Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-119/2024 01.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, subay, məhkum olunmuş, işsiz, Gəncə şəhəri, M.S.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində(13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) toplanmış istintaq sübutları ilə təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarındanartıq miqdarda, yəni təmiz çəkisi 0,520 qram kustar üsulla hazırlanmışpsixotropmaddəmetamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd iləüzərində saxlayaraq daşımış və Gəncə şəhər BPl-nin 4cüPolisBölməsininəməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cüiltarixdə,saat 23:50 radələrində Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yaşadığıevinyaxınlığındasaxlanılaraq Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən GəncəşəhərBaş Polis idarəsinin 4-cü polis Bölməsinin inzibati binasına gətirilib üzərində şəxsiaxtarışaparıldıqda əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədədqararənglikağızbükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda,yənitəmizçəkisi0,520qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminaşkaredilərəkgötürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cüiltarixdə Gəncə şəhəri Poçt qəsəbəsində “ucuzluq” adlanan mağazadan özünə paltar alıb çıxdıqdan sonra iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, ona polis əməkdaşı olduqlarını bildirdikdən sonra onu “Niva” markalı avtomobilə otuzdurmuşlar. Onlar avtomobildə olduqda polis əməkdaşları ona zərbələr yetirmişlər, zərbələrinin təsirindən onun ayağında yaralar yaranmışdır. Daha sonra onlar polis şöbəsinə çatmışlar. Polis şöbəsində Comərd və Orxan adlı polis əməkdaşları polis şöbəsində onun qarşısına iki büküm narkotik vasitə qoyub, onu məcbur etmişlər ki, həmin narkotik vasitənin onun olduğunu desin. Həmin vaxt ona təzyiq olduğu üçün o, məcbur olub onların dedikləri qəbul etmişdir. O, ona olunan təzyiqlərlə bağlı prokurorluğa şikayət etmişdir.Lakin həmin vaxt onu xəsarəti ilə bağlı ekspertiza etməmişlər.Onu narkoloji dispanserə aparanda ondan analiz götürmədikləri halda, onun analizinin cavabı 55 olmuşdur. O, narkotik vasitədən 2017-ci ildə qəbul etmiş, daha sonra isə qəbul etməmişdir.Sonda o, barəsində bəraət hökmü verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqdakı ifadəsində qeyd etmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyətinin aydındır və özünü həmin cinayət hadisəsində təqsirli bilir. O,əvvəllər Azərbaycan Respublikası CM-nin 228 4 177.2.3, 330. 331 və 332-ci maddələri ilə məhkum olunmuş, rəsmi olaraq heç bir yerdə işləmir. Yuxarıda göstərilən ünvanda ailəsilə birgə yaşayır. Təxminən 1 ildir ki, narkotik vasitə olan heroin istifadə edir. xx.xx.2023-cü il tarixində saat təxminən 15 radələrində yaşadığı Gəncə şəhəri, M.S.Ordubadi küçəsində gəzən zaman yerdə 1 ədəd qara rəngli siqaret falqası bükümü görmüş, həmin bükümü açıb baxdıqda psixotrop maddə olan şüşə olmasını görmüş və istifadəçisi olduğu üçün üzərində saxlamışdır. xx.xx.2023cü il tarixdə saat 23:50 radələrində Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirərək polis əməkdaşları olduqlarını və onun psixotrop maddəni əldə etməkdə, saxlamaqda istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Ona birlikdə Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin inzibati binasına gedəcəklərini bildirmişlər. O, bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onu xidməti avtomobillərinə əyləşdirərək Gəncə şəhər BPİ-nin 4-cü Polis Bölməsinin inzibati binasına aparmışlar. Bölmənin inzibati binasında xidməti iş otağında hüquqlarının izah olunaraq hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyərsə seçə bilər əgər seçməkdə tərəddüd etsə, növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından vəkil Müdafiəçi1 " hüquqlarının dövlət hesabına müdafiə olunması üçün təqdim edilmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra Müdafiəçi1 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd qara rəngli kağız bükümü təqdim edərək içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxış keçirilən zaman içərisində ilk görünüşdən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Daha sonra o, bildirmişdir ki, həmin içərisində psixotrop maddə metamfetamin olan kağız bükümü xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yerdən tapmış və polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl həmin psixotrop maddəni istifadə etməkdən ötrü üzərində saxlamışdır. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli kağız bükümdə olan psixotrop maddə metamfetamin müdafiəçinin və digər iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və çəkisi qara rəngli kağız büküm ilə birlikdə 0,65 qram olmuşdur. Həmin içərisində psixotrop maddə metamfetamin olan büküm əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmışdır. AR DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Təqsirləndirilən şəxs qismində dindirmə zamanı Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə yaşadığı Gəncə şəhəri, M.S.Ordubadi küçəsində yerdən tapmış, üzərindən aşkar edilmiş 1 ədəd qara rəngli kağıza bükülmüş bükümdə təmiz çəkisi 0,520 qram psixotrop maddə olan metamfetaminin onda olmasından hər hansı bir şəxsin və ya ailə üzvlərinin xəbəri olmamışdır. O, psixotrop maddə olan metamfetamini hər hansı bir şəxsə satmamış və belə bir niyyəti də olmamış, hazırda yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə yoxdur, onu heç kəs narkotik vasitələrin istehlakına təhrik etməmiş, o polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamindən və ya hər hansı bir narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddədən istifadə etməmiş,istifadəsində mobil nömrəsi yoxdur,barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmiş, bununla bağlı hər hansı bir vəsatəti və şikayəti yoxdur başqa heç bir cinayət hadisəsi törətməmişdir. İş üzrə əlavə ifadəsi alınmış Təqsirləndirilən şəxs bildirmişdir ki, o,əvvəlki ifadəsini təsdiq etməmiş, bildirmişdir ki, 21 oktyabr 2023-cü il tarixdə onu 4-cü Polis Bölməsində polis əməkdaşları “Niva” markalı avtomobilə çağırıb, əyləşdirib onu döyərək fiziki və psixi təsirə məruz qoymuşlar və ona bildirmişlər ki, 4-cü Polis Bölməsinə gedəcəklər. O, polis əməkdaşları ilə birlikdə 4-cü Polis Bölməsinin inzibati binasına getmişdir. Bölmədə onu döyərək bildirmişlər ki, ona verəcəkləri psixotrop maddənin video çəkiliş zamanı onun olmasını bildirsin. O da qorxduğu üçün məcbur qalıb, həmin psixotrop maddənin onun olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş şahidGəncə şəhər BPİ-nin 4-cü PB-si əməliyyat müvəkkili polis baş leytenantı Şahid1ifadəsində bildirmişdir ki,daxil olmuş əməliyyat məlumatı nəticəsində vətəndaş Təqsirləndirilən şəxs olduğu yer aşkar edilərək, polis əməkdaşı Rəhman Haciyevlə birlikdə onu saxlamışlar və polis bölməsinə gətirmişlər. Polis bölməsində onun üzərinə müdafiəçinin iştirakı ilə axtarış keçirilən zaman o, üzərində olan narkotik vasitəni könüllü olaraq təqdim etmişdir.Təqsirləndirilən şəxs tutularkən axşam saatlarıolmuş, hava artıq qaralmışdır. Təqsirləndirilən şəxs tutarkən ona qarşı heç bir təzyiq olmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhər BPİ-nin 4-cü PB-nin sahə rəisi X7ifadəsində bildirmişdir ki, 2023-cü il oktyabr ayında axşam saatlarında daxil olmuş əməliyyat məlumatı əsasında 15 saylı məktəbin yaxınlığında Ordubadi küçəsində Təqsirləndirilən şəxs yaxınlaşıb, onu polis bölməsinə dəvət etmişlər, həmin vaxt o, heç bir etiraz etməmişdir. Polis bölməsində müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış keçirilmiş və o, könüllü olaraq üzərində olan narkotik vasitəni təqdim etmişdir. Təqsirləndirilən şəxs tutularkən ona heç bir xəsarət yetirilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olanxx.xx.2023-cüil tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, həmin tarixdə Gəncə şəhər BPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis kapitanı, X5, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı X4, Gəncə şəhər BPİnin 4-cü PB-nin baş təhqiqatçısı, polis kapitanı X2, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd qara rəngli siqaret falqasına bükülmüş psixotrop maddəolan “metamfetamini” könüllü olaraq təqdim etmiş, götürülmüş ilk baxışdan psixotrop maddə olan metamfetamin siqaret falqası ilə birlikdə 0,65 qram olmaqla aşkar olunduğu falqa ilə birgə qablaşdırılmış və ağzı Azərbayacan Respublikası DİN-nin 181 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/1062 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qara kağız bükümdə təmiz çəkisi 0,520qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.(metamfetaminin təmiz çəkisi – 0,520 qr. tədqiqata cəmi sərf edildi – 0.05 qr. qalıq – 0,470 qr.). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(125)-521/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 21 yanvar 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli 3462 nömrəli Gəncə şəhər Psixoloji Dispanserin arayışından görünür ki, Eyvazov X3 Dispanser qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli 7035 nömrəli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs heroindən sui-istifadə nəticəsində yaranan narkomaniya F 11.2 diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 331.2, 330.1, 332.2.2, 332.2.3, 68.1.1, 66.3-cü maddəsinə əsasən təqsirli bilinərək 04 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatdığı üçün müəssisənin qeydiyyatından çıxarılmışdır. Füzuli Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.1, 332.2.3, 66.5-ci maddəsinə əsasən 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək, 08 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, əncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.3, 66.5, 69.3, 68.1.1-1-ci maddəsinə əsasən təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR. MM. 05.11.21-ci il tarixli amnistiya qərarı 4 Bənd əsas hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(039)-85/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5-cimaddəsinə əsasən onun üzərində qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1825-ci nömrəli rəyindən məlum olur ki, psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji Dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi0,470 qram təşkil edən psixotrop maddə metamfetamin Gəncə şəhər Baş Polis İdarəsinə saxlanca verilmiş, içərisində Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntü olan bir ədəd '‘DVD” disk iş materiallarına əlavə edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 30 noyabr 2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması faktı üzrə cinayət işinin başlanması CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətməməsi ilə bağlı ifadəsində göstərdiklərini onun cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Çünki o, ibtidai istintaq zamanı özünü təqsirli bilərək üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin ona məxsus olduğunu və tutulduğu gün günorta yaşadığı evin yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün özündə saxladığını bildirmiş, lakin məhkəmə iclasında ümumiyyətlə həmin narkotik vasitənin ona aid olmadığını, narkotik vasitədən 2017-ci il tarixdən sonra istifadə etmədiyini, polis əməkdaşlarının təzyiqi nəticəsində psixotrop maddəni üzərinə götürdüyünü, narkoloji ekspertiza zamanı da ondan analiz götürülmədən rəy verilməsini bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiq olunması ilə bağlı məhkəmənin müraciəti əsasında Gəncə şəhər prokurorlğunda araşdırma aparılmış və həmin fakt öz təsdiqini tapmadığından “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs MSY-dən istintaq təcridxanasına daxil olan zaman üzərində xəsarətlərin olub-olmaması barədə məhkəmənin sorğusuna cavab olaraqAzərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı, İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubunda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən ilkin tibbi baxışdan keçirilməsi və bədəni üzərində xəsarət olmadığı qeyd edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadəsində polis əməkdaşları tərəfindən tutularkən Gəncə şəhəri Poçt qəsəbəsində olduğunu bildirmiş, məhkəmənin sorğusuna əsasən Təqsirləndirilən şəxs istifadəsində olan 055 840 06 05 mobil nömrənin xx.xx.2023cü il tarixdə olduğu anten dairləri barədə məlumatlar Bakcell MMC-dən əldə edilmiş və əldə olunmuş CD diskdə olan məlumata əsasən Təqsirləndirilən şəxs həmin tarixdə qeyd etdiyi ünvanda olmadığı məlum olmuşdur.Bütün bunlar Təqsirləndirilən şəxs səmimi olmadığını, qeyd etdiyi dəlillərin araşdırma nəticəsində təkzib olunduğunu göstərir. Belə ki, təqsirləndirilən şəxsin həmin cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla, yəni məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, şəxsi axtarış və götürmə haqqında protokol, DVD diskə baxış keçirilməsi haqqında protokol, maddi sübut, ekspertiza rəyləri, cinayət işinin digər materialları və işin faktiki halları ilə təsdiq olunur. Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq olunmuş və onun təqsirliliyini təsdiq edən mötəbər və təkzibedilməz sübutlarla bağlı hər hansı mülahizə irəli sürə və dəlillər təqdim edə bilməmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini sübut növü kimi qəbul etmir. Beləliklə də, məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlilləri özünün cinayət məsuliyyətindən yayınması məqsədi ilə verildiyindən, həqiqətə və işin faktiki hallarına uyğun olmadığından onları yalan və inandırıcı olmayan məlumatlar kimi qiymətləndirir və həmin dəlillər məhkəmə baxışı zamanı araşdırılan sübutlarla tam inkar olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxstərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət hadisəsini 2023-cü ilin oktyabr ayında törətdiyindən təqsirləndirilən şəxsə təyin ediləcək cəza da həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 234.1-ci maddəsinin dispozisiyasına uyğun təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli Qanunla dəyişiklik edilmiş, həmin dəyişikliyə əsasən Məcəllənin 234.1-ci maddəsinin dispozisiyasında olan “şəxsi istehlak miqdarından artıq” sözləri “xeyli” sözü ilə əvəz edilmişdir. Sözügedən Qanun 13 dekabr 2023-cü il tarixdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(039)- 85/2021 saylı hökmü ilə yaranmış məhkumluğu ödənilmədiyindən onun əməlində cinayətlərin residivi mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxscəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxstəyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,470 qram qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində (13 dekabr 2023-cü il tarixədək olan redaksiyada) nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2023-ci il tarixdən il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,470 qram qram təşkil edən psixotrop hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-119/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-119/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver