Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-12/2024 12.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı - Dövlət ittihamçısın, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçiiştirakları ilə, xx xxxxx 1979-cu ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Gəncə şəhəri, N.Paşa küçəsi, ev 8-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci və 221.3-cümaddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanında şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs3 Kamil oğlunun mərhum arvadından qalan mirasın bölgüsünə görə aralarında yaranmış mübahisə zamanı istintaqa məlum olmayan aləti silah qismində tətbiq etməklə xuliqanlıq edərək sonuncuya qəsdən vurmaqla sol bud nahiyəsinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinlik), sol bazu nahiyəsinin qançırı, sağ əlin İİ barmağının yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bundan başqa o, təkrar xx.xx.2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində Azərbaycan Dövlət Aqrar Ünversetinin gözətçi məntəqəsinin yaxınlığında şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs1 mərhum anasından qalan mirasın bölgüsünə görə istintaqa məlum olmayan taxta parçası ilə sonuncuya qəsdən zərbə endirərək sol said, sol çənaltı nahiyələrinin səthi yaraları, sağ təpə nahiyəsinin yarası, döş qəfəsinin, sağ diz, sol əl nahiyələrinin və sol V barmağın qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirilmişdir. Bundan başqa o, təkrar 15 aprel 2022-ci il tarixdə saat 09 radələrində Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən ADAU-in gözətçi məntəqəsinin yaxınlığında şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs1 mərhum anasından qalan mirasın bölgüsünə görə istintaqa məlum olmayan daş parçası ilə sonuncunu qəsdən vurmaqla təpə sümüyünün xarici sümük səhifəsinin sınması ilə müşayət olunan təpə-ənsə nahiyəsinin hematoması ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır bədən xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələrində göstərilən cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddəsi ilə təqsirli bilərək məhkəmə iclasında qeyri-müəyyən ifadələr vermişdir. Həmçinin məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ittihamın hər iki maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. O, istintaq zamanı ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat təxminən 11 radələrində Aygünlə birlikdə atasının yaşadığı ünvan 2 ünvanına mərhum qaynanasından qalmış mirasın bölgüsünə görə qonaq getmiş, mirasın tam şəkildə aralarında bölməsinə razılaşdıqdan sonra öz yaşadıqları evə arvadı Aygünlə birlikdə qayıtmışlar.Təxminən saat 19 radələrində Aygün qardaşı Səbuhi ilə ev telefonu vasitəsi ilə danışarkən mübahisə etdiklərini görmüş, o, Aygündən səbəbini soruşduqda Səbuhinin səhər danışdıqları şərtlərə əməl etməyərək mirasdan onlara heç bir pay verməyəcəyini bildirmişdir. Bundan sonra o, Aygünlə birlikdə saat 19 radələrində qaynatası gilə getmiş, evə daxil olduqdan sonra qaynıona mirasdan heç bir pay düşməyəcəyini və evi tərk etmələrini istəmişdir. Həmin vaxt aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Səbuhi hər iki əlinə bıçaq, qaynatası Suliddin isə əlinə dəmir boru alaraq üzərinə gəlmişdi. Lakin bıçaqla heç bir xəsarət yetirməmiş,sadəcə qorxudaraq üzərinə gəlmişdi. Qaynatası Sulddin əlindəki dəmir boru ilə onun bel nahiyəsindən zərbə endirmiş, sonra o qaynatasının əlindəki borunu əlindən almışdır. Həmin vaxtı qaynatası borunu əlindən buraxmaq istəmədiyindən o, borunu onun əlindən alarkən qaynatasının əlininin zədələndiyini görmüş, lakin əlinin qanamasını görməmişdir. Mübahisə zamanı Aygün qorxduğu üçün DİN-nin 102 zəng xidmətinə məlumat verərək atasıgilin yaşadığı evə polis əməkdaşlarının gəlməsini istəmişdir. Bundan sonra o mübahisə böyüməsin deyə ordan uzaqlaşmışdır. Daha sonraxx.xx.2021-ci il tarixdə saat 21:30 radələrində mirasın düzgün bölünməsini tələb etmək üçün cibinə kiçik ölçülü bir burağıcı (atvyorka) götürərək Səbuhinin işlədiyi Azərbaycan Dövlət Aqrar Univrsitetinin yataqxanasında gözətçi olduğu yerə getmiş və onun yataqxananın qarşısında kətilin üzərində əyləşdiyini görmüş, onun gəldiyini görən Səbuhi ayağa qalxaraq yanındakı taxta parçasını əlinə alıb, üzərinə gəlmişdir.O, isə Səbuhiyə mülkün düzgün bölünməsi ilə bağlı söhbət etmək istədikdə yanında saxladığı taxta parçası ilə onun baş nahiyəsindən vurmuş, bu vaxtı o əlini qabaqa verərək taxta parçasının zərbəsini yavaşıtmışdır. Sonra isə həmin taxta parçasını onun əlindən alaraq Səbuhinin baş nahiyəsinə zərbələr endirmiş, sonra isə cibindəki burğac (atvyorka) ilə onun bədənin müxtəlif nahiyələrinə boğazına, döş qəfəsi nahiyəsinə və başının ortasına zərbələr endirmiş, sonra isə Səbuhiyə xəsarətlər yetirdiyi taxta parçası ilə oradan uzaqlaşarkən orada olan “Mercedes Benz”markalı avtomobilin Səbuhiyə məxsus olmasını zənn edərək həmin avtomobilin qabaq və arxa şüşələrini qəsdən vurub sındırmışdır. Sonradan ona həmin avtomobilinSəbuhiyə məxsus olmadığı məlum olmuşdur. Bu hadisə ilə bağlı 1-ci PŞ-nin TB-də araşdırılma aparıldıqdan sonra aiddiyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsində faktla bağlı cinayət işi başlanaraq istintaqı aparılmağa başlanmışdır. Onların arasında olan düşmənçilik və ədavət bitmirdi. Bundan başqa xx.xx.2022ci il də təxminən saat 09 radələrində Səbuhinin işlədiyi yerə ADAU-nun gözətçi məntəqəsinə getmiş, məntəqənin kənarından qışqıraraq çölə çağırmışdır ki, aparıb döysün. Bu zaman onun mobil telefonu vasitəsi ilə DİN-nin 102 mərkəzinə zəng etdiyini gördükdə dahada əsəbləşmiş və yerdə olan daş parçasını götürərək açıq pəncərədən ona atmışdır. Səbuhi sifətini arxaya çevirdiyi üçün daş parçası onun baş nahiyəsinə dəymişdir. Bundan sonra yerdən ikinci daşı götürüb atdıqdaonun kürək nahiyəsinə dəymişdir. Təxminən 2017-ci ilin mart-aprel ayında evlərindəki qaz sayğacında yaranan problemlə bağlı arvadı Aygün 104 qaynar xəttinə zəng edərək müraciət etmiş və orada dispetçer işləyən X12 mobil nömrəsini götürmüşdür. Bundan sonra Elvin həmin müddətdən etibarən Aygünə zəng edərək onu narahat etmişdir. 2021-ci ilin iyul ayınadək Aygün bu məsələni ondan gizlətmişdir. Səbuhi ilə aralarında baş verən mülki mübahisə zamanı Səbuhi ona arvadının başqa bir şəxslə telefonla danışdığını dedikdəo bu məsələdən agah olmuş və Aygündən Elvinin nömrəsini alaraq ona zəng edib nə üçün arvadı ilə danışmasını bildirmişdir. Elvin isə səhv etdiyini, bu məsələdən qaynı Səbuhinin də məlumatı olduğunu demişdir. O Elvinə Səbuhi ilə də, bu məsələni həll edəcəyini demişdir. Elvin isə özünə məxsus “Mercedes Benz E220” markalı **-SF-*** nömrəli avtomobili olduğunu, həmin avtomobili ona verəcəyini, Səbuhini vuraraq avtomobili satıb həmin pulla canını qurtarmağını demişdir. O Elvinlə razılaşmışdır. Sosial müavinat aldığına görə qərar vermişdir ki, avtomobili dostu X2 müraciət edərək avtomobil almaq istədiyini, öz adına alarsa uşaq pulu kəsiləcəyini deyərək həmin avtomobili onun adına almağını xahiş etmişdir. Elvin onunla razılaşdıqdan sonra xx.xx.2021-ci il tarixdə Elvin idarə etdiyi avtomobili Gəncə şəhəri, Atatürk prospektində yerləşən X2 etibarnamə ilə vermişdir. Bundan sonra o Elvinlə görüşməyi təklif etsədə, Elvin ona utandığını, üzünə çıxa bilməyəcəyini deyərək avtomobili Gəncə şəhər Mərkəzi Univermağın qarşısına qoyacağını demişdir. Elvin qeyd etdiyi yerə avtomobili qoyduqdan sonra ona zəng edərək avtomobili həmin yerə qoyduğunu, açarında içərisində olduğunu demişdir. Bundan sonra o Univermağa gedərək oradan “Mercedes Benz E220” markalı avtomobilə əyləşərək onu öz yaşadığı evə aparmışdır. Bundan sonra o həmin avtomobili öz gündəlik işlərində sürmüşdür. Təxminən 2021-ci ilin oktyabr ayında o Səbuhi ilə dalaşmış, lakin Səbuhinin şikayəti olmadığına görə artıq həmin avtomobilə ehtiyacı qalmamışdır. Buna görə də, 2021-ci ilin dekabr ayında Elvinə zəng edərək avtomobilinin lazım olmadığını, gəlib götürməsini istəmiş, lakin Elvin avtomobilini götürmək istəməmişdir. Sonra öyrənmişdir ki, Elvin ondan şikayət etmişdir. Onun əlində bıçaq olmamış, əvvəlcə Zərərçəkmiş şəxs3la sözlə mübahisələri olmuş sonradan o, əlinə dəmir boru götürərək ona zərbə endirmiş, o isə özünü qorumaq üçün yerdən dəmir boru götürərək onunla mübahisə etmişdir. Suliddin İsmayıllov ilə mübahisələri zamanı Zərərçəkmiş şəxs3 əlindən dəmir borunu almaq istəyərkən ola bilsin ki, həmin dəmir boru onun əlini kəsmişdir. Mən Zərərçəkmiş şəxs3 bıçaq ilə hər hansı bir xəsarət yetirməmişəm. xx.xx.2021-ci il tarixdə mən Zərərçəkmiş şəxs1 ilə mübahisə edərkən birinci olaraq Zərərçəkmiş şəxs1 özü taxta parçası ilə onun baş nahiyəsinin sol tərəfindən xəsarət yetirmişdir. Mən həmin yerə gedərkən cibində atvyrokanı ona görə götürmüşdür ki, Zərərçəkmiş şəxs1 qorxutmaq fikri olmuşdur. Sonradan Səbuhi ilə aralarında olan sözlə mübahisə davaya çevrilmişdir. O ADAUnun gözətçi məntəqsindən Zərərçəkmiş şəxs1 çölə çağırmışdır. Səbuhi isə çölə çıxmamışdır. O buna görə əsəbləşərək yerdən daş götürüb Zərərçəkmiş şəxs1 atmışdır. Lakin o ADAU-nun gözətçi məntqəsinin pəncərəsinin qırılmasını görməmişdir. Onun niyyəti iki dəfə daş atmaqla Zərərçəkmiş şəxs1 xəsarət yetirmək olmuşdur. Elvin özü ona təklif etmişdir ki, Mercedes Benz E220 markah **-SF-*** nömrəli avtomobili ona verə bilər. O ondan avtomobil tələb etməmişdir. O, Elvin barədə heç bir tədbir görməyəcəkmiş, çünki o etdiyi əməldən peşman olaraq üzr istəmişdir. O, Elvindən hədə-qorxu və ya şantaj ilə hər hansı bir əmlakı tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, əvvəllər Gəncə şəhəri, Ozan küçəsində yerləşən ADAU-nın yataqxanasında gözətçi işləmişdir. Şahid onun doğma bacısı, VüqarPirverdiyev isə bacısı Aygünün əridir.O, bildirmişdir ki, Aygün hər gün əri Vüqarın təkidi ilə yaşadıqları evə gəlmiş və həmin yaşadıqları evin satılıb pulunun bölünməsini istəyirmişlər. xx.xx.2021-ci il tarixdə saat 11 radələrində o, evdə olan zaman bacısı Aygün əri Vüqarla birlikdə onlara gəlmiş və atası Suliddinlə ev bölgüsü barədə söhbət etmiş, sonra isə çıxıb getmişdirlər. Sonra atası ona bildirmişdir ki, evi satsa 50 faizini özünə götürəcək, 50 faizini isə onların aralarında böləcəyini demişdir. O, isə bu barədə bacısı Aygünə zəng edib məlumat vermişdir. Həmin gün təxminən saat 19 radələrində Vüqar bacısı Aygünlə birlikdə onlara gəlmiş, Vüqar əlində bıçaq atası Suliddinin üzərinə cummuş və atasını bıçaqla vurmaq istəmişdir. Atası da tez yerdən dəmir borunu götürərək Vüqarın belinden vurmuş, Vüqarın əlindən bıçağı almaq istəyən zaman isə bıçaq onun əlin kəsmişdir. Vüqar atasının bədəninə yumruq və təpiklər atmağa başladığı üçün o, da əlinə dəmir boru götürüb Vüqarı evdən qovmağa çalışarkən bacısı Aygün DİN-nin 102 xidmətinə zəng edərək təcili polisin gəlməsini istəmişdir. Bu hadisədən sonra 2-ci X9 Bölməsində bu hadisə ilə bağlı araşdırma gedərək adiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanaraq istintaqı aparılırmışdır. Bundan başqa xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri ADAU-nun yataqxanasında gözətçi işlədiyi zaman Vüqar onun yanına gələrək əyləşdiyi stula söykənmiş taxta parçası ilə onun qəfildən baş nahiyyəsindən sonra bədəninin müxtəlif yerlərindən vurmuş və o, yerə yıxılaraq başından xəsarət almışdır. O, yerdə olarkən əlində olan deşici alətlə onun boğaz, döş qəfəs nahiyəsindən və başının ortasından xəsarətlər yetirmişdir. O, növbəti zərbələrin dəyməməsi üçün qolunu qabağa vermiş və qışqıraraq digər gözətçini çağırmaq istədikdə Vüqar əlindəki taxta parçası ilə yaxında dayanan Mercedes markalı avtomobilin onun olduğunu düşünərək ön və arxa şüşlərini sındırmış və oradan qaçıb uzaqlaşmışdır. Onun qışqırıq səslərinə Oktay gəlmişdir. Birdə belə hal baş versə işdən çıxrılacağı barədəmüdriyyətdən xəbərdarlıq edilmişdir.O, aldığı xəsarətlərlə bağlı təcilli tibbi yardım xəstəxansına müraciət etmiş, xəstəxananın həkimi hadisə ilə əlaqədar 1-ci Polis Şöbəsinə məlumat vermiş və 1-ci X9 Bölməsində araşdırma aparılaraq aidiyyəti üzrə Gəncə şəhər Baş Polis İdarəsinin İTİ-də həmin araşdırılan material üzrə cinayət işi başlanaraq əvvəlki cinayət işinə birləşdirilib istintaqı aparılmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 07.55də o, iş yerinə gələrək növbəni təhvil almış və Gəncə şəhəri, Ozan küçəsində yerləşən ADAUnın yataqxanasının yaxınlığındakı gözətçi məntəqəsinə girmiş və orada əyləşmişdir. Təxminən o, işə gəldikdən bir saat sonra Təqsirləndirilən şəxs iş yerinə gəlmiş və ona məntəqənin pəncərəsindən qışqıraraq çölə çıxmağını və onunla söhbət etmək istədiyini bildirmişdir. Onu vurmaq isdədiyini başa düşdüyü üçün çıxmaq istəmirmiş. O, səs-küy saldıqı üçün DİN-nin 102 zeng xidmət mərkəzinə zəng etmək üçün telefonunu əlinə alarkən Vüqar onun polisə zeng etdiyini başa düşdükdən sonra daş parçasını atıb başının arxasından vurmuşdur. Həmin daş pəncərənin açıq hissəsindən keçib ona dəymişdir. O əli ilə daşın başına dəyən hissəsindən tutduqda isə Vüqar onun ünvanına söyüşlər deyərək ikinci daşı da atmış və həmin daş pəncərəni sındırıb onun kürəyinə dəymişdir.Lakin daşın təsirindən başı bərk ağrıdığı üçün Vüqarın dediklərini başa düşməmişdir. Vüqar onu vurduqdan sonra qaçıb getmişdir. Hadisə təxminən 10 dəqiqə davam etmişdir. Həmin vaxt yanında heç kim olmamış, sonradan sahə rəisi Araz müəllim ona yaxınlaşmışdır. O, ifadəsinin sonunda Təqsirləndirilən şəxslə barışmadığını ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 vəfat etdiyinin onun hüquqi varisi qismində Zərərçəkmiş şəxs1 tanınmışdır. O, ifadəsinin sonunda zərərçəkmiş şəxsin hüquqi varisi olaraq Təqsirləndirilən şəxslə barışmadığını ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Onun iştirakı məhkəmə iclasında mümkün olmadığından onun istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Kamil oğlu ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır, özü rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Kürkəkəni Təqsirləndirilən şəxs Kəpəz RPİ-yə yazdığı ərizə ilə tanış olmuş və bildirir ki, onun arvadı keçən il dünyasını dəyişmişdir. Hal-hazırda o, oğlu Səbuhi ilə bir yerdə qalır. Qızı Aygün hər gün əri Vüqarın təkidi ilə yaşadığları evə gəlir və qaldığları evin satılaraq pulunun bölünməsini istəmişdir. xx.xx.2021-ci il tarixdə O, evdə olan zaman qızı Aygün əri Vüqarla birlikdə yaşadığları evə gəlmiş və onunla ev bölgüsü barədə söhbət etmiş, sonra isə çıxıb getmişdirlər. Sonra O, oğlu Səbuhiyə ev bölgüsündə evi satsa 50 faizini özünə, 50 faizini isə onların arasında böləcəyini demişdir. Oğlu da bu barədə qızma zəng edib məlumat vermişdir. Onlar isə evin 50 faizinin pulunu istəyirmişlər. xx.xx.2021-ci il tarixdə təxminən yarım saat sonra Vüqar qızı Aygünlə birlikdə evə gəlmiş və Vüqar əlində bıçaq üzərinə cumuş və istəmiş ki, onu bıçaqla vursun. O isə tez yerdən dəmir borunu götürərək Vüqarın belindən vurmuşdur. Sonra Vüqarın əlindən bıçağı almaq istəyən zaman bıçaq onun əlini kəsmişdir. Vüqar onun bədəninə yumruq və təpiklər atmağa başlamışdır. Bu vaxt oğlu Səbuhi də əlində dəmir boru ilə onu evdən qovalamağa çalışmış və bir- birilərini itələyərək sonunda Vüqarı evdən çıxarmışdır. Sonradan öyrənmişdir ki, Vüqar onun barəsində Kəpəz RPİ-nə ərizə ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə aralarında olan mübahisəyə səbəb ona məxsus evin satılması və əldə olunan pulun bölünməsi üstündə olmuş, mübahisə də əvvəldən axıra kimi yaşadığları evdə baş vermiş və mübahisə 15-20 dəqiqə davam etmişdir. Səsə-küyə qonşular yığılmışdır. Qeyd olunan mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan bıçaqla onu vurmasın deyə oda yerdən götürdüyü dəmir boru ilə onun belindən vurmuşdur. Həmin vaxt oğlu Vüqarda yerdən götürdüyü dəmir boru ilə Vüqarı yaşadığları evdən bayıra çıxarmağa çalışırmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olmuş bıçaq əldə düzəlmə tiyəsi nisbətən uzun bıçaq olmuşdur. Mübahisədən sonra Vüqar bıçağı özü ilə aparmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Ozan küçəsində yerləşən ADAU-da müəllim işləyir və universitetə məxsus yataqxanada yaşayır. xx.xx.2021-ci il tarixdə saat təxminən 21:45 radələrində özünə məxsus **-UG-*** dövlət qeydiyyat nişanlı, Mercedes C200 markalı, 1997-ci ilin istehsalı molan, tünd göy mettalik rəngli avtomobilini yataqxananın girişinin yaxınlığında saxlamışdı. Həmin vaxt qaldığı yataqxananın gözətçisi Oktay yataqxananın digər gözətçisi olan Səbuhinin qaynı Vüqar adlı şəxsin bir neçə dəqiqə əvvəl yataqxananın qarşısına gəldiyini, Səbuhini ağac parçası ilə döyərək xəsarət yetirdiyini, bundan sonra isə onun avtomobilinin şüşələrini sındırdığını bildirmişdir. Daha sonra o, avtomobilə baxanda ön və arxa alın şüşələrinin hər ikisinin sındırıldığını, yaxınlıqda yerdə isə qan ləkələri olduğunu görmüşdür. Hadisə zamanı onun maşınına təxminən 250 manat dəyərində ziyan dəymişdir. O, baş vermiş mübahisəni görmədiyini və vurulmuş ziyanın V. Pirverdiyev tərəfindən ödənilməsini bildirmişdir. Zərəçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 2018-ci ilin avqust ayından ADAU-da baş texnik vəzifəsində xidmət edir. 15 aprel 2022-ci il tarixdə ADAU-nun Gəncə şəhər Ozan küçəsində yerləşən binasının qarşısında yaranmış mübahisə zamanı adını sonradan bildiyi Təqsirləndirilən şəxs əvvəllər orada mühafizəçi işləyən Zərərçəkmiş şəxs1 xidməti iş otağına daş atmış və nəticədə həm Zərərçəkmiş şəxs1 xəsarət almışdır. Bundan başqa o bildirmişdir ki, hadisə zamanı 2 lövhəli 1 ədəd şüşə sınmış və Azərbaycan Dövlət Aqrar Universitetinə 50 manat məbləğində ziyan dəymişdir. O, bildirmişdir ki, hadisəni görməmişhadisə barədə səhəri gün işə gedərkən məlumatlı olmuşdur. O, Səbuhi ilə Vüqar arasında yaranmış mübahisənin səbəbini bilmədiyini və onadəymiş ziyanın ödənilməsini qeyd edərək Təqsirləndirilən şəxs qarşı tələb və şikayətin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Süliddin qızı ifadəsində göstərmişdir ki, 2010-cu ildə Daşkəsən rayon sakini olan X1 ilə rəsmi nikaha girmiş və bu nikahdan 2 övladları vardır. O, atası Zərərçəkmiş şəxs3 Kamil oğlunun yataq xəstəsi olduğunu və buna görə mütamadi olaraqata evinə getdiyini bildirmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 19 radələrində əri Təqsirləndirilən şəxslə atasının yaşadığı ünvan 4 ünvanına qonaq getmiş və onlar evə daxil olduqdan sonra qardaşı Zərərçəkmiş şəxs1 sərxoş vəziyyətə ata evinə pay almaq üçün gəlib getdiyini, atası ilə arasını vurduğunu deyərək heç bir əsaslı səbəb olmadan nalayiq söyüşlər söyərək onu və əri Vüqarı təhqir edərək onlara evdən çıxıb getməyi demişdir.Sonra isə qardaşı Səbuhi və atası Suliddin hər ikisi birlikdə evin içərisində Vüqarı döymüşdürlər. Onlar Vüqarı döydükləri üçün Vüqarla birlikdə oradan çıxmışdır, sonra Vüqarın əlində bıçaq əri üzərinə gəlməsindən qorxduğu üçün dərhal DİN-nin 102 xidmətinə zəng edərək qardaşı Səbuhinin əri Vüqarı bıçaqla öldürməklə hədələməsi barədə məlumat vermişdir. Bundan başqa onların arasında heç nə olmamışdır. Təxminən 2017-ci ilin mart-aprel ayında evlərindəki qaz sayğacında yaranan problemlə əlaqədar olaraq 104 qaynar xəttinə zəng edərək sayğacda problem olması ilə bağlı müraciət etmiş və orada dispetçer işləyən Elvin Hüseynov onun mobil nömrəsini götürmüşdür. Bundan sonra Elvin həmin müddətdən etibarən ona bir neçə dəfə zəng etmiş, Elvinlə bir neçə dəfə telefonla danışdıqdan sonra onunla telefon əlaqəsi olmamışdır. Elvin ondan əl çəkmədiyi üçün O, bu barədə qardaşı Səbuhiyə də məlumat vermişdir. Səbuhi isə onların məsələsinə qarışmayacağını demişdir. Daha sonrasında Elvinlə onunla əlaqəsi kəsilmişdir. 2020-ci ilin oktyabr ayında Elvin yenidən ona zəng edərək Gəncə şəhərinə raket atıldığını, orada yaşamağın təhlükəli olduğunu, Bakı şəhərində evi olduğunu deyərək onları həmin evə gedib yaşamağlarını bildirmişdir. Həmin vaxt Gəncə şəhərində yaşamaq təhlükəli olduğu üçün razılaşmışdır. Bundan sonra O, atası, qardaşı, əri və övladları Bakı şəhərinə gedərək orada bir ay yaşamışlar. Həmin evin Elvin tərəfindən onlara tutulduğunu, qardaşı Səbuhi də məlumatlı imiş. Səbuhi Vüqara həmin evin dostuna məxsus olmasını demişdir. Onlar həmin evdə 1 ay qaldıqdan sonra Gəncə şəhərinə qayıtmışlar. Bundan sonra Elvinlə dost kimi yazışmışdır. 2021-ci ilin iyul ayında onun qardaşı Səbuhi ilə mülk üstündə mübahisəsi yaranmış və Səbuhi də ondan əvəz çıxmaq üçün Elvinlə olan münasibətini əri Vüqara demişdir. Bu zaman Vüqar həmin məsələdən agah olmuşdur. Bundan sonra Vüqar ondan Elvinin nömrəsini alaraq ona zəng edib nə üçün onunla danışmasını bildirdikdə Elvin isə səhv etdiyini, bu məsələdən qaynı Səbuhinin də məlumatı olduğunu demişdir. Vüqar isə Elvinə Səbuhi ilə də, bu məsələni həll edəcəyini demişdir. Elvin isə Vüqara Səbuhini vurub tutulduğu halda ailəsinin maddi imkanını təmin etmək üçün özünə məxsus “Mercedes Benz E220” markalı **-SF-*** nömrəli avtomobili olduğunu, həmin avtomobili Vüqara verəcəyini demişdir. Vüqar Elvinlə razılaşmış. O, sosial müavinat aldığına görə qərar vermişdir ki, avtomobili dostu X2 müraciət edərək avtomobil almaq istədiyini, öz adına alarsa uşaq pulu kəsiləcəyini deyərək həmin avtomobili onun adına almasını xahiş etmişdir. Elvin onunla razılaşdıqdan sonra 23 avqust 2021-ci il tarixdə Elvin idarə etdiyi avtomobili X3 etibarnamə ilə vermişdir. Təxminən 2021-ci ilin oktyabr ayında Vüqar Səbuhi ilə dalaşmış, lakin Səbuhinin şikayəti olmadığına görə artıq həmin avtomobilə ehtiyacı qalmamışdır. Buna görə də, 2021-ci ilin dekabr ayında Elvinə zəng edərək avtomobilinin lazım olmadığını, gəlib götürməsini istəmişdir. Lakin Elvin avtomobilini götürmək istəməmişdir. Sonra öyrənmişdir ki, Elvin ondan şikayət etmişdir. Elvin özü avtomobili Vüqara təklif etmiş, Vüqar ondan avtomobil tələb etməmişdir. O, və ya əri X11 hədə-qorxu və ya şantaj ilə hər hansı bir əmlakı tələb etməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 08 may 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, HK-1/974 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin tərkib əlamətləri olduğundan fakta görə həmin maddə ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir.(cild l - i.v.1); - 15 aprel 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldangörünür ki, Gəncə şəhəri, Ozan küçəsində yerləşən ADAU-nın yataqxanasının qarşısında yerləşən gözətçi məntəqəsində baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, Zərərçəkmiş şəxs1 hadisənin təfərrüatlarını yerində göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild l i.v.11-18); -“Məhkəmə-Tibbi Ekspertiza və X5” canlı şəxsin ekspertizası 15 aprel 2022-ci il tarixli 577 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Vət.Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət - təpə sümyünün xarici sümük səhifəsinin sınması ilə müşayət olunan təpə ənsə nahiyyəsinin hematoması-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərəvurmaya aid edilir.(cild l - i.v.32-34); - 08 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində həmin tarixdə saat 16:50-də tutulmuşdur. (cild l - i.v.62); - 09 may 2022-ci il tarixli üzləşdirmə protokollarından görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ilə şübhəli şəxs Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 Kamil oğlu ilə şübhəli şəxs Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş istintaq hərəkəti zamanı tərəflər ifadələrində göstərilənləri V. Pirverdiyevin üzünə qarşı demişlər.(cild l - i.v.71- 75); -10 may 2022-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi CM-nin 127.2.3-cü maddəsi ilə istintaqı aparılan220550211 nömrəli cinayət işi ilə bir icraatda birləşdirilərək cinayət işinin nömrəsi 220550211nömrəli cinayət işinəqəbul edilmişdir. (cild l i.v.76); -29 oktyabr 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir.(cild l - i.v.79); - 19 sentyabr 2021-ci il tarixli 1-HK-2009 raportdan görünür ki, həmin tarixdə saat 22:39daGəncə şəhəri TTY-nın 103-dən həkim Yusibov Nizami RPİ-nin növbətçi hissəsinə zəng edərək Zərərçəkmiş şəxs1 təpə nahiyəsinin çapılmış yarası xəsarəti ilə bağlı xəstəxanaya müraciət etdiyini bildirmişdir.(cild l - i.v.84); -19 sentyabr 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və foto şəkillərdən görünür ki, Gəncə şəhəri, Ozan küçəsində yerləşən ADAU-nun 2 saylı yataqxanasının qarşısına baxış keçirilmişdir.(cild l - i.v. 87-91); - 20 sentyabr 2021-ci il tarixli 1-HK-2012 raportdan görünür ki, həmin tarixdə saat 03:39da Zərərçəkmiş şəxs1 (022) ***-**-** nömrədən DİN-in 102 zəng mərkəzi xidmətinə zəng edərək axşam 22:23 radələrində mühafizəçi olduğu məktəbdə Təqsirləndirilən şəxs tərəfindən döyülərək qol və boğaz nahiyəsinə bıçaqla xəsarət yetirdiyini bildirmişdir. (cild l - i.v.92); -“Məhkəmə-Tibbi Ekspertiza və X5” canlı şəxsin ekspertizası 20 sentyabr 2021-ci il tarixli 1613 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vət.Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sol təpə nahiyyəsinin səthi yarası-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.(cild l - i.v.111); -“Məhkəmə-Tibbi Ekspertiza və X5” canlı şəxsin ekspertizası 20 sentyabr 2021-ci il tarixli 1614 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vət.Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət - sol said, sol çənəaltı nahiyyələrinin səthi yaraları-deşici-kəsici alətin (alətlərin) sağ təpə nahiyyəsinin yarası döş qəfəsinin, sağ diz, sol əl nahiyyələrinin və sol V barmağının qançırları isə - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir.Qeyd olunan xəsarətlərdən sağ təpə nahiyyəsinin yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya; sol said, sol çənəltı nahiyyələrinin səthi yaraları, döş qədəsinin, sağ diz, sol əl nahiyyələrinin və sol əlin V barmağının qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.(cild l - i.v.114); - 30 oktyabr 2021-ci il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, CPM-nin 49.1-ci maddəsi ilə icraatda olan ********* nömrəli cinayət işi ********* nömrəsi ilə istintaqı aparılmışdır. (cild l - i.v.132); -19 sentyabr 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (cild l - i.v.134); - 05 iyul 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Ozan küçəsində yerləşən ADAU-nin yataqxanasının qarşısında yerləşən gözətçi məntəqəsində baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş, Zərərçəkmiş şəxs1 hadisənin təfərrüatlarını yerində göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir (cild l i.v.153); - “Məhkəmə-Tibbi Ekspertiza və X5” canlı şəxsin ekspertizası 03 iyul 2021-ci il tarixli 1063 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vət.Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- bel, sağ bazu, sol bilək nahiyyələrinin və sol əlin V barmağının sıyrıqları, hər iki bud nahiyyələrinin qançırları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir.(cild l - i.v.161); “Məhkəmə-Tibbi Ekspertiza və X5” canlı şəxsin ekspertizası 05 iyul 2021-ci il tarixli 1074 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, vət. Zərərçəkmiş şəxs3 Kamil oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər a) sol bud nahiyyəsinin yumşaq toxumaların əzilməsi (qançırşişkinliyi), sol bazu nahiyyəsinin qançırı-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində; b) sağ əlin İİ barmağının yarası isə - kəsici deşici alətin təsiri nəticəsində əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2021-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə, sol bud nahiyyəsinin əzilməsi və sağ əlin İİ barmağının kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, sol bazu nahiyyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. (cild l - i.v.164); - İAMAS-ın çıxarışından görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi ilə bağlı sərhədkeçməyə “girişi-çıxışı qadağan” edilmişdir. (cild l - i.v.173); - 06 noyabr 2021-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir.(cild l - i.v.191); - DİN-nin BƏSİİ-nin 08 noyabr 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə 3300 manat cərimə edilmiş və cəzasını çəkib qurtarmışdır. AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə 01 il islah işlərinə məhkum edilmiş, xx.xx.2019cu il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarına əsasən xəstəliyi ilə bağlı cəzadan azad edilmişdir. (cild l - i.v.195); -20 noyabr 2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (cild l - i.v.207); -08 may 2022-ci il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir.(cild l i.v.210); -10 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrəCM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(cild l - i.v.213); -10 may2022-ci il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.3-cü maddələriilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (cild l - i.v.221); - qüsur aktından görünür ki, vət.Zərərçəkmiş şəxs2 məxsus “Mersedes Benz” markalı, **- UG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 250 (iki yüz əlli) manat zərər dəymişdir.(cild l i.v.225); - Gəncə şəhər Nizami rayon Məhkəməsinin 4(044)-74/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. (cild l - i.v.233); - 13 iyun 2022-ci il tarixli “baxış aparılması haqqında” protokoldan görünürki,Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “Samsung Galaxy J2 Pro” markalı mobil telefonda ********** saylı mobil nömrə ilə aparılan telefon danışığını əks etdirən səs yazıların olması müəyyən edildi. Belə ki, xx.xx.2021-ci il tarixdə saat 16:32-dəki səs yazısından görünür ki, Təqsirləndirilən şəxs səsinə oxşar səs yazısında Vüqar avtomobilin cəriməsi olduğunu, həmin cərimənin terminalla ödənilməsi üçün avtomobilin texniki şəhadəntanməsinin şəklinin göndərilməli olmasını deyir, Elvin Hüseynovun səsinə oxşar səs yazısı isə nömərinin göndərilməsini deyir. Saat 18:12-dəki səs yazısında isə Elvin Hüseynovun səs yazısına oxşar səs yazısında nəmin şəxs “mən Elvin sən Vüqara 165 nömrəli avtomobili sənə padarka edirəm ki, aramızda olan söz-söhbət, sənin arvadına etdiyim zəngə xx.xx.2021-ci il tarixdə nöqtə qoymaq üçün, hər ikimiz biyabır olmamaq üçün avtomobilimi sənə verdim...mənə və ailəmə aid şəkillər varsa silərsən...əgər bu söhbət açılarsa hər şey çox pis olacaq...avtomobili univermağın qarşısına qoyacam...Səbuhi ilə danışarkən mənim adımı çəkməzsən...birdən quşlayarsan...” deyə bildirir. Vüqarın səs yazısına oxşar səs yazısında isə həmin şəxs “sənlik bir şey yoxdur...hər şey qurtardı...sənə aid nə varsa silinəcək...bu kişi söhbətidir...” deyə bildirir. Sonra isə avtomobilin sığorta məsələsi ilə bağlı qarşılıqlı şəkildə söhbət edirlər. Saat 19:03-dəki səs yazısındaElvinin səs yazısına oxşar səs yazısında həmin şəxs “avtomobili 5 dəqiqədi qoyub gediblər...qapısı bağlanmır...sürəndə ara məsafəsini saxla...tormozu yaxşı işləmir...” deyə dirir. Vüqarın səs yazısına oxşar səs yazısında isə həmin şəxs isə yolda olduğunu gedib baxacağını deyir. xx.xx.2021-ci il tarixdə saat 09:26-dakı səs yazısında Vüqarın səs yazısına oxşar səs yazısında həmin şəxs “mənim heç nəyə ehtiyacım yoxdur...gəl avtomobilini götür...mənə lazım deyil...sən mənə dedin ki, sənin arxanda duracam ilişməyəcən... mən ilişmədim...maşının lazım deyil...” kimi sözləri deyir Elvininsəs yazısına oxşar səs yazısında isə həmin şəxs “mən maşını sənə qardaş kimi təmənnasız vermişəm...maşın sənə ana südü kimi halalın olsun...maşındı durub qapında...maşına görə narahat olma...” kimi sözləri deyir.(cild ll - i.v.19-21); - Gəncə şəhər Narkoloji Dispanserin 2736 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası narkoloji dispanserdə qeydiyyatda durmur (cild ll - i.v.24); -Gəncə şəhər PsixonevrolojiDispanserin 23 iyun2022-ci il tarixli, 3849 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdəqeydiyyatda durmur (cild ll - i.v.25); - Gəncə şəhər Nizami rayon Məhkəməsinin 4(044)-117/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, yəni xx.xx.2022-ci il tarixə kimi uzadılmışdır. (cild ll - i.v.41); - ƏƏSMN-nin müayinə aktının çıxarışından Təqsirləndirilən şəxs uşaqlıqdan əlil olması müəyyən edilmişdir.(cild ll - i.v.45); -xx.xx.2022-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, aprel ayında Təqsirləndirilən şəxs Maldarlıq və Atçılıq tədris mərkəzində xidmət aparan mühavizəçi Zərərçəkmiş şəxs1 xidməti otağına daş atmış və nəticədə şüşə (2 lövhəli) sınmış və universitetə 50 (əlli) manat dəyərində ziyan dəymişdir. (cild ll - i.v.71); - Gəncə Şəhər Məhkəməsinin 4(125)-60/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixə kimi uzadılmışdır. (cild ll i.v.86); - Gəncə Şəhər Məhkəməsinin 4(125)-67/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinə alternativ olan “ev dustaqlığı”qətimkan tədbiri ilə əvəz edilməsi barədə vəsatət təmin edilməmişdir.(cild ll - i.v.95); -Zərərçəkmiş şəxs2 notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan onun arvadı Şahid tərəfindən tam şəkildə ödənilmişdir. Odur ki, onun V. Pirverdiyeva qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək nəzərə alınmasını xahiş etmişlər. (cild ll - i.v.107); -27 sentyabr 2022-ci il tarixli cinayət əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, CM-nin 127.2.3 və 221.3-cü maddələrindən həmin məcəllənin 127.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir.(cild ll - i.v.111); - Gəncə Şəhər psixonevroloji dispanserin 24 iyun 2022-ci il tarixli 411 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakteroloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxamayaraq o, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.(cild ll - i.v.115); - 28 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünürki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 221.3-cü maddələri ilətəqsirləndirilən şəxs qismində cəlb olunmaqlaona həmin maddələr ilə ittiham elan edilmişdir. (cild ll - i.v. 117); - 28 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə özünü təqsirli bilməmişdir. (cild ll - i.v. 126); -29 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, hadisə yerinə baxış, üzləşdirmə, tanınma istintaq hərəkəti protokolları, ekspert rəyləri və digər istintaq sənədləri ilə qiymətləndirilmişdir (cild ll-i.v.140-159); - Gəncə Şəhər Məhkəməsinin 1(125)-208/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 127.1 və 221.3-ci maddələri ilə cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən pozuntuları aradan qaldırılması üçün prokurora qaytarılmış və Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti bir ay, yəni 06 yanvar 2023-cü ilə qədər uzadılmışdır. (i.v.65-68); - 07 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxsbarəsində qətimkan tədbirinin seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir.(i.v.117); - Gəncə şəhər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli 1(125)-12/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. - Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli, 57-1/2-13525/24 saylı məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhər ərazisində tutularaq, Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İT-nın xx.xx.2024-cü il tarixli № 3-16-17/41/2-3211/2024 saylı məktubundan məlum olur ki, xx.xx.2024-cü il tarixdə müəssisəyə daxil olmuşdur. - Gəncə şəhər Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 1(125)-12/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 127.1, 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməllərini törətməsini məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ibtidai və məhkəmə istintaqı zamanı verilmiş ekspert rəyləri, zərəçəkmiş şəxsin, şahidlərin və ekspertlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə və digər iş materialları ilə onun zərərçəkmiş şəxslərin sağlamlığına qəsdən az ağır və yüngül zərər vuran xəsarətlər yetirməsi cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1 və 128-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 07 iyul 2021-ci il tarixdə ünvan 1 ünvanında, həmçinin xx.xx.2021-ci il və15 aprel 2022-ci il tarixlərdə Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən ictimai yer hesab olunan ADAU-in gözətçi məntəqəsinin yaxınlığında ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni manefelərinin toxunulmazlığına təhlükə və həyacanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəsdən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Kamil oğlunaqarşı xəsarətlər yetirməklə, həmçinin ADAU-un gözətçi məntəqəsinin şüşələrini sındırmaqla ADAUna 50 manat və Zərərçəkmiş şəxs2 məxsus “Mercedes C200” minik markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq və arxa alın şüşələrini sındırmaqla məhv edərək Zərərçəkmiş şəxs2 250 manat dəyərində maddi ziyan vuraraq qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan az ağır və yüngül xəsarətlər yetirsə də, həmin əməli cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bilavasitə hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və “cinayətin bilavasitə obyekti” adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, “Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz”. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, zərərçəkmiş şəxslər və təqsirləndirilən şəxs hadisədən əvvəl bir-birlərini tanımış və onların qohumluq münasibətləri olmuşdur. Onların arasında mübahisənin yaranmasına səbəb şəxsi münasibətlərindən irəli gəlmiş, Təqsirləndirilən şəxs mirasın bölgüsünə görə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 Kamil oğlu və Zərərçəkmiş şəxs1 ilə aralarında mübahisə yaranmış, daha sonra o, zərərçəkmiş şəxsləri vuraraq onlara az ağır və yüngül xəsarət yetirmişdir. İşin həmin faktiki halları onu deməyə əsas verir ki, hadisə vaxtı təqsirləndirilən şəxs ictimai qaydanı pozmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməmiş, cinayət hadisəsi tərəflər arasında olan şəxsi münasibətlər zəminində yaranmış mübahisə səbəbindən baş vermişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin ictimai yer olan ünvan 1 ünvanında və Gəncə şəhəri, Nizami rayonu, Ozan küçəsində yerləşən ictimai yer hesab olunan ADAU-in gözətçi məntəqəsinin yaxınlığında baş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ittihamda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, istintaq orqanı tərəfindən hadisə zamanı həqiqətən də orada hər hansı kənar şəxslərin olması müəyyən edilməmiş, həmin şəxslər müəyyən edilərək şahid qismində dindirilməmişdir. Hadisə kafenin qarşısında baş versədə, hadisə qısa vaxtda olduğundan ətrafdakı insanlar fikir verməmiş və ya onların diqqətini cəlb etmədiyindan yaxınlaşan olmamışdır. Beləliklə məhkəmə, iş üzrə toplanmış mövcud sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla belə, onun şəxsi münasibətləri zəminində başlamış münaqişə gedişində zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə CM-in 127.1 və 128-ci maddələrinin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Bununla yanaşı məhkəmə baxışının nəticəsində müəyyən edilmişdir ki, hazırkı cinayət əməlləri üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin müəyyən edilmiş hallarından görünür ki, cinayət 07 iyul 2021, 19 sentyabr 2021 və 15 aprel 2022-ci illərdə törədilmiş, cinayətlərin törədilməsindən iki ildən çox vaxt keçmişdir. Göstərilən əsasla cinayət məsuliyyətinə cəlbetmə müddəti 07 iyul 2023, 19 sentyabr 2023 və 15 apel 2024-cü il tarixlərdə başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 43.3-cü maddəsində qeyd olunur ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin həmin Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Göründüyü kimi, Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hal mövcud olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması yalnız müdafiə tərəfinin razılığı ilə mümkündür. Yuxarıda göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. İş üzrə müsadirə edilməli əmlak və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.4, 39.1.3, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı:. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci və 128-ci maddələri ilə nəzərdə tutulan ictimai təhlükəli əməlin törədildiyi gündən həmin Məcəllənin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddət keçdiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və onun barəsində CM-nin 127.1-ci və 128-ci maddələri üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: LizaXanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-12/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-12/2024
12.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver