Məhkəmə qərarları › İş №1(125)-117/2022

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-117/2022

02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-117/2022 02.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxxxx 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan və ünvan 4da yerləşən fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23-24 radələrində yaşadıqları ünvan 4da yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə ailə daxili münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs başından və bədəninin müxtəlif yerlərindən əl zərbələri ilə qəsdən vurmaqla sağ çiyin, sağ said, sağ bud, sağ qulaq nahiyələrinin, sol gözün üst qapağının qançırları, boyun nahiyələrinin sıyrıqları kimi dərəcələri təyin edilməyən və burun sümüyünün qapalı, yerdəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi ilə sübuta yetirilir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2012-ci ildə Sadıxova (Zeynalova) Məhəbbət Mahir qızı ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Son zamanlar Zərərçəkmiş şəxs anası Sevda ailə işlərinə qarışaraq narazılıqlar yaratdığı üçün onların evinə gəlməsini Zərərçəkmiş şəxs qadağan etmişdir. xx.xx.2022-ci il tarixində saat 23-24 radələrində yaşadıqları evdə olan zaman Zərərçəkmiş şəxs anası və atası ilə əlaqəni kəsməsini, həmin şəxslərin yaşadıqları evə gəlib-getmələrini istəmədiyini söylədikdə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs kobud cavab qaytardığı üçün yaşadıqları evdə başından, sifətindən, kürəyindən, sinəsindən, budlarından və qollarından əl zərbələri ilə vurub döymüşdür. Mübahisə zamanı evdə Zərərçəkmiş şəxs və övladlarından başqa heç kim olmamışdır. Mübahisə təxminən 15 dəqiqə davam etmişdir. Mübahisədən sonra Zərərçəkmiş şəxs və övladlarını anasının yaşadığı ünvan 1 ünvanına gətirmişdir. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixində öz istəyi ilə övladları ilə birlikdə atası evinə getmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2012-ci ildə həyat yoldaşı, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Buna baxmayaraq münasibətləri yaxşı deyil, beləki Təqsirləndirilən şəxs heç bir səbəb olmadan mübahisələr edərək onu döymüşdür. Lakin əvvəllər baş vermiş mübahisələr ilə bağlı heç vaxt hüquq mühafizə orqanlarına müraciət etməmişdir. xx.xx.2022-ci il tarixində yaşadıqları evdə övladları Əlinin doğum gününü qeyd etdikdən sonra saat 23-24 radələrində əri Təqsirləndirilən şəxs evin mətbəxində mübahisə edərək qızları Zeynəb Sadıxovanın qulağında aparılmış cərrahi əməliyyat üçün yığılmış pulu istədikdə pulu Arzuya vermək üçün yataq otağına keçib axtaran zaman Arzu onu tələsdirərək danlamış və ünvanına söyüşlər söyərək pulu tez çıxartmağını tələb etmişdir. Həmin zaman Arzuya pulu axtardığını söyləyib gözləməsini tələb etdiyi üçün sonuncu dahada əsəbləşərək yataq otağında qəsdən yumruq zərbələri ilə onu başından bir neçə dəfə vurub döymüş, daha sonra əl zərbələri ilə qəsdən bədəninin müxtəlif yerlərinə, yəni, qollarına, kürəyinə, sinəsinə, başına, qulağına və hər iki buduna vuraraq xəsarət yetirmişdir. Mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs onu əl zərbəsi ilə başından vurduqdan sonra o, yataq otağındakı yatağın üzərinə yıxılmış, həmin zaman Təqsirləndirilən şəxs onun hər iki əlini yumruq şəklində tutaraq “səni öldürəcəm” sözlərini deyərək boğazını sıxmaqla yaşadıqları evin yataq otağında boğmuşdur. O, həmin zaman huşunu itirmiş, sonradan qızları Zeynəb və Bətulun səsinə ayılmışdır. Zeynəb Sadıxova ona su vermişdir. Sonradan Təqsirləndirilən şəxs onu boğmamış və ya buna cəhd etməmişdir. X11 və Bətul Sadıxova mübahisənin şahidi olmuşlar. Mübahisə bitdikdən sonra Təqsirləndirilən şəxs onu və övladlarını anası Validənin yaşadığı ünvan 2 ünvanına aparmışdır. xx.xx.2022-ci il tarixdə öz istəyi ilə həmin evdən ayrılıb atası evinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə isə Təqsirləndirilən şəxs tərəfindən yetirilmiş xəsarətlərə görə atası evinə təcili tibbi yardım çağırmışdır. Təcili tibbi yardım həkimi aldığı xəsarətlərin şəraitini soruşduqda baş verənləri izah etmişdir. Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə yaşadıqları evdə qəsdən vurulub xəsarət aldığı üçün məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3”-nin 13 iyun 2022-ci il tarixli 920 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-burun sümüyünün qapalı, yerdəyişməyən sınığı, sağ çiyin, sağ said, sağ bud, sağ qulaq nahiyələrinin, sol gözün üst qapağının qançırları, boyun nahiyələrinin sıyrıqları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti 05 iyun 2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən burun sümüyünün qapalı, yerdəyişməyən sınığı ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər isə sağ çiyin, sağ said, sağ bud, sağ qulaq nahiyələrinin, sol gözün üst qapağının qançırları, boyun nahiyələrinin sıyrıqları sağlamlığa zərər vurmayan xasərət olduğu üçün dərəcəsi təyin edilmir. Gəncə “Asan Xidmət” Mərkəzi tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli Daxili İşlər Nazirliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 18 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. 08 iyun 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri S.Əliyev küçəsi 1-ci döngə 3-cü dalanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs fərdi yaşayış evinin mətbəx otağını göstərərək, 05 iyun 2022-ci il tarixdə saat 23:24 radələrində mübahisənin həmin otaqda başladığını və evin yataq otağında arvadı Zərərçəkmiş şəxs əl zərbələri ilə bədəninin müxtəlif yerlərinə vurmaqla qəsdən döydüyünü bildirmişdir. Baxış zamanı evin girişindəki dəhlizdən sağ tərəfdə yerləşən içərisində 2 nəfərlik 01 ədəd çarpayı mebel olan otağın, həmçinin digər otaqların fotoşəkilləri “Samsung” markalı aparatla çəkilmişdir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddi sübut aşkar edilməmişdir. 2 saylı Gəncə Regional “Asan xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X7, xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X5 adlı 3 övladı vardır. Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 4 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs bu ünvanda yaşadığı müddətdə qonşularla münasibəti yaxşı olmuş, cəmiyyət içərisində dərin hörmət qazanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların (zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi) Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsidə nəzərdə tutulmuş əməli törətməsini təsdiq etməsi qənaətinə gəlir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını və CM-nin 59.2-ci maddəsinə əsasən yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsə ən ağır cəza növü olan azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını tələb etsə də, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, onun törətdiyi cinayətə münasibətini, ilk dəfə cinayət törətməsini nəzərə alıb Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən аzadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs daimi yaşayış yeri olan ünvan 4 ünvanını saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs daimi yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 4 ünvanını saat 23:00dan saat 07:00-dək və Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar