Məhkəmə qərarları › İş №1(125)-118/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-118/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-118/2024 31.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İsmət Mübariz oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 29 avqust 2023-cü il tarixdə, saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Ceed” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Atatürk prospekti ilə hərəkətdə olarkən Gəncə Şəhər Məhkəməsinin bərabərliyində “X12” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla Şahid1 idarə etdiyi “Toyota Prius” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra idarə etməni itirərək yolu sağdan sola keçən piyada 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq ona ağciyərlərə ocaqlı qansızmalar, döş qəfəsinin sol tərəfində İİ-İİİ-İV qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, V bel Xİİ döş fəqərələrin sınması, qaraciyərin, nazik bağırsaq müsariqəsinin, sol böyrəyin cırılmaları, nazik bağırsaq müsariqələrində və mədəaltı vəzə qansızma, sol alın-təpə-gicgah nahiyəsinin hematoması, burun sümüyünün açıq sınığı, sol göz, sol bazu, hər iki bud, hər iki baldır nahiyələrinin qançırları, alın, sol almacıq, hər iki bazu nahiyələrinin, sağ dirsək, sağ said, hər iki diz, sol bilək, hər iki ayaq, sağ əl nahiyələrinin sıyrıqları xəsarətlərindən ibarət olmaqla həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına, həmin xəsarətlərdən döş qəfəsinin və qarının küt travması nəticəsində daxili orqanların çoxsaylı cırılması və skelet sümüklərinin çoxsaylı sınmasından əmələ gələn travmatik və hemorragik şok olmasına görə ölməsinə, yəni yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalalarının pozulması və ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, BC kateqoriyalı sürücülük vəsiqəsi olmaqla “Kia Ceed” markalı, **- EJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edir. 29 avqust 2023-cü il tarixdə saat təxminən 13 radələrində dayısı Şahid3 ilə birlikdə idarə etdiyi “Kia Ceed” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 90-100 km/saat sürətlə Gəncə şəhəri Atatürk prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən, Gəncə şəhəri, Atatürk prospekti ilə Gəncə şəhəri Cavadxan küçəsinin kəsişməsində qarşı tərəfdə onun ilə eyni istiqamətdə olan “Toyota Prius” markalı avtomobili ötmək istəmiş, bu zaman həmin avtomobilin qəflətən sola doğru, yəni Cavadxan küçəsinə dönmək istədiyini görmüş, lakin sürəti çox olduğuna görə idarə etdiyi “Kia Ceed” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ hissəsi ilə “Toyota Prius” markalı avtomobilin sol hissəsini, daha sonra isə idarə etdiyi avtomobillə piyada keçidinin üzəri ilə yolun sağ tərəfindən sol tərəfinə keçən bir qadını vurmuşdur. Zərbənin təsirindən həmin qadın yerə yıxılmış, o, dərhal avtomobili saxlayıb həmin qadını dayısının köməkliyi ilə avtomobilə qoymuş və onu 3 nömrəli Gəncə Şəhər xəstəxanasına aparmışlar. Lakin vurduğu piyada aldığı xəsarətlərdən rəhmətə getmişdir. Hadisənin baş verməsinə səbəb onun avtomobili yüksək sürətlə idarə etməsi olmuşdur. Belə ki, o, hadisənin baş verdiyi yolda təxminən 10- 15 metr qalmış “Toyota Prius” markalı avtomobilin Cavadxan küçəsinə dönmə əməliyyatı yerinə yetirmək istədiyini görmüş, avtomobili ilə vurduğu piyadanı isə ümumiyətlə görməmişdir. O, idarə etdiyi avtomobillə “Toyota Prius” markalı avtomobili vurduqdan sonra idarə etməni itirmiş və avtomobili dayandırmaq üçün əyləcə bassa da, avtomobili dayandıra bilməmişdir. Həmin yerdə onun avtomobili təxminən 20 metr sürüşdükdən sonra dayanmışdır. Sonda baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını və zərərçəkmiş şəxsin övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün üzərinə öhdəlik götürdüyünü nəzərə alaraq məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə məhkəməyə verdiyi ifadəsində göstərdi ki, məhrum X8 onun həyat yoldaşı olmuşdur. Hadisə baş verən günü, yəni 29 avqust 2023-cü il tarixdə o, Bakı şəhərində olmuş və saat 14:30 radələrində əmisi oğlu Rauf Babayev onunla telefon əlaqəsi saxlayaraq həyat yoldaşı Firuzəni maşın vurduğunu söyləmişdir. O, dərhal telefonu söndürüb qaynanası Sevinc Mustafayeva ilə əlaqə saxlamış, Sevinc telefonu açmış, lakin ağladığı üçün danışa bilməmişdir. Bu səbəbdən onun yanında olan iş yoldaşı telefonu götürərək demişdir ki, narahat olmasın Firuzə xəstəxanadadır və onlar 3 nömrəli xəstəxanaya Firuzənin yanına getmişlər. Sonra qaynı Mübariz ilə əlaqə saxlamış və Mübariz Firuzənin rəhmətə getdiyini bildirmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış və dəymiş zərər ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Şahid3 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. 29 avqust 2023-cü il tarixdə günorta saat təxminən 12 radələrində səhhəti pisləşdiyi üçün bacısı oğlu Səfərdən xahiş etmişdir ki, onu Gəncə şəhər Beynəlxalq xəstəxanasına aparsın. Belə ki, o, uzun illərdir ürək çatışmamazlığı xəstəliyindən əziyyət çəkir. Səfər də hazırlaşmış və onlar təxminən 1 saat sonra Səfərə məxsus ünvan 1 ünvanından çıxıb xəstəxanaya yola düşmüşlər. Saat təxminən 13:15 radələrində Gəncə şəhər Atatürk prospekti ilə şəhərin mərkəzi istiqamətinə gedərkən həmin küçə ilə Cavadxan küçəsinin kəsişməsində bacısıoğlu Təqsirləndirilən şəxs “Toyota Prius” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobili ötmək istəyərkən həmin avtomobil Cavadxan küçəsinə dönmə əməliyyatı etmək istədiyi üçün həmin an bacısı oğlu Səfərin idarə etdiyi “Kia Ceed” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfi “Toyota Prius” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol ön tərəfi ilə toqquşmuş, daha sonra isə idarə etməni itirərək qarşıda piyada keçidi ilə yolu sağdan sola keçən adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə vurmuşdur. Həmin vaxt avtomobil piyadaya dəyərək bir qədər sürüşüb dayandıqdan sonra bacısı oğlu Səfər və o dərhal avtomobildən düşərək zərərçəkmiş şəxsi maşına qoymuş və onu dərhal Gəncə şəhər 3 nömrəli şəhər xəstəxanasına aparmışlar. Xəstəxanada onlar piyadanın başını tamoqrafiyaya saldırmış daha sonra isə KT etdirərək sistem qoşdurmuşlar. Lakin bir qədər sonra həkimlər zərərçəkmiş şəxsin aldığı xəsarətlərdən rəhmətə getdiyini söyləmişlər. Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, “B” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla “Toyota Prius” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. 29 avqust 2023-cü il tarixdə saat təxminən 13:15 radələrində həmin avtomobillə təxminən 15-20 km/saat sürətlə Gəncə şəhər, Atatürk prospekti ilə hərəkət edib həmin küçənin kəsişməsində olan Cavadxan küçəsinə dönmə əməliyyatı yerinə yetirmək istəyərkən “Kia Ceed” markalı avtomobil onun avtomobilinin sol tərəfindən vuraraq idarəetməni itirmiş və qarşı tərəfindən piyadalar üçün nəzərdə tutulmuş keçidin üzərində hərəkətdə olan təxminən 35-40 yaşlı qadını vurmuşdur. Bundan sonra sürücü avtomobili saxlayıb avtomobillə vurduğu qadını avtomobilinə qoyaraq Gəncə şəhər 3 nömrəli xəstəxanasına aparmışdır. Hadisəyə səbəb “Kia Ceed” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin Atatürk prospekti ilə yüksək sürətlə hərəkət etməsi olmuşdur. O, dönmə əməliyyatı aparan zaman “Kia Ceed” markalı avtomobil yüksək sürətlə hərəkət etdiyi üçün onun arxadan necə gəldiyini görməmişdir. Şahid4 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin X17 Şöbəsinin baş inspektoru vəzifəsində xidmət edir. “Kia Ceed” markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, Təqsirləndirilən şəxs və mərhum Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 29 avqust 2023-cü il tarixdə saat təxminən 13 radələrində ekipaj üzvü Şahid4 ilə birlikdə Gəncə şəhəri, Atatürk prospektində xidmətdə olan zaman Gəncə şəhər BPİ-nin Növbətçi Hissəsindən məlumat daxil olmuşdur ki, “Kia Ceed” markalı avtomobil “Toyota Prius” markalı avtomobillə toqquşmuş daha sonra yolu keçmək istəyən piyadanı vurmuşdur. Ona görə də dərhal hadisə yerinə getmiş və hadisə yerində həqiqətən də bir nəfər piyadanın açıq göy rəngli “Kia Ceed” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmasını aşkar etmişlər. Sonra hadisə yerinə müstəntiq gəlmiş və hadisə yerini müayinə etmişdir. Hadisə yerinin müayinəsi zamanı müəyyən edilmişdir ki, hadisə Gəncə şəhəri, Atatürk prospektində yerləşən Gəncə Şəhər Məhkəməsinin qarşısında baş vermişdir. Hadisə baş verən avtomobil yolu 1 tərəfli olmaqla yolun ümumi eni 9 metrdir. Yolun hərəkət hissəsində avtomobilə məxsus ehtiyyat hissələri olmuş və baxış zamanı piyadanın vurulma yeri müəyyən edilmişdir. Belə ki, piyada yolun sağ tərəfindən sol tərəfinə keçərkən 6 metr məsafədə vurulmuşdur. Hadisə yerinin fotoşəkilləri və sxemi çəkilmişdir. Araşdırma zamanı yol-nəqliyyat hadisəsi baş vermiş Gəncə şəhəri, Atatürk prospektində Gəncə şəhər BPİ-nin Təhlükəsiz şəhər xidmətinə məxsus video nəzarət kamerasından baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüsü götürülərək diskə köçürülmüşdür. Bundan sonra hadisə yerinin təhlükəsizliyi təmin edilmiş və “Kia Ceed” markalı, **-EJ-*** və “Toyota “Prius” markalı **-FS-*** dövlət qeydiyyat nişanlı avtomobillər duracağa aparılaraq, avtomobillərin sürücüləri sərxoşluq müayinəsindən keçirilmişdir. Şahid – Gəncə şəhəri BDYPŞ ƏYPB-nin YPX-nin inspektoru Şahid2 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Gəncə şəhəri BDYPŞ ƏYPB-nin YPX-nin Şahid4 ilə eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Hadisənin baş vermə anının qeydə alındığı DVD diskə məhkəmədə baxış keçirilərkən yol-nəqliyyat hadisəsinin baş verməsi təsdiq edilir. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 2631/2023 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə”si aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. “Video diskə baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 2 ədəd video görüntü vardır. Həmin video görüntülərdən biri hadisədən öncəki, digəri isə baş vermiş hadisəni özündə əks etdirir. Hadisədən əvvəlki video görüntü 07 saniyədən ibarətdir. Video görüntüdən görünür ki, yol 4 hərəkət hissəsindən ibarətdir. Yolun sol və sağ kənarında olan hər iki hərəkət hissəsində avtomobillər dayanıqlı vəziyyətdə olmuşdur. Yəni hərəkətdə olan avtomobillər 4 hissəli yolun ortada olan 2 hissəsindən istifadə edirlər. Toyota Prius markalı avtomobil yolun sağ tərəfindən 2-ci hərəkət hissəsi ilə aşağı sürətlə hərəkət edir. Kia Ceed markalı avtomobil isə yolun sol tərəfindən 2-ci hərəkət hissəsi ilə yüksək sürətlə hərəkət edir. Görüntünün 7-ci saniyəsində “Kia Ceed” markalı avtomobil “Toyota Prius” markalı avtomobili sol tərəfdən ötmə əməliyyatını həyata keçirmək istəyən zaman Kia Ceed markalı avtomobilin sağ tərəfi Toyota Prius markalı avtomobilin sol tərəfinə dəyir. Toyota Prius markalı avtomobil dayanır bununla da video görüntü başa çatır. Hadisəni özündə əks etdirən görüntüdən görünür ki, görüntü 28 saniyədən ibarətdir. Yol 3 hərəkət hissəsindən ibarətdir. Gəncə şəhər Atatürk prospektində yerləşən Gəncə Şəhər Məhkəməsinin bərabərliyində olan piyada keçidi ilə bir nəfər qadın hərəkət edir. Piyada keçidi ilə sağdan sola keçmək istəyən Firuzə Babayevə yolun sol kənarına 3 metr qalmış yolun sol tərəfindən 1-ci hərəkət hissəsi ilə yüksək sürətlə hərəkət edən Kia Ceed markalı avtomobil sürüşərək qadını vurur. Qadın yerə düşdükdən sonra təxminən 3 metr məsafədə irəli şürüşür və dayanır. Avtomobil isə piyadanı vurduğu yerdən 16,5 metr sonra dayanır. Hadisədən sonra avtomobilin sol tərəfindən sürücü düşərək vurulmuş piyadaya tərəf gedir, həmçinin ətrafda olan şəxslərdə piyadanın yanına tərəf gedir. Daha sonra Kia markalı avtomobilin sağ tərəfindən daha bir nəfər şəxs düşərək piyadaya tərəf yaxınlaşır. Bundan sonra ətrafa toplaşan şəxslərin köməyi ilə piyadanı avtomobilin sol tərəfindən avtomobilə qoyurlar və bununlada videogörüntü başa çatır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 2580 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 5792 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X14 29 avqust 2023-cü il tarixli, 76 nömrəli rəyində göstərilmişdir ki, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə, laborator müayinənin cavabına əsasən və ekspertiza qarşısında qoyulan sualları da nəzərə alaraq, nəticəyə gəlirəm: 1. Məhrum Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – ağciyərlərə ocaqlı qansızmalar, döş qəfəsinin sol tərəfindən İİ-İİİ-İV qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, V bel və Xİİ döş fəqərələrin sınması, qaraciyərin, nazik vəzə qansızma, sol alıntəpə-gicgah nahiyəsinin hematoması, burun sümüyünün açıq sınığı, sol göz, sol bazu, hər iki baldır nahiyələrinin qançırları, alın, sol almacıq, hər iki bazu nahiyələrinin, sağ dirsək, sağ said, hər iki diz, sol bilək, hər iki ayaq, sağ əl nahiyələrinin sıyrıqları. Qeyd edilən xəsarətlər həyatidir, bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri, qərarın təsiviri hissəsində göstərilən tairxə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və birgə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərər vurmaya aid edilir. 2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin və qarının küt travması nəticəsində daxili orqanların çoxsaylı cırılması və sklet sümüklərinin soxsaylı sınmasıdan əmələ gələn travmatik və hemorragik şok olmuşdur. 3. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 19 sentyabr 2023-cü il tarixli, 3247/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsindən metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 10 oktyabr 2023-cü il tarixli, 8/2728 nömrəli rəyində göstərilmişdir ki, 1.2. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Kia Ceed” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Azərbaycan Respublikası BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış xx.xx.2023-cü il tarixli, 3-13-16-3/2-7916/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs BD 107 247 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli, AZ İİ seriyalı 377607 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə notarial qaydada verilmiş xx.xx.2024-cü il tarixli **********713 nömrəli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi nəticəsində Zərərçəkmiş şəxs vəfat etməsinə görə ailəsinə dəymiş zərər kimi 20.000 (iyirmi min) manat pul vəsaiti ödəmişdir. Mərhum Zərərçəkmiş şəxs ilə Qanuni nümayəndə birgə nikahlarından doğulmuş uşaqlarına kömək məqsədi ilə xx.xx.2010-cu il təvəllüdlü X2 20 (iyirmi) yaşı tamam olanadək hər ay ümumilikdə 250 manat olmaqla ödəniş etməyi Təqsirləndirilən şəxs üzərinə götürmüşdür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdə, saat 13 radələrində etibarnamə əsasında idarə etdiyi “Kia Ceed” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Atatürk prospekti ilə hərəkətdə olarkən Gəncə Şəhər Məhkəməsinin bərabərliyində “X12” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla Şahid1 idarə etdiyi “Toyota Prius” markalı **-FS- *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra idarə etməni itirərək yolu sağdan sola keçən piyada 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq ona ağciyərlərə ocaqlı qansızmalar, döş qəfəsinin sol tərəfində İİ-İİİ-İV qabırğaların ön qoltuqaltı xətt üzrə sınması, V bel Xİİ döş fəqərələrin sınması, qaraciyərin, nazik bağırsaq müsariqəsinin, sol böyrəyin cırılmaları, nazik bağırsaq müsariqələrində və mədəaltı vəzə qansızma, sol alıntəpə-gicgah nahiyəsinin hematoması, burun sümüyünün açıq sınığı, sol göz, sol bazu, hər iki bud, hər iki baldır nahiyələrinin qançırları, alın, sol almacıq, hər iki bazu nahiyələrinin, sağ dirsək, sağ said, hər iki diz, sol bilək, hər iki ayaq, sağ əl nahiyələrinin sıyrıqları xəsarətlərindən ibarət olmaqla həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarətləri almasına, həmin xəsarətlərdən döş qəfəsinin və qarının küt travması nəticəsində daxili orqanların çoxsaylı cırılması və skelet sümüklərinin çoxsaylı sınmasından əmələ gələn travmatik və hemorragik şok olmasına görə ölməsinə, yəni yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalalarının pozulması və ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, “X12” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “X12” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X12” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək, dəymiş zərəri ödəməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan hadisənin baş vermə anının qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 40 (qırx) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X7 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 29 avqust 2023-cü il tarixdən 31 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan hadisənin baş vermə anının qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X7 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 240 (iki yüz qırx) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar