Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-12/2025 23.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxx 1996-cı il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Kollu kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Depo qəsəbəsi, 8-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, qapalı məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmış şəxs olmaqla aşkar surətdə on iki yaşı tamam olmuş, lakin on dörd yaşına çatmayan şəxslə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Belə ki, o, aralarında rəsmi nikah olmadan ər-arvad münasibətlərində olduğu xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs on dörd yaşına çatmadığını bildiyi və sonuncu ilə aralarında iki ildən çox yaş fərqi olduğu halda cinsi ehtirasını təmin etmək məqsədilə sonuncunun özünün könüllü razılığı ilə yaşadığı Gəncə şəhəri, Depo qəsəbəsi 8-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinin yataq otağında 29 noyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuş, 29 noyabr 2021-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək mütəmadi olaraq yaşadığı Gəncə şəhəri, Depo qəsəbəsi 8ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Daşkəsən rayonu Kollu kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri Depo qəsəbəsi 8-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayır. Zərərçəkmiş şəxs 2021-ci ildə 13 yaşı olarkən evlənmək məqsədi ilə qaçırtmışdır. Zeynəbbəyimin yaşı çatmadığı üçün onlar qeyri-rəsmi ər-arvad münasibətində yaşamışlar. İlk dəfə Zərərçəkmiş şəxs ilə 29 noyabr 2021-ci ildə yaşadığı Gəncə şəhəri, Depo qəsəbəsi 8-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində öz razılığı ilə cinsi əlaqədə olmuş, sonralar isə mütəmadi olaraq həmin evin yataq otağında 14 noyabr 2022ci ilə kimi onunla həm təbii həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Zeynəbbəyim ilə tanış olan zaman Zeynəbbəyim ona 15 yaşı olduğunu söyləmişdir. 29 may 2023-cü il tarixdə işdən evə gəldikdə Zeynəbbəyimin evdə olmadığını, ona zəng edib harda olduğunu soruşanda Zeynəbbəyim ona anası Şahid1 evində olduğunu söyləmiş, bundan sonra Şahid1 yaşadığı Gəncə şəhəri Depo qəsəbəsi 11-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinə getmiş və həmin evdə Zərərçəkmiş şəxs onunla yaşadıqları evə getməsini istəmiş, lakin Zeynəbbəyim onunla razılaşmadığı üçün onunla dalaşmış, bu zaman Şahid1 onların arasına girdiyi üçün Zeynəbbəyimi buraxıb evdən getmişdir. Bir müddət sonra isə Zeynəbbəyimlə barışmışdır. Sonda əməlindən səmimi peşman olmasını və Zeynəbbəyimlə bir ailə kimi yaşadığını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsi Şahid1 iştirakı ilə Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, 2021-ci ilin iyul ayında onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ilə tanış olmuş və təxminən 3 aya yaxın Elmanla münasibət saxladıqdan sonra 2021-ci ilin noyabr ayında öz razılığı ilə Təqsirləndirilən şəxs qoşulub qaçaraq onunla ailə həyatı qurmuş və bir müddət Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Depo qəsəbəsi 8-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışdır. 2021-ci ilin noyabr ayının 29-da o, birinci dəfə Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında onunla öz razılığı ilə cinsi əlaqədə olmuş, sonra isə onlar qeyri-rəsmi ər-arvad münasibətində yaşamaqda davam etmişlər. Onların münasibətləri həmişə normal olmuşdur. 14 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxsla sonuncu dəfə yaşadıqları evdə cinsi əlaqədə olduqdan sonra onların münasibəti pozulmuş və o, anası evinə çıxıb getmişdir. Təqsirləndirilən şəxs isə çoban işlədiyi Füzuli rayonuna çıxıb getmişdir. 23 may 2023-cü il tarixdə o, anası ilə parka gəzməyə getmiş və parkdan qayıtdıqdan sonra Elman ona zəng edərək harada olduğunu soruşmuş, o, Elmana anasıgildə olduğunu demişdir. Bir müddət keçdikdən sonra Elman anasıgilə gəlmiş və ondan onunla birgə yaşadıqları Gəncə şəhəri, Depo qəsəbəsi 8-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinə getməyini istəmiş, o, razılaşmayanda onların arasında mübahisə yaranmış və onlar dalaşmışlar. Həmin vaxt anası Vəfa onların arasına girmiş və Elman evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs getdikdən sonra o, əsəbləşib DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra onları Gəncə şəhər BPİnin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, Elman onunla qeyri-rəsmi ailə həyatı quran zaman onun 13 yaşı olmuşdur. O, ilk dəfə Təqsirləndirilən şəxsla 29 noyabr 2021-ci ildə Elmanın yaşadığı Gəncə şəhəri, Depo qəsəbəsi 8-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində, sonuncu dəfə isə 14 noyabr 2022-ci il tarixdə həmin evin yataq otağında həm təbii, həm də qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Hazırda Təqsirləndirilən şəxsla barışdıqlarını, münasibətlərinin yaxşı olduğunu və gələcəkdə rəsmi nigaha girəcəklərini nəzərə alıb ona cəza təyin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma qızıdır. Qızı Zərərçəkmiş şəxs 2008-ci ildə anadan olmuşdur. 2021-ci ilin yay aylarında qızı Zeynəbbəyim onlarla qonşuluqda yaşayan Elman adlı şəxslə tanış olmuş və təxminən üç aya yaxın onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq münasibət qurmuşdur. 2021-ci ilin noyabr ayında qızı Zeynəbbəyim bir gün onun mobil telefon nömrəsinə zəng edərək Elmana qoşulub getdiyini, ona heç kimin təzyiq göstərmədiyini və Təqsirləndirilən şəxs ilə ailə qurmaq məqsədi ilə qoşulub getdiyini demişdir. O, bir az əsəbləşsə də sonradan qızını yola gətirə bilmədiyindən onun istəyi ilə razılaşmışdır. Bundan sonra qızı Zeynəbbəyim Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi şəkildə ailə həyatı quraraq, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Depo qəsəbəsi 8-ci küçədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamağa başlamışlar. Onların münasibətləri əvvəllər normal olmuş, lakin son vaxtlar aralarında mübahisə yaranmağa başlamışdır. 2022-ci ilin noyabr ayından isə qızı Zeynəbbəyim onun yaşadığı evə gələrək onunla birlikdə yaşamağa başlamışdır. 29 may 2023-cü il tarixdə qızı Zeynəbbəyim ilə o, parka getmiş, parkda bir az gəzdikdən sonra evə qayıtmışlar. Evə qayıdandan sonra qızı Zeynəbbəyimin qeyri-rəsmi həyat yoldaşı Elman telefon vasitəsi ilə Zeynəbbəyimə zəng edərək ondan harada olduğunu soruşmuş, Zeynəbbəyim isə ona anası evində olduğunu demişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs onlara gəlmiş və qızı Zeynəbbəyim ilə mübahisə etməyə başlamışdır. Mübahisə əsnasında Təqsirləndirilən şəxs qızı Zeynəbbəyimin əlindən tutub onunla evlərinə getməsini istəmiş, lakin qızı Zeynəbbəyim onunla getmək istəməmişdir. Bu zaman onlar dalaşmış o, isə onların arasına girib aralamışdır. Bundan sonra Təqsirləndirilən şəxs çıxıb getmişdir. Təqsirləndirilən şəxs onun evindən çıxıb getdikdən sonra qızı Zeynəbbəyim DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş və onları 2-ci Polis Şöbəsinə çağırmışlar. Hazırda qızının Təqsirləndirilən şəxsla barışdığını, münasibətlərinin yaxşı olduğunu və bir ailə kimi yaşayaraq gələcəkdə rəsmi nigaha girəcəklərini nəzərə alıb ona cəza təyin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 09 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlama istintaq hərəkəti keçirilmiş və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. Bu barədə protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X8 07 iyun 2023-cü il tarixli 857 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində xəsarət yoxdur, onun qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulmanın müddəti iki həftədən artıqdır (köhnədir), onun anal dəlik nahiyəsində müəyyən edilmiş anus dəliyi sfinktorunun boşalması, şüavari büküşlərin qismən hamarlaşması əlamətlər anal dəlik vasitəsi ilə dəfələrlə qeyri-təbii yolla cinsi əlaqə zamanı əmələ gələ bilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və barəsində CM-nin 70ci maddəsi tətbiq olunmaqla 01 il müddətinə sınaq müddəti müəyyən edilmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 4254 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 7754 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər 21 saylı evlər üçlüyündən alınmış xasiyyətnamədə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) Şahid1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Hazırda onlar birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə könüllü şəkildə faktiki ailə münasibətlərindədir və hazırda birlikdə yaşayırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmış şəxs olmaqla aşkar surətdə on iki yaşı tamam olmuş, lakin on dörd yaşına çatmayan şəxslə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olaraq təqsirli olması məhkəmədə ifadələri alınmış təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə tibb ekspertizasının rəyi, habelə digər məhkəmə-istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 152.2-ci maddəsi ilə təqsirli bilinməli və оnа həmin mаddənin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsinə əsasən (köhnə redaksiyada) on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməklə törədildikdə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayəti təkrar törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da qeyd edir ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəza ədalətli, qanunlara uyğun və törədənin şəxsiyyətinə uyğun olmalıdır ki, cinayət məsuliyyətinə cəlb olunaraq məhkum olunmuş şəxs də qanunun aliliyini, törətdiyi cinayətə görə qanuna uyğun cəza almasını başa düşsün və cəza çəkərək islah olunsun və ümumi yaşayış qaydalarına hörmətlə yanaşsın. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələbinə uyğun olaraq iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəyini və iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv, hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, törədilmə şəraitini və üsulunu, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, həmçinin qeyd edilən əməli on dörd yaşına çatmayan şəxsə qarşı törətməsini, o cümlədən cinayət işi üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, cəmiyyətdən təcrid olunmadan Təqsirləndirilən şəxs islah olunması mümkün deyil və ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət hadisəsini 29 noyabr 2021-ci il tarixdən 14 noyabr 2022-ci il tarixədək olan müddət ərzində törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin “Cinayət qanununun zamana görə qüvvəsi” adlanan 10-cu maddəsinə görə: “10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 10.2. İctimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır.” Azərbaycan Respublikasının CM-də dəyişiklik edilməsi barədə 27 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən CM-nin 152.2-ci maddəsinin sanksiyasında dəyişiklik edilmişdir. Buna görə də məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəza da həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası CM-nin (keçmiş redaksiyada) 152.2-ci maddəsinin sanksiyasına uyğun təyin edilməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdən 02 sentyabr 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı ümumilikdə 02 (iki) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 (əlli) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 31 avqust 2023-cü il tarixdən 02 sentyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 300 (üç yüz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-12/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-12/2025
23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver