Məhkəmə qərarları › İş №1(125)-121/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-121/2023

17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-121/2023 17.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Təqsirləndirilən şəxs və müdafiəçilər-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və X8 iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, fərdi əməklə məşğul olan, Samux rayonu Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etməklə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Gəncə “ASAN Xidmət” X4 Nazirliyinin operatoru vəzifəsində işləməklə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs7 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu Gəncə Asan Xidmətinə işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 26 dekabr 2020-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospektində kirayəşin kimi yaşadığı evin qarşısında 2000 manat, 2021-ci ilin yanvar ayının axırlarında saat 14:00 radələrində isə Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 269 ünvanında yerləşən Gəncə “ASAN Xidmət” mərkəzinin yaxınlığında 1000 manat, ümumilikdə vahid niyyət ilə 3000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs7 3000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, Gəncə “ASAN Xidmət” X4 Nazirliyinin operatoru vəzifəsində işləməklə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs1 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu Gəncə Asan Xidmətinə işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 06 aprel 2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 269 ünvanında yerləşən Gəncə “ASAN Xidmət” mərkəzinin yaxınlığında onun 3000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 3000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Gəncə “ASAN Xidmət” X4 Nazirliyinin operatoru vəzifəsində işləməklə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs6 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu Gəncə Asan Xidmətinə işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 12 aprel 2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 269 ünvanında yerləşən Gəncə “ASAN Xidmət” mərkəzinin yaxınlığında onun 4000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 4000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Gəncə “ASAN Xidmət” X4 Nazirliyinin operatoru vəzifəsində işləyən zaman şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs4 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 13 aprel 2021-ci il tarixdə saat təxminən 16 radələrində Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən "xxxx" ASCnin inzibati binasının yaxınlığında onun 3000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 3000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Gəncə “ASAN Xidmət” X4 Nazirliyinin operatoru vəzifəsində işləməklə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Şahid3 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onun qardaşı Zərərçəkmiş şəxs2 oğunu işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə sonuncunun 13 aprel 2021-ci il tarixdə saat təxminən 16 radələrində Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən "xxxx" ASC-nin inzibati binasının yaxınlığında 3000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 3000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Gəncə Asan Xidmətində Kənd Təsərrüfatı Nazirliyinin operatoru vəzifəsində işləməklə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs3 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək qızı Nüşabə Sadıqovanı işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 14 aprel 2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 269 ünvanında yerləşən Gəncə “ASAN Xidmət” mərkəzinin inzibati binasının arxa hissəsində onun 2000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 2000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Gəncə Asan Xidmətində Kənd Təsərrüfatı Nazirliyinin operatoru vəzifəsində işləməklə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs5 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək oğlu X2 işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 15 aprel 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 87 ünvanında yerləşən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasının arxa tərəfində onun 2000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 2000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 tanışı olmuş və o, heç bir yerdə işləmədiyindən, iş axtardığından ona köməklik etmək üçün onu Asan Xidmətə işə düzəltmək qərarına gəlmiş, bununla bağlı xx.xx.2021-ci il tarixdə səhər saat təxminən 11 radələrində tanışı Zərərçəkmiş şəxs1 zəng edərək onunla bu barədə söhbət edib, onu Gəncə Asan Xidmətə operator vəzifəsinə işi düzətməyin mümkün olduğunu, bunun müqabilində ondan 3000 AZN pul istəmiş, bir müddət sonra Elmar ona zəng edərək onun təklifini qəbul etdiyini, bununla bağlı görüşüb həmin məbləği ona verə biləcəyini söyləmişdir. Həmin tarixdə, yəni xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 ailə üzvləri ilə birlikdə Gəncə Asan Xidmətin yaxınlığına gələrək orada onunla görüşmüş, həmin vaxt Elmara narahat olmamağını, 10-15 gün ərzində onu işə düzəldəcəyini söyləyib, onun ailə üzvlərinin yanında ondan 3000 AZN pulu götürmüş, lakin bir müddət sonra Elmarı Asan Xidmətə işə düzəldə bilməyəcəyini anlayıb, onun verdiyi 3000 AZN pulu öz ehtiyaclarına xərcləmişdir. Bir müddət sonra Elmar onunla dəfələrlə iş ilə bağlı əlaqə saxlasa da, ona müxtəlif bəhanalər gətirərək ilk öncə işə düzəldəcəyini, daha sonra isə yalandan onun pulunu geri qaytaracağını bildirmişdir. Elmar Kəsmənlini işə düzəltmək üçün heç bir şəxslə sövlədələşməyə girməmiş, həmin pulu da götürərək şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa digər Zərərçəkmiş şəxs6 2016-cı ildə ADAU-də təhsil alarkən tanımışdır. 2021-cı ilin təxminən aprel ayında Gəncə Asan Xidmət mərkəzinin arxa tərəfində olarkən təsadüfən Talehlə görüşmüş, söhbət əsasında ona Gəncə Asan Xidmətin Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri vəzifəsində işlədiyini söyləmiş və yalandan onu da Gəncə Asan Xidmət X4 Nazirliyinin subsidiyaların verilməsi şöbəsinə işə düzəldə biləcəyini demişdir. O, Talehə yalandan demişdir ki, vakant iş yeri var və ora işə düzəlmək üçün 4000 manat pul lazımdır. Həmin 4000 manat pul isə saxlanca qoyulur və işlə təmin olunduqdan sonra pul geri qayıdır. Belə ki, 15 iş günü ərzində işə qəbulla əlaqədar cavab gəlməsə 4000 manat pul geri qaytarılır. Taleh də ona inanmış, razılaşmış, lakin əvvəlcə valdeyinləri ilə məsləhətləşib ona bir cavab verəcəyini demişdir. Səhəri günü, yəni 12 aprel 2021-ci il tarixdə təxminən günorta saatlarında özü Talehin ***-***-**-** nömrəsinin Whatsaapına səs atıb bildirmişdir ki, 4000 manat pulu həmin gün gətirməsə iş düzəlməyəcək. Taleh də həmin günü atası Ariflə birlikdə Gəncə Asan Xidmətin arxasında avtomobildə onunla görüşmüş və 100 manatlıq əskinaslardan ibarət 4000 manatı onlardan almış və bir daha onlara yalandan demişdir ki, heç bir problem yoxdur, onu iş düzəldəcəkdir, onunla 15 iş günü ərzində əlaqa saxlayacağı, 15 iş günü ərzində onun barəsində polis idarəsinə sorğu ediləcək, ondan sonra araşdırılıb işlə təmin olunub-olunmayacağı barədə məlumat veriləcəkdir. 15 gün keçdikdən sonra Taleh onunla işi ilə əlaqədar zəng edib əlaqə saxlayan zaman o, Talehə işinin düzəlmədiyini, 3-4 gün müddətinə verdiyi pulu geri qaytaracağını bildirmiş, bundan sonra SMS vasitəsilə ona yazmışdır ki, guya dəm qazından zəhərlənmiş və pul ona görə gecikdirilir. Bundan sonra pulunun alınması üçün Taleh onunla əlaqə saxlayan zaman müxtəlif bahanələr gətirmiş və onun pulunu qaytara bilməmiş, Taleh də onun barəsində polisə gedib şikayət etmişdir. Bundan başqa o, digər zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Şahid2 və Zərərçəkmiş şəxs4 tanışı Şahid3 görə tanımışdır. Belə ki, həmin vaxtlar maddi vəziyyəti zəif olduğundan, çıxılmaz vəziyyətdə qaldığından və borclarını ödəmək üçün pula ehtiyacı olduğundan həmin şəxsləri Gəncə Asan Xidmətə operator vəzifəsinə işə düzəltmək vədi altında aldadaraq onlara məxsus müxtəlif məbləğlərdə pulları ələ keçirmişdir. Belə ki, tanışı Şahid3 onunla bir neçə dəfə əlaqə saxlayıb iş axtardığını ona söyldiyindən, Əlinin iş axtardığını bilmiş, buna görə ilk öncə Əlidən pul alıb ehtiyaclarını ödəmək fikrinə düşmüş və tanışı Şahid3 yalan danışaraq Gəncə Asan Xidmətdə iş olduğunu və müvafiq ali təhsilli şəxsləri ora düzəldə biləcəyimi söyləyib ilk öncə onu Gəncə Asan Xidmətə düzəlməsini təklif etmişdir. Həmin vaxt Şahid3 artıq Kəlbəcər rayonu Təhsil İdarəsində işə düzəldiyini, özünün iş axtarmadığını, lakin qardaşı Zərərçəkmiş şəxs2 üçün iş axtardığını bildirib qardaşını Gəncə Asan Xidmətə işə düzəltməyini xahiş etmiş, o, isə Şahid3 təklifi ilə razılaşaraq yalandan qardaşından başqa 3 nəfər şəxsi də işə düzəldə biləcəyini söyləmişdir. Daha sonra onlar görüşərək bu barədə geniş söhbət edib razılaşmışlar. Həmin vaxt Əli qardaşından başqa dostu Zərərçəkmiş şəxs4 da işə düzəlmək istədiyini bildirmiş, o, mövcud şərtləri, yəni 3000 AZN pul müqabilində onu da işə düzəldə biləcəyini söyləmiş, Şahid3 da dostu Zərərçəkmiş şəxs4lə danışdığını, onun təklifi ilə razılaşdığını bildirdikdən sonra xx.xx.2021-ci il tarixdə Şahid3 Zərərçəkmiş şəxs4lə birlikdə onunla Gəncə şəhəri, Cavadxan küçəsində görüşmüş, həmin vaxt onları aldadaraq işlərini həll edəcəyini bildirib Eldəniz və Əlidən müvafiq olaraq 3000 AZN, ümumilikdə isə 6000 AZN pulu almış və Şahid3 daha 2 nəfərlik də yer olduğunu bildirmişdir. Bu hadisədən 1 gün sonra isə Şahid3 onunla əlaqə saxlayıb daha 2 nəfər şəxslə onun yanına gələcəyini bildirmiş və xx.xx.2021-ci il tarixdə Gəncə Asan Xidmətdə işdə olan zaman Şahid3 adını sonradan bildiyi Zərərçəkmiş şəxs3 ilə birlikdə onun yanına gəlmiş, Asan Xidmətinin inzibati binasından çölə çıxıb onunla söhbət edən zaman Zərərçəkmiş şəxs3 qızına iş axtardığını, qızının ali təhsilli olduğunu söyləmiş, o, da Qubada onun qızını 3000 AZN pul müqabilində Gəncə Asan Xidmətdə operator vəzifəsinə düzəldə biləcəyini söyləmiş, Qubad isə ona maddi imkanının zəif olduğunu, 2000 AZN pulu ilk öncə verəcəyini, daha sonra qızı işə düzəldikdən sonra 1000 AZN verəcəyini söyləmiş, o, razılaşmış, sonra Şahid3la Zərərçəkmiş şəxs3 onunla sağollaşıb getmiş, təxminən 1 saat sonra Zərərçəkmiş şəxs3 yenidən Gəncə Asan Xidmətin yanına gələrək onu çölə çağırmış və Gəncə Asan Xidmətin arxa tərəfində o, Zərərçəkmiş şəxs3 2000 AZN pul götürüb may ayının əvvələrinə kimi qızının işini həll edəcəyini söyləmişdir. Bundan sonra həmin gün Şahid3 yenidən onunla əlaqə saxlayıb digər tanışı ilə gəlib iş ilə bağlı söhbət edəcəyini söyləmiş və 14 aprel 2021-ci il tarixdə günorta radələrində Şahid3 adını sonradan bildiyi Maarif adlı şəxslə yanına gəlmiş söhbət əsnasında o, Maarifə də oğlu Rabili öz işlədiyi Gəncə Asan Xidmətə işə düzəldəcəyini və bunun üçün 3000 manat pul alacağını bildirmiş, Maarif isə maddi imkanı zəif olduğu üçün 2000 manat verə biləcəyini, yerə qalan 1000 manat pulu isə oğlunun işə qəbul əmri gələndən sonra verə biləciyini demiş, o, da Maarifin təklifi ilə razılaşmışlar. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs5 tək onun işlədiyi yerə gələrək ona Gəncə Asan Xidmətinin inzibati binasının yaxınlığında 2000 manat pul vermişdir. Həmin vaxt o, yalandan Maarifə işi düzəlmədiyi təqdirdə pulunu geri qaytaracağını bildirmişdir. Lakin yuxarıda qeyd etdiyi kimi onun heç bir kəsi işə düzəltmək səlahiyyəti olmamış və həmin vaxt maddi sıxıntıları olduğundan, təcili pula ehtiyac olduğundan müxtəlif şəxsləri aldadaraq onların pullarını ələ keçirmişdir. Sonda zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını və əməlindən peşman olduğunu nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, 4-cü mikrorayon, ev 1, mənzil 18-də yaşayır. O, rəsmi olaraq “Delta Qrup”da satış təcrübəçisi işləyir. 2016-cı ildə ADAU-da təhsil alarkən Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs ADAU-da təhsil almışdır. Universiteti bitirdikdən sonra heç bir yerdə işləməmiş, buna görə də özünə iş yeri axtarmışdır. 2021-cı ilin təxminən aprel ayında Gəncə Asan Xidmət mərkəzinin arxa tərəfində olarkən təsadüfən Təqsirləndirilən şəxs görüb onunla görüşmüş, söhbət əsasında Təqsirləndirilən şəxs ona Gəncə Asan Xidmətin Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri vəzifəsində işlədiyini söyləmiş və söhbət əsasında onu Gəncə Asan Xidmət X4 Nazirliyinin subsidiyaların verilməsi şöbəsinə işə düzəldə biləcəyini bildirmişdir. Kamran ona demişdir ki, vakant yer vardır, 4000 manat pul lazımdır və 4000 manat pul saxlanca qoyulur işlə təmin olunduqdan sonra isə həmin pul geri qayıdır. Belə ki, 15 iş günü ərzində işə qəbulla əlaqədar cavab gəlməsə 4000 manat pul geri qaytarılır. O da iş yeri olmadığı üçün Kamrana inanmış onunla razılaşmış, əvvəlcə atası Şahid4 bu barədə danışmış, atası ilə birlikdə məsləhətləşmişlər ki, həmin 4000 manatı aparıb Kamrana vermək lazımdır ki, onun işə düzəlmə məsələsini həll etsin. Çünki həm yaşı keçmiş, həm də iş tapmaq çətin olmuş, ona görə də Kamranın bu təklifi ona cəlbedici gəlmişdir. Səhəri günü, yəni 12 aprel 2021-ci il tarixdə təxminən günorta saatlarında Kamran istifadəsində olan yadında qalmayan nömrə ilə onun ***-***-**-** nömrəsinin Whatsaapına səs atıb bildirmişdir ki, 4000 manatı həmin gün gətirməsə iş düzəlməyəcək. O da evlərindən özünə məxsus 4000 manat pul götürüb atası Ariflə birlikdə Gəncə Asan Xidmətin arxasına getmiş və orada avtomobillərin duracağında dayanıb Kamranın gəlməsini gözləmişlər. Bir qədər sonra Kamran onların avtomobilinə yaxınlaşıb arxa oturacaqda əyləşmişdir. Həmin vaxt Kamranı atası Ariflə tanış etmiş, atası Arif yenə də Kamrandan xahiş etmişdir ki, onun işə düzəlmə məsələsini həll etsin. Kamran da ona verdiyi sözü bir daha atası Arifə deyib onu arxayınlaşdırmışdır. Sonra o, avtomobilində onu işə düzəltməsi üçün 4000 manat pulu sayıb Kamrana vermişdir. Pulu verdikdən sonra Kamran pulu sayıb götürmüş və bir daha demişdir ki, heç bir problem yoxdur, çünki elə bir yerdə işləyir ki, buna görə onu işindən azad edərlər. Həmçinin Kamran 15 iş günü ərzində onunla əlaqa saxlayacağını bildirmişdir. Kamran demişdir ki, 15 iş günü ərzində onun barəsində polis idarəsinə sorğu ediləcək, ondan sonra araşdırılıb işlə təmin olunub-olunmayacağı barədə məlumat veriləcəkdir. O, 15 gün keçdikdən sonra Təqsirləndirilən şəxs işi ilə əlaqədar zəng edib əlaqə saxlayan zaman işi düzəlmədiyini, 3-4 gün müddətinə verdiyi pulu geri qaytaracağını bildirmişdir. Sonra o, Təqsirləndirilən şəxslə əlaqə saxlayıb pulunun verilməsini tələb edəndə Kamran telefona cavab verməmişdir. Bundan sonra SMS vasitəsilə yazmışdır ki, guya dəm qazından zəhərlənmiş, pul ona görə gecikdirilir. Bundan sonra pulunun alınması üçün Kamranla əlaqə saxlayan zaman müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan imtina etmişdir. O da məcbur olub Kamranın onun 4000 manat pulunu dələduzluq yolu ilə ələ keçirilməsi barədə şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs ondan puldan başqa şəxsiyyət vəsiqəsinin surətini və özünün anket məlumatlarını istədiyi üçün telefon vasitəsilə şəxsiyyət vəsiqəsini çəkib onun telefonuna göndərmişdir. Kamranın onu işə düzəltməsi üçün onunla danışdığı səs yazıları vardır, həmin səs yazılarını istintaqa təqdim etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid4 Zərərçəkmiş şəxs6 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu Pənahalılar kəndində yaşayır. Təqsirləndirilən şəxs qardaşı Şahid3 vasitəsi ilə tanımış, belə ki, Kamran qardaşı Şahid3la birlikdə dövlət qulluğuna qəbulla bağlı kursda hazırlaşmışlar. 2021-ci ilin aprel ayının 12-də qardaşı Şahid3 evdə ailələri ilə birlikdə söhbət edən zaman dostu Təqsirləndirilən şəxs Gəncə Asan xidmətdə çalışdığını, Kamranın onu həmin yerə işə düzəldə biləcəyini söyləmişdir. Söhbət etdikdən sonra qərara gəlmişlər ki, qardaşı Əli Təqsirləndirilən şəxslə bu barədə geniş söhbət etsin. Növbəti gün qardaşı Əli Kamranla əlaqə saxlayıb Gəncə şəhər ərazisində görüşüb söhbət etdikdən sonra axşam evə gələndə Kamranın onu işə düzəltmək üçün 3000 AZN pul istədiyini söyləmişdir. Ailəlikcə razılaşıb həmin pulu Təqsirləndirilən şəxs vermək qərarına gəlmişlər. Daha sonra valideynləri qohumlarından 1200 AZN borc pul götürüb özlərində olan 1800 AZN pulu üzərinə qoyaraq qardaşı Şahid3 vermiş, o da pulu vermək üçün Təqsirləndirilən şəxslə görüşmüşdür. Daha sonra qardaşı Əli evə gələrək 3000 AZN pulu Təqsirləndirilən şəxs verdiyini, 15 gün ərzində onun işinin alınacağını söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək işə düzəlmə müddətinin uzandığını bildirib onlara gözləmələrini söyləmişdir. 2021-ci ilin may ayında Təqsirləndirilən şəxs bir neçə şəxsi eyni ad altında aldadaraq pulunun ələ keçirilməsi onlara məlum olduğundan Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər prokurorluğuna müraciət etmişlər. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Göygöl rayonu Xəqani kəndində yaşayır. Şahid3 tələbə yoldaşı olmuşdur. xx.xx.2021-ci il tarixdə tələbə yoldaşı Şahid3 ona zəng edərək Gəncə Asan Xidmətdə tanışı olduğunu, pul müqabilində həmin müəssisəyə onu işə düzəldə biləcəyini söyləmişdir. Bununla bağlı həmin gün, yəni xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Cavadxan küçəsində Şahid3 və əvvəllər tanımadığı Kamran adlı şəxs ilə görüşmüşlər. Orada Kamran ona özünü Asan Xidmət Mərkəzinin əməkdaşı kimi təqdim edib, həmin mərkəzə onu 3000 AZN müqabilində işə düzəldə biləcəyini söyləmişdir. Həmin danışıqlar tanışı Şahid3 yanında olmuş və Əli bütün danışıqların şahidi olmuşdur. Bundan sonra o, Kamran ilə razılaşaraq onu Gəncə Asan Xidmətə işə düzəltmək üçün 3000 AZN pulu bankdan kreditə götürmüş, sonra xx.xx.2021-ci il tarixdə saat 16 radələrində ümumilikdə 3000 manat pulu Gəncə şəhəri, Cavadxan küçəsində Şahid3 yanında sayıb Kamrana vermiş, Kamran da həmin pulu sayıb cibinə qoymuşdur. Həmin vaxt Kamran ona işinin qısa müddət ərzində həll olunacağını, əks təqdirdə pulunu qaytaracağını söyləmişdir. Bundan bir müddət sonra o, Kamran ilə işi ilə bağlı dəfələrlə əlaqə saxlasa da, Kamran ona müxtəlif bəhanələr gətirərək öz vədini yerinə yetirməkdən imtina etmiş və onları aldadaraq pulunu ələ keçirmişdir. Ona görə də Gəncə şəhər prokurorluğuna gələrək Kamranın onu işə düzəltmək adı ilə aldadaraq 3000 manat pulunu ələ keçirməsi barədə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri Qırmızı kənd qəsəbəsi, İnşaatçı BYB bölgə 4, sahə 115-də yaşayır və fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs qohumu Şahid3 vasitəsilə tanımışdır. Belə ki, qızı X3 iş axtardığından onu hər-hansı bir müəssisəyə işə düzəltmək istəmişdir. 14 aprel 2021-ci il tarixdə Şahid3 ona zəng edərək Gəncə Asan Xidmət Mərkəzində tanışı olduğunu və pul müqabilində qızı X11 Asan Xidmətə işə düzəldə biləcəyini söyləmişdir. Söhbət zamanı Əli tanışı Gəncə Asan Xidmətdə işləyən Təqsirləndirilən şəxs qızı Nüşabəni 3000 AZN pul müqabilində Gəncə Asan Xidmət Mərkəzinə operator vəzifəsinə düzəldə biləcəyini söyləmişdir. Bundan sonra o, ailə üzvləri və qohumu Əli ilə məsləhətləşdikdən sonra Şahid3la birlikdə Gəncə Asan Xidmətin yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüş, görüş zamanı Təqsirləndirilən şəxs ad və soyadının tabloda və stolun üzərində qeyd olunduğunu görüb ona daha da çox inanmışdır. Danışıq zamanı Təqsirləndirilən şəxs ona 3000 AZN pul müqabilində qızı X11 Asan Xidmət Mərkəzinə operator kimi işə düzəldəcəyini söyləmişdir. O da Təqsirləndirilən şəxs 2000 AZN pulu indi, geridə qalan məbləği isə qızı Gəncə Asan Xidmətə işə qəbul edildikdən sonra verə biləcəyini söyləmiş, Kamran razılaşmış və pulu hazır edib ona verməyini söyləmişdir. Təqsirləndirilən şəxslə söhbət edən zaman Əli onlardan bir qədər aralı dayanmış, o, Kamranla görüşüb oradan uzaqlaşan zaman Şahid3 ondan işinin alınıbalınmadığını soruşmuşdur. O da Təqsirləndirilən şəxslə danışaraq işinin alındığını, 2000 AZN pulu Təqsirləndirilən şəxs indi verəcəyini, digər 1000 AZN pulu isə qızı Nüşabə işə çıxdıqdan sonra Kamrana verəcəyini söyləmişdir. Həmin gün, yəni 14 aprel 2021-ci il tarixdə saat 13 radələrində yenidən Gəncə Asan Xidmət Mərkəzinin qarşısında Təqsirləndirilən şəxs ilə görüşüb ona 2000 AZN pul vermişdir. Həmin vaxt orada Təqsirləndirilən şəxs ona qızının işinin 2021-ci ilin may ayının 1-nə kimi həll olunacağını, əks təqdirdə pulunu geri qaytaracağını söyləmişdir. Bundan sonra təxminən 01 may 2021ci il tarixdə Təqsirləndirilən şəxs ilə telefonla əlaqə saxlayıb onunla bu barədə söhbət edən zaman, Kamran yaxın müddətdə işin həll olunacağını söyləyib, ondan vaxt istəmişdir. Daha sonra o, müxtəlif vaxtlarda Kamran ilə əlaqə saxlasa da, Kamran ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan imtina etmişdir. Daha sonra Təqsirləndirilən şəxs pulunu ələ keçirdiyini görüb onun barəsində müvafiq qurumlara şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri Cavadxan qəsəbəsində yaşayır. Şahid2 onun doğma oğludur. Oğlu ali təhsilli olduğundan işləmək üçün iş yeri axtarmışdır. xx.xx.2021-ci il tarixdə oğlu Şahid2 yaşadığı evə gələrək dostu Şahid3 ona iş tapdığını, belə ki, Əlinin tanışı Təqsirləndirilən şəxs Gəncə Asan Xidmətdə işlədiyini və onun vasitəsiylə onu Gəncə Asan Xidmətə operator kimi işə düzəldə biləcəyini söyləmiş, o da bu barədə fikirləşdikdən sonra Kamranla görüşmək qərarına gəlmişdir. Növbəti gün, yəni xx.xx.2021-ci il tarixdə oğlu Rabil, onun dostu Şahid3la birlikdə saat 13 radələrində Gəncə Asan Xidmət Mərkəzinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüş, söhbət zamanı Təqsirləndirilən şəxs ona oğlu Şahid2 Gəncə Asan Xidmət Mərkəzinə işə düzəldə biləcəyini və bunun müqabilində onlardan ilkin olaraq 4000 AZN pul alacağını söyləmişdir. Bu zaman o, Təqsirləndirilən şəxs maddi vəziyyətlərinin aşağı olduğunu söyləmiş, Kamran da 3000 AZN müqabilində həmin işin alınacağını, oğlu X19 Xidmətə işə düzəldə biləcəyini demişdir. Həmin vaxt o, Kamrana ilk öncə 2000 AZN pulu verəcəyini, oğlu Rabilin işinin alınacağı halda əmri çıxdıqdan sonra isə geridə qalan 1000 AZN məbləği verə biləcəyini demişdir. Kamran da razılaşmışdır. Bundan sonra özü gedib 2000 AZN pulu götürərək xx.xx.2021-ci il tarixdə axşam radələrində Təqsirləndirilən şəxs çalışdığı Gəncə Asan Xidmət Mərkəzinə yaxınlaşmış və binanın çölündə Kamranla görüşərək 2000 AZN pulu çıxarıb Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs də pulu saymadan cibinə qoymuş və 15 gün ərzində oğlu Rabilin işinin həll olunacağını bildirmişdir. Sonra may ayının əvvəlinədək gözləmiş, Kamranla əlaqə saxlaması üçün oğlu Rabil dostu Əliyə söyləmiş, Əli isə Kamranla əlaqə saxlayan zaman Təqsirləndirilən şəxs bayramla əlaqədar sənədlərin gecikdiyini bildirib tez bir zamanda bu məsələnin həllini tapacağını söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs onları aldadaraq pullarını ələ keçirdiyini anlamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs ƏlZərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2009-cu il tarixdən tanıyır. O, 2009-cu ildə Kamranla birgə universitetə qəbul olunmaq üçün eyni müəllimin yanına hazırlığa getmişdir. 2020-ci ilin dekabr ayının 24-də o, Kamran ilə Gəncə şəhərinin mərkəzində təsadüfən görüşmüş, onunla söhbət edən zaman Kamran ona Gəncə Asan Xidmət Mərkəzində işlədiyini bildirmiş və onu Gəncə Asan Xidmətə operator vəzifəsinə düzəldə biləcəyini söyləmişdir. O, da etiraz etməmiş və Kamran ona 3000 manata Gəncə Asan Xidmət Mərkəzinə operator düzəldə biləcəyini bildirmişdir. O da Kamrana bu barədə atası Azad ilə danışıb ona xəbər edəcəyini bildirmişdir. Sonra o, yaşadığı evə getmiş və bu barədə atası Azada məlumat vermişdir. Atası ondan Kamran barədə soruşduqda o, Kamranı 2009-cu ildən tanıdığını, hazırda isə Gəncə Asan Xidmət Mərkəzində işlədiyini və dövlət qulluqçusu olduğuna görə onu aldatmayacağını bildirmişdir. Sonra atası ona Kamranla görüşüb onunla söhbət etdikdən sonra bu barədə bir söz deyəcəyini ona bildirmişdir. 26 dekabr 2020-ci il tarixdə səhər saatlarında o, Kamranın istifadəsində olan 055 *** ** ** mobil nömrəsinə zəng edərək onunla görüşmək istədiyini, ona işə düzəlməsindən ötrü 2000 manat pul verəcəyini, yerdə qalan 1000 manatı isə işə çıxdıqdan sonra verəcəyini bildirmişdir. Kamran ona saat 13 radələrində işdən nahar fasiləsinə çıxacağını, həmin vaxt onun Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən yaşadığı evin qarşısına gəlməsini xahiş etmişdir. Təxminən saat 14 radələrində o, atası Azad ilə birlikdə tanımadıqları taksi ilə Kamranın yaşadığı evin qarşısına getmişlər. Atası Azad ağrıdığına görə o, taksidən düşməmiş, özü isə taksidən düşüb Kamranın yaşadığı evin qarşısında onunla salamlaşıb, Kamranla bir qədər düzələcəyi iş barəsində söhbət etdikdən sonra Kamran ona 1 ay ərzində işə qəbul əmrinin veriləcəyini bildirmişdir. O, da cibindən 20 ədəd 100 manatlıq əskinazları çıxardıb Kamrana pul vermişdir. Kamran pulu saydıqdan sonra onu cibinə qoymuş və onunla sağollaşdıqdan sonra taksiyə minib geri qayıtmışdır. 2021-ci ilin yanvar ayının axırlarında günorta saatlarında Kamran istifadəsində olan mobil telefonuna zəng edərək, işinin 2-3 günə düzələcəyini, yerdə qalan 1000 manat pulu ona verməsini bildirmiş, o, da həmin günü təxminən saat 14 radələrində Kamranla onun işlədiyi Gəncə Asan Xidmət Mərkəzinin inzibati binasında görüşərək, ona qalan 1000 manat pulu da vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ilə telefonla əlaqə saxlayıb onunla bu barədə söhbət edən zaman, Kamran yaxın müddətdə işin həll olunacağını söyləyib, ondan vaxt istəmişdir. Daha sonra o, müxtəlif vaxtlarda Kamran ilə əlaqə saxlasa da, Kamran ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan imtina etmişdir. Daha sonra Təqsirləndirilən şəxs pulunu ələ keçirdiyini görüb onun barəsində müvafiq qurumlara şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışında Zərərçəkmiş şəxs1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Gəncə şəhəri, Səməd ağa Kəsəmənli küçəsi, ev 53-də yaşayır. Təqsirləndirilən şəxs universitetdə təhsil aldığı vaxtdan tanıyır. Kamran Gəncə şəhər, Asan Xidmətdə çalışmışdır. O, 2021-ci il tarixdə heç bir yerdə işləmədiyindən və iş yeri axtardığından tanışı Təqsirləndirilən şəxs onu Asan Xidmətə işə düzəltməyi təklif etmiş, belə ki, 2021-ci il tarixdə aprel ayının 6-sı Kamran ona zəng edərək Asan Xidmətdə 3 vakant yer olduğunu, onu və digər 2 nəfəri 3000 AZN pul müqabilində işə düzəldə biləcəyini söyləmişdir. O, bu barədə ailə üzvləri ilə məsləhət etdikdən sonra Kamran ilə əlaqə saxlayıb onun təklifini qəbul etmişdir. 2021-ci ilin aprel ayının 6-sı atası Şahid1 ilə birlikdə Gəncə şəhər Asan Xidmətin avtomobil dayanacağında tanışı Təqsirləndirilən şəxs onu işə düzəltmək üçün 3000 AZN pul vermişlər. Həmin vaxt orada o, atası Şahid1, qardaşı Elməddin Kəsəmənli və Təqsirləndirilən şəxs olmuşdur. Həmin vaxt Kamran ona 10-15 günə cavab cıxacağını, narahat olmamağını, işinin düzəlməyəcəyi təqdirdə onun pulunu geri qaytaracağını söyləmişdir. Bundan 15 gün sonra işi ilə bağlı Kamran ilə əlaqə saxlayan zaman işin bir az uzanacağını, yaxın müddət ərzində həll edəcəyini söyləmişdir. Bundan sonra Kamran ilə əlaqə saxlayıb bu barədə söhbət edən zaman Kamran ona müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan imtina etmişdir. Bundan sonra o, Kamranın dələduzluq yolu ilə pulunu ələ keçirdiyini görüb, onun barəsində müvafiq qurumlara şikayət etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmədə tədqiq edilmiş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxsin göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayır. Özü rəsmi olaraq Kəlbəcər rayon Təhsil şöbəsində məsləhətçi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanışı olmuşdur. Təxminən 12 aprel 2021-ci il tarixdə Kamran ona zəng edərək çalışdığı Gəncə Asan Xidmət Mərkəzində vakant yer olduğunu, yüksək əmək haqqı verildiyini, həmin müəsissədə operator vəzifəsində çalışmaq istəyib-istəmədiyini soruşmuşdur. Həmin vaxt Kamran ona ali təhsilli, iş yeri axtaran tanışının olub-olmamasını soruşduqda Kamrana qardaşı Zərərçəkmiş şəxs2 məsləhət bilmişdir. Həmin vaxt Kamrana görüşməyi təklif etmiş, 12 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ilə “Xan Bağı” adlanan parkda çayxanaların birində görüşmüşlər. Həmin vaxt Kamran ona qardaşı X7 Asan Xidmətə işə düzəldə biləcəyini, bunun üçün 3000 AZN pul lazım olduğunu söyləmişdir. Bundan başqa Kamran ona əlavə vakant yerlərin olduğunu, iş yeri axtaran ali təhsilli tanışının olub-olmamasını soruşduqda, Kamrana həmin şəxslərin olduğunu, lakin ilk öncə onlarla bu barədə söhbət etməli olduğunu söyləmişdir. Bundan sonra tələbə yoldaşı Zərərçəkmiş şəxs4 zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs4 bu təklifi dəyərləndirmək istədiyini, lakin ilk öncə Kamran ilə danışmalı olduğunu söyləmiş, daha sonra qohumu Zərərçəkmiş şəxs3 zəng edib bu barədə məlumat vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs3 ertəsi gün Təqsirləndirilən şəxs ilə söhbət etdikdən sonra razılaşacağını söyləmişdir. Bundan sonra Kamranın istədiyi pulu hazır etmək üçün həmin ərazidən uzaqlaşaraq evə yollanmış, həmin günün səhəri, yəni 13 aprel 2021-ci il tarixdə tələbə yoldaşı Zərərçəkmiş şəxs4 ilə Gəncə şəhər ərazisində görüşərək Təqsirləndirilən şəxs yanına getmişlər. Onlar Kamran ilə Gəncə şəhəri, Cavadxan küçəsi ərazisində yerləşən çayxanada əyləşib bu barədə söhbət edən zaman Təqsirləndirilən şəxs tələbə yoldaşı Zərərçəkmiş şəxs4 onu da Gəncə Asan Xidmətə işə düzəldə biləcəyini, bunun üçün 3000 AZN pul lazım olduğunu söyləmişdir. Həmin vaxt Eldəniz və o Kamranla razılaşaraq hər biri 3000 AZN pulu, ümumilikdə isə 6000 AZN pulu Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən çayxanaların birində Kamrana vermişlər. Bu zaman Kamran onlara narahat olmamağı, 15 gün müddətində cavabların çıxacağını söyləmişdir. Bundan bir gün sonra, yəni 13 aprel 2021-ci il tarixdə qohumu Zərərçəkmiş şəxs3 ilə birlikdə Təqsirləndirilən şəxs iş yerinə, yəni Gəncə Asan Xidmətə yollanmışlar. Orada Kamran ilə görüşən zaman Kamran qohumu Zərərçəkmiş şəxs3 onun qızı X11 Asan Xidmətə işə düzəldə biləcəyini, bunun müqabilində 3000 AZN pul lazım olduğunu söyləmişdir. Həmin vaxt qohumu Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs maddi vəziyyətinin aşağı olduğunu, 2000 AZN pulu həmin gün, geridə qalan məbləği isə iş alındıqdan sonra verə biləcəyini söyləmişdir. Kamran onunla razılaşdıqdan sonra Zərərçəkmiş şəxs3 avtomobildən təyin edilmiş məbləği götürərək Kamrana vermişdir. Bundan sonra həmin ərazidən uzaqlaşmışlar. Bundan bir neçə saat sonra Kamran ona zəng edərək əlavə 1 vakant yerində olduğunu, ali təhsilli tanışı varsa onu da işə düzəldə biləcəyini söyləmişdir. Daha sonra bu barədə dostu Rabil İsgəndərova məlumat vermişdir. Danışıq zamanı Rabil ona atası Zərərçəkmiş şəxs5 ilə məsləhətləşməli olduğunu söyləmiş, bir müddət sonra Rabil ona zəng edərək təklifi qəbul etdiyini, lakin ilk öncə Təqsirləndirilən şəxs ilə söhbət etməli olduğunu söyləmişdir. Bundan sonra o, Rabil İsgəndərov və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs iş yerinə yollanmışlar. Kamran ilə görüşən zamanı o eyni qaydada Rabili işə düzəldə biləcəyini, bunun müqabilində 3000 AZN pul lazım olduğunu söyləmişdir. Bu zaman Zərərçəkmiş şəxs5 hal-hazırda 2000 AZN pul verəcəyini, iş düzəldikdən sonra isə geridə qalan məbləği verə biləcəyini bildirmişdir. Həmin gün axşam vaxtlarında Rabil ilə görüşən zaman o atasının Təqsirləndirilən şəxs 2000 AZN pulu verdiyini demişdir. Daha sonra təyin edilmiş müddətin keçdiyini görüb Kamran ilə əlaqə saxlasalar da, Kamran onlara müxtəlif bəhanələr gətirərək öz vədini yerinə yetirməmiş və pullarını verməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 Gəncə Asan Xidmət Mərkəzinə işə düzəltmək üçün onların Təqsirləndirilən şəxs pul vermələrində onun heç bir mənfəəti olmamışdır. Yuxarıda qeyd edilən şəxslər ali təhsilli olduqlarından və iş yeri axtardıqlarından onları Təqsirləndirilən şəxs məsləhət bilmişdir. Lakin o, Təqsirləndirilən şəxs onu və həmin şəxsləri aldadaraq pullarını ələ keçirməsini bilməmişdir. Məhkəmə istintaqında Şahid5 ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. X15 Orqanlarında xidmət edib, polis mayoru rütbəsində xidmətdən ehtiyata buraxılmış və hazırda təqaüdçüdür. Zərərçəkmiş şəxs7 onun oğludur. Təqsirləndirilən şəxs isə onun oğlu Şamilin məşğələ yoldaşı olmuşdur. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla əvvəllər aralarında hər hansı bir ədavəti və düşmənçili olmamışdır. 2020-ci ilin dekabr ayının sonlarında oğlu Şamil ona tanışı X16 Xidmətdə işlədiyini, işə düzəlmə barədə Kamrana müraciət etdiyini, Kamran ona Gəncə Asan Xidmətə 3000 manata işə düzəldə biləcəyini bildirdi. O, Şamildən Kamran barədə soruşduqda ona Kamranı 2009-cu ildən tanıdığını, hazırda isə Gəncə Asan Xidmət Mərkəzində işlədiyini və dövlət qulluqçusu olduğuna görə onu aldatmayacağını bildirdi. Sonra o, Şamilə bu barədə hər hansı bir etirazının olmadığını bildirdi. 26 dekabr 2020-ci il tarixdə səhər saatlarında oğlu Şamil onun yanında Kamrana zəng etdi. Zəng zamanı Şamil Kamrana 2000 manat pulu ona nəğd verəcəyini, yerdə qalan 1000 manatı isə işə çıxdıqdan sonra verəcəyini bildirdi. Kamran Şamilə saat 13 radələrində işdən nahar fasiləsinə çıxacağını, həmin vaxt onun Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən yaşadığı evin qarşısına gəlməyini xahiş etdi. Təxminən saat 14 radələrində o, oğlu Şamil ilə birlikdə tanımadıqları taksi ilə Kamranın yaşadığı evin qarşısına getmiş, səhhətində yaranmış ağrılar ilə əlaqədar o, taksidən yerə düşməmişdir. Oğlu Şamil isə taksidən yerə düşüb Kamranın yanına getmişdir. Kamran ilə Şamil görüşdükdən sonra onlar təxminən 3-4 dəqiqə söhbət etmişlər. Söhbət zamanı oğlu Şamil Kamrana 2000 manat pulu vermişdir. Kamran həmin pulu onun gözü önündə sayıb cibinə qoymuşdur. Şamil qayıdıb takisyə əyləşdikdən sonra ona 1 ayadək işə qəbul əmrinin veriləcəyini bildirmişdir. 2021-ci ilin yanvar ayının əvvəllərində oğlu Şamil ona işinin qısa zaman ərzində düzələcəyini, yerdə qalan 1000 manat pulu isə X17 Xidmət Mərkəzinin inzibati binasında görüşüb ona verdiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1388 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1586 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 16 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 29 oktyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” Qərardan görünür ki, Zərərçəkmiş şəxs6 təqdim etdiyi, içərisində Təqsirləndirilən şəxs ilə danışıqların səs yazıları olan 01 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Gəncə Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 1(125)-121/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbirinə dəyişdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq müəssisəyə daxil olmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci X12 Şəhər Məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində barəsində axtarış elan edilmiş Təqsirləndirilən şəxs Bakı şəhərinin ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 1(125)-121/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraatın təzələnməsi qərara alınmışdır. Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs7 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona vurulmuş zərərin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsin ailəsi ilə razılığa gəlmiş, ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs6 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona vurulmuş zərərin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsin ailəsi ilə razılığa gəlmiş, ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona vurulmuş zərərin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsin ailəsi ilə razılığa gəlmiş, ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona vurulmuş zərərin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsin ailəsi ilə razılığa gəlmiş, ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona vurulmuş zərərin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsin ailəsi ilə razılığa gəlmiş, ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs5 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, ona vurulmuş zərərin ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsin ailəsi ilə razılığa gəlmiş, ondan şikayət və tələbi yoxdur, onunla barışmışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs7 ərizələrindən görünür ki, onlar tərəfindən verilmiş mülki iddialar üzrə icraata xitam verilməsini xahiş etmişlər. İşdə olan Azərbaycan Respublikası Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Nəsimi rayon Mənzil Komunal Təsərrüfat birliyinin 77 saylı Mənzil Komunal İistismar sahəsinin 281 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 8 ünvanında yaşayır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və ya etibardan sui-istifadə etməklə təkrarən ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, Gəncə “ASAN Xidmət” X4 Nazirliyinin operatoru vəzifəsində işləməklə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs7 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu Gəncə Asan Xidmətinə işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 26 dekabr 2020-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospektində kirayəşin kimi yaşadığı evin qarşısında 2000 manat, 2021-ci ilin yanvar ayının axırlarında saat 14:00 radələrində isə Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 269 ünvanında yerləşən Gəncə “ASAN Xidmət” mərkəzinin yaxınlığında 1000 manat, ümumilikdə vahid niyyət ilə 3000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs7 3000 manat pulunu, bundan başqa təkrarən Gəncə “ASAN xidmət” X4 Nazirliyinin operatoru vəzifəsində işləməklə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs1 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu Gəncə Asan Xidmətinə işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 06 aprel 2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 269 ünvanında yerləşən Gəncə “ASAN Xidmət” mərkəzinin yaxınlığında onun 3000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 3000 manat pulunu, bundan başqa təkrarən Gəncə “ASAN Xidmət” X4 Nazirliyinin operatoru vəzifəsində işləməklə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs6 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu Gəncə Asan Xidmətinə işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 12 aprel 2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 269 ünvanında yerləşən Gəncə “ASAN Xidmət” mərkəzinin yaxınlığında onun 4000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs6 4000 manat pulunu, bundan başqa təkrarən Gəncə “ASAN Xidmət” X4 Nazirliyinin operatoru vəzifəsində işləyən zaman şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs4 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 13 aprel 2021-ci il tarixdə saat təxminən 16 radələrində Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən Kapitalbank ASC-nin inzibati binasının yaxınlığında onun 3000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs4 3000 manat pulunu, bundan başqa təkrarən Gəncə “ASAN Xidmət” X4 Nazirliyinin operatoru vəzifəsində işləməklə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Şahid3 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onun qardaşı Zərərçəkmiş şəxs2 oğunu işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə sonuncunun 13 aprel 2021-ci il tarixdə saat təxminən 16 radələrində Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsində yerləşən Kapitalbank ASC-nin inzibati binasının yaxınlığında 3000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs2 3000 manat pulunu, bundan başqa təkrarən Gəncə Asan Xidmətində Kənd Təsərrüfatı Nazirliyinin operatoru vəzifəsində işləməklə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs3 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək qızı Nüşabə Sadıqovanı işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından sui-istifadə etmə və aldatma yolu ilə 14 aprel 2021-ci il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 269 ünvanında yerləşən Gəncə “ASAN Xidmət” mərkəzinin inzibati binasının arxa hissəsində onun 2000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs3 2000 manat pulunu, bundan başqa təkrarən Gəncə Asan Xidmətində Kənd Təsərrüfatı Nazirliyinin operatoru vəzifəsində işləməklə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək qərarına gəlib, bu məqsədlə Zərərçəkmiş şəxs5 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək oğlu X2 işə düzəltmək imkanına malik olduğunu yalandan vəd verərək, etibarından suiistifadə etmə və aldatma yolu ilə 15 aprel 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti 87 ünvanında yerləşən 12 saylı Ərazi Vergilər Baş İdarəsinin inzibati binasının arxa tərəfində onun 2000 manat pulunu ələ keçirərək sonradan vədinə əməl etməyib Zərərçəkmiş şəxs5 2000 manat pulunu ələ keçirib dələduzluq etmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ayrı-ayrı zərərçəkmiş şəxslərə qarşı təkrarən dələduzluq cinayətləri törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 178.2.2 və 178.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “İnsan Hüquqlarının və X5 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, əməlindən peşman olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrinə əsasən öz qulluq mövqeyindən istifadə etməklə, təkrarən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinin məhkəmənin icraatında olduğu müddətdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsində nəzərdə tutulmuş tələblərdən birinə, yəni zərərçəkmiş şəxslərlə barışmasına və dəymiş ziyanı tamamilə ödəməsinə baxmayaraq, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödənilməli olan ödənişi maddi imkansızlıq səbəbindən ödəmək iqtidarında olmadığına görə ona həmin maddədə nəzərdə tutulmuş cərimə cəzasını təyin etməyi məqsədə müvafiq hesab etmir və bu baxımdan cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 8 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək həbsdə olmuşdur. Odur ki, həmin 02 ay 24 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 günü azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər tutularaq cəmi 05 ay 18 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və təqsirləndirilən şəxsin üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs6 təqdim etdiyi, içərisində Təqsirləndirilən şəxs ilə danışıqların səs yazıları olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxslər (mülki iddiaçılar) – Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs2 məhkəməyə mülki iddia vermişlər. Mülki iddiaçılar 17 oktyabr 2023-cü il tarixdə verdikləri mülki iddiadan imtina etdiklərini bildirmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddialar üzrə icraata xitam verilməlidir. Eyni zamanda Samux Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 5(058)-09/2022 nömrəli qərarı ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs və qeyrisinin adına Samux rayon Qarayeri qəsəbəsində yerləşən 0,0499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə təqsirləndirilən şəxsə məxsus hissənin üzərinə 01 (bir) müddətinə həbs qoyulmuşdur. Hazırda zərurət aradan qalxdığından və eyni zamanda müddət keçdiyindən qeyd olunan torpaq sahəsi üzərinə qoyulmuş həbs götürülməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X9 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 23 iyul 2023-cü il tarixdən 17 oktyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 05 (beş) ay 18 (on səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 8 ünvanını axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs6 təqdim etdiyi, içərisində Təqsirləndirilən şəxs ilə danışıqların səs yazıları olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) – Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddialar üzrə icraata xitam verilsin. Samux Rayon Məhkəməsinin 01 aprel 2022-ci il tarixli 5(058)-09/2022 nömrəli qərarı ilə cinayət işi üzrə Təqsirləndirilən şəxs və qeyrisinin adına Samux rayon Qarayeri qəsəbəsində yerləşən 0,0499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə təqsirləndirilən şəxsə məxsus hissənin üzərinə qoyulmuş həbs götürülsün. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X9 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (yüz əlli) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar