Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-119/2022 14.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Zaur İsmayılov küçəsində Zərərçəkmiş şəxs qəsdən əl və ayaq zərbələri ilə vurmaqla sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sağ dirsək, hər iki diz və hər iki əlin ovuc səthlərinin sıyrıqları xəsarətlərini, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən hər iki gözün alt qapaqlarının qançırları ilə müşahidə olunan burun sümüklərinin qapalı sınığı xəsarətini yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə aralarında olan qonşuluq münasibətləri əvvəldən pis olmuşdur. Zərərçəkmiş şəxs mütəmadi olaraq onunla mübahisə edir, əsassız olaraq dava-dalaş edir. xx.xx.2022-ci il tarixdə özünə məxsus qarajda əvvəlcədən yığmış olduğu dəmir boruların olmadığını görmüşdür. Bundan sonra o, yaşadığı evə gələn zaman onunla qonşuluqda yaşayan taksi fəaliyyəti ilə məşğul olan Cümşüdün avtomobilində bir sıra dəmir tullantıların, həmçinin ona məxsus dəmir borulara oxşar boruların həmin avtomobildə olduğunu görmüşdür. Cümşüdün həmin dəmir tullantılarını yaxınlıqda olan metal qəbulu məntəqəsinə apardığını təxmin edərək metal qəbulu məntəqəsinə getmişdir. O, metal qəbulu məntəqəsinə çatan zaman orada Cümşüdü və qonşuluqda yaşayan Mələyin oğlu Musanı görmüşdür. O, Cümşüd və Musadan gətirdikləri dəmir tullantılarının içərisində olan dəmir boruları haradan əldə etdiklərini soruşduqda Musa həmin boruların özünə məxsus olduğunu demişdir. Bundan sonra əsəbiləşərək, Musaya ona məxsus boruları nə üçün götürdüyünü deyərək iradını bildirmiş və bu səbəbdən aralarında mübahisə başlamışdır. Həmin vaxt orada olan qonşusu Cümşüd və digər şəxslər onları sakitləşdirmiş və o həmin yerdən uzaqlaşaraq yaşadığı evə doğru getmişdir. O, Gəncə şəhəri Savxoz Nizami dairəsi adlanan yerin yaxınlığında Zaur İsmayılov küçəsində yol ilə gedərkən qəflətən qulağına şillə zərbəsi dəymişdir. Geriyə dönüb baxdıqda onu vuranın qonşusu Mələk olduğunu görmüşdür. Həmin vaxt Mələk onu təhqir edərək üstünə gəlmiş və oğlundan nə istədiyini soruşmuşdur. Bundan sonra o, Mələyin qolundan tutmuş və Mələyi özündən uzaqlaşdırmaq üçün itələmışdir. Həmin vaxt Mələk yerə yıxılmışdır. Bundan sonra o, həmin yerdən uzaqlaşaraq yaşadığı evə getmişdir. O, Mələyə qəsdən heç bir xəsarət yetirməmişdir. Mələk xəsarətləri yerə yıxılarkən almışdır. Mələyin onun barəsində dedikləri şər böhtan xarakterlidir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Onun Kamal ilə əvvəldən münasibəti yaxşı olmamışdır. xx.xx.2022-ci il tarixdə oğlu Musa evlərində olan metal tullantılarını yığıb yaşadıqları evin yaxınlığında metal qəbuluna satmaq üçün getmişdir. O, oğlu Musaya evə gələndə çörək almasını tapşırmaq üçün Musaya zəng edəndə həmin vaxt Kamalın oğlu Musanın üzərinə qışqırdığını, oğlu Musanın isə Kamala cavab verdiyini eşitmişdir. O, dərhal həmin metal qəbulu məntəqəsinə getmək üçün evdən çıxmış və taksiyə minərək həmin istiqamətdə getmişdir. Saat təxminən 13 radələrində Gəncə şəhəri Savxoz Nizami dairəsi adlanan yerin yaxınlığında Zaur İsmayılov küçəsində Təqsirləndirilən şəxs səki ilə piyada getdiyini görmüş və dərhal taksini saxladaraq avtomobildən düşüb Təqsirləndirilən şəxs arxasınca getmişdir. O, Kamala yaxınlaşaraq “ay binamus, uşaqdan niyə əl çəkmirsən” demiş, lakin Kamal onun yaxınlaşdığını gördükdə ona nalayiq ifadələr işlətmiş və iti addımlarla ondan uzaqlaşmağa çalışmışdır. O, Kamalın dayanmadığını görüb arxadan ona yaxınlaşıb qulaq hissəsindən bir dəfə şillə ilə vurmuşdur. Həmin vaxt Kamal geriyə dönüb yumruqla onun sifətinin və bədəninin müxtəlif nahiyələrindən vurmuş və onu itələyərək yerə yıxmışdır. O, yerdə olan zaman Kamal onun burnundan, başından və qarnından təpiklə vurmuşdur. Daha sonra tanımadığı iki nəfər cavan oğlan gələrək onları ayırmış və Kamal həmin yerdən uzaqlaşıb getmişdir. Sonda zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmadığını bildirdi və onun barəsində ən ağır cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onlarla qonşuluqda yaşayır və əvvəldən Kamal ilə münasibətləri yaxşı olmamışdır. xx.xx.2022-ci il tarixdə o evlərində olan zaman, özlərinə məxsus metal tullantılarını satmaq üçün qonşuluqda yaşayan taksi fəaliyyəti ilə məşğul olan Cümşüd ilə birlikdə yaşadıqları evin yaxınlığındakı metal qəbulu məntəqəsinə aparmışdır. Həmin metal qəbulu məntəqəsində olan zaman saat təxminən 12 radələrində qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onu görmüş və onun gətirdiyi həmin metal tullantıların oğurluq olduğunu demişdir. O, həmin vaxt metal tullantıların özlərinə məxsus olduğunu, oğurluq olmadığını Kamala bildirdikdə, Kamal üzərinə gələrək ona hücum etmək istəmişdir. Bu zaman onunla birlikdə gələn Cümşüd və metal qəbulu məntəqəsində olan şəxslər Kamalı sakitləşdirərək oradan uzaqlaşdırmışlar. O, Kamal ilə mübahisə edən zaman anası Mələk ona zəng etmiş və anası Mələk Kamal ilə aralarındakı mübahisəni eşitmişdir. Anası Mələk telefonda ona oraya gəldiyini demişdir. Bir müddət keçdikdən sonra metal qəbulu məntəqəsindən çıxıb evlərinə doğru piyada gedərkən yolda anası Mələyin yolun kənarında üst-başının pis vəziyyətdə olduğunu, burnundan qan axdığını görmüşdür. Bunu kimin etdiyini soruşduqda anası Mələk Kamalın onu vurduğunu demişdir. O, hadisə yerinə gələndə Kamalı orada görməmişdir. Həmin vaxt orada anasının yanında yalnız babası olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, o, taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2022-ci il tarixdə qonşuluqda yaşayan Mələyin oğlu Musa onu çağıraraq özlərinə məxsus həyətdə metal tullantıları olduğunu və həmin metal tullantılarını metal qəbulu sexinə aparmaq üçün onun avtomobilindən istifadə etmək istədiyini demiş və o, Musa ilə razılaşmışdır. Bundan sonra özünə məxsus avtomobil ilə Musagilə məxsus həyətə getmiş və orada Musa metal tullantılarını ona məxsus avtomobilə yükləmişdir. Onlar birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən metal qəbulu sexinə getmişlər. Orada olan zaman onlarla qonşuluqda yaşayan Kamal da həmin metal qəbulu sexinə gələrək Musaya həmin metal tullantılarının özünə məxsus olduğunu demiş və Musa ilə aralarında mübahisə başlamışdır. Bu vaxt Ələstun və o Kamalı həmin sexdən çıxartmışdır. Daha sonra o xidmət haqqını alaraq oradan uzaqlaşmışdır. Həmin gün Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsini görməmiş, həmin hadisə barədə sonradan məlumatı olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadələr vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhər Nizami RPİ-nin TB-nin təhqiqatçısı tərəfindən hal şahidlərinin iştirakları ilə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi Gəncə şəhəri, Zaur İsmayılov küçəsində hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 184 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – hər iki gözün alt qapaqlarının qançırları ilə müşahidə olunan burun sümüklərinin qapalı sınığı, sağ dirsək, hər iki diz və hər iki əli ovuc səthlərinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə hər iki gözün alt qapaqlarının qançırları ilə müşahidə olunan burun sümüklərinin qapalı sınığı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığı Yüngül zərər vurmaya, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. “Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə qarşı demişlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, ilk növbədə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı qəsdən sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sağ dirsək, hər iki diz və hər iki əlin ovuc səthlərinin sıyrıqları xəsarətlərinin, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən hər iki gözün alt qapaqlarının qançırları ilə müşahidə olunan burun sümüklərinin qapalı sınığı xəsarətinin yetirilməsi təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işdə olan ekspertiza rəyi və istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, ictimai yer olan - Gəncə şəhəri, Zaur İsmayılov küçəsində ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən xəsarət yetirərək zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan xəsarət yetirsə də, həmin əməli cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2022-ci il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bilavasitə hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həm şahid kimi, həm də təqsirləndirilən şəxs kimi ifadələr verərkən hadisə vaxtı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi ilə piyada yaşadığı evə gedərkən qəflətən qulağına zərbə dəydiyini, dönüb baxdıqda ona vuranın qonşusu Zərərçəkmiş şəxs olduğunu gördüyünü, bundan sonra onun qolundan tutaraq itələdiyini və Zərərçəkmiş şəxs yerə yıxıldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı da eyni məzmunlu ifadə vermişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs isə ibtidai istintaq zamanı həm ilkin izahatlarında, həm də zərər çəkmiş şəxs qismində dindirilərkən hadisə ilə bağlı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs piyada getdiyini gördükdə dərhal ona yaxınlaşıb ondan nə üçün uşağından əl çəkmədiyini soruşmuş, bunu eşidən Kamal uca səslə ona nalayiq ifadələr işlətmişdir. Bunu eşidən kimi Kamalın üzərinə cummuşdur ki, ağzının danışığını bilsin. Bunu görüb Kamal yumruqla onun sifətindən və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Həmin vaxt iki nəfər cavan oğlan onu Kamalın əlindən almışlar. Məhkəmə istintaqı zamanı isə zərər çəkmiş şəxs ifadəsində hadisə ilə bağlı bildirmişdir ki, Zaur İsmayılov küçəsində Təqsirləndirilən şəxs səki ilə piyada getdiyini görüb taksidən düşüb Təqsirləndirilən şəxs arxasınca getmişdir. O, Kamala yaxınlaşaraq “ay binamus, uşaqdan niyə əl çəkmirsən” demiş, lakin Kamal onun yaxınlaşdığını gördükdə ona nalayiq ifadələr işlətmiş və iti addımlarla ondan uzaqlaşmağa çalışmışdır. O, Kamalın dayanmadığını görüb arxadan ona yaxınlaşıb qulaq hissəsindən bir dəfə şillə ilə vurmuşdur. Həmin vaxt Kamal yumruqla onun sifətinin və bədəninin müxtəlif nahiyələrindən vurmuş və onu itələyərək yerə yıxmışdır. O, yerdə olan zaman Kamal onun burnundan, başından və qarnından təpiklə vurmuşdur. Daha sonra tanımadığı iki nəfər cavan oğlan gələrək onları ayırmış və Kamal həmin yerdən uzaqlaşıb getmişdir. Göründüyü kimi, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin, həm də zərər çəkmiş şəxsin ifadələri - hadisə vaxtı əvvəlcə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsi arxadan bir dəfə şillə ilə vurması, daha sonra təqsirləndirilən şəxsin geriyə dönərək zərər çəkmiş şəxsə xəsarət yetirməsi hissəsində bir-biriləri ilə uzlaşır. Cinayət işi üzrə şahid qismində dindirilmiş şəxslərin hər biri isə həm ibtidai istintaq zamanı verdikləri ifadələrində, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi zamanı orada olmadıqlarını və hadisəni bilavasitə görmədiklərini bildirmişlər. Həmin şəxslər yalnız hadisədən bir neçə dəqiqə əvvəl təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxsin oğlu Musanın arasında metal qəbulu məntəqəsində baş vermiş mübahisənin şahidi olmuşlar və istintaq orqanı həmin mübahisə ilə bağlı təqsirləndirilən şəxsə qarşı hər hansı ittiham irəli sürməmişdir. Beləliklə, baş vermiş hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, hadisə günü saat 13 radələrində təqsirləndirilən şəxs Gəncə şəhəri, Zaur İsmayılov küçəsi ilə piyada olaraq evinə gedərkən zərər çəkmiş şəxs ona yaxınlaşaraq oğlu ilə bağlı iradını bildirmək istəyərkən təqsirləndirilən şəxs buna əhəmiyyət verməyib piyada öz yolu ilə getmək istəmiş, bu zaman arxadan yaxınlaşan zərər çəkmiş şəxs təqsirləndirilən şəxsin qulağına bir dəfə şillə ilə zərbə vurmuş, bundan sonra təqsirləndirilən şəxs geri dönərək zərər çəkmiş şəxsə qəsdən sağlamlığına yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Hadisədən dərhal sonra isə təqsirləndirilən şəxs hadisə yerindən çıxıb getmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv ve məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş vermesini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, "Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz". Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, bir-biri ilə qonşuluqda yaşayan zərər çəkmiş şəxs və təqsirləndirilən şəxsin hadisədən əvvəl münasibətləri yaxşı olmamışdır. Hadisə baş verən vaxt isə təqsirləndirilən şəxs küçə ilə piyada evinə gedərkən zərər çəkmiş şəxs ona yaxınlaşıb iradını bildirmiş, lakin təqsirləndirilən şəxs buna əhəmiyyət verməyərək öz yoluna davam etmişdir. Bundan sonra zərər çəkmiş təqsirləndirilən şəxsə arxadan yaxınlaşaraq ona şillə vurmuş, yalnız bundan sonra təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə bədən xəsarəti yetirmiş və hadisə yerindən uzaqlaşıb getmişdir. İşin həmin faktiki halları onu deməyə əsas verir ki, hadisə vaxtı təqsirləndirilən şəxsin niyyəti ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək olmamış, cinayət hadisəsi tərəflər arasında əvvəlcədən yaranmış şəxsi münasibətlər zəmnində, o cümlədən zərər çəkmiş şəxsin təşəbbüsü ilə, məhz onun təqsirləndirilən şəxsin arxasınca getməsi və ona şillə ilə vurması səbəbindən baş vermişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin ictmai yer olan Gəncə şəhəri, Zaur İsmayılov küçəsində baş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Belə ki, bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ittihamda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, istintaq orqanı tərəfindən hadisə zamanı həqiqətən də orada hər hansı kənar şəxslərin olması müəyyən edilməmiş, həmin şəxslər müəyyən edilərək şahid qismində dindirilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işi xx.xx.2022-ci il tarixdə toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə başlanmış və istintaq aparılmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə müstəntiq cinayət işi üzrə ibtidai istintaqın tam, hərtərəfli və obyektiv aparılması üçün Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə əməliyyat tapşırığı vermiş və əməliyyat tapşırığında hadisə zamanı zərər çəkmiş şəxsin yanında olmuş digər şəxslərin şəxsiyyətlərinin müəyyən edilərək dindirilməsi üçün istintaqa təqdim edilməsi, hadisə nəticəsində ictimai qaydanın kobud surətdə pozulub-pozulmamasının müəyyən edilməsi və digər əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin zəruri olduğu bildirilmişdir. xx.xx.2022-ci il tarixli, 122-10331-1222 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış təbdirləri nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan cinayət hadisəsinin törədilməsində Təqsirləndirilən şəxs heç kəs köməklik göstərməmiş, həmin cinayəti tək törətmiş, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməmişdir. Həmçinin baş vermiş hadisənin yerini qeydə alan müşahidə kameraları görüntü əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarından isə görünür ki, müstəntiq xx.xx.2022-ci il tarixdə əməliyyat tapşırığı versə də, həmin əməliyyat tapşırığının cavabını gözləmədən və heç bir yeni hal müəyyən etmədən, xx.xx.2022-ci il tarixli qərarla cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif etmişdir. Həmin qərarın məzmunundan görünür ki, müstəntiq cinayət işi üzrə əməli CM-in 221.1-ci maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir. Bununla yanaşı məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranmış münaqişə zamanı onun yalnız qolundan tutaraq itələməsi və zərər çəkmiş şəxsin yerə yıxılaraq xəsarət alması, onun zərər çəkmiş şəxsə hər hansı xəsarət yetirməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, həmin ifadəni məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla (zərər çəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, hadisədən bilavasitə çəkilmiş zərər çəkmiş şəxsin fotoşəkilləri) tam təsdiq olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə zərbə vuraraq ona xəsarətlər yetirmişdir. Beləliklə məhkəmə, iş üzrə toplanmış mövcud sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla belə, onun şəxsi münasibətlər zəmnində zərər çəkmiş şəxsin təşəbbüsü ilə başlamış münaqişə gedişində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin qanunsuz hərəkətlərinin (təqsirləndirilən şəxsə şillə ilə vurması) təsiri altında hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM-nin 59.1.1 və 59.1.8 maddələri). Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi (zərər çəkmiş şəxsə yetirilmiş xəsarətlərin sayı və dərəcəsi), onun şəxsiyyəti, yaşının çox olması, o cümlədən cəzanı yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası yuxarı həddə yaxın həddə təyin edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-119/2022
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-119/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver