Məhkəmə qərarları › İş №1(125)-117/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-117/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-117/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və onun vəkili “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X4 məsuliyyətə cəlb edilməsi haqqında X8 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X2 Sevinc Tofiq qızının məsuliyyətə cəlb edilməsi və ona dəymiş mənəvi ziyanın ödənilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. X12 şikayətini onunla əsaslandırmışdır ki, X3 Cəlal Paşayev adına 39 saylı məktəbin rus bölməsində ingilis dili fənnini tədris edir. Onun iki əkiz qızı bu məktəbdə hal hazırda 7 ci sinifdə oxuyur və Sevinc Hüseynova onların ingilis dili müəlliməsi olmuşdur.Müəllimə qızıgilin sinifində fənn müəllimi olduğu müddətdə hər özəl gün üçün valideyinlərdən 50 azn pul yığıb .Bu proses davam etdiyinə görə valideyinlərin şikayəti əsasında müəlliməyə etik davranışına və müxtəlif pul toplamasına görə sonuncu xəbərdarlıq olmaqla şiddətli töhmət verilib və sinifdən uzaqlaşdırılıb. Bu yaxınlarda Nərmin xanımla söhbət etdikləri zaman ona məlum olmuşdur ki, Sevinc Hüseynova pulu verə bilmədiyi üçün sinifin valideyin komitəsinin sədri X5 vatsap vasitəsi ilə onun və övladlarının barəsində təhqir edici sözlər işlədib.Səs yazısı Nərimin xanımın telefonunda olduğu kimi durur və belə sözlər işlədilir, bu Səadətlə Nigarın daşı atılıb bu məktəbdən getsəydio qrupda rahat sözünü deyərdi. Summativlərin qiyməti 6 azn dır, onların dədələrinə borcu yoxdur canları çıxsın gəlib summativi götürüb özləri çıxartdırıb gətirsinlər, elə etməsinlər ki, 5 fənn müəllimini yığıb uşaqları sinifdə saxlatsın. Bir Azərbaycan vətəndaşı olaraq bu qadın necə belə söz işlədə bilər? əgər ölkə başçısı özü deyir ki: X10 və Şəhidlərimizə borcluyuq. Bu barədə Azərbaycan Respublikasının prokurorluğuna və digər aidiyatı orqanlarına müraciət etdiklərindən xəbər tutduğuna görə Sevinc Hüseynova onun və Nərmin Həsənovanın barəsində məhkəməyə şikayətlə müraciət etmişdir. Birinci vitse prezidentimiz Mehriban Əliyevanın babasının adını daşıyan bir məktəbdə necə belə bir korrupsioner və öz vətəni, xalqı üçün canını fəda etmiş Qazisinin balasına bu cür sözlər deyən müəllimə işləyir ona və məktəbin hər bir valideyininə maraqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 may 1999 cu il tarixli 4 nömrəli qərarından görünür ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq vətəndaşlar onlarm şərəf və ləyaqətlərini ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsini məhkəmə yolu ilə tələb edə bilərlər. 1.Məhkəmələrə izah edilsin ki, Mülki Məcəllənin 7-ci maddəsində müəyyən olunmuş qaydada təşkilatların və vətəndaşların işgüzar nüfuzu da müdafiə oluna bilər.

2. Maraqlı şəxslərin tələbləri üzrə vətəndaşm şərəf və ləyaqətinin müdafiəsinə qanunla onun ölümündən sonra da yol verilir. Şərəf və ləyaqətin müdafiəsi üçün nəinki barələrində həqiqətə uyğun olmayan məlumatlar yayılmış şəxslər, habelə həmin məlumatların təkzib edilməsində öz maraqları olan digər şəxslər (vərəsələr, ailə üzvləri, qohumlar, şərik müəlliflər və s.) də məhkəmədə iddia qaddıra bilərlər.'

3. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilsin ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır.

4. Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s. rəsmi sənədlərdə) olan məlumatların təkzib edilməsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir. Belə rəsmi sənədlərdən şikayətlərə müvafiq qanunvericilik aktlarında (mülki, əmək, cinayət və mülki-prosessual və s. qanunvericilik aktlarında) müəyyən edilmiş qaydalarda baxılır. Lakin cinayət, mülki və inzibati hüquq pozuntusu haqqında işin materiallarına əsasən hazırlanıb kütləvi informasiya vasitəsində istifadə olunmuş yazılarda verilən məlumatlar maraqlı şəxslər tərəfindən onlarm şərəf və ləyaqətlərinin ləkələnməsi kimi qiymətləndirildikdə bu cür iddialara da şərəf və ləyaqətin müdafiəsi qaydasında baxıla bilər.

5. Məhkəmələrin diqqətinə çatdırılsın ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərər çəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən cavabdehin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş hərəkətləri müəyyən etdikdə hər bir halda, həmin Məcəllənin 121-ci maddəsinin İ və İİ hissələrində və 122-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri müəyyən etdikdə isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 105-ci maddəsinə uyğun olaraq zərər çəkənin və ya onun nümayəndəsinin bu barədə şikayəti olduğu hallarda cinayət işi başlaya bilər.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 121-ci maddəsinin İ və İİ hissələri, 122- ci maddəsi üzrə cinayət işi başlanmağın rədd edilməsi, başlanmış cinayət işinin xitam edilməsi, habelə hökmün çıxarılması mülki mühakimə icraatı qaydasında şərəf və ləyaqətin müdafiəsini istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşüar. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Vətəndaşın şərəf və ləyaqətini ləkələyən məlumatlar kütləvi informasiya vasitəsilə yayıldıqda, onların həqiqətə uyğun olmaması sübut edildikdə bu, kütləvi informasiya vasitəsində təkzib edilməlidir. Əgər işə baxılan vaxt cavabdeh kütləvi informasiya vasitəsinin fəaliyyəti dayandırılmış olarsa və ya onun istehsalına və yayımına xitam verilərsə, yayılmış məlumat haqqında hansı kütləvi informasiya vasitəsində təkzib verilməsi və bunun qaydası məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman zərər çəkənin arzusu da nəzərə alına bilər. Şərəf və ləyaqətin müdafiəsi hüququnun konstitusion hüquq olmasına əsaslanaraq məhkəmələrə izah edilsin ki, maraqlı şəxslər şərəf və ləyaqətlərinin müdafiəsi üçün kütləvi informasiya vasitəsinə təkzib vermək barədə ilkin müraciət etmədən birbaşa məhkəmədə iddia qaldıra bilərlər. Kütləvi informasiya vasitəsində yayılmış məlumatda vətəndaşın şərəf və ləyaqətini ləkələyən əlamətlər olmadıqda, lakin məlumat onun mənafeyinə toxunduğu hallarda da vətəndaşın bu məlumata dair cavablä həmin kütləvi informasiya vasitəsində çıxış etmək hüququ vardır. Kütləvi informasiya vasitəsinin redaksiyası vətəndaşın tələbini təmin etmədikdə, bundan qanunla müəyyən olunmuş qaydada məhkəməyə şikayət etmək olar.

9. Məhkəmələrin diqtətinə çatdırılsın ki, kütləvi informasiya vasitəsində yayılmış şərəf və ləyaqəti ləkələyən məlumata görə kütləvi informasiya vasitəsinin redaksiyası və yazının müəllifi cavabdeh kimi işə cəlb edilməlidir. Redaksiya hüquqi şəxs olmadıqda isə kütləvi informasiya vasitəsinin təsisçisi cavabdeh kimi tanınmalıdır. Müəllifin və yaxud redaksiyanm üçüncü şəxs kimi işə cəlb edilməsi qanuna uyğun hesab edilmir. Adsız və yaxud təxəllüslə dərc edilən yazılarda şərəf və ləyaqəti ləkələyən məlumatlar olduqda məlumatı dərc edən kütləvi informasiya vasitəsi cavabdehlik daşıyır. Məlumat divar qəzetində və ya çoxtirajlı qəzetdə dərc edildikdə cavabdeh kimi məlumatın müəllifi və həmin qəzet orqanı olan hüquqi şəxs işə cəlb edilməlidir. Kütləvi informasiya vasitəsində yayılmış materiallarda redaksiya və müəllifin mövqelərinin üst-üstə düşməməsi redaksiyanın məsuliyyətini istisna etmir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar xidməti xasiyyətnamələrdə yazıldıqda xasiyyətnaməni imzalayan vəzifəli şəxs və xasiyyətnaməni verən təşkilat birgə cavabdehlik daşıyır. «Kütləvi informasiya vasitələri haqqında» 21 iyul 1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən bu və ya digər kütləvi informasiya vasitəsində yayılmış, həqiqətə uyğun olmayan məlumat rəsmi xəbərlərdə olmuşdursa; informasiya agentliklərindən və ya dövlət orqanlarının agentliklərindən və ya dövlət orqanlarının, ictimai orqanın mətbuat bölmələrindən alınmışdırsa; Milli Məclisin iclasında deputatların, ictimai birliklərin və siyasi partiyaların qurultaylarında, plenumlarında nümayəndələrin çıxışlarında, habelə dövlət orqanlarının və ictimai orqanların vəzifəli şəxslərinin rəsmi çıxışlarında olduğu kimi təkrar edilmişdirsə; qabaqcadan lentə yazılmadan efirə gedən müəllif çıxışlarında, yaxud qanuna uyğun olaraq redaktə edilməli olmayan mətnlərdə yayılmışdırsa, bu məlumatlara görə kütləvi informasiya vasitələri, habelə jurnalist məsuliyyət daşımır. Lakin bu yollarla yayılmış məlumatların da təkzib edilməsi üçün maraqlı şəxslər məhkəmədə iddia qaldıra bilərlər. Bu zaman məhkəmə onlardan məlumat daxil olmuş vətəndaşları və təşkilatları işə cəlb etməli, həmin məlumatların doğru olmasını sübut etmək vəzifəsini onların üzərinə qoymalıdır. Kütləvi informasiya vasitəsində istifadə edilən materialda vətəndaşın şərəf və ləyaqətinin ləkələnməsini təsdiq edən əlamətin olub-olmamasını müəyyənləşdirmək üçün xüsusi biliyə ehtiyac olarsa, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq bu barədə işə mütəxəssis cəlb edə bilər. Şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqaqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. »

25. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır. Belə ki ,Sevinc Hüseynova “VATSAP” yazısında mənim uşaqlarını hədələməklə və təhqir etməklə onun şəxsiyyətini alçaltmış olur. Bu isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsində hədə- qorxu ilə tələb etmə maadəsinin 3) növündə öz əksini tapır. 182.1 zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında rüsvay edici məlumatlar,yaxud zərər çəkmiş şəxsin ,yaxın qohumlarının hüquqlarına əhəmiyyətli ziyan vura bilən yayma ilə hədələmə nəzərdə tutulmuşdur. Sevinc Hüseynova yuxarıda göstərdiyi hərəkətləri edərək mənim və uşaqlarımın şəxsiyyətini alçatmışdır. Odur ki, yazılarını diqqətə alıb onun Sevinc Hüseynova barəsində olan şikayətini qəbul edib, onun və ailəsinin şəxsiyyətini alçaldan sözlər işlətdiyinə görə bir Qarabağ Qazisi olaraq bu müddətədə əsəblərinin korlanmasının, 2023 cü ilin noyabr ayında səhhətilə əlaqəli X1 15 günlük müalicə aldığı halda ,bu il Sevinc Hüseynovanın problemlərinin ucbatından müalicəsini ala bilmədiyinə görə övladlarının utancının və ona əziz olan həyat yoladşının keçirdiyi narahatçılığın görə, keçən ilin dekabr ayının xx.xx.2024, xx.xx.2024,xx.xx.2025 və ən nəhayət xx.xx.2025 ci tarixlərdə haqsız olaraq zamanlarını alıb onlardan şikayət etdiyinə görə məhkəmə koridorlarında keçirtdikləri vaxt, həyəcan və əsəb gərginliyini nəzərə alaraq kompensasiyası olaraq 5000 azn tələbi rəsmi olaraq qeydə alıb Sevinc Hüseynovadan tələb edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X12 şikayəti tam müdafiə edərək məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. X7 vəkili Müdafiəçi bildirmişdir ki, şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin forma və məzmun tələbinə əməl etməmiş, X4 181-ci maddə ilə məsuliyyətə cəlb edilməsini xahiş etmiş, eyni zamanda mənəvi zərərin ödənilməsini tələb etmişdir. Eyni zamanda şikayət vermiş şəxsin istinad etdiyi Whatsapp qurupunda hal-hazırda şikayət vermiş şəxs üzv olmamış, ona qarşı hər hansı bir ifadə işlədilməmişdir. X12 şikayətin məzmununda CM-nin 121-ci maddəsinə istinad etmiş, həmin maddə isə ananın yeni doğulan uşağını öldürməsi ilə bağlı olmuşdur. Belə olan halda şikayətin məhkəmənin icraatına qəbul edilməsi üçün əsasların olmadığını bildirərək xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun vəkilini dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 88.4.1-ci maddəsinə əsasən xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir. 293.3. Böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 302.1.1-ci maddəsinə əsasən şikayət həmin məhkəməyə aid olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş hansı əməlin törədilməsi göstərilməmişdir. Belə ki, xüsusi ittiham qaydasında şikayətin xahiş etdim hissəsində yazılarını diqqətə alıb onun Sevinc Hüseynova barəsində olan şikayətini qəbul edib, onun və ailəsinin şəxsiyyətini alçaldan sözlər işlətdiyinə görə bir Qarabağ Qazisi olaraq bu müddətədə əsəblərinin korlanmasının, 2023 cü ilin noyabr ayında səhhətilə əlaqəli X1 15 günlük müalicə aldığı halda ,bu il Sevinc Hüseynovanın problemlərinin ucbatından müalicəsini ala bilmədiyinə görə övladlarının utancının və ona əziz olan həyat yoladşının keçirdiyi narahatçılığın görə, keçən ilin dekabr ayının xx.xx.2024, xx.xx.2024,xx.xx.2025 və ən nəhayət xx.xx.2025 ci tarixlərdə haqsız olaraq zamanlarını alıb onlardan şikayət etdiyinə görə məhkəmə koridorlarında keçirtdikləri vaxt, həyəcan və əsəb gərginliyini nəzərə alaraq kompensasiyası olaraq 5000 azn tələbi rəsmi olaraq qeydə alıb Sevinc Hüseynovadan tələb edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə şəxs barəsində xüsusi ittiham qaydasında şikayət verilə biləcək hər hansı maddələr ilə məsuliyyətə cəlb edilməsi xahiş edilməmiş, sadəcə ona dəymiş ziyana görə kompensasiyasının ödənilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə X8 X4 məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında verdiyi şikayətdə forma və məzmun tələblərinə əməl edilməsi şəxsin hansı maddə ilə məsuliyyətə cəlb edilməsi göstərilmədiyindən, şikayətin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, Məhkəmə

QƏRARA ALDİ:

X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məsuliyyətə cəlb edilməsi haqqında X12 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar