıb endirərək nəsə deyirlər. Onların hərəkətinə ətrafa çoxlu sayda şəxslər toplanır. Bununla da videogörüntü başa çatır. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən digər hal aşkar edilmədi.(cild ll - i.v. 235) - Kompleks komisyon stasionar məhkəmə-psixoloji və məhkəmə-psixiatrik ekspertizasının 23 avqust 2023-cü il tarixli 112 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs halhazırkı müayinə zamanı travma mənşəli üzvi şəxsiyyət pozuntusu müəyyən edilir. Cinayət əməllərini törədərkən travma mənşəli üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkmişdir. Üzvi şəxsiyyət pozuntusu aldığı kəllə-beyin travmasının təsirindən yaranmışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməllərini törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlara idarə etmək iqtidarında olmuşdur. Ona ittiham olunan cinayət əməlləri barəsində anlaqlı hesab edilməlidir. Onun əməlləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, o, təqsirləndirildiyi cinayət əməllərini törədərkən onun əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində natamam kompensasiya vəziyyəti olduğundan o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də,Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməllərini törətməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi ona ittiham olunan cinayət əməllərinə görə CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun hal-hazırda psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir, hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı onun üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkməsi və belə bir patologiyanın gedişində kompensasiya vəziyyətinin dekompensasiya vəziyyətinə keçə bilməsi, habelə anamnezində suisidal cəhdinin olması nəzərə alınaraq onun vaxtaşırı olaraq həkim-psixiatr tərəfindən konsultasiya edilməsi tövsiyyə olunur. O, hal-hazırki psixi vəziyyətinə görə özü və ətrafdakılar üçün zərər yetirmək təhlükəsi olan şəxs hesab edilmir. Onda müəyyən edilən şəxsiyyət pozuntusuna xas olan qıcığıa qarşı həssaslıq, emosional reaksiyalara meyililik, davranışında nümayişkarlıq elementləri, inadkarlıq, tez özündən çıxmaq, hövsələsizlik, kobudluq eqosentrizm və s kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən psixi emosiona vəziyyətində hirslilik yaranmış və həmin halın yaranması onda müəyyən edilən şəxsiyyət pozuntusu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlin törədərkən fizioloji affekt halında olmamışdır. (cild ll - i.v. 238-243) - 08 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan görünür ki, CM-nin 128, 178.1 və 221.2.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraatın dayandırılmışdır. (cild ll - i.v. 247) - X11 Kömək X19 Regional Mərkəzinə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən X11 Kömək X19 X16 Heyətinə üzv qəbul edilmiş və hazırda da qeyd olunan ictimai birliyin idarə heyətinin üzvüdür. (cild ll - i.v. 255) - 01 dekabr 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (cild ll - i.v. 269) - 01 dekabr 2023-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə ŞBPİ-yə könüllü gəlib özünü təqdim etmişdir. (cild ll - i.v.272) - 01 dekabr 2023-cü il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi CM-nin 128, 178.1 və 221.2.1-ci maddələrindən həmin məcəllənin 178.2.2, 178.2.3 və 221.3-cü maddələrinə tövsif edilmişdir.(cild ll - i.v.275- 277) - 01 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə özünü qismən təqsirli bilmişdir. (cild l - i.v. 288-291) - 01 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. (cild ll - i.v. 292-293) - 02 dekabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə təqsirləndirilən, zərər çəkmiş şəxs, şahid ifadələri, ekspert rəyləri, baxış, götürmə protokolları və digər istintaq hərəkətləri sübut kimi, həmçinin Təqsirləndirilən şəxs cinayət aləti kimi istifadə etdiyi 1 ədəd turist bıçağı və 2 saylı X35 Xidmət Mərkəzinin müşahidə kameralarından əldə edilmiş hadisənin görüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi qiymətləndirilmişdir.(cild ll - i.v. 316-334) - Gəncə şəhər Məhkəməsinin 1(125)-116/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. - 20 iyun 2024-cü il tarixli Penitensiar xidmət 2 saylı istintaq təcridxanasından daxil olmuş məktubdan görünür ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə həbs edimişdir. - zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 notariat qaydada təsdiq olunmuş, Zərərçəkmiş şəxs1 isə məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmış və onlara dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Odur ki, onlar Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını bildirərək onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişlər. - 27 iyun 2024-cü il tarixli Respublika Psixiatriya Xəstəxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2023 - 26 iyul 2023, 06 may 2024 – 27 may 2024cü il tarixlərdə Respublika Psixiatriya Xəstəxanasında gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müalicədə olub. Diaqnoz: “Üzvi (ll Qarabağ müharibəsi zamanı alınmış kəllə - beyin travması nəticəsində) şəxsiyyət pozuntusu tez – tez təkrarlanan dekompensasiyalar çoxsaylı özünü kəsmələr intihar cəhdləri. Şizofreniyayabənzər epizodlarla ” - l-3237 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 dekabr tarixli 2370 nömrəli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalı və İ-39092 nömrəli Azərbycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250 S nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 221.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs lll qrup müharibə əlil olmasını, İİ Qarabağ müharəbəsində iştirak etməsini, “Şuşanın azad olunmasına görə” medalı və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödənilməsi və onlarla barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-nin 221.3-cü maddəsinin sanksiyasında isə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Həmçinin təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 221.3-cü maddələrin sanksiyalarında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs Vətən müharibəsində iştirak etməsini, “Şuşanın azad olunmasına görə” medalı, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini, onun İİİ qrup əlil olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam ödəyərək onlarla barışmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, əvvəllər hər hansı bir cinayətə görə məhkum olunmamasını, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxs təyin ediləcək əsas cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək həmin cəza şərti olaraq tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır, törətdiyi cinayət az ağır cinayət hesab olunur. Hazırki vəziyyətdə o, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş, ona qarşı hər hansı şikayət və tələbləri yoxdur. Cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, az ağır cinayət törədən, cəzasını yüngülləşdirən kifayət qədər hallar olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanlması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə əsas cəza təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək əsas cəzası sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək” qətimkan tədbiri ilə əvəz edilməli, həmin qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və o, dərhal həbsdən azad edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 40 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 240 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübutlar 1 ədəd turist bıçağı hökm qanuni mindikdən sonra məhv edilməli, 1 ədəd hadisə görüntülərini əks etdirən DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci, və 178.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanlmaqla, qəti olaraq 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal həbsdən azad edilsin. Həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 1 ədəd bıçaq turist bıçağı məhv edilsin və hadisə görüntülərini qeydə alan 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,50 (otuz bir manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, Az.MEM, VÖEN **********, hesab №2088501, X5,KOD 210005, VÖEN **********, m/hAZ41NABZ********************, S.W.İ.F.T.BikCTREAZ22 ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 240 manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddiası baxılmamış saxlanılsın. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar