Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-120/2024 26.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Gəncə şəhərindədoğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, hal-hazırda ünvan 2ılan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (13 dekabr 2023-cü il tarixədək olan redaksiya) təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,032 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən, xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində Gəncə şəhəri, 3-cü mikrorayonda yerləşən “İstək” liseyinin yaxınlığında Gəncə səhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarının sağ ön cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümdə 1,032 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahid ifadələri və digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs çıxışında özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin gün dostu ilə avtomobildə gedərkən “Xan bağı” yaxınlığındakı mağazaya siqaret almaq üçün yaxınlaşmış və bu zaman “Mercedes” markalı avtomobildən polis əməkdaşları düşərək ona tərəf gəlmiş və idarəyə getmək lazım olduğunu bildirmişlər. O, niyə idarəyə getmək lazım olduğunun səbəbini soruşduqda isə ona Kəpəz rayonundan təzə rəis gəldiyini və plana düşdüyünü bildirmişlər. Həmin şəxslərdən biri Sirac digəri isə Aqşin adlı şəxslər olmuşdur. Daha sonra idarədə polis əməkdaşları ona fiziki təsir göstərək bildirmişlər ki, verdikləri narkotik vasitəni götürüb videoçəkilişdə ona məxsus olduğunu bildirsin. O, qeyd etmişdir ki, istintaq zamanı polis əməkdaşları ona təyziq etdiyi üçünhəmin narkotik vasitənin özünə aid olmasınıdemişdir. O, polis şöbəsinə gətirilərkən üzərində hər hansı bir narkotik vasitə olmamışdır. Narkotik vasitə ona məxsus olmadığı üçün heç bir protokola və sənədə imza etmək istəməmişdir. Videoçəkilişdə etirafedici ifadələri isə polis əməkdaşları ona təsir etdiyi üçün demişdir. Sonda ifadəsində barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 25 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. 25 avqust 2023-cü il tarixdə, saat təxminən 19:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri 3-cü mikrorayonda yerləşən “İstək” liseyinin yaxınlığında müəyyən edilərək saxlanılmış və Gəncə ŞBPİ-nin 2-ci PŞ-nə dəvət etmişdirlər.Hüquqlarının müdafiə olunması üçün Rövşən Mehdiyev müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Təklifdən sonra Təqsirləndirilən şəxsəynindəolan qara rəngli cins şalvarın sağ ön cibindən şəffaf rəngli sellofana bükülmüş bir ədəd büküm aşkar edilmişdir. Bükümün içərisində ilk baxışdan psixotrop maddə olan “metamfetaminə” oxşar kütlə olması müəyyən edilmişdir. Kütlə büküm ilə birlikdə tərəzidə çəkilərək ümumi çəkisinin 1,21 qram olması müəyyən edilmiş, zərfə qoyularaq DİN-in 120 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədəşahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini bir daha təsdiq etmişdir. İş üzrə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşıdır. O, tutulmamışdan əvvəl sonuncu dəfə İlqarı təxminən 6-7 ay bundan öncə təsadüfən şəhərdə gördüyünü qeyd edərək onun şübhəli şəxs qismində tutulmasında iştirak etmədiyini bildirmişdir. İş üzrə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik istifadəçisi kimi tanımış və onun tutulmasında heç bir rolu olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (i.v.1); -Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin xx.xx.2023-cü il tarixli əmrinə əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddəni əldə edib istifadə etməsi, üzərində saxlaması və satması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır.(i.v.6); -Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:10 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismindətutulmuşdur.(i.v.12, 21); -Şəxsi axtarış və götürmə haqqındaxx.xx.2023-cü il tarixli protokoldanvə məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X5, 2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, CAB-nin əməliyyat müvəkkili Şahid2, Gəncə şəhər BPİ-nin KTB-nin inspektor kriminalisti X3 və müdafiəçi X4 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra o,əynində olan boz rəngli cins şalvarın önsağ cibindən 1 ədəd şəffaf rəngli sellofanı təqdim edir. İlk baxışdan metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilərək 1,21 qram müəyyən edilir, zərfdə qablaşdırılaraq DİN-in 120 saylı möhürü ilə möhürlənir və iştirakçıların imzaları ilə təsdiq edilir. O, kütlənihəmin günü xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri,Ş.Bahəddin küçəsində yaşadığı evin yaxınlığında zibil tullayarkən məişət tullantılarının atılması üçün istifadə olunan qutunun yaxınlığında siqaret qutusunun içindən tapdığını bildirir.(i.v. 29); -ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 32.40 (otuz iki manat qırx qəpik) manat müəyyən edilmişdir.(i.v.38); -Məhkəmə Ekspertizası Mərkəzinin X6 xx.xx.2023-cü il tarixli 16/847nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində, "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm”yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf sellofantorbacıqda təmiz çəkisi 1,032 qram maddə, kustar üsulla hazırlanmış psixotropmaddəmetamfetamindir. Metamfetamin“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotropmaddələr”in 1-ci siyahısının ll bəndinə daxildir.(i.v.39-40); -Cinayət işinin icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü iltarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. (i.v.46); -təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 54); -təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. (i.v. 65); -təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və onun MSY-dən azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək MSY-dən azad olunmuşdur.(i.v.79); - Gəncə şəhəri Psixonevroloji dispanserinin xx.xx.2023-cü il tarixli, 531 nömrəliarayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il tarixdə dispanserə müraciət etmiş və “Dissosiativ tipli şəxsiyyət pozğunluğu” diaqnozu qoyulmuşdur. (i.v.93); -Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur.(i.v.94); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə 02 il 08 ay 04 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 01 il şərti sınaq müddəti tədbiq edilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 228.4-cü maddəsi ilə 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə hökmlə təyin edilmiş cəzası 01 ay 06 gün azadlıqdan məhrumetmə ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir.Gəncə Şəhər Məhkəməsininxx.xx.2022-ci il tarixli qərarına əsasən 228.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və xx.xx.2023-cü il tarixdə 2 saylı İT-nin protokoluna əsasən həbs müddəti başa çatdığından və uzadılmadığından həbsdən azad edilmişdir. Suraxanı RPİ tərəfindən xx.xx.2022-ci il tarixdə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. ( i.v.95-97); - Gəncə şəhər BPİ-nin xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə satması, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. (i.v.102); -Gəncə şəhər Kəpəz rayonMəhkəməsinin 1(043)-137/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.( i.v.103-107); - Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 590 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda özünükəsmələrlə müşayət olunan şəxsiyyətin dissosial tip pozuntusu xbt 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyi keçirir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlərverilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri sübut edir. Təqsirləndirilən şəxs özünü kəsmələrlə müşayət olunan şəxsiyyətin dissosial tip pozuntusu xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən o, ona şamil edilən cinayət əməlini törədərkən və hal-hazırda öz hərəkətlərini dərk etmək, özünü idarə etmək iqtidarında olmuşdur, anlaqlı olmuşdur. Onun hərəkətləri CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur.( i.v.114-116); - təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və icraat dayandırılmışdır.(i.v.120); - Gəncə şəhər BPİ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək Gəncə şəhər BPİ-nin İTİ-nə təhvil verilməsi üçün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun barəsində Gəncə Şəhər Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbirinin seçildiyi və hal-hazırda Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanıldığı müəyyən edilmişdir .(i.v.124); - Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır.(i.v.125); - Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış 636-C-23 nömrəli material üzrə polis əməkdaşları barədə cinayət təqibinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığından rədd edilmişdir.(i.v.127); - Gəncə Şəhər Məhkəməsinin 1(125)-360/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.(i.v.129-131); - Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli, 1953 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.(i.v.132); -sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,982 qram psixotrop maddə olan matamfetamin və cinayət işinə əlavə edilmiş 01 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. ( i.v.134-141); - Gəncə Şəhər Məhkəməsinin 1(125)-120/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs telefon danışıqların ələ keçirilməsinə dair Dövlət ittihamçısı vəsatəti təmin edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin 1(125)-35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 228,1 və 234.1-ci maddələri təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixtrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qramtəşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin mütamadi olaraq psixotrop maddə qəbul etməsi, psixotrop maddəni üzərində saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallarmüəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cimaddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə çox olmaqla külli miqdara yaxın olmuşdur. Təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumiəsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, narkotik vasitələrin külli miqdara yaxın olmasını nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin 1(125)- 35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 03 il 06 aymüddətə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıvə hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. (Gəncə Şəhər Məhkəməsinin 1(125)-35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 2 gün və Gəncə Şəhər Məhkəməsinin 1(125)-35/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən isə həmin cinayət işi üzrə şühbəli şəxs qismində tutulduğu 2 gün və həbsdə saxlanıldığı06 ay 14 gün olmaqla, cəmi 06 ay 16 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması müəyyən edilmiş, onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan çəkisi 0,982 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayətişi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD- 210005,VÖEN**********,m/hAZ41NABZ********************,S.W.İ.F.T.BikCTREAZ22hesabaöd ənilməlidir.(CPM 198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 32 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 192 (yüz doxsan iki) manat pul köçürülməlidir. (Gəncə şəhəri 1saylı Vəkil Bürosunun hesablaşma hesabı “Xalq Bank” Gəncə filialı Kod:504023,VÖEN**********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (il) müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-35/2024 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-35/2024 nömrəli hökmünə əsasən həmin cinayət işi üzrə şühbəli şəxs qismində tutulduğu 2 gün və həbsdə saxlandığı 06 ay 14 gün olmaqla, cəmi 06 ay 16 gün onun cəzasından çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin, onun haqqında “həbs” qətimkan tədbiri seçilsin və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-35/2024 nömrəli hökmü ilə hazırda azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,982 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 192 (yüz doxsan iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-120/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-120/2024
26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver