Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-119/2025 08.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Gürcüstan, Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 Fəxrəddin qızına verilməsinə dair Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-372/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə, habelə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü Muradov (Tahirov) Ozal Morxaz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs2 verilməsinə dair Kəlbəcər rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(040)-635/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs3 verilməsinə dair Gəncə şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(125)-4938/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)-756/2024 saylı qərarı ilə 25 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-372/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 7862 manat, Kəlbəcər rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(040)-635/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə görə 4500 manat və Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(125)-4938/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə görə 4420 manat, cəmi 16782 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxslərə Zərərçəkmiş şəxs1 Fəxrəddin qızına, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM- nin 306.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş və ibtidai isitintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Odur ki, ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 Fəxrəddin qızı ilə 2009-cu il tarixdə faktiki nikah münasibətlərinə girməklə ailə həyatı qurmuş, nikahları isə xx.xx.2009-cu ildə rəsmiləşdirilmişdir. Onlar rəsmi nikah münasibətlərində olduqları müddətdə xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2012-ci il təvəllüdlü X12 adlı övladları anadan olmuşdur. O, nikah münasibətlərində olduğu müddətdə Zərərçəkmiş şəxs1 Fəxrəddin qızı ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqları anası Zərərçəkmiş şəxs1 himayəsində, Gəncə şəhərində Ayşənin ata evində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs1 uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək 2016-cı il tarixdə ona qarşı məhkəmədə nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən ondan X2 və X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 Fəxrəddin qızına verilməsi qət edilmişdir. Bu qətnamə üzrə onun Zərərçəkmiş şəxs1 borcu qalmamışdır. Daha sonra Zərərçəkmiş şəxs1 alimentin miqdarının uşaqların saxlanması üçün yetərli olmadığını əsas gətirərək 2019-cu il tarixdə yenidən məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan hər iki uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 130 olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 Fəxrəddin qızına verilməsi qət edilmişdir. O, Zərərçəkmiş şəxs2 ilə 2017-ci il tarixdə faktiki nikah münasibətlərinə girməklə ailə həyatı qurmuş və həmin müddətdə xx.xx.2018-ci il təvəllüdlü Muradov (Tahirov) Ozal Morxaz oğlu adlı övladları anadan olmuşdur. O, Zərərçəkmiş şəxs2 ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaq anası Zərərçəkmiş şəxs2 himayəsində, Gəncə şəhərində Azərin ata evində yaşamış və Zərərçəkmiş şəxs2 uşağı tək başına saxlaya bilmədiyini əsas gətirərək 2022-ci il tarixdə ona qarşı aliment tələbinə dair iddia qaldırmış və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2022-ci il tarixdən hesablanmaqla Muradov (Tahirov) Ozal Morxaz oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. O, Zərərçəkmiş şəxs3 ilə 2013-cü il tarixdə faktiki nikah münasibətlərinə girməklə ailə həyatı qurmuş və nikahları isə xx.xx.2014-cü ildə rəsmiləşdirilmiş, həmin müddət ərzində xx.xx.2014-cü il dəvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı övladları anadan olmuşdur. O, nikah münasibətlərində olduğu müddətdə Zərərçəkmiş şəxs3 ilə yola getmədiyindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqlar anası Zərərçəkmiş şəxs3 himayəsində, Göygöl rayonunda Sevdanın ata evində yaşamış və Zərərçəkmiş şəxs3 uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək 2023-cü il tarixdə ona qarşı aliment tələbinə dair iddia qaldırmış və Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2023-cü il tarixdən hesablanmaqla hər iki uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs3 verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli təqdimat əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 7862 manat, Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2022-ci il tarixli qətnaməsinə görə 4500 manat və Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnaməsinə görə 4420 manat, cəmi 16782 manat məbləğində ödənməmiş aliment borcu yığılıb qalmışdır. O, uşaqlarına baxmalı olduğunu dərk etdiyini, sadəcə qətnamələrdə göstərilən alimentin miqdarının çox olduğunu, buna görə də qətnamələr ilə razı olmadığını, təqdimat verilən tarixədək yaranmış aliment borcundan ödənişlər etmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində Təqsirləndirilən şəxs ayrıldıqdan sonra uşaqlara ara bir zəng etdiyini, onların saxlanılması ilə bağlı maddi köməklik göstərmədiyini, onun bağırsaq sexində işlədiyini, qazancı 1000-1800 manat olduğunu, lakin dövlət işi olmadığından maaşı əlbəəl aldığını və bu günə kimi borcun hissə-hissə ödəməsini gözlədiyini bildirərək 4500 manat məbləğində olan borcunu tam şəkildə ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində Təqsirləndirilən şəxs onunla ailəli ola-ola Zərərçəkmiş şəxs2 ilə birgə yaşadığını, uşaqları ilə maraqlanmadığını, heç bir köməklik göstərmədiyini, onun bağırsaq sexində işlədiyini, maddi imkanın olduğunu bildirərək, 4420 manat məbləğində olan aliment borcunu tam şəkildə ödəməsini tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində Təqsirləndirilən şəxs 7862 manat məbləğində aliment borcunun olduğunu, dəfələrlə güzəştə gedərək yığılan borcu bağışladığını, onun heç bir ödəniş etmədiyini bildirərək borcun tam şəkildə ödənilməsini və ona ən ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qiyabi tanıyır, əvvəl cinayət işi iş yoldaşı İlkin Zeynalovun icraatında olmuş, lakin o, iş yerini dəyişdikdən sonra icraatına keçmiş və bundan sonra ona dəfələrlə aliment borcunu ödəməsi ilə bağlı xəbərdarlıq etmişdir. Buna baxmayaraq o, borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid2 ifadəsində Təqsirləndirilən şəxs ilə tanışlığı olmadığını, onu icra məmurunun yanında gördüyünü, ondan izahat alınanda və evə baxış keçirilən zaman akt tərtib olunanda gördüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır (i.v.1); - xx.xx.2023-cü il tarixli Gəncə şəhər icra İdarəsinin qərarından görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-372/2019 saylı, xx.xx.2019-cu il tarixli, Kəlbəcər rayon Məhkəməsinin 2(040)-635/2022 saylı, xx.xx.2022-ci il tarixli və Gəncə şəhər Məhkəməsinin 2(125)-4938/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir (i.v.13); - Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-372/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixdən başlayaraq X2 və X7 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs1 Fəxrəddin qızının xeyrinə ödənilməsi qət edilmişdir. (i.v.14); - xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-372/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. (i.v.17, 18); - Kəlbəcər rayon Məhkəməsinin 2(040)-635/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. (i.v.19); - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs Kəlbəcər rayon Məhkəməsinin 2(040)-635/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. (i.v.22, 23); - Gəncə şəhər Məhkəməsinin 2(125)-4938/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs3 xeyrinə ödənilməsi qət edilmişdir. (i.v.24); - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin 2(125)-4938/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. (i.v.28, 29); - Gəncə şəhər Məhkəməsinin 3(125)-756/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 25 gün müddətinə inzibati həbs edilmişdir. (i.v.35); - Gəncə şəhəri üzrə icra idarəsinin xx.xx.2024-cü il tarixli işə qəbul edilməsi barədə təklifdən görünür ki, məhkəmə qətnaməsinin icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs 07 gün ərzində X1 filialında qeydiyyatdan keçməsi bildirilmişdir. (i.v.38); - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X1 Filialının 8 may 2024-cü il 3-17-2/2-28478/24 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və Məşğulluq” altsistemində qeydiyyatı aşkarlanmamışdır.(i.v.46) - Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 8(043)-367/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardaddan görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. (i.v.40); - xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində CM-nin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir.(i.v.41, 42, 44); - xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər İcra Hakimiyyəti başçısının 3 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir məlumat daxil olmamışdır. (i.v.45); - DİN-nin ƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 69.4-cü maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə cəzası təyin edilmiş və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə icraata xitam verilmişdir. (i.v.101); - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 306.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. (i.v.102); - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və ona ittiham elan etmək üçün tutularaq Bakı şəhər Yasamal rayon Polis İdarəsinin MSY-nə təhvil verilməsi qərara alınmışdır (i.v.106); - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək iş üzrə icraat dayandırılmışdır (i.v.109); - Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 1(043)-14/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. (i.v.117-120); - xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş axtarış-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu ərazisində saxlanılaraq 4-cü PB-nə aparılmış və Bakı şəhər Yasamal rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir (i.v.121); - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnərək ibtidai istintaqı davam etdirilmişdir (i.v.122); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək aliment borcunun çox olmasına görə tam ödəməyə imkanı çatmadığını bildirmişdir. (i.v.141-144); - xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v 145-146); - xx.xx.2024-cü il tarixli MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Yasamal RPİ-nin MSY-dən dərhal azad olunmuşdur. (i.v 148); - xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallar zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və toplanmış digər sənədlərlə öz təsdiqini tapmışdır. ( i.v.151-158); - Gəncə şəhər Məhkəməsinin 1(125)-119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmə iclasına məcburi qaydada gətirilməsi qərara alınmışdır. - Gəncə şəhər Məhkəməsinin 1(125)-119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmışdır. - “axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində Bakı şəhəri ərazisində saxlanılaraq 4-cü polis bölməsinə gətirilmiş və Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. - Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə müəssisəyə daxil olmuşdur. - Gəncə şəhər Məhkəməsinin 1(125)-119/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək istəməsi, buna maddi imkanının olmaması barədə göstərdiklərinə iş üzrə tədqiq olunmuş sübutların məcmusu üzrə müqayisəli təhlil edərək, onun göstərdiklərini əsassız və məsuliyyətdən boyun qaçırmaq üçün verilmiş özünü müdafiə xarakteri ifadə kimi qəbul edir. Belə ki, sübutlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etmək üçün “İcra haqqında” Qanunda göstərilən bütün zəruri qanuni tədbirlər həyata keçirilmiş, ona yazılı bildirişlər və xəbərdarlıqlar göndərilmişdir, lakin o, qətnaməni və icra vərəqəsini icra etməyə heç bir təşəbbüs göstərməmişdir, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini və icra vərəqəsini qərəzli olaraq icra etməmişdir. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər və mümkün sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin tördilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, təqsirləndirilən şəxsin işləmədiyini və islah işləri cəzasının icrasının mümkün olmadığını, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı 23 mart 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında həm də hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə hakim tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməmişdir. Belə vəziyyətdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-nin 349-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı iş üzrə qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə əməl etməlidirlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli həbsə alındığı 23 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş 20 saat hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 220 (iki yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-119/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-119/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver